Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-515/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X4 Korporeyşn” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili X1, nümayəndəsi X, tərcüməçi XXin iştirakları ilə, iddiaçı “X4 Korporeyşn” Şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2013-cü il 5 iyun tarixində (Şirkət) Cavabdeh MMC ilə (Podratçı) “X4 Korporeyşn” Şirkəti arasında müyyən olunmuş qiymət müqabilində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı PHPOL-CNLC-201301 saylı müqavilə bağlanmış, müqavilənin müddəti 2013-cü il 31 dekabr tarixədək müəyyən edilmişdir. 2. 2013-cü il 20 noyabr tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 2014-cü il 31 dekabr tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. 3. “X4 Korporeyşn” Şirkəti tər əfindən təqdim edilən 2018-ci il 26 noyabr tarixli maliyyə arayışından və müxtəlif tarixli fakturalardan görünür ki, 2013-cü il 5 iyun tarixli, PHPOL-CNLC-201301 saylı müqavilə üzrə göstərilmiş xidmətlərə görə "xxxx" MMC-nin əsas borcu 813.243,58 ABŞ dolları (cərimə 81324,28) məbləğində təşkil edir. 4. "xxxx" MMC-nin baş meneceri Xnin “X5 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin direktoru Wu Shenge ünvanlanmış 2015-ci il 3 dekabr tarixli, ***-**-** nömrəli məktubunda GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X4 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 10000 00, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019-cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirilmişdir. 5. "xxxx" MMC-nin baş meneceri Xnin “X5 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin direktoru Wu Shenge ünvanlanmış 2015-ci il 4 dekabr tarixli, ***-**-** nömrəli məktubunda GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X4 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığı və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəkləri, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-ci ildə 1000000, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019-cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “X4 Korporeyşn” Şirkəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMCyə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 813.243,58 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 5 iyun tarixində cavabdeh ilə iddiaçının Azərbaycan Respublikasındakı Filialı arasında PHPOL-CNLC-201301 nömrəli palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Daha sonra 2013-cü il 20 noyabr tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 2014-cü il 31 dekabr tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək, yeni redaksiyada təsdiq edilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 813.243,58 ABŞ dolları məbləğində borcu yaranmışdır.
8. Cavabdehin 2015-ci il 3 dekabr tarixli 191/01-15 nömrəli və 2015-ci il 4 dekabr tarixli 192/01-15 nömrəli məktublarında da iddiaçıya 813.243,58 ABŞ dolları məbləğində borcun olduğu etiraf edilmişdir. Müqavilənin 8.2-ci maddəsinə görə müqavilə qiymətinin “C” bölməsində müəyyən edilən qrafik üzrə vaxtında ödənilməsi cavabdehin məsuliyyəti kimi müəyyən edilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən, şirkət icraçıya hər bir hesab üzrə ödənişi hesabı aldığı tarixdən 30 gün ərzində həyata keçirir. Bununla əla qədar, iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 2018-ci il 28 sentyabr tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 2018-ci il 4 oktyabr tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmişdir. 9 İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 14.2.1, 385.1, 386.1, 425.1. 442, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 26.1, 439.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələ binə qarşı etiraz təqdim edilməmişdir.
11. İşə Bakı Kommersiya Məhkəməsində baxılarkən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. 2019-cu il 30 avqust tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, 2015-ci il 3 dekabr tarixli ***-**-** nömrəli məktubun kserosurətində “Xiao Jiang” yazıları qarşısında olan imza-Xiao Jiang tərəfindən icra olunmuş, 2015-ci il 4 dekabr tarixli 192-01- 15 nömrəli məktubda “X” yazıları qarşısında olan imza-X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat məbləğində təşkil edir.
12. Həmçinin 2019-cu il 9 dekabr tarixli, 28348 nömrəli məhkəmə ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 2015-ci il 3 dekabr tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında ol an imza-Xiao Jiang tərəfindən icra olunmuşdur. 13. 2020-ci il 4 dekabr tarixli, 4/1011 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161-ci vərəqəsində olan 2017-ci il 2 oktyabr tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri X qrafasındakı imza və 196-cı vərəqəsində olan 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktubda “X6 Manager of Petro-Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, 2-2(113)-16/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Emin Əliyev).
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yeti rilmiş, lakin cavabdeh görülən işlərin, xidmətlərin müqabilində yaranmış borcu ödəməməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Cavabdehin baş menecer müavini Xiao Jiang və baş menecer X tərəfindən imzalanan müvafiq olaraq 2015-ci il 3 dekabr tarixli 191/01-15 nömrəli və 2015-ci il 4 dekabr tarixli 192/01-15 nömrəli məktublarında (borcun etirafı) X5 Kompani” Şirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5.381.165,58 ABŞ dolları və “X4 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813.243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-ci ildə 1.000.000, 2017-ci ildə 1.200.000, 2018-c i ildə 1.400.000, 2019cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirsələr də, bununla bağlı heç bir tədbir görməmişlər.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan 813.243,58 ABŞ dolları məbləğində borcun ödənilməsi barədə iddia əsaslıdır. Məhkəmə cavabdehin 2015-ci il 4 dekabr tarixli məktubunda imzanın Xyə məxsus olmamasını bildirməsi ilə bağlı qeyd etmişdir ki, 2020-ci il 4 dekabr tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, 2017-ci il 2 oktyabr tarixli etibarnamədə cavabdehin baş meneceri X qrafasındakı imza və 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktubda “X6 Manager of Petro-Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur. Bu isə bunu təsdiq edir ki, mübahisəli 2015-ci il 4 dekabr tarixli məktubda imza X tərəfin dən icra edilmişdir. 2019-cu il 30 avqust tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyində 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktubda “X” yazıları qarşısında olan imza-X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ilə bağlı məhkəmə qeyd etmişdir ki, bir ekspert rəyində imzanın Xyə məxsus olmadığını, digərində isə rəsmi etibarnamədə və 2015-ci il 4 dekabr tarixli məktubunda X soyadının qarşısında imzaların eyni şəxs tərəfindən icra olunmasının göstərilməsi bir şəxsin 2 fərqli imzaların olması qənaətinə gəlməyə əsas verir.
17. Məhkəmə 2020-ci il 4 dekabr tarixli, 4/1011 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, 2015-ci il 4 dekabr tarixli məktubda imzanın X tərəfindən icra edilməsi nəticəsinə gəlmişdir.
18. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı tərəfindən eyni məzmunlu müvafiq olaraq 2015-ci il 3 dekabr və 2015-ci il 4 dekabr tarixli məktublar (borcun etirafı) təqdim edilmiş, məktublar müvafiq olaraq cavabdehin baş menecer müavini Xiao Jiang və baş menecer X tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi təqdim olunan işlərin görülməsini əks etdirən sənədlərin və borcun etirafı məktubunu imzalayan Xiao Jiangın səlahiyyətinin olmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və Xiao Jiang tərəfindən imzalanan bütün sənədlər mötəbər sübutlardır.
19. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı - mübahisə edilən müqavilənin müddəti nin 2014-cü ilin iyun ayının 5-də başa çatması, lakin, iddiaçı tərəfin 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət edilməklə iddia müddətinin ötürülməsi ilə razılaşmamışdır. Belə ki, cavabdehin baş menecer müavini Xiao Jiang və baş menecer X tərəfindən “X5 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə etdikləri müraciətdə GWDC qarşısında 5.381.165,58 ABŞ dolları və iddiaçının qarşısında 813.243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-ci ildə 1.000.000, 2017-ci ildə 1.200.000, 2018-ci ildə 1.400.000, 2019-cu ildə 1.400.000 və 2020-ci ildə 1.194.409,16 ABŞ dollar) bildirmələri, müqavilə üzrə öhdəliklərinin i crasının 2020-ci il 31 dekabr tarixdə bitdiyini, yəni icra müddətinin axımının məhz 2021-ci il 1 yanvar tarixdən başladığını göstərir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 2018-ci il 9 oktyabr tarixdə müraciət etdiyindən görə iddia müddəti qanunvericiliyin tələblərinə əsasən ötürülməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 377.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 449.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli, 2-2(103)-657/2021 saylı qətnaməsi ilə ape llyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə iddia müddəti keçdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, tərəflər arasında bağlandığı irəli sürülən 2013-cü il 5 iyun tarixli PHPOL-CNLC-201301 nömrəli müqavilə 2014-cü il 31 dekabr tarixədək qüvvədə olmuşdur. Həmin müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımı, yəni MM-in 373.2-ci maddəsində təsbit olunan 3 illik müddət 2015-ci il 1 yanvar tarixdən başlamaqla, 2018-ci il 1 yanvar tarixdə başa çatmış, iddia ərizəsi isə 2018-ci il 9 oktyabr tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş dur.
24. İş üzrə MM-in 379.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb təşkil edən hallar müəyyən edilmir. İddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada əvvəllər iddia irəli sürülməsi, habelə cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər də iş materialları ilə təsdiqini tapmır və bununla da, iddia müddətinin axımı da kəsilməmişdir. Çünki, cavabdehin baş menecerinin müavini Xiao Jiang tərəfindən imzalandığı güman olunan 2015-ci il 3 dekabr tarixli ***-**-** nömrəli və cavabdehin baş meneceri X tərəfindən imzalandığı irəli sürülən 2015-ci il 4 dekabr tarixli ***-**-** nömrəli məktublar cavabdeh tərəfindən bilavasitə iddiaçıya ünvanlanmadığı, məktublar digər şəxsə müraciət etdiyi üçün, “borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər” kimi qəbul edilə bilməz.
25. Bundan əlavə, cavabdehin bütün işlərin yalnız kağız üzərində görüldüyü, faktiki olaraq iddiaçı tərəfindən heç bir qazma işlərinin görülmədiyi barədə apellyasiya şikayətinin dəlili də iş materialları ilə təkzib olunmur.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 373.2, 375.2, 377.2, 376.1, 379.1, 380.1, 380.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 27. 2021-ci il 12 iyul tarixdə apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 28. 2021-ci il 3 sentyabr tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 29. 2013-cü il 5 iyun tarixində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmış, daha sonra 2013-cü il 20 noyabr tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 813.243,58 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehin baş menecer müavini Xiao Jiang və baş menecer X tərəfindən imzalanan müvafiq olaraq 2015-ci il 3 dekabr tarixli 191/0 1-15 nömrəli və 2015-ci il 4 dekabr tarixli 192/01-15 nömrəli məktublarında (borcun etirafı) “X5 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Wu Sheng (Wu Sheng həm də iddiaçı Şirkətin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir) müraciət edərək, şirkət qarşısında 5.381.165,58 ABŞ dolları və iddiaçı qarşısında 813.243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən-ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirsələr də bununla bağlı heç bir tədbir görməmişlər.
30. Müqavilənin 8.2-ci maddəsində müqavilə qiymətinin “C” bölməsində müəyyən edilən qrafik üzrə vaxtında ödənilməsi cavabdehin məsuliyyəti kimi müəyyən edilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən, şirkət icraçıya hər bir hesab üzrə ödənişi hesabı aldığı tarixdən 30 gün ərzində həyata keçirir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 2018-ci il 28 sentyabr tarixində cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən 2018-ci il 4 oktyabr tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur.
31. İş materiall arında olan məktublardan və müqavilədəki istinadlardan aydın olur ki, cavabdeh borcunu etiraf etmiş, ödənişlə bağlı möhlət istəmiş, buna baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Apellyasiya məhkəməsi iddia müddətinin axımının başlanmasını obyektiv araşdırmamışdır.
32. Cavabdehin 2015-ci il 3 dekabr tarixli 191/01-15 nömrəli və 2015-ci il 4 dekabr tarixli 192/01-15 nömrəli məktublarında da iddiaçıya 813.243,58 ABŞ dolları məbləğində borcun olduğu etiraf edilmişdir.
33. Apellyasiya məhkəməsi 2015-ci il 3 dekabr və 2015-ci il 4 dekabr tarixli məktubların borcun etiraf olunması kimi qiymətləndirməmiş, iddia müddətinin kəsilmədiyini qeyd etmişdir. Halbuki, borcun etirafını əks etdirən hərəkətlər kimi qəbul edilən içərisində borcun olmasını bildirməsi və ödəniş üçün möhlət istəməsi hər iki mə ktubun məzmununda qeyd olunmuşdur. Həmçinin, cavabdehin məktubu ona ünvanlanmamış olması iddiaçı qarşısında 813.243,58 ABŞ dolları məbləğində borcunun olduğunu və 2020-ci ilədək planlı şəkildə ödəyəcəyini qeyd etməsi faktını istisna etmir. Eyni məzmunlu məktublar müvafiq olaraq cavabdehin baş menecer müavini Xiao Jiang və baş menecer X tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi təqdim olunan işlərin görülməsini əks etdirən sənədlərin və borcun etirafı məktubunu imzalayan Xiao Jiangın səlahiyyətinin olmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmamışdır. 3
4. Müqavilə predmetini təşkil edən işlərin iddiaçı tərəfindən faktiki olaraq icra olunması da iş materiallarına əlavə olunmuş sənədlərlə tam sübuta yetirilir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin “cavabdehin bütün işlərin yalnız kağız üzərində görüldüyü, faktiki olaraq iddiaçı tərəfindən heç bir qazma işlərinin görülmədiyi barədə apellyasiya şikayətinin dəlili də iş materialları ilə təkzib olunmur” qənaəti tamamilə əsassızdır. Çünki, iddiaçı işlərin görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda, cavabdehi işlərin faktiki olaraq görülməməsi ilə bağlı dəlilini əsaslandıran hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, borcun etirafı barədə məktubun ünvanlandığı “X5 Kompani” şirkəti ilə iddiaçı əlaqəli (ortaq) şirkətlərdir və hər iki şirkətin hüquqi ü nvanı eyni olmaqla, AZ1069, ünvan 1
35. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MMin 372, 373.2, 377, 380, Azərbaycan Respublikası MPM-in 88, 89.1, 89.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr, 2013-cü il 3 iyun tarixli qərarlarına istinad etmişdir. b) Cavabdeh tərəfin kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı Şirkətin Filialı hüquqi şəxs deyil və öz adından məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malik olmamışdır. Buna baxmayaraq Filialı öz adından iddia ərizəsi vermişdir. Məhkəmə iddia ərizəsini baxılmamış saxlamaq əvəzinə, Filialı hüquqi şəxs ilə əvəz etmişdir.
37. İddianın mahiyyətinə gəldikdə qeyd edilməlidir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. 05 iyun 2013-cü il tarixli müqavilə cavabdehin direktoru X tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin müqaviləyə düzəliş edilməsi barədə 2013-cü il tarixldi 1 saylı Əlavə ümumiyyətlə cavabdehin rəhbəri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. İddiaçıya 2015-ci il 03 dekabr tarixli və 2015-ci il 04 dekabr tarixli məktublar göndərilməmiş, bu barədə məktubların qeydiyyat kitabında da hər hansı məlumat yoxdur. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Nəzərə alınsa ki, müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti qanunla 3 il müəyyən edilib, deməli iddia müddətinin axımı 20 noyabr 2014-cü il tarixdən başlanmış, 3 il davam etmiş və 22 oktyabr 2017-ci ildə tamamlanmışdır.
38. İddiaçı Şirkətin Azərbaycan Respublikasındakı Fil ialının rəhbəri Sheng Wu həmin Şirkəti Azərbaycan Respublikasında təmsil edən şəxsdir. Sheng Wu etirabnaməsi üzrə ona verilən səlahiyyət hədlərini aşaraq törəmə etibarnamələr üzrə nümayənələrə özünün malik olmadığı səlahiyyətləri vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
40. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM- nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam şəkildə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qi ymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzər də tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin a xımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç i l üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” 45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: “..., şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi on un məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir....”
46. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə və zifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi 47.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 saylı «Qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair» müqavilə bağlanmış, müqavilənin müddəti 2013-cü il 31 dekabr tarixinədək müəyyən edilmiş, 20 noyabr 2013-cü il tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixədək uzadılmışdır. 48.İddiaçı hazırki tələbində 05 iyun 2013-cü il tarixli PHPOL-CNLC-201301 saylı müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehdən 813.243,58 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş edir.
49. Apelly asiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüş, iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar müəyyən edilməmişdir. Cavabdehin baş menecerinin müavini Xiao Jiang tərəfindən imzalandığı güman olunan 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli və cavabdehin baş meneceri X tərəfindən imzalandığı irəli sürülən 2015-ci il 04 dekabr tarixli ***-**-** nömrəli məktublar isə cavabdeh tərəfindən bilavasitə iddiaçıya ünvanlanmadığı üçün “borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər” kimi qəbul edilə bilməz.
50. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
51. Qeyd olunduğu kimi, tərəflər arası nda olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır.
52. Müqavilə üzrə öhdəliklərə müddətlərin tətbiqi ilə bağlı məsələlərə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında aydınlıq gətirilmişdir (bax yuxarıda § 45).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üç ün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müdətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
54. İddia müddəti institutunun əhəmiyyəti onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini y aratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
55. Mülki qanunvericiliyin tələbinə görə hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Müddətin axımının başlandığı günü müəyyən etmədən, hər h ansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək qeyri-mümkündür. Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır (MM-in 377-ci maddəsi).
56. Baxılan işdə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili iddia müddətinin axımının 2015-ci ilin dekabr aylarında cavabdehin borcu etiraf edən məktublar təqdim etməklə kəsilməsi ilə bağlıdır.
57. Bununla bağlı istinad olunmalı norma Mülki Məcəllənin 380-ci maddəsidir. Həmin maddədə iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tut ur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkətlər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir.
58. Hazırki işdə, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, 2015-ci ilin 01 yanvar tarixindən iddia müddətinin axımı başlamış, lakin iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdehin möhürü ilə təsdiq edilmiş, 2015-ci il 03 dekabr tarixli məktubda mübahisəli borcun 2020-ci ilədək müəyyən qrafik üzrə ödəniləcəyinə dair «Wu Sheng» adlı şəxsə məktub ünvanlanmışdır.
59. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, kreditora borcun etirafını nəzərdə tutan məktubun ünvanlanması iddia müddətinin axımını kəsir.
60. Belə ki, həmin qərarda göstərilmişdir ki, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndəri lməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.).
61. Apellyasiya instansiyası məhkəməsi 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktubun (məzmunu üçün bax § 4) cavabdehin baş menecerinin müavini Xiao Jiangin tərəfindən imzalanmasının «güman» edildiyini göstərsə də, sözügedən məktubun sonuncu tərəfindən imzalanmasının işdə olan ekspert rəyi ilə təsdiq olunmasına hüquqi qiymət verilməmişdir. Məhkəmənin qətnaməsində həmin ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirməməsinin səbəblərinə aydınlıq gətirilmədən, 2015-ci il 03 dekabr tarixli ***-**** nömrəli məktubun (məzmunu üçün bax §4) cavabdehin səlahiyyətli şəxsi tərəifndən imzalanması şübhə altına alınmışdır.
62. Halbuki, MPM-in 80, 81, 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
63. Kollegiya 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktubun ünvanlandığı şəxsə gəldikdə qeyd edilməsini zəruri hesab edir ki, müvafiq məktub Wu Shengə ünvanlanmışdır. Həmin şəxsin GWDC Azərbaycandakı Nümayəndəliyinin direktoru olmaqla yanaşı iddiaçı Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi olması vergi orqanının «Kommersiya qurumlarının dövlət reyestrindən» verilmiş məlumatlarla təsdiq edilir (İ cild i.v 13.).
64. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi 2015-ci il 03 dekabr tarixli ***-**-** nömrəli məktubu borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər kimi qiymətləndirməməklə, həm MPM-nin 80, 81, 88-ci maddələrinin, MM-in 380-ci maddəsinin tələblərinə əməl etməmiş, həm də gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmamışdır. Odur ki, işin yeni apellyasiya baxışı zamanı sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliiyin tələblərinə əməl edilməli, işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməlidir.
65. Beləliklə, məhkəmə kollegiyası iddiaçını n kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosesessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
66. MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(103)-657/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F. Qəribov