Məhkəmə qərarları › İş №2-2(102)-510/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-510/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-510/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 iyun tarixli, 2-2(103)-621/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC (bundan sonra- iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi, həmçinin iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 174.768.99 manat sığorta haqqı, 132.342,75 manat əldən çıxmış fayda məbləği və 1.789,56 manat məbləğində İcbari Sığorta Bürosuna 5% məcburi ayırma məbləği olmaqla, ümumilikdə 343.783,51 manat pul vəsaitinin və 400 manat mediasiya rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 mart tarixli, e-2-2(113)-480/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin ed ilməmişdir (hakim İ.Əhmədov).

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 aprel tarixli, 2-2(103)-503/2022 saylı qərardadı ilə dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmədiyindən, iddiaçının apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, işin materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır ( hakimlər R.Qurbanov (sədrlik edənməruzəçi), V.Məmmədov və V.Baxışova).

5. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 25 apre l tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

6. İddiaçı 2022-ci il 26 aprel tarixində yenidən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 iyun tarixli, 2-2(103)-621/2022 saylı qəraradı ilə iddiaçının apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, işin materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və V.Baxışova).

8. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, “Azemis” Elek tron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 mart tarixli, e-2-2(113)-480/2022 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin (bundan sonra-“MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2022-ci il 18 mart tarixində iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Lakin iddiaçı tərəfindən dövlət rüsumu ilə bağlı çatışmazlıq aradan qaldırılaraq ikinci dəfə verilmiş apellyasiya şikayəti 2022-ci il 26 aprel tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki, MPM-in 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkə mə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti 2022-ci il 18 aprel tarixində bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 2022-ci il 26 aprel tarixində verilmişdir.

9. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki, apellyasiya şikayəti qeyd olunan normada göstərilən 1 aylıq müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış apellyasiya şikayəti yenidən verildikdə də 1 aylıq müddətə riayət olunmalı, bu mümkün olmadıqda isə prosessual müddətin bərpası barədə ərizə verilm əlidir. Əks yanaşma həm MPM-in 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 360, 363.1.3, 366.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Apellyasiya məhkəməsinin qərardadı tərəflərin elektron kabinetində 2022-ci il 2 iyun tarixində yerləşdirilmişdir.

12. Qərardaddan iddiaçı tərəfindən 2022-ci il 6 iyun tarixində kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, iş üzrə icraatın yenilənməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. MPM-in 364-cü maddəsinin tələbi pozulmuşdur- Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 aprel tarixli qərardadı ilə iddiaçı tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsinə görə verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 25 aprel tarixli qərardadı iddiaçıya təqdim edilənədək apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəblərə görə ötürülmüşdür. Buna baxmayaraq iddiaçı 2022-ci il 26 aprel tarixində dövlət rüsumu ödəmiş və yenidən apellyasiya şikayəti ilə birgə müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-621/2022 saylı, 2022-ci il 2 iyun tarixli qərardadına əsasən müddətin ötürülməsinə görə apellyasiya şikay ətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Bununla da, apellyasiya instansiyası tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və 2022-ci il 26 aprel tarixli müddətin bərpa olunması barədə ərizə nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. I. HƏDLƏRİ Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

130. Prosess ual müddətlərin buraxılmasının nəticələri... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3.Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)....” “Maddə

360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.” “Maddə

363. Apellyas iya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə 2022-ci il 26 aprel tarixində yenidən apellyasiya şikayəti veriərkən prosessual müddətin bərpasına dair ərizə verilmiş, lakin məhkəmə bunu nəzərə almamış və MPM-nin 364-cü maddəsinin tələbləri pozulmuşdur.

21. Kassasiya şikayətinin dəlili ilə bağlı elektron işin materiallarından göründüyü kimi, 2022-ci il 26 aprel və 02 iyun 2022-ci il tarixlərində elektron qaydada təqdim edilmiş apellyasiya şikayətlərinin məzmununda birinci instansiya məhkəməsinin qətnaməsinin «işin icraatının dayandırılması hissəsindən» şikayətin verilmə müddətinin bərpasına dair iddiaçının xahişi göstərilmişdir.

22. Əvvəla, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin «işin icraatının dayandırılması hissəsi» mövcud deyildir. Digər tərəfdən məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən «2 saylı Əlavə» «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-yə daxil edilmişdir. İşdə iştirak edən şəxslərin prosessual müddətin bərpasına dair ərizələrinin həmin formada tərtib edilən apellyasiya şikaytlərinin mətnlərinə əlavə edilməsi Qanunla müəyyən edilməmişdir.

23. MPM-in 133.3-cü maddəsinin (bax yuxarıda § 18) tələblərinə görə, işdə iştirak edən şəxs, prosessual müddətin bərpası barədə ərizə verməklə yanaşı, müddəti buraxılmış zəruri prosessual hərəkəti edə, müvafiq instansiyası üçün şikayətini təqdim edə bilər. Lakin işin materiallarına MPM-nin 133.3-cü maddəsinin tələbləri qaydasında prosessual müddətin bərpasına dair birinci instansiya məhkəməsinə ünvanlanmış ayrıca ərizə əlavə edilməmişdir.

24. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadına əsasən işin materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Odur ki, iddiaçı prosessual qanunun tələb etdiyi forma və məzmunda tərt ib edilmiş apellyasiya şikayətini və prosessual müddətin bərpasına dair ayrıca əsaslandırılmış ərizəsini müvafiq qiymətin verilməsi üçün birinci instansiya məhkəməsinə təqdim etmək imkanlarını itirməmişdir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, məhkəmənin qərardadı MPM-nin 363 və 366-cı maddələrinin tələblərinə (bax yuxarıda § 18) uyğun olduğundan dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.

26. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 iyun tarixli 2 -2(103)-621/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar