Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-515/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, cavabdeh Kompleksin vəkili X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh X5 qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsindən iddiaçı Müalicəxana tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 201 9-cu il tarixli qətnaməsi ilə (hakim. A.Oruczadə; iş No 2-2(81)-362/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov, iş № 2-2(103)341/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Müalicəxana kassasiya şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı X9 Cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kompleksdən müqavilə üzrə ödənilməmiş 86.134,17 manat məbləğində pulun tutulub iddiaçı Müalicəxanaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. Eyni zamanda Cavabdeh X8 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Müalicəxana tərəfindən iddia müddətinin ötürülməsi faktını da nəzərə alınması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Müalicəxana Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi; iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktik i halları araşdırılmadan qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Kompleksin vəkili E.Bəşirov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçı Müalicəxananın nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onlar ın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Cavabdeh X10 ilə İddiaçı X9 arasında 15.01.2013-cü ildən 15.04.2013-cü ilə kimi qüvvədə olan “Tibbi xidmət haqqında” müqavilə mövcud olmuş, 16.04.2013-cü ildən 31.12.2013-cü ilə kimi qüvvədə olan “Xidmət müqaviləsi” mövcud olmuş, daha sonra 01.04.2014-cü il tarixdən 31.12.2014-cü ilə kimi qüvvədə olan “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq icraçı sifarişçiyə tibbi xdmət göstərmə yi, o cümlədən lakin heç bir məhdudiyyət qoyulmadan poliklinikada turistlərə və/və ya işçi heyətə ambulator və/və ya təcili tibbi yardım xidməti göstərməyi, sifarişçi isə müqaviləyə uyğun olaraq göstərilən tibbi xidməti qəbul edib onun müqabilində icraçıya müqavilə ilə müəyyən olunan xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı tibbi xidmət müqavilənin qüvvədə olduğu müddət ərzində fasiləsiz olaraq, həftədə 7 gün və sutkada 24 saat olmaq şərtilə,tibbi xidmətin göstərildiyi vaxtdan asılı olmayaraq eyni keyfiyyətdə göstərməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi xidmət haqqını aylıq əsaslarla, xidmətlərin yerinə yetirilməsi barədə tərəflərin səlahiyyətli şəxsləri təhvil-təslim aktını imzaladıqdan və icraçının təqdim etdiyi lazımı qayd ada tərtib olunmuş hesab-fakturanı aldıqdan sonra on bank günü ərzində ödəməyi öz öhdəsinə götürür. Ödəniş icraçının müqavilənin 11-ci maddəsində göstərilən bank hesabına nağdsız şəkildə köçürmə yolu ilə və Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli şəxsinin onu imzaladığı və möhürlə təsdiq etdiyi gündən etibarən hüquqi qüvvəyə minir və 31.12.2014-cü il tarixinədək öz hüquqi qüvvəsini saxlayır. Bu müddət bitdikdən sonra müqavilə öz hüquqi qüvvəsini itirir. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən tərəflər arasında tibbi xidmətlərin həcmi və xidmət haqqı barədə razılıq əldə edilmişdir. Həmin müqavilənin 2 saylı Əlavəsinə əsasən tərəflər arasında müqavilə üzrə tibbi xidmətlərin göstərilməsi üçün tələb olunan dərman və sarğı ləvazimatlarının təqribi siyahısı cədvəl şəklində tərtib edilərək razılaşma əldə edilmişdir. Həmin müqavilənin 3 saylı Əlavəsinə əsasən tərəflər arasında müqavilə üzrə tibbi xidmətlərin göstərilməsi üçün sifarişçi tərəfindən icraçıya istismara verilən avadanlıqların siyahısı cədvəl şəkilndə tərtib edilərək razılaşma əldə edilmişdir. Sonradan bu müqaviləyə sifarişçi qismində çıxış edən Cavabdeh X8 icraçı Müalicəxanaya ŞD/406-14 nömrəli 27 oktyabr 2014-cü il tarixli bildiriş göndərməklə vaxtından əvvəl xitam verilmişdir. İşin materiallarında olan: -296406 nömrəli 03 may 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İddiaçı X9 tərəfindən Cavabdeh X6 15.660,76 manat dəyərində xidmət göstərmişdir; -488265 nömrəli 09 iyun 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İdd iaçı X9 tərəfindən Cavabdeh X6 15.660,76 manat dəyərində xidmət göstərmişdir; -610137 nömrəli 05 iyul 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İddiaçı X9 tərəfindən Cavabdeh X6 15.660,76 manat dəyərində xidmət göstərmişdir; -741412 nömrəli 02 avqust 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İddiaçı X9 tərəfindən Cavabdeh X6 15.660,76 manat dəyərində xidmət göstərmişdir; -902435 nömrəli 04 sentyabr 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İddiaçı X9 tərəfindən Cavabdeh X6 15.660,76 manat dəyərində xidmət göstərmişdir; -984621 nömrəli 19 sentyabr 2014-cü il tarixli elektron vergi hesab-faktura üzrə İddiaçı X9 tərəfindən Cavabdeh X6 7830,37 manat dəyərində xidmət göstərmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə mü əyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iş üzrə tərəflər ilk müqavilədən sonra 2-ci və 3-cü müqaviləni bağlamışlar, bu isə onu göstərir ki, tərəflər arasında müqavilə üzrə üzərlərinə düşən öhdəliklər icra edilmiş və münasibətlərin davam etməsi qərara alınmışdır, əks təqdirdə tərəflərdən biri daha əvvəlki müqavilə üzrə hər hansı bir öhdəlik icra edilməsəydi növbəti münasibətə girməzdi. Hazırda iddiaçı Müalicəxana 01.04.2014-cü il tarixli tibbi xidmət müqaviləsi üzrə icra edilmiş xidmətlərə görə 86.134,17 manat məbləğində pulu tələb edir. Lakin cavabdeh Kompleks tərəfindən təqdim edilmiş, iddiaçı Müalicəxananın Komplesə ünvanlanmış 17.02.2016-cı il tarixli və 08.01.2018-ci il tarixli məktublardan görünür ki, 86.134,17 manat məbləğində borcun 16.04.20 13-cü il tarixli 16-04/13 saylı müqavilə əsasında yarandığı qeyd edilmiş və həmin məbləğlərin ödənilməsi tələb edilmişdir. Bundan başqa, cavabdeh Kompleks tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, müqavilə üzrə göstərilmiş xidmətlərlə bağlı “Təhvil-təslim aktı” imzalandıqdan sonra ödənişlər həyata keçirilmiş, lakin iddiaçı Müalicəxananın tələb etdiyi məbləğlərin hansı xidmətlərə əsasən tələb edilməsinə dair tərəflər arasında “Təhvil-təslim aktı” imzalanmamışdır. Halbuki, tərəflər asında bağlanmış müqavilədə qeyd edilmişdir ki, sifarişçi xidmət haqqını aylıq əsaslarla, xidmətlərin yerinə yetirilməsi barədə tərəflərin səlahiyyətli şəxsləri təhvil-təslim aktını imzaladıqdan və icraçının təqdim etdiyi lazımi qaydada tərtib olunmuş hesab-fakturanı aldıqdan sonra on bank günü ərzində ödə məyi öz öhdəsinə götürür. İddiaçı Müalicəxana iddia etdiyi, görülmüş işlərlə bağlı təhvil təslim-aktını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Kompleks tərəfindən təqdim edilmiş sənədlərə görə, 01.01.2014-cü il tarixli müqavilə üzrə yanvar, fevral, mart, aprel ayları ərzində göstərilmiş xidmətlərlə bağlı tərəflər arasında işlərin qəbul aktı hazırlanaraq imzalanmış, elektron vergi hesab fakturası təqdim edilmiş və müvafiq ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı Müalicəxana iddia müddəti qaydalarını pozmaqla hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdeh Kompleks mübahisənin həlli zamanı iddia müddəti qaydalarının tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı Müalicəxananın iddia tələbi düzgün olaraq 1-ci instan siya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001ci il tarixli Qərarına əsasən, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflər ə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına görə, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçm əsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmi ş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Ona görə də, iddia əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı Müalicəxananın kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2-2(102)-515/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-515/2019
10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver