Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-507/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi 27.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-247/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçının tabe qurumu olan X5 Stansiyası (bundan sonra - “BATS”) və Cavabdeh X2 ASC (hazırkı adı - "xxxx" ASC) arasında bağlanan 2016-cı il 11 may tarixli, 13043 saylı rabitə xidmətlərindən istifadə barədə müqavilədən (bundan sonra - “13043 saylı müqavilə”) görünür ki, bu müqavilə müəssisə ilə istifadəçi arasında rabitə xidmətləri göstərilməsi və xidmət haqqının yığımı ilə bağlı münasibətləri tənzimləyir.
2. Həmin müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı (müəssisə) cavabdehə (istifadəçi) şəhərlərarası, beynəlxalq və digər rabitə xidmətləri göstərir. Müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab-fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16dan ayın sonunadək göstərilmiş xidmət haqlarının növbəti ayın 10-dək ödənilməsini təmin etmək istifadəçinin vəzifəsidir (2.2.1-ci bənd). Sertifikatı olmayan və nasaz cihazların (telefon aparatı, faks, kompüter və s.) şəbəkəyə qoşulmasına yol verməmək, telefondan yalnız təyinatı üzrə istifadə etmək istifadəçinin vəzifəsidir (2.3). Son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək istifadəçinin vəzifəsidir (2.5-ci bənd).
3. BATS X6 2018-ci il 19 sentyabr tarixli arayışına əsasən, müqavilə üzrə cavabdehin BATS-a 2018-ci il 19 sentyabr tarixinə 67.838,93 manat borcu vardır.
4. İddiaçının cavabdehə ünvanlandığı 2018-ci il 1 iyun tarixli, xx-xx/5996 saylı xəbərdarlıq məktubuna əsasən, iddiaçı yaranmış 67.838,85 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2018-ci il 21 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 67.838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67.868,93 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh istifadəsində olan (012) ***-**** saylı telefondan 2017-ci il 21-24 iyul tarixlərində xarici ölkələr istiqamətində edilmiş 104.358,78 dəqi qə zənglər nəticəsində yaranmış 67.838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina etmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin nəticəsi olmamışdır. Cavabdeh iddiaçının xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operat orlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
9. Cavabdeh 2019-cu il 26 fevral tarixində məhkəməyə vəsatət vermiş, xarici ölkələrdə aparılmış “Fraud” xarakterli danışıqların cavabdehin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazların qoşulması nəticəsində aparılmasının müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 fevral tarixli 2-2(81)214/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir.
11. Az ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli 7425 saylı ekspert rəyində (bundan sonra-“7425 saylı ekspert rəyi”) tədqiqatın nəticəsi olaraq qeyd olunmuşdur ki, 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrədən xarici ölkələrlə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən, “Fraud” xarakterli zənglərdir. Bir anda çox sayda zənglərin icrası onların “İP” səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir. Əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiber hücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücum olmuş və təşkilatın infrastrukturuna aidiyyəti olmamışdır. İddiaçıya məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır. Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur. “Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilmiş, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud olmamışdır. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 dekabr tarixli 22(81)-214/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamış, ərizənin ve rilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iddiaçıdan ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim S.Nuriyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilə üzrə münasibətlər yaranmış, hər iki tərəfin həmin müqavilə üzrə öhdəlikləri mövcud olmuşdur. Lakin ekspert rəyindən də göründüyü kimi, hazırkı halda qeydə alınan zənglər cavabdehin öz öhdəliyinin icra etməməsi səbəbindən yaranmamışdır. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə öz tələbini əsaslandıran halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
14. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmuş, işin faktiki hallarını n müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb etmişdir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxmışdır.
15. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların ki fayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilən danışıqların aparılmasında cavabdehin təqsirli hərəkəti sübuta yetmədiyindən, iddiaçının borcun ödənilməsinə dair iddiası əsaslı olmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 77.1, 80, 81, 101.3, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), R.Qurbanov və V.Baxışova).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi n əticə ilə razılaşmış və iş üzrə verilmiş 7425 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, göstərmişdir ki, ekspert tədqiqatından görünür ki, onun gəldiyi nəticə tam əsaslandırılmışdır. Belə ki, rəyin tədqiqi hissəsində ekspert müəyyən etmişdir ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci il 21 iyul-2017-ci il 24 iyul tarixlərində (012) ***-**-** nömrəli telefondan xarici ölkələrlə aparılmış danışıqlar Cavabdeh İKB ASC-nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cizahlar qoşulması nəticəsində yaranmamış, iddiaçıya məxsus stansiyalara 2010-cu ilin yanvar-oktyabr aylarında "xxxx" Şirkəti tərəfindən vaxtaşırı texniki baxış keçirilmiş və qüsurların aradan qaldırıldması üçün tədbirlər görülmüş, iddiaçının istismarında olan stansiyada («1000 S12» internetə çıxış və «İP» dəstəyi müəyyən edilməmişdir.
20. Qeyd olunanlar baxımından məhkəmə hesab etmişdir ki, 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqların “Fraud” (ingiliscə tərcümədən “dolandırıcılıq-hiylə”) xarakterli, yəni, insan (o cümlədən, cavabdehin əməkdaşlarının müdaxilə) faktoru olmadan həyata keçirilməsi, istifadə edilən avadanlıqda texniki qüsurun müəyyən olunmaması, beynəlxalq çıxışa imkan verən “İP” dəstəyinin mövcud olmaması və s. bu kimi ekspert tərəfindən müəyyən edilən hallar mübahisələndirən beynəlxalq zənglərin cavabdehin əməkdaşları tərəfindən və həmin qurumun təqsiri üzündən əmələ gəlmədiyini göstərir.
21. Eyni zamanda, birinci instansiya məhkəməsində işə baxılarkən mütəxəssis qismində dəvət edilmiş, Azərbaycan Respublikası D axili İşlər Nazirliyinin Baş İnformasiyaKommunikasiya idarəsinin əməkdaşı Elmar İbrahimov da məhkəmədə bildirmişdir ki, kiber (konkret halda, “Fraud”) hücumlarla bağlı məsələlər Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra-“XDMX”) səlahiyyətindədir və belə hallarda cinayət işi açılır. Göründüyü kimi, bu kimi halların izlənilməsi və araşdırılması cavabdehin səlahiyyətləri daxilində olmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq 2017-ci il 21-24 iyul tarixlərində (012) ***-**-** №-li telefondan xarici ölkələrə zənglər edilməsində cavabdehin təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının şikayətinin müqavilənin ekspe rt rəyini əsassız hesab edən və müqavilənin 2.5-ci bəndinə istinadən cavabdeh tərəfindən istifadə edilən avadanlığın qeydiyyatdan keçirilmədiyini mübahisələndirən və onun vəsatətinə əsasən, mütəxəssisin dəvət edilmədiyinə istinad olunan dəlilləri əsassız olmuşdur.
23. MM-nin 1096.1 və 1096.2-ci maddələrinin tələblərindən göründüyü kimi, şəxsin ziyan vurulmasında təqsir sübuta yetirilmədən, ondan mücərrəd ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz.
24. İşin sübutlarla müəyyən edilən hallarından göründüyü kmi, iddiaçının MM-nin 443.1 və 448.2-ci maddələrinə istinadən cavabdehdən 2017-ci il 21-24 iyul tarixlərində (012) ***-**-** №-li telefondan cavabdehin tərəfindən xarici ölkələr istiqamətində aparılmış danışıqların iddiaçıya ziyan vurduğu sübuta yetirilməmişdir. Belə olan halda, cava bdehin iddiaçı qarşısında mülki məsuliyyəti istisna olunur.
25. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 2-2(102)-307/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər B.Qəribov (sədrlik edən və məruzəçi) A.Hüseynov və İ.Dadaşov).
27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin istifadəsində olan te lekommunikasiya avadanlıqlarının, telefon aparatlarının (o cümlədən, “CİSCO İP” telefon aparatlarının bütün modelləri, növləri daxil olmaqla) sertifikatlaşdırılması həm qanunvericiliyin, həm də tərəflər arasında mövcud olan müqavilənin 2.5-ci bəndinə əsasən, məcburi xarakter daşıyır. 28. 7425 saylı ekspert rəyində tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüy ü qənaətinə gəlinmiş, eyni zamanda, qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmədiyi qeyd olunmuşdur. Həmin rəydə göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci il 21-24 iyul tarixlərində (012)-440-86-41 nömrəli telefondan xarici ölkələrlə aparılmış danışıqlar cavabdehin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazların qoşulması nəticəsində yaranmamışdır.
29. Bu baxımdan, hətta hesab edilsə ki, cavabdehdə sertifikatlaşdırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olunan məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi mövcud olmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd etmi şdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmuşdur.
30. Bununla belə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində XDMXnın əməkdaşının mütəxəssis qismində cəlb edilməsinə dair verdikləri vəsatətin məhkəmə tərəfindən təmin olunmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlili ilə bağlı yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin mütəxəssis qismində cəlb olunmuş əməkdaşının birinci instansiya məhkəməsində kiber (konkret halda “Fraud”) hücumların XDMX-nın səlahiyyətində olması və belə hallarda cinayət işinin açılmasını bildirdiyi izahatına istinad etmişdir.
31. XDMX-nın əməkdaşının cəlb edilməsi ilə bağlı iddiaçının verdiyi vəsatətin təmin olunmamasının əsaslandırılmaması və yalnız yuxarıda göstərilən mütəxəssisin izahatına istinad olunması prosessual qanunvericiliyin müddəalarının tələbi baxımından məqbul hesab edilə bilməz.
32. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən XDMX-nın səlahiyyətli nümayəndəsi mütəxəssis qismində cəlb edilməli, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəyinin alınması məsələsi müzakirə olunmalıdır.
33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırma Qaydaları”nın “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümu mistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı”nın (bundan sonra – “Siyahı”) 7.2.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar” 2006-cı il 31 may tarixli Qərarına, MPM-in 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-90/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2019-cu il 27 dekabr tarixli 2-2(81)-214/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının xeyrinə cavabdehdən 67.838,93 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 67.868,93 manatın tutulması, cavabdehdən ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), İ.İbrahimli və H.Həmidov).
35. İşə yenidən apellyasiya qaydasında baxılarkən, məhkəmənin 2021-ci il 6 aprel tarixin keçirilən iclasının protokol qərardadı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, işin materiallarında olan 7425 saylı ekspert rəyində (ekspert Məmməd Ramazanov) cavabdehin avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, onla rın istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu göstərilmişdir.
37. Göründüyü kimi, cavabdehin istifadəsində “İP” qurğuları olmuş və müqavilə şərtlərinə uyğun olaraq həmin qurğuların qeydiyyatdan keçməsi işin materialları ilə təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış 13043 saylı, 2016-cı il 11 may tarixli rabitə xidmətlərindən istifadə barədə müqavilənin 2.3-cü bəndinə əsasən sertifikatı olmayan və nasaz cihazların (telefon aparatı, faks, kompyüter və s.) şəbəkəyə qoşulmasına yol verməmək, telefondan yalnız təyinatı üzrə istifadə etmək istifadəçinin vəzifəsidir; son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla isti fadə etmək istifadəçinin vəzifəsidir (2.5-ci bənd).
38. Həmçinin, işin materiallarına əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan rabitə vasitələri ilə müxtəlif vaxtlarda Somali, Kuba, Vunuatu, Yamayka, Tunis, Mavritaniya, Mali, Qvineya və s. xarici dövlətlərlə telefon əlaqəsi yaradılmışdır.
39. Cavabdehin istifadəsində olan müvafiq telefondan 2017-ci il 21-24 iyul tarixlərində Albaniya, Benin, Bolqarıstan, Bosniya və Herseqovina, Burundi və s. xarici ölkələr istiqamətində edilmiş 104.358.78 dəqiqə zənglər nəticəsində 67.838,93 manat danışıq haqqı üzrə borcu yaranmışdır.
40. Cavabdeh tərəfindən qeyd edilən zənglərin “Fraud” xarakterli olması və zənglərin onlar tərəfindən edilməməsi qeyd edilsə də, cavabdeh tərəfindən bu hadisə ilə bağlı hüquq mühafizə orqanla rına müraciət etmələri, həmçinin bankın daxili araşdırma aparılması barədə hər hansı sənəd-sübut iş materiallarında mövcud olmamışdır.
41. İşin birinci instansiya icraatı zamanı 2019-cu il 27 dekabr tarixli məhkəmə iclas protokolunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsinin mütəxəssisi (ekspert) Elmar İbrahimovun iştirak etdiyi göstərilsə də, onun səlahiyyətlərini təsdiq edən etibarnaməsi, xidməti vəsiqəsinin surəti, mütəxəssis və ya ekspert olması barədə sənəd iş materiallarında mövcud deyil.
42. Cavabdehin istifadəsində olmuş “İP” qurğularının müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qeydiyyatdan keçirilməsi müəyyən edilməmiş, həmçinin mütəxəssisin izahatına əsasən, bu tipli zənglərin qarşısının alınmasının həmin müəssisənin ə sas öhdəliklərindən biri olmuş, bu halların baş verməsinin əsası kimi işçipersonalının şəbəkəni bilərəkdən və yaxud bilməyərəkdən virusa yoluxdurmasından irəli gəlmiş və bank tərəfindən qeyd edilən məsələ vaxtında araşdırılma aparılmamış, dolayısı ilə bankın hərəkəti və ya hərəkətsizliyi nəticəsində borc məbləği yaranmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 443.1, 448.1, 448.2, 1096-cı maddələrinə, MPM-in 14.2, 77.1, 384, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
44. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiy a Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(102)-602/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 11 iyun tarixli 2-2(103)-90/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin qaytarılmışdır (hakimlər B.Məmmədli (sədrlik edən və məruzəçi) A.Abbasov və E.Şamayev).
46. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən əsaslandığı hallardan biri olan mütəxəssisin izahatı özü-özlüyündə ziddiyyətli olmuşdur. Belə ki, o, bir tərəfdən, bu tipli zənglərin qarşısının alınmasının cavabdehin əsas öhdəliklərindən biri olduğunu göstərir, digər tərəfdən isə ATS ilə bank arasında bağlanmış müqavilə əsasında həm bank tərəf, həm Rabitə Nazirliyi (hazırkı Azərbaycan Res publikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bundan sonra “Nazirlik”) arasında bağlanan müvafiq müqavilədə hansı tərəflərin hansı məsuliyyətləri öz üzərinə götürmələrinin qeyd olunduğunu bildirmişdir.
47. Tərəflər arasında bağlanmış müqavilədə də “Fraud” xarakterli zənglərin qarşısının alınmasının konkret olaraq hansı tərəfin öhdəliyi olması müəyyən edilməmiş, eyni zamanda, bu öhdəliyin hansı tərəfin üzərinə düşdüyünün konkret normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılması da işin materiallarında mövcud olmamışdır.
48. Belə olan halda, hazırkı işin həlli üçün birbaşa əhəmiyyət kəsb edən həmin məsələ hələ də qeyri-müəyyən vəziyyətdədir və bu qeyri-müəyyənlik isə iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.
49. Lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssisin ziddiy yətli izahatına mötəbər məlumat kimi istinad etmiş, Nazirlik ilə müvafiq müqavilələrin bağlanıbbağlanmadığını dəqiqləşdirməmiş, əgər bağlanmışdırsa həmin müqavilələrin təqdim olunmasını aidiyyəti tərəf(lər)ə təklif etməmiş, əgər bağlanmamışdırsa, buna görə məsuliyyətin kimin üzərinə düşdüyünü müəyyən etməmiş, “Fraud” xarakterli zənglərin qarşısının alınmasına dair qanunvericilik aktlarına, eləcə də əgər vardırsa, normativ-texniki aktlara istinadlar etməmiş, bununla bağlı ümumiyyətlə hər hansı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
50. Hazırkı işdə cavabdeh iddia olunan zərərin vurulmasında o zaman təqsirli hesab edilə bilər ki, konkret öhdəlik (məsuliyyət) daşıdığı halda, “Fraud” xarakterli zənglərin qarşısının alınması üçün özündən asılı olan bütün zəruri tədbirləri görməmiş olsu n. Bunun üçün isə tərəflərin məsuliyyət həddi (təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyi) dəqiqləşdirilməlidir.
51. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin işin materiallarında olan 2021-ci il 11 iyun tarixli iclasının protokolundan görünür ki, həmin mütəxəssisin dediyi bəzi mühüm fikirlər iş üçün mühüm əhəmiyyət kəsb etsə də, qətnaməyə daxil edilməmiş, məhkəmə qətnamədə həmin məsələlərə hər hansı münasibət bildirməmişdir.
52. İddia tələbinin təmin olunması üçün cavabdehin istifadəsində olmuş “İP” qurğularının, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qeydiyyatdan keçirilməməsinin, yaxud hətta sertifikatlaşdırılmamasının “Fraud” xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyü öz təsdiqin i tapmamışdır.
53. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən MM-in 88, 103-cü maddələrinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə tələblərinə cavab verməyən əsassız qətnamə qəbul etmişdir.
54. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmət çərçivəsində “Fraud” xarakterli zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyini müəyyən etməli, habelə işin materiallarında olan ekspert rəyinə, eləcə də cavabdehin istifadəsində olmuş “İP” qurğularının cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq iddiaçıda qeydiyyatdan keçirilməməsinin “Fraud” xarakterli zənglərin edilməsinə səbəb ola bilməsi nin mümkünlüyünə işdə olan digər sübutlarla əlaqəli şəkildə düzgün hüquqi qiymət verməlidir.
55. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443, 448.1, 448.2, 1096-cı maddələrinə, Siyahının 7.2.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 103, 217.1, 217.3, 217.4, 384.0.1, 384.0.1, 385.0.2, 385.0.3, 384, 386, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
56. Bakı Ape llyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-247/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi) İ.Kərimli və A.Hüseyn).
57. Apellyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 30 sentyabr tarixli qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı əvvəlcə qeyd etmişdir ki, işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, ondan mübahisəyə dair yazılı münasibətinin bildirilməsi tələb olunsa da, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və rəyini təqdim etməmişdir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarında əks olunan göstərişlərin icrası ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, BATS X6 2018-ci il 19 sentyabr tarixli arayışına görə, müqaviləyə əsasən, cavabdehin BATS-a həmin tarixə 67.838,93 manat borcu vardır. 59. 7425 saylı ekspert rəyində göstərilmişdir ki, “İP-telefoniya sistemi-İnternetlə ötürülməsi üçün İP protokolu bazasında qurulmuş texnologiyadır. İnternet şəbəkəsində xüsusi İnternet protokolları (İnternet Protokol - İP) əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP protokolu təkcə internet şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəq əm və s.) ötürülür. Beləliklə, Danışıq zamanı səs siqnalları (ifadə edilən sözlər) sıxılmış verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə ünvana göndərilir. Ünvanına çatan məlumat paketi yenidən orijinal səs siqnalına dekodlaşır.
60. Cavabdeh İKB ASC-nin şəbəkəsinə və “X3 Manager” (bundan sonra - CUCM adlandırılacaq) proqram təminatına baxış keçirilmişdir və hadisələrin qeydiyyatı jurnalı (log files və CDR) məlumatlarına istinadən tədqiqat işləri aparılmışdır. Belə ki, Cisco telefon rabitəsi proqram təminatında qeyd edilən tarixlərdə və saatlarda, həmçinin ümumiyyətlə AzTelekom MMC-nin təqdim etdiyi çıxarışdakı nömrələrin yığımı haqqında məlumat öz əksini tapmamışdır. Tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqlarının (CİSCO İP telefon aparatları, CİSCO switch, CİSCO router) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi. Qeyd olunan müddət ərzində ümimilikdə 104.358 dəqiqə müddət ərzində eyni zamanda bir-neçə istiqamətdə zənglər icra olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində elə nəticəyə gəlindi ki, qeyd edilən zənglər insan faktorunun səyi nəticəsində deyil, FRAUD xarakterli zənglərdir.
61. Mü daxilədən qorunma probleminin İP telefoniyada mühafizə alqoritmlər və protokollar (DES, 3DES, AES, İPSec və s.) vasitəsilə təmin edilmişdir. Bu cür müdafiənin təşkili telefon əlaqələrinin yüksək səviyyədə məxfiliyini təmin edir - bütün lazımi mexanizmlər (şifrələmə, bütövlüyə nəzarət, hashing, açar mübadiləsi və s.) artıq bir İP telefondan zəng zamanı ünvanata qədər tətbiq edilir. Eyni zamanda qeyd olunan qorunma sistemi həm daxili danışıqlarda, həm də xarici danışıqlarda eyni dərəcədə tətbiq edilir. Beləliklə aparılmış tədqiqatlar nəticəsində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012)-44086-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar Cavabdeh İKB ASC- nin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır...."xxxx" MMC-nin istismarında o lan “Alcatel 1000 S-12” tipli stansiyanın internetə çıxışı imkanları və İP protokolun dəstəyi müəyyən edilməmişdir....Beləliklə aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, iddiaçı "xxxx" MMC-nin istifadə etdiyi cihazlar müvafiq sertifikatlara və lisenziyalara malikdir.İddiaçı "xxxx" MMC-nin istifadə etdiyi “Alcatel” markalı “1000 S12” modeli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sistemə kənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud deyil.”
62. Ekspert rəyinin nəticə hissəsinə görə, “1. xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrədən xarici ölkələrlə icra olunmuş zənglər aşkar edilmiş hallara gsasən “FRAUD” xarakterli zənglərdir. Bir anda çox sayda zənglərin icrası onların “İP” səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir. Əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır. Bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan icra olunmasını, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur. Belə qənaətə qəlmək olar ki, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdür və təşkilatın infrastrukturuna aidiyyəti yoxdur; 2. "xxxx" MMC-yə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır. Qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdu r. “Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara və sisteməkənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud deyil.”
63. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına MMnin 386.1, 442, 448.2-ci maddələrinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Siyahının 7.2.1-ci bəndinin tələblərinə müvafiq hüquqi qiymət verərək müəyyən etmişdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamış, bu hal tərəflər arasında mübahisə doğurmu. Bu mənada XDMX-nın mütəxəssisinin ilk baxışdan ziddiyyətli görünən izahatı da anlaşılan olmuşdur. “Fraud” xarakterli zənglərin qarşısının alınması, bu zənglərin qarşısının alınması üçün təhlükəsizlik təminatının konkret olaraq hansı subyekt tərəfindən verildiyinin müəyyən edilməsi üçün öz fəaliyyətində hansı qanunvericilik aktlarını rəhbər tutduğunu məhkəməyə bildirməsi iddiaçının nümayəndəsinə təklif olunsa da, sonuncu bununla bağlı konkret normativ-hüquqi akt və normaya istinad etməmişdir. İddiaçı cavabdehin istifadəsində olmuş İP qurğularının müqavilə şərtlərinə uyğun olaraq qeydiyyatdan keçirilməməsinin “Fraud” xarakterli zənglərin edilməsinə səbəb ola bilməsini sübuta yetirə bilməmişdir. Bu barədə 7425 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən zənglər “Fraud” xarakterli olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi 2020-ci il 30 sentyabr tarixli qərarında göstərmişdir ki, hətta hesab edilsə belə ki, cavabdehdə sertifikatlaş dırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olunan məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi görünmür. Azərbaycan Respublikası Ali Məhkəməsi 2021-ci il 7 dekabr tarixli qərarında isə qeyd etmişdir ki, iddia tələbinin təmin olunması üçün cavabdehin istifadəsində olmuş İP qurğularının müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən qeydiyyatdan keçirilməməsinin, yaxud hətta sertifikatlaşdırılmamasının “Fraud” xarakterli zənglərin edilməsinə səbəb ola bilməsinin mümkünlüyü öz təsdiqini tapmamışdır. 64.Məhkəmə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilən 2019cu il 15 oktyabr ta rixli ekspert rəyində hər hansı ziddiyyətli məqamlar görmədiyindən və bu baxımdan ekspert rəyiни mötəbər sübut kimi qəbul eтдийиндян, apellyasiya şikayətinin ekspert rəyindəki ziddiyyətlərin mövcudluğu barədə ilk dəliliни əsaslı hesab eтмямишдир. 65.Şikayətin tərəflər arasındakı bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 2.5-ci bəndi ilə bağlı dəlilini əsassız hesab edən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin bəndin ilkin məqsədi cavabdehin öz üzərinə son rabitə qurğularını rabitə müəssisəsində qeydiyyatdan keçirməsi olsa da, əsas, yəni yekun məqsədi cavabdehin həmin qurğulara dair preyskuranta uyğun və vaxtında ödəniş aparmasından ibarətdir. Qeyd olunan bənddə cavabdehin son rabitə qurğularını rabitə müəssisəsində qeydiyyatdan keçirmədikdə hansı məsuliyyət daşıyacağı isə t əsbit olunmamaışdır. Lakin hər bir halda, cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilsə də, bu halın fraud zənglərə səbəb olması, başqa sözlə, mübahisəli borcun cavabdehin öz öhdəliklərini təqsirli pozması nəticəsində meydana gəlməsi iş üzrə təsdiqini tapmır. 66.Bütün bunlar da o deməkdir ki, istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq, cavabdeh (onun işçiləri) tərəfindən xx.xx.2017- xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** nömrəli telefondan xarici ölkələrə zənglər edilməsi iddiaçı tərəfindən sübuta yetirilmir, bu hal sair qaydada da işin materialları ilə təsdiq olunmur. Odur ki, cavabdehin 2016-cı il 11 may tarixli müqavilə üzrə həm iddia ilə ondan tələb olunan əsasla və məbləğdə öhdəliyinin yaranmas ı, habelə yaranmış hər hansı öhdəliyini pozması halı iş üzrə müəyyən olunmadığı üçün, iddia əsassızdır. 67.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 101.6, 103.1, 420-ci maddələrinə istinad etmişdir. 68.Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətində qətnamənin tamamilə ləğv, iddia tələbinin isə təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 69.MM-in 443.1-ci maddəsinin tələbi pozulmuşdur-müqavilədən irəli gələn 67.838,93 manat borcun mövcud olması məhkəməyə təqdim edilmiş maliyyə arayışında və X1 verilmiş çıxarışda da öz əksini tapmış, lakin məhkəmə bu sübutları nəzərə almamışdır. 70.MM-in 448.2-ci maddəsinin tələbi pozulmuşdur-məhkəmənin bu məsələdə cavabdehin təqsirsiz olduğu qənaətinə gəlməsinə baxmayaraq, iddiaçı bununla razılaşmadığını qeyd edir. Belə ki, məhkəmə öz mövqeyini ekspertiza rəyinin bir hissəsinə istinad etməklə müəyyənləşdirmişdir ki, bu da nəticə etibarilə yanlış qərar verilməsinə səbəb olmuşdur. Eksp ert rəyində mübahisəyə səbəb olan zənglərin “Fraud” xarakterli olması və həmin zənglərin“İP” səs rabitəsi üzərindən icra olunduğu qeyd edilmişdir. Eyni zamanda, iddiaçıya məxsus avadanlıqlara keçirilmiş baxış zamanı “Alcatel” markalı “1000 S12” modelli ATS cihazların mütəmadi olaraq testləşdirildiyi, həmin cihazlara kənardan qoşulmanın, internetə çıxış və “İP” protokolun dəstəyi imkanlarının mövcud olmadığı öz əksini tapmışdır. Göründüyü kimi, məhkəmə ekspert rəyinin bir-birinə zidd olan iki hissəsindən yalnız cavabdehin xeyrinə olan hissəsini əsas götürmüşdür. Halbuki, rəyə kompleks şəkildə yanaşılsaydı, məhkəmə ya iddianı tam əsaslı hesab etməli, ya da ümumiyyətlə MPM-in 103.1 və 88-ci maddələrinə istinad etməklə rəyi nəzərə almamalı idi. 71.“Telekommunikasiya haqqında” Azərbaycan Respub likası Qanununun 9.1-ci maddəsinin tələbi pozulmuşdur-ekspertiza rəyindən göründüyü kimi, cavabdehin istifadə etdiyi avadanlıqlar sertifikatlaşdırılmamış və məhkəmə yekun qərar qəbul edərkən ekspert rəyinin bu hissəsini nəzərə almamışdır. Cavabdeh qanunvericiliklə və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməmişdir. Halbuki, ekspert rəyində “Fraud” zənglərinin yarana bilmə əsasları kimi məhz cavabdehin öhdəliklərinə aid olan hallar göstərilmişdir. Lakin yekun nəticəyə gələrkən məhkəmə bu halları cavabdehə aid etməmişdir. 72.“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbi pozulmuşdur-müqavilənin 2.5-ci bəndinə əsasən, cavabdeh öz üzərinə son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssis əsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək vəzifəsi götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq edilmişdir. 73.MPM-in 9.3-cü maddəsinin tələbi pozulmuşdur-məhkəmə prosesində həm iddiaçı tərəfindən verilən izahatlarla, həm də təqdim edilən sənədlərlə cavabdehin həqiqətən də iddiaçıya borclu olduğunu iddiaçı tərəf sübuta yetirə bilmişdir. Lakin müqavilə öhdəliklərindən irəli gələn avadanlıqların qeydiyyatdan keçirilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi həqiqətən də həmin avadanlıqların qeydiyyatdan keçirilmədiyini təsdiq etmişdir. Bununla belə, məhkəmə iş üzrə yekun nəticəyə gələrkən qeyd edilən halları nəzərə almamışdır. 74.MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur-məhkəmə prosesinin gedişində bütün sübutlar yalnız iddiaçı tərəfindən təqdim edilmiş, cavabdeh isə təqdim edilən heç bir sübutu təkzib etməmiş, əksinə təsdiq etmişdir. Bununla belə, məhkəmə heç bir ciddi dəlilə söykənmədən apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 75.Kassasiya şikayətinə qarşı cavabdeh 2022-ci il 28 iyun tarixində etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 76.İddiaçı tərəf şikayətində məhkəmənin 7425 saylı ekspert rəyinin qərəzli olaraq bir hissəsinə istinad etməklə qərar qəbul etməsini qeyd etsə də, həmin rəydə göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində 2017-ci i l 21-24 iyul tarixlərində (012)440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar cavabdehin şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır. Qeyd edilən telefon nömrəsindən aparılmış danışıqlar cavabdeh tərəfindən aparılmamışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyində öz əksini tapmış və həmin rəy ilə müəyyən edilmişdir ki, telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər “Fraud” zənglər olmuş, həmçinin həmin danışıqların həyata keçirilməsində ümumiyyətlə insan faktoru rol oynamamışdır. 2017-ci il 21-24 iyul tarixlərinin iki günü 22-23 iyul tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qeyri-iş günləri olmuşdur və həmin müddət ərzində cavabdehin əməkdaşları tərəfindən onun isti fadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər oluna bilməzdi. Cavabdehin istifadəsində olan telefon nömrəsindən bir dəqiqə ərzində xarici ölkələrə yüzlərlə zənglər aparılmışdır. Bu zənglərin cavabdehin əməkdaşları tərəfindən aparılması fiziki olaraq qeyri-mümkündür. Cavabdehin həmin ölkələrlə heç bir əlaqəsi olmamışdır. 77.Bundan başqa, XDMX-nın nümayəndəsi X7 məhkəmədə izahat verərkən bildirmişdir ki, kənar müdaxilənin təkcə cavabdehin daxilindən olan avadanlıqdan deyil, cavabdehin istifadəsində olmayan qurğular vasitəsi ilə də müdaxilə oluna bilər. Yəni, cavabdehin istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən zənglər iddiaçının istifadəsində olan qurğular vasitəsi ilə də müdaxilə nəticəsində aparıla bilərdi. 7425 saylı ekspert rəyindən və X DMX-nın nümayəndəsi X4 məhkəmədə verdiyi izahatdan göründüyü kimi, cavabdehin istifadəsində olan telefon nömrəsindən aparıldığı iddia edilən ölkələrə zənglər “Fraud” zənglərdir və kənar müdaxilə nəticəsində aparılmışdır. Həmin zənglər bankdan kənar, onun nəzarətində və istifadəsində olmayan qurğular vasitəsi ilə aparılmışdır. 78.Həmçinin, ekspert rəyi ilə cavabdeh tərəfindən istifadə edilən avadanlıqda texniki qüsur müəyyən olunmamışdır. Bu səbəbdən, istifadə olan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq cavabdehin 2017-ci il 21-24 iyul tarixlərində (012)440-86-41 nömrəli telefondan xarici ölkələrə zənglər edilməsində təqsiri olmamışdır. Bu səbəbdən müqavilənin 2.5-ci bəndinə istinadən iddiaçı tərəfin bankın istifadə etdiyi avadanlığın qeydiyyatdan keçirilməd iyini mübahisələndirməsi əsassız olmuşdur. 79.Bank ilə ATS arasında bağlanmış müqavilədə belə “Fraud” xarakterli zənglərin qarşısının alınmasının qəti olaraq hansı tərəfin öhdəliyi olması müəyyən edilməmiş, eyni zamanda, iddia tələbi həmin öhdəliyin hansı tərəfin vəzifəsi olduğu konkret normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılmamışdır. 80.Bundan başqa, cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq, cavabdeh (onun işçiləri) tərəfindən 2017-ci il 21-24 iyul tarixlərində (012)440-86-41 nömrəli telefondan xarici ölkələrə zənglər edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş və bu hal təsdiq olunmamışdır. Cavabdehin müqavilə üzrə həm iddia ilə ondan tələb olunan əsasla və məbləğdə öhdəliyinin yaranması, habelə yaranmı ş hər hansı öhdəliyini pozması halı iş üzrə müəyyən olunmamışdır. 81.Şəxsin ziyan vurulmasında təqsir sübuta yetirilmədən, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. İddiaçı qətnamənin qanunsuz olduğunu göstərsə də, kassasiya şikayətini əsaslandırdığı hallar barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmiş, kassasiya şikayətində qeyd olunmuş xüsusatlar iddiaçının mülahizələrinə əsaslanmışdır. İddiaçının MM-in 443.1 və 448.2-ci maddələrinə istinadən bankın 2017-ci il 21-24 iyul tarixlərində (012)440-86-41 nömrəli telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqlar nəticəsində iddiaçıya ziyan vurduğu sübuta yetirilməmişdir. Belə olan halda bankın iddiaçı qarşısında mülki məsuliyyəti istisna olunur. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN 82.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 83.Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 84.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliy in əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” 85.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarın qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadə lərinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir....” 86.“Telekommunikasiya haqqında” Azərbaycan müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun “Maddə
9. Telekommunikasiya sahəsində sertifikatlaşdırma 9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. 9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir. 9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texn iki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. 9.4-1. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 9.5. Ümum istifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır. 9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifika tlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.” 87.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na Əlavədə təsbit olunan “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının siyahısı”nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları... 7.2. Son telekommunikasiya avadanlıqları 7.2.1. müx təlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları...” 88.Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
101. Ekspert rəyi... 101.6. Eks pert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” “Maddə
416. Kassasiya insta nsiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
89. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş ki mi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir». İV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 90.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasitini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq e dilmişdir (bax yuxarıda § 84-87). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. 91.İddiaçının kassasiya şikayətinin §69-71-də göstərilən, maddi hüquq normalarının pozulması, eləcə də ekspret rəyinin düzgün qiymətləndirilməməsi, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinin nəzərə alınmamasına dair dəlilləri apellyasiya şikayətinin dəlilləri eynidir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi üzrə gəlinən nəticə ilə razılaşır (bax yuxarıda § 63-66).
92. Məhkəmə kollegiyası eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının həmin dəlillərinin əsassız olmasına kassa siya instansiyası məhkəməsində birinci və ikinci icraat zamanı qəbul edilmiş qərarlarda da hüquqi qiymət verilmişdir.
93. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarlarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymə t verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
94. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir 95.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-247/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: