Məhkəmə qərarları › İş №2-2(102)-525/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-525/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-525/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam, məhkəmədə baxılmalı deyilsə 07.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X5 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-706/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasın da baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.749,99 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 128,25 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-2793/2015) İddiaçı ASC-nin cavabdehlər X8 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi və onların ilkin satış qiymətlərinin müəyyən edilməsi və s. tələbinə dair iddiası qism ən təmin edilərək cavabdehlər X8, X11, X10, X1 və “FED” firmasından müştərək qaydada cəmi 410.888,79 ABŞ dolarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması və tutmanın X3, X7 məxsus mənzilərə yönəldilməsi, S.M.Sadıqovaya məxsus mənzilin ilkin satış qiymətinin 400.000 manat, E.S.Qasımova məxsus mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, mənzilərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin hesabına ASC-yə olan borcun ödənilməsi, mənzilərdə yaşayanların istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Bakı Apelyasiya Məhkəməsinin mülki Kolegiyasının 2(103)-2287/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra Şöbəsinin 17/709821/9 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.7– ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 17/709821/9 saylı sifariş məktubuna əsasən X3 (ipotekaqoyan, zamin) məxsus olan Bakı ş., Nəsimi rayonu, Rəşid Behbudov küç., ev 71, m 68 mənzil hərrac təşkilatçısı “X6” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X6” MMC-nin xx.xx.2017-ci il tarixli 136 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-c i maddəsinə müvafiq olaraq, X3 məxsus olan Bakı ş., Nəsimi r., Rəşid Behbudov küç., ev 71, m 68 mənzil ipotekasaxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “X6” MMC-nin xx.xx.2017-ci il tarixli 247 saylı hesabfakturasında X3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 71, 68 nömrəli mənzilin açıq hərracdan satılması ilə əlaqədar 10805,08 manat məbləğində xidmət haqqı və 1944,91 manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 12749,99 manat məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “X6” MMC-nin "xxxx" ASCnin Həzi Aslanov filialında olan hesabına xx.xx.2017-ci il tarixli 247 saylı hesab-fakturaya əsasən X3 məxsus həmin mənzilin hərrac xidmət inin dəyəri olaraq 10805,08 manat ödənilmişdir. xx.xx.2017-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X2 hesabına xx.xx.2017-ci il tarixli 247 saylı hesab-fakturaya əsasən 1944,91 manat ƏDV ödənilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixli 2(005)- 3095/2019 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X4 iddiası, icra məmuru hərracın təşkili və keçirilməsini dayandırmalı olduğu halda dayandırmadığından səbəbindən, təmin edilərək “X6” MMC tərəfindən keçirilmiş hərrac, hərracın yekününuna dair protokol etibarsız hesab edilmişdir və İddiaçı ASC adına rəsmləşdirilən çıxarışin ləğv edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-4708/2020 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli 2(102)-2417/2021 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının qərarı ilə iş üzrə cavabdeh İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-4708/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materialarına əlavə olunan AKT-a əsasən, Bankın mülkiyyətində olan həmin mənzil ilkin qətnamə qəbul olunandan təxmini 8 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə boşaldılmışdır və Banka təhvil verilmişdir. Mənzil boşaldıqdan sonra Bank tərəfindən çəkilən bütün xərclərin həcmin müəyyən etmək mümkün olub. “X 6” MMC-nin xx.xx.2017-ci il tarixli 247 saylı hesab-fakturasına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 10805,08 manat məbləğində xidmət haqqı və 1944,91 manat məbləğində vergi ödənişinin, cəmi 12749,99 manat məbləğində pulun qaytarılması ilə əlaqədar hərrac təşkilatçısı “X6” MMC-nə müraciətlər olunsa da, Bankın xahişi nəzərə alınmamış və ödənilən vəsait geri qaytarılmamışdır. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən olan çıxarışa əsasən hesab-faturada qeyd edilən VÖEN-lə (**********) axtarış verəndə Cavabdeh MMC göstərilir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 21 may tarixli e-2-2(113)-2745/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).

4. Məhkəmə qeyd etmişdir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.

5. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin predmetini təşkil edən iddiaçı tərəfindən etibarsız hesab edilmiş hərraca çəkilmiş xərcin tələb edilməsi ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsasları mövcud deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.1ci maddəsinin tələbləri baxımından iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçı tərəfə, etibarız hesab edilmiş hərracla bağlı çəkilmiş xərcin ödənilməsi ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəl ləsinin (bundan sonra – “MM”) 319.5-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 74.1, 74.2, 74.3, 79.1, 79.2.1 və 81.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4, 42.1, 43.2, 43.5, 43.6, 43.7, 43.7-1, 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4 və 47.4-cü, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərardad qəbul olunmasını, əks təqdirdə hazırkı şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-706/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıllmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

9. Məhkəmə qanunvericiliyə istinad edərək hesab etmişdir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin və əldə edilmiş əmlakla bağlı digər xərclərin (vergilərin) icra işi üzrə borclulardan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsi üçün əsas hesab etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən qaldırılan hazırki iddiaya ayrıca iddia icraatı qaydasında baxılmasının mümkünsüzlüyünə birinci instansiyası məhkəməsi tərəfindən həm «İcra ha qqında» Azərbaycan Respublikası Qanunun, həm də «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun məhkəmə tərəfindən istinad olunan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 319.5-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 74.1, 74.2, 74.3, 79.1, 79.2.1 və 81.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4, 42.1, 43.2, 43.5, 43.6, 43.7, 43.7-1, 47.2, 47.2.1, 47.2.2, 47.2.3, 47.2.4 və 47.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. MM-in 14, 385.1, 385.2, 448.1, 448.2-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 80.1, 80.3-cü maddələri üzrə - apellyasiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmək əvəzinə, bir sıra qanun normalarına formal istinad etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı hərrac nəticələrinə əsasən məcburi olaraq cavabdehlərin öz öhdəliklərini icra etməməsi nəticəsində əmlakı əldə etmiş, hazırkı iş üzrə cavabdehlər tərəfindən ödənilməli olan və qanunvericiliklə müəyyən olunmuş ödənişlərin həyata keçirilməsi məcburiyyətində qalmış, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı cavabdehlərin əvəzinə ödəmiş, iddiaçıya qaytarılmalı olan həmin vəsaitlər qaytarılmadığından, iddiaçıya maddi ziyan dəymişdir.

14. MPM-in 77 və 88-ci maddələri üzrə - cavabdeh hər ik i instansiya məhkəməsində vəkillə təmsil olunmuş və mülki işə hər hansı sübut, etiraz və ya vəsatət əlavə etməmişdir. Əlavə olunan ərizələrdən müəyyən etmək olmuşdur ki, hansı normaya istinadən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı isə öz növbəsində iddia ərizəsinə mötəbər sübutlar əlavə etmişdir.

15. Məhkəmə nəzərə almamışdır ki, vəsait icra orqanının depozit hesabına köçürülməmiş, bir hüquqi şəxs digər hüquqi şəxsin hesabına pul vəsaitini köçürmüş, sonradan məhkəmə qərarı əsasında hərracın yekun protokolu ləğv edilmişdir. Belə olduğu halda, əqd məhkəmə tərəfindən etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqların hamısını digər tərəfə qaytarmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etir azında bildirmişdir ki, Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilmiş və proses zamanı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. İddiaçı tərəfindən istinad edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli 2(005)-3095/2019 nömrəli qətnaməsi ilə bağlı icra məmuru hərracı dayandırmalı olsa da, bu barədə “Hərrac Təşkilatına” heç bir rəsmi məlumat və ya sənəd təqdim olunmamışdır. Hərrac yalnız icra orqanının məktubu əsasında dayandırıla bilər və belə bir müraciət daxil olmadığından hərrac qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı özü də ərizəsində hərracın dayandırılması ilə bağlı məlumatın təqdim edilmədiyini etiraf etmişdir. Hərrac Təşkilatının bu prosesdə hər hansı hərəkətsizliyi və ya təqsiri mövcud deyil. Üstəlik, iddiaçının 7 il sonra irəli sürdüyü bu tələblər yalnız icra şöbəsinin fəaliyyəti ilə bağlı ola bilər və yanlış ünvanlanmışdır. Hərracın keçirilməsində heç bir hüquq pozuntusu baş vermədiyi iddiaçıya da məlumdur. Vergilər Xidmətinə ödənilmiş sadələşdirilmiş verginin “Hərrac Təşkilatından” tələb olunması da iddianın əsassız və ədalətsiz olduğunu göstərir. Kassasiya baxışının hədləri

17. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olumuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi geci kdirməsinin nəticələri 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.” 19. “İcra haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun “Maddə

8. İcra sənədləri üzrə icraata başlanılması 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödəniş inin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.” “Maddə

74. Borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. 74.2. Bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əl də olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.” müvafiq “Maddə

79. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir. 79.2. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına;” “Maddə

81. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası 81.4. İcra hərəkətləri il ə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir.” 20. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.” “Maddə

47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetini n satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbayca n Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.”

21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası müvafiq məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

24. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

25. Belə ki, iddiaçının mövqeyinə görə apellyasiya instan siyası məhkəməsi mübahisə üzrə həmin maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddi hüquq normaların tətbiq edilməsi üçün ilk olaraq mübahisəyə mülki prosessual qanunvericilik baxımından baxılmasının mümkün olması tələb olunur. Hazırki işə isə mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud deyildir.

27. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 74.1, 74.2, 74.3, 79.1, 79.2.1, 81.4-cü maddələrindən müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir.

28. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür.

29. Həmin Qanunun 4.1.4, 47.2, 47. 4-cü maddələrindən isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir.

30. Həmçinin, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

31. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmi şdir.

32. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır.

33. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir.

34. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur.

35. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə b ağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir.

36. Bu baxımdan kollegiya hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir.

37. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğundur və məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyun tarixli 2-2(103)-706/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar