Məhkəmə qərarları › İş №2-2(102)-528/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-528/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-528/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X8 X9 Sanayi ve Ticaret Limited Şirkətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı X8 X9 Sanayi ve Ticaret Limited Şirkətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-445/2023 nömrəli qətnaməsindən c avabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (satıcı) ilə X5 (alıcı) arasında imzalanmış Farmaseptik preparatların çatdırılması üçün 2020-ci il 1 iyun tarixli Sun/11-01 saylı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən etibarən 2020-ci il 1 iyun tarixli müqavilənin əsasını təşkil edən baş spesifikasiyada göstərilmiş preparatlar üzrə İddiaçı kompaniyasının Azərbaycanda rəsmi eksklüziv distribütoru adlanır. - 1.3-cü bəndinə görə satıcı malları alıcıya çatdırmağı öz öhdəsinə götürür. Alıcı isə bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya uyğun (1 nömrəli əlavə) çeşiddə və miqdarda dərman preparatlarını (gələcəkdə “məmulat” adlanacaq) qəbul edib və ödəməlidir. - 1.4-cü bəndinə görə alıcı m əmulatları Azərbaycan Respublikasında satmaq üçün alır. - 2.3-cü bəndinə görə satıcı əvvəlcədən ödəmə onun bank hesabına hissələrlə keçirildikdən sonra məmulatların 30 gün ərzində alıcıya çatdırmağı öhdəsinə götürür. - 3.3-cü bəndinə görə satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatlar satıcının hesabına iddianın alınmasında 3 aydan gec olmadan yeniləri ilə əvəz olunmalı və satıcının öz hesabına alıcıya göndərilməli və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmalıdır. - 3.4-cü bəndinə görə alıcı keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarmalıdır. - 3.6-cı bəndinə görə əgər satıcı iddia göndərən ta rixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcı müqaviləni poza bilər. Bu zaman alıcı satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarır və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcı öz üzərinə götürür. - 3.7-ci bəndinə görə alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borcludur. - 3.8-ci bəndinə görə keyfiyyətsiz məmulatların keyfiyyətsiz olması Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməlidir. - 4.1-ci bəndinə görə alıcı keyfiyyət və kəmiyyət üzrə iddia edərkən o satıcıya ziyanın hesabatını təqdim etməlidir. - 4.2-ci bəndinə görə iddialar yazılı surətdə təqdim olunur. - 7.1-ci bəndinə görə ödənişlər hissələrlə sifarişlə malın hazır olması barəsində satıcının alıcıya məlumat verməsindən və ya alıcı tərəfindən hər iki tərəfin qarşılıqlı razılığı əsasında hazırlanaraq bu müqavilənin ayrılmaz hissəsi olan rəsmi sifarişə əsasən satıcının hesabına qəbul etdikdən sonra 120 gün müddətində köçürülür. - 7.4-cü bəndinə görə məmulatlar satıcıdan alıcıya o zaman təhvil verilmiş hesab olunur ki, onların nəqliyyat qaiməsində çəki, kəmiyyət vahidləri və keyfiyyətləri tam sertifikata uyğun olur. - 10.2-ci bəndinə görə bütün mübahisəli məsələlər X6 Məhkəməsində həll oluna bilər və Ali İqtisadi Məhkəmənin qəbul etdiyi qərar hər iki tərəf üçün mütləq və sonuncudur. - 11.1-ci bəndinə görə hər iki tərəflə imzalanmış əlavələr bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. - 1 1.4-cü bəndinə görə bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və imzalandığı gündən etibarən 3 il müddətində qüvvədədir.

2. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı (satıcı) ilə X5 (alıcı) arasında imzalanmış 2020-ci il 1 iyun tarixli Sun/11-01 saylı sazişə Qoşma 1 olan 2020-ci il 1 iyun tarixli əlavəyə (price list) əsasən 1 ədəd Ascorplus N20 tab adlı məhsulun qiyməti 0,60 ABŞ dollardır. Qoşma 1 (əlavə) alıcının imzası ilə təsdiq edilmişdir. 4. 2020-ci il 17 avqust tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 1.508,1 kq olan malların (Mekodril 75 G Gel; Askorplus N20 Tablets) mənşə ölkəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yük alan isə X3r.

5. Qablaşdırma siyahısından (packing list) görünür ki, (5 8 ədəd Mekodril 75 G Gel, 53 ədəd Askorplus N20 Tablets) qablaşdırılmış (ümumi çəkisi 1.508,1 kq) olan 111 ədəd (Mekodril 75 G Gel; Askorplus N20 Tablets) malların ixracatçısı İddiaçı, idxalçısı - X3r. 6. 2020-ci il 17 avqust tarixli GİB**********007 nömrəli elektron qaimədən (earşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (4.872 ədəd və 1 ədədin qiyməti 0,60 ABŞ dolları olan Mekodril 75 G Gel; 10128 ədəd və 1 ədədin qiyməti 0,6 ABŞ dolları olan Askorplus N20 Tablets) ümumi dəyəri 9.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 7. 2020-ci il 17 avqust tarixli GİB**********007 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (4.872 ədəd və 1 ədədin qiyməti 0,60 ABŞ dolları olan Mekodril 75 G Gel; 101 28 ədəd və 1 ədədin qiyməti 0,60 ABŞ dolları olan Askorplus N20 Tablets) ümumi dəyəri 9.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 8. 2020-ci il 17 avqust tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavəsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən (ümumi dəyəri 9.000 ABŞ dolları) malı qəbul edən (idxalatçı) X4 ünvanlanmış invoys dəyəri 2.923,20 ABŞ dolları olan 4.872 ədəd Mekodril 75 G Gel (və əlavəyə əsasən 6.076,80 ABŞ dolları olan 10.128 ədəd Askorplus N20 Tablets) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək X2 adına rəsmiləşdirilmişdir. 9. 2020-ci il 11 noyabr tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 1.265,5 kq olan malların (Bivigam B6 No 30 capsul; İnfert No 60 tablet) mənşə ölkəsi Türkiyə Res publikası, yükgöndərən İddiaçı, yükalan isə X3r.

10. Qablaşdırma siyahısından (packing list) görünür ki, (50 ədəd Bivigam B6 No 30 capsul, 66 ədəd İnfert No 60 tablet və 1 ədəd İnfert No 60 tablet) qablaşdırılmış (ümumi çəkisi 1.265,5 kq) olan 117 ədəd (Bivigam B6 No 30 capsul; İnfert No 60 tablet) malların ixracatçısı - İddiaçı, idxalçısı - X3r. 11. 2020-ci il 11 noyabr tarixli GİB**********014 nömrəli elektron qaimədən (earşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (5.000 ədəd və 1 ədədin qiyməti 0,70 ABŞ dolları olan Bivigam B6 No 30 capsul; 5.000 ədəd və 1 ədədin qiyməti 0,75 ABŞ dolları olan İnfert No 60 tablet) ümumi dəyəri 7.250 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 12. 2020-ci il 11 noyabr tarixli GİB**********014 nömrəli hesab-faktu radan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (5.000 ədəd və 1 ədədin qiyməti 0,70 ABŞ dolları olan Bivigam B6 No 30 capsul; 5.000 ədəd və 1 ədədin qiyməti 0,75 ABŞ dolları olan İnfert No 60 tablet) ümumi dəyəri 7.250 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 13. 2020-ci il 12 noyabr tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavəsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən (ümumi dəyəri 7.250 ABŞ dolları) malı qəbul edən (idxalatçı) X4 ünvanlanmış invoys dəyəri 3.500 ABŞ dolları olan 5.000 ədəd Bivigam B6 No 30 capsul (və əlavəyə əsasən 3.750 ABŞ dolları olan 5.000 ədəd İnfert No 60 tablet) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək X2 adına rəsmiləşdirilmişdir. 14. 2021-ci il 27 yanvar tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 142,5 kq olan malın (RS-Vera 30 capsul) mənşə ölkəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yükalan isə X3r.

15. Qablaşdırma siyahısından (packing list) görünür ki, (30 ədəd RS-Vera 30 capsul) qablaşdırılmış (ümumi çəkisi 142,5 kq) olan 30 ədəd (RS-Vera 30 capsul) malların ixracatçısı - İddiaçı, idxalçısı - X3r. 16. 2021-ci il 26 yanvar tarixli GİB**********001 nömrəli elektron qaimədən (earşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malın (3.000 ədəd və 1 ədədin qiyməti 1 ABŞ dolları olan RS-Vera 30 capsul) ümumi dəyəri 3.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 17. 2021-ci il 26 yanvar tarixli GİB**********001 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların 3.000 ədəd və 1 ədədin qiyməti 1 ABŞ dolları olan RS-Vera 30 capsul) ümumi dəyəri 3.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 18. 2021-ci il 27 yanvar tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) X4 ünvanlanmış invoys dəyəri 3.000 ABŞ dolları olan 3.000 ədəd RS-Vera 30 capsul Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək X2 adına rəsmiləşdirilmişdir. 19. 2021-ci il 28 yanvar tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 558,4 kq olan malın (Zenavit 60 capsules) mənşə ölkəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yükalan isə X3r.

20. Qablaşdırma siyahısından (packing list) görünür ki, (40 ədəd RS-Vera 30 capsul) qablaşdırılmış (ümumi çəkisi 558,4 kq) olan 30 ədəd (Zenavit 60 capsules) malların ixracatçısı - İddiaçı, idxalçısı - X3r. 21. 2021-ci il 27 yanvar tarixli GİB**********002 nömrəli elektron qaimədən (earşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malın (3.000 ədəd və 1 ədədin qiyməti 0,80 ABŞ dolları olan Zenavit 60 capsules) ümumi dəyəri 2.400 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 22. 2021-ci il 27 yanvar tarixli GİB**********002 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların 3.000 ədəd və 1 ədədin qiyməti 0,80 ABŞ dolları olan Zenavit 60 capsules) ümumi dəyəri 2.400 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X3r. 23. 2021-ci il 28 yanvar tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) X4 ünvanlanmış invoys dəyəri 2.400 ABŞ dolları olan 3.000 ədəd Zenavit 60 capsules Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək X2 adına rəsmiləşdirilmişdir. 24. 2022-ci il 17 avqust tarixli, MŞB/5-02667 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 və Cavabdeh2 sessiyanın tarixi, saatı və yeri barədə 9 gün öncə post vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdirlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir.

25. İddiaçı tərəfindən Cavabdeh2 və X4 2022-ci il 20 sentyabr tarixdə pretenziya məktubu ünvanlanmışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

26. Sunmed İlaç X9 Sanayi ve Ticaret Limited Şirkəti (bundan sonra – “iddiaçı”) X5 və Cavabdeh2 (birlikdə işlədikdə - “cavabdehlər”, ayrı – ayrı müvafiq olaraq “cavabdeh E.İsmayılov” və “Cavabdeh2”) qarşı 2022-ci il 29 sentyabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən borcun ümumi məbləği olan 92.000 manat pulun müştərək qaydada alınıb iddiaçının hesabına verilməsinə dair qətnamə və cavabdehlərin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 178.3.1 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin olduğundan xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 ildir Azərbaycana bioloji qida əlavələri ixrac edir. Azərbaycanda Cavabdeh2 iddiaçının Azərbay canda təmsilçiləri olmaq arzusunda olduğunu bildirdikdə şirkət rəhbərliyi onun arzusunu məmnuniyyətlə qarşılamışdır. Müqavilə bağlayarkən Cavabdeh2 tanışı cavabdeh E.İsmayılovun adına Bakıda təmsilçisi olaraq ofis açacaqlarına dair təklif vermiş və iddiaçı etiraz etmədiyinə görə ofis açılmışdır. Cavabdehlər Türkiyədən sifariş əsasında iddiaçının göndərdikləri məhsulları alıb – satdıqdan sonra pullarını ödəyəcəklərini bildirmişlər. Digər firmalarla da bu şəkildə işbirliyində olduqlarını qeyd etmişlər və iddiaçı cavabdehlərə inanaraq mallarını göndərmişdir.

28. Mallar Bakıya çatdıqda iddiaçı pul vəsaitini istəmiş, lakin cavabdehlər tərəfindən müxtəlif bəhanələr gətirilərək ödənməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər bütün malları satmışlar, əldə olmuş vəsaiti isə mənimsəmişlər və i ddiaçıya pul ödəməyəcikləri barədə bildirmişlər. İddiaçın fakturalarla toplam 21.650 ABŞ dolları (36.805 manat) pullarını iddia üzrə cavabdehlər mənimsəmiş və pretenziyaya baxmayaraq, sonuncular tərəfindən pul vəsaiti qaytarılmamışdır. Bu səbəbdən iddiaçının Azərbaycana olan ixracatı yox dərəcəsinə qədər azalmışdır. Tərəflər arasında olan şifahi və yazılı əqdlərə görə borc müqaviləsi əsasında ona olan borclarının ümumi məbləği 2019-cu ilin noyabr ayı üçün 92.000 manat təşkil etmişdir ki, həmin məbləği iddiaçıya ödəməli olduqları halda, ödəməmişlər və müxtəlif uydurma bəhanələrlə borcu qaytarmaqdan yayınmışlar. Cavabdeh E.İsmayılovla iddiaçı arasında 2020-ci il 1 iyun tarixdə Farmaseptik preparatların çatdırılması üçün SUN/11-01 saylı müqavilə bağlanmışdır. Cavabdehlərə 2021-ci il 8 iyul ta rixdə pretenziya məktubu göndərilərək, borcun qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdehlər pretenziyanı almış olsa da, iddiaçıya pul ödənilməmişdir. Həmçinin mediasiyanın keçirilməsi ilə bağlı cavabdehlərə məlumat verilsə də, sonuncular mediasiya sessiyasında iştirak etməmişdirlər.

29. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 740, 743-cü maddələrinə istinad etmişdir.

30. Cavabdehlər iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdirlər ki, Cavabdeh2 türk vətəndaşı Soner Çelik adlı şəxslə (iddiaçı şirkətin rəhbəri) 2020-ci ilin fevral ayında bir tanış tərəfindən telefon vasitəsi ilə tanış olmuşdur. İddiaçı özü cavabdeh N.Bədəlovla ilə əlaqə yaratmış, iddiaçı Qida əlavələri və kos metik istehsal etdiyi fabrikası olduğunu və Azərbaycanlı vətəndaş ilə işləmək istədiyini bildirmişdir. Cavabdeh2 isə hər sifariş olunan məhsullardan faiz verəcəyini vəd etmişdir. Cavabdeh2 xeyli zaman işlətmiş olduğu "xxxx" MMC şirkəti ilə iddiaçını tanış etmiş, sonuncuya güvənərək 8 adda məhsul (1.Altusin-15 ədəd, 2.Miqrafen10 ədəd, 3.Astraqavit - 10 ədəd, 4.Pulmolizin-5 ədəd, 6.Aminopanten-10 ədəd, 7.Memorin-5 ədəd, 8.Prostatin-10 ədəd) toplam 75 min ədəd alqı-satqısını təşkil etmişdir. İddiaçı məhsul nümunələrini göndərməmiş, ekspertiza rəyi alınmamış, "xxxx" MMC şirkətindən 10.000 ABŞ dollar pul almış və bildirmişdir ki, yeni icarəyə yer götürmüş və xam maddə almağa vəsaiti qalmamışdır. "xxxx" MMC-nin sahibi zəng edərək bildirmişdir ki, sonuncu iddiaçını tanımır, cavabdehlərin vasitəsi ilə tanımış, sonuncular tərəfindən təsdiqlənirsə pul məbləğini göndərəcəyini söyləmişdir. İki ay sonra iddiaçı 8 adda olan məhsul nümunəsini Ekspertizaya yollamışdır. Həmin 8 adda olan məhsulun laborator analizi üçün dövlət rüsumu ödənişinin hər biri 578,20 manat, toplam 4.625,60 manat təşkil etmişdir. Həmin məbləğ "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş və bundan əlavə 8 adda olan məhsulun qutu, içlik və digər sənədlərə görə 1.600 manat pulu iddiaçının Cavabdeh2 vəd etmiş olduğu komissyon haqqı götürəcəyinə inanaraq Cavabdeh2 öz şəxsi vəsaitindən ödəmişdir.

31. Lakin iddiaçının 8 adda olan məhsulu laborator analizindən tam yararsız çıxmış və 8 adda olan məhsulun hamısına xitam verilmişdir. Artıq "xxxx" MMC şirkəti iddiaçıya 77.000 ABŞ dollar ödəmişdir. Məhsullar burada müsbət rə y almamış, iddiaçı həmin şirkətdən öncədən pul almışdır. Şirkət Cavabdeh2 vasitəsi ilə iddiaçını tanıdığı üçün cavabdehdən 8 adda olan məhsulun rəyini tələb etməyə başlamışdır. Bu zaman Cavabdeh2 iddiaçıya yeni bir nümunə göndərməsini bildirmişdir. Yenidən göndərilən məhsulların laborator analiz ödənişlərini və digər xərcləri - toplam 7.825,60 manat manatı Cavabdeh2 öz şəxsi vəsaiti ilə ödəmiş və 8 ay sonra nəhayət müsbət rəy alınaraq məhsullar Azərbaycana gətirilmişdir. Məhsul gələndən sonra X1 sertifikat üçün müraciət olunmuşdur. Məhsullar uyğun olmadığı üçün agentlikdən yenə rədd cavabı alınmış, ödənilən məbləğləri Cavabdeh2 öz vəsaiti ilə ödəmiş və həmin vaxt iddiaçıya ödənişlər olduğunu bildirmiş, iddiaçıya isə ona lazım olan ödənişləri etməyini bildirmişdir. Cavabdeh2 bütün xərcləri borca girərək özü vermişdir. İddiaçı 77.000 ABŞ dolları alıb əvəzinə uyğun olmayan mal istehsal etmişdir. Etibarı üzərində sifarişləri olduğuna görə iddiaçıya Cavabdeh2 tərəfindən distributor müqaviləsi bağlamaqlarını təklif edilmiş, iddiaçı da dərhal qəbul etmişdir. Cavabdeh2 Bakı şəhəri, Xətai rayonunda ofis icarəyə götürmüş və icarələdiyi ofisin şəkillərini, qiymətini iddiaçı ilə razılaşdırmışdır. Aralarındakı razılaşmaya görə, iddiaçı şirkət bütün yararlıq müddətində tərkibinin uyğunsuzluğu təlimatlarının olmaması, markalanmaması, partiyanın nömrəsinin olmaması və ikinci dərəcəli qablaşdırmada son istifadə tarixinin olmaması və s. daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, məhsulların keyfiyyətinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərlə aralarındakı raz ılaşmanın şərtlərini pozaraq başqa səxslərə sonuncuların xəbəri olmadan mal göndərmiş, kifayət qədər gəlir əldə etmişdir ki, həmin gəlirdən Cavabdeh2 heç bir ödəniş etməmişdir. 2020-ci ilin avqust ayında Cavabdeh2 iddiaçıya 2 məhsul sifariş vermiş, Askorplus və Mekodril adda məhsul Azərbaycana gəldiyi vaxt uzun çəkmiş, gömrük rüsumu qalxdığından və mala tələbat bitdiyindən ucuz qiymətə realizasiyaya satılmışdır. İddiaçıdan 2 məhsula qiymət alınmışdır. İddiaçı 1 İnfer və Zenavit məhsullara 1,35 ABŞ dolları qiymət vermiş, lakin sonradan işçisinin səhv hesabladığını əsas göstərərək məhsulun qiymətini 2,70 ABŞ dolları səviyyəsində qaldırmışdır. Məhsul Azərbaycana zay və keyfiyyətsiz gəlmişdir.

32. Sifarişçi dərmanın videosunu çəkərək iddiaçıya yollamış və məhsulu istəmədiyini bildirmişdir. İ ddiaçı "elemanım yalnış karışım yaptı" deyərək cavab vermişdir. Həmin məhsulun ödənişini Cavabdeh2 vəsaitindən ödəmiş və işçi tutaraq həmin məhsuldan bir-bir zay malları ayırmışdır. Daha sonra, iddiaçı Cavabdeh2 vəsaiti ilə Vüsal və Faiq adlı şəxslərə Cavabdeh2 distributor olduğu halda 21 adda məhsul satmış və sonuncuya faiz ödəməmək məqsədilə gizlətmişdir. 2020-ci ilin fevral ayında aralarında mövcud məsələni danışmaq üçün Cavabdeh2 İstanbula 6 məhsulu cavabdeh E.İsmayılovun adına vurulduğunu bildirmək üçün yollanmışdır. “Sun Med” fabrikində Cavabdeh2 iddiaçı ilə görüşmüş və sonuncu cavabdeh N.Bəlovanın üzərinə basqı etmişdir. İddiaçı Cavabdeh2 21.600 ABŞ dolları məbləğində sənəd imzalatdırmış, ertəsi gün cavabdeh E.İsmayılov təkrar iddiaçı ilə görüşə getmiş və bildirmişdir ki, cavabdehlə r xərc çəkib ofis açdıqlarından onlara xeyli miqdarda pul verilməlidir. Lakin, iddiaçı həmin məbləğləri hesaba almayacağını bildirmişdir. Hesab-faktura ilə ödəmədiyi pulun açıqlaması bu olmuşdur ki, iddiaçı Türkiyə dövlətində vergi qaçaqcılığı etdiyi üçün fakturada az məbləğ göstərmiş məhsulun qiyməti isə daha artıq olmuşdur. 2020-ci il 17 avqust tarixdə 1 Mekodril və Askorplus ümumi dəyəri 9.000 ABŞ dolları, 2020-ci il 11 noyabr tarixdə Biviqam və İnfert ümumi dəyəri 7.250 ABŞ dolları və 2021-ci il 27 yanvar tarixdə Zenavit və RS-Vera ümumi dəyəri 5.400 ABŞ dolları, cəmi 21.650 ABŞ dolları hesab faktura ilə borc qaldığına görə iddia qaldırmışdır. İddiaçı ümumilikdə Cavabdeh2 30.000 manat məbləğində ziyan vurmuşdur. İddiaçının tapşırığı və razılığı ilə cavabdehlər öz şəxsi vəsaitləri hesab ına iddiaçının işlərini həll etmək üçün toplam 40.000 manat xərc çəkmişlər. Bundan əlavə cavabdehlər iddiaçı ilə aralarındakı münasibətlərə görə mənəvi ziyan da çəkmişlər.

33. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 yanvar tarixli, e-2-2(113)185/2023 saylı qərardadı ilə hazırki işin məhkəmədə baxılma müddəti 2 ay müddətində uzadılması qərara alınmışdır (hakim – L.Əliyeva).

34. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 fevral tarixli, e-2-2(113)185/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh E.İsmayılovdan 36.805 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim – L.Əliyeva).

35. Birinci instansiya məhkəməsi işin yuxa rıda göstərilən (§§1-25) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mübahisə iddiaçı ilə cavabdeh E.İsmayılov arasında bağlanmış Farmaseptik preparatların çatdırılması (alqı-satqı) müqaviləsindən irəli gəlmişdir. Həmin müqavilənin şərtlərindən də göründüyü kimi tərəflər müqavilədən irəli gələn mübahisələrə hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməmişlər. Bununla yanaşı işə məhkəmədə baxılarkən cavabdeh tərəfindən də mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz edilməmişdir. Tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də, Azərbaycan Respublikası MPM-in müvafiq normalarına əsasən Azərbaycan Respublikası məhkəmələri mübahisəyə baxmaqda səlahiyyətli olmuşlar.

36. Məhkəmə Türkiyə Re spublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədlərin məhkəməyə təqdim olunmasını iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, müqavilə üzrə dəbbə pulunun tutulması qaydası və əsasları barədə müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır. Məhkəmə mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci m addəsinin tələblərinə uyğun olaraq baxılması qənaətinə gəlmişdir.

37. Mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatlar satıcının hesabına iddianın alınmasında 3 aydan gec olmadan yeniləri ilə əvəz olunmalı və satıcının öz hesabına alıcıya göndərilməli və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmalı və alıcı keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarmalıdır. Keyfiyyətsiz məmulatların keyfiyyətsiz olması Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sə nədi ilə təsdiq edilməlidir. Cavabdeh E. İsmayılov etirazında göstərilmiş dəlilləri, yəni iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətsiz olduğunu, eləcə də keyfiyyətsiz mallarla bağlı müqavilədə nəzərdə tutulmuş prosedurlara (malların keyfiyyətsiz olması barədə satıcıya yazılı formada xəbər verilməsi, malların əvəz edilməsi ilə bağlı satıcıya vaxt verilməsi, malların keyfiyyətsizliyinin laboratoriya rəyi ilə təsdiq edilməsi və s.) riayət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

38. Cavabdehlərin təqdim etmiş və məhkəmə iclasında tədqiq olunmuş videogörüntüyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən görüntüdə müşahidə olunan və ovulan dərman preparatlarının məhz iddiaçı tərəfindən cavabdeh E. İsmayılova təqdim edilmiş mübahisəli dərman preparatl arının olub-olmaması, eləcə də tabletlərin ovulmasının onların keyfiyyətsizliyi ilə bağlı olub-olmaması aydın olmamış və həmin görüntülər iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətsiz olması faktının müəyyən edilməsi üçün yetərli sübut hesab edilməmişdir. İddiaçı ilə cavabdeh E.İsmayılov arasında 2020-ci il 1 iyun tarixli Sun/11-01 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi 36.805 manat dəyərində olan farmaseptik preparatları cavabdeh E.İsmayılova təqdim etmiş, lakin cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. İddia tələbinin qalan 55.195 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd olunmuşdur ki, iddiaçı həmin hissədə iddiasının əsaslı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 mübahisəli alqı-satqı müqaviləsində tərəf kimi iştirak etmədiyindən həmin müqavilənin sonuncu üçün hər hansı bir vəzifə yaratması istisna olunmuşdur. Cavabdeh2 iddiaçı şirkətlə (satıcı) cavabdeh E. İsmayılov (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə alıcı ilə birgə məsuliyyət daşıması anlamına gəlinməmişdir.

39. Həmçinin məhkəmə vurğulamışdır ki, Cavabdeh2 belə bir öhdəliyinin yaranması üçün əsas ola biləcək etibarlı müqavilənin (məsələn, zaminlik müqaviləsinin) mövcudluğu da iş materialları ilə təsdiq edilməmişdir. Cavabdehlərin təqdim etmiş olduğu etirazın məzmunundan cavabdeh E.İsmayılov və Cavabdeh2 dərman preparatlarının alqı-satqısının təşkil olunması ilə bağlı birgə fəaliyyət göstərdikləri aydın olmuş olsa da, etirazda cavabdeh E.İsmayılovun mübahisəli alqı-satqı müqaviləsi üzrə alıcı olması faktı inkar edilməmişdir (Əksinə etirazda hətta cavabdeh E.İsmayılovun mübahisəli müqavilə üzrə borcun ödənilməsi ilə bağlı iddiaçı şirkətlə danışıqlar aparması, o cümlədən xərcin borcun ofis açılması ilə bağlı çəkilmiş xərclərlə əvəzləndirilməsi ilə bağlı təklif verməsi göstərilmişdir). Belə olan halda mübahisəli alqı-satqı müqaviləsinin alıcı qismində cavabdeh E.İsmayılovla deyil, əslində Cavabdeh2 ilə bağlanması da müəyyən edilməmişdir. İddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsas olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin təqsirli əməlləri nəticəsində sonunculara 40.000 manat məbləğində maddi zərər, eləcə də mənəvi zərər dəyməsi barədə dəlillərinə gəldikdə isə cavabdehlər tərəfindən maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülmədiyindən göstərilən hallar hazırkı iş üzrə araşdırma predmeti olmamışdır. Digər tərəfdən cavabdehlərin istinad etmiş olduğu hallar öz təsdiqini tapsa da belə, cavabdeh E.İsmayılovu alqısatqı müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini ödəmək öhdəliyindən azad etməmişdir. Məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən olunmamışdır. Hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmiş və hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 366 manat təşkil etmişdir. Mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

40. Məhkəmə öz mövqeyini MM-in 385.1, 387.2, 387.3, 442, 443.1, 448.1, 567, 598.1, 598.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 2.2, 25.1, 25.1.1-ci maddələrinə, MPM-in 4.6, 14.2, 77.1, 106.3, 107, 115.0.9, 119.1, 440.1, 443.0, 443.0.1, 443.0.7, 450.1, 450.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Cavabdeh E.İsmayılov həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhk əməsindəki icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(103)-445/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

41. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən göndərilmiş malların keyfiyyətsiz olması iddiaçının təqdim etmiş olduğu videogörüntü əsasında müəyyən edilə bilməz. Belə ki, cavabdehin imzaladığı 2020-ci il 1 iyun tarixli Sun/11-01 saylı müqavilənin 3.3-cü bəndində satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatların satıcının hesabına iddianın alınmasından 3 aydan gec olmadan yeniləri ilə əvəz olunması və satıcının öz hesabına alıcıya göndərilməsi və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğinin alıcının bank hesabına geri qaytarılması, 3.4-cü bəndində alıcının keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarması, 3.6-cı bəndində əgər satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcının müqaviləni ləğv edərək satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarılmasını və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcıdan tələb etmək hüququ, 3.7-ci bəndində alıcının qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borclu olduğu, 3.8-ci bəndinə görə keyfiyy ətsiz məmulatların keyfiyyətsiz olmasının Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməli olduğu, 4.1-ci bəndində alıcının keyfiyyət və kəmiyyət üzrə iddia edərkən satıcıya ziyanın hesabatını təqdim etmək öhdəliyi, 4.2-ci bəndində iddiaların yazılı surətdə təqdim olunması nəzərdə tutulmuşdur. Cavabdeh E.İsmayılov işə birinci instansiya qaydasında baxılarkən 2022-ci il 14 noyabr tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, sonuncuya təqdim olunmuş “İnfert” adlı məhsulun keyfiyyətsiz olduğuna dair videogörüntü təqdim olunacaq. Cavabdeh E.İsmayılov həmin malın keyfiyyətsiz olması barədə nə qarşı tərəfə, nə də məhkəməyə müqavilə şərtlərinə uyğun olaraq laborator analiz sənədi təqdim etməmiş, qüsurlu malların geri qaytarılması üçün iddiaçıya hər hansı yazılı müraciəti olmamış, keyfiyyətsiz hesab etdiyi malın miqdarı və dəyəri ilə bağlı iş materiallarına sənəd əlavə edilməmişdir. Bundan əlavə qüsurlu olduğu iddia edilən “İnfert” adlı məhsuldan başqa digər malların dəyərinin hansı səbəbdən ödənilmədiyinə dair cavabdeh əsaslı bir dəlil göstərə bilməmişdir.

42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 387.2, 387.3, 442, 443.1, 448.1, 567, 586.1, 586.2, 586.3, 586.4, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 587.4, 587.5, 598.1, 598.3-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 2.2, 25.1, 25.1.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsasla ndırmışdır.

43. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 14 iyun tarixdə cavabdehin vəkilinə göndərilmiş, cavabdeh E.İsmayılov 2023-cü il 7 avqust tarixdə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 21, 152, 385.1, 386.1, 390.1, 422, 425, 448, 449, 560-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, müqavilə bağlandıqdan sonra şərait dəyişmiş, iddiaçının tapşırığı əsasında cavabdeh E.İsmayılov şəxsi hesabına bir çox işlər görülmüş, iddiaçının göndərmiş olduğu məhsullar zay çıxmışdır. İddiaçı tərəf müqaviləni xoş niyyətlə deyil, əksin ə cavabdehlərə ziyan vurmaqla əsassız iddiaların irəli sürülməsi niyyəti ilə bağlamışdır. İddiaçı tərəf hazırkı iş üzrə heç bir zərər çəkməmiş, yalnız hüquqdan sui-istifadə edərək zərərin ödənməsini tələb etmiş və iddiaçı tərəf bağlanmış müqavilə əsasında yaranmış öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

45. MPM-in 8, 14.2, 47.2, 76, 77.1, 79, 85, 88, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh E.İsmayılov tərəfindən mövcud olan bütün sübutlar məhkəmə prosesi zamanı təqdim edilmiş və həmin sübutlar öz təsdiqini tapmışdır. Lakin, məhkəmələr tərəfindən buna hüquqi qiymət verilməmişdir. Məhkəmə hətta göndərilən məhsulların yararsız formada olmasına dair sübutlara baxmayaraq, düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi işə baxarkən qeyd olunan dəlilləri sübu t kimi qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

47. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

387. Öhdəliyin tərəfləri... 387.2. Əgər müqavilə üzrə tərəflərdən h ər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vuru lan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşk ar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 58 7.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tə ləb edə bilər....”

51. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllə nin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymə tləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli, 2-2(103)-445/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

55. Kassasiya şikayətin in dəlilləri bundan ibarət olmuşdur ki, müqavilə bağlandıqdan sonra şərait dəyişmiş, iddiaçının tapşırığı əsasında cavabdeh E.İsmayılov şəxsi hesabına bir çox işlər görmüş, iddiaçının göndərmiş olduğu məhsullar isə zay çıxmışdır. Cavabdeh E.İsmayılov tərəfindən mövcud olan bütün sübutlar məhkəmə prosesi zamanı təqdim edilmiş, lakin, məhkəmələr tərəfindən buna hüquqi qiymət verilməmişdir.

56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 5

7. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

58. Hazırkı halda, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə tərəflərin imzaladığı Sun/11-01 saylı 2020-ci il 1 iyun tarixli müqavilənin 3.3-cü bəndində satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmazlıq və ya nöqsan tapılarsa həmin məmulatların satıcının hesabına iddianın alınmasından 3 aydan gec olmadan yeniləri ilə əvəz olunması və satıcının öz hesabına alıcıya göndərilməsi və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmas ı, 3.4-cü bəndində alıcının keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarması, 3.6-cı bəndində əgər satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcının müqaviləni ləğv edərək satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarılmasını və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcıdan tələb etmək hüququ, 3.7-ci bəndində alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borclu olduğu, 3.8-ci bəndinə görə keyfiyyətsiz məmulatların keyfiyyətsiz olmasının Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməli olduğu, 4.1-ci bəndində alıcının keyfiyyət və kəmiyyət üzrə iddia edərkən satıcıya ziyanın hesabatını təqdim etmək öhdəliyi, 4.2-ci bəndində iddiaların yazılı surətdə təqdim olunması nəzərdə tutulmuşdur.

59. Bununla belə, cavabdeh E.İsmayılovun iddiaçı tərəfindən ona göndərilmiş malların keyfiyyətsiz olması barədə qarşı tərəfə və məhkəməyə müqavilə şərtlərinə uyğun olaraq laborator analiz sənədi təqdim etməsi, qüsurlu malların geri qaytarılması üçün iddiaçıya hər hansı yazılı müraciətin olunması, cavabdehin keyfiyyətsiz hesab etdiyi malın miqdarı və dəyəri ilə bağlı iş materiallarında hər hansı sübutlar aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, əlavə qüsurlu olduğu iddia edilən “İnfert” adlı məhsuldan başqa digər malların dəyərinin hansı səbəbdən ödənilmədiyinə dair cavabdeh E.İsmayılov tərəfindən əsaslı bir dəlil də göstərilməmişdir.

60. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

61. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli s ürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

62. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sü butlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin “digər məsələlər” hissəsində qeyd olunmuş və işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilm işdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

66. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul o lunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

67. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidi r ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında, habelə tərəflər arasında mövcud münasibətləri tənzimləyən maddi hüquqi normalar baxımından hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

70. Beləliklə apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-445/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar