Məhkəmə qərarları › İş №2-2(102)-508/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-508/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-508/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 MMC-nin Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 MMC-nin Cavabdeh1 MMC-yə qarşı “zərərin ödənilməsi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli 22(104)-115/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN H ALLARİ

1. Belə ki, İddiaçı1 MMC Cavabdeh1 MMC-yə qarşı özbaşına tutulmuş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, ərazidən çıxarılma və 1.**0.**0 milyon manat dəyərində dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılmış, həmin məhkəmənin 2019cu il 15 iyul tarixli 2-2(083)-60/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

2. Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli 2-2(104)95/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin torpaq sahəsindən məcburi çıxarılması hissəsində iddianın təmin edilməsi, bələdiyyənin 2**3-cü il 19 noyabr tarixli 17 saylı qərarı və eyni tarixli 1/15 saylı icarə müqaviləsi ilə İddiaçı1 MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində Cavabdeh1 MMC-nin inşa etdiyi qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, 1.**0.**0 manat dəyərində maddi ziyanın ödənilməsi hissəsi isə sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli 2-2(102)-236/2021 nömrəli qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı1 MMC Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mülkiyyətdən qanunsuz istifadəyə görə 32.757.725 manat pul vəsaitinin, 17.268,90 manat dövlət rüsumunun, mediasiya sessiyasının tətbiq edilməsi üçün ödənilmiş 4** manat mediator haqqının və mütəxəssis rəyl ərinin alınması üçün ödənilmiş 3.7** manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə, Qazax rayonu, Daş Salahlı kəndi ərazisində yerləşən 70 ha torpaq sahəsi 2**3-cü ildən icarə müqaviləsi əsasında “X2 Birliyinin”, hazırkı adı İddiaçı1 MMC-nin istifadəsinə verilmişdir. Lakin Cavabdeh1 MMC həmin sahədən 2**6-cı ildən başlayaraq heç bir hüquq olmadan istifadə etmişdir. Bununla bağlı cavabdehə müraciətlər olunmuş, lakin heç bir razılıq əldə olunmadığından məhkəməyə müraciət edilmişdir. Məhkəmə qətnaməsi ilə də icarə müqaviləsinin qanuni və əsaslı olduğu öz təsdiqini tapmışdır. İddiaçı1 MMC istifadənin dayandırılması ilə bağlı dəfələrlə müraciət etmiş, lakin buna baxmayaraq istifadə dayandırılmamışdır. Məhkəmə qətn aməsi 2021-ci il 3 sentyabr tarixində icra olunana qədər qanunsuz istifadə davam etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən 2021-ci il 16 noyabr tarixli mütəxəssis rəyində qeyd olunur ki, sahədən 385385 kub metr qazılıb çıxarılmış materiallar bentonit gili olmuşdur. «X1» tərəfindən verilmiş 2021-ci il 30 noyabr tarixli, 591 saylı qiymətləndirmə rəyinə əsasən 385385 kub metr bentonit gilin dəyəri 32.757.725,0 manat müəyyən edilir.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi MM-nin 21.1, 21.2, 157.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 101.1-ci və 111-ci maddələrinə əsaslanaraq, cavabdehdən mülkiyyətindən qanunsuz istifadə nəticəsində qeyd olunan miqdarda pul vəsaitinin tutulmasını xahiş etmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 4 mart tarixli, e-2-2(115)280/2022 nömrəli qərar dadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim K.Vəliyev)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, davamlı olan fəaliyyətin başlaması və bitməsi faktlar əsasında təsdiqini tapmalıdır. Belə olduğu halda bu fəaliyyətin hansı zaman kəsiyində baş verməsi müəyyən olunur. İddiaçı cavabdehin ona ziyan vurmaqla bağlı olan hərəkətlərinin 2**6-cı ildən başlandığını və 2021-ci ilin sentyabr ayınadək davam etdiyini bildirir. Ziyanın hər bir ilə görə hansı həcmdə vurulmasını ayrı-ayrılıqda açıqlamasa da, iddiaçının təqdim eidiklərindən görünür ki, cavabdehin 2**6-2021-ci illəri əhatə edən qanunsuz fəaliyyəti nəticəsində istifadəsində olan torpaqdan istifadə edə bilməmiş və bu səbəbdən zərərə məruz qalmışdır.

9. Bundan başqa, iddiaçının 2018-ci ilin oktyabr ayında məhkəmədə iddia qaldırmaqla vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməsi onu göstərir ki, iddiaçının dəlillərinə görə cavabdehin ziyan törədən hərəkətləri ən geci 2018-ci ilin oktyabr ayına qədər başlamışdır. Lakin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin həll edilməsi barədə çıxarılan Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli qətnaməsində 1.**0.**0 manat dəyərində maddi ziyanın ödənilməsi tələbi sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdir. Göründüyü kimi ziyan vurulma faktı sübutlarla təsdiqini tapmamışdır. İşin bu halı belə qənaətə gəlməyə əsas verir ki, qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi 2020-ci il 20 noyabr tarixində zərərin vurulması tələbi sübutlarla əsaslandırılmadığına görə rədd edi lmişdirsə, deməli, ziyan vurmaqla müşahidə olunan hərəkətlərin başlanması təsdiqini tapmamışdır. Başlanğıcı olmayan fəaliyyətin sonu da ola bilməz. İddia tələbindən göründüyü kimi cavabdehin ziyan vurmaqla bağlı hərəkətləri ən geci 2018-ci ilin oktyabr ayına qədər başlamış olduğundan, lakin qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi 2020-ci il 20 noyabr tarixində təsdiqini tapmadığından hazırkı iddia tələbində göstərilənlər həmin qətnamə ilə həll edilmiş sayılır.

10. Məhkəmə gəldiyini nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-“Mülki Prosessual Məcəllə”) 261.0.2, 262.1, 262.2, 262.4, 262.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı 2022-ci il 18 mart tarixində şikayət verərək, qərardadın ləğv edilərək işin baxılması üçün icraata qayt arılmasını və ya şikayət təmin edilmədiyi halda apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 30 mart tarixli, e-2-2(115)280/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilmişdir (hakim K.Vəliyev).

13. Məhkəmə qərardadını MPM-nin 82.3, 261.0.8, 268.1, 269.1, 269.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(104)-115/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 4 mart tarixli, 2-2(115)-280/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (h akimlər F.Mehtiyev (sədrlik edən-məruzəçi) R.Muradov və Ə.Məmmədov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb ed ə bilməz.

16. İndiki iddia tələbi ilə Gəncə Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan (bax yuxarıda § 1-3) qanuni qüvvəyə minmiş qətnaməsi üzrə rədd edilmiş iddia MPM-nin 261.0.2-ci maddəsinin dispozisiya şərtləri əsasında müqayisəli təhlil olunduqda görünür ki, hər iki iddia üzrə tərəflər eynidir. Habelə iddianın faktik əsasları da eynilik təşkil edir. Çünki həm qeyd olunan iş üzrə, həm də indiki iddia tələbi üzrə iddiaçı maddi ziyanın ödənilməsini tələb edir.

17. Şikayətdə iddiaçı tərəf hazırki pul məbləğinin əldən çıxmış fayda kimi, əvvəlki tələbdə isə real zərər kimi tələb edilməsini göstərsə də, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Mülki Məcəlləsinin 21.2-ci maddəsinə göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çə kdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Göründüyü kimi ilk növbədə maddi zərərin olması faktı olmalı, daha sonra həmin fakta istinad edilməklə əldən çıxmış fayda tələb edilməlidir. Yəni hər iki tələbin kökündə real zərərin mövcudluğu dayanır. Hansı ki, real zərərin olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır.

19. Bundan başqa iddiaçı şikayətində qanuni qüvvəsini almış qətnamənin 2**62018-ci illəri əhatə etməsini, hazırda isə 2018-2021-ci illər üzrə ziyanın dəyməsi faktının araşdırılmasının mühüm olmasını göstərsə də, bu dəlil də əsaslı deyildir.

20. Tərəflər arasında o lan münasibətlər davam edən münasibətlər deyildir ki, iddiaçı tərəfindən məhkəmə müdafiəsi hüququ hər il üzrə qətnamə olmasına baxmayaraq istifadə edilə bilsin. Nə qədər ki, cavabdehin iddiaçıya zərər yetirə biləcək təqsirli hərəkətləri qanuni qüvvəsini almış qətnamə ilə təsdiq olunmadığından ona qarşı real zərərdən qaynaqlanan, habelə qətnamə çıxarıldıqdan sonrakı illəri əhatə edən tələbin yenidən məhkəmə qaydasında baxılması yolverilməzdir.

21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırki iddia tələbi faktiki əsasları, məzmunu və mahiyyəti baxımından əvvəlki iddiası ilə eynidir.

22. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Mülki Məcəllənin 21.2-ci, Mülki Prosessual Məcəllənin 1.2, 4.1, 5.1, 23 3.1, 261.0.2ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Luordo İtaliyaya qarşı iş üzrə” 2**3-cü il 17 oktyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

23. Qərardad 2022-ci il 29 aprel tarixində tərəflərə göndərilmişdir.

24. İddiaçı 2022-ci il 3 iyun tarixində həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

25. Mülki Məcəllənin 21-ci maddəsinin tələbi pozulmuşdur- məhkəmənin qərardadında qeyd edilir ki, iddiaçının 2018-cı ilin oktyabr ayında məhkəmədə iddia qaldırmaqla vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməsi onu göstərir ki, iddiaçını n dəlillərinə görə cavabdehin ziyan törədən hərəkətləri ən geci 2018-ci ilin oktyabr ayına qədər başlamışdır. Lakin, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin həll edilməsi barədə çıxarılan Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli qətnaməsində 1.**0.**0 manat dəyərində maddi ziyanın ödənilməsi tələbi sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdir. Göründüyü kimi ziyan vurulma faktı sübutlarla təsdiqini tapmamışdır. Cavabdeh iddiaçıya məxsus ərazini 2**6-2021-ci ilədək zəbt etmişdir. Ortada iki ziyan var. Kariyerlərin dağıdılması və gil-bentonit yataqlarının istifadəyə yarasız vəziyyətə salınması real ziyanla ifadə olunur. 15 il ərzində iddiaçının istifadə və gəlir əldə etmək məqsədilə icarəyə götürdüyü torpaqdan məhrum edilməsi həmçinin onun əldə edə biləcəyi gəlirlərdən də məhrum edilməsi kimi qiymətləndirlir. Bu da əldən çıxmış fayda kimi başa düşülür. 2018-ci ildə verilən iddiaya diqqət yetirsək görürük ki, iddiaçı iddia ərizəsində cavabdehin mübahisəli ərazidən çıxarılması, tikilmiş konstruksiyalarm cavabdehin heabına sökülmsəi və 1.**0.**0 manat dəymiş ziyanın ödənilməsini tələb edir. İddia ərizəsindən də göründüyü kimi ilkin məhkəmə mübahisəsində iddiaçının tələb etdiyi vəsait dəymiş ziyana, yəni gil-bentonit kariyeriərinin dağıdılması və vurulmuş ziyanın aradan qaldırılmasına görə tələb olunur. İlkin iddiadan fərqli olaraq hazırki iddia üzrə vəsait isə əldən çıxmış faydaya görə tələb olunur. 2022-ci il 17 fevral tarixində cavabdehin nümayəndəsi Əsədli Vüqar məhkəməyə bildirmişdir ki, tərəflər arasında mü bahisə üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli, 2- 2(102)-236/2021 saylı yekun Qərarı qəbul edilənədək tərəflərindən mübahisəli ərazidən bentonit gili çıxarılaraq satılmışdır. Yəni tərəf özü məhkəmədə etiraf etmişdir ki, bentonit gili qeyd edilən ərazidə onlar tərəfindən çıxarılmış, satılmış və gəlir əldə edilmişdir. Bununla belə məhkəmə bu hala qiymət vermədən işin mahiyyəti ilə bağlı məsələlərə toxunaraq iş üzrə icraata xitam vermişdir. İcraata xitam verməklə məhkəmə həm real ziyanla əldən çıxmış faydanın sadaladığımız fərqləndirici xüsusiyyətlərini görməzdən gəlmiş olur, həm də Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərini kobud şəkildə pozur.

26. MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur-MM-nin 21.1-ci maddəsindən də göründüyü kimi, real zərərlə əldə n çıxmış fayda mahiyyət etibarı ilə tamamilə birbirindən fərqli tələblərdir. Yəni əldən çıxmış faydanın olması üçün real zərərin olması şərtləndirilməyib. Bundan başqa ilk iddia üzrə məhkəmə qərarında real ziyanın mövcud olmaması barədə heç bir xüsusat yoxdur. Qərarda qeyd olunur ki, yetərli sübut olmadığından dəymiş ziyan hissədə iddia təmin edilməmişdir. Bu da həmin dövrdə mübahisəli ərazinin cavabdehin qanunsuz sahibliyində olduğundan dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin mümkün olmaması ilə bağlıdır. Əgər xəyali olaraq hesab edilsə ki, iddianın predmeti ilkin iddia ilə eynilik təşkil edir yenə də məhkəmə icraata xitam verməklə iddiaçının hüquqlarına toxunmuş olur. Belə ki, qərardadda istinad olunan Ali Məhkəmənin qərarı 2**6-cı ildən iddianın verilmə tarixinədək-2018-ci ilin ok tyabr ayınadək olan dövrü əhatə edir. Məhkəmə isə qeyd etmişdir ki, ziyan Ali Məhkəmənin qərarı ilə öz təsdiqini tapmadığından hazırki iddia tələbində göstərilənlər də həll edilmiş sayılır. Sual olunur ki, yalnız 2018-ci ilədək yaranan mübahisəni həll edən məhkəmə qətnaməsi gələcəkdə də baş verəcək hüquq pozuntularına dair mübahisələri həll edə bilərmi? Keçmişdə müəyyən edilməmiş hüquq pozuntusu əgər məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışsa bu halların gələcəkdə baş verməcəyinə dəlalət edirmi? Baxmayaraq ki iddia ərizəsində tələb olunan ziyan real ziyan yox əldən çıxmış faydadadır, lakin hər bir halda məhkəmənin əsaslandığı xüsusatları haqlı hesab etsək belə 2018-ci ildən sonra yaranmış ziyanın 2018-ci ilədək çıxarılmış qətnamə ilə heç bir hüquqi bağlılğı yoxdur. Bu səbəbdən məhkəmə idd ia tələblərini eyni hesab etsə belə 2018-ci ildən 2021-ci ilədək olan ziyanı araşdırmalı və ziyanın həcminin müəyyən edilməsi üçün ekspetiza təyin etməli idi. Çünki iddia 2018-ci ildə qaldırılsa belə cavabdehin həmin ərazidən çıxarılması 2021-ci ildə təmin edilmişdir. Cavabdeh tərəfdən fərqli olaraq iddiaçı ziyanın faktiki olaraq mövcud olmasına dair mötəbər sübutlar təqdim etmişdir. Lakin məhkəmə ümumiyyətlə sübutlara heç bir qiymət verməmiş və heç bir əlavə araşdırmaya zərurət görməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddəti ndə verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymət ləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur. Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....”

32. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:.... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;... 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi)

34. Baxılan iş üzrə iddiaçının ziyanın ödənilməsi barədə iddiası üzrə işin icraatına həmin tələb üzrə artıq qanuni qüvvədə olan məhkəmə aktının mövcudluğuna əsasən, MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilmişdir (bax yuxarıda § 1-3).

35. Həmin maddə onu nəzərdə tutur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.

36. İş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmələrin nəticəsi ilə razılaşmayan iddiaçının kassasiya şikayətinin §25-də göstərilən dəlili ondan ibarətdir ki, qüvvədə olan qətnamə ilə hüquqi qiymət verilən iddia real ziyanla bağlı olmuş, hazırki iddia üzrə vəsait isə əldən çıxmış faydaya görə tələb edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 21-ci maddəsinin tələbləri pozulmuşdur.

37. Məhkəmə kollegiyası ilk növbədə iddianın predmeti və əsasına aydınlıq gətirilməsini və bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə istinadı zəruri hesab edir.

38. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını i rəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 2012-ci il 27 avqust tarixli qərarı).

39. MM-nin 21.2-ci maddəsinin məzmunundan göründüyü kimi, zərərin iki forması vardır: real zərər (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi) və əldən çıxmış fayda (hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər).

40. Əld ən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (MM-nin 443.4-cü maddəsi).

41. İddia ərizəsində iddiaçının əldən çıxmış fayda formasında ziyan tələbi, həmin tələbin əsaslandırıldığı hallar qeyd olunmamışdır. Həmçinin əldən çımış fayda formasında ziyan tələbini əsaslandırmaq üçün iddiaçının hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri göstərilməmişdir. 42.Baxılan iş üzrə iddia ərizəsindən göründüyü kimi, iddiaçı MM-nin 21-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 157.5-ci maddəsinə istinadla əmlakın cavabdehdə olduğu vaxt üçün 385385 kub metr bentonit gili çıxarmasına, Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə» normativlər əsas götürülməklə real ziyanın tutulmasını xahiş etmişdir.

43. Qanuni qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi (bax yuxarıda § 13), iddiaçının mübahisəli ərazidən cavabdehin istifadəsi nəticəsində ona vuruluş maddi ziyan tələbinə artıq bir dəfə hüquqi qiymət verilmiş, mötəbər sübutların olmaması səbəbindən tələb rədd edilmişdir. 44. Мəhkəmə kollegiyası kassasiya şikayətinin § 26-da göstərilən dəlilini əsassız hesab edərək qeyd edilməsini zəruri hesab edir ki, sübutların olmaması səbəbindən təmin edilməyən iddianın sübutlar toplanaraq yenidən eyni əsaslarla qaldır ılması və həmin tələbə baxılması qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipinə, MPMnin 82, 261.0.2-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun deyildir.

45. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir (Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Qərarı)

46. Göstərilənlərə əsasən məhkəmə kolle giyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir. 47.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli 2-2(104)-115/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Е.Y.Şamayev K.N.Abiyeva İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar