Məhkəmə qərarları › İş №2-2(102)-525/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-525/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-525/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Sığorta Şirkətinin cavabdeh X4 qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-525/19) Bakı şəhəri 04 dekabr 2019-cu il 04.12.2019 Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Tural Şahbazovun, cavabdehin xxxun və vəkili Mübariz Yolçuyevin iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Sığorta Şirkətinin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı Sığorta Şirkətinə qarşı debitor borcun ödənilməsi barədə razılaşma protokolu və onun əlavəsinin etibarsız hesab edilməsi və sair barədə mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2-2(103)-447/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 dekabr 2019-cu il tarixdə (məhkəmə iclası 27 noyabr 2019-cu il tarixdə keçirilib, məhkəmə qərarı 04 dekabr 2019-cu il tarixdə elan edilmişdir) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq 04 dekabr 2019-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İlk iddia üzrə İddiaçı xxx cavabdeh fərdi sahibkar X4 qarşı cavabdehdən İddiaçı xxx-nin xeyrinə 37134,48 manat sığorta haqqı borcunun, 116542,4 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 153676,9 manat pulun tutulması barədə iddia ərizəsi ilə 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçi X6 cavabdeh İddiaçı xxx-yə qarşı cavabdeh İddiaçı xxx ilə X6 arasında tərtib olunmuş 14 yanvar 2016-cı il tarixli sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə razılaşma protokolunun və onun əlavəsinin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində hüquqi xidmət xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında tərtib olunmuş 14 yanvar 2016-cı il tarixli “Sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə razılaşma protokolu” və “onun əlavəsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən hələ də ödəmədiyi sığorta bonusları üçün 30000 manat, müştərilərə görə kompensasiya üçün 15000 manat, əlavə maddi zərər üçün 10000 manat, mənəvi zərər üçün 5000 manat və dövlət rüsumu üçün 30 manat, cəmi 60030 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə İddiaçı Sığorta Şirkətinin iddiası onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh, iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlam aq səlahiyyəti verilmişdir. 2014 və 2015-ci illər ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə iddiaçının adından 437 ədəd müqavilə bağlamış, lakin həmin müqavilələr üzrə 37134,48 manat məbləğində sığorta haqlarını sığortaçıya ödəməmişdir. Tərəflər arasında 14 yanvar 2016-cı il tarixdə "Sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolu imzalanmış, həmin protokolda cavabdeh ödəməli olduğu borcu etiraf etmiş və razılaşdırılmış qrafik əsasında ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, əks təqdirdə sığorta haqlarının agent müqaviləsinə əsasən ödənilməli olduğu gündən başlayaraq, hər gecikdirilmiş gün üçün dəbbə pulunun ödənilməli olması bir daha təsbit edilmişdir. Lakin bu razılaşma protok olunun şərtləri də onun tərəfindən yerinə yetirilməmişdir. Agent müqaviləsinin 5.2-ci bəndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq Sığortaçının Mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Əks təqdirdə hər gecikdirilmiş gün üçün Sığortaçıya komissiyon mükafatın 5%-i (beş faizi) miqdarında dəbbə pulu ödəyir. Buna müvafiq olaraq, sığorta haqlarının Sığortaçıya ötürülməsinin gecikdirilməsinə görə 19.10.2016-cı il tarixə hesablanmış dəbbə pulu 116542,4 manat təşkil edir. Yuxarıda istinad edilən 14 yanvar 2016-cı il tarixli "Sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə" Razılaşma Protokolunun 5-ci bəndində tərəflərin iradə ifadəsi həmçini n ondan ibarət olmuşdur ki, "Borclu bu protokol üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya vaxtında yerinə yetirmədikdə yaxud bu protokol üzrə ödənişləri müəyyən edilmiş müddətdə ödəmədikdə, bu protokol və agent müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair pretenziya qaydasını tətbiq etmədən borcluya qarşı məhkəməyə iddia verə bilər". Qarşılıqlı iddia tələbi üzrə iddiaçı X6 iddiasını onunla əsaslandırmışdır ki, ilkin iddiaçı iddia ərizəsində tərəflər arasında guya ki, bağlanmış 22 sentyabr 2014-cü il tarixli 11/11/141444 kodlu müqaviləyə istinad etmişdir. Lakin İddiaçı xxx tərəfindən ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək onun həmin müqavilədən xəbəri olmamışdır. Belə ki, tərəflər arasında olan münasibətlər 18 oktyabr 2011-ci il tarixli 11/11/141444 kodlu müqavilə ilə tənzimlənirdi və həmin müqaviləyə 22 sentyabr 2014-cü il tarixədək xitam verilməmişdir. 18.10.2011-ci il tarixli 11/11/141444 kodlu müqavilənin 9.1-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minmiş və qeyri-müəyyən müddətə bağlanmışdır. Həmin müqavilənin 9.2-ci maddəsində göstərilir tərəflərdən biri digərinə 30 gün əvvəlcədən rəsmi xəbərdarlıq etməklə, müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin heç bir tərəf müqaviləyə xitam vermək barədə bir-birinə xəbərdarlıq etməmiş və həmin müqaviləyə faktiki olaraq xitam verilməmişdir. Belə olan halda 22.09.2014-cü il tarixli 11/11/141444 kodlu müqavilənin bağlanmasına zərurət olmamışdır. Əgər tərəflər arasında olan münasibətlər həqiqətən də 22 sentyabr 2014-cü ildə bağlanmış müqavilə ilə tənzimlənmiş olsaydı, 22.09.2014-cü il tarixindən xeyli qabaq - 30.04.2014-cü il, 05.06.2014-cü il, 22.01.2014-cü il və hətta 29.10.2013-cü il tarixlərində onun tərəfindən satılmış sığorta şəhadətnamələri iddia ərizəsinə əlavə edilən ödənilməmiş sığorta haqları və dəbbə pulunun hesabatlarında yer ala bilməzdi. Bu faktın özü 22.09.2014-cü il tarixli 11/11/141444 kodlu müqavilənin saxta olmasını əyani şəkildə sübut edir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2017-ci il tarixli 18527 nömrəli ekspert rəyinə görə mülki işin 151-157-ci vərəqələrində olan İddiaçı xxx ilə X6 arasında bağlanılmış 22 sentyabr 2014-cü il tarixli 1 nömrəli sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsinin 7-ci vərəqəsinin aşağı hissəsində “Sığorta agenti” qrafasındakı imzanın X6 tərəfindən icra edildiyi müəyyənləşmişdir. Lakin birinci instansiya məhkəməsi həmin məsələyə birtərəfli və qərəzli yanaşmış, ekspertizaya onun sərbəst imza nümunələrini yox, İddiaçı xxx tərəfindən təqdim edilmiş imza nümunələrini təqdim etmişdir. Ona görə də həmin ekspert rəyi kifayət qədər əsaslı deyil və şübhə doğurur, əsaslandığı sübutlar etibarsız yəni qeyri-mötəbərdir. Ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin böyük əksəriyyəti iddiaçı-İddiaçı xxx tərəfindən təqdim edilmişdir. Bundan başqa 14 yanvar 2016-cı il tarixli razılaşma protokolunda ona aid 6 (altı) imzanın olduğu qeyd edilir. Həmin protokolun surəti iş materiallarının arasında mövcuddur və cəmi 1 (bir) səhifədən ibarətdir. Həmin s əhifədə də ona aid olduğu iddia edilən cəmisi 1 (bir) imza vardır. Ekspert rəyində həmin protokolda ona aid 6 imzanın olmasının qeyd edilməsi yalan məlumatdır və bu faktın özü də ekspertizanın obyektiv aparılmadığını bir daha sübut edir. Bundan əlavə 14 avqust 2017-ci il tarixli, 18527 nömrəli ekspert rəyi ona görə də şübhə doğurur ki, istər ekspertizanı təyin edən məhkəmə istərsə də ekspert onu dəvət edərək sərbəst imza nümunələrini almamışlar. Buna görə də o təkrar məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmiş, akin vəsatəti təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, 22.09.2014-cü il tarixli 11/11/141444 kodlu müqavilənin yalnız sonuncu səhifəsində olan imza hətta ona aid olsa belə, müqavilənin saxta olmasına dair şübhələrin arada n qalxmasına kifayət etmir. 18.10.2011-ci il tarixli 11/11/141444 kodlu müqavilənin də təsdiqlənməsi yalnız sonuncu səhifədə həyata keçirilsə də, 22.09.2014cü il tarixli 1/141444 kodlu müqavilədən fərqli olaraq, həmin müqavilədə tərəflərin imzaları ilə bərabər möhürləri də vurulmuşdur. Yəni, İddiaçı” xxx tərəfindən məhkəməyə təqdim edilmiş 22.09.2014-cü il tarixli 1/141444 kodlu müqavilənin sonuncu səhifəsində İddiaçı xxx-ə aid möhür vurulsa da, onun möhürü vurulmamışdır. Halbuki, “xxxx” xxx-nin rəhbərliyi həmin müqavilədən daha az əhəmiyyətli bütün sənədlərə imza ilə bərabər möhür vurulmasını da tələb etmişdir. Birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tarixli iş № 2-2(81)-15/2019, (sədrlik edən hakim F.Mədətli) qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh X1 37134, 48 manat sığorta haqqı üzrə borc, 3713,45 manat dəbbə pulu, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 40867,93 manat məbləğində pulun tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Sığorta Şirkəti tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatın 20 manat hissəsi X4, 10 manat hissəsi İddiaçı Sığorta Şirkətinə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edərək, iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsinin iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.08.2019-cu il tarixli iş № 2-2(103)-447/2019 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsi ilə İddiaçı Sığorta Şirkətinin və cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2-2(81)-15/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh kasasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi bilavasitə 14 yanvar 2016-cı il tarixli Razılaşma Protokollarına əsaslanan qətnamə qəbul etmişdir. Biz dəfələrlə məhkəmədən həmin Razılaşma Protokoluna əsas olmuş maliyyə sənədlərinin yoxlanılması üçün mühasibatlıq ekspertizasının keçirilməsini tələb etdik ki, maddi həqiqətlər ortaya çıxsın, kimin kimə borclu olduğu təsbit olunsun, ədalət yerini tapsın. Lakin nədənsə birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsi həmin vəsatətləri heç bir əsas olmadan təmin etmədi və bununla bağlı qərardad belə çıxarılmadı. Nəticədə tamamilə yanlış bir qətnamə qəbul olundu. Əgər həmin Mühasibatlıq Ekspertizası keçirilsəydi, 14 yanvar 2016-cı il tarixli Razılaşma Protokolunun saxta olduğu ortaya çıxacağı kimi iddiaçı AXA MBSK Sığorta Şirkətinin, hələ də cavabdeh Məmmədova ödəmədiyi 30000 manat komisy on borcu olduğu da təsbit olunacaqdı. Bundan başqa mühasibatlıq ekspertizası keçirilmiş olsaydı AXA MBSK sığorta şirkətində tətbiq edilən ikili mühasibatlıq sistemi və digər qanunsuz əməliyyatlar ifşa olunacaqdı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin bir-birini təkzib etdiyi, həmin sənədlərin nəyinki İddiaçı sığorta Şirkətinin rəsmi mühasibatlıq sənədlərin; hətta qara mühasibatlıq uçotuna da uyğun gəlməməsi özünü büruzə verəcəkdi. Xüsusilə də iddia edilən məbləğin əsassız olduğu birmənalı şəkildə öz təsdiqini tapa biləcəkdi. Apelyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan qətnamə qəbul etmiş və bununla səhv qənaətə gələrək qanunvericiliyin maddi normalarını pozmuşdur. Belə ki, apelyasiya məhkəməsi öz qətnaməsini 22 sentyabr 2014-cü tarixli saxt a Agentlik müqaviləsi ilə əsaslandırmışdır. Hesab edirik ki, bu qəbul edilməzdir və qanunvericiliyin pozulmasıdır. X8nin saxta olduğuna dair sübutlarımızın bir neçəsini təqdim edirik: X7ytanlanmayıb, rahatca sökülüb dəyişdirilə bilir, səhifələrinin sonuncusu istisna olmaqla heç bir səhifəsində xxxun imzasına oxşar imza yoxdur. Apelyasiya məhkəməsi belə bir Müqaviləyə əsasən qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, “Yazılı əqd (müqavilə) onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır”. Hesab edirik ki, 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsi Mülki Məcəllənin 331.1-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri poz ularaq tərtib edilmişdir. İddiaçı qeyd edir ki, 18 oktyabr 2011-ci il tarixli Agentlik müqaviləsi tərəflərin qarşılılıqlı razılaşması ilə qüvvədən düşüb və 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsi bağlanıb. Lakin iddiaçı bu iddiasını sübut edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi bu fakta önəm verməmişdir. İddiaçının əsaslandığı 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin saxta olduğunu, iddiaçının özü iddia ərizəsində həmin tarixdən əvvəl satılmış sığorta şəhadətnamələrini də göstərmək yolu ilə sübut edir. 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin saxta olduğuna dair iddia ərizəsini məhkəmə araşdırmamış, bununla bağlı vəsatətlərini təmin etməmiş, Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, 22 sentyab r 2014-cü il tarixli 11/11/141444 kodlu Agentlik müqaviləsinin saxta olmasına dair çoxlu sayda sübutlara məhkəmə əhəmiyyət vermədiyi üçün məcbur qalaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə Çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq 2-2(81)-784/2018 saylı iş icraata götürülmüşdür. Göründüyü kimi, 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin saxta olmasına dair 2-2(81)-784/2018 saylı iş üzrə iddia tələbinə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə kimi, İddiaçı Sığorta Şirkətinin iddiası üzrə 2-2(81)-33/2018 saylı işə baxıla bilməzdi. Çünki, 2-2(81)784/2018 saylı iqtisadi işə baxılaraq 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsi etibarsız hesab edildiyi halda, həmin iddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin baxmaq səlahiyyəti olmurdu. Bundan əlavə 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsi etibarsız hesab edildiyi təqdirdə iddia ərizəsində tələb edilən məbləğin də əsaslandırılması mümkün olmurdu. Bütün bunlara baxmayaraq İddiaçı xxx-nin cavabdeh X3 qarşı “153676,9 manat pulun tutulması” tələbinə dair iqtisadi iş üzrə “icraatın dayandırılması” barədə verdiyi vəsatətə 09 iyul 2018-ci il tarixdə baxılmış, qanunsuz və əsassız olaraq vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Lakin bundan 22 gün sonra 01 avqust 2018-ci il tarixində “22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin etibarsız hesab edilməsi barədə” onun İddiaçı xxx-yə qarşı iddia ərizəmə əsasən iqtisadi iş üzrə məhkəmə iclasında cavabdeh İddiaçı xxx-nin nü mayəndəsi hər iki işin bir-birindən asılı olması səbəbindən, iş üzrə icraatların birləşdirilməsi barədə vəsatət vermiş və həmin vəsatət təmin edilmişdir. Birinci instansiya məhkəməsi Ekspertiza qaydalarını pozaraq qətnamə qəbul etmiş, apelyasiya məhkəməsi də buna əhəmiyyət verməmişdir. Məlum olduğu kimi, işə baxılarkən dəfələrlə 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin saxta olmasını mübahisələndirmişdir. Həmin müqavilədəki imzanın onun tərəfindən icra edilib-edilməməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 2-2(81)164/2017 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası da təyin edilmişdir. Lakin ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin çox böyük əksəriyyəti - İddiaçı xxx-dən alınmışdır. Halbuki, istər ekspertizanı təyin e dən məhkəmə, istərsə də ekspert məni dəvət edərək mənim sərbəst imza nümunələrimi götürə bilərdi. Bu mühüm tələblərə əməl etmədən ekspertizanın aparılması onun göstərir ki, məhkəmə Mülki Prosessual Məcəllənin Ekspertiza ilə bağlı normalarını və Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyi pozmuşdur. Birinci instansiya məhkəməsi ərazi aidıyyət qaydalarını pozaraq qətnamə qəbul etmiş, Apelyasiya Məhkəməsi də buna əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı iddia tələbini 22 sentyabr 2014-cü il tarixli saxta Agentlik müqaviləsinə əsasən qaldırmışdır. Lakin həmin müqavilə tək-tək vərəqələrdən ibarət olub, vərəqələr bir-birinə taxılıb-çıxarıla bilən sancaqla bərkidilmişdir, cəm halında qaytanlanmadığı üçün dəyişdirilməsi çox asanlıqla mümkündür. Bu müqavilənin təkcə sonuncu səhif əsində mənim imzama oxşar imzam vardır. Müqavilənin əvvəlki səhifələrində isə “təkcə iddiaçının imzası” və “əsli ilə düzdür” ştampı vardır. Bu müqavilənin təkcə iddiaçının imzası olan səhifələrdən birində qeyd olunur ki, “aramızda olan mübahisələrə baxmağa 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi səlahiyyətlidir”. Məhz iddiaçı da buna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Hesab edirik ki, bu durum Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Qeyd etməliyəm ki, 18 oktyabr 2011-ci il tarixli Agentlik müqaviləsində ərazi aidiyyətinə dair hər hansı bir şərt mövcud deyildi. 18 oktyabr 2011-ci il tarixindən sonra əmələ gələn münasibətlərin tənzimlənməsi üçün həmin müqaviləyə əlavələr buraxılmışdır. Ərazi aidiyyət qaydasının da dəyişdirilməsi üçün razılığa gəlmək üçün müqaviləyə əlavə buraxıla bilərdi. Deməli, iddiaçı iddianı qanunda nəzərdə tutulduğu kimi, onun rəsmi qeydə alındığını yerin məhkəməsinə yox, özünə hərtərəfli surətdə yaxın olan bir məhkəməyə vermək üçün 18 oktyabr 2011-ci il tarixli Agentlik müqaviləsini saxtalaşdıraraq, 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsini məhkəməyə təqdim etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən xxx kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 02 avqust 2019-cu ildə 2-2(103)-447/2019 saylı iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini, Bakı Apelyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, ilk iddia ərizəsi üzrə iddia tələbinin tam rədd edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsini, bu mümkün deyilsə, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili M.Yolçuyev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 avqust 2019-cu ildə iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini, Bakı Apelyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəb ul edilməsini, ilk iddia ərizəsi üzrə iddia tələbinin tam rədd edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsini, bu mümkün deyilsə, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri göndərilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh M.Məmmədov da vəkili M.Yolçuyevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 avqust 2019-cu ildə iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini, Bakı Apelyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini, ilk iddia ərizəsi üzrə iddia tələbinin tam rədd edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsini, bu mümkün de yilsə, işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri göndərilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili T.Şahbazov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02.08.2019cu il tarixli qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.08.2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin fa ktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 avqust 2019cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya inst ansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 02 avqust 2019-cu il tarixli, 22(103)-447/2019 saylı qətnamə ilə, İddiaçı Sığorta Şirkətinin və cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2019cu il tarixli, 2-2(81)-15/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 442, 448.1, 467, 354.1, 354.2, 386-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh xxx kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, xxx kasasiya şikayətindəki ilk dəlili (qeyd edilməlidir ki, sözügedən dəlil bu və ya digər şəkildə kasasiya şikayətində dəfələrlə təkrarlanır) onun 14 yanvar 2016-cı il tarixli razılaşma protokoluna əsas olmuş maliyyə sənədlərinin yoxlanılması üçün mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlər verməsinə baxmayaraq, nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinin həmin vəsatətlərinin təmin edilməməsindən və hətta bu barədə qərardad belə çıxarılmamasından ibarətdir. Məhkəmə kollegiyası xxx bu dəlilini əs assız sayır, belə ki, məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yəni, mülki-prosessual qanunvericilik iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin ixtiyarına buraxmış, başqa sözlə, iş üzrə ekspertiza təyin edilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur. Burada məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Yəni, ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla, iş üzrə toplanmış digər sübutla rla yanaşı yoxlanılır və qiymətləndirilir. Buna görə də birinci və apelyasiya instansiyası məhkəməsinin mühasibatlıq ekspertizası keçirilmədən iş üzrə toplanmış digər sübutları yoxlayıb, onlara hüquqi qiymət verməli və bunun əsasında iş üzrə məhkəmə aktı qəbul etmələri qanun pozuntusu sayıla bilməz. Digər tərəfdən, mülki prosessual qanunvericiliklə iş üzrə ekspertiza təyin edilməməsi halında məhkəmə qərardadının çıxarılması nəzərdə tutulmamışdır. Sözügedən prosedur Mülki Prosessual Məcəllənin “Qərardadın çıxarılması qaydası” adlanan Mülki Prosessual Məcəllənin 263-cü maddəsinin tələbləri çərçivəsində həll olunur. Belə ki, həmin Məcəllənin 263.4-cü maddəsinə görə məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca ak t şəklində tərtib olunmadan qərardad çıxara bilər. Həmin Məcəllənin 263.5-ci maddəsinə müvafiq olaraq qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, xxx iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməməsi və bunun nəticəsində həqiqətin aşkar edilməməsi barədə dəlili fərziyyə, mülahizə və mücərrəd xarakterlidir. Belə ki, xxx kasasiya şikayətindəki bu dəlilə dair aşağıdakı ifadələrdən istifadə etmişdir: “… Mühasibatlıq ekspertizası keçirilmiş olsaydı AXA MBSK Sığorta Şirkətində tətbiq edilən ikili mühasibatlıq sistemi və digər qanunsuz əməliyyatlar ifşa olunacaqdı…”, “Əgər həmin mühasibatlıq ekspertizası keçirilsəydi, 14 yanvar 2016-cı il tarixli razılaşma protokolunun saxta olduğu ortaya çıxacağı kim i, iddiaçı AXA MBSK Sığorta Şirkətinin, hələ də cavabdeh Məmmədova ödəmədiyi 30000 manat komisyon borcu olduğu da təsbit olunacaqdı”, “Hesab edirik mühasibatlıq ekspertizası keçirilsə bizim iddiaçıya borcumuzun olmadığı təsbit olunacaqdır”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədə «Kasasiya şikayətinin məzmunu» adlanan 407-ci maddəsi mövcuddur. Həmin Məcəllənin 407.1, 407.1.4-cü maddələrinə görə kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Lakin xxx kasasiya şikayətindəki həmin dəlili Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğun deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xxx qənaətinə görə AXA MBSK Sığorta Şirkətində ikili mühasibatlıq sistemi tətbiq edilir və digər qanunsuz əməliyyatlar aparılır, həmçinin şirkətin xxxa ödəmədiyi 30000 manat komisyon borcu var, o zaman xxx kasasiya şikayətində yazdığı bu məsələləri birinci və apelyasiya instansiyası m əhkəməsində digər sübut növləri ilə təsdiq etmək imkanına malik olmuş, lakin buna dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. xxx kasasiya şikayətində göstərdiyi digər dəlili isə (qeyd edilməlidir ki, həmin dəlil bu və ya digər şəkildə kasasiya şikayətində dəfələrlə təkrarlanır) 22 sentyabr 2014-cü il tarixli agentlik müqaviləsinin, onun qənaətinə görə saxta olmasından ibarətdir. Bununla əlaqədar olaraq xxx kasasiya şikayətində yazır ki, “X7ytanlanmayıb, rahatca sökülüb dəyişdirilə bilir, səhifələrinin sonuncusu istisna olmaqla heç bir səhifəsində xxxun imzasına oxşar imza yoxdur”. Daha sonra xxx kasasiya şikayətində göst ərir ki, “22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsinin saxta olduğuna dair iddia ərizəmizi məhkəmə araşdırmamış, bununla bağlı vəsatətlərimizi təmin etməmiş, Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur”. xxx bu məsələ ilə bağlı Mülki Məcəllənin 331.1-ci maddəsinə istinad edir və hesab edir ki, həmin maddənin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə Mülki Məcəllənin 331.1-ci maddəsinin mətninə müraciət etməyi zəruri hesab edir. Məlum olduğu kimi Mülki Məcəllənin 331.1-ci maddəsinə müvafiq olaraq yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən 22 sentyabr 2014-cü il tarixli Agentlik müqaviləsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 avqust 2017-ci il tarixli 18527 saylı ekspert rəyinə əsasən xxx tərəfindən imzalanmışdır. Beləliklə yazılı əqd (müqavilə) xxx tərəfindən imzalanmışdır, müqavilənin qaytanlanıbqaytanlanmaması barədə müddəa isə Mülki Məcəllənin 331.1-ci maddəsinin mətnində mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, xxx kasasiya şikayətindəki «X7ytanlanmayıb, rahatca sökülüb dəyişdirilə bilir» ifadəsi yenə də fərziyyə xarakterli bir dəlil olmaqla, Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə ziddir. Beləliklə xxx saxta adlandırdığı 22 sentyabr 2014-cü il tarixli agentlik müqaviləsinin və 14 yanvar 2016-cı il tarixli razılaşma protokolunun həqiqətən saxta olmasını təsdiq edən hər hansı bir mötəbər sübut nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir ki, bu da xxx həmin dəlilinin əsassız olması anlamına gəlir. xxx kasasiya şikayətindəki digər dəlilləri isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ekspertiza qaydalarını pozaraq qətnamə qəbul etmiş, məhkəmə-xətşünaslıq ekspertizasına təqdim edilən tədqiqat obyektlərinin çox böyük əksəriyyəti - İddiaçı xxx-dən alınmışdır. Halbuki, istər ekspertizanı təyin edən məhkəmə, istərsə də ekspert cavabdehi dəvət edərək ondan sərbəst imza nümunələrimi götürə bilərdi. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən ol unarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra İnzibati-İqtisadi məhkəmənin həllinə verilə bilər. İlkin iddiaçı qanunvericiliyin tələbinə əməl etmədən iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı pretenziya qaydasına əməl etməməsini 14 yanvar 2016-cı il tarixli “Sığorta haqları üzrə debitor borcun ödənilməsi barədə” Razılaşma Protokolunun 5-ci maddəsi ilə əsaslandırmışdır. Belə bir yanaşma isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı olaraq, həm də həqiqətin üzə çıxmasının və ədalətli məhkəmə araşdırması aparılmasının qarşısını almağa xidmət edir. Məhkəmə kollegiyası xxx bu dəlillərini də əsassız hesab edir, belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97-ci maddəsinin tələbinə görə tərəfin ekspertizanın keçirilməsində iştirak etmək hüququ vardır. Lakin işin materiallarından, cavabdeh M.Məmmədovun məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi üçün zəruri hesab etdiyi imza nümunələrini təqdim etməsi müəyyən edilmir. Cavabdeh M.Məmmədovun qənaətinə görə pretenziya qaydalarına əməl olunmamasına gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında tərtib edilmiş 14 yanvar 2016-cı il tarixli Razılaşma Protokolunun 5-ci bəndinə əsasən Borclu bu protokol üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya vaxtında yerinə yetirmədikdə, yaxud bu protokol üzrə ödənişləri müəyyən edilmiş müddətdə ödəmədikdə, bu protokol və agent müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair pretenziya qaydasını tətbiq etmədən Borcluya qarşı məhkəməyə iddia verə və ya özgəsinin pulunu mənimsə diyi barədə Borclu haqqında aidiyyəti hüquq-mühafizə orqanlarına cinayət tərkibinin araşdırılması üçün ərizə verə bilər. Bu zaman agent müqaviləsinə uyğun olaraq, Borclu sığorta haqqının agent müqaviləsinə əsasən ödəməli olduğu gündən başlayaraq, hər gecikdirilmiş gün üçün dəbbə pulu ödəyəcəkdir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 avqust 2019-cu il tarixli, 2-2(103)447/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar