Məhkəmə qərarları › İş №2-2(102)-505/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-505/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-505/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı MMC-nin həmin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair ilkin, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin həmin iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia sı üzrə kommersiya mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 mart tarixli, 22(103)-279/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 2020-ci il 2 dekabr tarixli, SL-166/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin; - 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq İcraçı bu müqavilənin 2.2ci bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verir. - 2.1-ci bəndinə əsasən, hazırkı müqavilənin 4-cü maddəsində qeyd edilmiş ödənişi almaq icraçının vəzifəsidir. - 2.2-ci bəndinə əsasən, aşağıda sadalanan xidmətləri sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir: a ) Microsoft miqrasiya xidmətləri; b) Microsoft bulud xidmətləri; c) Microsoft virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri. - 4.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin 2.2-ci bəndində sadalanan xidmətlərin alınması üçün müqavilə dəyəri olan 24750 ABŞ dolları (iyirmi dörd min yeddi yüz əlli ABŞ dolları) ƏDV xaric icraçıya ödəməlidir. - 4.2-ci bəndinə əsasən, məbləğ tam həcmdə 2020-ci il 15 dekabr tarixinədək ödənilməlidir. - 4.3-cü bəndinə əsasən, ödəniş manatla (AZN) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş ABŞ dolları məzənnəsinə uyğun olaraq köçürmə yolu ilə icraçının sifarişçiyə təqdim etdiyi hesab əsasında həyata keçirilir. 2. 2020-ci il 2 dekabr tarixli, SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş eyni tarixli t əhvil-təslim aktına əsasən, icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin ümumilikdə dəyəri 29.205 ABŞ dolları (24.750 ABŞ dolları əsas + 4.455 ABŞ dolları ƏDV) təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. 2017-ci il 17 noyabr tarixli X1 Limted tərəfindən verilmiş “Microsoft icazə sənədi” adlı sənəddə qeydə əsasən, bununla ABŞ-da təsis olunan və fəaliyyət göstərən Microsoft Corporation proqram təminatı və xidmətlərin qlobal istehsalçısıdır və hüquqi ünvanı X6 Park, Leopardstovn, Dublin 18, Dİ 8 P521, İrlandiya olan X1 Limited şirkəti Microsoft Corporation şirkətinin filialıdır. Microsoft şirkəti müştərilərlə birbaşa müqavilələr bağlayan və Microsoft şirkətinə tabe olmayan, Microsoft məhsulları və xidmətləri üzrə ticari əməliyyatları aparan distribyuto rlar, satıcılar və digər şəxslərlə (biznes hüquqi şəxsləri) əməkdaşlıq edir. Microsoft qeyd edilən biznes müəssisələri vasitəsilə satışa çıxarıla bilən Microsoft məhsullarının müstəsna istehsalçısıdır. Bununla da təsdiq olunur ki, hüquqi ünvanı Azərbaycan, AZ 1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 187B, X4 İddiaçı şirkəti qeyd edilən biznes hüquqi şəxslərdən biridir və Azərbaycanda aşağıda sadalanan Microsoft məhsullarını sata bilər: 1) Microsoft Cloud Services; 2) Exchange Online; 3) MS Azure Services; 4) M365 Standard.

4. İcraçı qismində "xxxx" MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında 2020-ci il 23 yanvar tarixli, 01/20 nömrəli CSP Xidmət müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə icraçı sifarişçiyə bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə, yayılması MONT Cloud Dist ribution (CSP) platforması vasitəsilə həyata keçirilən Xidmət Təchizatçılarının xidmətlərinə çıxışın təmin edilməsi üzrə xidmətlər göstərməyi, Sifarişçi isə icraçının ona göstərdiyi xidmətləri qəbul etməyi və ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlər hostinq xidmətlərinə çıxışın təmin edilməsi (hazırlanması, təşkili), “abunə” şərtləri əsasında veb-xidmətlərə giriş, proqram və/və ya aparat resurslarına, proqram təminatı istehsalçılarının digər xidmət və resurslarına məsafədən çıxış, yuxarıda sadalanan xidmət və resurslara çıxışın yeniləndirilməsi və/və ya uzadılması üzrə xidmətlər, habelə texniki dəstək xidmətlərini əhatə edə bilər. Proqram təminatı və/və ya kompüter avadanlığı istehsalçıları tərəfindər təqdim olunan xidmət və resursların siyahısı və tərkibi istehsalçılar tərəfindən nəzərdə tutulmuş şərtlərə uyğun olaraq dəyişə bilər (1.2-ci bənd). CSP Proqramına uyğun olaraq həyata keçirilən və barəsində sifarişçinin sifarişləri ilə çıxış imkanı verilə bilən xidmətlərin siyahısı, qüvvədə olan redaksiyası icraçının veb-saytında aşağıdakı http://mcdPortal.mont.com/ ünvanında yerləşdirilən CSP servislərində icraçını ayrıca qiymət siyahısı əsasında müəyyən edilir, icraçı istənilən vaxt göstərilən qiymət siyahısına dəyişiklik etmək hüququna malikdir və bu barədə sifarişçini icraçının veb-saytında müvafiq məlumatların dərc edilməsi yolu ilə http://mcdportal.mont.com/ ünvanı vasitəsi ilə və (və ya) müştərinin elektron poçt ünvanına mesaj göndərməklə xəbərdar edir (1.3-cü bənd). Sifarişçi sifariş verilərkən Sifarişçin in göstərdiyi son istifadəçiyə bu müqavilə üzrə aldığı xidmətə çıxışı təmin etmək məqsədi ilə bu müqavilə üzrə xidmətlər əldə edir (1.4-cü bənd). Təchizatçı tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olduqda, müəyyən istifadəçilər üçüncü şəxslər üçün, o cümlədən, həmin istifadəçi ilə birgə-eyni vaxtda daxil olmaq üçün nəzərdə tutulmuş servisə, habelə bir neçə şəxs arasında girişin digər bölgüsünə icazə verilmir.

5. İddiaçı MMC tərəfindən 2021-ci il 31 may tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək, 10 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İlkin iddia üzrə İddiaçı MMC (bundan sonra - “ iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə SL-166/20 saylı, 2020-ci il 2 dekabr tarixli müqavilə üzrə 24.750 (iyirmi dörd min yeddi yüz əlli) ABŞ dolları yaranmış əsas borcun, müqavilə öhdəliklərin pozulmasına görə hesablanmış 3.712 (üç min yeddi yüz on iki) ABŞ dolları cərimə borcunun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia tələbində işin hallarına (bax yuxarıda § 1-4) istinad olunaraq bildirilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, bununla da, mülki qanunvericiliyin tələbləri və müqavilənin şərtləri pozulmuşdur.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi nin (bundan sonra – “MM”) 425.1, 442, 448.1-ci maddələrinə istinad edilmişdir.

9. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış SL-166/20 nömrəli, 2020-ci il 2 dekabr tarixli xidmət müqaviləsinin etibarsız hesab edilməsi, eyni tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi və 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında SL-166/20 nömrəli, 2020-ci il 02 dekabr tarixli xidmət müqaviləsi və eyni tarixli təhvil-təslim aktı imzalanmışdır. Qeyd olunan müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığından etibarsızdır. Belə ki, mübahisələndirilən müqaviləyə əsasən, icraçı sifarişçiyə Microsoft miqrasiya, Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətləri göstərməlidir və görüləcək xidmətlərin ümumi həcmi 140 saat təşkil edir. Daha sonra isə sifarişçi cavabdehə məlum olmuşdur ki, iddiaçının müqavilə üzrə nəzərdə tutulan xidmətlərin görülməsi üçün hüquq və səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası ərazisində bu kimi xidmətlərin göstərmək hüququ olan şirkətlərin siyahısı hüquq sahibi olan Microsoft şirkəti tərəfindən müəyyən edilir və Microsoft şirkətinin saytında yerləşdirilir. Bu siyahıda iddiaçı yoxdur və heç vaxt olmamışdır. Bu fakt cavabdeh tərəfindən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını birmənalı sübut edir. Tərəflər arasında imzalan mış təhvil-təslim aktına gəldikdə isə həmin Aktı imzalayarkən cavabdeh bu Aktın görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi qəbul edib və imzalamışdır. İş materiallarına əsasən, akt və müqavilə eyni tarixdə imzalanmışdır. Akta əsasən görülmüş işlərin həcmi 140 saat, yəni 17 iş günü təşkil edir. Nəzərə alınsa ki, müqavilə və akt eyni gündə 8 saatlıq iş günü ərzində imzalanmışdır, bu həcmdə işlərin görülməsi fiziki olaraq mümkün deyildir. Qeyd olunanlar birmənalı sübut edir ki, bu akt görüləcək işlərin təsviri və həcmini təsdiq edən akt kimi imzalanmışdır və təhvil-təslim aktı kimi qəbul edilə bilməz. Göründüyü kimi, həm müqavilə, həm də müqaviləyə əlavə hesab edilən akt vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır.

11. Cavabdeh qarşılıqlı iddia tələbinin maddi hüqu qi əsası kimi MM-in 87.10, 337, 339.2, 339.3, 339.6, 341.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 349, 350, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 155.1, 155.2, 155.3cü maddələrinə istinad edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyun tarixli, e-2-2(113)-3286/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir (hakim –Z.Axundova).

13. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə bildirmişdir ki, iddaçı tərəfdən xidmətlərin göstərilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, 2020-ci il 2 dekabr tarixli, SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş eyni tarixli sənəd “təhvil-təslim aktı” adlansa da, mahiyyət etibarilə tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və sərf o lunacaq vaxtla bağlı məsələləri tənzimləyir, yəni mahiyyət etibarilə təhvil-təslim aktı deyil. Müqavilədə qeyd edilən işlərin görülməsi üçün qeyd edildiyi kimi, ümumilikdə 140 saat tələb olunur. Hazırkı vəziyyətdə isə müqavilənin bağlandığı tarixlə tərəflər arasında eyni tarixdə bağlanmış iddiaçının iddia etdiyi təhviltəslim aktı sənədinin işlərin görülüb təhvil verilməsi ilə bağlı sənəd olması ağlabatan deyildir.

14. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan şahid ifadəsi, watsapp yazışmaları ilə də məhz qeyd olunan xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi təsdiq olunmur. Ona görə də ilk iddianın əsaslılığını təsdiqləyəcək mötəbər sübutlar təqdim edilmədiyindən, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir.

15. İlkin iddia tələbinin digər hissəsi birinci hissə ilə bağlı olduğundan və ilk iddia tələbi birinci hissədə təmin edilmədiyindən, ilk iddia digər hissədə də təmin edilməmişdir.

16. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 2017-ci il 17 noyabr tarixli X1 Limted tərəfindən verilmiş “Microsoft icazə sənədi” adlı sənəddən və 2020-ci il 23 yanvar tarixli, 01/20 nömrəli CSP Xidmət müqaviləsinə əsasən, iddiaçının 2020-ci il 2 dekabr tarixli müqavilə üzrə cavabdeh qarşısında öhdəlik kimi üzərinə götürdüyü xidmətləri göstərmək üçün hüquq və səlahiyyəti olmuşdur. Ümumiyyətlə, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Bu baxımdan müqavilənin, eləcə də təhvil-təslim aktının etibar sız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

17. Məhkəmə bu qənaətini MM-in 76.1, 77, 142.2, MPM-in 80, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində deyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 mart tarixli, 22(103)-279/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə dəyişdiri lmədən saxlanılmışdır (sədrlik edən hakim - R.Qurbanov, hakimlər - V.Məmmədov, V.Baxışova).

20. Məhkəmənin mövqeyinə görə tərəflər arasında bağlanmış 2020-ci il 2 dekabr tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki, iddiaçı cavabdehə Microsoft miqrasiya və Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

21. Hazırki mübahisə MM-in podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddədən də görünür ki, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən müqavilə üzrə tərtib edilmiş 2020-ci il 2 dekabr tarixli təhvil-təslim aktı isə bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi həmin sənəd “təhvil-təslim aktı” adlansa da, mahiyyət etibarilə tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və sərf olunacaq vaxtla bağlı məsələləri tənzimləyir, yəni mahiyyət etibarilə təhvil-təslim aktı deyil.

22. Müqavilədə qeyd edilən işlərin görülməsi üçün qeyd edildiyi kimi, ümumilikdə 140 saat tələb olunur. Hazırkı vəziyyətdə isə müqavilənin bağlandığı tarixlə tərəflər arasında eyni tarixdə bağlanmış iddiaçının iddia etdiyi təhvil-təslim aktı sənədinin işlərin görülüb təhvil verilməsi ilə bağlı sənəd olması ağlabatan deyildir.

23. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan şahid X2 ifadəsi də iddiaçı tərəfindən müqavilədə göstərilən işlərin icra olunduğunu sübut etmir. Belə ki, həmin şahid öz ifadəsində göstərmişdir ki, Softlayn şirkəti ilə 2006-cı ildən əməkdaşlıq edirdilər. Tərəflər arasında qarşılıqlı inam var idi. 2020-ci ilin sentyabr ayında Softlayn şirkəti onlara müraciət edərək Microsoft miqrasiya, Microsoft Bulud xidmətləri, Microsort virtualizasiya və kiber təhlükəsizliyin qiymətləndirilməsi işlərinin görülməsini xahiş etdilər. İşlərə başlanıldı və noyabr ayında bütün işlər icra edildi. Müqavilə əvvəlcə "xxxx" MMC ilə bağlanılmışdı. İşlər görüldükdən sonra bildirdilər ki, Cavabdeh MMC təsis olunmuşdur. Ona görə də yeni müqavilə bağlanıldı. İşlər görüldükdən sonra bildirdilər ki, bir həftə ərzində pul ödəniləcəkdir. Həmin müddət ərzində ödəmədilər. Ödəniş gecikdi deyə elektron qaimə geri qaytarıldı. Bundan sonra Softlayn şirkətinin Moskva ofisinə müraciət etdilər və onlara bildirdilər ki, həmin işlər üzrə pul ödənilməli idi. Nəticədə Moskva ofisindən məhkəməyə müraciət etmələrini bildirmişlər.

24. Göründüyü kimi şahidin ifadəsinə əsasən qeyd olunan işlər cavabdeh üçün deyil, "xxxx" MMC üçün görülmüşdür. Lakin cavabdeh ilə "xxxx" MMC başqa-başqa hüquqi şəxslərdir. Həmin hüquqi şəxslərin qanuni təmsilçisinin eyni şəxs olması isə nə hüqu qi baxımdan, nə də hazırki mübahisənin faktiki halları baxımından hər hansı əhəmiyyət daşımır. Ona görə ki, iddiaçı tərəfindən MM-in 522.1-ci maddəsinə (öhdəliyin üçüncü şəxsə verilməsi) və "xxxx" MMC-yə aid öhdəliklərin cavabdehin öz üzərinə götürülməsi hallarına istinad edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bildirmişdir ki, 2020-ci il 2 dekabr tarixli müqavilədə göstərilən işlər "xxxx" MMC üçün deyil, məhz cavabdeh üçün görülmüşdür. İddiaçının təqdim etdiyi whatsapp yazışmaları ilə də müqavilədə qeyd olunan xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi təsdiq olunmur. Çünki, həmin yazışmalarda cavabdeh barədə və cavabdehin hər hansı əməkdaşı tərəfindən işlərin görülməsini təsdiqi ilə bağlı məlumatlar qeyd olunmamışdır.

25. Bundan başqa, iddiaçı tərəfə dəfələrl ə təklif olunmasına baxmayaraq, müqavilədə göstərilən xidmətlərinin həyata keçirilməsini texniki cəhətdən təsdiq edən sübutlar təqdim edilməmiş, əksinə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, texniki cəhətdən bu xidmətlərin göstərildiyini izləmək və ona görə də, sübutlar təqdim etmək mümkün deyil. Göründüyü kimi iddiaçı tərəfindən öz öhdəliklərinin icra etməsi halı sübut olunmur. Belə olan halda isə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin yaranması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir.

26. Məhkəmə bu qənaətini MM-in 752.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 7 aprel tarixində tərəfləri elektron kabinetlərinə yerləşdirilmişdir.

28. İddiaçı həmin qətnamədən 2022-ci il 7 iyun tarixində kassasiya ş ikayəti vermiş, apellyasiya məhkəməsinin qətnaməsinin ilk iddia üzrə iddiaçının tələbi hissəsində ləğv edilərək iddiaçının iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbin təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 390.1-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun Qərarının tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən ma ddi hüquq normasının analogiyasının tətbiqi zamanı səhvə yol verilmişdir. Məhkəmə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması əsası ilə analogiyaya əsasən MM-in 752.1-ci maddəsinə - podrat müqaviləsinə istinad etmişdir. Podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsindən deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. 2020-ci il 2 dekabr tarixli müqaviləyə əsasən sifarişçiyə onun özündə mövcud olan informasiya bazasının və CLOUD-una kompüter vasitəsi ilə köçürülmə və yerləşdirmə xidməti göstərilmişdir.

30. MM-in 425-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunan şahid R.Mansurovun ifadəsi iddiaçı tərəfindən müqavilədə göstərilən işlərin icra olunduğun u sübut edir.

31. MM-in 1096-cı maddəsinin tələbi pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 2020-ci il 02 dekabr tarixli SL-166/20 nömrəli müqavilə üzrə tərtib edilmiş 2020-ci il 2 dekabr tarixli təhvil-təslim aktı isə bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi həmin sənəd “təhvil-təslim aktı” adlansa da, mahiyyət etibarilə tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri və sərf olunacaq vaxtla bağlı məsələləri tənzimləyir, yəni mahiyyət etibarilə təhvil-təslim aktı deyil. Müqavilədə qeyd edilən işlərin görülməsi üçün qeyd edildiyi kimi, ümumilikdə 140 saat tələb olunur. Hazırkı vəziyyətdə isə müqavilənin bağlandığı tarixlə tərəflər arasında eyni tarixdə bağlanmış iddiaçının idd ia etdiyi təhvil-təslim aktı sənədinin işlərin görülüb təhvil verilməsi ilə bağlı sənəd olması ağlabatan deyildir. Qeyd edilən eyni cür müqavilənin və xidmətlərin dəyərini müəyyən etmək üçün praktikada saat meyarları əsas tutulur. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 2 dekabr tarixli müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki, iddiaçı cavabdehə Microsoft miqrasiya və Microsoft Bulud xidmətləri və s. xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

32. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə cavabdehin izahatını iş üzrə daha çox həlledici sübut hesab etməklə, sübutlara məcmu şəklində qərərsiz hüquqi qiymət vermə prinsipini pozmuşdur. Hətta cavabdeh tərəfindən təqdim edilmiş 2021-ci il 10 noyabr tarix li Microsoft korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən cavablandırılmış sorgunun 4-cü abzasında qeyd edildiyi kimi Microsoft tərəfdaşları 2 qruppa bölünür: 1) birbaşa Microsoft ilə işləyən və X3(LSP) statusu olan 2) Distribütorlar üzərindən işləyən və X5( CSP) stasusu olan tərəfdaşlar. Microsoft qeyd edilən biznes müəssisələri vasitəsilə satışa çıxarıla bilən Microsoft məhsullarının müstəsna istehsalçısıdır. 2017-ci il 17 noyabr tarixli X1 Limted tərəfindən verilmiş “Microsoft icazə sənədi” adlı sənədə əsasən, MONT Cloud Distribution (CSP) platforması vasitəsilə həyata keçirilən "xxxx" MMC ilə sifarişçi qismində İddiaçıMMC arasında 2020-ci il 23 yanvar tarixli, 01/20 nömrəli CSP Xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cloud Distribution (CSP) platforması vasitəsilə Azərbaycanda aşağıda sadalanan Microsoft məhsullarını sata bilər:1) Microsoft Cloud Services, 2) Exchange Online, 3) MS Azure Services və s.

33. MPM-in 77-ci maddəsinin tələbi pozulmuşdur. Sübutların təqdim edilməsinə baxmayaraq, məhkəmə cavabdehin sübuta söykənməyən mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmiş, ondan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq ilkin iddia tələbi üzrə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh apellyasiya məhkəməsinin əsaslandığı hallara (bax yuxarıda § 21-26) istinad edərək məhkəmənin mövqeyinin əsaslı olduğunu bildirərək kassasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas olmadığını qeyd etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BA XİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri nin tələblərinə əsasən yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiya sı məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tət biq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.” “Maddə

14. Mülki h üquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.... Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan mü qavilələr də bağlaya bilərlər. “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya o lmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Kassasiya şikayətinin mahiyyəti bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə hüququn analogiyası əsasında podrat münasibətlərini tənzimləyən normaların tətbiqi düzgün olmamışdır.

42. Məhkəmə kollegiyası göstərilən dəlillə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

43. MM-in 390.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (həmin Məcəllənin 6.2-ci maddəsi).

44. Bununla belə, MM-in 11-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Xüsusi münasi bətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz (Məcəllənin 11.1, 11.4, 11.5-ci maddələri).

45. MM-in 14-cü maddəsinə əsasən isə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Habelə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (Məcəllənin 14.1, 14.2.1-ci maddələri).

46. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün hüquq münasibətlərinə tətbiq olunması normaların müəyyən olunması məqsədi ilə məhkəmələr tərəfindən həmçinin yaranmış hüquq münasibətinin məzmunu və mahiyyəti də aydınlaşdırılır. Hazırkı halda isə tərəflər arasında bağlanmış 2020-ci il 2 dekabr tarixli, SL-166/20 saylı müqavilə onun hansı münasibətləri əhatə edən müqavilə olması konkret olaraq göstərilməmiş, müqavilənin 9.1-ci maddəsində müqavilə ilə tənzimlənməyən münasibətlərin Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənməsi, habelə müqavilənin müddəalarının şərhinin Azərbaycan Res publikasının mövcud qanunvericiliyiinə uyğun olaraq aparılmalı olması müddəaları öz əksini tapmışdır. dır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin yaranmış hüquq mübahisəsinin MM-in 752-ci maddəsinin təsir dairəsinə düşməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.

47. Bundan başqa, işdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən 2021-ci il 6 dekabr tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsinin “işlərin görülməsi ilə bağlı hansı sübutu təqdim etmisiniz” sualına iddiaçının nümayəndəsi “Microsoft buluda yerləşdirilir, bunu hər hansı bir maddi sübutla təsdiq etmək mümkün deyildir” işə apellyasiya instansiyası məhkəməsində baxılarkən 2022-ci il 1 mart tarixli məhkəmə iclasında sədrlik edənin “bulud xidməti”ni sizin yaratdığınızı texniki baxımdan necə sübut edə bi lərsiniz” sualına iddiaçının nümayəndəsi tərəfindən “texniki baxımdan bunu sübut etmək mümkün deyil” cavabı verilmişdir. Həmçinin, məhkəmə iclaslarında bir halda müqavilənin “Softline İnterneyşnl” digər halda isə əvvəlcə adı “”Softline İnterneyşnl” olan lakin sonradan adını Cavabdeh kimi dəyişdirən şirkətlə bağlandığı qeyd olunsa da, iş materiallarında olan müqavilədə məhz Cavabdeh MMC tərəf olmuşdur. Bu isə, iddianın əsaslı olub-olmaması baxımından qeyri-müəyyənlik yaratmışdır. Həmçinin, iş materiallarından “Softline İnterneyşnl” şirkəti tərəfindən hazırkı münasibtələrdən irəli gələ biləcək hər hansı hüquq və öhdəliklərin də Cavabdeh şirkətinə ötürülməsi müəyyən olunmamışdır.

48. Həmçinin, tərəflər arasında bağlanmış 2020-ci il 2 dekabr tarixli təhvil-təslim aktında işlərin görülməsi üçün 140 saat müddətin nəzərdə tutulması müəyyən olunsa da, həmin işlərin təhvil-təslim aktının tərtib olunduğu 2020-ci il 2 dekabr tarixdə, yəni müqavilənin bağlanması ilə eyni gündə başa çatdırılması da ağlabatan olmamışdır.

49. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

50. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

51. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

54. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli, 2-2(103)-169/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

55. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 mart tarixli, 2-2(103)-279/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar