Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-517/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliklərin icrası, pul tələbi, cərimə borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegi yası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli, 22(103)-29/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2013-cü il 18 yanvar tarixli 04-LA/13 nömrəli lizinq müqaviləsi ilə lizinq verən "xxxx" ASC dəyəri 892.500 manat olan müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan müqavil əyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan Cavabdeh MMC-nin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. Cavabdeh MMC 2013-cü il 12 iyul tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparatla rın geriyə götürülməsinə sərəncam verilməsini xahiş etmişdir.
3. Cavabdeh MMC 2014-cü il 14 aprel tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnoloji prosesə və həcmə müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı istehsalatda istifadəsiz qaldığını, istehsalatın həcminə müvafiq olaraq tərəflərindən öz hesablarına, yeni texnoloji avadanlıqlar alınaraq quraşdırıldığını və bu yaxın günlərdə zavod işə salınacağını bildirmiş və həmin aparatların geriyə götürülməsinə və yenidən ödəmə qrafikinin tərtib edilməsi zamanı geriyə götürülən aparatların qiymətlərinin nəzə rə alınmasına sərəncam verilməsi xahiş edilmişdir.
4. Müqaviləyə 2014-cü il 12 may tarixli D-04-LA/13 saylı razılaşmaya əsasən "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək, 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 il müddətinə ödəniş aparılması şərti ilə yeni ödəniş qrafiki tərtib olunmuşdur. 5. 2015-ci il 24 fevral tarixli 47/15 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Cavabdeh MMCnin "xxxx" ASC-nin texniki və maliyyə dəstəyi ilə gətirilmiş süd zavodu kompleksinin tərəflərindən Zərdab rayon mərkəzində inşa edilmiş binada quraşdırdıqlarını və hal-hazırda 8 çeşiddə sınaq üçün süd məhsulları istehsal etdiklərini, süd zavodunun tam işə salınması məqsədi ilə Cavabdeh MMC tərəfindən, əlavə avadanlıqların alınması üçün daxili imkanlar hesabına, bir milyon manatdan artıq vəsait xərcləndiyini, zavodun sınaq işə salınmasına baxmayaraq müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran, südlü qablara və polistrol stəkanlara doldurma avtomatlarının istehsalatda istifadəsiz qaldığını və bunların gələcəkdə istifadəsi imkan xaricində olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə öz mənfi təsirini göstərməkdə olduğunu bildirərək, əhalinin süd və süd məhsullarına olan ehtiyacının daxili istehsal hesabına ödənilməsində zavodun müəyyən müsbət rol oynamasını, onun maliyyə-təsərrüfat fəaliyyətinin daha da yaxşılaşdırılmasını nəzərə alaraq, həmin aparatların "xxxx" ASC tərəfindən geri götürülməsinə göstəriş verilm əsini xahiş etmişdir. 6. 2015-ci il 28 oktyabr tarixli aktla müəyyən olunur ki, Zərdab rayonu ərazisində Cavabdeh MMC-yə lizinqə verilmiş bir dəst süd emalı avadanlıqlarına texniki baxış keçirilmiş, avadanlıqlar saz və işlək vəziyyətdədir, sex istismar olunmur. Bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3 və 5.6-cı bəndlərini əsas tutaraq borc öhdəliyi yarandığı səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 2015-ci il 3 noyabr tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsi xəbərdar edilmişdir. Aktın doğruluğu lizinq verənin texnoloji avadanlıqların lizinqi şöbəsinin müdir əvəzi T.Budaqov, t exnika və texnoloji avadanlıqlara texniki xidmət şöbəsinin baş mütəxəssisi F.Ələsgərov, ümumi şöbənin kuryeri F.Ələsgərov və lizinq alanın nümayəndəsi R.Səfərovun imzaları ilə təsdiq edilmişdir. 7. 2019-cu il 10 oktyabr tarixli ASC/2-115 saylı məktuba əsasən müəyyən edilir ki, "xxxx" ASC "xxxx" MMC-nin 105/18 saylı müraciətinə cavab olaraq avadanlıqların sonuncunun sifarişinə əsasən alındığını, qarşılıqlı razılaşdırılmış və imzalanmış lizinq müqaviləsi əsasında uzun müddət əvvəl təhvil verildiyini, bu baxımdan avadanlığın bir hissəsinin geri götürülməsinin imkanları xaricində olduğunu bildirmişdir. 8. "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli QXM266 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-yə aid 29 adda avadanlıqların bazar dəyəri 848.000 manat təşkil edir. 9. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək, "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabd eh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 6 iyul tarixə müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
12. İddiaçı Cavabdeh MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təs ərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanmasından bir müddət sonra cavabdehin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaranmış, "xxxx" ASC tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmış və istismar olunmamışdır. Belə ki, cavabdeh tərəfindən qeyd o lunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova 2012-ci il 12 dekabr, 2013-cü il 12 iyul və 2013-cü il 29 oktyabr tarixində müraciətlər edilmişdir. 2014-cü il 14 aprel tarixində istehsalatın həcminə müvafiq olaraq cavabdeh tərəfindən öz hesablarına yeni texnoloji avadanlıqların quraşdırılması səbəbi ilə avadanlıqların geri götürülməsinə və yeni ödəmə qrafikinin tərtib edilməsi zamanı geri götürülmüş avadanlıqların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahişi ilə yenidən "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova müraciət edilmişdir. Məsələ ilə əlaqədar 2015 və 2018-ci il tarixində cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyin ə və "xxxx" ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevə müraciətlər olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən dəfələrlə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmiş, lakin müraciətləri nəticəsiz qalmış və avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, e-2-2(113)-299/2022 nömrəli qətnaməsi ilə (hakim L.Əliyeva) ilk iddianın qismən təmin edilməsi, cavabdehdən müqavilə üzrə 649.000 manat məbləğində əsas borcun, 60.000 məbləğində dəbbə pulunun, cəmi 709.000 manat məbləği ndə pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 və mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə ilk iddianın və qarşılıqlı iddianın rədd olunması, ilk iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən ilk iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulunun əsas borca nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafey ini nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu 60.000 manat məbləğində müəyyən etmişdir.
16. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə göstərmişdir ki, cavabdeh həmin tələbin əsası kimi mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilən və quraşdırılmayan bir sıra avadanlıqların zavodun anbarında istifadəsiz vəziyyətdə qalmasına və istismar olunmasına istinad etsə də, göstərilən halları təsdiqləyən mötəbər sübutları təqdim etməmişdir. Əksinə, avadanlıqların təhvil-təslimi haqqında 2021-ci il 25 dekabr tarixli aktdan görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq edilmişdir.
17. Həmçinin, cavabdeh lizinq obyekti olan avadanlıqlar təhvil verilərkən lizinq ve rən tərəfindən quraşdırılmamasını iddia etsə də, müqavilənin bağlanmasından keçən 9 il ərzində avadanlıqların quraşdırılması ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi iş materialları ilə müəyyən edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən "xxxx" ASC-yə avadanlıqların geri götürülməsi ilə bağlı ünvanlanmış çoxsaylı müraciətlərin heç birində avadanlıqların geri götürülməsi tələbinə əsas kimi lizinq verən tərəfindən avandanlıqların quraşdırılmamış vəziyyətdə lizinq alana təhvil verilməsinə istinad olunmamışdır. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar da lizinq obyekti olan avadanlıqların lizinq verən tərəfindən quraşdırılmamasına dair qarşılıqlı iddianın dəlillərin əsassızlığına dəlalət edir.
18. Həmçinin, lizinq obyekti olan avadanlıqların bir qisminin cavabdeh tərəfindən istifadə ed ilməməsi də müəyyən olunmamışdır. Belə ki, göstərilən halı təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi 2015-ci il 28 oktyabr tarixli aktın birinci hissəsində sexin istismar edilməməsi qeyd edilsə də, ikinci hissəsində sexin süd məhsullarından boşaldılması üçün lizinq alana vaxt verildiyi göstərilmişdir. Halbuki, avadanlıqların istismar edilməməsi həmin avadanlıqlarda süd məhsullarının saxlanılmasını istisna edir. Göründüyü kimi sözügedən akt ziddiyyətli olmaqla mübahisəli avandanlıqların lizinq alan tərəfindən istifadə olunmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etməmişdir.
19. Bundan başqa, lizinq alanın lizinq obyekti olan avadanlıqların bir hissəsindən istifadə etməməsi müəyyən olunsa belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməzdi. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmasını və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmamasını tələb etmək hüququna malik olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır.
20. Hazırkı halda tərəflər arasında lizinq obyekti olan avadanlığın bir hissəsinin geri götürülməsi və ödəniş qrafikinə buna müvafiq olaraq dəyişikliklər edilməsi barədə müqavilə tərəfləri arasında hər hansı razılaşma (müqaviləyə dəyişiklik edilməsi barədə 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşma istisna olmaqla) olmamış, eləcə də lizinq verən tərə findən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına yol verilməmişdir. Tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin, cavabdeh müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı tələb irəli sürməmişdir. Bundan əlavə lizinq alanın lizinq obyektindən istifadə etməsinə dair marağının olmaması əsası ilə lizinq müqaviləsinin birtərəfli qaydada dəyişdirmək hüququ qanunvericilikdə nəzərdə tutulmamış və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də irəli gəlmir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.5, 6.2, 421.1, 421.2, 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1, Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə 2022-ci il 11 oktyabr tarixli rəyə əsasən lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiy a və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq 2015-ci il 3 noyabr tarixdən etibarən hesablanmadığı halda 2021-ci il 6 iyul tarixə olan ümumi qalıq borc 165.900 manat məbləğində müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 nömrəli qətnaməsi ilə (hakim R.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Məmmədovdan və V.Baxışovadan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiada irəli sürülmüş əsas borcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulunun tutulması hissəsind ə və qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 165.900 manat məbləğində pul vəsaitinin tutulması, ilk iddia tələbinin dəbbə pulunun tutulması hissəsində təmin olunmaması, qarşılıqlı iddia tələbi qismən təmin olunaraq 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuş, qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən normalarında, habelə tərəflər arasında bağlanmış müqavilədə liz inqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qaytarılması imkanını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Bununla belə, nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə bunu qadağan edən hər hansı bir norma da yoxdur. Hazırkı işin halları bundan ibarət olmuşdur ki, cavabdeh "xxxx" ASC-yə müraciət edərək, lizinq avadanlıqlarının bir hissəsinin geri götürülməsini xahiş etmişdir. Belə ki, lizinq müqaviləsi bağlandıqdan qısa müddət sonra lizinq alan avadanlıqların bir hissəsinin quraşdırılmadığını və istifadə olunmadığını bildirərək, iddiaçıdan dəfələrlə həmin avadanlıqların geri götürülməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məktublar Mülki Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvi nə dair bildirişə bərabər sənəd hesab olunur.
26. İddiaçı əvvəlcə həmin məktublara cavab verməsə də, 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlara texniki baxış keçirərək, avadanlıqların saz və işlək vəziyyətdə olunduğunu, sexin istismar olunmadığını aşkarlamış, borc öhdəliyi yaranması səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 2015-ci il 3 noyabr tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə cavabdehin nümayəndəsini xəbərdar etmişdir. Göründüyü kimi iddiaçı hazırda həmin avadanlıqların geri götürülməsi ilə razılaşmasa da, cavabdehin müqavilənin qeyd olunan avadanlıqlara münasibətdə ləğvinə dair bildirişin ə (məktublarına) öz razılığını bildirmiş, bununla bağlı aktiv hərəkətlər edərək 2015-ci il 28 oktyabr tarixdə mübahisəli ərazidə avadanlıqlarına texniki baxış keçirərək, akt tərtib etmiş, həmin aktı sonradan mübahisələndirməmişdir. Həmin aktda qeyd olunan 5 gün müddətində isə cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin avadanlıqlara münasibətdə 2015-ci il 3 noyabr tarixdə ləğv edilmiş sayılmalıdır. Əks yanaşma, yəni avadanlıqları qəti şəkildə istəmədiyi və istismar etmədiyi halda (iddiaçı həmin halları aktda təsdiq etmişdir) onlara münasibətdə məcburi qaydada lizinq münasibətlərində qalması və ödənişlərin tutulması müqavilə azadlığı prinsipinə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, həmin avad anlıqlar lizinq müqaviləsinin bağlandığı 2013-cü il 18 may tarixdə deyil, bundan təxminən 6 və 2 il əvvəl, yəni 2007-ci ilin noyabr və 2011-ci ilin noyabr aylarında alqı-satqı müqavilələri əsasında alınmışdır. Bu fakt, iş materiallarında olan alqı-satqı müqavilələri ilə öz təsdiqini tapır.
27. Göründüyü kimi avadanlıqlar məhz cavabdehin sifarişi əsasında xüsusi olaraq onun üçün alınmamış, iddiaçının təklifi əsasında ona lizinqə verilmiş, hətta quraşdırılmamışdır. Bu baxımdan, həmin avadanlıqlar iddiaçıya geri qaytarıldığı təqdirdə belə yenidən üçüncü şəxslərə lizinqə verilməsi imkanı istisna olunmur. Beləliklə məhkəmə kollegiyası iddiaçının öz hüquqlarından sui-istifadə edərək avadanlıqların geri götürülməsi əvəzinə onlara görə də lizinq ödənişlərinin tələb olunması qənaətinə gəlmiş və hes ab etmişdir ki, avadanlıqlar iddiaçıya qaytarılmalı və onların dəyəri yaranmış borcdan çıxılmalıdır.
28. Apellyasiya kollegiyası əlavə etmişdir ki, borc məbləği tamamilə yeni qaydada, yuxarıda qeyd olunan avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq yenidən hesablandığından cavabdeh tərəfindən ödənişlərin nə zamandan etibarən və neçə müddət ərzində gecikdirildiyini müəyyən etmək mümkün deyildir və bu səbəbdən cərimənin tutulması hissəsində ilk iddia rədd edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 16.1, 421.1, 421.3, 425.1, 425.2, 462.1, 560.2, 690, 691.4, 747.1, 751-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli, 2-2(102)-164/2023 nömrəli qərarı ilə (hakim B.Qəribovun sədrliyi və məruzəsi ilə, hakimlər B.Məmmədlidən və Ə.Əhmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 22(103)-400/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2013-cü il 18 yanvar tarixli lizinq müqaviləsind ən görünür ki, lizinq verən dəyəri 882500,00 manat olan və müqavilənin tərkib hissəsi sayılan 1 №-li əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156000,00 manat olan bu müqaviləyə 2 №-li əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqları 9 il müddətinə lizinq alana lizinqə verir. “Avadanlıqların təhvil-təslimi haqqında” 2012-ci il 25 dekabr tarixli aktdan isə görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq olunmuşdur.
33. Cavabdehin iddiaçıya ünvanlandığı yuxarıda göstərilən məktublarda isə 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğu su”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların geriyə götürülməsi xahiş edilmişdir. Həmin avadanlıqlardan 4 ədədi müqavilənin 1№-li əlavəsi kimi müəyyənləşdirilən “Texnoloji avadanlıqların texniki təsnifatı”na əsasən 22 adda avadanlıqdan ibarət olan məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xəttinin tərkibində, 1 ədəd isə müqavilənin 2№ li əlavəsi kimi müəyyənləşdirilən “Texniki təsnifatı və qiymət cədvəli”ndə göstərilən 7 adda avadanlığın tərkibinə aiddir. O da qeyd edilməlidir ki, həm müqavilə, həm də müqaviləyə 1№ li əlavədə göstərilən avadanlıqların məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti kimi mürəkkəb əmlak təəssüratı yaradır.
34. Belə ki, Mülki Məcəllənin 135.9-cu maddəsinə görə əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Bu cür vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsi həmin texnoloji xəttin bir əmlak olub-olmamasını araşdırmalı cavabdeh tərəfindən geriyə götürülməsi xahiş edilən avadanlıqların texnoloji xətdən ayrılması mümkünlüyünü, bunun nəticəsində onun tamlığının pozulub-pozulmamasını, texniki və məhsuldarlıq parametrlərinə neqativ təsir göstərib- göstərməməsinı qiymətləndirilməli idi.
35. Bundan başqa, apellyasiya məhkəməsi cavabdeh tərəfindən həmçinin ödənişlər in edilmədiyini vurğulamışdır. Lakin iş materiallarında olan kassa-mədaxil order qəbzlərindən görünür ki, aktın tərtib edildiyi 2015-ci il 28 oktyabr tarixindən sonra da texnoloji avadanlıqlarla bağlı cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilmişdir. Digər tərəfdən 2017-2020-ci illərdə də təyinatı və əsası 2013-cü il 13 yanvar tarixli 04LA/13 nömrəli müqavilə üzrə olan ödənişlərin edildiyi iş materiallarındakı sənədlərlə təsdiq olunur. Belə olan təqdirdə, həmin ödənişlərin konkret olaraq geri qaytarılması xahiş olunan avadanlıqları da əhatə edib-etməməsi aydınlaşdırılmadan apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət anlaşılan deyildir.
36. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh in iddiaçıya ünvanlandığı məktublar müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur. Bununla bağlı kassasiya kollegiyası qeyd etmişdir ki, doğurdan da Mülki Məcəllənin 690-cı maddəsində əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu göstərilmişdir. Lakin o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 689.2-ci maddəsinin göstərişinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 690-cı maddəsinin birbaşa tətbiqi yalnız kirayə müqaviləsində müddətin müəyyənləşdirilmədiyi halda mümkündür. Hazırkı iş üzrə lizinq müqaviləsində isə müddət müəyyənləşdiril mişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 689.2-ci maddəsinin tələbinə əhəmiyyət verilməməsi iş üzrə doğru olmayan nəticəyə gəlməyə səbəb olmuşdur.
37. Bundan başqa, kassasiya kollegiyası vurğulamışdır ki, məzmunu iki hissədən ibarət olan 2015-ci il 28 oktyabr tarixli aktın özündə də biri-digəri ilə ziddiyyət təşkil edən 2 hal göstərilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətlərin aradan qaldırılmaqla əsl mahiyyətini müəyyənləşdirmədən qətnaməni çıxararkən onu əsas götürmüşdür.
38. O da qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2-ci maddəsi). Lakin bu normaların tələbləri hazırkı mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır.
39. Bundan başqa, işdən göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsində lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borc dan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2015-ci il 3 noyabr tarixindən ləğv edilmiş sayılmalı olması barədə qətnamə qəbul etməklə faktiki olaraq qarşılıqlı iddia tələbindən kənara çıxaraq və MPM-in 218.3-cü maddəsinin tələbini pozmaqla qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli, 2-2(103)-29/2024 nömrəli qətnaməsi ilə (hakim R.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, e-2-2(113 )299/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
41. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, apardığı hüquqi qiymətləndirmə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh lizinq ödənişlərini lazımi qaydada həyata keçirməmiş, nəticədə borcu yaranmışdır.
42. Belə olan halda isə, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulunun əsas borca nisbətini, eləcə də tərəflərin mənafeyini nəzərə alaraq yüksək dəbbə pulunun 60.000 manat məbləğinədək azaldılmasını məqsədəmüvafiq hesab etmişdir.
43. Qeyd edildiyi kimi, cavabdehin əsas dəlilləri lizinqə götürdüyü avadanlıqların bəzilərinin (pasterizasiya və soyutma qurğusu, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı) iddiaçı tərəfindən geriyə götürülməsi və onların dəyərinin nəzərə alınması (ümumi borcdan çıxılması) ilə bağlıdır.
44. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli avadanlıqlar cavabdeh tərəfindən istifadə olunmasa belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməz. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda, həmin əmlakın lizinq verən tərəfindən qaytarılmalı olması və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmalı olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasınd a bağlanmış müqavilədə nəzərdə tutulmamışdır.
45. Bununla yanaşı, lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına da yol verilməmişdir. Tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
46. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, lizinqə verilmiş avadanlıqların bir hissəsinin sonradan sadəcə lizinq alanın istəyinə görə lizinq verənə qaytarılmalı olması lizinq sahədə qanunvericiliyin mahiyyəti ilə uzlaşmır.
47. Bununla yanaşı, işdə olan 18 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinə görünür ki, lizinq verən dəyəri 882500 manat olan və Müqavilənin tərkib hissəsi sayıl an 1 № li əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156000 manat olan bu müqaviləyə 2 №li əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqları 9 il müddətinə lizinq alana lizinqə verir. “Avadanlıqların təhvil-təslimi haqqında” 2012-ci il 25 dekabr tarixli aktdan isə görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq olunmuşdur. Cavabdeh bunun əksini, yəni lizinq avadanlıqlarının təhvil verilməməsi (quraşdırılmaması) ilə bağlı məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Əksinə, cavabdeh iddiaçıya ünvanladığı məktublarda avadanlıqların quraşdırılmaması səbəbindən deyil, onların istifadə olu nmaması səbəbindən geri götürülməsini xahiş etmişdir. Cavabdeh ümumiyyətlə qeyd edilən hissədə öhdəliyin iddiaçı tərəfindən əhəmiyyətli pozulması halını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir.
48. Halbuki, mülki qanunvericiliyin tələbinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
49. Eyni zamanda, işdə müqavilə tərəflərinin qarşılıqlı razılığını (qarşılıqlı iddiada göstərilən lizinq predmetlərinin q aytarılması və s.) təsdiq edən hər hansı mötəbər sübut da mövcud deyildir.
50. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisə predmeti olan lizinq avadanlıqların geri götürülməsi barədə iddiaçıya müraciətlər etməsi də vəziyyəti dəyişdirmir. Çünki, müqavilənin iddiaçı tərəfindən əhəmiyyətli pozuntusu hallarına yol verilmədiyi və ya qarşılıqlı razılıq olmadığı təqdirdə, sadəcə cavabdehin istəyinə görə müqavilədən qismən imtina yolverilməzdir və qanunvericiliyin tələbləri ilə uzlaşmır.
51. Cavabdeh həmçinin 2015-ci il 28 oktyabr tarixli akta əsaslansa da, həmin aktda iddiaçının məhz mübahisəli lizinq avadanlıqlarını geri götürülməsinə razılığının ifadə olunması görünmür. Əksinə, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı və s. qeyd olunmuşdur.
52. Bunun la yanaşı, apellyasiya məhkəməsi kassasiya instansiyasının göstərişlərinə əsasən, lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqların vahid tam halda mürəkkəb əmlak təşkil edib-etməməsi, habelə lizinq ödənişlərinin qaytarılması tələb olunan avadanlıqları da əhatə edib-etməməsi və s. bu kimi halların müəyyən olunması üçün müvafiq ekspertizalar təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası ekspert rəyinə əsasən - tərəflər arasında bağlanmış 13 yanvar 2013-cü il tarixli, 04LA/13 saylı lizinq müqaviləsinin şərtləri, iş materiallarında olan ödəniş tapşırıqları, kassa mədaxil orderləri, ödəniş qrafiki, Müqavilə üzrə 1 və 2 saylı Əlavələr, texniki təsnifat və qiymət cədvəlləri nəzərə alınmaqla, 106.000,00 manat məbləğində lizinq ödənişlərinin 1 ədəd “Məhsuldarlığı 2500s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” avadanlıqları üzrə ödənilməsi müəyyən olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli tikinti-texniki ekspertizası ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 13 yanvar 2013-cü il tarixli, 04-LA/13 saylı Lizinq müqaviləsi və ona əlavələrə əsasən orada göstərilən avadanlıqlar məcmu halında məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti kimi mürəkkəb vahid əmlak yaradıb-yaratmaması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, birinci sual üzrə tədqiqat aparılmamışdır. Həmçinin, cavabdehin qaytarı lmasını tələb etdiyi avadanlıqlara baxış zamanı onların texnoloji xəttə qoşulmadığı, süd emalı zavodunda avadanlıqların kompleks şəkildə quraşdırılmış vəziyyətdə olduğu, həmin avadanlıqların su, elektrik və kanalizasiya xəttinə qoşulduğunu nəzərə alaraq, cavabdehin qaytarılmasını tələb etdiyi avadanlıqların texnoloji xətdən müstəqil şəkildə xəttin tamlığını pozmadan ayrılmasının mümkün olduğu müəyyən olunmuşdur.
53. Yaranmış zərurətlə əlaqədar tikinti-texniki ekspertizanı aparmış ekspert Xəyyam İsgəndərov apellyasiya instansiyası məhkəməsi tərəfindən dəvət olunmuş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, avadanlıqlar hissəvi olmaqla, istehsalın başlanılıb aparılması üçün vahid tam yaradır. Baxış zamanı cavabdeh tərəfin geri götürülməsini tələb etdiyi avadanlıqlar qablaşdırılmış şək ildə kənara yerləşdirilmişdir. Kənara qoyulmuş avadanlıqlar isə cavabdeh tərəfindən digər avadanlıqlarla əvəz olunmuşdur. Əgər cavabdehin hazırda istifadə etmədiyi avadanlıqlar başqaları ilə əvəz olunmasa idi, o zaman ümumi süd emalı prosesi aparıla bilməzdi. Bu halda isə məcburiyyətdən hazırda qoşulmamış avadanlıqlar istifadə olunmalı idi. Həmin avadanlıqların hər biri birlikdə vahid tam yaradır və bir prosesin aparılması üçün nəzərdə tutulmuş vahid əşyadır. Həmçinin, ekspert rəydə məhkəmənin birinci sualına (avadanlıqların mürəkkəb vahid tam əmlak yaradıb-yaratmaması) cavab verməməsinin səbəbini, sualı tam başa düşməməsi kimi izah etmişdir.
54. Bununla yanaşı, iş materiallarından, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə iclasları zamanı verdiyi izahatlarında cavabdehin qaytarmaq istəd iyi avadanlıqların onlara lazım olmadığı, onların başqa avadanlıqlarla əvəz olunaraq emal prosesinin həyata keçirildiyi öz əksini tapmışdır. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə və ona Əlavələrdə hazırda cavabdehin geri götürülməsini tələb etdiyi avadanlıqların, vahid tam yaradan əmlaklardan ayrılmasını nəzərdə tutan hər hansı müddəa nəzərdə tutulmamışdır.
55. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2013-cü il tarixli lizinq müqaviləsi və ona əlavələr üzrə iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş avadanlıqlar vahid tam yaratmaqla bir əmlakdır (mürəkkəb əmlakdır).
56. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan ödəniş qrafikində də ödənişlərin konkret əşyalara görə deyil, ümumi formada, hissə-hissə (rüblük) həyata keçirilməli olması göstərilmişdir. Eyni zamanda, cavabdehin həyata keçirdiyi ödənişlərlə bağlı təqdim olunmuş sübutlardan (ödəniş tapşırığı, kassa mədaxil orderi) da, ödənişlərin konkret avadanlığa görə həyata keçirilməsi qeyd olunmamışdır. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası ekspert rəyinin nəticə hissəsində ekspert cavabdeh tərəfindən həyata keçirilmiş 106.000 manat məbləğində lizinq ödənişlərinin 1 ədəd “Məhsuldarlığı 2500s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” avadanlıqları üzrə ödənilməsinin müəyyən olunmamasını qeyd etmişdir. Halbuki, ekspertiza rəyinin əsaslandırıcı hissəsində ekspert qeyd etmişdir ki, ödəniş qrafikində rüblük lizinq ödənişlərinin hansı avadanlıqlara aid olması göstərilməmişdir. Rəydən görünür ki, ekspert yalnız özünün subyektiv ehtimallarına əsaslanmış, gəldiyi nəticə isə iş materialları ilə təsdiq olunmur. Belə olan halda isə, məhkəmə kollegiyası ekspertiza rəyini qarşılıqlı iddianın həlli istiqamətində mötəbər sübut kimi qəbul etməmişdir.
57. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər lazımi qaydada icra olunmamış, nəticədə cavabdehin 640.000 manat əsas borcu qalmış, eyni zamanda öhdəliyin icra olunmaması ilə bağlı dəbbə pulu hesablanmışdır. Qarşılıqlı iddia isə tam əsassızdır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı süb utu məhkəməyə təqdim edə bilməmiş, tələbini və etirazını əsaslandırmamışdır.
58. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 135.9, 385.1, 386.1, 398.1, 399.1, 421.1, 421.2, 421.3, 425.1, 425.2, 442, 443.1, 448.1, 462.1, 560.2, 689.1, 689.2, 690.1, 690.2, 690.3, 747.1, 747-2, 748-1.12, 748-1.12.4, 748-10.2, 748-10.4, 751-ci, Mülki Prosessual Məcəllənin 14.2, 63.1, 76.2, 77.1, 88, 101.7, 217.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
59. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli, 2-2(103)-29/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tə min edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 60.1. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi üzrə - Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. 60.2. Mülki Məcəllənin 425.2-ci maddəsi üzrə - "xxxx" ASC tərəfindən müqavilə üzrə razılaşdırılmış avadan lıqlar yerinə başqa aparatlar verildiyindən cavabdeh istehsalat aparılan zaman problemlərlə qarşılaşmışdır. Buna görə də, cavabdeh onun südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparatların geriyə götürülməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etməsinə baxmayaraq onlar tərəfindən heç bir tədbir görülməmişdir. 2015-ci il 24 fevral tarixində cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə eyni əsaslardan müraciət etmiş və avadanlıqların "xxxx" AS C tərəfindən geri götürülməsinə göstəriş verilməsini xahiş etmişdir. Buna baxmayaraq "xxxx" ASC tərəfindən yenidən heç bir tədbir görülməmişdir. İş üzrə aparılmış ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 30 dekabr tarixli tikinti-texniki ekspertizası ekspert rəyində “cavabdehin qaytarılmasını tələb etdiyi avadanlıqların texnoloji xəttə qoşulmadığı və süd emalı zavodunda avadanlıqların kompleks şəkildə quraşdırılmış vəziyyətdə olduğu, həmin avadanlıqların su, elektrik və kanalizasiya xəttinə qoşulduğunu nəzərə alaraq, cavabdehin qaytarılmasını tələb etdiyi avadanlıqların texnoloji xətdən müstəqil şəkildə xəttin tamlığını pozmadan ayrılmasının mümkün olduğu müəyyən olunması” qeyd edilir. Həmçinin məhkəmə iclas zalına dəvət edilmiş ekspertin izahatından görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən quraşdırılmış avadanlıqların bir hissəsindən istifadə etməmiş, daha doğrusu işlək vəziyyətdə olmadığından istifadə edə bilməmişdir. Aparılmış ekspertiza zamanı tərəflər arasında bağlanmış 2013-cü il 13 yanvar tarixli 04LA/13 saylı lizinq müqaviləsinə əsasən aparılmış ödənişlərdə 1 ədəd “Məhsuldarlığı 2500s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” avadanlıqları üzrə ödənilməsi müəyyən olunmamışdır. Bütün bunlardan da göründüyü kimi, cavabdeh dəfələrlə "xxxx" ASC-yə çalışmayan avadanlıqların geri götürülməsi və onların dəyərinin borcdan çıxarılması ilə bağlı müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya instansi yası məhkəməsi ekspert rəylərini qiymətləndirməmişdir. 60.3. Mülki Məcəllənin 421-ci maddəsi üzrə - Cavabdeh tərəfindən dəfələrlə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmiş, müraciətlər nəticəsiz qalmış və avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur.
61. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
62. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
63. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbin ə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
64. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsin i tam mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keç irərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədə n icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilmə si də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
66. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
68. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etməməsini müəyyən etməklə, borcun tutulmalı olması qənaətinə gəlmişdir.
69. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, ape llyasiya məhkəməsi lizinq müqaviləsinin mahiyyəti, onun şərtləri və ləğvi ilə bağlı mülki qanunvericiliyin normalarının tələblərini mübahisəyə düzgün tətbiq etməklə, qarşılıqlı iddianı əsaslı bilməmiş və müvafiq olaraq, müqavilə üzrə ödənilməmiş lizinq borcunun tam tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. (bax bənd 44-51) Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır və prosessual qənaət prinsipinə əsasən təkrarlanmasını zəruri bilmir.
70. Bu hissədə kassasiya şikayətinin dəlilləri həmçinin işin faktiki hallarının düzgün müəyyən olunmaması, sübutların düzgün qiymətləndirilməməsindən ibarətdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehdən tutulan dəbbə pulu üzrə borcun məbləğini müəyyən edərkən maddi hüquq normalarını düzgün tə tbiq etməmiş, bununla bağlı formalaşmış məhkəmə təcrübəsini tam nəzərə almamışdır.
72. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tər əflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunveri ci məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
73. Hazırkı işdə apellyasiya məhkəməsi, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə 649000 manat məbləğində əsas borc qarşılığında 60000 manat, yəni əsas borcun 9,2 faizindən artıq məbləğdə dəbbə pulunun tutulmasını əsaslı hesab etmişdir. Lakin, həmin məbləğ kreditorun mənafelərinə uyğun olsa da, öhdəliklərini icra etmək imkanında olmayan borclunu əlavə ağır maddi yük altına qoyur. Bu səbəbdən, kassasiya kollegiyası cavabdehdən tutulan dəbbə pulu üzrə məbləğin ədalətsiz olması qənaətinə gəlir və bu məbləğin dəyişdirilərək əsas borcun 5% hissəsində, yəni 32450 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli qətnaməsi Cavabdeh MMC-dən tutulan dəbbə pulu borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan dəbbə pulu 32450 manat, müvafiq olaraq isə ümumi borc 681450 manat məbləğində müəyyən edilməlidir.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 26 aprel tarixli, 2-2(103)-29/2024 nömrəli qətnaməsi Cavabdeh MMC-dən tutulan dəbbə pulu borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh MMC-də n iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulan dəbbə pulu 32450 (otuz iki min dörd yüz əlli) manat, ümumi borc 681450 (altı yüz səksən bir min dörd yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.