Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-518/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktları, çəkişmə prinsipinin pozulmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 2- 2(103)-176/2022 saylı qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 2020-ci il 30 mart tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, satıcı müqaviləyə əlavə razılaşdırma protokoluna əsasən, malı və yaxud malları satır, alıcı isə onu qəbul edib, razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2. 2020-ci il 26 sentyabr tarixli təhvil-təslim aktına əsasən, iddiaçı tərəfindən cavabdehə 12.000,10 manat, 2020-ci il 21 oktyabr tarixli təhvil-təslim aktına əsasən, 81.194,29 manat, 2021-ci il 6 yanvar tarixli təhvil-təslim aktlarına əsasən, 5.055,73 manat və 7.387,50 manat məbləğlərində tikinti materialları və aksesuarları təhvil verilmişdir. Həmin aktlar iddiaçı və cavabdehin direktoru tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. 3. 2020-ci il 26 sentyabr tarixli elektron qaiməyə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 12.000,10 manat ƏDV ilə birlikdə 14.160,12 manat, 2020-ci il 21 oktyabr tarixli elektron qaiməyə əsasən, 81.194,29 manat ƏDV ilə birlikdə 95.809,26 manat, 2021-ci il 6 yanvar tarixli elektron qaimələrə əsasən isə 5.055,73 manat ƏDV ilə birlikdə 5.965,76 manat və 7.387,50 manat əsas ƏDV ilə birlikdə 8.717,25 manat məbləğlərində mallar təhvil verilmişdir. Həmin elektron qaimələr Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən avtomatik təsdiq edilmiş, cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir. 4. 2021-ci il 19 mart tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubuna görə, müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2021-ci il 5 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.311,97 manat və 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 30 mart tarixində alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 2020-ci il 26 sentyabr tarixində 12.000,10 manat, 2020-ci il 21 oktyabr tarixində 81.194,29 manat, 2021-ci il 6 yanvar tarixində 5.055,73 manat və 8.717,25 manat məbləğində tikinti materialları və aksesuarları cavabdehə təhvil verilmiş, cavabdeh h əmin malların qiymətini müəyyyən müddət ödəmiş, lakin 42.637,27 manat borcu qalmış, qeyd edilən vəsaitə görə isə 7.674,70 manat ƏDV-ni ödəməmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 442.1, 1096 və 1097-ci maddələrinə istinad olunmuşdur.
8. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, e-2-2(113)3485/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən ƏDV daxil 50.311,97 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düş ən öhdəliklərini yerinə yetirərək müxtəlif tarixlərdə 14.160,12 manat, 95.809,26 manat, 5.965,76 manat və 8.717,25 manat məbləğində (ƏDV-lər daxil olmaqla) mallar satmış, cavabdeh isə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək ƏDV daxil 50.311,97 manat məbləğində olan malların pulunu ödəməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni MM-in 567, 598.1, 598.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən 2021-ci il 16 noyabr tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar ta rixli, 2-2(103)-176/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi həm təhvil-təslim aktları, həm də cavabdehin etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 567-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
16. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 fevral tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
17. Cavabdeh həmin qətnamədən 2022-ci il 14 mart tarixində kassasiya şikayəti verərək, onun ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 14 aprel tarixli, 2-2(102)364/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti onun qanuni təmsilçisi və ya nümayəndəsi tərəfindən imzalanmadığından, şikayəti imzalayan vəkilə müvafiq səlahiyyətlərin verildiyini əks etdirən etibarnamə iş materiallarına əlavə olunmadığından, şikayət cavabdehə qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasına göndərilmişdir (sədrlik edən hakim – B.Qəribov, hakimlər – B.Məmmədli və İ.Dadaşov).
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 iyun tarixli, 2-2(103)-176/2022 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti ona geri qaytarılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
20. Cavabdeh həmin qətnamədən 2022-ci il 3 iyun tarixində yenidən kassasiya şikayəti verərək, onun ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, ərizə təqdim edərək isə şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 iyun tarixli, 2-2(103)-176/2022 sa ylı qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab olunaraq bərpa edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova). KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
23. MPM-in 81, 88-ci maddələrinin tələbi pozulmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən prosessual normalara riayət edilməmiş, məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə olunmuş sənədləri sadalamaqla kif ayətlənmişdir.
24. MPM-in 97.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə işə baxarkən hər bir sübutu şərh etməli, ekspertiza təyin etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir
25. MPM-in 218.1-ci maddəsinin tələbi pozulmuşdur. Sənədlər tam təqdim olunmadığından iddianın təmin edilməsi əsassız olmuş, məhkəmə prosessual normalara riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM- nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasını n aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandı rdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilmə li olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin tələblərinə riayət edildiyindən, prosessual hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 5 yanvar tarixli, 2-2(103)-176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi həm təhvil-təslim aktları, həm də cavabdehin etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuşdur.
34. Kassasiya şikayətində yalnız prosessual hüquq normaları mübahisələndirilmiş, maddi hüquq normalarını isə mübahisələndirməmiş, şikayətdə onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, beləliklə çəkişmə prinsipinin pozulduğu qeyd edilmişdir.
35. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır.
36. MPM-in tələblərinə əsasən, Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (MPM-in 9.1, 9.2-ci maddələri).
37. İş materiallarından görünür ki, cavabdehə birinci instansiya məhkəməsindəki icraat zamanı iclasların yeri və vaxtı barədə lazımi qaydada müvafiq məhkəmə bildirişləri göndərilməklə məlumat verilm iş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etmək, etiraz vermək, sübutlar təqdim etmək kimi prosessual qanunvericiliklə ona verilmiş hüquqlarından istifadə etməyərək, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı etirazı və etirazın əsaslarını təsdiq edə biləcək müvafiq sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Belə olduqda isə, birinci instansiya məhkəməsi mübahisəyə iş materiallarında olan sübutlar əsasında baxaraq qiymət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi işə mövcud sübutlar əsasında baxdığından və işə baxılarkən cavabdeh tərəfindən sübutlar təqdim olunmadığından, hər hansı əlavə sübutlar üzrə ekspertizanın keçirilməsinə zərurət yaranmadığından kassasiya şikayətinin məhkəmə tərəfindən eks pertiza təyin edilməli olmasına dair dəlilləri əsaslı olmamışdır.
38. Bundan başqa, işdən göründüyü kimi apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iclasın yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Bu səbəbdən, cavabdehin apellyasiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulmasına dair dəlili də əsaslı deyildir.
39. Məhkəmənin sübutları şərh etməməsinə, ekspertiza təyin etməməsinə, sübutları əlaqələndirməməsinə, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərinin aydın göstərilməməsinə dair dəlillərə münasibətdə qeyd olunmalıdır ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələr işlədilməklə kifayətlənilmiş, konkret dəlillərə istinad olunmamışdır.
40. Sənədlərin tam təqdim olun maması ilə bağlı dəlilə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanı r. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
41. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı olmuşdur.
42. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı isə tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
43. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən, qanunvericiliyin tələblərinə riayət edilmiş, prosessual hüquq normalarının pozuntusuna yol verilmə miş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 2-2(103)-176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 2-2(103)-176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.