Məhkəmə qərarları › İş №2-2(102)-504/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-504/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-504/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, pul öhdəliklərinin icrası, dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)- 611/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında bağlanmış 2020-ci il 11 dekabr tarixli 061/V-20 nömrəli alqı-satqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən qiymətlə malın çeşidinə görə müəyyən edilir və 1 nömrəli əlavədə razılaşdırma protokolunda göstərilir. - 3.1-ci bəndinə əsasən, ödəniş ancaq köçürmə yolu ilə aparıla bilər. - 3.2-ci bəndinə əsasən, alıcı satıcının bank hesabına müqavilə imzalandıqdan sonra 3 bank günü ərzin də müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edir. Müqavilə dəyərinin 50% isə məhsul təhvil verilənə qədər ödənilməlidir. - 4.1-ci bəndinə əsasən, satıcının hüquqları: - 4.1.2-ci bəndinə əsasən, alıcıdan müqavilənin 2.1-ci bəndində göstərilən malın qiymətini müqavilənin bəndlərinə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək. - 5.2.2-ci bəndinə əsasən, müqavilənin 2.1-ci bəndinə göstərilən malın dəyərini müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələri kimi nəzərdə tutulmuşdur. - 7.3-cü bəndinə əsasən, müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda və ya qaimə fakturalarda öz əksini tapmış malların dəyəri sifariş tarixindən 10 gün müddətində satıcının bank hesabına ödənilmədikdə alıcı hər gecikdirilən gün üçün məbləğin 0,1%-i qədər dəbbə pulu ödəməlidir. 2. 2020-ci il 11 dekabr tarixli 061/V-20 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan satış üçün nəzərdə tutulmuş hazır məhsulun qiymətlərinin razılaşdırma protokoluna əsasən 47.862,57 (ƏDV daxil) manat dəyərində mal satışı həyata keçirilmişdir. 3. 2020-ci il 22 may tarixli 51 nömrəli hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 17.314,38 manat dəyərində, 2020-ci il 28 iyul tarixli 068 nömrəli hesab-fakturaya əsasən 15.674,18 manat dəyərində və 2020-ci il 11 dekabr tarixli 129 nömrəli hesab-fakturaya əsasən ƏDV daxil 47.862,57 manat məbləğində mal satılmışdır.

4. Qarşılıqlı borcların üzləşdirilməsi barədə 2022-ci il 2 noyabr tarixli akta əsasən Cavabdeh QSC-nin 2022-ci il 1 noyabr tarixinə İddiaçı QSC-yə aldığı mala gör ə ƏDV ilə birlikdə borcu 35.290,99 manat həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə: - 2021-ci il 14 iyun tarixli EBBD210691 nömrəli e-qaimə əsasən 2.235,51 manat, - 2021-ci il 8 iyul tarixli EBBE542754 nömrəli e-qaimə əsasən 2.407,20 manat, - 2021-ci il 8 iyul tarixli EBBE542885 nömrəli e-qaimə əsasən 2.140,99 manat, - 2021-ci il 8 iyul tarixli EBBE543420 nömrəli e-qaimə əsasən 2.407,20 manat, - 2021-ci il 8 iyul tarixli EBBE543682 nömrəli e-qaimə əsasən 4.078,08 manat, - 2021-ci il 8 iyul tarixli EBBE543923 nömrəli e-qaimə əsasən 2.854,66 manat, - 2021-ci il 12 iyul tarixli EBBE735091 nömrəli e-qaimə əsasən 1.263,78 manat, - 2021-ci il 15 iyul tarixli EBBE895448 nömrəli e-qaimə əsasən 2.256,75 manat, - 2 021-ci il 15 iyul tarixli EBBE895601 nömrəli e-qaimə əsasən 2.256,75 manat, - 2021-ci il 27 iyul tarixli EBBF410694 nömrəli e-qaimə əsasən 2.256,75 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ872358 nömrəli e-qaimə əsasən 1.533,06 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ872649 nömrəli e-qaimə əsasən 2.407,20 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ872782 nömrəli e-qaimə əsasən 2.407,20 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ873563 nömrəli e-qaimə əsasən 1.504,50 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ873770 nömrəli e-qaimə əsasən 3.313,44 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ873962 nömrəli e-qaimə əsasən 53,10 manat, - 2022-ci il 8 fevral tarixli EBBQ874633 nömrəli e-qaimə əsasən 15,34 manat dəyərində mal satışı həyata keçirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya m əhkəməsindəki icraat

6. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2024-cü il 10 yanvar tarixində Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.290,99 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) əsas pulun, hər gecikdirilmiş gün üçün 0,1 % olmaqla, cəmi 5.000 manat dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 210 manat və vəkilə ödənilmiş 220 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ümumilikdə 40.721 manat pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi yuxarıda göstərilən işin halları ilə əsaslandırılmışdır (bax §§ 1-5).

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 aprel tarixli e-2-2(113)-946/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilə rək, cavabdehdən ƏDV daxil 35.290,99 manat əsas borc, 1.765 manat dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 210 manat və hüquqi yardımla bağlı ödənilmiş 220 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – G.Namazova).

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı və elektron qaimə və hesab-faktura ilə təsdiq olunduğu üçün 35.290,99 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur. 10. 5.000 manat cərimə tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə (7.3-cü bənd - bax § 1) və razılaşmada öhdəlikl ərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.765 manat məbləğində müəyyən edilməlidir.

11. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 425, 443.1, 462.1, 467, 567, 568.1 və 579.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsasl andırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-611/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).

14. Məhkəmə kollegiyası bildirmişdir ki, hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə və zifəsi cavabdehin üzərindədir. Cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 443.1, 448.1, 567, 568.1, 579.1-ci; MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin apellyasiya məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 380.1, 386-cı maddələri üzrə - Bakı Kommersiya Məhkəməsi işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdehin hüquqları kobud şəkildə pozulmuş, apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində bunların heç birinə diqqət yetirməmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPMin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

18. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə dair" 2002-ci il 27 dekabr tarixli Qərarı; "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konversiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli Qərarı; "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konversiyasının 6-cı maddəsinin 1-ci hissəsi üzrə - Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, MPM-in 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Bu səbəbdən də məhkəmə qərarı qanunsuz və əsassız olduğundan tərəfimizdən Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı bərabərlik prinsipinə riayət etmədən qərar qəbul etmişdirlər.

19. MPM-in 97.1-ci maddəsi üzrə - Məhkəmələr kobud pozuntu edərək, iş üzrə məhkəmə ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarına uyğun olmayan formal qətnamə qəbul etmişlər. İddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv qiymətləndirilmişdir. Hesablanan borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, bunun əsasında qətnamə qəbul edilməli idi. Lakin, tərəfimizdən məhkəməyə ekspertizanın təyin edilməsinə dair vəsatət verilməyinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə baxılmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə bu halı nəzərə almamışdır. İddianın tələb olunan məbləğ hissəsinə nəzər saldıqda görünür ki, tələb edilən cəmi borc məbləği düzgün hesablanmayıb. Bu səbəbdən də hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi işi tam və obyektiv araşdırmamış qətnamə qəbul etmişdir. Göründüyü kimi qeyd olunan borc məbləği reallığı əks etdirmir və cavabdehin hüquqlarını pozmaqla yanaşı iddiaçının maraqlarını qoruyur. Bu isə bir daha sübut edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqlarını pozmaqla yanaşı bərabərlik prinsipinə riayət edilmədən qəbul edilmişdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 28 dekabr, 2006-cı il 31 may, 2020-ci il 17 fevral, 2022-ci il 11 oktyabr tarixli Qərarları üzrə Məhkəmə tərəfindən işə baxılarkən işdə cavabdehin şikayət ərizəsi ndə qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə öz qərarında bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Bakı Kommersiya Məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarı üzrə - Bakı Apellyasiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdır ması ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri)

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına isti nad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçil ik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda mü əyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....”

26. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassı z hesab edir.

28. Kassatorun əsas dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə cavabdehin ekspertiza təyin edilməsinə dair vəsatətinə baxmamış, apellyasiya məhkəməsi isə bu halı nəzərə almamışdır.

29. Əvvəla, cavabdeh tərəfindən belə bir vəsatət verilməsi, ümumiyyətlə cavabdeh tərəfin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında iştirak etməsi, izahat verməsi, yaxud iddiaya qarşı öz etirazlarını, ən azından, yazılı şəkildə məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.

30. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı, elektron qaimə və hesab-faktura ilə təsdiq olunmuş, cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı tutarlı dəlili, sübutu işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.

31. Nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunması MPM-in 97.1-ci maddəsində (bax § 26) məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur.

32. Yuxarıda qeyd olunduğu kimi, tələb olunan borc məbləği iddiaçının təqdim etdiyi mötəbər sənədlərlə öz təsdiqini tapdığından məhkəmə tərəfindən mühasibatlıq ekspertizasının təyin olunmaması, məhkəmə kollegiyasının mövqeyinə görə, hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.

33. O da qeyd olunmalıdır ki, cavabdeh tərəf borcun həcmi müəyyən olunarkən məhkəmələr tərəfindən konkret olaraq hansı hesablama səhvlərinə və pozuntulara yol verildiyini tutarlı dəlillər lə dəqiqləşdirə bilməmiş, yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmişdir.

34. Kassatorun digər dəlilləri isə ümumiyyətlə formal xarakterli olduğundan, konkret dəlillərlə əsaslandırılmadığından məhkəmə kollegiyası həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 26) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 26) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

36. Odur ki, kassasiya şikayəti təmin edilmə məli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-611/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 22(103)-611/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar