Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-512/2019 22.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nın Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR Açar söz: hesablanmış borcun silinməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nın Cavabdeh İB-yə qarşı borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02 iyul 2019-cu il tarixli, 2-2(103)-228/2019 saylı qətnaməsindən iddiaç tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 noyabr 2019 -cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qərarı qəbul edildi. Təsviri hissə: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh İB-yə qarşı qanunsuz və əsassız olaraq hesablanmış 459986,00 manat borcun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki olaraq mənzil tikintisi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olur. Cavabdeh tərəfindən İddiaçı-nın 500 şagirdlik məktəb binasının və idman kompleksinin qazanxanası üçün 18 mart 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt, həmçin in, “Qurtuluş 93” yaşayış kompleksi üçün 15 noyabr 2011-ci il tarixli qaz təchizatı üçün Texniki Şərt verilmişdir. Cari ilin 01 avqust tarixində əraziyə nəzarət edən əməkdaşlar gələrək borcun olduğunu bildirmişlər və xəbəri olmadan MTK-ya verilən qazı dayandırmışlar. Cavabdeh orqanın əməkdaşları qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq əsassız hesablamalar apararaq, şişirdilmiş borc məbləği hesablayaraq verilən qazı qanunsuz yerə dayandırıblar. Cavabdeh tərəf deyir ki, cari ilin iyul ayının 18-i üçün müəyyən edilmiş qalıq borc 459986,00 manatdır. Aşağıda qeyd olunanlar sübut edir ki, sözügedən məbləğ şişirdilmiş və əsassız hesablanmış məbləğdir. 2017-ci ilin yanvar ayından heç bir xəbərdarlıq etmədən, heç bir əsas, səbəb olmadan gələrək müəssisəyə məxsus qaz sayğacını götürüb a parmışlar. Bu səbəbdən də 2017-ci il yanvar və fevral aylarında müəssisədə qaz sayğacı olmamışdır. Müraciətlərindən, söz-söhbətlərindən sonra, yəni iki ay sonra sayğacı geri gətirmişlər. Yanvar və fevral aylarında sayğac olmasa da qaz işçiləri özlərindən heyrətamiz məbləğlər uyduraraq borc kimi yazmışlar. Heç bir səbəb olmadan sayğacı aparıb iki ay özlərində saxladıqdan və təkidlərə görə qaytardıqdan sonra sayğac əvvəlki aylara nisbətdə qat-qat hesablamalar-aparmağa başladı. Belə ki, 2017-ci il üçün tərtib edilmiş borc qalığı cədvəlinə nəzər yetirdikdə açıq-aydın görünür ki, hesablanmış məbləğlər zamana, mövsümə uyğun deyil. Belə ki, 2017-ci ilin yanvar ayı üçün 189259.01 manat, fevral ayı üçün 198123,60 manat, mart ayı üçün 142322,61 manat borc hesablansa da, aprel ayı üçün 295796,81 mana t borc hesablanıb. Soyuq aylarda (yanvar, fevral, mart) hesablanmış məbləğ havaların istiləşən vaxtı, qaza o qədər ehtiyac olmayan aprel ayında hesablanmış məbləğdən təxminən iki dəfə az ola bilməz. Bu hal aydınlıq gətirir ki, sayğacı apardıqdan sonra sayğac əvvəlki kimi qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərə, işləyə bilməmişdir. Əslində sayğacın bu formada işləməsi qarşı tərəfin xeyrinədir. Həmin maraqlı vəziyyət 2018-ci il üçün müəyyən edilmiş borc cədvəlində də təsdiqini tapır. Belə ki, cari ilin yanvar ayı üçün 186519,80 manat, fevral ayı üçün 180176,19 manat, mart ayı üçün 235936,80 manat, aprel ayı üçün 152814,40 manat borc hesablanmışdır. Göründüyü kimi, 2017-ci il mart və aprel aylarında qeyd olunan məbləğ ilə 2018-ci il mart və aprel aylarında qeyd olunan məblə ğ bir-birinə ziddir. 2017-ci ilin aprel ayında ən yüksək məbləğ hesablansa da bu il isə mart ayı üçün ən yüksək məbləğ hesablanılıb. Cavabdeh ərazi üzrə əməkdaşları tərəfindən heç bir bildiriş verilmədən, xəbərdarlıq edilmədən İddiaçı-ya verilən qaz əsassız yerə dayandırılmışdır. Sayğacı apararkən heç bir xəbər verilməyib, hansısa akt tərtib edilməyib, belə ki, sayğacı özbaşına götürüblər. Odur ki, hal-hazırda hesabladıqları 459986,00 manatla razılaşmırlar. Çünki, hesablanmış bu məbləğ 2017-ci ildən bu vaxta qədər cavabdeh tərəfin əməkdaşlarının etdikləri qanunsuzluğun nəticəsidir. Sözügedən məbləğin hansı qaydada, hansı meyarlar əsasında hesablanmasına heç bir aydınlıq gətirilmir. Əgər qanuni ekspertiza keçirilərsə, o zaman sayğacın qayda qanuna müvafiq şəkildə işləyib-işləməməsi, hesabla nmış məbləğin reallığı özündə əks etdirib-etdirməməsi müəyyən olunar. Birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli iş № 2-2(82)-93/2019, (sədrlik edən hakim E.Mustafayev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317476,02 manat borcun silinməsi qət edilmiş və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə ape lyasiya instansiyası məhkəməsi) 02.07.2019-cu il tarixli iş № 2-2(103)-228/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə vəÜ.Mayılov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi-iddianın qismən təmin olunaraq, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317476,02 manat borcun silinməsi hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,2017-ci ilə kimi cavabdeh tərəflə heç bir problem yaşanmasa da artıq 2017-ci ilin əvvəlındən dəfələrlə qaz sərfiyyatı üzrə hesablanmı ş əsassız və qanunsuz borc məbləğləri; ilə əlaqədar cavabdeh tərəfin əraziyə baxan əməkdaşları ilə aralarında mübahisələr olmuşdur. 01 avqust 2018-ci il tarixində əraziyə nəzarət edən əməkdaşlar gələrək borcu olduğunu bildirmişlər və xəbəri olmadan isə MTK-ya verilən qazı dayandırmışlar. Cavabdeh orqanın əməkdaşları qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, əsassız hesablamalar apararaq, şişirdilmiş borc məbləği hesablayaraq onlara verilən qazı qanunsuz yerə dayandırmışlar. 2017-ci ilin yanvar ayından heç bir xəbərdarlıq etmədən, heç bir əsas, səbəb olmadan gələrək müəssisəyə məxsus qaz sayğacını götürüb aparmışlar. Bu səbəbdən də 2017-ci il yanvar və fevral aylarında müəssisədə qaz sayğacı olmamışdır. Onların müraciətlərindən, yəni, iki ay sonra sayğacı geri gətirmişlər. Onu d a bildirir ki, yanvar və fevral aylarında sayğac olmasa da qaz işçiləri özlərindən heyrətamiz məbləğlər uyduraraq borc kimi yazmışlar. Heç bir səbəb olmadan sayğacı aparıb iki ay özlərində saxladıqdan və onların təkidlərinə görə qaytardıqdan sonra sayğac əvvəlki aylara nisbətdə qat-qat artıq hesablamalar aparmağa başladı. Belə ki, 2017-ci il üçün tərtib edilmiş borc ödənişi, qalığı cədvəlinə nəzər yetirdikdə açıq-aydın görünür ki, hesablanmış məbləğlər zamana, mövsümə uyğun deyil. Belə ki, 2017-ci ilin yanvar ayı üçün 189259,01 manat, fevral ayı üçün 198123,60 manat, mart ayı üçün 142322,61 manat borc hesablansa da aprel ayı üçün 295796,81 manat borc hesablanıb. Sual olunur necə ola bilər ki, soyuq aylarda (yanvar, fevral, mart) hesablanmış məbləğ havaların istiləşən vaxtı, qaza o qədər eh tiyac olmayan aprel ayında hesablanmış məbləğdən təxminən iki dəfə az olur? O cümlədən, həmin maraqlı vəziyyət 2018-ci il üçün müəyyən edilmiş borc cədvəlində də təsbitini tapır. Belə ki, cari ilin yanvar ayı üçün 186519,80 manat, fevral ayı üçün 180176,19 manat, mart ayı üçün 235936,80 manat, aprel ayı üçün 152814,40 manat borc hesablanmışdır. Sayğacı apararkən onlara heç bir xəbər verilməyib, hansısa akt tərtib edilməyib, belə ki, sayğacı özbaşına götürüblər. Odur ki, hal-hazırda hesabladıqları bor cilə razılaşmırlar. Göründüyü kimi onlara münasibətdə qanunvericiliyin bu tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfə dəfələrlə müraciət etməyinə və eləcə də 01 avqust 2018-ci il tarixində əsassız və qanunsuz borc məbləği hesablayaraq qazın verilməsini dayandırdıqdan sonra borcun sili nməsi və qazın verilməsinin bərpa olunması üçün rəsmi şəkildə pretenziya versə də hələ cavab verilməmişdir. Qanuni və əsaslı qətnamədən narazı qalan cavabdeh tərəf özlərinə sərf edən halları, hansı ki işin real hallarına uyğun deyil, həmin halları şikayətdə qeyd edərək qətnamənin ləğv edilməsini tələb etmişdir. Apelyasiya məhkəməsi zamanı nümayəndələri zəruri sənədləri, hansı ki, hesablanmış borcun cavabdeh tərəfindən əsassız hesablandığını, eləcə də yoxlamanın qanuna uyğun olmayaraq, yəni prosedur qaydalarına zidd şəkildə aparıldığı və bu barədə hansısa sənədin onlara verilmədiyini məhkəmədə bildirsə də apelyasiya məhkəməsinin hakimləri cavabdehin mənafeyinə uyğun şəkildə, işə qeyri-obyektiv baxaraq cavabdehin şikayətini təmin edərək maddi normaların tələbini kobud şəkildə pozmuşdur. Nəzə rə alınmalıdır ki, tərəfindən irəli sürülmüş mötəbər sübutlara baxmayaraq məhkəmə prosesləri zamanı cavabdeh tərəfindən qaz sayğacının texniki baxışdan keçirilməsi üçün hüquqi əsas göstərilməmiş, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməsinə dair sübut təqdim olunmamışdır. Məhkəmə araşdırılması zamanı, cavabdeh tərəfindən qaz sayğacının çıxarılmasında MTK-nın nümayəndəsinin iştirakının təmin edilməməsi, 31 oktyabr 2016-cı il tarixli tərtib etdikləri aktda MTK adından kimin imza atdığının məlum olmaması və eləcə də hesablanan borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinin tələblərinin nəzərə alı nmadan hesablandığı və bütün bunların da qanunvericiliyə zidd olduğu nəzərə alınmalı olsa da nədənsə apelyasiya məhkəməsi zamanı qeyd olunan hallar birmənalı olaraq diqqətə alınmamışdır. Yəni, iş üzrə əhəmiyyət kəsb edən faktlara fikir verilmədən, iş üzrə əlaqəsi olmayan hallar araşdırılmış, yekunda isə işin mahiyyətinə uyğun olmayan, şübhə doğuran, qanunvericiliyə zidd olan məhkəmə aktı qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-2(103)-228/2019 saylı qətnaməsini ləğv edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2-2(82)-93/2019 saylı qətnaməsini qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vək il1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsini ləğv edərək birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsini qüvvədə saxlanılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 da, iddiaçının vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsini ləğv edərək birinci instansiya məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsini qüvvədə saxlanılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını din ləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 02 iyul 2019-cu il tarixli, 2-2(103)-228/2019 saylı qətnamə ilə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2-2(82)-93/2019 saylı qətnaməsi – iddianın qismən təmin olunaraq, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesabla nmış 317476,02 manat borcun silinməsi hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.4, 372.6-cı maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 2.4, 6.2-ci bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 02 iyul 2019-cu il tarixli, 2-2(103)-228/2019 saylı qətnamə ilə və həmin qətnamədən iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatı çərçivəsində başlanılmış iş üzrə məhkəmə baxışının prinsiplərindən biri məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasıdır (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsində, apelyasiya instansiyası məhkəməsi özü “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 6.2-ci bəndinə istinad etmişdir. Məlum olduğu kimi sözügedən qərarın 6.2-ci bəndində deyilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelya siya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən istər Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin, istərsə də qətnaməsində hətta özünün istinad etdiyi “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 6.2-ci bəndinin tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə razılaşmayaraq, “Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı Mənzil-Tikinti Kooperativinə qanunsuz və əsassız olaraq hesablanmış 317476,02 manat borcun silinməsi qət edilmişdir. Lakin məhkəmənın hansı əsaslara görə məhz 317476,02 manat borcun silinməsi qənaətinə gəlinməsi qətnamədən aydın deyil, qətnamədə işin halla rı sadalandıqdan sonra həmin nəticəyə gəlinmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur”, qeyd etsə də, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin “əsaslandırıcı hissəsi” mücərrəd, qeyrimüəyyən və konkret xarakter daşımayan 4 qısa abzasdan ibarətdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi 02 iyul 2019-cu il tarixli qətnaməsinin “Əsaslandırıcı hissəsi”ndə yazır ki, “İşin materiallarından və iddia ərizəsindən cavabdehin mübahisələndirdiyi borcun hansı dövrə görə hesablanması müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı yolunun kənarında 500 şagirdlik yerli məktəb binasının və idman kompleksi nin qazanxanası və Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şosesinin sol hissəsində “Qurtuluş 93” Yaşayış kompleksi üçün texniki şərtlər verilmiş, qaz təchizatı aparılmışdır. İddia ərizəsindən, eləcə də işin materiallarından iddiaçının qaz təchizatı aparılan hansı ünvan üçün hesablanmış borcu mübahisələndirdiyi də aydın deyildir. Apelyasiya instansiyasında araşdırmalar zamanı iddiaçıya mübahisələndirdiyi borcun açıqlamasını və silinməsi üçün əsasları təqdim etməsi təklif olunmuş və buna görə kifayət qədər vaxt verilmişdir. Lakin qeyd olunanlar barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin M əcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Beləliklə, apelyasiya instansiyası məhkəməsi həmin qətnaməsində göstərir ki, “Cavabdehin mübahisələndirdiyi borcun hansı dövrə görə hesablanması müəyyən edilmir”. Yəni, hazırkı mübahisə üzrə əsas məsələlərdən biri olan - sözügedən borcun hansı dövrə görə hesablanması apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb müəyyən edilməmiş, belə olan halda iddiaçının etdiyi ödənişlərin apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınıb-alınmaması da bəlli deyil, başqa sözlə işin bu halları tam və hərtərəfli araşdırılmamış və nəticə etibarı ilə də onlara düzgün hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kas asiya şikayətində 2017-ci ilin yanvar ayından heç bir əsas, səbəb olmadan cavabdeh tərəfindən müəssisəyə məxsus qaz sayğacının götürülüb-aparılmasını, bu səbəbdən 2017-ci ilin yanvar–fevral aylarında müəssisədə sayğacın olmaması, yalnız 2017-ci ilin mart ayında yerinə qoyulmasını göstərmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi 02 iyul 2019-cu il tarixli qətnaməsindən mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən sözügedən halın apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması, nəticə etibarı ilə də işin həmin halına hüquqi qiymət verilməsi görünmür. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 02 iyul 2019-cu il tarixli qətnamə faktiki olaraq yalnız cavabdeh tərəfindən təqdim etdiyi sənədlər əsasında qəbul edilmişdir ki, b u da Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinin tələblərinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi qanuna uyğun olmayan və əsassız olduğundan ləğv edilməli, kasasiya şikayəti qismən təmin edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndə rilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418–420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2019-cu il tarixli, 22(103)-228/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-512/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-512/2019
22.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver