Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-509/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alıcının əşyanı qəbul etmək vəzifəsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 2-2(103)-406/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli 19/12/19 nömrəli alqı-satqı müqaviləsi ilə satıcı özünün istehsal etdiyi və özünə məxsus alıcının yazılı sifarişi əsasında alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırma protokolu”nda göstərilən sayda və məbləğdə yerli balıq məhsullarını satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri "əlavə İ" ilə müəyyən olunur; - 3.1-ci bəndinə əsasən, bu müqavil ə təsdiq edildiyi tarixdən qüvvəyə minir və 2020ci il 19 dekabr tarixinədək qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə ilə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar 15 gün qabaqcadan xəbərdarlıq məktubu verməzsə müqavilə növbəti 1 il üçün uzadılmış hesab olunur; - 5.1.1-ci bəndinə əsasən, satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; - 5.4.1-ci bəndinə əsasən, alıcının “əlavələr” üzrə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pulu (qiyməti) vaxtında ödəmək vəzifəsi vardır.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 18 noyabr tarixli EBBM604226 nömrəli e-qaimə ilə ƏDV daxil 65.372,20 manat, 2022-ci il 27 yanva r tarixli EBBQ278349 nömrəli e-qaimə ilə 4.440,20 manat, 2022-ci il 25 fevral tarixli EBBR929039 nömrəli e-qaimə ilə 10.200,11 manat və 2022-ci il 11 may tarixli EBBW096152 nömrəli eqaimə ilə 936,26 manat dəyərində olan mal satışına dair elektron qaimələr göndərilmişdir.
3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2018-ci il 20 noyabr tarixində 17.000 manat, 2019-cu il 24 yanvar tarixində 3.968,64 manat, 2019-cu il 26 fevral tarixində 4.117,01 manat, 2019-cu il 19 mart tarixində 3.515,18 manat, 2019-cu il 1 aprel tarixində 2.991,21 manat, 2019-cü il 12 iyul tarixində 4.000 manat, 2019-cu il 18 oktyabr tarixində 3.637 manat, 2019-cu il 14 noyabr tarixində 5.000 manat, 2019-cu il 2 dekabr tarixində 6.000 manat təyinatı müqavilə və e-qaimə göstərilməklə ödənişlər edilmişdir (2022-ci il 19 fevra l tarixli hesabdan çıxarış). 4. 2021-ci il 26 noyabr tarixli BD1 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 12.711,86 manat dəyərində, 2021-ci il 3 dekabr tarixli BD3 nömrəli ödəniş tapşırığına əsasən 10.000 manat dəyərində, 2021-ci il 23 dekabr tarixli BD7 nömrəli ödəniş tapşırığına əsasən 8.474,58 manat dəyərində, 2022-ci il 19 yanvar tarixli BD6 nömrəli ödəniş tapşırığına əsasən 3.000 manat dəyərində, 2022-ci il 25 fevral tarixli BD6 nömrəli ödəniş tapşırığına əsasən 3.000 manat dəyərində, 2022-ci il 18 mart tarixli BD24 nömrəli ödəniş tapşırığına əsasən 4.000 manat dəyərində və 2022-ci il 3 iyun tarixli BD7 nömrəli ödəniş tapşırığına əsasən 3.000 manat dəyərində təyinatı eqaimə və ya alınan malların dəyəri kimi göstərilərək ödəniş edilmişdir. 5. 2024-cü il 10 sentyabr tarixli üzləşmə aktı ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan rəsmi borcunun cəmi 25.411,84 manat olması İddiaçı MMC tərəfindən imza və möhürü ilə, Cavabdeh MMC tərəfindən yalnız imza ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 28 avqust tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli 19/12/19 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış ƏDV xaric 42.400.17 manat ödənilməmiş pul, 1.146,65 manat ƏDV borcu, 5.000 manat dəbbə pulu, 2.120 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 48.000 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 98.666,82 manat borcun, 387 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli alğı-satqı müqaviləsi əsasında iddiaçı müqaviləyə əlavədə göstərilən sayda və məbləğdə müxtəlif balıq məhsulları satıcıya təhvil verilməsini təmin etmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə üzrə tərəflər alğı-satqı hərəkətlərinin subyektləri olaraq müəyyən vaxtlarda alğısatqı həyata keçirmişlər, lakin iddiaçı tərəfindən cavabdehə təqdim edilən 2021-ci il 18 noyabr tarixli EBBM 604226 seriya nömrəli elektron qaimə üzrə iddiaçı hər biri müxtəlif çəkilərdə olmaqla, ƏDV xaric toplam dəyəri 55.400,17 manat olan m əhsulu cavabdehə təhvil verərək öhdəliyini yerinə yetirmişdir. Lakin “Kapital Bank”ın 2019-cu il 1 yanvar və 2023-cü il 31 dekabr tarixlərinin çıxarışlarında görünür ki, cavabdeh EBBM 604226 seriya nömrəli elektron qaimə üzrə, 2022-ci il 19 yanvar, 2022-ci il 25 fevral, 2022-ci il 18 mart və 2022-ci il 3 iyun tarixlərində müvafiq olaraq 3.000 manat, 3.000 manat, 4.000 manat, 3.000 manat olmaqla, toplamda 13.000 manat ödəmişdir. Göstərilənlərə əsasən, EBBM 604226 seriya nömrəli elektron qaimə üzrə cavabdehin iddiaçıya cəmi 42.400,17 manat qalıq borcu qalmışdır. Həmçinin bu günə kimi cavabdehin iddiaçıya əvvəlki bütün qaimələr üzrə cəmi 1.146,65 manat ƏDV borcu qalmışdır. Sonuncu elektron qaimə-fakturanın verildiyi tarixdən, yəni 2021-ci il 18 noyabr tarixindən bu günə kimi (32 ay) öhdəliklə r tam həcmdə icra edilmədiyindən, cavabdeh əsas öhdəliklərlə yanaşı iddiaçıya cərimə də ödəməlidir. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, borcunu qaytarmadığı üçün iddiaçıya 5.000 manat cərimə ödənilməlidir. Buna görə də cəmi ƏDV xaric 42.400,17 manat ödənilməmiş borca 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Nəticədə cavabdehin pul öhdəliyinin icra olunmaması üçün faiz borcu 2.120 manat təşkil edir. Cavabdeh öhdəliklərini icra etsə idi, iddiaçı borc məbləğinin 7%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda iddiaçı 42.400,17 manat məbləğinin adi mülki dövriyyədən aylıq 3.000 manat olmaqla, öhdəliyin icra olunmadığı 32 ay üçün 96.000 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi. Lakin cavabdeh öhdəliklərindən yayındığından, iddiaçı həmin qazancdan məhru m olmuşdur. Buna baxmayaraq, cavabdeh ilə əməkdaşlıqlarını nəzərə alaraq 32 ay üçün hesablanmış əldən çıxmış faydanın 50%-i, yəni manat ekvivalenti 48.000 manat hissəsi tələb olunur.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, tərəflər arasında bağlanmış 2019-cu il 19 dekabr tarixli 19/12/19 nömrəli alğı-satqı müqaviləsi üzrə ƏDV xaric 24.265.19 manat ödənilməmiş əsas borc, 1.146,65 manat ƏDV borcu, 5.000 manat cərimə (dəbbə) pulu, 1.213.25 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 20.000 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 51.625,09 manat borcun, 387 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdehin qanuni nümayəndəsi iddia tələbinə etiraz edərək bil dirmişdir ki, cavabdehin 25.500 manat civarında borcu olmuş, tərəflər arasında yazılı qaydada rəsmiləşdirilməsə də həmin borcun müqabilində 25.500 manat dəyərində iddiaçıya avadanlıqlar verilmiş və borc sıfırlanmışdır. Avadanlığın verilməsinə dair səs yazısı mövcuddur. İddiaçı tərəflə yenidən əlaqə saxlanıldıqdan sonra onlar bildirmişlər ki, “cavabdeh gəlib özü avadanlığı satsın və ödənişi etsin”. Avadanlıqların borc müqabilində verilməsi üç ilə yaxındır. 10. 2024-cü il 14 noyabr tarixli maliyyə arayışında Cavabdeh MMC-nin İddiaçı MMCyə 2021-ci il 18 noyabr tarixli e-qaimə üzrə 11.064,71 manat əsas borcu, 2022-ci il 27 yanvar tarixli e-qaimə üzrə 3.762,88 manat əsas borcu, 2022-ci il 25 fevral tarixli e-qaimə üzrə 8.644,16 manat əsas borcu, 2022-ci il 11 may e-qaimə üzrə 793,44 manat əsas borcu, 2022-ci il 25 fevral tarixli e-qaimə üzrə 1.003,80 manat ƏDV məbləğ üzrə borcu, 2022-ci il 11 may tarixli e-qaimə üzrə 142,82 manat ƏDV məbləğ üzrə borcu, pul öhdəliyinin icra edilməməsi üçün 1.213,25 manat faiz borcu (5% dərəcəsi ilə), 5.000 manat cərimə borcu, əldən çıxmış faydaya görə 20.000 manat olmaqla, cəmi 51.625,06 manat borcunun olduğu qeyd edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 yanvar tarixli 2-2(113)-441/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 2019-cu il 19 dekabr tarixli 19/12/19 nömrəli alqı-satqı müqaviləsi üzrə 24.265,19 manat əsas borc, 1.146,65 manat ƏDV məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 1.213,25 manat faiz məbləği və dövlət rüsumunun əvəzi olaraq 170 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilm iş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – G.Namazova).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticədə iddiaçıya ödənilməyən borcu qalmışdır. Malların cavabdehə verilməsi işin mübahisə edilməyən halı olmuşdur. Cavabdeh isə onun məhz aldığı mallara görə iddiaçıya borclu qaldığı 25.500 manata görə avadanlıqların verilməsi və həmin borcun tərəflər arasında əvəzləşdirilməsi ilə bağlı bildirdikləri üzrə səs yazısı və foto-şəkillərdən başqa məhkəməyə hər-hansı sübutu təqdim edə bilməmişdir. Tərəflər arasında mövcud olan səs yazısında hər hansı (həcmi və dəyəri müəyyən edilməyən) avadanlıqların verilməsi müəyyən olunsa da, məhkəmə bildirmişdir ki, həmin avadan lıqların məhz mübahisələndirilən borc müqabilində verilməsi və iddiaçı tərəfin borcun əvəzləşdirilməsinə dair razılığının olmasını təsdiq edən mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Cavabdeh öz etirazının əsasını təşkil edən faktları sübuta yetirə bilməmiş, tərəflər arasında satılmış mallara görə qalmış borcun avadanlıqlar ilə əvəzləşdirilməsinə dair yazılı hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.
13. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təyinatı müqavilə və e-qaimə göstərilməklə qismən ödənişlər və malların cavabdehə verilməsinə dair cavabdeh şirkətin direktorunun etirazının olmaması ilə təsdiq olunduğu üçün, məhkəmə 24.265,19 manat əsas borc və 11.46,65 manat ƏDV məbləğinə dair hissədə iddianın təmin edilməməsi qəna ətinə gəlmişdir.
14. İddiaçı tərəfindən cavabdehə satılmış mallara görə göndərilmiş 2021-2022-ci il tarixli e-qaimələr üzrə qalıq borcun bu günə kimi ödənilmədiyini nəzərə alan məhkəmə, borcun ödənişinin gecikdirilməsinə görə (iddiaçı cəmi bir illik faiz borcunu tələb edir) illik 5% ilə hesablanmaqla 1.213,25 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı əsaslı hesab etmişdir.
15. Bundan başqa iddiaçı 5.000 manat cərimə məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən də göründüyü kimi, müqavilə şərtlərində və tərəflər arasında dəbbə pulu borcunun tutulması ilə bağlı hər hansı yazılı razılaşma mövcud olmamışdır. Buna görə də məhkəmə iddia tələbini bu hissədə əsassız hesab etm işdir.
16. İddianın “20.000 manat əldən çıxmış faydanın tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “M M”) 21.2, 425, 443.1, 443.4, 445.7, 462.1, 463.1, 567, 568.1 və 579.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 2-2(103)-406/2025 nömrəli qətnaməsi ilə (qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsinə dair məhkəmənin 2025-ci il 24 aprel tarixli qərardadı nəzərə alınmaqla) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli halı iddiaçının ödənilməsini tələb etdiyi malların cavabdehə təqdim edilibedilməməsi və həmin mallara görə ödənilməmiş borcun qalıb-qalmaması ilə bağlı olmuşdur. İddiaçı malların verilməsi faktını sübuta yetirmək üçün həmin mallara dair cavabdehə göndərilmiş elektron qaimələri, həmin elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsinə dair ödəniş tapşırıqları və əvvəlki dövr (2018-2019-cu illər) üçün alqı-satqı əməliyyatları üzrə ödənişləri təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində cavabdeh tərəf alqı satqı müqaviləsi üzrə qalıq borcun avadanlıqla əvəzləşdirilməsini bildirməklə, dol ayısı ilə mübahisəli malların iddiaçı tərəfindən onlara təqdim olunması və həmin malların dəyərinin bir hissəsinin ödənilməsi faktlarını təsdiq etmişdir.
21. İddiaçı tərəfindən cavabdehə 2021-2022-ci illər arası dövrdə malların təqdim edilməsinə dair elektron qaimələrin iddiaçı tərəfindən cavabdehə göndərilməsi, cavabdeh tərəfindən onun üçün vergi öhdəlikləri yaradan elektron qaimələri düzəliş üçün qaytarılmaması, eləcə də iddiaçıya və ya vergi orqanına həmin qaimələrlə bağlı hər hansı etiraz olunmaması, əksinə həmin qaimələr üzrə qismən ödənişlər edilməsi tərəflər arasında malların təqdim olunmasının elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar münasibətin formalaşmasına dəlalət etmişdir. Odur ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 80.948,77 manat dəyəri ndə malların təqdim edilməsi faktı iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə həmin malların dəyərindən yalnız 44.186,44 manat hissəsinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsi üzrə yaranmış ƏDV xaric 24.265,19 manat ödənilməmiş əsas borcun, 1.146,65 manat ƏDV borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
22. Kollegiya “tələb olunan əsas borc məbləğinin ƏDV məbləğinə uyğun gəlməməsi barədə” cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ƏDV ödənişləri vergi ödəyicisinin ƏDV subhesabına köçürülür, bu zaman ƏDV ödənişlərinin həyata keçirilməsi əsas məbləğlərin ödənişindən asılı edilmir. Odur ki, əsas məbləğin və ƏDV məbləğinin ödənişləri bir-birind ən bağlı olmayan şəkildə ayrı-ayrı hesablara edildiyindən borclu şəxs tərəfindən əsas borca nisbətən ƏDV məbləğindən daha çox ödəniş edilməsi istisna olunmur. 23. “Borcun əvəzinə iddiaçıya avadanlıq təqdim olunması və borcun sözügedən avadanlıqla əvəzləşdirilməsi barədə” cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh həmin xüsusatları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin həmin halları sübuta yetirmək üçün təqdim etdiyi səs yazılarında dəyəri bəlli olmayan avadanlığın verilməsindən danışılsa da, həmin avadanlığın məhz mübahisəli borcun müqabilində verilməsi və öhdəliklərin əvəzləşdirilməsi barədə tərəflər arasında razılaşmanın mövcud olması iş materiallarında olan sübutlara əsasən müəyyən edilməmişdir.
24. İddianın “MM-in 445.7-ci maddəsinə əsasən faizlə rin tutulması” hissəsinə gəldikdə kollegiya, cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini iki ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 1213,25 manat pulun ödənilməsinə dair tələbi də əsaslı olmuşdur.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.7, 448.1, 567 və 598.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Kassator şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 12.2-ci maddəsi üzrə bildirir ki, iddiaçı tərəfindən borcun təsdiqi, yaranma tarixi barədə heç bir sübut təqdim edilməmişdir.
28. MM-in 385.1 və 385.2-ci maddələri üzrə - iddia tələbinin təmin edilməsi barədə qətnamədə göstərilənlər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında olan müqavilə 2019-cu ildə bağlanmış və bir il müddətinə qüvvədə olmuş, həmin müqav ilə qüvvədən düşmüşdür. Bundan başqa iddiaçı məhsulların cavabdehə verilməsinə dair heç bir sübut (təhvil-təslim aktı və s) məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2024-cü il 10 sentyabr tarixli üzləşmə aktı isə cavabdehin qanuni nümayəndəsi tərəfindən imzası və möhürü ilə təsdiq edilməmişdir.
29. Həmçinin iddiaçı ilk olaraq məhkəmə müraciət edərkən 98.666,82 manat borcun tutulmasını tələb etsə də bu barədə əsaslı sübutları olmadığından, ərizə verərək iddia tələbinin həcmini azaltmışdır. Göründüyü kimi iddiaçı məhkəmədə müxtəlif borc məbləğlərinin tutulmasını tələb etməklə, hazırkı borcun nə qədər olması və ümumiyyətlə borcun olub-olmaması barədə dəqiq məlumatı olmadığını təsdiq etmişdir.
30. İddiaçıya həqiqətən 24.265,19 manat əsas qal ıq borcu mövcuddursa o, zaman həmin məbləğə uyğun (18%) ƏDV qalıq borc 3.701,49 manat təşkil etməlidir. Halbuki iddiaçı tərəfindən tərtib olunmuş arayışa əsasən 24.265.19 əsas borc, 1.146,65 manat ƏDV borcu olmaqla, cəmi 25.411,84 manat borcun olması məhkəməyə bildirilmiş və həmin məbləğin tutulması qət etmişdir. Əgər həqiqətən də 1.146,64 ƏDV borcun olsa idi, iddiaçıya əsas məbləği üzrə 6.370,11 manat olmaqla, cəmi 7.516,75 manat təşkil etməli idi. Bu səbəbdən də iddiaçı tərəfindən tərtib olunan həmin arayış özlüyündə qüsurlu olduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
31. Digər tərəfdən məhkəmənin malların cavabdehə verilməsi işin mübahisə edilməyən halı olması ilə mövqeyinə münasibətdə kassator bildirir ki, cavabdeh tərəfindən borcun olması etiraf edilməmişdir. Belə ki, müqavilə üzrə tərəflərin öhdəlikləri olmuş, bir tərəf digər tərəfə malların verilməsini, digər tərəf isə pulun ödənilməsi öhdəliklərini götürmüşlər. Faktiki olaraq tərəflərin iradə ifadəsini əks etdirən və tərəflərin imzası ilə təsdiq edilən müqavilə üzrə öhdəlik tam icra olunmasına baxmayaraq, iddiaçı heç bir əsas olmadan məhkəmədən mallar üzrə qalıq qalmış məbləğin ödənilməsini tələb etmişdir. Lakin iddiaçı bu faktı təsdiq edən, yəni hansı miqdarda, hansı tarixdə məhsulla görə borcun yaranmasını təsdiqləyən sübutu (malların təhvil-təslim aktını, borc üzrə üzləşmə aktını) məhkəməyə təqdim edə bilməmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı üzrə - mülki münasibətlərin vacib elementi olan vicdanlılıq prinsipi nəzərə alınmamışdır. Məhkəmə əsassız olaraq cavabdeh tərəfin çıxışını mübahisəli borcun etirafı kimi qəbul etmişdir. Cavabdeh tərəfindən borcun olması etiraf edilməmişdir. İddiaçı hansı miqdarda, hansı tarixdə məhsula görə borcun yaranmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının cavabdehdən götürdüyü avadanlıqlarla əvəzləşdirilmə faktını təsdiq edən hallarla bağlı şirkətin direktoru ilə olan yazışma və səs yazısı məhkəmə tərəfindən nəzərə alınmamışdır.
33. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən verilən izahatına istinad etmişdir. Halbuki, cavabdeh tərəfində n təqdim edilmiş iddiaçı şirkətin qanuni nümayəndəsi (direktoru) ilə aparılan “whatsapp” yazışmaları və səs yazılarına əsasən avadanlıqların iddiaçı tərəfdən götürülməsi və hazırda da onlara məxsus ərazidə olması öz təsdiqini tapır. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır, nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll olunmasını istisna edir. Bu formada iddianın məhkəmə tərəfindən təmin olunması isə mülki qanunvericiliyin tələblərinə ziddir.
34. MM-in 5.3, 16.1, 425 və 560-cı maddələri üzrə - məhkəmə “malların təqdim edilməsinə dair elektron qaimələrin iddiaçı tərəfindən cavabdehə göndərilməsi, cavabdeh tərəfindən onun üçün vergi öhdəlikləri yaradan elektron qaimələri dü zəliş üçün qaytarılmaması, eləcə də iddiaçıya və ya vergi orqanına həmin qaimələrlə bağlı hər hansı etiraz olunmaması, əksinə həmin qaimələr üzrə qismən ödənişlər edilməsi tərəflər arasında malların təqdim olunmasının elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar münasibətin formalaşmasına dəlalət etməsini" qəbul etmiş, lakin tərəflər arasında aparılmış və iddiaçıya borcun əvəzinə avadanlıqların verilməsini qəbul etməmişdir. Halbuki səs yazılarından aydın olur ki, iddiaçı tərəfindən avadanlıqlar qəbul olunmuşdur. Həqiqətə nail olmaq üçün avadınlıqların dəyərini müəyyən etməklə yaranmış borc məbləğini əvəzləşdirilməsini müəyyən etmək olardı.
35. MPM-in 14-cü maddəsi üzrə - ədalət mühakiməsini həyata keçirən məhkəmə borcun olub-olmaması, yaranma tarixi müəyyənləşdirməmiş, idd iaçı borcun olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, mülki mühakimə icraatında iddiaçı mənafeyini daha üstün tutulmuşdur.
36. Kassator MPM-in 77.1 və 217.1-ci maddələrinin tələblərinin pozulmasına və ya düzgün tətbiq olunmamasına isə onların məzmununu vurğulamaqla istinad edir.
37. MPM-in 88 və 106-ci maddələri üzrə - birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir.
38. MPM-in 106.3-cü maddəsi üzrə - faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasının protokolunu imzalamamışdır. Məhkəmə faktın etiraf edilməsi barə də işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarı üzrə - məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələ lərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra ed ilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiym əti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müə yyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, t əqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eyniyyət təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
49. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkə məsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 aprel tarixli 22(103)-406/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.