Məhkəmə qərarları › İş №2-2(102)-509/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-509/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (kassasiya icraatına xitam verilməsi, şikayətdən imtina edilməsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-325/2019 saylı iş üzrə 03 iyul 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-c u il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş və razılaşdırılmış 910.119,31 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-2(81)220/2018 saylı qətnaməsi ilə (hakim: A.Ə.Hüseyn) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh MMC-dən 686.968,47 manat pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-2(103)-463/18 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-2(81)-220/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-102/19 saylı 13 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: İ.K.Hüseynov və A.S.Hüseynov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-463/18 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün təkrar apelyasiya baxışına qaytarılmışd ır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-325/2019 saylı iş üzrə 03 iyul 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-2(81)220/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın təmin edildiyi hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlan dırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: İş kassasiya icraatında olarkən, 11 noyabr 2018-ci il tarixdə Cavabdeh MMC tərəfindən kassasiya şikayətində imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəni müzakirə edərək hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı üçün qəbul edilməlidir. Belə k i, Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətindən imtina edilməsi qəbul edilməli və iş üzrə kassasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayətindən imtina etməsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-325/2019 saylı iş üzrə 03 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar