Məhkəmə qərarları › İş №2-2(102)-523/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-523/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-523/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X3 Makinaları Orman və X2 İthalat İhracat Sanayi və Ticaret Anonim” Şirkətinin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı “X3 Makinaları Orman və X2 İthalat İhracat Sanayi və Ticaret Anonim” Şirkətinin cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-4 5/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Alıcı qismində "xxxx" ASC-nin (bundan sonra – “cavabdeh”) Qazaxıstan Respublikasındakı filialı ilə satıcı qismində “X3 Makinaları Orman və X2 İthalat İhracat Sanayi ve Ticaret Anonim” Şirkəti (bundan sonra – “iddiaçı”) arasında bağlanmış 2018-ci il 12 dekabr tarixli, K12/18-109 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. 2. 2018-ci il 12 dekabr tarixli, K12/18-109 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən satılan malların ümumi dəyəri 255.500 ABŞ dolları məbləğində olmuşdur. Ümumi məbləğin 50 f aiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır.

3. İddiaçı və cavabdeh arasında bağlanmış 2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə müqaviləyə əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə almağı öhdəsinə götürmüşdür. 4. 2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən satılan malların ümumi dəyəri 255.500 ABŞ dolları məbləğində olmuşdur. Ümumi məbləğin 50 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır. 5. 2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 1A nömrəli əlavəyə əsasən 2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavənin 2-ci bəndi dəyişdirilmiş və ümumi məbləğin 60 faiz hissəsinin avans şəklində əlavə imzalandıqdan sonra ödənilməsi, qalan hissəsinin isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan 10 iş günü ərzində ödənilməsi razılaşdırılmışdır.

6. Cavabdeh tərəfindən iddiaçının hesabına 2019-cu il 9 yanvar tarixli köçürmə sifarişinə əsasən 127.750 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqısatqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən), 2019-cu il 29 aprel tarixli köçürmə sifarişinə əsasən 10.000 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 0 1/0119 nömrəli alqı-satqı müqaviləsinə 1A nömrəli əlavəyə əsasən), 2019-cu il 13 fevral tarixli köçürmə sifarişinə əsasən 20.661 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən), 2019-cu il 18 aprel tarixli köçürmə sifarişinə əsasən 7226 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 3 nömrəli əlavəyə əsasən), 2019-cu il 4 mart tarixli köçürmə sifarişinə əsasən 28.600 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 3 nömrəli əlavəyə əsasən), 2019-cu il 15 mart tarixli köçürmə sifarişinə əsasən 4400 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 4 nömrəli əlavəyə əsasən), 2019-cu il 18 mart tarixli köçürmə sifarişinə ə sasən 24.000 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 5 nömrəli əlavəyə əsasən), 2019-cu il 3 aprel tarixli köçürmə sifarişinə əsasən 16.000 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 5 nömrəli əlavəyə əsasən), 2019-cu il 24 may tarixli köçürmə sifarişinə əsasən 20.000 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən), 2019-cu il 2 iyul tarixli köçürmə sifarişinə əsasən 25.000 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən), 2019-cu il 5 avqust tarixli köçürmə sifarişinə əsasən 12.600 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 6 nömrəli əla vəyə əsasən), 2019-cu il 11 oktyabr tarixli köçürmə sifarişinə əsasən 9.661 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 6 nömrəli əlavəyə əsasən), 2019-cu il 12 dekabr tarixli köçürmə sifarişinə əsasən 9.476 ABŞ dolları (2019-cu il 4 yanvar tarixli, AA 01/0119 nömrəli alqı-satqı müqaviləsinə 9 nömrəli əlavəyə əsasən), 2020-ci il 13 fevral tarixli köçürmə sifarişinə əsasən 60.000 ABŞ dolları (2020-ci il 31 yanvar tarixli, AA 01/0120 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən), 2020-ci il 13 fevral tarixli köçürmə sifarişinə əsasən 22.500 ABŞ dolları (2020-ci il 31 yanvar tarixli, AA 01/0120 nömrəli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən) məbləğində pul köçürülmüşdür. 7. 2019-cu il 31 yanvar tarixli gömrük bəyannaməsinə əsasən 58.000 ABŞ dolları, 2019-cu il 7 fevral tarixli gömrük bəyannaməsinə əsasən 37.000 ABŞ dolları, 2019-cu il 19 fevral tarixli gömrük bəyannaməsinə əsasən 80.000 ABŞ dolları, 2019-cu il 26 fevral tarixli gömrük bəyannaməsinə əsasən 33.000 ABŞ dolları, 2019-cu il 4 mart tarixli gömrük bəyannaməsinə əsasən 20.000 ABŞ dolları, 2019-cu il 13 mart tarixli gömrük bəyannaməsinə əsasən 63.326 ABŞ dolları, 2019-cu il 11 aprel tarixli gömrük bəyannaməsinə əsasən 40.000 ABŞ dolları, 2019-cu il 30 may tarixli gömrük bəyannaməsinə əsasən 6.288 ABŞ dolları, 2019-cu il 10 iyul tarixli gömrük bəyannaməsinə əsasən 53.053 ABŞ dolları, 2019-cu il 3 oktyabr tarixli gömrük bəyannaməsinə əsasən 14.372 ABŞ dolları, 2020-ci il 18 fevral tarixli gömrük bəyannaməsinə əsasən 83.566 ABŞ dolları, 2019-cu il 15 mart tari xli gömrük bəyannaməsinə əsasən 4.400 ABŞ dolları, 2019-cu il 28 fevral tarixli gömrük bəyannaməsinə əsasən 20.661 ABŞ dolları, 2019-cu il 28 mart tarixli gömrük bəyannaməsinə əsasən 37.074 ABŞ dolları, 2019-cu il 6 may tarixli gömrük bəyannaməsinə əsasən 19.754 ABŞ dolları, 2019-cu il 10 may tarixli gömrük bəyannaməsinə əsasən 6.392 ABŞ dolları, 2019-cu il 1 avqust tarixli gömrük bəyannaməsinə əsasən 8.888 ABŞ dolları, 2019-cu il 20 sentyabr tarixli gömrük bəyannaməsinə əsasən 26.706 ABŞ dolları, 2019-cu il 20 dekabr tarixli gömrük bəyannaməsinə əsasən 12.046 ABŞ dolları, 2020-ci il 31 yanvar tarixli gömrük bəyannaməsinə əsasən 35.792 ABŞ dolları, 2020-ci il 7 fevral tarixli gömrük bəyannaməsinə əsasən 12.962 ABŞ dolları, 2020-ci il 13 mart tarixli gömrük bəyannaməsinə əsasən 4.860 ABŞ do lları dəyərində mallar iddiaçı tərəfindən Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Gürcüstan Respublikasına göndərilmişdir. 8. 2019-cu il 1 iyul tarixli, İP/AK/47-16-26 nömrəli təhvil-təslim aktına əsasən, 2019-cu il 4 yanvar tarixli, AA01/119 nömrəli müqavilə ilə cavabdeh tərəfindən verilmiş sifarişə əsasən daş doğrayan qurğunun müqavilə şərtlərində göstərilən bəndlərə uyğun tam istehsal gücü olduğu tərəflərin imzaları ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq borcun yeddi gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, cavabdehdən 127.740 ABŞ dolları borc, 51.100 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 178.840 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin Qazaxıstan Respublikasındakı filialı arasında 2018-ci il 12 dekbar tarixində Almatı şəhərində K12/18109 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 255.500 ABŞ dolları dəyərində daş doğrayan qurğular almış, müqaviləyə əsasən qurğuların dəyərinin yarısı – 127.750 ABŞ dolları avans şəklində müqavilə bağlandıqdan sonra, digər yarısı isə müqaviləyə uyğun olaraq qurğular tam istehsal gücündə təhvil verildikdən sonra 10 iş günü ərzində ödənilməl i idi. Qurğuların müqavilə şərtlərinə uyğun olaraq 2019-cu il 1 iyul tarixində təhvil-təslim edilməsinə baxmayaraq, cavabdeh şirkət ödənişin yarısını həyata keçirməmişdir. Cavabdeh tərəfindən ümumilikdə 255.500 ABŞ dolları məbləğindən 127.760 ABŞ dolları ödənilmişdir. Cavabdehə müqavilə üzrə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir.

12. Tərəflər arasında bağlanmış müqavilənin əlavəsinin 3-cü hissəsinə əsasən məbləğin qalan 50% hissəsi tərəflər arasında yekun təhvil-təslim aktı imzalandıqdan sonra 10 iş günü ərzində ödənilir. Ödəniş vaxtında edilmədiyi halda, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.1% miqdarında, lakin 20%-dən çox olmamaq şərtilə cərimə məbləği alıcı tərəfindən ödənilir. Göründüyü kimi, cavabdeh tərəfindən 1 il 4 aydan çoxdur ki, ödəniş həyata keçirilmir. Bu səbəbdən ümumi məbləğin 20%-i miqdarında, yəni 51.100 ABŞ dolları məbləğində cərimə ödənilməlidir.

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci il 12 dekabr tarixli K12/18-109 saylı və 2019-cu il 4 yanvar tarixli, AA01/01 19 saylı müqavilənin tərkib hissəsi olan (1,2,3.4,5,6,7,8,9 saylı) əlavələr və eləcə də AA01/0120 saylı, 2020-ci il 31 yanvar tarixli (onun 1 və 2 saylı əlavəsi) müqavilə əsasında ödənilməli olan 113.478 ABŞ dolları əsas vəsait, 12.775 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 126.253 ABŞ dolları məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən e dilmiş 10.000 ABŞ dolları məbləği iddia ərizəsində texniki səhv olaraq 10 ABŞ dolları kimi qeyd edilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə sənədlərində texniki səhvlər, ödənişlərin təyinatında fərqliliklər mövcuddur. Belə ki, mübahisə predmeti olan borcun yaranmasının əsası tərəflər arasındakı müqavilə münasibətləri olmuşdur. İddia tələbinin dəqiqləşməsi barədə verilmiş ərizəyə əlavə olunmuş şirkətlər arasında bağlanmış 2018-ci il 12 dekabr tarixli, Kİ2/18-109 saylı müqavilə ilə 2019-cu il 4 yanvar tarixli, AA01/0119 saylı müqavilə eynidir. Eyni müqavilənin iki fərqli nömrədə olmasının səbəbi isə 2018-ci il 12 dekabr tarixli, K12/18-109 saylı müqavilənin cavabdehin Qazaxıstan Respublikasındakı filialı ilə, digər 2019-cu il 4 yanvar tarixli AA01/0119 savlı müq avilənin isə cavabdehin Azərbaycan Respublikasında yerləşən baş ofisi ilə bağlanmasıdır. 2018-ci il 12 dekabr tarixli Kİ2/18-109 saylı müqaviləyə əsasən ödənişin vaxtında edilmədiyi halda, hər gecikdirilmiş gün üçün məbləğin 20%-dən çox olmamaq şərtilə cərimə ödənilməsi nəzərdə tutulduğu halda, 2019-cu il 4 yanvar tarixli AA01/0119 saylı müqavilə ilə cərimə məbləğinin 5%-dən çox olmamaq şərtilə ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, yaranmış anlaşmazlığın yeganə həll vasitəsi şirkətlər arasında bütün müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə göndərilən malların dəyəri və bütün müqavilələr üzrə ödənilən vəsaitlər arasındakı fərqin müəyyən olunmasıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi dəqiqləşməli, iddianın əsasını bir müqavilə yox, tərəflər arasında bağlanmış bütün müqavilələr (və eləcə də əlavələr) təşkil etməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 678.140 ABŞ dolları dəyərində mallar göndərilmişdir, cavabdeh tərəfindən isə göndərilən malların əvəzinə 564.662 ABŞ dolları məbləğində pul ödənilmişdir. Beləliklə, fərq 113.478 ABŞ dolları təşkil edir.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 53.3, 442, 448.1 və 465.2-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 may tarixli e-2-2(113)-666/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 113.478 ABŞ dolları əsas borc, 500 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 113.978 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

18. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-10) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. İddiaçı tərəfindən iddia ərizəsində tələbinin əsası kimi göstərdiyi müqavilə və müqaviləyə əlavələrin bir qismi məhkəməyə təqdim olunsa da, digərlərinin əsli və ya lazımi qaydada təsdiqlənmiş surətləri məhkəməyə təqdi m olunmamışdır. Lakin təqdim olunan köçürmə sifarişləri, gömrük bəyannamələrindən müəyyən olunur ki, tərəflər arasında müvafiq razılaşmalar olmuşdur.

19. İddiaçı tərəfindən ümumilikdə 678.140 ABŞ dolları dəyərində mal təyinat nöqtələrinə (Azərbcaycan Respublikası, Gürcüstan Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikası) göndərilmişdir. Cavabdeh həmin malların dəyərinin bir hissəsini, 564.662 ABŞ dolları məbləğində vəsaiti iddiaçının hesabına köçürmüşdür. Nəticədə cavabdehin iddiaçıya 113.478 ABŞ dolları məbləğində (678140564662=113478) borcu qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cav abdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

21. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, və 598.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-971/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 17 yanvar tarixli 9/7409 nömrəli rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan sənədlərə (gömrük bəyannamələri, köçürmə sənədləri, müqavilələr, müqaviləyə əlavələr, bank çıxarışı, təhvil-təslim aktları və s.) əsasən, tərəflər arasında bağlanmış müqavilələr və onların əlavələri üzrə əsas borc məbləği 113.478 ABŞ dolları məbləğdə müəyyən olunur. Təqdim edilmiş iş materiallarında olan müqavilələr və ona əlavələrdə konkret cərimə faizi nəzərdə tutulmadığından, hazırkı tədqiqatla cərimə hesablanmamışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli, 2-2(103)-45/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia təmin olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də rədd olunması xahiş edildiyi, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayət i vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

27. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verə n məhkəmə kollegiyası hesab etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən qəbul etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

28. Mübahisəli borcun yaranması alqı-satqı müqaviləsi, gömrük bəyannamələri, təhviltəslim aktı ilə, borcun məbləği isə köçürmə sifarişləri, ekspert rəyi və cavabdehin müqavilə üzrə əldə etdiyi malların dəyərini qismən ödəməsi ilə təsdiqini tapır.

29. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yar andığını, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını və borcun məbləğini mübahisə etmir. Cavabdeh cərimə pulunu da şikayətində mübahisələndirmir. Odur ki, formal xarakterli ümumi mülahizələrdən ibarət olan apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxması barədə dəlili əsaslı deyil. Belə ki, məhkəmənin əslində hansı tələbə hansı həddə baxmalı olması, iddia tələbindən necə kənara çıxması konkret fakt və rəqəmlərlə dəqiqləşdirilməmişdir.

30. Şikayətin sadəcə 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktının filialın möhürü və cavabdehin icraçı direktoru tərəfindən deyil, Qazaxıstan Respublikasındakı filialında layihə rəhbəri tərəfindən imzalanması barədə dəlili də belə bir formal lığa dəlalət etməklə, sonuncunun öhdəliyin icrasından boyun qaçırması və borcun ödənilməsi müddətini uzatmaq cəhdindən ibarətdir. Belə ki, sözügedən aktdan göründüyü kimi, həmin sənəd 2019-cu il 4 yanvar tarixli AA01/119 nömrəli müqavilə ilə əlaqədar məhz Qazaxıstanda həyata keçirilən Kurti-Burulbaytal layihəsi üzrə yerinə yetirilmiş işlərə dair tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh həmin təhvil-təslim aktını imzalayan Ş.Ələsovun imzasının və filialın möhürünün həqiqi olmadığını bildirmir.

31. Şikayətin birinci instansiya məhkəməsinin cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etməməsinə dair dəlilinə gəldikdə isə işdən görünür ki, onun nümayəndəsi üç məhkəmə iclasında iştirak etmişdir və bu da onun iddiaya qarşı etiraz və sübutlarının təqdim edilməsi üçün k ifayət qədər vaxt və imkana malik olduğunu, heç bir halda çəkişmə prinsipinin pozulmadığını təsdiq edir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1, 448.2, 567, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 19 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

34. Cavabdeh tərəfindən 2022-ci il 14 iyun tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

35. M M-in 385.1 və 441.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında 3 müqavilə olmuş, onlardan biri Qazaxıstan Respublikasındakı filialı ilə, digər ikisi isə Korporasiya ilə bağlanmışdır. Eyni zamanda, Qazaxıstan Respublikasındakı filial ilə bağlanmış 2018-ci il 12 dekabr tarixli K12/18-109 nömrəli müqavilə ilə Korporasiya ilə bağlanmış 2019-cu il 4 yanvar tarixli AA01/0119 nömrəli müqavilə eynilik təşkil etmiş və bütün əməliyyatlar sonuncu müqavilə üzrə aparılmış və mübahisə edilən müqavilə də məhz həmin müqavilə olmuşdur. Həmin müqavilə, eləcə də həmin müqaviləyə əlavələr, o əlavələr ki, iddiaçının tələbinin əsaslarını təşkil edir, Korporasiyanın rəhbəri – icraçı direktoru tərəfindən imzalanmış və şirkətin əsas möhürü ilə təsdiq edilmişdir. Lakin iddiaçının malların təhvil-təs liminin təsdiqi kimi təqdim etdiyi 2019-cu il 1 iyul tarixli akt Korporasiyanın icraçı direktoru tərəfindən deyil, Korporasiyanın Qazaxıstan Respublikasındakı filialında layihə rəhbəri kimi adı qeyd edilən Ələsov Ş. tərəfindən imzalanmış, özü də aktın imzalandığı yer kimi Bakı şəhəri göstərilmişdir. Bu bir daha sübut edir ki, yaranmış borcun əsasını təşkil edən təhvil-təslim aktlarını imzalayan şəxsin səlahiyyətləri olmamışdır. Qeyd edilən aktı layihə rəhbərinin imzalaması, həmin şəxsin səlahiyyəti olub-olmaması, həmin sənədin Bakı şəhərində imzalanması və ən nəhayət bütün sənədlərdə Korporasiyanın əsas möhürü olsa da, mübahisəli aktın Korporasiyanın Qazaxıstan filialının möhürü ilə təsdiq edilməsi bir daha sübut edir ki, iddiaçının müqavilənin 1 və 1A nömrəli əlavələr ilə müəyyən edilmiş, ilkin ödənişdən sonra geridə qalan malların təhvil verməsi mübahisəlidir. Eyni zamanda, akt müvafiq qaydada elə iddiaçının özü tərəfindən də möhürlə təsdiq edilməmişdir.

36. MPM-in 9.1, 9.2, 9.3, 81, 88, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən prosessual normalara riayət edilməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, işin materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Sənədlər tam təqdim olunmadığından, iddianın təmin edilməsi əsassızdır. Bütün bunlar bir daha göstə rir və sübut edir ki, apellyasiya məhkəməsi prosessual normalara riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən iş in faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı müvafiq müddəalarında Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

42. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-45/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Cavabdehin kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, yaranmış borcun əsasını təşkil edən təhvil-təslim aktlarını imzalayan şəxsin səlahiyyətləri olmamışdır. Qeyd edilən aktı layihə rəhbərinin imzalaması, həmin şəxsin səlahiyyəti olub-olmaması, həmin sənədin Bakı şəhərində imzalanması və ən nəhayət bütün sənədlərdə Korporasiyanın əsas möhürü olsa da, mübahisəli aktın Korporasiyanın Qazaxıstan filialının möhürü ilə təsdiq edilməsi bir daha sübut edir ki, iddiaçının müqavilənin 1 və 1A nömrəli əlavələr ilə müəyyən edilmiş, ilkin ödənişdən sonra geridə qalan malların təhvil verməsi mübahisəlidir. Eyni zamanda, akt müvafiq qaydada elə iddiaçının özü tərəfindən də möhürlə təsdiq edilməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

45. Qeyd olunan dəlillər eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlillərini də təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını və borcun məbləğini mübahisə etmir. Cavabdeh cərimə pulunu da şikayətində mübahisələndirmir. Odur ki, formal xarakterli ümumi mülahizələrdən ibarət olan apellyasiya şikayətinin 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktının filialın möhürü və cavabdehin icraçı direktoru tərəfindən deyil, Qazaxıstan Respublikasındakı filialında layihə rəhbəri tərəfindən imzalanması barədə dəlili də belə bir formallığa dəlalət etməklə, sonuncunun öhdəliyin icrasından boyun qaçırması və borcun ödənilməsi müddətini uzatmaq cəhdindən ibarətdir. Belə ki, sözügedən aktdan göründüyü kimi, həmin sənəd 2019-cu il 4 yanvar tarixli AA01/119 nömrəli müqavilə ilə əlaqədar məhz Qazaxıstanda həyata keçirilən Kurti-Burulbaytal layihəsi üzrə yerinə yetirilmiş işlərə dair tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh həmin təhvil-təslim aktını imzalayan Ş.Ələsovun imzasının və filialın möhürünün hə qiqi olmadığını bildirmir. Şikayətin birinci instansiya məhkəməsinin cavabdehin nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirakını təmin etməməsinə dair dəlilinə gəldikdə isə işdən görünür ki, onun nümayəndəsi üç məhkəmə iclasında iştirak etmişdir və bu da onun iddiaya qarşı etiraz və sübutlarının təqdim edilməsi üçün kifayət qədər vaxt və imkana malik olduğunu, heç bir halda çəkişmə prinsipinin pozulmadığını təsdiq edir.

46. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin analoji dəlilləri ilə razılaşmır və həmçinin qeyd edir ki, iş materiallarına əsasən, cavabdehin elektron kabinetində apellyasiya instansiyası məhkəməsində işə baxılmasının yeri və vaxtı barədə məhkəmə bildirişi yerləşdirilmiş və cavabdehə məhkəmə iclasının vaxtı haqqında SMS xəbərdarlıq göndərilmişdir. Cavabdeh apellyasiya instansiyasında ilk məhkəmə iclasında iştirak etsə də, növbəti iclaslarda iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəblərlə əlaqədar olması barədə məhkəməyə heç bir məlumat verməmişdir.

47. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 2022-ci il 4 aprel tarixli 2-2(103)-45/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:

49. Bakı Apellyasiya Məhkəməsinin X1 2022-ci il 4 aprel tarixli 2-2(103)-45/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar