Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-506/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin ləğvi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 2-2(103)-399/2018 saylı iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx»xxxxCavabdeh MMC-yə qarşı məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil olmaqla 139967,14 manat borcun, 20.000 manat məbləğində əldən çıxmış faydanın və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx»xxxxilə Cavabdehxxxxarasında 6 saylı 25 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanm ışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) illik 280 ton həcmində sintetik xlorid turşusu adda məhsul satmağı, alıcı isə məhsulları qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini ödəməli idi. Müqavilənin şərtlərinə görə alıcı sifarişə uyğun olaraq, malın dəyərinin yarısını avans olaraq əvvəlcədən, yarısını isə malı qəbul etdikdən sonra ödəməli idi. Lakin heç bir avans ödənişi olmadan tərəflər arasında təsdiq edilmiş FRF seriyalı 072692 saylı 24 fevral 2017-ci il tarixli qaimə-fakturaya əsasən satıcı alıcıya ümumi dəyəri ƏDV daxil 203.175,61 manat olan 256.480 ton həcmində xlorid turşusu təhvil vermişdir. Müqavilə şərtlərinə əsasən alıcı malı qəbul etdikdən sonra malın dəyərinin yarısını avans olaraq əvvəlcədən sifariş verərk ən, yarısını isə malı qəbul etdikdən sonra tam şəkildə ödəməli olduğu halda, ödənişi lazımınca yerinə yetirməmişdir. Həmin ərəfələrdə yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdeh şirkətin rəhbərliyinə, eləcə də məsul şəxslərə şifahi və yazılı müraciətlərə baxmayaraq, heç bir ödəniş edilməmişdir. Bir müddət sonra Cavabdehxxxxtərəfindən satıcının ünvanına 1 saylı 22 iyun 2017-ci il tarixli məktub daxil olmuşdur və həmin məktubda cavabdeh tərəf iddiaçıdan qəbul etdiyi məhsulun müəyyən həcminin geri qaytarılmasına razılıq verilməsini xahiş etmişdir. Razılığa əsasən məktubda göstərilən həcmdə məhsul geri qaytarılır, geri qaytarılan məhsulun dəyəri ümumi borcdan çıxılır, lakin qarşı tərəf qalıq borcu yenə də tam şəkildə ödəmir. Beləliklə, alıcı tərəf müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və qeyd olunan müqavilə üzrə ƏDV daxil cəmi 139.967,14 manat borcu yaranmışdır. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə həm yazılı, həm şifahi müraciətlər olunsa da, cavabdeh müxtəlif bəhanələrlə onu qaytarmaqdan yayınmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən ilk iddia üzrə Cavabdehxxxx«xxxx» MMCyə qarşı qarşılıqlı iddia verərək tərəflər arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-nin ərazisində qalmış məhsulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 25 yanvar 2018-ci il tarixində bağlanmış müqaviləyə əsasən «xxxx»xxxx280 ton həcmində sintetik xlorid turşusu adda məhsulu Cavabdeh MMC-yə satmalı və satı lmış məhsulun dəyərini Cavabdehxxxx«xxxx» MMC-yə ödəməli idi. Lakin Cavabdeh MMC-nin maddi çətinlikləri olduğuna görə fəaliyyətə başlaya bilməmişdir və hal-hazıradək fəaliyyətsizdir. Cavabdehxxxxfəaliyyət göstərə bilmədiyindən, «xxxx»xxxxilə müqavilə əsasında aldığı 256.480 ton həcmində xlorid turşusunun geri götürülməsi barədə yazılı və şifahi müraciətlər ünvanlamışdır. «xxxx»xxxxCavabdeh MMCnin müraciətini və qurumun fəaliyyət göstərməməsini nəzərə alaraq, 23 iyun 2017-ci il tarixdə müqavilə üzrə alınmış xlorid turşusunun bir qismini akt tərtib etməklə geri götürmüşdür. Cavabdeh MMC-nin ərazisində qalmış başqa bir qisim malın da geri götürülməsi barədə yenidən cavabdeh tərəfə yazılı və şifahi müraciətlər ünvanlanmışdır. Cavabdeh MMC-nin fəaliyyətsiz olduğunu bilə-bilə cavabdeh geri göt ürülməmiş bir qisim malın dəyərinin ödənilməsi barədə cəmiyyətə məktub göndərmişdir. 2017-ci ilin dekabr ayında cəmiyyət yenidən «xxxx» MMC-yə maliyyə çətinliyi olduğundan fəaliyyət göstərə bilməməsi və yerdə qalan götürülməmiş məhsulun geri götürülməsi barədə cavabdehə bir daha yazılı və şifahi müraciət ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun ləğv edilməsinə əsas verir. Həmin Məcəllənin 422.2.2-ci maddəsinə görə şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtləri nə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-165/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qətnaməsi (hakim - R.L.Kərimli) ilk iddia tələbi təmin edilərək, ilk iddia üzrə Cavabdehxxxx139.967,14 manat əsas borc, 20.000 manat əldən çıxmış fayda və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul olunan günədək bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu, ilk iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçı «xxxx» MMC-yə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehxxxxtərəfindən apellyasiya şi kayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-399/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abıyeva) ilə apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2-2(82)-165/2019 saylı qətnaməsi qismən – ilk iddia üzrə Cavabdehxxxx20.000 manat əldən çıxmış faydanın və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun ilk iddia üzrə iddiaçı «xxxx» MMC-yə ödənilməsi hissəsində ləğv edilmiş, ilk iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehxxxxkassasiya şikayəti verərək ap ellyasiya məhkəməsinin qətnaməsini ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, tərəflər arasında müqavilə bağlanılmasına baxmayaraq Cavabdehxxxxmaddi çətinlikləri olduğuna görə fəaliyyətə başlaya bilməmişdir və hal-hazıradək fəaliyyətsizdir. Buna görə də, müqavilə əsasında alınmış 256.480 ton həcmində xlorid turşusunun geri götürülməsi barədə «xxxx»xxxx«xxxx»xxxxCavabdeh MMC-nin müraciətini və qurumun fəaliyyət göstərməməsini nəzərə alaraq, 23 iyun 2017-ci il tarixdə müqavilə üzrə alınmış xlorid turşusunun bir qismini akt tərtib etməklə geri götürmüşdür. 2017-ci ilin dekabr ayında cəmiyyət yenidən «xxxx» MMC-yə maliyyə çətinliyi olduğundan fəaliyyət göstərə bilməməsi və yerdə qalan götürülməmiş məhsulun geri götürülməsi barədə cavabdehə bir daha yazılı və şifahi müraciət ünvanlamışdır. Lakin mal geri götürülməmiş, onun dəyərinin ödənilməsi tələb edilmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlam azdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə işə baxarkən mübahisənin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, qanunvericiliyin qeyd edilən müddəalarını işəə düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə kassasiya baxışının həddləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyi üçün iddianın rədd edilmiş hissələri üzrə apellyasiya məhkəməsinin qətnaməsinin yoxlanılması həyata keçirilmir. Hazırkı kassasiya baxışının predmetini yalnız iddianın təmin edilmiş hissəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin h allarından görünür ki, «xxxx»xxxx(«Satıcı») ilə Cavabdehxxxx(«Alıcı») arasında 6 saylı, 25 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən «Satıcı» «Alıcı»ya illik 280 ton həcmində sintetik xlorid turşusu adda məhsul satmağı, «Alıcı» isə məhsulları qəbul edib əvəzində müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinin şərtlərinə görə «Alıcı» sifarişə uyğun olaraq, malın dəyərinin yarısını avans olaraq əvvəlcədən, yarısını isə malı qəbul etdikdən sonra ödəməli idi. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında təsdiq edilmiş FRF seriyalı 072692 saylı 24 fevral 2017-ci il tarixli qaimə-fakturaya əsasən «xxxx»xxxxtərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV də daxil olmaqla 203.175,61 manat olan 256.480 ton həcmində xlorid turşusu təhvil vermişdir. 15.02.2017-ci il tarixli 001 saylı ödəniş tapşırığından isə görünür ki, Cavabdehxxxxtərəfindən 6 saylı 25.01.2017-ci il tarixli müqaviləyə əsasən 20.000 manat pul alınan mallar sintetik xlor turşusuna görə «xxxx» MMC-yə ödənilmişdir. Cavabdehxxxx22 iyun 2017-ci il tarixli məktubla «xxxx» MMC-yə müraciət edərək bildirmişdir ki, 24 fevral 2017-ci il tarixində FRF seriyalı 072692 saylı qaiməyə əsasən 256.480 ton (1 tonun qiyməti ƏDV-siz 671 manat) xlorid turşusu alınmışdır. Hazırda ödənişi təmin edə bilmədiklərinə görə bu məhsulun 50 tonunu geri qaytarılması xahiş olunmuşdur. Bundan sonra tərəflər arasında 23.06.2017-ci ildə «Akt» tərtib olunmuş və həmin aktla təsdiq olunmuşdur ki, Cavabdeh MMC-yə 24.02.2017-ci il FRF seriyalı 072692 nömrəli qaiməyə əsasən 256.480 ton xlorid turşusu verilmişdir, Cavabdeh MMC-nin maliyyə çətinliyi ilə əlaqədar verilən malların bir qismi (50 ton, 1 tonun qiyməti 671.33 manat, ümumi məbləğ ƏDV-siz 33.566,5 manat, ƏDV – 6.041,97 manat, ümumi məbləğ – 39.608,47 manat) geri qaytarılmışdır. Beləliklə, tərəflər arasında bağlanmış 6 saylı, 25 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən «xxxx»xxxx(«Satıcı») tərəfdən Cavabdeh MMC-yə («Alıcı») ümumi dəyəri ƏDV daxil olmaqla 203.175,61 manat olan 256.480 ton həcmində xlorid turşusu təhvil vermişdir, sonradan tərəflərin razılığı və Cavabdeh MMC-nin maliyyə çətinliyi ilə əlaqədar verilən malların bir qismi (50 ton, 1 tonun qiyməti 671.33 manat, ümumi məbləğ ƏDV-siz 33566,5 manat, ƏDV – 6.041,97 manat, ümumi məbləğ – 39.608,47 manat) geri qaytarılmışdır və ümumilikdə «xxxx»xxxxtərəfindən verilmiş xlorid turşusuna görə Cavabdeh MMC-nin ödənilməmiş qalan qalıq borcu 139.967,14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətləri ndən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın a lıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödə mək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq nomalarını nəzərə almaqla düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, ilk iddia üzrə iddiaçı «xxxx»xxxxrazılaşma üzrə nəzərdə tutulmuş malı ilk iddia üzrə Cavabdeh MMC-yə vermiş, Cavabdehxxxxisə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və ilk iddia üzrə iddiaçı «xxxx»xxxxpozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ilk iddia üzrə iddiaçı «xxxx» MMC-nin iddia tələbi tərəfl ər arasında bağlanmış 6 saylı 25 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş qalan 139.967,14 manat qalıq borcun tutulması hissəsində əsaslıdır və həmin məbləğ Cavabdehxxxx«xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Apellyasiya məhkəməsi özünün qarşılıqlı iddianın təmin olunmaması barədə gəldiyi nəticəsini isə onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh MMC-nin gətirdiyi dəlil, yəni qurumun fəaliyyətsiz qalması (hətta belə olsa da), müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericilik şəraitin dəyişməsini onunla şərtləndirir ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bildikləri halda fərqli müqavilə bağlayardıla r və ya müqailəni bağlamazdılar. Halbuki, müqavilə tərəfi kimi çıxış edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müqavilə bağlayarkən müvafiq halı, yəni fəaliyyət göstərə bilibbilməməsini görməli və nəzərə almalı idi. Belə ki, iş materiallarından görünür ki, müqavilə tərəfi kimi çıxış edən Cavabdehxxxx25.01.2017-ci il tarixində müqavilə bağladıqdan və müqavilə şərtinə əsasən malın dəyərinin yarısını avans olaraq əvvəlcədən ödəməli olmasına baxmayaraq, bu ödənişi maliyyə çətinliyi səbəbindən etmədən 24.02.2017-ci il tarixdə 256.480 ton həcmində xlorid turşusu almış və bundan qısa müddət keçdikdən sonra 22 iyun 2017-ci il tarixli məktubla «xxxx» MMC-yə müraciət edərək, maliyyə çətinliyi ilə əlaqədar verilən malların bir qisminin, daha sonra isə alınmış malların hamısının geri qaytarılması xa hiş etmişdir. Cavabdehxxxxhəmçinin malın geri qaytarılmasına dair birinci müraciətində məhsulun hamısının deyil, onun 50 tonunun geri qaytarılmasını xahiş etmişdir. Bu isə o hala dəlalət edir ki, onun fəaliyyətinin təşkilində çətinlik olsaydı, yəqin ki, bütün malın əvvəlcədən qaytarılması xahiş edilməli idi. Bundan başqa, malın geri qaytarılmasına dair edilmiş müraciətlər arasında da xeyli müddət fərqi vardır. Belə ki, birinci müraciət 22 iyun 2017-ci il tarixdə, ikinci müraciət isə 04 dekabr 2017-ci il tarixdə edilmişdir. Nəhayət, Cavabdehxxxxmaliyyə vəziyyətinin çətinliyinə istinad etsə də, işdəki 01 saylı, 15 fevral 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, onun tərəfindən müqavilə ilə əlaqədar 20.000 manat məbləğində «xxxx» MMC-yə ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən kol legiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-399/2019 saylı iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-506/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-506/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver