Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-529/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı "borcun silinməsi" tələbinə dair iş üzrə Sumqayıt Komm ersiya Məhkəməsinin 2022-ci il 20 iyun tarixli 2-2(119)-954/2022 saylı qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında aşağıdakı qərardadı qəbul etdi. İ. İŞİN HALLARİ
1. İddiaçı(bundan sonra-“İddiaçı”) cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə(bundan sonra“Azəriqaz”) qarşı "borcun silinməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğacın dəyərinə görə hesablanmış 64,67 manat və dəymiş zərər görə hesablanmış 135 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2022-ci il 27 may tarixli, 2(060)-2308/2022 nömrəli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Qoşqarlı).
3. Sumqayıt Şəhər Məhkəməsi belə qənaətə gəlmişdir ki, “hazırkı iş üzrə iddiaçının göstərdiyi ünvan ünvan 1an “Xeyir-şər” evidir. Eyni zamanda “Azəriqaz” tərəfindən verilmiş etirazda da göstərilmişdir ki, Sumqayıt şəhəri, 6-сı m/rayon, ev 18, mənzil 9 ünvanında yerləşən “Xeyir-şər” evi “Azəriqaz”-ın Sumqayıt Qaz İstismar Sahəsində əhali abonenti kimi yox, qeyriəhali kimi müqavilə bağlanıb və qeydiyyatdadır. Bununla da müəyyən olunur ki, iş üzrə iddiaçı mülkiyyətində olan əmlakdan yox, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borсu mübahisələndirmişdir”.
4. Sumqayıt Şəhər Məhkəməsi bu qənaətini Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 32.3, 35.1, 44.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 20 iyun tarixli 2-2(119)-954/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Sadiqov).
6. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən edilməmişdir.
7. Həmçinin qeyri-yaşayış sahəsi kimi qeyd olunan “Xeyir-şər” evinin sahibkarlıq fəaliyyətinin obyekti olması da məlum qərardad və iş materialları ilə müəyyən olunmur.
8. Sumqayıt Kommersiya Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 13, Azərbaycan Respublikası Vergi Məcəlləsinin(bundan sonra-“VM”) 16, 33.3, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, MPM-in 1, 24.2, 25.1, 26.1, 32.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götür ülməsi olan fəaliyyətdir.
10. Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;...” “Maddə
33. Vergi ödəyicilərinin uçotu... 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq ver gi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar...”
11. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisəl ərə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” 12. “S ahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10.Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı 1.Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 2.Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir
13. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərar ınınn müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə ə sasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkar lıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
14. Qarışıq məhkəmə tərkibi işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
15. Belə ki, iş materiallarına əsasən İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınması, onun adına rəsmiləşdirilmiş VÖEN-in mövcud olması müəyyən edilmir.
16. Hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından və sahibkarlıq fəaliyyətinin bunun əsasın da yaranmasından asılıdır. Həmçinin, bu halda əmlakın iddiaçıya məxsus olması və onun özünə məxsus olan əmlakdan sahibkarlıq fəaliyyəti üzrə istifadə etməsi də əhəmiyyət kəsb edir. Qeyri-yaşayış sahəsi kimi qeyd olunan “Xeyir-şər” evinin sahibkarlıq fəaliyyətinin obyekti olması da iş materialları ilə müəyyən olunmur. 17. “Xeyir-şər” evi sahibkarlıq fəaliyyətinin obyekti olacağı təqdirdə belə, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəm ələr baxır.
18. Göstərilənlərə əsasən, iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir.
19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ:
20. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iş mülki iş olduğundan ona mahiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İlqar Dadaşov Hakimlər: Kəmaləddin Bədəlov Elşanə Vəliyeva