Məhkəmə qərarları › İş №2-2(102)-525/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-525/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-525/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏRARDADİ İş № 2-2(102)-525/2023 Açar sözlər: kassasiya baxışından çıxarılma, MPM-in 403.1-ci maddəsi, tələbləri təmin olunmadığı hallarda şikayət verilə bilinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Firmasına qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-233/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılaraq müəyyən edilmişdir I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) 2022-ci il 22 avqust tarixində "xxxx" Firmasına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 200.974,20 manat gecikdirilmiş əsa s borc, 424.920,21 manat cərimə borcunun və 33-LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat gecikdirilmiş əsas borc, 124.869,01 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi: 863.863,82 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 oktyabr tarixli e-2-2(113)-4906/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Firmasından 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 200.974,20 manat əsas borc, 20.000 manat cərimə, 33LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat əsas borc 12.486 manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – A.Əliyeva).

3. Cavabdeh 2022-ci il 20 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-233/2023 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 24 oktyabr tarixli e-2-2(113)-4906/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilmiş, iddiaçının cavabdehə qarşı 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən 2015-ci il 1 aprel tarixədək tələb edilən 89.231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

5. Məhkəmə hesab etmişdir ki, 12-LA nömrəli müqavilə üzrə cavabdehin 2015-ci il 1 aprel tarixədək yaranmış borcunun tutulması barədə iddiaçının iddia tələbinə artıq baxılaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 sentyabr tarixli 2-2(83)-1005/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hüquqi qiymət verildiyindən iddiaçının 2015-ci il 1 aprel tarixədək cavabdehə hesabladığı 89.231,20 manat borcun tutulması barədə tələbinə həmin dövr artıq əvvəlki iş üzrə məhkəmə baxışının predmeti olduğu üçün yenidən baxıla bilməz. Buna görə də həmin hissədə iddia üzrə icraata xitam verilməlidir.

6. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-233/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi – cavabdehdən iddiaçının xeyrinə 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 111.743 manat əsas borc, 20.000 manat cərimə, 33-LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat əsas borc 12.486 manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

7. Qətnamə 2023-cü il 7 iyun tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, iddiaçı 2023-cü il 8 avqust tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər; 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

9. Məhkəmə kolle giyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kassasiya şikayəti nəzərdən keçirilərkən şikayətin onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyi müəyyən olunmuşdur.

10. Belə ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 200.974,20 manat əsas borc, 20.000 manat cərimə, 33-LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat əsas borc 12.486 manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 023-cü il 1 iyun tarixli 2-2(103)-233/2023 saylı qərardadı ilə isə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilmiş, iddiaçının cavabdehə qarşı 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən 2015-ci il 1 aprel tarixədək tələb edilən 89.231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Qərardadın əsaslarına görə, 12-LA nömrəli müqavilə üzrə cavabdehin 2015-ci il 1 aprel tarixədək yaranmış borcunun tutulması barədə iddiaçının iddia tələbinə artıq baxılaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 14 sentyabr tarixli 2-2(83)-1005/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi hüquqi qiymət verildiyindən iddiaçının 2015-ci il 1 aprel tarixədək c avabdehə hesabladığı 89.231,20 manat borcun tutulması barədə tələbinə həmin dövr artıq əvvəlki iş üzrə məhkəmə baxışının predmeti olduğu üçün yenidən baxıla bilməzdi.

12. Apellyasiya instansiya məhkəməsinin iddiaçının kassasiya şikayəti verərək mübahisələndirdiyi qətnaməsi ilə isə cavabdehdən iddiaçının xeyrinə 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 111.743 manat əsas borc, 20.000 manat cərimə, 33-LA/13 nömrəli müqavilə üzrə 112.350,40 manat əsas borc 12.486 manat cərimə, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Göründüyü kimi, iddiaçının tələblərinin təmin olunmadığı məhkəmə aktı əslində hazırda mübahisələndirdiyi apellyasiya instansiyası məhkəməsinin qətna məsi deyil, apellyasiya məhkəməsinin 2021-ci il 16 iyul tarixə 12-LA/08 nömrəli müqavilə üzrə 2013-cü ilin 3-rübündən 2015-ci il 1 aprel tarixədək tələb edilən 89.231,2 manat hissədə iddia tələbi üzrə icraata xitam verdiyi 2023-cü il 1 iyun tarixli, 2-2(103)-233/2023 saylı qərardadı olmuşdur. Yəni, iddiaçının MPM-in 403.1-ci maddəsinin tələbi baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsini deyil, qərardadını mübahisələndirmək hüququ mövcud olmuşdur.

14. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

15. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin olunduğu qətnaməsindən də apellyasiya şikayəti verilməmişdir.

16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti yuxarıda göstərilən maddənin tələbləri baxımından məqbul hesab edilə bilməz. Bu səbəbdən də, hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 22(102)-525/2023 saylı qərardadı ləğv edilməli və iddiaçının kassasiya şikayəti kassasiya baxışından çıxarılmalıdır.

17. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403.1, 404- 1, 417.1.7-ci maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 22(103)-233/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 2-2(102)-525/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar