Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-51/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin “xxxx” ASC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sığorta müqaviləsindən irəli gələn borcun tutulması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 27.02.2020 İlqar Ağababaş oğlu Dadaşov və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı MMC-nin vəkili Vəkil və cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta müqaviləsindən irəli gələn borcun tutulması haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tari xli qətnaməsindən iddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-nin mülkiyyətində olan və xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Ford xxxx” minik markalı avtomobilə dəymiş 14.260 manat məbləğində zərərin əvəzi olaraq ödənilməli olan sığorta ödənişinin cavabdeh ASC-dən tutularaq iddiaçı ASC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.İmanov; iş No 2-2(82)-87/2019) iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 22(103)-533/2019) iddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı ASC kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsini ləğv edərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş cavadeh ASC-nin nümayndəsi G.Musayeva kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasi ya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğ edilməlidir. Hazırki iş üzrə apellyasiya instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, mübahisə predmeti olan “xxxx” Ford markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ASC-nin mülkiyyətindədir. Həmin avtomobil tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sığorta müqaviləsi və “Nəqliyyat vasitələrinin” Kaska sığortası Şəhadətnaməsi”nə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək cavabdeh ASC-də iddiaçı ASC-nin xeyrinə sığortalanmışdır. xx.xx.2016-cı il tarixində iddiaçı ASC tərəfindən verilmiş etibarnamə əsasında avtomobili qanuni əsaslarla idarə edən Q.Məmmədova adlı şəxs Masazır-Novxanı yolunda hərəkətdə olarkən ehtiyatsızlıqdan **-UR-*** dövlət qeydiyyat nişanlı «Hunday SantaFe» minik markalı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağl ı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 tərəfindən xx.xx.2016-cı il tarixdə qeydiyyat nömrəsi 3144 olan, KYP 485744 saylı “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. İşin materialarında olan, həmin Protokolda qeyd edilənlərə görə, İddiaçı ASC-nin mülkiyyətində olan və İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Etibarnamə əsasmda idarə etmiş Q.Məmmədova xx.xx.2016-cı il tarixdə saat 19:00 radələrində Masazır qəsəbəsi, Novxanı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu bəndinin tələblərini pozaraq yolayrıcından kənarda sola dönərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş, təsadüfən və ehtiyatsızlıqdan əks istiqamətdən gələn «X6» markalı, **- UR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun mərkəzi zolağında toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «FNC Motors» tərəfindən tərtib edilmiş qüsur aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan **-PZ-*** dövlət qeydiyyat nişanlı, «FORD xxxx» minik markalı avtomobilə 14.260 AZN məbləğində ziyan dəymiş və avtomobili həmin anda etibarnamə əsasmda idarə edən Q.X3 Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnmişdir. Dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsi tələbi ilə bağlı «xxxx» ASC-yə pretenziya göndərilmiş və mövcud zərərin 5 iş günü ərzində ödənilməli olduğu bildirilmiş əks halda aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Lakin «xxxx» ASC tərəfindən qeyd edilən ödənişin edilməsindən imtina edilmişdir. İm tinanın əsası kimi İddiaçı ASC ilə «xxxx» ASC arasında bağlanmış sığorta müqaviləsini tənzimləyən «Nəqliyyat vasitələrinin (KASKO) sığortası Qaydalar»ının 18.2-ci bəndi əsas götürülmüşdür. İşin materiallarında olan, həmin Qaydaların 8-ci bəndində sığorta ödənişinin verilməsindən imtinanın konkret əsaslan qeyd edilmişdir. Həmin sığorta hadisəsi hesab edilməyən hallar və əsaslar aşağıdakılardır: 18.1. sığortalı sığorta hadisəsinin baş vermə səbəblərinin araşdırılmasına maneçilik törətdikdə; 18.2. nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti qaydalannı kobud şəkildə pozması (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, “Giriş qadağandır” və “Hərəkət qadağandır” yol nişanları tələblərinin pozulması, üfüqi nisanlanma xətlərinin tələblərinə riavət etməyərək əks istiqamətli nəaliwat axınlarının hərəkət zolağına keçilməsi); 18.3. Sığortalının zərərin əvəzini zərərin dəyməsində təqsirli olan şəxsdən aldığı hallarda; 18.4. oğurluq, quldurluq və ya soyğunçuluq zamanı Sığortalı maşının oıjinal açarlarının tam komplektini Sığortaçıya təqdim edə bilmədiyi halda; 18.5. sığortalanmış avtomobilin hadisə baş verməzdən əvvəl və ya sonra yaranmış nasaz və ya zədələnmiş vəziyyətdə idarə edilməsi; 18.6. əgər Sığortaçının sorğu vərəqində(blankında) avtomaşının şəxsi məqsədlər üçün istifadə edilməsi göstərilmişdirsə, sığortalanmış avtomobildən mənfəət götürmək məqsədi ilə hər hansı ictimai sərnişin daşımaları üçün nəqliyyat vasitəsi kimi istifadə olunması(taksi, marşrut taksisi, şəhərlər arası və şəhər daxili sərnişin və ya yük nəqliyyatı və s.); 18.7. sığorta hadisəsinin baş verməsinə səbəb olan qərəzli hərəkətləri və ya həmin hadisə ilə səbəbli əlaqədə olan qəsdən cinayət törətdikdə; 18.8. sığorta predmeti və hadisəsi barəsində Sığortaçıya qəsdən yalnış məlumat verdikdə; 18.9. sığortalının sığorta hadisəsi baş verməzdən əvvəl sığortalanmış əmlaka dəyə biləcək zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri görməməsi; 18.10. sığorta hadisəsi olmadıqda; 18.11. Sığortalının sığorta hadisəsi baş verdikdən sonra sığortalanmış əmlaka dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarmda olduğu halda həmin tədbirləri qəsdən görməməsi; 18.12. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. Araşdırıla n qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsinin məhz əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi nəticəsində törəldiyi üçün, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən, sözügedən hadisə üzrə “xxxx” ASC tərəfindən sığorta ödənişinin verilməməsi miqavilənın şərtlərinə uyğun olmuşdur. Eyni zamanda tərəflər arasında sığorta müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır və 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə g əldiyi nəticə düzgün olmamışdır, iddiaçı ASC-nin kassasiya şikayətində qeyd edlənlər əsaslı olduğundan qəbul edilməlidir. İşin materiallarında olan 485744 nömrəli “İnzibati xəta haqqında” Protokoldan və hadisə yerinin sxemindən görünür ki, Q.Məmmədova üfuqi nişanlanma xəttinin (qırıq-qırıq xətt) tələblərinə əməl edərək, sola dönməyə icazə verilən yerdə qaydanı (YHQ-nun 42-ci maddəsinin 9-cu bəndinin tələblərini) pozduğu, yəni yolayrıcında kənarda sola qırıq-qırıq üfuqi nişanlanma xəttini keçib dönməyə çalışdığı, lakin məsafəni düzgün hesablamayıb qarşıdan gələn nəqliyyat vasitəsini buraxmadığı və ehtiyatsızlıqdan təsadüfən qəza törətdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən inzibati tənbeh haqqında qərar çıxarılaraq, 60 manat məbləğind ə cərimə edilmişdir. Həmin qərar da qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında baxılan işlə əlaqədar hər hansı şərh verilməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin 9-cu bəndinə görə, yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun ola raq svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçinəyə görə-altmış manat məbləğində cərimə edilir. Protokoldan və hadisə yerinin sxemindən görünür ki, DYP əməkdaşı tərəfindən Q.Məmmədovanın əməli təsadüfən ehtiyatsızlıqdan «yolayrıcından kənarda sola dönmə qaydasının pozulması» kimi xarakte rizə olunmuş və onun əməlində başqa bir inzibati xətanın təkibi, yəni “üfüqi nişanlama xəttlərinin tələblərinin pozulması” halı müəyyən edilməmişdir. Cavabdeh «xxxx» ASC iddiaçı ASC tərəfindən tələb edilən sığorta ödənişindən imtinanın əsası kimi tərəflər arasında bağlanmış sığorta müqaviləsini tənzimləyən həmin «Nəqİiyyat vasitələrinin (KASKO) sığortası qaydalar»ın 18.2-ci bəndini əsas götürmüşdür. Həmin bəndə görə, hazırki işin hallarına və avtomobili qanuni əsaslarla idarə edib qəza törədən Q.Məmmədovanın əməlinə hüquqi qiymət verildikdə sığorta ödənişindən imtina o halda əsaslı olardı ki, Q.Məmmədova svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməli, ya “Giriş qadağandır” və ya “Hərəkət qadağandır” yol nişanları tələblərini pozmalı, yaxud da üfü qi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkat zolağına keçməli idi. Göründüyü kimi qeyd olunan bənddə sığorta ödənişindən imtina olunması o halda nəzərdə tutulmuşdur ki, sürücü iki inzibati xətanı eyni zamanda törətməli, yəni həm üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməməli, həm də əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçməlidir. Lakin iş üzrə müəyyən edilir ki, Q.Məmmədova avtomobillə təsadüfən qəza törədərkən əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına çıxsa da, lakin “Qayda”nın 18.2-ci maddəsində qeyd edildiyi kimi başqa bir inzibati xətanı törətməmiş, yəni üfüqi nişanlanma xətlərinin tələblərini pozmamış, icazə verilən yerdə sola dönmə manevrini etmiş, qaydanı pozmayaraq icazə verilən yerdə ək s istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçmiş, lakin məsafəni düzgün hesablamadığı üçün təsadüfən ehtiyatsızlıqdan qəza törətmişdir. Belə olduğu təqdirdə cavabdeh sığorta ödənişindən imtina etməməli və sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliyi vicdanla icra etməli idi. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış «Nəqliyyat vasitələrinin (KASKO) sığortası qavdaları»nın 18.2-ci maddəsinin məzmununu səhv təfsir etmis və isin faktiki hallan üzrə düzgün nəticəyə gəlməmiş və nəticədə iddiaçı ASC-nin qanunla qorunan hüquqlarını kobud səkildə pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında m üəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə uyğun olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə müvafiq olaraq tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə uyğun olaraq məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən fak tlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə müvafiq olaraq işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq o lunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-51/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-51/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver