Məhkəmə qərarları › İş №2-2(102)-525/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-525/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-525/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRAR 2-2(102)-525/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 may tarixli, 22(103)-51/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ya zılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 1 fevral tarixli 37/17 saylı və 2021-ci il 30 yanvar tarixli 21-0014 nömrəli alqı-satqı müqavilələri ilə satıcı İddiaçı MMC müvafiq olaraq müqavilələrə əlavə və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd edilmiş malları alıcı Cavabdeh QSC-yə verməyi, sonuncu isə malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 2. 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əlavə olan 2020-ci il 5 noyabr tarixli qiymətlərin razılaşdırılması protokolunda 268.646,21 manat məbləğində mallar qeyd edilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 3. 2020-ci il 12 noyabr tarixli təhvil-təslim aktında müxtəlif çeşiddə malların təhvil veri ldiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 4. 2021-ci il 12 iyul tarixli təhvil-təslim aktında 294 metr profil malının təhvil verildiyi qeyd edilmişdir. Akt hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. Aktda EBBE seriyalı 702136 nömrəli 2020-ci il 12 iyul tarixli elektron qaimə qeyd edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə EBAS seriyalı 495364 nömrəli 2020-ci il 12 noyabr tarixli (118.274,29 manat), EBBE seriyalı 702136 nömrəli 2020-ci il 12 iyul tarixli (4.267,12 manat), EBBF seriyalı 286851 nömrəli 2021-ci il 24 iyul tarixli (6.867,6 manat), EBBX seriyalı 147695 nömrəli 2021-ci il 27 may tarixli (68.672,46 manat), EBBX seriyalı 216706 nömrəli 2021-ci il 28 may tarixli (47.855,19 manat), EBBY seriyalı 347242 nömrəli 2022-ci il 16 iyun tarixli (55.136,30 m anat), EBBY seriyalı 382944 nömrəli 2022-ci il 17 iyun tarixli (60.998,45 manat) elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir. 6. 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əlavə olan 2022-ci il 27 may tarixli qiymətlərin razılaşdırılması protokolunda 68.672,46 manat, 2022-ci il 28 may tarixli qiymətlərin razılaşdırılması protokolunda 47.855,19 manat, 2022-ci il 16 iyun tarixli qiymətlərin razılaşdırılması protokolunda 55.136,31 manat, 2022-ci il 17 iyun tarixli qiymətlərin razılaşdırılması protokolunda 60.998,45 manat, 2021-ci il 12 iyul tarixli qiymətlərin razılaşdırılması protokolunda 4.267,12 manat və 2021-ci il 12 iyul tarixli qiymətlərin razılaşdırılması protokolunda 6.867,6 manat məbləğində mallar qeyd edilmiş, həmin aktlar hər iki tərəfin möhürü ilə t əsdiq edilmişdir.

7. Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 2021-ci il 22 yanvar tarixində 20.246,04 manat, 2021-ci il 13 aprel tarixində 20.000 manat, 2022-ci il 2 iyun tarixində 50.000 manat, 2022-ci il 16 iyun tarixində 34.000 manat, 2022-ci il 22 iyun tarixində 16.000 manat, 2022-ci il 17 avqust tarixində 10.000 manat məbləğində pul köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 184.781,07 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2017-ci il 1 fevral tarixli 37/17 saylı və 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqavilələri əsasında EBAS 495364, EBBE 702136, EBBF 286851, EBBX 147695, EBBX 216706, EBBY 347242 və EBBY 382944 saylı e-qaimələrə əsasən cəmi 362.071,40 manat (ƏDV daxil) mallar cavabdehə satılmışdır. Cavabdeh müxtəlif tarixlərdə cəmi 177.290,33 manat (ƏDV daxil) ödəmə etmiş, lakin 184.781,07 manat (ƏDV daxil) borc qalmışdır. Müqavilələrin əlavələri olan qiymətlərin razılaşma protokollarına əsasən malların dəyəri, mallar verildikdən sonra 30 gün müddətində 100 % olaraq ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 184.781,07 manat (ƏDV daxil) məbləğ ödənilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli, e-2-2(113)2773/2023 nömrəli qətnaməsi ilə (hakim A.H.Əliyeva) iddia təmin edilmiş, Cavabdeh QSCdən 184.781,07 manatın İddiaçı MMC-nin xeyrinə tutulm ası qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetirilir. Belə ki, tərəflər arasında müqavilə və qiymətlərin razılaşma protokolu imzalanmış, daha sonra onun əsasında mallar qarşı tərəfə təhvil verilmişdir. Eyni zamanda təhvil verilmiş mallarla bağlı qarşı tərəfə elektron qaimələr göndərilmişdir. İddiaçı müqavilə öhdəliyini tam olaraq icra etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişləri tam olaraq etməmişdir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.2, 442, 567, 600.1, 600.4-cü, Vergi Məcəlləsinin 175.1.1, 175.1.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 80, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Cav abdeh QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 25 aprel tarixli rəyinə əsasən 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan 2020-ci il 12 noyabr tarixli 495364 №-li elektron qaiməyə, müqaviləyə əlavəyə (qiymətlərin razılaşdırma protokolu) və müqavilə üzrə təhvil-təslim aktına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 118.274,29 manat məbləğində (100.232,45 manat dəyər + 18.041,84 ma nat ƏDV = 118.274,29 manat) mal təhvil verilmişdir. 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan 2021-ci il 12 iyul tarixli 702136 №-li, 2021-ci il 24 iyul tarixli 286851 №-li, 2022-ci il 27 may tarixli 147695 №-li, 2022-ci il 28 may tarixli 216706 №-li, 2022-ci il 16 iyun tarixli 347242 №-li və 2022-ci il 17 iyun tarixli 382944 №-li elektron qaimələrə, müqaviləyə əlavələrə (qiymətlərin razılaşdırma protokolu) və müqavilə üzrə təhvil-təslim aktlarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 243.797,11 manat məbləğində (206.607,72 manat dəyər + 37.189,39 manat ƏDV = 243.797,11 manat) mal təhvil verilmişdir. 2017-ci il 1 fevral tarixli 37/1 7 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan AZ16PAHA4006AZNHC********** nömrəli cari hesabının məlumatları və cavabdehin ödəniş tapşırıqlarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş 2020-ci il 12 noyabr tarixli 495364 №-li elektron qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 22 yanvar tarixdə 23.890,33 manat məbləğində (20.246,04 manat dəyər + 3.644,29 manat ƏDV = 23.890,33 manat) və 2021-ci il 13 aprel tarixdə 23.600,00 manat məbləğində (20.000,00 manat dəyər + 3.600,00 manat ƏDV = 23.600,00 manat) olmaqla ümumilikdə 47.490,33 manat məbləğində (40.246,04 manat dəyər + 7.244,29 manat ƏDV = 47.490,33 manat) ödəniş edilmişdir. 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının "xxxx" ASC-də olan AZ16PAHA4006AZNHC********** nömrəli cari hesabının məlumatları və cavabdehin ödəniş tapşırıqlarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş 2021-ci il 12 iyul tarixli 702436 №-li, 2021-ci il 24 iyul tarixli 286851 №-li, 2022-ci il 27 may tarixli 147695 №-li, 2022-ci il 28 may tarixli 216706 №-li, 2022-ci il 16 iyun tarixli 347242 №-li və 2022-ci il 17 iyun tarixli 382944 №-li elektron qaimələr üzrə cavabdeh tərəfindən iddiaçıya 2022-ci il 2 iyun tarixdə 59.000,00 manat məbləğində (50.000,00 manat dəyər + 9.000,00 manat ƏDV = 59.000,00 manat), 2022-ci il 16 iyun tarixdə 40.120,00 manat məbləğində (34.000,00 manat dəy ər + 6.120,00 manat ƏDV = 40.120,00 manat), 2022-ci il 22 iyun tarixdə 18.880,00 manat məbləğində (16.000,00 manat dəyər + 2.880,00 manat ƏDV = 18.880 manat) və 2022-ci il 17 avqust tarixdə 11.800,00 manat məbləğində (10.000,00 manat dəyər + 1.800,00 manat ƏDV = 11.800,00 manat) olmaqla, ümumilikdə 129.800,00 manat məbləğində (110.000,00 manat dəyər + 19.800,00 manat ƏDV = 129.800,00 manat) ödəniş edilmişdir. 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan sənədlərə (iddiaçının cari hesabının məlumatları, elektron qaimələrə, təhvil-təslim aktlarına və cavabdehin ödəniş tapşırıqlarına) əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli 37/17 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə borcu ƏDV ilə birlikdə 70.783,96 mana t məbləğində müəyyən olunur. 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan sənədlərə (iddiaçının cari hesabının məlumatları, elektron qaimələrə, təhvil-təslim aktlarına və cavabdehin ödəniş tapşırıqlarına) əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 30 yanvar tarixli 21-0014 saylı alqısatqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya borcu ƏDV-ilə birlikdə 113.997,11 manat məbləğində müəyyən olunur.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 may tarixli, 2-2(103)-51/2024 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixl i, e-2-2(113)-2773/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətində göstərilən dəlillərə dair bildirmişdir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi iddia tələbində göstərilmiş borc məbləğinin düzgün hesablanmasını təsdiqlənmişdir.

17. Cavabdeh tərəfindən borcun olmamasına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf isə istinad etdiyi halı təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Lakin cavabdeh şikayətdə göstərdiyi məsələlər üzrə h eç bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya belə qənaətə gəlmişdir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüşdür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh QSC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Prosessual Məcəllənin 380.1, 386-cı maddələri üzrə - birinci instansiya məhkəməsi işin faktiki hallarını və iş materiallarında olan sübutları araşdı rmadan qərar qəbul etmişdir. - İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə dair” 2002-ci il 27 dekabr tarixli qərarı, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 30 mart tarixli Qərarı üzrə - aşağı instansiya məhkəmələrinin qətnamələri ilə cavabdehin Konstitusiya və qanunlarla qorunan hüquqları pozulmaqla yanaşı, bərabərlik prinsipinə riayət edilm ədən qəbul edilmişdir. - Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə - aşağı instansiya məhkəmələri kobud pozuntu edərək, iş üzrə məhkəmə ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarına uyğun olmayan formal qətnamə çıxarmışlar. İddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv hesablanmışdır. Borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, bunun əsasında qətnamə qəbul edilməli idi. Lakin, tərəfindən məhkəməyə ekspertizanın təyin edilməsinə dair vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən ona baxılmamışdır.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. İddiaçı MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraza görə kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayət iş materialları ilə tanış olunmadan tərtib olunmuşdur. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiym əti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600. 4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4- cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədi yi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

29. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış ekspert rəyi ilə iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanması müəyyən edilmişdir.

30. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcun məbləğini müəyyən edərkən, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır və formal xarakter daşıyır.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 30 may tarixli, 2-2(103)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar