Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-505/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı ilk və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRAR 2-2(102)-505/2023 Açar sözlər: pul tələbi, fərdi sahibkar olan fiziki şəxs, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk İddiaçı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə idddiaçı Cavabdeh qarşı pul tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Ape llyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 23 iyun tarixli, 2-2(104)-159/2023 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 1 iyul tarixli Cavabdeh, İddiaçı, Etibar İsgəndərov, Ayaz İsmayılov və Sakit Abbasovun imzaları ilə təsdiq olunmuş akta əsasən, imza edənlər şahidlik edirlər ki, 2019-cu il 1 iyul tarixində Cavabdeh və İddiaçı öz aralarında aşağıdakı şəkildə hesablaşaraq razılığa gəliblər ki, 2019-cu il 1 iyul tarixinə qədər aralarında qalan 132.552 manat pul fərqini aradan qaldırmaq üçün, bu vərəqin o biri səhifəsində adları yazılan müştərilərdəki “ölü” 83.710 manatın 30 faizi (24.513 manat) Cavabdeh, 70 faizi (57.197 ma nat) İddiaçı çıxılaraq; Cavabdeh şərikli fermadakı yarı payını (50 faizi) İddiaçı 50.000 manat pul əvəzi verərək; arada qalan 132,26 manatı da uyğun şəkildə bölərək hər ikisinin də ortada görünən pullarını 378.633,52 manata bərabərləşdirsinlər. Bu üç əməliyyatı öz aralarında apararaq razılığa gəlmişlər ki, 2019-cu il 1 iyul tarixindən etibarən aralarında heç bir alacaq-verəcək qalmamışdır. Müştərilərdəki qalan pullar, anbardakı bütün mallar və firmalara (Uniplast xaric) olan borclar 50 faiz - 50 faiz olmaqla bərabər alınacaq və ödəniləcəkdir. Bu razılaşmadan sonra hər iki tərəf şahidlər yanında söz verir ki, bir daha nə olursa olsun köhnə hesablara qayıtmayacaqlar və 50 faiz - 50 faizə şərikli işlərinin davam etməsi üçün bərabər məsuliyyət daşıyacaqlar. 2. 2021-ci il 12 avqust tarixli dind irmə protokoluna əsasən, şübhəli şəxs qismində dindirilmiş İddiaçı izahatında bildirmişdir ki, şərikli işlərində onların 378.633,52 manat pulları olmuşdur. Cavabdeh pulu isə onun pulundan 132.522 manat az olmuşdur. Həmin pulu bərabərləşdirmək üçün Azər şərikli fermalarından olan 50 faiz payını ona 50.000 manat pul əvəzinə vermişdir. Bundan başqa da 50.000 manat pul vermişdir. Qalan 32.522 mаnatlа bağlı isə razılaşmışdırlar. 3. 2022-ci il 15 mart tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən ilkin iddia üzrə 316 manat məbləğində dövlət rüsumu ödənilmiş, 2022-ci il 12 aprel tarixli ödəniş sənədinin surətindən görünür ki, 2022-ci il 12 aprel tarixli, 846 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən, Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna Cavabdeh tərəfindən 210 man at məbləğində vəkil haqqı ödənilmiş, 2022-ci il 14 aprel tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə 390 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 4. 2022-ci il 15 mart tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh sessiyanın tarixi və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “İddiaçı”) 2022-ci il 28 mart tarixində Cavabdeh (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 378.633,52 manat əsas borc, 44.375,90 manat əldən çıxmış fayda, 790 manat dövlət rüsumu, 168 manat vəkilə ödənilən xidmət haqqı olmaqla, cəmi 423.967,42 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qayınatasıdır. 2008-ci ildə iş üzrə maraqlı şəxs olan İddiaçı atası Maraqlı şəxs ilə Cavabdeh tanış olmuş, 2010cu ildə bu tanışlıq qohumluğa çevrilmişdir. Tanışlıq Maraqlı şəxs qurduğu və ailəsinə məxsus biznes fəaliyyəti ilə bağlı olmuşdur. Əslində biznes fəaliyyətinin hamısını Maraqlı şəxs qurmuş, Cavabdeh qohum kimi müəyyən işlərə ortaq etmiş, ona güvənərək bəzi işləri tamamilə ona həvalə etmişdir. Cavabdeh həm bu güvəndən, həm də qohumluq münasibətlərindən istifadə edərək külli miqdarda vəsaitləri əsassız varlanma şəklind ə ələ keçirmişdir. Maraqlı şəxs 2016-cı ilin yanvar ayında tutulmuş, işləri etibarnamə üzrə ona həvalə etmişdir. İddiaçı atasının həbsxanada olması ilə bağlı işlərlə məşğul olan zaman qayınatası Cavabdeh işləri aparmağa başlamışdır. O da qohum kimi ona etimad etmişdir. Ancaq o bu etibardan sui-istifadə edərək ilk öncə biznes fəaliyyətinin onlara aid olan 70% hissəsini 50%-ə endirməyə, özünə məxsus olan 30% hissəni isə 50%-ə qaldırmağa müvəffəq olmuşdur. 2019-cu il 1 iyul tarixində Maraqlı şəxs hələ türmədə olan vaxt Cavabdeh və onun arasında şəriklikləri ilə bağlı şahidlərin (Etibar İsgəndərov, Ayaz İsmayılov və Sakit Abbasov) iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən, onların qurduqları ailə biznesinin 20%-i Cavabdeh keçmiş və hər biri 50% pay olmaqla şərik olmuşdurlar. Akta ə sasən, hər birinin sərmayəsi 378.633,52 manat olmaqla payları bərabərləşmişdir. Şərikli işlərindən onlara məxsus 378.633,52 manat vəsait Cavabdeh tərəfindən 2019-cu il 1 iyul tarixindən idarə edilməsinə baxmayaraq, həmin gündən indiyədək Cavabdeh nə həmin pulu qaytarmış, nə də onlara qazanc vermişdir. Buna görə də Cavabdeh onun etibarından sui-istifadə edərək əsassız varlanmaq məqsədi ilə ələ keçirdiyi 378.633,52 manat pulu və neçə il ərzində dəymiş zərəri geri ödəməlidir. Vurulmuş zərər Mərkəzi Bankın faiz dərəcəsinə uyğun hesablanaraq Cavabdeh əlavə olaraq tələb olunmalıdır. Belə ki, Mərkəzi bankın rəsmi saytında dərc edilmiş illik faiz dərəcələrinə əsasən 2019-cu il üzrə 8,37%, 2020-ci il üzrə 6,89%, 2021-ci il üzrə 6,91% və 2022-ci il üzrə 7,5% olmuşdur. Buradan belə hasil olur ki, Cav abdeh əsas borc məbləğindən (378.633,52 manat) əlavə olaraq vurduğu zərərə görə ümumilikdə 70.458,2 manat, o cümlədən 2019-cu il üzrə 15.845,8 manat, 2020-ci il üzrə 26.087,8 manat, 2021-ci il üzrə 26.163,60 manat, 2022-ci il üzrə isə 2.366,5 manat olmaqla cəmi 44.375,9 manat əldən çıxmış faydanı, eyni zamanda hazırkı iddia üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqını da ona ödəməlidir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 12.2, 25, 26, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 386.1, 1091, 1092.1, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 4.1, 9, 14.1, 76.1, 7 7.1, 106.1-cı maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair ilk iddia tələbinin rədd olunması və onun qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı nağd şəkildə verdiyi 50.000 manatın, həmçinin 50.000 manatın əvəzi olaraq verilmiş ünvan 1 ünvanında yerləşən ferma kompleksində ona məxsus olmuş 1/2 payın dəyəri olan 50.000 manatın, cəmi 100.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia tələbinə əlavə barədə ərizə təqdim edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddia tələbinin rədd olunması və onun qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı nağd şəkildə verdiyi 50.000 manatın, həmçinin 50. 000 manatın əvəzi olaraq verilmiş ünvan 1 ünvanında yerləşən ferma kompleksində ona məxsus olmuş 1/2 payın dəyəri olan 50.000 manatın, cəmi 100.000 manatın, iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumu kimi ödənilmiş 390 manatın və 210 manat vəkilə ödənilmiş xidmət haqqının tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində 2019-cu il 1 iyul tarixli hüquqi nəticəsi olmayan sənədə istinad edərək, Cavabdeh 378.633,52 manat əsas borc, 44.375,90 manat əldən çıxmış fayda, 790 manat dövlət rüsumu, 168 manat vəkilə ödənilən xidmət haqqı olmaqla, cəmi 423.967,42 manat pulun tutularaq ona ödənilməsini xahiş etmiş və qeyd etmişdir ki, akta əsasən guya hər birinin sərmayəsi 378.633,52 m anat olmaqla bərabərləşdirilmiş, ona məxsus olan 378.633,52 manat vəsaiti idarə etməklə ona nə qazanc vermiş, nə də pulunu qaytarmışdır. Cavabdeh İddiaçı ilə şərikli biznesi olmamışdır. 2018-ci il 15 may tarixindən vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış və bu vaxta kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2019-cu il tarixinə kimi İddiaçı və Maraqlı şəxs Cavabdeh 200.000 manatdan çox borcları olmuş, tələb edilməsinə baxmayaraq borclar ödənilməmişdir. Maraqlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmiş, ona olan borclarını ödəmək/əvəzləşdirmək məqsədi ilə İddiaçı Cavabdeh təklif etmişdir ki, onunla şərikli biznes fəaliyyəti ilə məşğul olsun. Maraqlı şəxs Bakı şəhərində “Baksol” deyilən yerdə satış mərkəzi olmuşdur. İddiaçı onu həmin yerə şərik etmək istəm işdir. Buna görə İddiaçı təklifi ilə aralarında belə bir akt bağlanmışdır ki, Maraqlı şəxs özü ilə bağlı olan müştərilərdə qalan “ölü pullar”a (yəni alacağı, lakin müştərilərindən ala bilmədiyi pullara), həmçinin fermada olan 50.000 manatlıq (50%) payını verməyi bu şərtlə öhdəsinə götürmüşdür ki, onu Bakı şəhərində olan qapı-pəncərə satış işlərinə şərik edir. Bundan başqa, Cavabdeh İddiaçı 50.000 manat da pul vermiş, qalan fərq isə öz aralarında razılaşdırılmışdır. Sonradan İddiaçı ona Türkiyədə fəaliyyət göstərən “Uniplast” firmasına olan borclarına da şərik olmasını, şərikli işləri başlamağı atasının tələb etdiyini demişdir. Maraqlı şəxs “Uniplasta” olan borcu 467.231.90 ABŞ dolları məbləğində olmuşdur. Bu borca da şərik olmaqla, biznes işlərinə şərik olmaq ona sərf etmədiyi üçün şərikli iş görməmişdir. Odur ki, onun İddiaçı ilə şərikli biznes fəaliyyəti olmamışdır. Bundan başqa, İddiaçı özü təsdiq etmişdir ki, 2018-ci ildən indiyədək olan dövrdə ünvan 2 ünvanında yerləşən və fəaliyyət göstərən "Azvinil” MMC-yə aidiyyəti olmamış, həmin MMC Elxan Süleymanovla qaynı Arzu Əmirov tərəfindən şərikli olaraq təsis olunmuş və onun həmin MMC-yə aidiyyəti olmamışdır. Bu qeyd edilənlər hamısı AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 2022-ci il 23 fevral tarixli qərarında da öz əksini tapmışdır.
11. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 5.3, 13, 43.1, 324.5, 387.3, 404.4, 425.1, MPM-in 77.1, 217.1-ci maddələrinə istinad olunmuşdur.
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyul tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, 378.633,52 manat məbləğində pul və ödənilmiş 315 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, 353,63 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin olunmaması, qarşılıqlı iddianın təmin olunaraq 100.000 manat məbləğində pulun, ödənilmiş 390 manat dövlət rüsumu və 210 manat hüquqi yardıma görə xərcin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir (hakim – R.Məmmədov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında imzalanmış 2019-cu il 1 iyul tarixli yazılı razılaşmada pay 378.633,52 manata bərabərləşdirilmişdir. Tərəflər həmçinin razılığa gəlmişlər ki, həmin tarixdən sonra şərikli işlərini bərabər davam etdirəcəklər. 2019-cu il 1 iyul tarixindən etibarən tərəflərin hər birinə aid olan 378.633,52 manat məbləğində vəsaitin yazılı razılaşmaya zidd olaraq Cavabdeh tərəfindən birtərəfli qaydada idarə edilməsi İddiaçı öz əmlak payından faktiki olaraq məhrum olunması ilə nəticələnmişdir. Eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən, 10.000 manat məbləğində əmlak və pul Cavabdeh tərəfindən İddiaçı verilmiş, lakin sonradan İddiaçı tərəfindən Cavabdeh qaytarılmamışdır.
14. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, 378.633,52 manat məbləğində pul və ödənilmiş 315 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən a zad edildiyinə görə ödənilməli olan 353,63 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
15. İlk iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı məxsus pul vəsaiti qaytarılmasa da, İddiaçı bu zaman dövründə ödənməyən pullar ilə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddianın əldən çıxmış faydaya görə pul tələbi hissəsi təmin oluna bilməz.
16. Bundan başqa, ilkin iddia tələbinin dövlət rüsumunun və vəkil xərcinin tutulması hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə sadəcə ilkin iddiaçı tərəfindən 315 manat məbləğində dövlət rüsumunun ödənildiyi təsdiq edildiyindən, iddia tələbinin dövlət rüsumu ilə bağl ı qalan hissəsi və vəkil xərci tələbi təmin olunmamalıdır.
17. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, 100.000 manat məbləğində pul, ödənilmiş 390 manat dövlət rüsumu və 210 manat hüquqi yardıma görə xərc İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 6.2, 10.1, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 442, 445, 448.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunması, qarşılıqlı iddia tələbinin rədd olunması və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ilkin iddia tələbini n qismən təmin olunması hissəsində ləğv edilməsini və həmin hissədə ilkin iddia tələbinin rədd olunmasını, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 358 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2-2(104)-170/2022 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ə.Abdullayev, hakimlər – L.Süleymanov və R.Mamedov).
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. 2019-c u il 1 iyul tarixli aktdan görünür ki, tərəflər öz aralarında şərikli fəaliyyətlə bağlı müəyyən razılığa gəlmişlər. Bunun nəticəsində onlar arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı apellyasiya şikayətinin dəlilləri də əsassız olmuş və həmin dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunanlara əsasən, tərəflər 2019-cu il 1 iyul tarixinədək şərikli sahibkarlıq (biznes) fəaliyyəti ilə məşğul olmuş, İddiaçı şərikli biznes fəaliyyətindəki payı 70%, Cavabdeh payı isə 30% faiz təşkil etmişdir. Biznes fəaliyyəti ilə əlaqədar qoyulmuş vəsait bütünlüklə Cavabdeh tərəfindən bir tərəfli qaydada idarə olunmuşdur. Biznes fəaliyyətinin idarə olunması, əldə olunmuş qazancdan İddiaçı payının ve rilməməsi ilə bağlı tərəflər arasında uzun müddət mübahisə olmuş, bu mübahisənin həll edilməsi məqsədi ilə tərəflər arasında 2019-cu il 1 iyul tarixində şahidlərin iştirakı ilə şərikli biznes fəaliyyətlərindəki paylarının, hər birinin payı 378.633,52 manat, yəni 50% olmaqla, bərabərləşdirilməsi və şərikli fəaliyyətlərinin davam etdirilməsi barədə yazılı razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən, həmçinin şərikli biznes fəaliyyətlərindəki payların bərabərləşdirilməsi və bu fəaliyyətin davam etdirilməsi məqsədi ilə Cavabdeh tərəfindən 100.000 məbləğində əmlak və pulun (50.000 manat pulun əvəzi olaraq fermalardakı payının 50%-i və bundan başqa, 50.000 manat pul) İddiaçı verilməsi barədə razılığa gəlinmişdir.
24. Tərəflər arasında şərikli fəaliyyətin davam etdirilməsi barədə razılıq əl də olunmasına baxmayaraq, 2019-cu il 1 iyul tarixindən etibarən hər birinə aid olan 378.633,52 manat məbləğində vəsait qeyd olunan yazılı razılaşmaya zidd olaraq Cavabdeh tərəfindən birtərəfli qaydada idarə edilərək qazanc əldə olunmuş, əldə edilmiş qazancdan İddiaçı payı verilməmiş, bununla da sonuncu öz əmlak payından və qoyduğu vəsaitdən faydalanmaq imkanından məhrum olmuşdur. Eyni zamanda tərəflər arasında imzalanmış yuxarıda qeyd edilən razılaşmaya əsasən, 100.000 manat məbləğində əmlak və pul vəsaiti qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş, lakin sonradan cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya qaytarılmamışdır.
25. Göründüyü kimi, tərəflər arasındakı razılaşmaya əsasən, onların şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı qarşılıqlı öhdəlikləri yaranmış, lakin onl ar həmin öhdəliklərə əməl etməyərək əldə olunmuş razılaşmanın şərtlərini pozmuşlar.
26. Həmçinin, iş materiallarından görünür ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus pul qaytarılmasa da, iddiaçının şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı cavabdeh tərəfindən ona ödənilməyən pul vəsaiti ilə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, ilkin iddia üzrə iddiaçı iddia tələbində cavabdehdən dövlət rüsumunun və vəkil xərcinin onun xeyrinə tutulmasını xahiş etsə də, iddia ərizəsinə yalnız dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd əlavə etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 6.2, 10.1, 21.1, 21.2, 157.2, 385.1, 386.1, 389.1, 396, 425.1, 442, 445.1, 448.1, 448.2-ci maddələ rinə istinad etməklə əsaslandırmışdır.
28. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək onun qismən ləğv edilməsi, Cavabdeh iddia tələbinin rədd olunması, ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv olunması, ilkin iddia tələbinin tamamilə təmin edilməməsi, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 358 manat və kassasiya şikayətinin verilməsinə görə ödənilmiş 358 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(102)-122/2023 nömrəli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2-2(104)-170/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən hakim – İ.Dadaşov, hakimlər – B.Qəribov, Ə.Əhmədov).
31. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mülki qanunvericiliyə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından isə tərəflərin tələblərinin əsası ola biləcək müqavilənin mövcudluğu görünmür. 2019-cu il 1 iyul tarixli yazılı razılaşma isə tərəflər arasında hüquq və vəzifələrin yaranmasına əsas ola biləcək müqavilə kimi qiymətləndirilə bilməz. Belə ki, akta əsasən 378.633,52 manat məbləğində pulun Cavabdeh verildiyini, həmçinin qarşılıqlı iddia üzrə tələb olunan məbləğin İddiaçı verildiyini təsdiq edən mötəbər sübutlar iddiaçı və cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, həmin aktın özündə də bu vəsaitin sonradan idarə edilmək üçün bilavasitə Cavabdeh verildiyi qeyd edilməmiş, məhkəmə tərəfindən isə bu hal düzgün qiymətləndirilməmişdir. Bu isə öz növbəsində öhdəlik hüquq münasibətlərinə dair normaların (MM-in 385, 386, 425, 442, 445 və 448-ci maddələri) məhkəmə tərəfindən pozulması və düz gün tətbiq edilməməsi kimi dəyərləndirilir.
32. Digər tərəfdən, 2019-cu il 1 iyul tarixli aktla müəyyən olunan payların məhz Cavabdeh olması, sonuncu tərəfindən idarə olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı tərəfindən iddia edilən 378.633,52 manat məbləğində vəsait ilə biznes işlərinin görülməsinin vergi fəaliyyətindən kənar, həmçinin işçilərin əməyindən istifadə edilmədən, müvafiq satış yeri olmadan həyata keçirilə bilməsi ağlabatan hesab oluna bilməz. İş üzrə qəbul olunmuş qətnamələrdə isə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Bu isə işə baxılarkən məhkəmə tərəfindən MPM-in 77.1, 88, 217 və 220-ci maddələrinin tələblərinin pozulması anlamına gəlir.
33. Mə hkəmə kollegiyası qeyd etmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi fərdi qaydada və yaxud hüquqi şəxs təsis etməklə həyata keçirilir. İş materiallarına əsasən vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış Cavabdeh nə fərdi qaydada, nə də hər hansı bir hüquqi şəxsin payında iştirak etməklə İddiaçı ilə hər hansı şərikli biznes fəaliyyətinin olması, tərəflərin birlikdə hər hansı sənəd tərtib etməklə mal və materialların sifarişini və ya satışını həyata keçirdikləri təsdiq edilmir. 2019-cu il 1 iyul tarixli aktdan həmçinin tərəflərin hansı müəssisəni yaratdıqları, onun hansı fəaliyyətlə məşğul olduğu aydın deyildir, məhkəməyə isə rəsmi qeydiyyatdan keçmiş, birgə yaradılmış müəssisənin mövcud olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
34. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən isə Cavabdeh ilə İddiaçı arasında 2019-cu il 1 iyul tarixli aktdan irəli gələn şərikli biznes fəaliyyətinin nədən ibarət olması, həmin biznes fəaliyyəti mövcud olmuşdursa hansı işlərin görülməsi, tərəflərin birgə gəlirlərinin və xərclərinin nələrdən ibarət olması, zəruri vergi ödənişlərinin həyata keçirilibkeçirilmədiyi və sair bu kimi şərikli müəssisənin mövcudluğunu təsdiq edəcək hallar müəyyən olunmamışdır.
35. Beləliklə, məhkəmə tərəfindən 2019-cu il 1 iyul tarixli yazılı razılaşmada Cavabdeh ilə İddiaçı arasında şərikli biznes fəaliyyətinin nədən ibarət olması, həmin biznes mövcud olmuşdursa hansı şəkildə kim tərəfindən idarə edilməsi, ilkin iddia tələbində iddia olunan 378.633,52 manat məbləğində payın (əmlakın, malların) nələrdən ibarət olması və harada olması, həmin əmlakın Cavabdeh olub-olmaması, bu vəsaitin sonuncu tərəfindən hansı formada idarə edildiyi dəqiq müəyyən edilmədən, 378.633,52 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Eyni pozuntular da həmçinin qarşılıqlı iddia tələbinin təmin edilərək 100.000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi hisssəsində də baş vermişdir. Məhkəmə qərarlarında qarşılıqlı iddianın təmin edilməsi hər hansı əsaslandırma aparılmadan bir cümlə ilə təmin edilmişdir ki, bu da qanuni hesab edilə bilməz.
36. Məhkəmələr, tərəflər arasında öhdəlik münasibətlərinin nədən ibarət olmasını müəyyən etmədən, Cavabdeh həmin öhdəliyə əməl etməyərək əldə olunmuş razılaşmanın şərtlərini pozduğu, biznes fəaliyyəti ilə əlaqədar qoyulmuş vəsaitin bütünlü klə Cavabdeh tərəfindən birtərəfli qaydada idarə edilərək qazanc əldə olunduğu, əldə edilmiş qazancdan isə İddiaçı payının verilmədiyi, bununla da İddiaçı öz əmlak payından və qoyduğu vəsaitdən faydalanmaq imkanından məhrum olduğu barədə iş materialları və mötəbər sübutlarla təsdiq edilməyən, faktiki olaraqsa ehtimallara əsaslanan bir nəticəyə gəlmişlər.
37. İş üçün əhəmiyyətli olsa da, məhkəmələr tərəfindən Cavabdeh ilə İddiaçı arasında 2019-cu il 1 iyul tarixindən etibarən şərikli biznes fəaliyyətinin nədən ibarət olması və harada həyata keçirildiyi, “ferma” deyə adlandırdıqları müəssisənin hansı fəaliyyətlə məşğul olduğu, hüquqi şəxs olaraq qeydiyyatdan keçib-keçmədiyi, keçdiyi halda iddiaçı tərəfindən iddia olunan həcmdə nizamnamə kapitalının olub-olmadığı, necə idarə edildiyi, ilkin i ddia tələbində iddia olunan 378.633,52 manat məbləğində payın (əmlakın, malların) nələrdən ibarət olması, həmin əmlakların və yaxud pul vəsaitinin Cavabdeh təqdim edilibedilməməsi mötəbərliyi şübhə doğurmayan sübutlarla müəyyən edilməmişdir.
38. Məhkəmələrin istinad etdikləri 2019-cu il 1 iyul tarixli aktda tərəflərin paylarının ortada görünən pullarının 378.633,52 manata bərabərləşdirilməsi, “həmin tarixdən etibarən aralarında heç bir alacaq-verəcək qalmadığı” razılaşdırılmış, həmin aktda 378.633,52 manatın Cavabdeh verildiyi, onun tərəfindən idarə olunacağı, onda saxlanılacağı qeyd edilmədiyi halda, məhkəmələr biznes fəaliyyəti ilə əlaqədar qoyulmuş vəsaitin bütünlüklə Cavabdeh tərəfindən birtərəfli qaydada idarə edilərək “qazanc” əldə olunduğu, “əldə edilmiş qazancdan” isə İddiaçı payın ın verilmədiyi nəticəsinə gəlmişlər.
39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 iyul tarixli, 2-2(102)-420/2022 saylı qərarı ilə qüvvədə saxlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 10 dekabr tarixli, 2-2(104)-204/2021 saylı qətnaməsi ilə İddiaçı və təsisçilərindən biri Cavabdeh olan "xxxx" MMC arasında hər hansı birgə biznes fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarının preyudisiallığı isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
40. Kassasiya instansiy ası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 6.2, 10.1, 13, 21.1, 21.2, 43.1, 43.2, 385.1, 386.1, 389.1, 425.1, 442, 445.1, 448.1, 448.2-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1, 10-cu, MPM-in 77.1, 88, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 iyun tarixli, 2-2(104)-159/2023 saylı qərardadı ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyul tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsi ləğv edilərək, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, ha kimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC və "xxxx" MMC-də qeyri-rəsmi təsisçiliyinin olmasını, 2019-cu il 1 iyul tarixli razılaşmada göstərilən gəlirin həmin hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini, o cümlədən qarşılıqlı iddiaçının da tələb etdiyi pul məbləğinin 2019-cu il 1 iyul tarixli razılaşmadan irəli gəldiyini iddia etmişdir. Cavabdeh isə İddiaçı ilə nə rəsmi, nə də qeyri-rəsmi hər hansı bir şərikli sahibkarlıq fəaliyyətinin olmadığını iddia etsə də, qarşılıqlı iddiada tələb etdiyi pul məbləğini hansı əsasla tələb etdiyini izah edə bilməmişdir. Lakin iş materiallarına əlavə edilmiş 2019-cu il 1 iyul tarixli razılaş madan tərəflər arasında qeyri-rəsmi sahibkarlıq fəaliyyətindən irəli gələn hansısa birgə fəaliyyətin olması sezilməkdədir. İşin mübahisə edilməyən halı kimi isə İddiaçı "xxxx" MMC və "xxxx" MMC-də rəsmi qaydada təsisçiliyinin və həmin hüquqi şəxslərdə rəsmi payı olmamışdır.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kommersiya hüquqi şəxslərinin təsisçiləri və payçıları arasında olan mübahisələrin kommersiya məhkəməsində baxılması müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı tələbininin onun hüquqi şəxsdə olan payı ilə əlaqədar olduğunu iddia etmişdir. Lakin qeyd olunan hüquqi şəxslərdə onun təsisçiliyinin olması və müəyyən paya malik olması müəyyən edilməməklə, bu hal həm də işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, fərdi sahibkar statusuna malik olmayan, yəni v ergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə ümumi məhkəmələrdə baxılır ki, anoloji olaraq hər hansı bir hüquqi şəxsin qeyri-rəsmi təsisçisi və payçısı olduğunu iddia edən şəxsin həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı iddiasına da ümumi məhkəmələrdə baxılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisənin subyekt tərkibini, onlar arasında olan hüquq münasibətlərinin xarakterini və tərəflər arasında olan fəaliyyətin qanuni və hüquqi əsaslar üzrə keçirilibkeçirilməməsini aydınlaşdırmadan işə kommersiya mübahisəsi kimi baxmaqla, parosessual qanunvericiliyin tələbini pozmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 35.1ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına istinad etməklə əsaslandırmışdır.
45. Qərardad 2023-cü il 24 iyun tarixli məktubla tərəflərə göndərilmiş, 2023-cü il 4 iyul tarixdə tərəflərə rəsmi qaydada təqdim olunmuşdur.
46. Həmin qərardaddan Cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsini, işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 47. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, tərəflər fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir.
48. MPM-in 24.2, 26.1, 31.1-ci maddələrinin tələbləri pozulmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti müəyyən olunarkən 3 meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır. A.Cavabdehbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmiş, vergi ödəyicisi kimi fəaliyyəti və digər vergi tutulan əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix 2022-ci il 29 dekabr, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi ta rix 2092-ci il 31 dekabr göstərilmişdir. Həmçinin digər tərəf İddiaçı ********** saylı VÖEN-ə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkar kimi qeydə alınmışdır.
49. Mübahisənin predmeti isə pul tələbi olmaqla, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətilə bağlı olmuşdur. İddiaçı tərəfindən şərtlər pozulmasa idi, tərəflər arasında bağlanmış akt sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlanmışdı. Cavabdeh vergi ödəyicisi kimi fəaliyyətini və digər vergi tutulan əməliyyatları müvəqqəti olaraq dayandırması onun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən uçotdan çıxarılması üçün əsas olmadığından, fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Göründüyü kimi, hər iki tərəf fərdi sahibkardır və aralarında yaranmış münasibət sahibkarlıq fəaliyyətindən irəli gəlir. Aidiyyət qaydalarının pozulması mülki işin uzanmasına səbəb olacaq.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 6 saylı Qərarına əsasən, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərd i sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
53. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III.TƏTBİQ EDİLƏN HÜQUQ
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mü bahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” 56. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “Hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəali yyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır.” 57. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2022-ci il 19 dekabr tarixli 6 saylı Qərarında nəzərdə tutulmuşdur: “28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətin i dəyişdirmir.” IV. Ali Məhkəmənin mövqeyi
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
59. Kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. 60. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və y a) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 61. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarında qeyd olunmuşdur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hü quqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır.
62. Apellyasiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ilk iddiaçı fərdi sahibkar statusuna sahib olmamış, habelə onun "xxxx" və "xxxx" MMC-də təsisçiliyinin və ya payının olması müəyyən edilməmişdir.
63. Halbuki, elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumatlardan göründüyü kimi ilk İddiaçı 2014-cü il 28 yanvar tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış və ona ********** nömrəli VÖEN verilmişdir.
64. Həmçinin, ilk iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddiaçı olan Cavabdeh da 2005-ci il 4 iyul tarixdə 12 saylı Ərazi Vergilər Baş İ darəsində vergi uçotuna alınmaqla ona ********** saylı VÖEN verilmişdir.
65. MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olaraq, hazırkı mübahisənin tərəflərinin, predmetinin və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edildiyindən işə əvvəllər birinci instansiya mərhələsində kommersiya məhkəməsində, apellyasiya və kassasiya icraatı zamanı isə kommersiya kollegiyalarında ba xılması düzgün olmuşdur. Bu səbəbdən, kommersiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə də mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinin kommersiya kollegiyasında baxılmalı olduğu halda apellyasiya məhkəməsinin mübahisənin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gəlməsinə istinadla işin ümumi məhkəmədə baxılmağa göndərilməli olmasına dair gəldiyi nəticə anlaşılan və qanuni olmamışdır.
66. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 iyun tarixli, 2-2(104)-159/2023 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
67. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İlk iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 iyun tarixli, 2-2(104)-159/2023 saylı qərardadı tam ləğv olunsun. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.