Məhkəmə qərarları › İş №2-2(102)-528/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-528/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-528/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)48/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu il 21 oktyabr tarixindən 2022-ci il 27 may tarixinədək 3.820.075,8 ABŞ dolları məbləğində avadanlıq göndərilmiş, həmin mallara görə Cavabdeh MMC tərəfindən sonuncu dəfə 2022-ci il 8 iyun tarixində olmaqla, ümumilikdə 3.618.400 ABŞ dolları pul ödənilmiş və 201.675,8 ABŞ dolları məbləğində malın dəyəri ödənilməmişdir (X2 Şirkəti tərəfindən təqdim edilmiş cari hərəkət məlumatları).

2. Ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehdən 201.675,8 ABŞ dolları pulun, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzində 638 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən başlayaraq cavabdehin sifarişləri əsasında iddiaçı tərəfindən damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar istehsalçı firma olan X1 İhracat Sanayi Ticaret Anonim Şirketindən əldə edilərək cavabdehə göndərilmişdir. 2019-cu il 21 oktyabr tarixindən 2022-ci il 27 may tarixinədək keçən müddət ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3.820.075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən həmin malların dəyərindən 3.618.400 ABŞ dolları pul ödənilmiş, 201.675,8 ABŞ dolları məbləğində qalan hissəsinin dəyəri isə bu günədək ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin bundan sonra da cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Məsələnin mediasiya vasitəsilə də həlli mümkün olmamışdır. İddia ərizəsinə əlavə edilmiş gömrük-yük bəyannamələrindən, elektron fakturalardan və 2023-cü il 18 mart tarixli auditor hesabatından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 21 oktyabr tarixindən 2022-ci il 27 may tarixinədək olan müddət ərzində ümumilikdə 3.820.075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 45.000 ABŞ dolları olm aqla 2022-ci il 8 iyun tarixində edilmiş, beləliklə, cavabdeh tərəfindən həmin malların 3.618.400 ABŞ dolları məbləğində bir hissəsinin dəyəri ödənilmiş, 201.675,8 ABŞ dolları məbləğində qalan hissəsi isə ödənilməmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə əsas kimi göstərilmiş audit rəyi qeyri-obyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi 2022-ci il 9 fevral, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16.420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbu l edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “WhatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin bəyannamə tarixi 2021-ci il 4 iyun nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21.700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yararsız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa, bəyannamə tarixi 2021-ci il 4 iyun olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53.537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə məlumat verilmişdir. Bundan başqa, Oktay Hacıyev adlı şəxsə məxsus torpaq sahəsində quraşdırılmış sulama sistemi iddiaçı şirkət tərəfindən sulama sisteminin proyektinə uyğun olmayan avadanlıqlar göndərildiyinə görə tam yararsız və ziyyətdədir, odur ki, iddia tələbi tam əsassızdır.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 dekabr tarixli 9/8379 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlərə, bəyannamələrə, invoys sənədlərinə (faktura) cari hərəkət məlumatlarına və sair mühasibat sənədlərinə əsasən 2019-cu il 21 oktyabr tarixindən 2022-ci il 8 iyun tarixinədək iddiaçı tərəfindən cavabdehə 3.820.075,93 ABŞ dolları məbləğində kənd təsərrüfatı texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının satılması nəticəsində cavabdehin iddiaçıya olan borcu 201.675,93 ABŞ dolları məbləğində müəyyən olunur.

7. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli e-2-2(119)831/2023 nömrəli qətnaməsi ilə iddia qismən t əmin edilmiş, cavabdehdən 201.675,8 ABŞ dolları borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 manat mediasiya xərci və 222,85 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – H.Alıyeva).

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2019-cu il 21 oktyabr tarixindən 2022-ci il 27 may tarixinədək Türkiyə Respublikasında qeydiyyata alınmış iddiaçı tərəfindən kənd təsərrüfat texnikaları, damlama sulama sistemləri və s. əldə edilərək Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən cavabdehə satılmışdır. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya t am ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 201.675,8 ABŞ dolları borcun cavabdehdən tutulması xahiş olunmuşdur.

9. Cavabdeh iddia tələbinə qarşı verdikləri yazılı etirazda qeyd olunan mövqeyin, həmçinin cavabdehin qanuni təmsilçisinin və nümayəndəsinin iddia tələbi üzrə vermiş olduqları izahatlarında iddiaçıdan alınmış malların bir hissəsinin yararsız olması barədə dediklərinin sübutu kimi iddiaçı tərəfindən göndərilən 53.537 ABŞ dolları dəyərində malların yararsız olması barədə tərtib edilmiş 2021-ci il 6 iyul tarixli aktı, 21.700 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 2021-ci il 7 iyul tarixli aktı, 15.580 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 2022-ci il 17 mart tarixli M22-10000047 nömrəli aktı və 16.4 20 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 2022-ci il 17 mart tarixli M22-1-0000048 nömrəli aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin aktların tərtib edilməsində və cavabdehin sifarişi əsasında məlum malların quraşdırılmasında iştirak etmiş Şahid4, Şahid3, Şahid2 və Şahid1 cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş və onlar həmin aktlarda yazılanlara uyğun ifadələr vermişlər. Lakin məhkəmə araşdırması zamanı həmin aktların tərtibində məlum malları göndərmiş iddiaçı tərəfin səlahiyyətli şəxslərinin iştirak etmədiyi, habelə həmin aktların müvafiq qaydada və vaxtda iddiaçı tərəfə göndərildiyi, eyni zamanda aktlarla yararsız hesab edilən həmin malların iddiaçıya qaytarıldığı müəyyən edilməmişdir. Bundan başqa, həmin şahidlərin i fadələrinin yuxarıda qeyd olunan halların aydınlaşdırılmasında mötəbər sübut kimi istifadə edilməsi mümkün deyildir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi səs yazısı və digər sənədlərin tədqiqi də iddia tələbinin əsaslılığını istisna etməmişdir.

10. Bundan əlavə, 2023-cü il 5 oktyabr tarixində keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi X3 izahatında tərəflər arasında mövcud olmuş alqısatqı üzrə cavabdehin iddiaçıya 164.945,39 ABŞ dolları borcu olduğunu bildirməklə məlum alqı-satqı üzrə həqiqətən də ödənilməmiş borcun mövcudluğu faktını təsdiq etmişdir. Ödənilməyən borcun dəqiq məbləğinin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın 2023-cü il 7 dekabr tarixli 9/8379 nömrəli ekspert rəyi ilə 201.675,93 ABŞ dolları olduğu müəyyən edilmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edilmiş hər hansı mötəbər sübut əsasında şübhə altına düşmür.

11. Göründüyü kimi, işin konkret halları və yuxarıda qeyd edilən xüsusatlar cavabdeh tərəfin iddia tələbinə etirazında qeyd olunan halları təsdiq etmir.

12. Beləliklə, tərəflər arasında alqı-satqı üzrə öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə ödənilməmiş 201.675,8 ABŞ dolları əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 329, 385.1, 425.1, 427.3, 442, 567, 568.1, 587.1, 587.2, 587.3, 587.4, 587.5, 595.1, 595.2, 595.3 və 598.1-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 185.5, 217.3 və 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-48/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Süleymanova, hakimlər – Z.Məmmədov və M.Hüseynov).

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəmə sinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşmış, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görməmiş və hesab etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

17. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə müfəssəl qiymət verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası əlavə qiymətləndirmə aparılmasına zərurət görməmişdir.

18. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, apellyator tərəfindən apellyasiya şikayəti nin dəlilləri ilə bağlı heç bir yeni sübut apellyasiya şikayətinə əlavə edilməmişdir.

19. Bundan başqa, apellyator kollegiya araşdırması zamanı bir daha iş üzrə keçirilmiş ekspert rəyi ilə gəlinmiş nəticəni mübahisələndirərək təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə kollegiyası şikayətin dəlillərinə söykənən bu vəsatəti təmin etməmişdir. Kollegiya hesab etmişdir ki, hazırkı halda vəsatətin təmin edilməsi işə baxılmasının lüzumsuz olaraq uzadılmasına xidmət etmiş olar. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iş üzrə ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası tərəfindən rəy tərtib edilərək iş materiallarına əlavə olunmuşdur (bax § 6). Həmin rəyin mötəbərliyi şübhə doğurmur. Cavabdeh tərəf həmin ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertizası keçir ilməsinə dair vəsatət irəli sürsə də, həmin ekspert rəyinin əsassızlığına dair heç bir sübut təqdim etməmişdir. Vəsatətin dəlilləri yalnız cavabdehin mülahizələrinə əsaslanır.

20. Məhkəmə kollegiyası vurğulamışdır ki, apellyator ekspert rəyi və bu rəyin istinad etdiyi audit rəyində cavabdeh tərəfindən aparılmış bir sıra ödənişlərin nəzərə alınmadığını mübahisələndirsə də, həmin ödənişlərlə bağlı məhkəmə kollegiyasına heç bir tutarlı sübut təqdim etməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 329, 567, 568.1, 587.1, 587.2, 587.3, 587.4, 587.5, 595.1, 595.2, 595.3 və 598.1-ci; MPM-in 372.6, 372.7, 384.0.1 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 587-ci maddəsi üzrə - 2023-cü il 13 avqust tarixində cavabdehin vəkili və nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinə əsas kimi göstərilmiş audit rəyi qeyri-obyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi 2022-ci il 9 fevral, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16.420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbul edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “W hatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin bəyannamə tarixi 2021-ci il 4 iyun nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21.700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yarasız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa, bəyannamə tarixi 2021-ci il 4 iyun olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53.537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə məlumat verilmişdir. Bundan başqa, Oktay Hacıyev adlı şəxsə məxsus torpaq sahəsində quraşdırılmış sulama sistemi iddiaçı şirkət tərəfindən sulama sisteminin proyektinə uyğun olmayan avadanlıqlar göndərildiyinə görə tam yararsız vəziyyətdədir, odur ki, iddia tələbi tam əsassızdır.

24. MM-in 595.1 və 595.2-ci maddələri üzrə - İş materiallarına əlavə edilmiş e-mail və whatsapp proqramı vasitəsi ilə aparılan yazışmalar, şahid ifadələri sübut edir ki, cavabdeh ağlabatan müddət ərzində ona verilmiş malların qüsurlu olduğu barəsində satıcıya bildiriş vermişdir. Belə olan halda, cavabdehi MM-in 587.2.1-ci maddəsinə görə, müqavilənin icrasından imtina etmək hüququ vardır və cavabdeh həmin hüquqdan istifadə edir. Cavabdeh iddiaçı tərəfi (satıcı) ağlabatan müddət ərzində malların keyfiyyətsiz olması, qüsurlu olması barədə məlumatlandırsa da, iddiaçı tərəf öz öhdəliyini icra etməmiş, qüsurları aradan qaldırmamışdır.

25. MPM-in 217.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi iş üzrə sübutları tam araşdırmadan, qərəzli qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassa siya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

27. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbay can Respublikasının aşağıdakılar nəzərdə tutulur: “Maddə

329. Əqdlərin formaları Mülki Məcəlləsinin müvafiq müddəalarında 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.[320] 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ve rməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya b u cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2 -ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və y a müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsiplər i 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini (bax §§ 23-25) aşağıdakı əsassız səbəblərdən hesab edir.

32. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər iş materiallarından görünür ki, aşağı məhkəmə icraatlarında da bildirilmiş, birinci instansiya məhkəməsi bu dəlilləri cavablandırmış, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin həmin mövqeyi ilə razılaşmış və ona istinad etmiş, eyni zamanda apellyasiya şikayətinin dəlillərini dəyərləndirmiş, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

33. Kassator özünün kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

34. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 30) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024 -cü il 8 may tarixli 2-2(105)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar