Məhkəmə qərarları › İş №2-2(102)-511/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-511/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-511/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “X3 X2 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi, amortizasiya xərclərinin və əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı1 (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cav abdeh”) qarşı "2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs “X3 X2 sanaye və Ticaret LTD” şirkətinin cavabdehə qarşı əmlakların qaytarılması və ya onların dəyərinin, amortizasiya xərclərinin və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)14/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər mülkiyyət, istifadə, icarə, sah ibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh ilə “X3 X2 sanaye və Ticaret LTD” şirkəti arasında bağlanmış 2017-ci il 30 mart tarixli 1 nömrəli müqavilədən görünür ki, tərəflər cavabdehin mülkiyyətində olan əmlak kompleksində birgə istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Həmin müqaviləyə əsasən cavabdeh investisiya olaraq onun mülkiyyət ində olan 1,844 ha torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən dəyəri 1.1**.**0 manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, üçüncü şəxs isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür. 3. 2017-ci il 19 aprel tarixli “İnvestisiya təşviqi sənədi”ndən və ona əlavə edilmiş təsdiqedici sənədlərdən görünür ki, cavabdehə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. 4. 2017-ci il 15 sentyabr tarixli aktdan və əlavəsindən görünür ki, 2017-ci il 1 mart tarixli birgə (ortqalıq ) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, cavabdeh 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 3**, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını İddiaçı1 təhvil almışdır.

5. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 2017-ci il 12 dekabr tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalın 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur.

6. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 2020-ci il 20 avqust tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. 7. 2020-ci il 28 dekabr tarixli “İnv estisiya təşviqi sənədi”ndən görünür ki, "xxxx" MMC-yə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiya ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 2020-ci il 4 noyabr tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləni ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan 2021-ci il 19 may tarixində iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub verilməsini xahiş etmişdir.

9. İddia tələbi on unla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə əsasən, iddiaçı ikinci tərəf olaraq ümumi bazar qiyməti 1.1**.**0 manat məbləğində olan və müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı təyinatlı avadanlıqlarını "xxxx" MMC-nin nizamnamə kapitalının yaranması və bununla bağlı bütün işlərin qanunauyğun təşkil edəcəyini öhdəsinə götürmüşdür. Lakin brinci dəfə əmlakı "xxxx" MMC-nin balansına qoyulmamışdır. Demək olar ki, bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya qoyduğu əmlakdan heç bir gəlir əldə etməmişdir. Bu səbəbdən də o, investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir.

10. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 40.2, 4 0.3, 423.2, 424.2-ci maddələrinə istinad edilmişdir. 11. “X3 X2 sanaye və Ticaret LTD” şirkəti 2021-ci il 26 aprel tarixində ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını və işə qoşulmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 28 aprel tarixli 2-2(115)-99/2021 saylı qərarı ilə həmin şirkət müstəqil tələb irəli sürən 3-cü şəxs (bundan sonra – “üçüncü şəxs”) kimi məhkəmə icraatına cəlb edilmişdir.

12. Üçüncü şəxs 2021-ci il 10 may tarixində cavabdehə qarşı 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-3**, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqu r açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer Dəzgahı "Net MAK 2**0” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik maki nasını, həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463.595 manatının, avadanlıqlar olmadıqda onların 785.222 manat əvəzinin, üç il ərzində əldən çıxmış fayda qismində 6.659.829 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi tələbini irəli sürərək işə qarışmışdır.

13. Sonradan üçüncü şəxs iddia tələbini dəyişərək, digər tələbləri olduğu kimi saxlamış, lakin vurulmuş zərərin həcmini azaldaraq 1.810.505 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 30 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Lakin bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya olduğu əmlakdan gəlir əldə etməmişdir. Bu səbəbdən də üçüncü şəxs investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir.

15. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra “Konstitusiya”) 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.

16. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğunu, 2017-ci il 1 mart tarixli Birgə ortaqlıq müqaviləsinin olmadığını iddiaçının gömrük rüsumlarını ödəməmək məqsədilə malların yerli sahibkar olan cavabdehin adına göndərmiş olduğunu, mübahisəli əmlakların hazırda "xxxx" MMC-də olduğunu, əmlakların həmin şəxsə məxsus olduğunu bildirmişdir. 17. 2021-ci il 3 iyun tarixli məh kəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, 2017-ci ilin mart ayında cavabdeh ilə birlikdə Bakıya getmiş, orada birgə mebel istehsal sahəsi yaratmaq məqsədi ilə iddiaçı ilə müqavilə imzalamaq, həmin işlərə də rəhbərliyi cavabdehin həyata keçirəcəyi bildirilmiş, 2017-ci il 30 mart tarixdə üçüncü şəxs adından iddiaçıya, cavabdehin adından isə N.Babayevə müqavilə imzalamaq tapşırılmış, İqtisadiyyat Nazirliyindən müvafiq sənədlər aldıqdan sonra məlum olmuşdur ki, üçüncü şəxs üzərinə həbs qoyula bilər, buna görə də tədbirlər görülmüş, belə ki, ilkin 1.**0 dollar məbləğində əmlak göndərilmiş, sonradan isə digər əmlaklar tam gətirilmişdir, bundan sonra N.Babayevə bütün idarəçiliyin iddiaçı tərəfindən həyata keçiriləcəyi bildirilmiş, buna görə də N.Babayev hə min işlərdən çəkilmişdir. Bundan sonra "xxxx" MMC yaratmaq istəmişlər, iddiaçıya isə həmin MMCnin rəhbəri təyin edilməsi bildirilmişdir, buna etiraz etmiş, həmin əmlakların "xxxx" MMC-yə veriləcəyi təqdirdə investisiya təşviq sənədi ləğv olunacağı bildirilmişdir. Müqavilənin heç bir şərti pozulmamış, onlara əməl olunmuş, bütün əmlaklar sonradan yaradılmış "xxxx" MMC-yə ötürülmüşdür.

18. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 3 iyun tarixli e-2-2(115)-99/2021 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləsi ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxsin iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəz gah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-3**, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2**0” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq üçüncü şəxsə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Vəliyev).

19. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 2020-ci il 17 dekabr tarixli barışıq sazişinin 3-cü bəndinə də iddiaçıya məxsus avadanlıqlar kimi yuxarıda § 4də qeyd edilən avadanlıqların iddiaçıya, cavabdehə məxsus qeyri-yaşayış binasının isə cavabdehə qaytarılması barədə razılığa gəlinmişdir. İş üzrə keçirilən məhkəmə iclasında iddiaçı tərəf işin barışıq sazişi ilə tamamlanması na razı olmadığından barışıq sazişi təsdiq edilməmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İşə baxılması tərəflərin barıq sazişi ilə tamamlanmasa da, həmin saziş tərəflərin işgüzar münasibətlərinin hazırda hansı vəziyyətdə olmasını və əmlaklarla bağlı mövqelərini təsdiq edir.

20. İddiaçı sahibkardır, həmçinin üçüncü şəxsin rəhbəridir. 2017-ci il 1 mart tarixində öz adından, 2017-ci il 30 mart tarixində üçüncü şəxsin adından cavabdeh ilə müqavilələr bağlamışdır. Tərəflərdən cavabde investisiya olaraq mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1.**0.**0 manat dəyərində qeyri-yaşayış binasını bu məqsədə ayırmışdır. Üçüncü şəxs mebel istehsalı üçün lazım çoxlu sayda olan 650.450 ABŞ dolları dəyərində avadanlıqları investisiya kimi Türkiyə Respublikasından cavabdehin adına gön dərmişdir. Göndərilən dəzgah və avadanlıqlar həmin binada yerləşdirilmişdir. Hazırda 2017-ci il 1 mart tarixli müqavilə mübahisələndirilir, 2017-ci il 30 mart tarixində bağlanmış müqavilə üzrə isə öhdəliyin icrasından imtina edilir.

21. Tərəflər ortaq məqsədə gələrək birlikdə mebel istehsalı ilə məşğul olmaq və bundan mənfəət əldə etmək niyyəti ilə hər birinə münasibətdə mənfəət qazandırıcı əqdlər bağlamışlar. Onların iradə ifadəsi ancaq bu məqsədə yönəlmişdir. Müqavilələr qismən icra edilmişdir. Hər iki tərəf öz əmlaklarını birgə fəaliyyət məqsədi ilə investisiya qoymuşlar. Lakin bundan sonra tərəflər arasında olan işgüzar münasibətlər pozulmuş, mebel istehsalı ilə bağlı birgə fəaliyyət olmamışdır. Müqavilələr qismən icra edilmiş olsa da, müqavilələrin bağlanmasından dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, tərəflər müqavilələrin məqsədlərinə çatmamışlar. 22. 2017-ci il 1 mart tarixli müqavilənin ləğvinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında hüquq münasibətləri pozulmuş, onların müqavilənin əsasında durmuş təsəvvürləri yanlış çıxmışdır. İşin bu halı müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin ləğvi öhdəliklərin xitamına səbəb olur. Tələb olunan əmlaklar üçüncü şəxsə məxsus olduğundan tələb həmin hissə üzrə təmin edilməməlidir.

23. Üçüncü şəxs əmlaklarını geri tələb etməklə birgə sahibkarlıq fəaliyyətinin cavabdeh tərəfindən mümkünsüz vəziyyətə gətirilməsi səbəbi ilə 2017-ci il 30 mart tarixində bağlanmış müqavilə üzrə öhdəliyin icrasından imtina etdiyini bəyan edir. Əmlakların geri tələb edilməsi müqavilənin icrasından imtinanın təzahürüdür. Bu hal baş verd iyi təqdirdə müqavilə öhdəliyinin icrasının hüquqi əsası aradan qalxır. Belə olan vəziyyətdə dəzgah və avadanlıqların qarşı tərəfdə saxlanılması imtina səbəbindən əsassız hala gəlmiş olur. Bu kimi şəraitdə müqavilədən imtina geriyə şamil onuan şəkildə öhdəliklərinə təsir edərək onların geriyə qaytarılmasının hüquqi əsasını yaradır.

24. Hazırda üçüncü şəxsin mülkiyyətində olan dəzgah və avadanlıqlar istifadə olunmadan cavabdehin mülkiyyətində olan binada saxlanılır. Nəticədə hər iki tərəf mənfəətsiz qalır, əmlakların mülkiyyətçisi onlara öz istədiyi kimi sahiblik edə bilmir. Onun əmlakları üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə yaranır.

25. Hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satı şından əldə olunan gəlirdən tək üçüncü şəxs və yaxud iddiaçı deyil, digər tərəf olan cavabdehin də faydalanmaq hüququ olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış 2020-ci il 17 dekabr tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm iddiaçının, həm də üçüncü şəxsin zərərə məruz qalması hallarını istisna edir. Həmçinin üçüncü şəxsə məxsus avadanlıqların üç illik 463.595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb qeyd olunan əsaslara görə haqlı sayılmır. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə 2017-ci il 30 mart tarixli müqavilədə göstərildiyi kimi 650.450 ABŞ dolları dəyərində olmuşdur.

26. Məhkəmə öz qətnaməsini Azərbaycan R espublikası Konstitusiyasının 13, 29-cu, MM-in 13, 16, 21, 23.1, 385.1, 386.1, 389.1, 421, 422.1, 423.2, 425.2, 430.2, 442, 443.1, 445.1-ci, MPM-in 14.2, 36.11, 40.2, 40.3, 55.1, 55.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh 2021-ci il 3 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı 2021-ci il 10 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Üçüncü şəxs 2021-ci il 14 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 22(104)-14/2022 saylı qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının iddiasının qismən təmin edilməsi, cavabdehdən əldən çıxmış fayda qismində 497.068,58 manat zərər məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manatın dövlət rüsumu olmaqla, cəmi 497.098,58 manat alınaraq iddiaçıya verilməsi, iddiaçının iddiasının qalan hissədə təmin edilməməsi, həmçinin üçüncü şəxsin iddiasının və apellyasiya şikayətinin təmin edil məməsi qət edilmişdir (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər - İ.Həsənov və L.Süleymanov).

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixdə “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtlərini tərəflər yerinə yetirmişdir ki, nəticədə tərəflər nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-ni təsis edərək, 2017-ci il 12 dekabr tarixində dövlət qeydiyyatına aldırmışlar. İddiaçının müqavilənin ləğvi üçün əsas dəlili cavabdehin avadanlıqların idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün müvafiq qaydada "xxxx" MMC-nin adına investisiya təşviqi sənədi almaması öhdəliyini pozması olmuşdur ki, qeyd olunan hal da artıq aradan qalxmışdır. Belə ki, tərəflərin sonrakı razılaşması ilə nizam namə kapitalında bərabər paylarla "xxxx" MMC təsis edilmiş və 2020-ci il 20 avqust tarixində dövlət qeydiyyatına alınmışdır ki, sonradan iddiaçı tərəfindən investisiya edilmiş avadanlıqlara görə 2020-ci il 28 dekabr tarixində "xxxx" MMC-nin adına “İnvestisiya təşviqi sənədi” alınmışdır. Yəni, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixində “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə icra olunmuş və tərəflər arasındakı münasibətlər artıq təsis müqavilələrinə əsasən yaradılmış hüquqi şəxslərin iştirkaçılarının fəaliyyəti ilə əhatə olunmuşdur. Yəni, iddiaçı və cavabdehin iştirakçısı olduğu "xxxx" MMC və "xxxx" MMC-nin idarə olunması, mənfəətinin bölüşdürlməsi, payın keçməsi, ləğvi və ya yenidən təşkili, iştirakçının cəmiyyətdən çıxması və bununla əlaqədar iştirakçılar arasnda hesab laşmalar və sair məsələlər qeyd olunan müqavilənin ləğv edilib-edilməməsindən asılı deyildir. Artıq tərəflər arasındakı münasibətlər yaradılmış hüquqi şəxslərin təsis müqavilələrinə və nizamnamələrinə müvafiq olaraq tənzimlənməkdədir. Buna görə də müqavilənin ləğv edilməsi üçün hər hansı bir əsas olmamışdır.

32. İddiaçının vurulmuş zərərlə bağlı iddia tələbi əsaslıdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 2017-ci il 30 mart tarixli 1 nömrəli müqaviləyə əsasən 2017-ci il 15 sentyabr tarixli aktda qeyd olunan avadanlıqları Azərbaycan Respublikasına gətirərək cavabdehə təhvil vermişdir. Həmçinin 2017-ci il 1 mart tarixində “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC- ni təsis edərək, 2017-ci il 12 dekabr tarixdə dövlət qeydiyyatına aldımışlar. Lakin cavabdeh 2017-ci il 15 sentyabr tarixli aktda qeyd olunan avadanlıqları əldə etdikdən sonra həmin avadanlıqlardan istifadə etməklə, birgə fəaliyyətdən kənar fərdi sahibkar qismində 23**091302 saylı VÖEN altında 2018-2020-ci illər ərzində fəaliyyət göstərərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il 23 dekabr tarixli, **********5642** nömrəli arayışına əsasən 2018-ci il üzrə 17.**2,88 manat, 2019-cu il üzrə 1.083.373,3 manat və 2020-ci il üzrə 4.180,58 manat olmaqla, cəmi 1.104.556,76 gəlir əldə etmişdir ki, cavabdehin qeyd olunan mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldə çıxmış fayda qismində zərər çəkmişdir. Belə ki, tərəflərin razılaşmasına müvafiq olaraq qeyd olunan avadanlıqla rla "xxxx" MMC-də birgə fəaliyyət göstərilməsi təmin ediləcəyi halda iddiaçı da ən azından əldə edilmiş gəlirin yarısını əldə etmiş olacaqdı. Əvvəlcə "xxxx" MMC, daha sonra "xxxx" MMC-nin yaradılmasının və dəzgahların həmin hüquqi şəxslərin nizamanmə kapitalına üçüncü şəxs tərəfindən deyil, məhz iddiaçı tərəfindən qoyulması həmin avadanlıqların iddiaçıya məxsus olmasını təsdiq etməklə, vurulmuş zərəri tələb etmək üçün də subyektiv hüquqa malik olmuşdur. Buna görə də iddiaçının əldən çıxmış fayda qismində 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı olmuşdur.

33. Cavabdehin apellyasiya şikayəti isə qismən əsaslıdır. Birinci instansiya məhkəməsi üçüncü şəxsin cavabdehə qarşı avadanlıqların alınması ilə bağlı iddia tələbini təmin etməklə düzgün olmayan nəti cəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, həmin avadanlıqlar "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin nizamanamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçinin "xxxx" MMC-nin qanuni təmsilçisi və icra orqanının rəhbəri də hazırkı iş üzrə iddiaçıdır. Həmçinin üçüncü şəxsin də təsisçisi iddiaçıdır. Belə olduğu halda isə həm iddiaçının, həm də üçüncü şəxsin avadanlıqların cavabdehdən tələb edilməsi əsassız hesab olunur.

34. Bundan başqa, "xxxx" MMC-nin iştirakçısının cəmiyyətdən çıxması və bununla əlaqədar iştirakçılar arasında hesablaşmalar və sair məsələlər həmin hüquqi şəxsin fəaliyyəti çərçivəsində yaranmış mübahisələr çərçivəsində həll oluna bilər. İddiaçının isə "xxxx " MMC-nin iştirakçılığından çıxması ilə bağlı hər hansı bir tələbi olmamışdır. Buna görə də cavabdehinin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi avadanlıqların cavabdehdən alınaraq, üçüncü şəxsə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası üçüncü şəxsin vurulmuş ziyan tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının və üçüncü şəxsin iddialarına görə cavabdehlə üçüncü şəxs arasında 2017-ci il 30 mart tarixli 1 nömrəli müqavilə məhz iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin icrası ilə əlaqədar bağlanmış və üçüncü şəxs tərəfindən ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı cavabdehə məxsus ünvan 1 ünv anında yerləşən birgə mebel istehsal sahəsinə göndərmişdir. Belə olduğu təqdirdə isə üçüncü şəxsin 1 nömrəli müqaviləyə istinadən cavabdehdən ziyan tələb etməsi əsassız hesab olunur.

36. Məhkəmə kollegiyası cavabdehin 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin əslində 2017-ci il 1 mart tarixində deyil, 2020-ci ilin avqust ayında hazırlaması, bununla da uydurma və ya yalan əqd olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı və cavabdehin Azərbaycan Respublikasında birgə hüquqi şəxs yaratmaqla bağlı ilkin iradə ifadəsi məhz 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədə əks olunmuş, buna müvafiq olaraq da müqavilədə yaradılması nəzərdə tutulan "xxxx" MMC 2017-ci il 12 dekabr tarixində dövlət qeydiyyatına alınmışdır. Həmçinin texnoloji avadanlıqların təhvil verilməsi ilə bağlı 2017-ci il 15 sentyabr tarixli aktda da məhz 2017ci il 1 mart tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq cavabdeh avadanlıqları təhvil almasını təsdiq etmişdir.

37. Cavabdehin 2017-ci il 30 mart tarixli müqaviləyə əsasən avadanlıqların məhz cavabdehin adına göndərilməsi, həmin müqavilədə digər vergi ödəyicisinin yaradılması ilə bağlı hər hansı müddəanın olmaması və fəaliyyətin yalnız cavabdeh tərəfindən həyata keçirilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur. Belə ki, bu halda əvvəlcə "xxxx" MMC-nn, daha sonra "xxxx" MMC-nin yaradılmasının və dəzgahların həmin hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmasının hansı zərurətdən irəli g əlməsi anlaşılmaz olmaqla, qeyd olunan hüquqi şəxslərin yaradılması və paylarının bərabər şəkildə müəyyən edilməsi, 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə mövcud olmadığı halda belə onların birgə fəaliyyət göstərməsi ilə bağlı razılaşmasını təsdiq etmişdir.

38. Bundan başqa, 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin əhəmiyyətsiz əqd olması nəzərə alındıqda belə, iddiaçı və cavabdehin birgə fəaliyyət məqsədləri üçün yaratdıqları "xxxx" MMC-nin fəaliyyətindən kənar cavabdehin fərdi sahibkar qismində avadanlıqlardan istifadə etməklə fəaliyyəti nəticəsində iddiaçının əldən çıxmış fayda qismində zərərə məruz qalması və buna görə də əldə edilmiş gəlirin yarısına iddia etməsi də əsaslı hesab olunur. Buna görə də 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi də etiabrsızlığın nəticəsi kimi zərərlə bağlı tələbin əsassız hesab edilməsinə əsas verməməkdədir.

39. Məhkəmə öz qətnaməsini MM-in 21.2, 21.3, 157.2, 337.4, 1096.1, 1096.2-ci, MPM-in 14.2, 77.1, 217.3, 218.1, 384.0.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Qətnamə 2022-ci il 17 mart tarixində cavabdehə təqdim edilmişdir.

41. Cavabdeh 2022-ci il 17 may tarixində kassasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunması hissəsinə münasibətdə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

42. MM-in 21.2, 21.3, 1096. 1 və 1096.2-ci maddələri üzrə - İlk növbədə qeyd olunmalıdır ki, məhkəmənin cavabdehin 2017-ci il 1 mart tarixli “Birgə ortaqlıq” müqaviləsi üzrə öhdəliklərinin icra etməyərək, üçüncücü şəxs tərəfindən göndərilmiş dəzgah və avadanlıqlardan fərdi qaydada istifadə etməsi səbəbindən həmin dəzgah və avadanlıqlardan istifadə etməklə "xxxx" MMC-nin fəaliyyət göstərə bilməməsi və nəticədə iddiaçının zərərə məruz qalması ilə bağlı qənaəti yanlışdır. Nəzərə alınmalıdır ki, dəzgahlar 2017-ci il 30 mart tarixli 1 nömrəli müqavilə əsasında məhz cavabdehin adına Azərbaycan Respublikasına göndərilmişdir. "xxxx" MMC yaradılan zaman sonuncu tərəfindən həmin dəzgah və avadanlıqlar könüllü surətdə iddiaçıya təhvil verilmiş və iddiaçının təsis payı qismində "xxxx" MMC-nin nizamnamə kapitalına aid edilmişdir. Yəni, cavabdeh tərəfindən 2017-ci il 1 mart tarixli “Birgə ortaqlıq” müqaviləsi üzrə öhdəlikləri tam icra edilmişdir. Eləcə də "xxxx" MMC-nin direktoru iddiaçı təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 2022-ci 13 yanvar tarixli 1**0-170/170- 24/**0479 saylı məktuba əsasən, "xxxx" MMC tərəfindən 2018-ci ildə 34.984,01, 2019-cu ildə 64.024,96 və 2020-cİ ildə 215.936,58 ABŞ dolları olmaqla ümumilikdə 314.945,55 ABŞ dolları məbləğində müxtəlif növ xammal materiallar idxal edilmiş və 2019-cu ildə 215.340 və 2020-ci ildə 376.877,50 ABŞ dolları olmaqla ümumilikdə 592.217,50 ABŞ dolları məbləğində hazır məhsullar (mebel dəstləri) ixrac edilmişdir. Yəni, "xxxx" MMC dəzgahlardan istifadə etməklə istehsal fəaliyyəti ilə məşğul o lmuş və həmin cari fəaliyyətə iddiaçı rəhbərlik etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən dəzgah və avadanlıqlar "xxxx" MMC-nin iradəsinin ziddinə istifadə edilməmiş və ya dəzgah və avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır. Cavabdeh tərəfindən əldə edilmiş xammal əsasında sonuncu "xxxx" MMC-nin dəzgah və avadanlıqlarından istifadə etməklə fərdi qaydada istehsal fəaliyyəti ilə məşğul olmuşdur və qeyd olunan fəaliyyətlə bağlı iddiaçı cavabdehə hər hansı irad bildirməmiş, pretenziya irəli sürməmiş, avadanlıqların 2017-ci il 30 mart tarixli müqavilədən kənar istifadəsini qadağan etməmişdir. Qeyd olunanlar isə həmin avadanlıqların cavabdeh tərəfindən iddiaçının razılığı əsasında müqavilədənkənar istismarına razılığının olmasının bir başa sübutudur. Bu səbəbdən, məhkəmənin cavab deh tərəfindən dəzgah və avadanlıqlardan istifadə olunaraq fərdi qaydada mebel istehsalı fəaliyyəti göstərməsindən əldə etdiyi gəlirin yarısını MM-in 21 və 1096cı maddələrinə uyğun olaraq əldən çıxmış fayda kimi qiymətləndirməsi qanunvericiliyin tələbinə ziddir. Cavabdeh tərəfindən dəzgah və avadanlıqlardan istifadə iddiaçının könüllü razılığı əsasında həyata keçirilmiş və bu fəaliyyət "xxxx" MMC-də təşkil edilmiş şərikli fəaliyyətdən kənar fəaliyyət olduğundan, bu xüsusatda iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia qaldırmaq hüququ istisna edilməlidir. Odur ki, bu halda dəzgah və avadanlıqların mülkiyyətçisi dəymiş zərərlə (əldən çıxmış fayda) bağlı yox, əmlakdan istifadəyə görə istifadə haqqının ödənilməsi və ya dəzgahların amortizasiya xərclərinin ödənilməsi ilə bağlı tələb irəli sü rmək hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, bu halın özü də iddiaçıya cavabdehə qarşı iddia qaldırmaq hüququ vermir. Dəzgahların mübahisə edilən dövrdə "xxxx" MMC-yə məxsus (nizamanmə kapitalını təşkil etmişdir) olmasını nəzərə alaraq, əmlakdan istifadəyə görə istifadə haqqının ödənilməsi və ya dəzgahların amortizasiya xərclərinin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ məhz "xxxx" MMC-yə məxsusdur.

43. Eləcə də, 2018-2019-cu illər ərzində bir ildən çox müddətdə cavabdeh adından məhz iddiaçı fəaliyyət göstərmişdir. Belə ki, sözügedən dövrdə tərəflər arasında münasibətlər qaydasında olmuş, cavabdehə məxsus asan imza, şifrə parollar və s. iddiaçının istifadəsində olmuş, cavabdeh səhhəti ilə əlaqədar istehsal sahəsinə gəlməmiş və cavabdehin adına investisiya təşviqi sənədi olduğu ndan vergi güzəştlərindən faydalanmaq baxımından onun adına istehsal fəaliyyətinin həyata keçirilməsi daha əlverişli olmuş və bu səbəbdən iddiaçı fəaliyyətin bir qismini cavabdehin adından həyata keçirmiş və əldə edilmiş gəliri təkbaşına mənimsəmişdir. Qeyd olunan hallar, yəni cavabdehin adından istehsal fəaliyyəti ilə iddiaçının məşğul olması iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında olan danışığa dair səs yazıları (həm səs yazısı, həm də stenoqram şəklində təqdim edilmişdir) və cavabdehin sahibkarlıq fəaliyyətinə dair vergi bəyannamələri, hesab-fakturalar və s. sənədlərin (həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində dinləmələr zamanı iddiaçı cavabdehin sahibkarlıq fəaliyyətinə dair vergi bəyannamələri, hesab-fakturalar və s. sənədlərin hansı əsasla on da olması sualına da cavab verə bilməmişdir) iddiaçı tərəfindən iddia ərizəsinə əlavələrə və apellyasiya şikayətinə qoşma edilməsi ilə təsdiq edilir. İddiaçı cavabdehin adından sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə istehsal gəlirlər əldə etmiş, həmin gəlirlər bölüşdürülməmiş və əlavə olaraq mübahisələndirilən məhkəmə qətnaməsinə əsasən iddiaçının sözügedən gəlirlərin yarısının da cavabdehdən alınmasına hüququ yaranmışdır.

44. Digər tərəfdən, cavabdehin 2018-2019-du illər üzrə sahibkarlıq fəaliyyəti səyyar vergi yoxlaması ilə yoxlanılmışdır. Yoxlama zaman enerji sərfiyyatı əsas götürülməklə cavabdehin fəaliyyət göstərdiyi dövr üzrə istehsal həcmi və gəlirləri müəyyən edilmişdir. "xxxx" MMC ilə cavabdeh eyni istehsal sahəsində fəaliyyət göstərmiş və həmin ünvandakı işıq sayğacı cavabdeh in adına qeydiyyatdan keçdiyindən yoxlama zamanı obyektdə istifadə olunmuş enerji sərfiyyatı bütünlükdə cavabdehə aid edilmişdir. Həqiqətdə isə enerji sərfiyyatının böyük hissəsi "xxxx" MMC-nin istehsal fəaliyyətinə sərf edilmişdir. Beləliklə, əslində vergi yoxlaması zamanı cavabdeh barəsində reallıqda olduğundan çox böyük miqdarda gəlir müəyyən edilmiş və nəticədə həmin gəlirin yarısı məbləğində əldən çıxmış faydanın iddiaçıya ödənilməsi qət edilmişdir. Başqa sözlə desək, iddiaçı həm "xxxx" MMC adından istehsal fəaliyyəti göstərərək gəlir əldə etmiş, həm də həmin istehsal fəaliyyəti ilə bağlı sərf etdiyi enerji sərfiyyatı hesabına formalaşmış cavabdehin şişirdilmiş gəlirlərinin yarısının ona ödənilməsinə nail olmuşdur.

45. Əlavə olaraq bildirirrik ki, həm iddia ərizəsinə dair tərtib edilm iş etirazda, həm apellyasiya şikayətində mübahisə predmeti olan 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyəti haqqında” müqavilənin mübahisə predmeti olan digər - 2017-ci il 30 mart tarixli müqaviləni pərdələmək niyyəti ilə hazırlandığı qeyd olunmuşdur. Dəzgah və avadanlıqların gətirilməsi üçün iki müqavilə mövcuddur. Birgə ortaqlıq müqaviləsinin əhəmiyyətsizliyi ilə bağlı həmin müqavilə mövcud olduğu halda, hansı səbəbdən analoji məsələnin tənzimlənməsi üçün 2017-ci il 30 mart tarixli 1 nömrəli müqavilənin bağlanması məhkəmə tərəfindən lazımı araşdırılmamışdır. Həqiqətdə 2017-ci il 1 mart tarixli müqaviləni cavabdehə qarşı iddia qaldırmaq üçün, iddiaçı və Sənan Ərəbov 2020-ci ilin yayında cavabdehi aldadaraq ona imzalatdırmışlar. Qeyd olunan xüsusat iddiaçı və Sənan Ərəbovla cava bdeh arasında baş tutmuş dialoqa dair səs yazıları ilə öz təsdiqini tapır. Onu da qeyd etmək lazımdır ki, sözügedən səs yazıları disk və stenoqramlar şəklində məhkəməyə təqdim olunsa da, həmin sübutlara da qiymət verilməmişdir. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdeh, iddiaçı və Sənan Ərəbov arasında işlərin görülməsi ilə bağlı səs yazısı (həmin danışıqda əks olunanlar) məhkəmə tərəfindən süb ut kimi qəbul edilməlidir. Məhkəmə ilk öncə 2017-ci il 1 mart tarixli müqavilənin etibarlı olub-olmadığını aydınlaşdırmalı və həmin əqddən irəli gələn iddia, tələblərinin hüquqi əsasının olub-olmamasını yoxlamalı idi. Bununla bağlı təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə sözügedən əqdin etibarlı olması ilə bağlı mövqeyini qeyri mötəbər sübutlarla əsaslandırmışdır.

46. Məhkəmə qətnaməsinin 18-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki,...Həmçinin texnoloji, avadanlıqların təhvil verilməsi ilə bağlı 2017-ci il 15 sentyabr tarixli aktda da məhz 2017-ci il 1 mart tarixli birgə (ortaqlıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq cavabdeh avadanlıqları təhvil almasını təsdiq edir. Qeyd olunmalıdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iddiaçının saxta sənədlər hazırlaması, mövcud sənədləri saxtalaşdırması ilə bağlı məsələlərə şifahi və yazılı qaydada münasibət bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən 2020-ci il 4 noyabr tarixində sistemə yüklənmiş iddia ərizəsinin surətinin alınmasına dair ərizədə, iddiaçı tərəfindən təqdim edilən 2021-ci il 1 yanvar tarixli işin icraatına xitam verilməsi barədə ərizədə və 2017-ci il 15 sentyabr tarixli AKT-dakı imzaların saxta olması və cavabdehə məxsus olmaması barədə, 2017-ci il 1 mart tarixli müqavilənin saxtalaşdırılaraq müvafiq bəndlərinin müqavilədən xaric edilməsi və sənədlərin saxtalaşdırılniaşı ilə bağlı olaraq iddiaçının əməllərinə qiymət verilməsi üçün xüsusi qərar çıxarılması ilə bağlı vəsatət verilmişdir. Həmçinin mübahisə predmeti olan dəzga hların Azərbaycan Respublikasına gətirilməsi 2017-ci ilin noyabr ayına qədər davam etmişdir. Qeyd olunan xüsusat iş materiallarında olan Dövlət Gömrük Komitəsinin 2021-ci il 19 mart tarixli 1**0-170/170-24/**4702 saylı məktubu ilə təsdiq edilir. Belə olan halda 2017-ci ilin 15 sentyabr tarixində dəzgahların istehsala yönəldilməsi və istehsal sahəsinə təhvil verilməsi barədə aktın tərtib edilməsi qeyri-mümkün idi və bu hal özlüyündə sözügedən aktın saxta olmasını bir daha təsdiq edir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi qeyd olunan xüsusatları araşdırmış, əksinə, saxta sənədlərə istinad edərək iddiaçının iddia tələbini təmin etmişlər.

47. MPM-in 88-ci maddəsi üzrə - 2017-ci il 1 mart tarixli müqavilənin əhəmiyyətsiz əqd olmasına dair təqdim edilmiş mötəbər s übutlar - əqdin imzalanmasında dair danışığı əks etdirən səs yazıları və 2017-ci il 30 mart tarixli müqavilənin ilkinliyi nəzərə alınmamış, həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

48. MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İş üzrə hallar və tərəflərin qarşılıqlı münasibətləri məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyindən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2**5-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.4-cü bəndinin tələbi pozulmuşdur. Qətnamədə işə aid edilən və mötəbər olunan faktlar əks sübutlarla təsdiq etdirilməmişdir. Məhkəmənin istinad etdiyi materialların qətnamənin nəticə hissəsinə aidiyyət i açıqlanmamış, məhkəmə qərarına hansı təsiri olması göstərilməmişdir. Qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır. b) İddiaçının kassasiya şikayətinə qarşı etirazının dəlilləri

50. Cavabdeh müqavilənin 3.1.2, 3.1.3-cü bəndlərinə əsasən dəzgah və avadanlıqları göndərməmişdən qabaq "xxxx" MMC-ni qeydiyyatdan keçirməli idi və onun adına investisiya təşviqi sənədini almalı idi və avadanlıqlar gəldikdən sonra həmin MMC-nin balansına qoyaraq şərikli fəaliyyəti 50/50 paylarla düzgün təmin etməli idi. Lakin cavabdeh bunu etməmiş, iddiaçının xəbəri olmadan, iddiaçının iştirakı və razılığı olmadan öz adına 2017-ci il 19 aprel tarixli İN/İTS53/2017 saylı investisiya təşviqi sənədini almışdır. Bunun üçün cavabdeh özünə məxsus 23**091302 saylı VÖEN üzrə sahibkarlıq fəaliyyatini bə rpa edərək, hazırladığı biznes planı və üçüncü şəxs ilə bağladığı 2017-ci il 30 mart tarixli müqaviləni İqtisadiyyat Nazirliyinə təqdim edərək öz adına investisiya təşviqi sənədinin alınmasına nail olmuşdur. Beləliklə 2017-ci il 1 mart tarixli müqavilə üzrə razılaşdırılan şərikli fəaliyyət pozulmuşdur. 51. "xxxx" MMC-nin qeydiyyatdan keçirilməsinə və avadanlıqların formal olaraq nizamnamə kapitalına qoyulmasına baxmayaraq faktiki olaraq avadanlıqlar "xxxx" MMC-nin balansına qoyulmamışdır və mebel istehsalı ilə məşğul olmamışdır.

52. İddiaçıya məxsus dəzgah və avadanlıqlar həmin dövrdə məhz cavabdehin rəsmi balansında olmuş və onun tərəfindən istifadə edilmişdir. Belə ki, iş üzrə təqdim edilən materiallardan göründüyü kimi, cavabdehin 2018-2020-ci illəri əhatə edən mənfəət vergi bəyannaməsi nin 1 saylı əlavəsinin 2 saylı bölməsinin 1.1, 1.1.1, 1.1.2-ci bəndlərində iddiaçının əmlakı əsas vəsait kimi cavabdehin balansına qoyulmuş və hər il cavabdeh tərəfindən amortizasiya hesablanmışdır.

53. İddiaçı heç vaxt cavabdehin fərdi qaydada müqavilədən kənar avadanlıqlardan istifadə etməsinə və fəaliyyət göstərməsinə razı olmamışdır. Cavabdeh tərəfindən iddiaçının əmlakı hesabına öz adına investisiya təşviqi sənədinin alması faktiki olaraq iddiaçının adından MMC-nin maya qoyuluşu üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqlarına yiyələnmişdir və həmin əmlakı öz mülkiyyətinə götürərək 7 il ərzində həmin avadanlıqlardan yalnız cavabdeh tərəfindən istifadə edilməsi məqsədini daşımışdır. Bu halların yaranması isə iddiaçının avadanlıqlarından məhrum olması və onun barəsində sərəncam verə bilm əməsi ilə nəticələnmişdir.

54. Şərikli fəaliyyəti düzgün qurulması və cavabdehin fərdi qaydada fəaliyyət göstərməsinə son qoymaq üçün 2020-ci ilin avqust ayında yeni "xxxx" MMC yaradılmış və onun adına investisiya təşviqi sənədi alınmışdır. Lakin cavabdeh əvvəlki dövrdə əldə etdiyi gəlirin 50% hissəsini iddiaçıya qaytarmaqdan imtina edərək yenədə razılaşmanı pozaraq əvvəlki vəziyyətə qayıtmağı iddiaçıdan tələb etmişdir. Cavabdeh əvvəlki vəziyyətə qayıtmaq üçün əlindən gələni etmiş, lakin iddiaçı buna razılıq verməmişdir. b) Üçüncü şəxsin kassasiya şikayətinə qarşı etirazının dəlilləri

55. Üçüncü şəxs Azərbaycanda şərikli mebel istehsalı müəssisəsinin yaradılması məqsədilə özünün bütün avadanlıqlarını cavabdehə 2017-ci ildə göndərdikdən sonra onun fəaliyyəti sıfıra düşmüşdür. Çünki cavabd eh həmin əmlakı əldə etdikdən sonra özünə məxsus 23**091302 saylı VÖEN üzrə fərdi qaydada mebel istehsalı fəaliyyəti ilə məşğul olmağa başlamış, şərikli müəssisəni yaratmamış, şəriklikdən kənar öz adına investisiya təşviqi sənəndini almış, dəzgah və avadanlıqları öz balansına qoymuş, həmin avadanlıqlardan istifadə edərək mebel məhsullarını istehsal etmiş və satmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – İddiaçı1 iddia tələbinin təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçiləri nin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər....”

60. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdir də, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər....” “Maddə

88. Sübutların qiymətləndirilməsi müddəalarında Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır....”

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərində n biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2**8-ci il tarixli Qərarı).”

62. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüy ü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

63. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları h ərtərəfli araşdırsın (§ 30)

64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2**7-ci il tarixli Qərarları). 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli 4 nömrəli Qərarında qeyd olunmuşdur ki: “... 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 42-49) iş materialları ilə birgə araşdırar aq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsi iddiaçının iddiasına münasibətdə ləğv edilməli, iş həmin iddiaya münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

67. Əvvəla, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC, daha sonra "xxxx" MMC-nin yaradılmasının və dəzgahların həmin hüquqi şəxslərin nizamanmə kapitalına üçüncü şəxs tərəfindən deyil, məhz iddiaçı tərəfindən qoyulması həmin avadanlıqların iddiaçıya məxsus olmasını təsdiq etməklə, vurulmuş zərəri tələb etmək üçün də subyektiv hüquqa malik olmuşdur. Buna görə də iddiaçının əldən çıxmış fayda qismində 497.068,58 manat dəyərində zərərin cav abdehdən tutulması ilə bağlı tələbi əsaslı olmuşdur.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq pozuntusuna yol vermişdir.

69. Belə ki, MM-in 64.1-ci maddəsinin (bax yuxarıda § 59) tələblərinə görə, təsərrüfat cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur.

70. Qanunun həmin tələblərindən aydın olur ki, əvvəlcə "xxxx" MMC, daha sonra isə "xxxx" MMC-nin nizamanmə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmu şdur.

71. Belə olan halda məhkəmə iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qiymətləndirərkən ilk növbədə MM-in 64.1-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməli idi.

72. Belə ki, hətta iddia olunan zərər həqiqətən də vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur.

73. İşə baxan məhkəmələr isə nəinki iddiaçının subyektiv hüquqa malik olub-olmamasını qanunun tələbləri çərçivəsində düzgün qiymətləndirməmiş, hətta MPM-in 57.1-ci maddəsinin (bax yuxarıda § 60) tələblərinə uyğun olaraq "xxxx" MMC və "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində də heç bir tədbir görməmişlə r.

74. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, cavabdeh məlum avadanlıqları əldə etdikdən sonra həmin avadanlıqlardan istifadə etməklə, birgə fəaliyyətdən kənar fərdi sahibkar qismində cəmi 1.104.556,76 manat gəlir əldə etmişdir ki, cavabdehin qeyd olunan mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldə çıxmış fayda qismində zərər çəkmişdir.

75. Qətnamənin digər yerində isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, həmin avadanlıqlar "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin nizamanamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçinin "xxxx" MMC-nin qanuni təmsilçisi və icra orqanının r əhbəri də hazırkı iş üzrə iddiaçıdır.

76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticələrini bir-birinə zidd və əsassız hesab edir.

77. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, avadanlıq, yuxarıda qeyd olunduğu kimi, əvvəlcə "xxxx" MMC, daha sonra isə "xxxx" MMC-nin nizamanmə kapitalına pay kimi qoyulmuş, beləliklə də müvafiq dövrlərdə həmin MMC-lərin mülkiyyətinə çevrilmiş və hazırda da MMC-lərin nizamanmə kapitalına pay kimi qoyulmuş istehsal sahəsindədir.

78. Üstəlik ötən dövr ərzində hər iki MMC-nin nizamanamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, MMC-lərin qanuni təmsilçisi və icra orqanının rəhbəri də hazırkı iş üzrə iddiaçıdır.

79. Apellyasiya instansiyası məhkəməsinin özü də belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır.

80. Belə olan halda, cavababdehin 2018-2020-ci illər ərzində birgə fəaliyyətdən kənar, yəni MMC-lərin, habelə digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının xəbəri və razılığı olmadan təkbaşına necə 1.104.556,76 manat gəlir əldə etməsi qətnamədən aydın olmur.

81. Digər tərəfdən, yenə də işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2017-ci il 15 sentyabr tarixli aktda qeyd olunan avadanlıq Azərbaycan Respublikasına gətirərək cavabdehə təhvil vermiş, 2017-ci il 12 dekabr tarixində "xxxx" MMC, bundan iki il səkkiz ay sonra isə, yəni hazırda mübahisə doğuran 2018-2020-ci illəri əhatə edən dövrün sonunda – 2020-ci il 20 avqust tarix ində "xxxx" MMC təsis edilərək dövlət qeydiyyatına alınmışdır. İddiaçının hazırkı iş üzrə iddiası isə məhkəməyə bundan cəmi iki ay on beş gün keçdikdən sonra, yəni 2020-ci il 4 noyabr tarixində verilmişdir.

82. Belə olan halda digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının, habelə MMC-lərin iki il səkkiz ay ərzində cavabdehin qanunsuz fəaliyyətindən xəbərsiz olmalarının səbələrinə aydınlıq gətirilməli idi. Əgər bu hüquq pozuntuları məlum idisə, iddiaçı ilə cavabdehin yenə də şərikli qaydada 2020-ci il 20 avqust tarixində "xxxx" MMC-ni təsis etmələrinin səbəbləri müəyyən olunmalı idi.

83. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

84. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni tutarlı dəlillərlə əsaslandırmamış, əksinə qeyri-müəyyən, ziddiyyətli qənaətə gəlmişdir.

85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə (bax yuxarıda § 65) görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

86. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 61) görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

87. Avropa İnsan Hüquqları Məhkəməsinin də mövqeyi (bax yuxarıda §§ 62-64) ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırma qdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.

88. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

89. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illüziya halına gətirər.

90. Bund an başqa, apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair prosessual tələblərə əməl etməyərək cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarına ümumiyyətlə hüquqi qiymət verməmişdir.

91. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 60) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 60) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

92. Kassator öz şikayətində qətnaməni yalnız iddiaçının iddia tələbinin təmin olunan hissəsinə münasibətdə ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki qətnamə iddiaçının iddiasına münasibətdə tam ləğv olunmalıdır. Belə ki, yuxarıda q eyd olunduğu kimi, yeni apellyasiya baxışı zamanı iddiaçının hazırkı iddia vermək üçün ümumiyyətlə subyektiv hüquqa malik olubolmadığı dəyərləndirilməlidir. Araşdırma nəticəsində apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmadığı qənaətinə gələrsə, onun iddiasına MPM-in 372.6-cı maddəsinin (bax yuxarıda § 60) tələbləri və mübahisə predmetinin bölünməzliyi baxımından qiymət verməlidir.

93. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

94. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 22( 104)-14/2022 saylı qətnaməsi İddiaçı1 iddiasına münasibətdə ləğv edilsin. İş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar