Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-523/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta haqqı məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 04.12.2019 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “sığorta haqqı məbləğinin ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tar ixli 2-2(103)-422/2019 nömrəli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2113 baş damazlıq heyvana görə dəymiş zərərin sığorta haqqı kimi məbləğinin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 2113 baş damazlıq heyvana görə dəymiş zərərin sığorta haqqı kimi 713.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2014-cü il 29 aprel tarixli 31-LD1/14 nömrəli, 2014-cü il 8 iyul tarixli 34-LD nömrəli, 2014-cü il 25 dekabr tarixli 36-LD nömrəli və 2015-ci il 16 iyul tarixli 99-LD nömrəli müqavilələrə əsasən MMCyə güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 4.643 baş “saanen” cinsli keçiləri, 393 baş “alpin” cinsli keçiləri və 911 baş “asaf qoyun” cinsli damazlıq heyvanları lizinqə vermişdir. Eyni zamanda, sığorta haqqının ödənilməsi barədə tərəflər arasında 2014-cü il 8 iyul, 2014-cü il 29 aprel, 2014-cü il 25 dekabr və 2015-ci il 16 iyul tarixlərdə bağlanmış müqavilələrə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 3 il müddətinə damazlıq heyvanlar sığortalanmışdır. Həmin müqavilənin 4.1-ci bəndində sığorta təminatı halları müəyyən edilmiş və göstərilmişdir ki, sığortaçı aşağıdakı risklərin olduğu sığorta hadisələri nəticəsində sığorta predmetinin tam məhv (tələf) olmasına dair sığorta təminatı verir: Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Heyvanların sığorta qaydaları”nın 1.2-ci bəndində də Sığortaçı tərəfindən dəymiş zərərə görə sığorta təminatının heyvanların bütün növ adi və keçici xəstəliklər, habelə hər cür qəzalar nəticəsində tələb olması hallarına görə verildiyi təsbit edilmişdir. Tərəflər arasında bağlanmış sığorta haqqının ödənilməsi barədə müqavilə ilə lizinqə satılan damazlıq heyvanların cavabdeh tərəfindən 3 il müddətinə sığortalanması qeyd edilərək heyvanların çəkisindən asılı olaraq damazlıq heyvanların hər birinin sığortalanması əsas tutulmaqla sığorta haqqı cavabdehin hesa bına ödənilir. Damazlıq heyvanların sığortalandığı ilk gündən onlar üzərində daim baytar nəzarəti həyata keçirilmiş, mütəmadi olaraq analizlər götürülmüş və digər baytarlıq xidmətləri göstərilmişdir. Bütün bunlara baxmayaraq, müqavilə üzrə lizinqə alınan heyvanlardan 2113 baş damazlıq heyvan müxtəlif xəstəliklərə məruz qalaraq tələf olmuşdur. Bu problemlər baş verən zaman rayon baytarlıq idarəsindən, eləcə də müxtəlif rayonlardan mütəxəssislər məsləhətləşmələr aparılması üçün təsərrüfata dəvət olunmuş, lakin xəstəliklərə yoluxmuş 2113 baş damazlıq heyvanın tələf olmasının qarşısını almaq mümkün olmamışdır. 2113 baş damazlıq heyvanın tələf olmasına dair mütəxəssis rəyləri, baytar həkim aktları, qan analizlərinin nəticələri və digər zəruri sənədlər cavabdehə göndərilmişdr. Lakin digər müraci ətlər kimi bu müraciətə də cavab verilməmişdir. Heyvanlar daima baytar nəzarətində olmuşlar və Respublika Baytarlıq İdarəsinin rəhbərliyi, rayon baytarlıq idarəsinin baytarları daima təsərrüfatda olmuşlar və lizinqə alınmış heyvanların müxtəlif xəstəliklərdən tələf olması faktını öz rəyləri ilə təsdiq etmiş, müvafiq aktlar və yarma protokolları tərtib etmişlər. Həmin sənədlər mütəmadi olaraq cavabdehə göndərilmişdir. Həmçinin, heyvanların yemlənməsi üçün yem “Azəryem” müəssisəsindən alınmışdır ki, həmin yemlər mütəxəssislərin heyvanların yemlənməsi üçün tövsiyə etdiyi yeganə yem məhsuludur. Qeyd edilən müqavilə əsasında cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən, sığorta riski və ya r isk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Göründüyü kimi, sığorta hadisəsi müəyyən təsadüfilik əlamətlərinə malik olmalıdır və hazırkı halda heyvanların tələf olması təsadüflüyün nəticəsidir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdehdən 5.947 baş xırda buynuzlu cins damazlıq heyvan lizinqə götürmüş və həmin heyvanların 2375 başı “ xxxx”xxxx“xxxx” ASC-də sığortalanmışdır. Həmin heyvanların dəyəri 839.930 manat olan 2113 başı 2014-cü il tarixdə tələf olmasına baxmayaraq, cəmi 322 baş heyvanın tələf olması barədə vaxtında məlumat verilmişdir. Sığorta hadisəsinin baş verməsindən 2 il müddət keçməsindən sonra 2016-cı il 22 oktyabr tarixdə iddiaçı tərəfindən 2212 baş heyvanın tələf olmasına dair sənədlər cavabdehə təqdim edilmişdir. Tələf olması barədə vaxtında məlumat verilmiş heyvanların sənədləri cavabdeh tərəfindən sığorta şirkətlərinə təqdim edilmişdir. Vaxtında sığorta hadisəsi barədə məlumat verilmiş heyvanların sənədləri sığorta şirkətlərinə təqdim olunmuşdur. “xxxx” ASC tərəfindən 11 baş cins damazlıq keçinin sığorta hadisəsi üçün 4107,73 manat məbləğində sığorta ödənişi edilmişdir. “xxxx” ASC-nin Ləğvetmə komiss iyası 55 baş cins damazlıq keçinin sığorta hadisəsi üçün 22.275 manat sığorta ödənişinin təmin edilməsini üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.2.12-ci bəndinə əsasən, lizinq alan iddiaçı damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində lizinq verən cavabdehə məlumat verir. Həmin müqavilənin 2.2.9-cu bəndinə əsasən, lizinq alanın səhlənkarlığı və ya məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 noyabr tarixli 2-2(82)533/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia çı tərəflər arasında bağlanmış müqavilənin müddəalarını pozaraq, sığortalanmış malların tələf olması ilə bağlı vaxtında məlumat verməməsini təkzib etməmişdir. Eləcə də, sığorta haqqı məbləğinin hansı səbəbdən tələb olunmasını əsaslandırmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-2(103)-422/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, q ətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2, 217.1, 217.3-cü maddələrinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırıcı hissə: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə k i, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqavilələrinin şərtlərinə uyğun olaraq “Lizinq alan” damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində “Lizinq verən”ə məlumat verməlidir. Tərəflər arasında bağlınmış “Sığorta haqqının ödənilməsi barədə” müqavilələrin şərtlərinə görə, sığorta haqqı lizinq alan tərəfindən ödənilir və sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Lizinq verən “xxxx” ASC ilə sığorta şirkəti arasında bağlanmış müqavilənin şərtlərinə görə, sığorta hadisəsi baş verdikdə, bu barədə 24 saat ərzində şifahi, 5 gündən gec olmayaraq isə yazılı məlumat vermək sığortalının vəzifəsidir. İşdən göründüyü kimi, iddiaçı, cəmi 322 baş heyvanın tə ləf olması barədə məlumat istisna edilməklə, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü vəzifəni vaxtında icra etməmişdir. MM-in 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. MM-in 935.1-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qism ən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilmədikdə;... Yuxarıda qeyd edilən lizinq və sığorta müqavilələrinin müddəalarının və Mülki Məcəllənin normaların məzmunundan göründüyü kimi, yalnız müqavilə şərtlərinə əməl edildiyi təqdirdə (hazırkı halda, sığorta hadisəsi barədə müqavilə ilə müəyyən edilmiş müddətdə məlumat verildikdə) sığorta ödənişinin verilməsini iddia etmək olar. Digər tərəfdən, iddiaçı “Sığorta haqqının ödənilməsi barədə” müqavilə üzrə öhdəliyin icrasını cavabdehdən o halda tələb edə bilər ki, sığorta müqaviləsinin tərəfi olan sığorta təşkilatı tərəfindən Cavabdeh ASC-yə iddiaçının istinad etdiyi sığorta hadisələri üzrə sığorta öd ənişi verilmiş olsun. Hazırkı işdə bu faktı təsdiq edən hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2019-cu il 14 avqust tarixli 2-2(103)-422/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-523/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-523/2019
04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver