Məhkəmə qərarları › İş №2-2(102)-513/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-513/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-513/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “AqrarKredit” və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun və cərimənin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X1 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı borcun və cərimənin tutulmasına dair kommersiya işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)-3/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: I.İŞİN HALLARİ

1. İddiaçı1 ASC ilə “X3 Təsərrüfatı” MMC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqavilələrindən görə İddiaçı1 ASC “X3 Təsərrüfatı” MMC-yə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermə yi, “X3 Təsərrüfatı” MMC isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən İddiaçı1 ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i həcmində cərimə tələb edir.

3. Maliyyə arayışından görünür ki, “X3 Təsərrüfatı” MMC-nin İddiaçı1 ASC-yə olan borcu 97894,00 manat əsas borc, 32609,93 manat cərimə borcu olmaqla, cəmi 130533,93 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı1 ASC cavabdeh “X3 Təsərrüfatı” MMC-yə (bundan sonra – “cavabde h”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97894,00 manat əsas borc, 32609,93 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 130533,93 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı1 ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı1 ASC ilə cavabdeh arasında bağlanmış 2016-cı il 26 de kabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilələrə əsasən lizinqə götürülmüş ümumi dəyəri 355400,00 manat olan kənd təsərrüfatı texnikası üçün ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, ödəniş qrafiki üzrə 14998,00 manat ödəniş olunmuşdur. Cavabdehin müqavilə üzrə 97894,00 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə üzrə 32609,93 manat borcu qalmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2 və 748-1.12.4-cü maddələrinə istinad edi lmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli e-2-2(113)594/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 97894,00 manat əsas borc, 5000 manat cərimə borcu olmaqla, cəmi 102894 manat pul vəsaitinin cavabdehdən tutularaq "Aqrolizinq” ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 23,65 manat məbləğinin cavabdehdən tutularaq "Aqrolizinq” ASC-yə ödənilməsi, qalan 6,35 manat məbləğin "Aqrolizinq” ASC-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur(hakim – Z.Pirverdiyev).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, İddiaçı1 ASC ilə cavabdeh arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr ta rixli 08-LA/16 nömrəli lizinq müqavilələrinə əsasən İddiaçı1 ASC cavabdehə ümumi dəyəri 355400 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən İddiaçı1 ASC-yə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı1 ASC tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Cavabdehin İddiaçı1 ASC-yə ola n borcu 97894,00 manat əsas borc, 32.609,93 manat cərimə borcu olmaqla, cəmi 130533,93 manat təşkil etmişdir.

10. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanmış müqavilələr və müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə yaranmış 97894,00 manat borc cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməlidir.

11. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab etmişdir ki, tələb olunan 32609,93 manat dəbbə pulu məbləği yaranmı ş 97894,00 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, cavabdehdən 5000 manat məbləğində cərimənin tutulması ədalətlidir.

12. Məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinin (102894 manat) iddia tələbinin 78,82%-ni təşkil etdiyi nəzərə alınaraq, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,65 manatı cavabdehdən tutularaq İddiaçı1 ASC-yə ödənilməli, qalan 6,35 manat isə İddiaçı1 ASC-yə aid edilməlidir.

13. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1 və 748-10.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 3 sentyabr tarixli 2-2(103)-473/2020 nömrəli qərardadı ilə cavabdehin İddiaçı1 ASC-yə qarşı “tərəflər arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş bir ədəd yem paylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin İddiaçı1 ASC-nin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1928/2020 saylı işə baxılıb, yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(103)-3/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 8 iyun tarixli məhkəmə iclasının protokoluna qeyd edilməklə iş üzrə İddiaçı1 ASC-nin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) ilə əvəz edilməsi qərara alınmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)-3/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2020 saylı 2020-ci il 17 iyun tarixli qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 1720,0 manat, cərimə borcuna görə 172,0 manat olmaqla, cəmi 1892 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən hakim – C.Yusifov, hakimlər – P. Hüseynov və Ş.Məmmədova).

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia ərizəsinə, ona əlavə edilmiş sənədlərə, pretenziya məktubuna, cavabdehin apellyasiya şikayətinə və ona əlavəyə, tərəflərin nümayəndələrinin izahatlarına əsasən, tərəflər, yəni İddiaçı1 ASC ilə cavabdeh arasında 2016-cı il 26 dekabr tarixdə - 08-LA/16 nömrəli və D-02-LA/12 nömrəli lizinq müqavilələri bağlandığı və həmin müqavilələr üzrə ümumi dəyəri 355400,00 manat məbləğində olan kənd təsərrüfatı texnikasının cavabdeh tərəfindən lizinqə götürüldüyü və lizinq alan cavabdehin həmin müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikləri üzrə öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi, lizinq verənə 97894,00 manat əsas və 32609,93 manat cərimə borcu yarandığı işin mübahisələndiri lməyən halıdır.

20. Cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilir ki, ondan qeyd olunan məbləğdə borc məbləğinin tutulması əsassızdır. Çünki qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə lizinq müqavilənin ümumi məbləğindən 96174 manat çıxılması öhdəliyi İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur.

21. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə cavabdeh ilə İddiaçı1 ASC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcunun həmin məbləğdə silinməsi öhdəliyinin İddia çı1 ASC-nin üzərinə qoyulması qət edilmişdir.

22. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-467/2018 nömrəli 2018ci il 23 oktyabr tarixli qətnaməsi ilə təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(102)-151/2019 nömrəli 2019-cu il 30 aprel tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)520/2019 nömrəli 2019-cu il 22 avqust tarixli qətnaməsi ilə bu dəfə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)545/2019 nömrəli 2019-cu il 25 dekabr tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsi verilməklə icraya yönəldilmişdir.

27. Qətnamə icraya yönəldikdən sonra, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 5 oktyabr tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinə izah verilməsi barədə ərizəsi təmin olunaraq qətnaməyə izah verilmiş və icra vərəqəsində göstərilən əmlakın dəyərinin “İcra haqqında” Qanunun 51-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi kimi başa düşülməsi qərara alınmışdır.

28. Həmin qərardaddan tələbkar, yəni cavabdeh şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə məhkəmə 2020-ci il 5 oktyabr tarixli qərardadını dəyişdirərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə aşağıdakı kimi izah vermişdir: “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstəri lən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi kimi başa düşülsün.”

29. İddiaçının elektron qaydada təqdim etdiyi maliyyə arayışında sözügedən icra sənədinin İddiaçı1 ASC tərəfindən icra olunaraq 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə iddiaçının əsas borc məbləğindən 96174 manat vəsaitin silindiyi bildirilir.

30. Konkret halda isə İddiaçı1 ASC-nin iddia tələbindən göründüyü kimi, 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilələr üzrə cavabdehdən əsas borc məbləği olaraq 97894,00 manat məbləğində vəsaitin tutulması tələb olunmuş və hazırda da qaldırılan iddia tələbinin hər hansı bir hissəsindən imtina olunmur, əksinə müdafiə ol unur.

31. İddia ərizəsinə və ona əlavə edilmiş lizinq müqavilələrinə, borc barədə ümumi məlumat və ödəniş qrafiklərinə, pretenziya məktubuna və s. əsasən müəyyən olunmuşdur ki, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə görə cavabdeh tərəfindən lizinqə götürülən peyinqarışdıran avadanlıq üçün 2024-cü il 31 dekabr tarixinə kimi 172450,00 manat, D-02-LA/12 saylı müqaviləyə əsasən (iddia ərizəsində həmin müqavilənin nömrəsi “D-02-LA/12” əvəzinə “D-02-LA/12” yazılmışdır) isə lizinqə götürülən sağım meydançası avadanlığına görə 2022-ci il 31 dekabr tarixinə kimi 182950 manat – iki müqavilə üzrə cəmi 355400,00 (172450,00 +182950) manat ödənilməlidir.

32. Lakin cavabdeh sözügedən müqavilələr üzrə tərtib olunmuş ödəniş qrafikinə əməl etməmiş, məhkəməyə qədər borcundan cəmi 14998 mana t ödəniş etmiş və onun iddia qaldırılan 2020-ci il 22 yanvar tarixinə 97894,0 manat gecikdirilmiş borcu və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1%-i ilə hesablanmış 32609,00 manat cərimə borcu yaranmışdır.

33. İşə əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə müəyyən edilən hallardan görünür ki, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinq alan tərəfindən lizinqə götürülmüş peyinqarışdıran avadanlığın ona məxsus Ağdam rayonunda yerləşən Əfətli kəndində yerləşən heyvandarlıq kompleksinə 6 ədəd qrad mərmisi düşməsi nəticəsində yararsız və ziyyətə düşdüyü nəzərə alınmaqla, həmin avadanlığın 96174,0 manat məbləğində olan dəyərinin qeyd olunan müqavilənin ümumi məbləğindən çıxılması və cavabdehin İddiaçı1 ASC-yə olan borcundan həmin məbləğdə silinməsi öhdəliyi İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur.

34. İddiaçı, yəni lizinq verən hazırkı 08-LA/16 və D-02-LA/12 saylı 2016-cı il 26 dekabr tarixli müqavilələr üzrə yaranmış 97894,0 manat gecikdirilmiş borcun və 32609,00manat cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 22 yanvar tarixində müraciət edərkən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli qətnaməsi qanuni qüvvəsini alsa da, qətnamə hələ icra olunmamışdır. Ən azından, yuxarıda qeyd olunanlardan göründüyü kimi, həmin qətnaməyə Bakı Kommersiya Məhkəməsi tərəfindən 2020-ci il 26 oktyabr tarixdə izah verilmişdir.

35. İddiaçı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi maliyyə arayışında "xxxx" ASC tərəfindən 2021-ci il 28 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadı ilə qətnamənin icrası məqsədilə cavabdehin müqaviləsi üzrə əsas borc məbləğindən 96174 manat vəsait silindiyini bildirsə də, bununla bağlı təsdiqedici sübutları məhkəməyə təqdim etməmiş, iddia etdiyi, iddia qaldırılana qədər yaranmış 97894,0 manat gecikdirilmiş əsas borcun hər hansı bir hissəsindən imtina etməmiş, həmin borc tələbini azaltmamış, olduğu kimi iddia tələbini müdafiə etmişdir (İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış digər müqavilələr də mövcuddur, beləliklə də iddiaçının nəyi nədən sildiyi əsaslandırılmamışdır).

36. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, konkret halda iddiaçı, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 97894,0 manat əsas borcun tutulmasını tələb etdiyi halda, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin müqavilə üzrə lizinq alanın borcundan silməli olduğu 96174,0 manatın çıxılmasını təmin etmək onun borcudur.

37. Borclu lizinq alan tərəfindən sübuta yetirilir ki, konkret halda 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcunun 96174,0 manat məbləğində hissəsində onun tərəfindən müqavilə öhdəliyi istisna olunur.

38. Odur ki, qeyd olunanlar baxımından, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqaviləyə əsasən lizinqə götürülmüş peyinqarışdırma avadanlığının ilkin d əyərindən silinməli olan 96174,0 manat vəsait, ödənilməsi tələb edilən 97894,0 manat gecikdirilmiş əsas borc məbləğindən çıxılmalı, yerdə qalan 1720,0 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Qeyd edilən 1720,0 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə lizinq müqaviləsinin 4.2-ci bəndinə müvafiq hər gecikdirilən günə görə 0,1%-i miqdarında cərimə hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, burada peyinqarışdıran avadanlığın yararsız vəziyyətə düşməsi nəticəsində avadanlıqdan lizinq alanın bəhrələnə bilməməsi, eyni zamanda, bununla bağlı məhkəmənin qeyd olunan icra sənədinin lizinq verən tərəfindən vaxtında icra edilməməsi kimi hallar nəzərə alınmaqla, lizinq alanın borcundan silinməli olan vəsait onun hazırkı borcundan çıxıld ıqdan sonra, ödəməli olduğu 1720,0 manat əsas borcunun 10%-i miqdarında, yəni 172 manat cərimə məbləği ondan iddiaçının xeyrinə tutulmalıdır.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 441.4, 448.4, 458.1, 467 və 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Həmin qətnamə 2023-cü il 14 iyul tarixində tərəflərə məktub ilə göndərilmiş, elektron kabinetlərində yerləşdirilmişdir.

42. İddiaçı 2023-cü il 3 avqust tarixində kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 iyun tarixli 2-2(103)3/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

43. MM-in 427.3, 445.2.1 və 747.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tələb olunan 97894,0 manat gecikdirilmiş əsas borc təkcə 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə deyil, eyni zamanda 2016-cı il 26 dekabr tarixli D-02- LA/16 nömrəli müqavilə üzrə müəyyən dövrə yaranmış borcdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş 96174,0 manat vəsait qətnamə qanuni qüvvəsini aldıqdan sonra dərhal iddiaçı tərəfindən 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə əsas borcdan çıxılmışdır. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsində 96174,0 manat vəsaitin 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə ümumi borcdan çıxılmalı olması açıq-aşkar göstərilsə də, həmçinin həmin pul vəsaitinin silinməsinin artıq icra edilməsi ilə bağlı iddiaçının nümayəndəsi məhkəmədə məlumat versə də, Bakı Apellyasiya Məhkəməsi 96174,0 manat vəsaitin 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə yaranmış borcdan deyil, həm də 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli müqavilə üzrə yaranmış borcdan çıxılmasına qərar vermişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən ciddi yanlışlığa yol vermiş, nəticədə iddiaçı 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli müqavilə üzrə lizinqə verilmiş əmlaka görə cavabdehdən almalı olduğu pul vəsaitindən məhrum olmuşdur. Bakı Apellyasiya Məhkəməsi hər iki müqavilə üzrə ümumi qalıq borcunu m üəyyənləşdirsəydi və sadə hesablama ilə 96174,0 manat vəsaiti 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə ümumi borc məbləğindən çıxsa idi, iddia tələbini 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli müqaviləyə aid hissəsində təmin edərək doğru nəticəyə gələ bilərdi. Göstərilən səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 22 iyun tarixli 2-2(103)-3/2023 nömrəli qətnaməsi ləğv edilməli və göstərilən halların aydınlaşdırılması üçün iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 217.1-ci maddəsinin tələbi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən, təqdim edilmiş sübutlara deyil, mülahizələrə əsaslanmış, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsini iş üzrə sübutlara qiymət verərkən düzgün formada istifadə etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. II. HƏDLƏRİ Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası... 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyat a keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

458. Öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

50. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə on ları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması hallarına yol verilmiş, ona görə də qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. Belə ki, İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 22(82)-283/2018 saylı qətnaməsi və qətnaməyə izah verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadına əsasən 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə cavabdehin 96174 manat borcunun silinməsi qərara alınmışdır. İddiaçının elektron qaydada təqdim etdiyi maliyyə arayışında sözügedən icra sənədinin İddiaçı1 ASC tərəfindən icra olunaraq 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli müqavilə üzrə iddiaçının əsas bor c məbləğindən 96174 manat vəsaitin silindiyi göstərilsə də həmin borcun iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə borcundan çıxılması sübuta yetirilməmişdir. Ona görə tələb olunan əsas borcdan 96174 manat çıxılmalı, iddia tələbi qalan hissədə təmin olunmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət işin müəyyən edilmiş hallarına uyğun olmamış, məhkəmə sübutlara tam və hərtərəfli baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual pozuntulara yol vermişdir.

53. İş materiallarından görünür ki, 2012-cı il 18 yanvar tarixli 02-LA/12 nömrəli müqaviləyə və müqaviləyə əlavələrə əsasən İddiaçı1 ASC tərəfindən cavabdeh “X3 Təsərrüfatı” MMC-yə 635250 manat dəy ərində və 61500 manat əvvəlcədən ödənilmək şərti ilə 1) paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları, 2) açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi və 3) yem qarışdırıb paylayan avadanlıqlar 10 il müddətinə lizinqə verilmişdir. Həmin avadanlıqların hər birinin qiyməti ayrı-ayrılıqda müəyyən edilməklə göstərilməmişdir. 54. 2012-cı il 18 yanvar tarixli 02-LA/12 nömrəli Lizinq müqaviləsində dəyişiklik edilməsi barədə 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli Razılaşmaya görə İddiaçı1 ASC-nin 2016-cı il tarixli 21 nömrəli 4052/ü nömrəli əmri ilə Paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının 373600 manat məbləğində qalıq dəyəri MMC-yə dəymiş ziyan kimi ”Aqrol izinq” ASC-nin hesabına silinmiş, açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi və yem qarışdırıb paylayan avadanlıqlar isə 182950 manat qalıq dəyəri ilə 6 il müddətinə MMC-yə yenidən lizinqə verilmişdir

55. İşdən daha sonra görünür ki, tərəflər arasında 2016-cı il 26 dekabr tarixli 08LA/16 nömrəli “Heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı1 ASC tərəfindən cavabdeh “X3 Təsərrüfatı” MMC-yə 172450 manat dəyərində və 17800 manat əvvəlcədən ödənilmək şərti ilə heyvandarlıq kompleksi üçün əlavə avalanlıqlar lizinqə verilmişdir.

56. Tərəflər arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli və 2016-cı il 26 dekabr tarixli 0 8-LA/16 nömrəli lizinq 2 müqavilələri üzrə ayrıca ödəniş qarfikləri tərtib olunmasına baxmyaraq İddiaçı1 ASC-nin iddia tələbi hər iki müqavilə üzrə 355400,00 manat borcdan iddia qaldırılan tarixə, yəni 26 dekabr 2019-cu il tarixə kimi olan kimi olan dövr üçün 97894,00 manat əsas və 32609,93 manat cərimə borcu tələb etmişdir. Ödəniş cədvəlləri nəzərdən keçirildikdə müəyyən edilir ki, göstərilən tarixə cavabdehin əsas borcu 97894,00 manat deyil, daha çoxdur, cərimə hesablanmalı olması nəzərə alındaqda isə bu borcun daha çox olması aydın olur.

57. İddiaçı tərəf hazırkı iddia qaldırılan zaman 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə əsasən 96174 manat vəsaitin silindiyini göstərsə də, apellyasiya məhkəməsi həmin borcun cavabdehin müqavilə üzrə borcundan çıxılması sübuta yetirilməməsi qənaətinə gəlmiş, bu barədə sübutların təqdim olunmasına, həmin məsələnin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, hətta iddiaçı tərəfə bu barədə sübutların təqdim olunmasını təklif etməmiş, həmin hərəkətsizliyin nəticələri barədə iddiaçı tərəfi xəbərdar etməmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın rədd olunması barədə gəldiyi nəticə, qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellya siya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, habelə zərurət olarsa iddiaçı Agentlik tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 22(82)-283/2018 saylı qətnaməsinə əsasən 96174 manat vəsaitin silinməsinin müəyən olunması məqsədilə mühasibatlıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməli və nəticəsindən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-3/2023 nömrəli iş üzrə 2023-cü il 22 iyun tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar