Məhkəmə qərarları › İş №2-2(102)-515/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-515/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-515/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh2 qarşı və Cavabdeh2 cavabdehlər İddiaçı MTK və notariat ofisinə qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “torpa q sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə; Cavabdeh2 cavabdehlər İddiaçınə və notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)452/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MTK ilə Cavabdeh2 arasında 2022-ci il 18 noyabr tarixində 3M-1151 reyestr nömrəli “ilkin alqı-satqı müqaviləsi” adlı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 89 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və 60 m2 torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdik dən sonra İddiaçı MTK-ya satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlamağı öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin - 2.1-ci bəndinə əsasən, əsas müqavilə üzrə alqı-satqı obyektinin xarakteristikası aşağıdakı kimidir: - 2.1.1-ci bəndinə əsasən, alqı-satqı obyekti olan əmlak: ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsi və 60 m2 torpaq sahəsi. - 2.2-ci bəndinə əsasən, əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50.000 manat müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. - 2.3-cü bəndinə əsasən, müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üz rə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 50.000 manat pulu ikinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə birinci tərəfə notariusun depozit hesabı vasitəsilə ödəyir və bu ödəniş gələcəkdə əsas müqavilə bağlanarkən alqı-satqı obyektinin razılaşdırılmış dəyərinin tam ödənilməsi kimi nəzərə alınacaqdır. - 2.4-cü bəndinə əsasən, əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır.

2. Həmin müqavilə üzrə 50.000 manat pul İddiaçı MTK tərəfindən Cavabdeh2 ödənilmişdir.

3. İcarəyə verən Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi İddiaçı MTK arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 30 noyabr tarixli 4085 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, icarəyə verənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. - 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti 2022-ci il 30 noyabr tarixindən 2024-cü il 30 noyabr tarixinədək müəyyən edilir.

4. İddiaçı MTK tərəfindən 2023-cü il 13 aprel tarixində Cavabdeh2 xəbərdarlıq məktubu ünvanlanaraq, 2 gün ərzində qeyri-yaşayış sahəsi və torpaq sahəsini boşaltmağı və İddiaçı MTK-nın istifadəsi və sahibliyinə verməyi tələb edilmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı şəhər Ərazi İdarəs inin 2023-cü il 4 avqust tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsinin və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin Cavabdeh2 və ya İddiaçı MTK-nın adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi göstərilmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2023-cü il 19 sentyabr tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan 2022-ci il 30 noyabr tarixli 4085 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 87A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi İddiaçı MTK-nın icarəsində olduğu müəyyən edilmişdir. Birləşdirilmi ş işlər üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MTK (bundan sonra – “MTK”) 2023-cü il 19 may tarixində Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 60,0 m2 torpaq sahəsinin boşaldılması, MTK-nın sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi yuxarıda göstərilən hallarla (bax §§ 1-2) əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh 2022-ci il 18 noyabr tarixli 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, dəfələrlə cavabdehə qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə və sahibliyə verilməsinə dair xəbərdarlıqlar olunsa da, cavabdeh bu tələbi yerinə yetirməmişdir. Bununla bağlı nəhayət 2023-cü il 13 aprel tarixində rəsmi qaydada cavabdehə xəbərdarlıq edilmişdir. MTK tərəfindən Cavabdeh2 50.000 manat vəsait ödənilmişdir və bunun əvəzində əsas müqavilə bağlananadək cavabdeh tərəfindən C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsini MTK-nın sahibliyinə və istifadəsinə verməlidir. MTK öz tərəfindən əsas müqavilənin bağlanılması üçün olan maneənin aradan qaldırılması məqsədilə (qeyri-yaşayış sahəsi və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün) və cavabdehin həmin sahəni s atmaq niyyətini qarşılayaraq birdəfəlik olaraq bütün məbləği ödəmişdir. İlkin müqavilə tərəfləri gələcəkdə əsas müqaviləni həyata keçirmək üçün hüquqi cəhətdən bir-birinə bağlayır və hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürürlər. Hazırda qarşılıqlı öhdəliklərin təminatı, bir tərəfin üstün vəziyyətə düşməsi, digər tərəfin öhdəliyini icra etməsinin təminatsız qalması, əmlakın razılaşdırılmış dəyərinin hamısının ödənilməsi halları mövcud olmuşdur.

9. Daha sonra MTK məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat tarixi 2023-cü il 19 sentyabr olan qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa əsasən MTK-nın icarəsində olan C.Səlimov küçəsi 87A ünvanında yerləşən 0.006 ha t orpaq sahəsi və həmin torpaq sahəsində olan 27,8 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq MTK-nın sahibliyi və istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iddiaçıya mübahisəli (boşaldılması tələb edilən) torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması barədə qeydiyyat tarixi 2023-cü il 19 sentyabr tarixli olan qeydiyyat nömrəsi ********** nömrəli çıxarış və B№ 152197 torpaq sahəsinin plan və ölçüsünü vermişdir. İş materialına əlavə olunmuş çıxarışdan, iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında 2022-ci il 30 noyabr tarixli 4085 nömrəli icarə müqaviləsindən göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Beləliklə, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmış və iddiaçı bu hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.

11. Eyni zamanda Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 18 noyabr tarixli 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Cavabdeh2 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə MTK arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanmamışdan əvvəl tərəflər C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyriyaşayış sahəsini və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin dəyərini 140.000 manata razılaşmışlar. Lakin müqavilə bağlanan gün MTK-nın nümayəndəsi X1 bildirmişdir ki, əgər müqavilə üzrə alqı-satqı obyektinin dəyərini 140.000 manat göstərsələr, o zaman rüsum çox tutulacaq, əksinə, həmin obyektin dəyərini az göstərsələr, rüsum da az olacaq. Bundan sonra Cavabdeh2 ondan yerdə qalan pulun necə və nə vaxt ödəniləcəyini soruşmuş, o da cavabında bildirmişdir ki, 50.000 manat müqavilə bağlanan vaxt, yerdə qalan məbləğ müqavilə bağlanan günün növbəti günü ödəniləcək. Cavabdeh2 MTK-nın nümayəndəsinin yalan vədlərinə inanaraq 2022-ci il 18 noyabr tarixli müqaviləni imzalamışdır. Lakin müqavilə bağlandığı günün növbə ti günü MTK tərəfin heç bir addım atmadığını gördükdən sonra onlarla əlaqə saxlanılmış və müqavilə üzrə alqı-satqı obyektinin dəyərinin qalan 90.000 manat hissəsinin hansı səbəbdən ödənilmədiyi soruşulmuş, onlar isə pulun ödəniləcəyini bildirmişlər. Lakin MTK tərəfindən obyektin dəyəri ödənilməmişdir. Bir müddət sonra MTK onu məhkəməyə verərək qeyri-yaşayış sahəsinin onların sahiblik və istifadələrinə verilməsini tələb etmişdir. Bundan sonra MTK tərəfindən Cavabdeh2 bildirilmişdir ki, obyektin pulunu ödəmişlər, yerdə qalan pulu ödəmirlər. MTK məlumatsızlıq və etibardan istifadə edərək onu aldatmışdır. Ödənilmiş 50.000 manat pulun geri götürülməsi ilə bağlı dəfələrlə onlara müraciət edilsə də nəticəsi olmamışdır. MTK-nın bu kimi hərəkətləri nəticəsində aldanaraq onunla ilkin alqı-satqı müqa viləsi bağlanmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 dekabr tarixli 2-2(113)-5144/2023 nömrəli qətnaməsi ilə MTK-nın iddiası təmin olunmuş, MTK-nın icarəsində olan C.Səlimov küçəsi 87A ünvanında yerləşən 0,006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 27,8 m2 qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən boşaldılaraq MTK-nın sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmiş, Cavabdeh2 iddiası rədd olunmuşdur (hakim – Z.Axundova).

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış qeyd olunan ilkin müqavilə 2022-ci il 18 noyabr tarixində notarial qaydada təsdiqlənmiş və həmin andan qüvvəyə minmişdir. 50.000 manat pul Cavabdeh2 ödənilmişdir. Müqavilədə həmçinin tərəflərin bu müqavilənin şərtlərinin onlara tam aydın olduğunu və bu şərtlərin onların həqiqi ir adəsini ifadə etdiyini öz imzaları ilə təsdiq etmiş olduqları qeyd edilmişdir. Beləliklə, tərəflər sərbəst şəkildə iradə ifadə edərək, ilkin müqaviləni notarial qaydada bağlamış və müqavilənin şərtlərini könüllü, sərbəst şəkildə razılaşdırmışlar.

15. Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 60 2 m torpaq sahəsinin onun qanuni istifadə, icarə və s. olmasına dair hər hansı müəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı şəhər Ərazi İdarəsinin yuxarıda qeyd olunan 2023-cü il 4 avqust tarixli məktubunda da C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsinin və həmin tikilinin altında yerləşən 60 m2 torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur.

16. İcarəyə verən qismində Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində MTK arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 2022-ci il 30 noyabr tarixli 4085 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verənin icarəyə verdiyi A.Məhərrəmov küçəsi 15 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilədə icarə müddəti 2022-ci il 30 noyabr tarixindən 2024-cü il 30 noyabr tarixinədək müəyyən olunmuşdur. MTK Əmlak Məsələləri Dövlət Xidmətinə mür aciət etmiş və Xidmətlə MTK arasında 2022-ci il 30 noyabr tarixində icarə müqaviləsi bağlanmışdır.

17. Qeyri-yaşayış binasının yerləşdiyi 60 m2 torpaq sahəsi tərəflər arasında bağlanmış ilkin müqavilədə nəzərdə tutulmuş torpaq sahəsi olmuş, bu hal iş materialları ilə də öz təsdiqini tapmışdır. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin yuxarıda göstərilən arayışlarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 89 ünvanında sahəsi 27,8 m2 olan ticarət obyekti 1 mərtəbəli qeyri-yaşayış və sahəsi 60 m2 olan torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Həmçinin icarə müqaviləsində göstərilən köhnə A.Məhərrəmov küçəsi 15 ünvanının C.Səlimov küçəsi 89 ünvanı ilə eyni ünvan olduğu Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin arayışı ilə öz təsdiqini tapmışdır.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2023-cü il 19 sentyabr tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında ünvan fərqliliyinə münasibətdə (ünvan 3ri Dövlət Xidmətinin nümayəndəsi bildirmişdir ki, çıxarışda göstərilmiş C.Səlimov küçəsi 87A ünvanı elə icarəyə verilmiş, icarə müqaviləsində göstərilmiş ünvanda yerləşən torpaq sahəsinin ünvanıdır. Beləliklə, məhkəmə MTK-nın cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.

19. Məhkəmə Cavabdeh2 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, o, iddia ərizəsində qeyd e tdiyi hallarla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən olunmamışdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 157.4, 324.1, 324.4, 337.1-337.3, 339.1339.3, 354.2, 385.1, 386.1, 389.1, 390.3, 402.1-402.3, 442, 448.1 və 567-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1 və 77ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməklə onun iddiasının təmin olunması, MTK-nın iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-452/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

23. Apellyasiya məhkəməsi ilk olaraq tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qiymət verərək hesab etmişdir ki, onun adı ilkin alqı-satqı müqaviləsi olsa da, həmin müqaviləyə MM-in 402-ci maddəsinin tələbləri baxımından ilkin müqavilə kimi hüquqi qiymət verilə bilməz. Belə ki, 402.1-ci maddəyə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə ba ğlamağı öhdələrinə götürürlər. Yəni ilkin müqavilə ilə tərəflərin üzərinə götürdükləri öhdəlik yalnız əsas müqavilənin bir il ərzində bağlanacağı barədə öhdəlik ola bilər. Hazırkı halda isə 2022-ci il 18 noyabr tarixli müqavilə əsasında Cavabdeh2 onun sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinin dəyəri olaraq 50.000 manat ödənilmiş və müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər razılaşmışlar ki, müqavilə notarial qaydada təsdiq edildiyi andan tikinti obyektinə istifadə və sahiblik hüququ MTK-ya keçir. Göründüyü kimi, bu müqavilə əsasında Cavabdeh2 ona məxsus daşınmaz əmlak üzərində hüquqlarını MTK-ya ötürmüşdür. Buna görə də, MTK-nın əldə etdiyi fərdi müəyyən əşyanın boşaldılaraq onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiası MM-in 452.1 və 575.2-ci maddələrinə əsas ən təmin edilməlidir.

24. Cavabdeh2 müqavilə bağlanarkən aldadıldığına (əslində qeyri-yaşayış sahəsinə görə 140.000 manat ödəniləcəyi barədə razılıq əldə edildiyi) dair mülahizələri onun öz izahatından başqa heç bir sübutla (qarşı tərəfə pretenziya göndərilməsi və s.) təsdiq olunmadığından, məhkəmə düzgün olaraq Cavabdeh2 ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiasının rədd olunması qənaətinə gəlmişdir. Eyni zamanda, müqavilə azadlığı prinsipinə uyğun olaraq əmlakın öz bazar dəyərindən aşağı qiymətə satılması əqd tərəflərin iradə ifadəsinə uyğun olmuşsa, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz.

25. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 məhkəməyə vəsatət təqdim edərək ona məxsus olmuş qeyri-yaşayış sahəsinin ünvan ının (müqavilədə ünvan 4əyə verilmiş Bakı şəhəri, ünvan 5 ünvanı ilə eynilik təşkil edib-etmədiyinin müəyyən olunması üçün iş üzrə ekspertiza təyin olunmasını xahiş etmiş, məhkəmə bu halın araşdırılmasını mübahisənin həlli üçün əhəmiyyətli hesab etmədiyindən vəsatət təmin olunmamışdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün həmin sahənin ünvanı müqavilədə şərti olaraq qeyd edilmişdir. MTK qeyd olunan obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsi üçün dövlət orqanına müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2023-cü il 19 sentyabr tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında və 2022-ci il 30 noyabr tarixli 4085 n ömrəli icarə müqaviləsində torpağın olduğu ünvan Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 87A kimi qeyd olunmuşdur.

26. Bundan əlavə, əgər MTK-ya icarəyə verilmiş torpaq sahəsi başqa ünvanda yerləşsə belə, hazırkı iddia tələbinin faktiki əsası kimi icarə müqaviləsi deyil, 2022-ci il 18 noyabr tarixində tərəflər arasında 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi göstərildiyindən obyektin altındakı torpaq sahəsinin koordinatlarının icarəyə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyinin müəyyənləşdirilməsi mübahisəsinin həlli baxımından zəruri hesab edilməmişdir. Bundan əlavə, işdəki 33 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 2022-ci il 14 noyabr tarixli və 2023-cü il 21 avqust tarixli arayışlarında həm apellyatora məxsus olmuş sahəsi 27,8 m2 olan tic arət obyektinin ünvanı, həm də MTK-ya icarəyə verilmiş torpaq sahəsinin ünvanı ünvan 7ülmüş torpaq sahəsinin eyni ünvanda yerləşdiyi müəyyən olunmuşdur və ehtimal olunanlara görə, tərəflər arasında 2022-ci il 18 noyabr tarixli müqavilə bağlanarkən obyektin yerləşdiyi ünvan məhz 33 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin arayışı əsasında müəyyən edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.4, 337.1, 337.2, 339.2, 339.3, 354.2, 398.1, 398.2, 402.1-402.5, 452.1, 567, 568.1 və 575.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 6.1.1-ci maddəsi üzrə - Mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, məhkəmə qeyri-qanuni qərar qəbul etməklə Cavabdeh2 həmin hüququnu da pozmuşdur. Cavabdeh2 tərəfindən aşağı instansiya məhkəmələrə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması barədə vəsatətlər verilsə də, həmin vəsatətlər məhkəmələr tərəfindən təmin edilməmişdir. Həmçinin məhkəməyə Cavabdeh2 təqdim etdiyi qiymətləndirmə rəyini də nəzərə alınmamışdır.

30. MM-in 324.1-ci maddəsi üzrə - MTK-nın nümayəndəsi ilə Cavabdeh2 C.Səlimov küçəsi 89 ünvanında yerləşən, ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 60,0 m2 torpaq sahəsinin dəyərini 140.000 manata razılaşmışlar. Lakin MTK-nın nümayəndə si Cavabdeh2 aldadaraq ona mübahisəli müqaviləyə imza çəkdirməyə nail olmuşdur.

31. MM-in 337-ci maddəsi üzrə - Cavabdeh2 irəli sürdüyü tələbində əsaslandığı halları (bax § 12) vurğulayaraq bildirir ki, MTK-nın hərəkətləri nəticəsində Cavabdeh2 aldanaraq onunla ilkin alqı-satqı müqaviləsi bağlamışdır və həmin müqavilə etibarsız sayılmalıdır.

32. MPM-in 8-ci maddəsi üzrə - Tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı verdikləri vəsatət hər iki məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamış, həmçinin məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 3 avqust tarixli E/365 nömrəli rəyi nəzərə alınmamış, həmin rəyə hüquqi qiymət verilməmiş, bununla da MPM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur.

33. MPM-in 77-ci maddəsi üzrə - İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar ı sübut edə bilməmiş, Cavabdeh2 isə öz etiraz və tələbinin əsasını sübut etmişdir. Lakin məhkəmə isə işə birtərəfli yanaşmaqla həmin normanın tələblərini pozmuşdur.

34. MPM-in 88-ci maddəsi üzrə - İşə qərəzli yanaşılmış, eyni zamanda məhkəmə iclasında təqdim olunmuş sübutlara obyektiv, hərtərəfli və tam baxılmamışdır. Yalnız MTKnın təqdim etdiyi sübutlar araşdırılmış və həmin sübutlara istinad olunmuşdur.

35. MPM-in 97.1-ci maddəsi üzrə - Qeyd olunan normanın tələbləri pozulmuşdur. Belə ki, MTK iddia ərizəsinə dəqiqləşmə vermişdir. MTK-nın Cavabdeh2 tərəfindən boşaldılaraq istifadəsinə verilməsini tələb etdiyi torpaq sahəsi başqa əraziyə aiddir. Belə ki, C.Səlimov küçəsi 87A ünvanında yerləşən 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 27,8 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh2 h azırda faktiki istifadəsində olub-olmaması mötəbər sübutla öz təsdiqini tapmır. 36. 33 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2022-ci il 14 noyabr tarixli 108 nömrəli arayışda qeyd edilmişdir ki, C.Səlimov küçəsi 89A ünvanında sahəsi 27,8 m2 olan ticarət obyekti 1 mərtəbəli qeyri-yaşayış sahəsi 60,0 m2 olan torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Həmin arayışdan da görünür ki, MTK-nın boşaldılmasını tələb etdiyi torpaq sahəsi ilə Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin ünvanları tamamilə fərqlidir, yəni həmin ünvanlar ayrı-ayrı ərazini əhatə edir. MTK-nın boşaldılmasını tələb etdiyi torpaq sahəsinin həqiqətən də Cavabdeh2 sahiblik və istifadəsində olan torpaq sahəsi olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən həmin əraziyə baxış keçirilməsi və ond an sonra tikinti-texniki ekspertizası təyin olunmasına dair aşağı instansiya məhkəmələrinə vəsatətlər təqdim edilsə də vəsatətlər təmin olunmamışdır.

37. MPM-in 217.1-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı deyil. Belə ki, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən tikilinin qiymətləndirilməsinə dair ekspert rəyi təqdim olunsa da, məhkəmə həmin rəyi araşdırmamış və haqsız olaraq qeyd etmişdir ki, guya Cavabdeh2 mübahisəli torpaq sahəsini və onun üzərində yerləşən tikilini 50.000 manata satmağa razılaşmışdır. Lakin bu iş materialları ilə öz təsdiqini tapmır.

38. MPM-in 217.3-cü maddəsi üzrə - Apellyasiya məhkəməsinin qətnaməsində iş üzrə müəyyən edilmiş heç bir hal araşdırılmamış və yalnız MTK-nın gətirdiyi əsassız dəlillərə əsaslanılmışd ır.

39. Kassator həmçinin şikayətin digər məsələlər hissəsində bildirir ki, C.Səlimov küçəsi 89 A ünvanında sahəsi 27,8 m2 olan ticarət obyekti 1 mərtəbəli qeyri-yaşayış sahəsinin dəyərinin 50.000 manat olması sübut edilməmişdir. Çünki Cavabdeh2 tərəfindən həmin daşınmaz əmlakın dəyəri qiymətləndirilmiş və nəticədə "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il 3 avqust tarixli qiymətləndirmə hesabatı ilə daşınmaz əmlakın (torpaq sahəsinin dəyəri 100.000 manat, üzərində yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 102.000 manat) ümumi dəyəri 202.000 manat müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. MTK kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

41. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilənlərə görə, 2022-ci il 18 noyabr tarixində tərəflər arasında 3M-1151 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi adlı müqavilə əsasında fərdi sahibkar Cavabdeh2 dövlətə məxsus C.Səlimov küçəsi 87A ünvanında yerləşən, hazırda 2022-ci il 30 noyabr tarixli 4085 nömrəli müqavilə əsasında MTK-nın icarəsində olan 0.006 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 27,8 m2 olan qeyri-yaşayış sahəsini 50.000 manata MTK-ya satmış, lakin hazıradək satılmış qeyri-yaşayış sahəsini alıcının sahiblik və istifadəsinə verməmişdir.

42. MTK apellyasiya məhkəməsinin mövqeyini (bax yuxarıda § 24-26) vurğulayaraq, işin həqiqi halları ilə kassasiya şikayətinin əsassızlığının tam sübuta yetirildiyini bildirir. Kassasiya baxışının hədləri

43. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildik də əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir....” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış t ərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci mad dəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar da və qaydada yol verilir....” “Maddə

402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağland ığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir....” “Maddə

452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditoru ndur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri... 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

48. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə ə saslandırmışdır.

49. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

50. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 46) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2024-cü il 22 may tarixli 2-2(103)-452/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(103)-452/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar