Məhkəmə qərarları › İş №2-2(102)-513/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-513/2019

27.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-513/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçının “xxxx” açıq səhmdar cəmiyyətinə qarşı iş üzrə QƏRAR (Açar söz: xidmət haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, 27.11.2019 Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçının iştirakı ilə. İddiaçı İddiaçının cavabdeh “xxxx” ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2 019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı məhkəməyə müraciət edərək, 22.282 manat borcun və 1114,1 manat faizin alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh “xxxx” ASC ilə iddiaçı İddiaçı (VÖEN **********) arasında 09 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. O (iddiaçı), həmin müqaviləyə əsasən “xxxx” ASC-nin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində təhlükəsizliyin xidmətinə rəhbərliyin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə layihədə təhlükəsizliyi təmin etmək iddiaçının vəzifəsi olmuşdur, cavabdeh isə həmin xidmətə görə haqqı ödəməli idi. Lakin, iddiaçının göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş haqq qismən ödənilmişdir. Belə ki, 09 yanvar 2017-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək iddiaçının göstərdiyi xidmətin 7 ayı, yəni yanvar, fevral, aprel, iyun, sentyabr, oktyabr, dekabr ayları hesablansa da, ödənilməmişdir. Ödənilməyən məbləğ 22.282 manat təşkil edir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-955/2018 saylı 14.12.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı tərəfindən ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “Xidmət müqaviləsi”nə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, görülmüş işlərlə bağlı aktlar tərtib edilərək layihə rəhbəri Ş.Ə. və kadr lar şöbəsinin rəisi E.Ş. tərəfindən imzalanaraq təsdiq edilmişdir. Lakin cavabdeh tərəf (nümayəndəsi) iddiaçı tərəfindən təqdim edilmiş aktların düzgün rəsmiləşdirilmədiyini izahatında bildirsə də, bununla bağlı iddiaçıya müraciət olunması, həmçinin iddiaçının gördüyü işlərlə bağlı hər hansı bir narazılığın bildirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-955/2018 saylı 14.12.2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf tərəflər arasında öhdəliyin yaranması əsası kimi müqaviləni təqdim etməklə, cavabdehlə aralarında xidmət müqaviləsindən irəli gələn öhdliklərin mövcudluğunu sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə isə iddiaçının tələbində istinad etdiyi ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi”ni tələb etsə də, həmin müqavilənin təqdim edilməməsinə baxmayaraq, iddianı əsaslı saymış və təmin etmişdir. Halbuki, İş materiallarının 8-ci və 9-cu vərəqəsinə əlavə edilmiş “görülmüş işin təhvil-təslimi barədə” aktlardan görünür ki, bu aktlar Rüstəm İsmayılov tərəfindən imzalanmış, lakin “xxxx” ASC tərəfindən imzalanmamış və hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı tərəfindən istinad edilmiş ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi”nin qanunun tələblərinə uyğun tərtib edilərək bağlanıldığı fərz olunsa belə görülmüş işin təhvil-təslimi barədə aktlar Rüstəm İsmayılov tərəfindən görülmüş xidmətlərin şifarişçi “xxxx” ASC tərəfindən qəbul edildiyini təsdiq etmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə tərəflər arasında “xidməti müqavilə” yazılı şəkildə Özbəkistan Respublikasında bağlanmış, iddiaçı tərəfindən imzalandıqdan sonra həmin müqavilənin cavabdeh tərəfindən imzalanması üçün Azərbaycan Respublikasına göndərilmiş, bu səbə bdən müqavilənin təqdim edilməsi mümkün olmamışdır. Belə olan halda müqavilənin təqdim edilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərində deyildir. Bundan əlavə, iş materiallarında olan aktlardan görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, görülmüş işlərlə bağlı aktlar tərtib edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi əsassız olaraq ehsab etmişdir ki, təhvil-təslimi barədə aktlar Rüstəm İsmayılov tərəfindən görülmüş xidmətlərin şifarişçi “xxxx” ASC tərəfindən qəbul edildiyini təsdiq etmir. Halbuki, aktlar layihə rəhbəri Ş.Ə. və kadrlar şöbəsinin rəisi E.Ş. tərəfindən imzalanmışdır. Onların imza etmək səlahiyyəti olmasaydı, qanunsuz olaraq cavabdehin adından imzalanmış olsaydı, cavabdeh tətəfindən qeyd edilən hal mübahisələndirilərdi. Digər tərəfdən cavab deh təşkilat tərəfindən iddiaçının öhdəliklərini icra etməməsi barədə bir narazılıq bildirilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi öz izahatında iddiaçıya müvafiq ödənişlər edildiyini bildirmiş, həmin ödənişlərin hansı səbəbdən dolayı iddiaçıya ödənilməsi barədə verilmiş suala cavab olaraq cavabdehin nümayəndəsi məlumatının olmadığını bildirmişdir. Lakin əgər tərəflər araaınsa müqavilə yoxdursa hansı əsasla cavabdeh tərəfindən ona 5 ay ödəniş edilmişdir. Kassator MPM-nin 9.3, 14.2, 77.1, 78.1, 386, 417.1.3, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları M əhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı isə məhkəmə iclasında vəkilsiz təmsil edildiyindən işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı tərəflər arasında bağlanmış ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi”nə istinad edərək müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. O, iddia tələbinin əsası kimi məhkəməyə “xxxx” ASC-dəki hesabına dair mədaxil və məxaric əməliyyatları barədə çıxarışı, o cümlədən “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktları təqdim etmiş, tərəflər arasındakı müqaviləni isə onda olmaması səbəbindən təqdim etməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmiş, bununla da iddiaçı tərəf cavabdehlə aralarında xidmət müqaviləsindən irəli gələn öhdəliklərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi aktlar aktlar Rüstəm İsmayılov tərəfindən imzalanmış, lakin “xxxx” ASC tərəfindən imzalanmamış və hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı tərəfi ndən istinad edilmiş ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi”nin qanunun tələblərinə uyğun tərtib edilərək bağlanıldığı fərz olunsa belə görülmüş işin təhvil-təslimi barədə aktlar R.İ. tərəfindən görülmüş xidmətlərin şifarişçi “xxxx” ASC tərəfindən qəbul edildiyini təsdiq etmir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi “xxxx” ASC-dəki hesabdan çıxarışı, həmin çıxarışda olan mədaxil və məxaric əməliyyatları sözügedən hesablaşmaların məhz “xxxx” ASC tərəfindən iddiaçının istinad etdiyi ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi” üzrə aparıldığını sübuta yetirmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərə arasında bağlanmış müqavilənin iddiaçı da olmaması işin mübahisəsiz hallarına aid olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim e dilmiş “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlar mövcuddur. Həmin aktlarda isə sözügedən müqaviləyə istinad edilmiş, aktlar layihə rəhbəri Ş.Ə. və kadrlar şöbəsinin rəisi E.Ş., icraçı, tikinti rəhbəri tərəfindən imzalanaraq cəmiyyətə məxsus möhür ilə təsdiq edilmişdir. Həmin aktlar isə iddiaçı ilə cavabdehin müqavilə münasibətlərində olmasını güman etməyə əsas verir. Belə ki, cavabdeh öz izahatlarında aktların onun tərəfindən təsdiq edilmədiyini qeyd etsə də, iş materiallarında olan “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlara cavabdehin möhürünün vurulmasına aydınlıq gətirə bilməmişdir. Halbuki, işə baxan apellyasiya məhkəməsi işin təhvil-təslimi barədə aktlar R.İ. tərəfindən görülmüş xidmətlərin şifarişçi “xxxx” ASC tərəfindən qəbul edildiyini təsdiq etmədiyini qeyd etsə də, “G örülmüş işlərin təhvil-təslimi barədə” Aktlarının cavabdehin möhürü ilə təsdiqlənməsi məsələsinə qiymət verməmiş, aktları imzalayan şəxslərin səlahiyyətləri istiqamətində araşdırma aparmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə “xxxx” ASC-dəki hesabdan çıxarışı təqdim etmiş, həmin çıxarışda olan mədaxil və məxaric əməliyyatları öz əksini tapmış və həmin əməliyyatlardan görünür ki, iddiaçıya 11.05.2017, 03.08.2017, 25.10.2017, 28.12.2017, 05.01.2018-ci il tarixlərdə “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlarında nəzərdə tutulmuş məbləğlərə oxşar miqdarda məbləğlər köçürülmüş və iddiaçının dəlillərinə görə həmin məbləğlər cavabdeh tərəfindən göstərilmiş xidmətlərə görə ödənilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi sözügedən hesablaşmaların məhz “xxxx” ASC tərəfindən iddiaçının istinad etdiyi ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi” üzrə aparıldığını sübuta yetirmədiyini qeyd etsə də, məhkəmə 11.05.2017, 03.08.2017, 25.10.2017, 28.12.2017, 05.01.2018-ci il tarixlərdə aparılmış əməliyyatların kim tərəfindən həyata keçirilməsi istiqamətində araşdırma aparmamışdır. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi cavabdehin möhürü ilə təsdiqlənmiş “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlarını və xxxx” ASC-dəki hesabından çıxarışı təqdim etmiş və iddia etmişdir ki, cavabdehlə onun arasında müqavilə münasibətləri olmuş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Cavabdeh isə iddiaçının dəlillərini təkzib edərək hər hansı müqavilənin olmamasını qeyd etsə də, öz dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlarının hansı səbəblə onun tərəfindən möhürləndiyini izah edə bilməmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə cavabdehin dəlillərini istind edərək, işin obyektiv həlli istiqmətində ətraflı araşdırma aparmadan iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlan ılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırarkən yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstə rilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv hüquqi qiymət verərək tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlərin yaranıbyaranmamasını müəyyən etməli, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu halında tərəflərin öz öhdəliklərini yerinə yetirib-yetirməməsinə qiymət verməklə işə baxmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3., 418420-ci maddələrini rəhbər tutara q məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İsmayılov Rüstəm Rəhim oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-407/19 saylı 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar