Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-529/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-529/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 aprel tarixli, 22(103)-263/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 16 sentyabr tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsinə, 2021-ci il 16 sentyabr tarixli 01 və 02 nömrəli qiymətlərin razılaşdırılması protokollarına əsasən satıcı İddiaçı MMC alıcı “X1” MMC-nin (hazırkı adı Cavabdeh MMC) sifarişi əsasında malları alıcıya satılmasını, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşlər.
2. Qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında 2022-ci il 4 noyabr tarixli akta əsasən, “X1” MMC (indiki adı Cavabdeh MMC) 2022-ci il 31 oktyabr tarixə 53.583,53 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hü quqi şəxsin imzası və “X1” MMC-nin möhürü ilə təsdiq olunmuşdur. 3. 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi ilə "xxxx" MMC “X1” MMC-yə (hazırkı adı Cavabdeh MMC) müəyyən olunan məhsullar satmağı, alıcı isə dəyərini ödəməyi öhdələrində götürmüşlər. 4. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif tarixli və müxtəlif məbləğlərin əks olunduğu elektron qaimələr göndərilmişdir. 5. "xxxx" MMC İddiaçı MMC-yə qoşulması nəticəsində yenidən təşkil edilmiş, sonuncu "xxxx" MMC-nin hüquqi varisidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci il 16 sentyabr tarixli 1756/M 21 saylı alqı-satqı müqaviləsi (bundan sonra – “İ müqavilə”) üzrə 44.875,51 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.487.55 manat məbləğində dəbbə pulu, 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi (bundan sonra – “İİ müqavilə”) üzrə 44.993,12 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.499,31 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,57 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh hər iki müqavilə üzrə təhvil aldığı məhsullara görə iddiaçıya borcunu vaxtında ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli, e-2-2(113)3850/2023 nömrəli qətnaməsi ilə (hakim K.H.Hüseynov) iddia qismən təmin edilərək, 2021-ci il 16 sentyabr tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 44.875,51 manat, cərimə borcu üzrə 2200 manat olmaqla, cəmi 47.075,51 manat məbləğində pulun, 2021-ci il 20 sentyabr tarixli müqaviləyə əsasən 44.993,12 manat, cərimə borcu üzrə 2.200 manat, cəmi 47.193,12 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş 2022-ci il 4 noyabr tarixli qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında aktdan görünür ki, “X1” MMC (indiki adı Cavabdeh MMC) 2022-ci il 31 oktyabr tarixə 53.583,53 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur. Bundan başqa iş materiallarına iddiaçı tərəfindən malların verilməsini təsdiq edən elektron qaimələr əlavə edilmişdir.
10. İddiaçı tərəf borcun bir hissəsinin ödənildiyini, ancaq 44.875,51 manat borcun qaldığını bildirir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən 2021-ci il 16 sentyabr tarixli müqavilə üzrə Cavabdeh MMC-yə göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi məbləği 45.424 manat təşkil edir. İş materiallarından görünür ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə təhvil verilməsi barədə təhvilqəbul akt ları (sadə qaimələr) də tərtib edilmiş və imzalanmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, bu hal iddiaçı tərəfindən həmin dəyərdə olan mallarının cavabdehə verildiyini təsdiq edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin 2023-cü il 09 oktyabr tarixdə elektron qaydada iddiaya etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsini və iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə, həmin müqaviləni mübahisələndirdiklərini, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrin sübut kimi qə bul edilə bilməməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhvil-təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş etmiş, üzləşmə aktının olmasının malın verilməsini təsdiq etmədiyini qeyd etmişdir.
13. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlilini əsassız hesab etmiş və göstərmişdir ki, həm bağlanmış olan alqı-satqı müqaviləsi, həm də, üzləşmə aktı hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Bu isə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğuna və müqavilə üzrə malların verilməsinə işarədir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə mü qayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qa yda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazının dəlilləri inandırıcı deyildir. Belə ki, cavabdeh tərəf heç bir məhkəmə iclasına gəlməmiş və israrlı olaraq öz müdafiəsini təşkil etməmiş ancaq, yazılı etiraz göndərməklə işdə olan bütün sübutları mübahisələndirmişdir. Məhkəmə cavabdehin etirazını “uğursuz özünümüdafiə” hesab etmişdir.
15. Göründüyü kimi, cavabdeh də, 2022-ci il 31 oktyabr tarixdə üzləşmə aktını imza etməklə 53.583,53 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. İddiaçı tərəf də, müvafiq ödənişlərin edildiyini və 44.875,51 manat borcun qaldığını bildirir. Cavabdeh tərəf isə qeyd edilmiş borcun ödənilməsi ni təsdiq edən hər hansı bir sənədi təqdim etməmişdir.
16. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, 2021-ci il 16 sentyabr tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 44.875,51 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
17. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə borcu üzrə 4487,55 manat məbləğində pulun tutulması ilə bağlı qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq qiymətlərin razılaşdırılması protokollarının müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilmə yən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir.
18. Hazırkı işin hallarından görünür ki, cavabdehin 44.875,51 manat əsas borcuna münasibətdə 2200 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
19. Məhkəmə iddianın ikinci hissəsi olan 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı MMC borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İş materiallarında iddiaçının cavabdehə göndərilmiş elektron qaimələr əlavə edilmişdir. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 45.012,09 manat təşkil edir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əvvəllər də alqısatqı münasibətləri olmuş və aralarında formalaşmış işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş elektron qaimələrin təsdiqi barədə çıxarışlardan görünür ki, elektron qaimələrin əksəriyyəti “sistem tərəfindən təsdiqlənmiş” statusunda yox, “təsdiqlənmiş” statusundadır. Cavabdeh şirkət elektron qaimələri təsdiq etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin məhz elektron qaimə üzrə həyata keçirilməsini qəbul etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunan mallar təhvil verilmişdir. 2
2. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, elektron qaimələrdə qeyd edilmiş sayda və dəyərdə olan mallar cavabdehə təhvil verilmiş və ona görə də, cavabdehin verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
23. Hazırda isə, iddiaçı 44.993,12 manat borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə qeyd edilmiş borcun ödənilməsini təsdiq edən hər hansı bir sənədi təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində pul cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə borcu üzrə 4499,31 manat məbləğində pulun tutulması ilə bağlı həmçinin qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasınd a bağlanmış müqavilənin 5.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı məhsulların qaimə dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə müddətdə ödənilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulunu alıcıdan tələb edə bilər. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdehin 44.993,12 manat əsas borcuna münasibətdə 2200 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 567 və 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya in stansiya məhkəməsindəki icraat
26. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 aprel tarixli, 2-2(103)-263/2024 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Hüseynin sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli, e-2-2(113)-3850/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəli lləri üzrə göstərmişdir ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi barədə təhvil qəbul aktları (sadə qaimələr) tərtib edilmiş və imzalanmışdır.
29. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması və həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir.
30. Elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz etməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).
31. Məhkəmə kollegiyası həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulması tələb olunan dəbbə pulu məbləğlərinin azaldılaraq İ müqavilə üzrə 44.875,51 manat əsas borca münasibətdə 2200 manat, İİ müqavilə üzrə isə 44.993,12 manat əsas borcuna münasibətdə 2200 manat həddində müəyyən edilməsinin ağlabatan və ədalətli olduğunu bildirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd ed ilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Məcəllənin 329.1, 331.1 və 337-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə - apellyasiya məhkəməsi müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, müqavilə Nümayəndə1 tərəfindən imza edilməmişdir. Yazıdan da göründüyü kimi imza Orucov soyadında şəxs tərəfindən icra olunmuşdur. Həmin zaman və cari tarixə dək müəssisənin direktoru Nümayəndə1 olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını əsassız olaraq müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları mövcud olmamışdır. - Mülki Prosessual Məcəllənin 1.3, 88, 97-ci maddələri üzrə - məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət və apellyasiya şikayətində qeyd edilsə də, müqavilədəki imzanı və aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olmasını araşdırmamışdır.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. İddiaçı MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qa yda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşya nın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə sinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 28-31), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.
44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 aprel tarixli, 2-2(103)-263/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.