Məhkəmə qərarları › İş №2-2(102)-518/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-518/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-518/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X3.Ltd” şirkətinin cavabdehlər "X2 Commercial Services" MMC-yə, “X” şirkətinə, Vəkil4 və Vəkil2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı “X3.Ltd” şirkətinin vəkili Nümayəndə1, cavabdeh “X” şirkətinin vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul ta rixli 2-2(103)512/2021 saylı qətnaməsindən iddiaçı “Logistics Co.Ltd” şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “X3.Ltd” şirkəti və “X” şirkəti arasında bağlanan 2017-ci il 4 avqust tarixli daşınma xidməti üzrə müqaviləyə əsasən Greentrans (ekspeditor) müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə və müştərinin hesabına qeyd olunan işləri yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi öhdəsinə götürür. 2. “X3.Ltd şirkəti (icarəçi) və "X2 Commercial Services" MMC (icarəyəverən) arasında bağlanan 2018-ci il 23 noyabr tarixli MSCS/AZB/103/2018 saylı kommersiya icarə müqaviləsinə əsasən iddiaçı Murphy şirkətinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu kilometr ünvanda yerləşən anbarında müv afiq qoşmalarda göstərilən şərtlərə uyğun olaraq, ərazi icarəyə götürür. İddiaçı bu müqavilədə qeyd olunan razılaşdırılmış qaydada, müddətdə və şərtlərlə icarə haqqını ödəyir. 3. “X3.Ltd şirkəti tərəfindən Murphy şirkətinə və Greentrans şirkətinə ünvanlanan pretenziya məktublarından görünür ki, 2019-cu il 25 may tarixində Murphy-nin saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün “İddiaçı Logistics Co.Ltd şirkətinin saxlama üçün verdiyi metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı “X” şirkətinin yük avtomobilinə yükləmiş və iddiaçıya məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün Murphy şirkətinin ərazisində olan digər saxlama yerinə getməsi xahiş edilmişdir. Greentrans şirkəti qeyd olunan yükü Murphy şirkətinin ərazisində digər sax lama yerinə yaxınlaşdırarkən ərazidə asfalt örtüyü ilə örtülməmiş hissədə metalların həcmli ştamplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyana görə dəzgahın əsas dəyəri olan 50.029 ABŞ dollarının, 20.000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15.000 ABŞ dolları dəyərində olan xərcin, 25.000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 5.500 ABŞ dolları hüquqi xidmət xərclərinin 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsindəki icraat 4. 2020-ci il 17 iyun tarixində “X3.Ltd” şirkəti (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra mətndə Murphy şirkəti), “X” şirkətinə (bundan sonra mətndə Greentrans şirkəti), Vəkil4 və Vəkil2 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50.029 ABŞ dollarının, 20.000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15.000 ABŞ dolları dəyərində olan xərcin, 25.000 ABŞ dolları dəyərində olan i ddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2.500 ABŞ dolları hüquqi xidmət xərclərinin Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Murphy və Greentrans şirkətlərindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ildir ki, Murphy şirkətinin saxlama və yükləmə-boşaltma xidmətlərindən, Greentrans şirkətinin daşıma xidmətlərindən istifadə etmişdir. Azərbaycan Respublikasında həmin daşıma xidmətini Greentrans şirkətinin Azərbaycan Respublikasındakı filialı həyata keçirirdi. 2019-cu il 25 may tarixində Murphy şirkəti saxlama yerindən digər təyinat məntəqəsinə çatdırılması üçün iddiaçının ona saxlama üçün verdiyi metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı Greentrans şirkətinin Azərbaycan Respublikasındakı filialının yük avtomobilinə yükləmiş, iddiaçıya məxsus digər dəzgahı həmin yük avtomobilinə yükləmək üçün onun Murphy şirkəti ərazinizdə olan digər saxlama yerinə getməsini xahiş etmişdir. Greentrans şirkətinin Azərbaycan Respublikasındakı filialı yuxarıda qeyd olunan yüklü avtomobili Murphy şirkətinin digər saxlama yerinə yaxınlaşdırarkən sonuncunun ərazisində asfalt örtüyü ilə örtülməmiş hissədə metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgah yük avtomobilindən yerə aşmış və həmin dəzgah yararsız vəziyyətə düşmüşdür.

6. Qeyd olunan faktla bağlı dəfələrlə Greentrans şirkətinin Azərbaycan Respublikasındakı filialına və Murphy şirkətinə pretenziyalar göndərər ək onlarla görüşlər keçirilmiş, Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin dəzgahın əvvəlki vəziyyətə gətirilməsinin mümkün olmadığı və həmin şəxslərin dəzgahı quraşdırmadan öz vətənlərinə geri qayıtması və onların Azərbaycan Respublikasına gəlmə, qayıtma və qalma xərcinin də iddiaçının üzərinə düşməsi, hazırki işin hüquqi xidmətdən istifadə etməsi nəticəsində həllinə nail olmaq yolunda iddiaçının atdığı addımlar da hüquqi xidmət xərclərinə də gətirib çıxarması müzakirə olunmuşdur. Cavabdehlər göstərilən pretenziya və danışıqlara heç bir müsbət cavab verməmişdirlər.

7. Qeyd olunan maddi ziyanla yanaşı, iddiaçı digər tərəfdaşı olan Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında işgüzar nüfuzunu itirmişdir. Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın Azərbaycan Respublikasına çatdırılması 5-6 ay ləngimiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihə nəzərdə tutulduğu vaxtdan gec başa çatmışdır. Lakin aparılmış danışıqlar iddiaçı ilə cavabdehlər arasında olan mübahisənin həlli üçün heç bir müsbət nəticə verməmişdir. Bu əsasla da iddiaçı Murphy şirkətinə qeyd olunan dəzgahların saxlanması üçün ödəniş etməmiş, əksinə bundan sonra Murphy şirkəti iddiaçıya qarşı iddia qaldıraraq iddiaçıdan Murphy şirkətinin xeyrinə 8.985,66 USD əsas borc, 5.226 USD dəbbə pulu (cərimə) cəmi 14.211,66 USD vurulmuş zərərin əvəzi 1.200 AZN və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 mart tarixli e-2-2(113)-158/2020 saylı qətnaməsi ilə iddia qismən tə min olunmuş və iddiaçıdan 8.985,66 ABŞ dolları əsas borc, 4,34 ABŞ dolları dəbbə (cərimə) pulu olmaqla, cəmi 8.990 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 16,37 manat məbləğində pulun tutularaq Murphy şirkətinin xeyrinə ödənilməsi qət olunmuş, vurulmuş zərərin əvəzi kimi 1.200 manat məbləğində pul tələbi hissəsində isə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli 22(103)-389/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının 6.1-ci maddəsində qeyd olunur ki, avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən bağlamaların, örtüklərin çıxarılması, bortların (çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. Həmin qaydaların 6.2-ci daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi, bortların (lyukların) bağlanması prosesinə nəzarət etməlidir. Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və yazədələnməsinə görə məsuliyyət daşıyır. 10. 2019-cu il 25 may tarixində metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı daşıyan “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi 12.03.1961-ci il təvəllüdlü Vəkil4 hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyır.

11. Məhkəmə araşdırması zamanı iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50.029 ABŞ dollarının, 20.000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilm əsi və yaşaması üçün çəkilən 15.000 ABŞ dolları dəyərində olan xərcin, 25.000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2.500 ABŞ dolları hüquqi xidmət xərclərinin Azərbaycan manatı məzənnəsi ilə, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər – Murphy şirkəti, Greentrans şirkəti, Vəkil4 və Vəkil2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının 6.1, 6.2, 6.3, 6.6, 6.7, 6.11-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə “MM”) 21, 1108.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli e-2-2(113)-144/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim S.Nuriyeva).

14. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin özünün də etiraf etdiyi kimi, Greentrans şirkəti ilə daşıma ilə bağlı hər hansı rəsmiləşdirilmə aparılmamış, 2019-cu il 29 may tarixdə iddiaçıya məxsus əmlakın Greentrans şirkətinə daşıma üçün təhvil verilməsi ilə bağlı hər hansı qaimə və ya sənəd mövcud deyildir və daşımanın həyata keçirilməsi ilə bağlı hər hansı qaimə və ya yazılı bildiriş məhkəməyə lazımi qaydada təqdim edilməmişdir. Eyni zamanda, Murphy şirkətinin saxlama yerində iddiaçıya məxsus əmlakın mövcudluğu barədə hər hansı sübut yoxdur.

15. Məhkəmə bu qənaətini MM-ni n 850.1, 851, 853, 854.1, 854.2, 854.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2013-cü il 18 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 2013-cü il 9 dekabr tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 77.1, 89.1, 89.3, 107, 119.1, 217.4, 218.3cü maddələrinə istinad edərək əsaslandırmışdır.

16. İddiaçı 2021-ci il 30 mart t arixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 22(103)-512/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli e-2-2(113)-144/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov və V.Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş materiallarına əsasən tərəflər arasındakı müqavilə yükləmə-boşaltma xidmətlərinin göstərilməsi ilə bağlı olmamış, 2018-ci il 23 noyabr tarixində onlar arasında ba ğlanmış “kommersiya icarə” müqaviləsinin şərtlərinə əsasən müəyyən olunur ki, icarəyə verən belə bir öhdəliyi üzərinə götürməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Hətta, iddiaçının şifahi tapşırığı ilə başqa yerə aparılması üçün yükləmə işləri Murphy şirkəti tərəfindən həyata keçirilmiş olsa belə, sonuncunun üzərinə həmin yükləmədən sonra, dəzgahı avtomobilə bərkitmək kimi öhdəliyi sübutlarla təsdiq olunmur.

19. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı, ən azından daşıyıcı kimi aralarında bağlanmış daşıma xidməti müqaviləsinə istinadən, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbini Greentrans şirkətinə qarşı irəli sürmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı ilə Greentrans şirkəti arasında 2017-ci il 4 avqust tarixdə daşıma müqaviləsi bağlansa da, iddiaçı tərəfindən m übahisələndirilən dəzgahın daşınması üçün Greentrans şirkətinə sifariş verilməsi və daşıma ilə bağlı digər sənədlərin təqdim edildiyi təsdiq olunmur. Halbuki, həmin daşıma xidməti müqaviləsinin 2-ci bəndinin şərtlərindən görünür ki, ekspeditora nəqliyyat-ekspeditor əməliyyatlarını həyata keçirmək hüququ verən vəkalətnamə, yükün daşınması haqqında yükün daşınması haqqında yazılı sifariş, yükün xüsusiyyətlərini əks etdirən sənəd, mənşə ölkəsini göstərən və s. səndələri vermək müştərinin üzərinə düşən öhdəliyi kimi nəzərdə tutulmuşdur. Lakin konkret halda, mübahisələndirilən dəzgahın daşınması ilə bağlı qeyd olunan müqavilə şərtlərinə müvafiq olan sənədlərin Greentrans şirkətinə təqdim edildiyi sübuta yetirilmir.

20. İddiaçının istinad etdiyi və işə əlavə edilmiş “elektron poçt” yazışmaları na gəldikdə isə birincisi, qarşı tərəf onları qəbul etmir. İkinci, bir tərəfdən, həmin yazışmalarda yükün aşdığı iddia olunan 2019-cu il 25 may tarixinədək olan dövr üzrə ekspeditor Greentrans şirkətinə mübahisələndirilən yükün daşınması ilə bağlı sifariş verildiyi müəyyən edilməmişdir. Həmin tarixdən sonrakı dövrə təsadüf edən yazışmalarda da həmin dəzgahın daşınmasının Greentrans şirkəti tərəfindən həyata keçirilməsini təsdiq edə bilən mötəbər məlumatlara rast gəlinmir.

21. İddiaçı, yükün daşındığı iddia olunan “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Vəkil4 və həmin avtomobili idarə edən Vəkil2 qarşı maddi ziyan tələbini isə onların deliktdən (mülki hüquq pozuntusu) əmələ gəlmiş öhdəliyi (mülki məsuliyyəti) ilə və MM-nin 1108-ci maddəsinə istinadən əsaslandırmağa çalışmışdır. Lakin bu zaman, Vəkil4 mübahisəli avtomobilin mülkiyyətçi, Vəkil2 isə onun sürücü olmasını təsdiq edən işə əlavə olunmuş Baş Dövlət Yol Polisinin 2020-ci il 19 fevral tarixli arayışı heç də onların mülki məsuliyyətini sübuta yetirən sənəd kimi qiymətləndirilə bilməz.

22. Beləliklə də, iddiaçının vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin, yəni, iddia olunan maddi ziyanın vurulması ilə bağlı mötəbər sübutlarla əhatə olunan məlumatların mövcudluğu müəyyən olunmur.

23. Məhkəmə bu qənaətini MM-in 386.1, 853.1-1, 853.2, 1096, 1097.1, 1108, MPM-in 14.2, 77.1, 78, 89.1, 89.2, 89.3, 385.2-ci maddələrinə; İHAM-nin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmı şdır.

24. İddiaçı 2021-ci il 13 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Apellyasiya məhkəməsi iş materiallarına təqdim edilmiş dəzgahın yararsız vəziyyətdə olması barədə mütəxəssislərin rəyinə heç bir münasibət bildirməmiş, bu halları öz qətnaməsində əks etdirməmişdir. Məhkəmə iddiaçı ilə Murphy şirkəti arasında “Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahı”n yüklənməsi üçün hansı münasibətlərin mövcud olmasını müəyyən etməmişdir. Belə ki, əvvəl məhkəmə qeyd edir iddiaçı ilə Murphy şirkəti arasında dəzgahın yüklənməsinə dair müqavilə yoxdu r, daha sonra isə qeyd edir ki, hətta olsa belə yükün bərkidilmə öhdəliyinin Murphy şirkətinin üzərinə qoyulmasına dair sübut yoxdur. Halbuki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli 2-2(103)-389/2020 saylı qətnaməsindən görünür ki, Murphy şirkəti iddiaçıya qarşı 2019-cu il 13 iyun tarixli 80354 №-li hesab-fakturası (invoice) göndərmişdir və orada yükləmə boşaldılma halı qeyd olunmuşdur və məhkəmə də hazırda mübahisə olunan yükləmə üçün iddiaçıdan Murphy şirkətinin xeyrinə pul vəsaiti tutmuşdur. Qeyd edilməlidir ki, həmin qətnamə də hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə tərkibi tərəfindən qəbul edilmişdir. Lakin məhkəmə nə qeyd olunan hesab fakturaya (invoice), nə də qətnaməyə münasibət bildirməmişdir.

26. Bundan başqa, məhkəmə apellyas iya şikayətində göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarına münasibət bildirməmişdir.

27. Digər tərəfdən Murphy şirkəti Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı iddiaçının apellyasiya şikayətinə 2021-ci il 31 may tarixli etirazında yazılı şəkildə etiraf etmişdir ki, həqiqətən yükləmə onun tərəfindən həyata keçirilmişdir və bura yalnız tapşırıq müqaviləsinə dair müddəalar tətbiq edilməlidir.

28. Həmçinin, məhkəmə Murphy şirkəti ilə iddiaçı arasında olan email yazışmalarına da hüquqi qiymət verməmişdir. Halbuki, elektron yazışmalardan da göründüyü kimi iddiaçı ilə Murphy şirkəti arasında dəzgahın zədələnməsi ilə bağlı kifayət qədər açıq yazışmalar olmuşdur.

29. Daha sonra məhkəmə qətnamədə iddiaçı ilə Greentrans şirkəti arasınd a mübahisələndirilən dəzgahın daşınması üçün sonuncuya sifariş verilməsi və daşıma ilə bağlı digər sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur. Daşınma üçün sənədləşdirilmənin aparılmamasını heç bir tərəf mübahisələndirmir. Lakin iddiaçı ilə Greentrans şirkəti arasında 2017-ci il 4 avqust tarixində daşıma müqaviləsinin hansı münasibətləri tənzimləməsinə dair suala Greentrans şirkətinin cavab verə bilməməsi məhkəmə tərəfindən qeyd olunmayaraq bu hala qiymət verilməmişdir.

30. Məhkəmənin iddiaçı ilə Greentrans şirkəti arasında olan yükün daşınmasına dair yazışmaları iddianın əsası və sübut kimi qəbul etməməsinin özü birmənalı deyildir. Çünki, bir tərəfdən məhkəmə yazır ki, Greentrans şirkəti yazışmaları qəbul etmir, digər tərəfdən isə yazır ki, həmin yazışmalarda mübahisə olunan yükün daş ınmasına dair idiaçı tərəfindən sifariş yoxdur. Başqa sözlə, bir tərəfdən yazışmaları sübut kimi qəbul edilməmiş, digər tərəfdən həmin yazışmalarda yalnız öz niyyəti üzrə olan hallara toxunmuşdur (Greentrans şirkətinin hadisənin baş verməsini təsdiq edən yazışmalarına heç bir münasibət bildirmir). Lakin məhkəmənin qeyd olunan mövqeyinə əks arqument həm də odur ki, Greentrans şirkəti və ya onun nümayəndəsi heç bir halda yazışmaların olmasını təkzib etməmişdir. 31. “MAN TGA18.410 YÜK” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə və sürücüsünə olan iddia işin materiallarında olan kompleks sübutlar əsasında deyil, konkret sübutlarla əsaslandırmağa çalışmışdır. Baş Dövlət Yol Polisinin 19.02.2020-ci il tarixli arayış məhkəməyə ayrıca sübut kimi deyil, Murphy şirkətinin təqdim etdiyi ”Mobile patrolling report” kitabından çıxarışla (“sürücü Vəkil2 sürdüyü MAN markalı ** GN *** №-li maşına 92 və 126 №-li yeşiklər yüklənmişdir. Sürücü yeni ərazidə maşını döndərərkən 92 №-li yeşiyi aşırmışdır”), Greentransla iddiaçının yazışmaları (10 iyun 2019-cu il saat 10:27-də Greentransın əməkdaşı İnna iddiaçının əməkdaşı Patrickə yazmışdır ki, onların əməkdaşı aşağıdakı məzmunda məktub almışdır... 4-cü yük avtomobili (** GN *** / ** ZA ***) çəkisi təxminən 8.5 ton ağırlığında olan yükün düzgün bərkidilməməsi nəticəsində sıradan çıxmışdır....) ilə birlikdə təqdim edilmişdir. Həmin sübutlarda isə MAN markalı ** GN *** dövlət nömrə nişanlı avtomobilin Vəkil2 tərəfindən idarə olunması nəticəsində mübahisəli yükün həmin avtomobildən (avtomobilə bərkidilmədiyi üçün) aşaraq y ararsız hala düşməsi göstərilmişdir. Heç də təsadüfi deyildir ki, Baş Dövlət Yol Polisinin 2020-ci il 19 fevral tarixli arayışına görə hadisənin baş verdiyi tarixdə mülkiyyətçi Vəkil4 həmin avtomobili idarə etmək üçün Vəkil2 etibarnamə vermişdir. Sübutların bu qədər üst-üstə düşməsi isə yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülkiyyətçinin və onu idarə edənin vurulmuş ziyanı ödəmək öhdəliyini yaradır.

32. Qeyd olunmalıdır ki, məhkəmənin fotoşəkillərə qərəzli yanaşmasını o sübut edir ki, məhkəmə şəkillərdə iddianın rədd edilməsi üçün olan hissələri sadalasa da, şəkillərdə iddianın təmin edilməsi üçün olan hallara qətnaməsində toxunmamış və bu tərəfi aydınlaşdırmamışdır. Həmin hal isə ondan ibarətdir ki, fotoşəkillərdə yüklə işləyən şəxslərin paltarlarının üzərində “Murphy” sözü yazıl maqla Murphy-nin emblemi var. Bunlar aydın şəkildə görsənir. Qeyd olunan yükün MAN markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşıb zədələnməsi faktını isə şəkillər, elektron yazışmalar, ”Mobile patrolling report” kitabından çıxarış və oradakı məlumatlarınavtomobilin dövlət nömrə nişanı, sürücünün adı, tarixlər, yük barədə məlumatların və digər halların üst-üstə düşməsidir.

33. Kassasiya şikayəti MM-in 853.1-1, 853.2, 1096, 1097, 1108; MPM-in 88, 89, 218.1, 418.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalarının 6.1, 6.2, 6.6, 6.7-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayəti yalnız formal mülahizələrdən ibarətdir. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi çıxarılarkən maddi və prosessual hüquq normalarına, Ali Məhkəmə Plenumunun tələblərinə tam riayət olunduğundan, onun ləğvi üçün əsas ola bilən və MPM-nin 418-ci maddəsində təsbit edilmiş meyarlar və əsaslar mövcud deyildir.

35. Eyni tərəflər arasında eyni əsaslarla başqa məhkəmə prosesi olmuş və hazırki is üzrə isə şikayətçinin öz formal mülahizəli şikayətində qeyd etdiyi və yenidən sübut etməyə çalışdığı faktlar əvvəlki məhkəmə prosesində qüvvəyə minmiş, hətta icraya yönəlmiş məhkəmə qətnaməsində qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsilə təsdiq və müəyyən edilmişdir ki, “...cavabdehin apellyasiya şikayətində iddiaçının 2019-cu il 13 iyun tarixli 80354 №-li hesab-fakturasına i stinadən mübahisələndirdiyi hal ondan ibarətdir ki, aralarında olan razılaşmaya əsasən onun tərəfindən həm də iddiaçıya tapşırılmışdır ki, əşyaların (dəzgahların) avtomobillərə yüklənməsi və boşalması xidmətini həyata keçirsin. Lakin iddiaçı həmin öhdəliyini lazımınca yerinə yetirməmiş, yüklər (dəzgahlar) aşılaraq korlanmış onu ziyana salmışdır. Belə olan halda, cavabdeh Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil qeydiyyatı ilə yüklərin daşınması Qaydaları”nın 6.1-ci bəndinə istinadən hesab edir ki, iddiaçı zərər üçün məsuliyyət daşıyır. Tərəflər arasındakı kommersiya icarə müqaviləsinin şərtləri araşdırıldıqda yükləmə-boşaltma xidmətləri ilə bağlı öhdəliklərin mövcudluğu müəyyən olunmur....Cavabdehin bu dəlilindən dolayısı ilə bel ə anlaşılır ki, tərəflər arasında həm də şifahi formada tapşırıq müqaviləsi də bağlanmışdır...” İş materiallarına əsasən isə iddiaçıya tapşırıq (vəkalət) verən cavabdeh tərəfindən vəkalət alan iddiaçıya yüklərin başqa təyinat məntəqəsinə çatdırılması üçün avtomobillərə yükləndikdən sonra onların bərkidilməsi kimi hərəkətləri verinə yetirmək öhdəliyinin mövcudluğu şərtlərini təsdiq edən sübutetmə vasitələri isə yoxdur...” Göründüyü kimi, iddiaçının iddia tələbində tələb etdiyi məbləğin Murphy şirkətindən tələb edilməsi əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

37. Cavabdeh “Greentrans” şirkətinin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 38.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 39.İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulmas ı, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklər in alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə m alik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.” “Maddə

853. Yük göndərənin zəruri məlumatları və sənədləri 853.1. Yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir: 853.1.1. yük alanın ünvanı; 853.1.2. çatdırılma yeri; 853.1.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi; 853.1.4. göndərmə müddəti və nəqliyyat növü; 853.1.5. qiymətli obyektlər olduqda - onların dəyəri; 853.1.6. habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri. 853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digə r məlumatları daşıyıcıya təqdim etməlidir. 853.2. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.” “Maddə

854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük gö ndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir: 854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar; 854.3.2. qaimənin tərtib edildiyi yer və tarix; 854.3.3. yük göndərənin adı və ünvanı; 854.3.4. daşıyıcının adı və ünvanı; 854.3.5. yükləmənin yeri və tarixi; 854.3.6. yük yerlərinin adı və nömrələri; 854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); 854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ba şqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nə qliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Y üksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nın müvafiq müddəlarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2. Əsas anlayışlar 2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınması - yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımaları;... 2.1.3. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;... 2.1.7. sifarişçi - yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs (yükgöndərən, yükalan və ya ekspeditor); 2.1.8. sürücü - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;... 2.1.15. yük - avtomobil daşıyıcısı tərəfindən haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;... 2.1.17. yükgöndərən - adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs; 2.1.18. yükalan - avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquq i və ya fiziki şəxs;...” “6. Yükün yüklənməsi və boşaldılması qaydası 6.1. Avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, həmçinin onun bərkidilməsi, örtülməsi, sarınması, boşaldılması, o cümlədən bağlamaların, örtüklərin çıxarılması, bortların (çənlərin lyuklarının) bağlanması və ya açılması, şlanqların salınması və çıxarılması, şlanqların vintlə bağlanması və ya açılması, müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. 6.2. Daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi, bortların (lyukların) bağlanması prosesinə nəzarət etməlidir. Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləmə-boşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onu n günahı üzündən korlanmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır. 6.3. Yükləmə-boşaltma meydançalarının sahibləri avtonəqliyyat vasitələrinin maneəsiz keçməsi və manevr etməsi üçün və onlara çıxan (aparan) yolları saz vəziyyətdə saxlamalı, həmçinin günün qaranlıq vaxtında iş yerlərinin lazımi qaydada işıqlandırılmasını təmin etməlidirlər.... 6.7. Yüklər avtonəqliyyat vasitəsinin banında elə yerləşdirilməli və bərkidilməlidir ki, daşınma zamanı yükün, onun qablaşmasının və avtonəqliyyat vasitəsinin özünün salamatlığı təmin olunsun.... 6.8. Yükgöndərən (yükalan), müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, yükləmə və daşıma üçün lazım olan dayaqları, kəmərləri, məftilləri, digər qurğuları və yardımçı materialları təqdim etməli, quraşdırmalı və çıxarmalıdır. Daşıyıcı, müqavilə ilə nəzərdə tutulduqda, əlavə ödəniş əsasında yüklərin örtülməsi və bağlanması üçün brezent iplər və digər materiallar təqdim edə bilər....”

43. Azərbaycan Respublikası MPM-in 2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”

44. İHAM-in “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhk əmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

45. İHAM-in “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İddiaçının işin hallarının müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, prosessual qanunun tələbinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütun faktiki halların aydınlaşdırılmamasına istinad etməyə yol verilmir (MPMnin 407.2-ci maddəsi).

48. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416-cı maddəsi).

49. İddiaçı şikayətində digər bir dəlillə Bakı Apelly asiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara münasibət bildirilmədiyini və yükləmə işləri Murphy Şirkəti tərəfindən həyata keçirildiyindən Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 6-cı bəndinə əsasən (bax yuxarıda § 42) yükü avtomobilə yükləyən şəxsin onun lazımi qaydada bərkidilməsi öhdəliyini daşıdığını göstərmişdir.

50. Bununla bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 6 avqust tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıya (Murphy Şirkəti) tapşırıq (vəkalət) verən cavabdeh (“X3.Ltd” şirkəti) tərəfindən vəkalət alan iddiaçıya yüklərin başqa təyinat məntəqəsinə çatd ırılması üçün, avtomobillərə yükləndikdən sonra onların bərkidilməsi kimi hərəkətləri yerinə yetirmək öhdəliyinin mövcudluğu şərtlərini təsdiq edən sübutetmə vasitələri yoxdur.

51. İddiaçı hazırki tələbində ona məxsus yükün lazımi qaydada bərkdilməməsi nəticəsində vurulmuş ziyanı Cavabdeh1 MMC-dən tələb edir. Lakin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə sonuncunun belə öhdəliyinin olmaması müəyyən edilmişdir.

52. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3-cü maddəsi).

53. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yülərin daşınması Qaydaları”nın tələbinə görə avtonəqliyyat vasitəsinə yükün yüklənməsi, bərkidilməsi və s. müqavilə ilə başqa hal nəzərdə tutulmamışdırsa, yükgöndərən (yükalan) tərəfindən yerinə yetirilməlidir. Daşıyıcı avtonəqliyyat vasitəsinin banına yükgöndərən tərəfindən yüklənən yükün yüklənməsi və bərkidilməsi və s. prosesinə nəzarət etməlidir. Daşıyıcı, sifarişçi ilə razılaşma əsasında yükləməboşaltma işlərinin yerinə yetirilməsini öz üzərinə götürdükdə, yükləmə və boşaltma zamanı yükün onun günahı üzündən korlanmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyır.

54. Qaydaların tələblərindən (bax yuxarıda § 42) görünür ki, yüklərin bərkidilməsi işini yükgöndərən (yükalan) həyata keçirir və bu prosesə daşıyıcı tərəfindən nəzarət edilir. Yükgöndərən-adından yük göndərilməsi rəsmi ləşdirilən hüquqi və ya fiziki şəxs; yükalan- avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs; daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

55. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı yük göndərən olduğu üçün yüklərin bərkidilməsi işi “Qaydalar”a əsasən həm də onun vəzifəsi olmuşdur. Greentrans şirkəti daşınma müqaviləsi baxımından ekspeditor fəaliyyətini həyata keçirən olsa da, bilavasitə hazırki mübahisədə məhz Greentrans şirkətinin ekspeditor olduğu sübuta yetirilməmiş, işə baxan məhkəmələr tərəfindən işin bu halı müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarına görə cavabdeh Murphy şirkəti işdə olan kommersiya icarəsi müqaviləsi baxmından icarəyəverəndir. İşdə olan elektron poçt yazışmalarına əsasən də iddiaçının nümayəndələri yükün yüklənməsi zamanı, həmin ünvanda olmuşlar. Bunun əksi iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı bildirilməmişdir.

56. Kassasiya şikayətinin digər dəlili cavabdehlər Vəkil4 və Vəkil2 münasibətdə olmuşdur (bax yuxarıda § 31).

57. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır (bax yuxarıda § 21) və əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası MPM-in yazılı sübutlarla bağlı tələblərinə (bax yuxarıda § 43) cavab verməyən “Mobile patrolling report”da (cild 1, iş vərəqi 69) onun tarixi, nömrəsi və digər eynilləşdirməyə imkan verən rekvizitləri natamamdır. İşin materialında olan digər sənədlərlə əlaqəli şəkildə qiymətləndirilsə belə, “Mobile patrolling report”da qeyd edilən məlumatlar işin materialına əlavə edilmiş digər sənədlərlə tamamlanmır. Belə ki, işin materialında olan fotolarda markası bəlli olmayan, yarımçıq şəkildə verilmiş yük maşının qeydiyyat nömrəsi AZ**-ZA-***-dir.

58. Odur ki, Vəkil2 sürdüyü MAN markalı **-GN-*** №li maşınla metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın daşındığı öz təsdiqini işin materialında olan nə birbaşa nə də ki dolayı sübutlarla öz təsdiqini tapmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin nəticəsi MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

59. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

60. MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyul tarixli 2-2(103)512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar