Məhkəmə qərarları › İş №2-2(102)-53/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-53/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-53/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "X" Şirkətinin cavabdeh "Y" MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 09.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı “X” Şirkətinin nümayəndəsi və vəkili Cavabdeh "Y" MMC-nin rəhbəri və onun vəkilinin iştirakı ilə, İddiaçı “X” Şirkətinin cavabdeh "Y" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2020-ci il 9 sentyabr tarixli 2-2(103)-450/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “X” Şirkəti (bundan sonra – “Şirkət”) ilə cavabdeh "Y" MMC (bundan sonra – “MMC”) arasında 2017-ci il 24 avqust tarixində 2014-cü il 14 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən razılaşma protokolu bağlanmışdır.

2. Razılaşma protokolunun: 1-ci bəndinə əsasən, 2017-ci il 24 avqust tarixinə MMC-nin 2014-cü il 14 aprel tarixdə imzalanmış sözləşməyə görə, Şirkətdən təhvil aldığı lift avadanlıqlarına görə olan borcun ümumi məbləği 438.330 ABŞ dolları təşkil edir. 2-ci bəndinə əsasən, Şirkətin anbarında MMC-nin sifarişi əsasında istehsal edilmiş, ümumi dəyəri 205.000 ABŞ dolları olan lift şaxta qapıları və kabin mexanizmləri MMC-n in ünvanına göndərilmək üçün hazırlanmışdır. 3-cü bəndinə əsasən, protokolun 1 və 2 bəndlərində göstərilən lift avadanlıqlarının ümumi dəyəri 643.330 ABŞ dolları təşkil edir və bu məbləğ MMC tərəfindən Şirkətə ödəniləcəkdir. 3. 2017-ci il 24 avqust tarixli razılaşma protokolu üzrə tərtib olunmuş ödəmə qrafikinə əsasən, MMC müqavilə əsasında yaranmış borcun (ümumilikdə 643.330 ABŞ dolları) ödənilməsi məqsədi ilə Şirkət qarşısında 2017-ci il 25 sentyabr tarixində 150.000, 25 oktyabr tarixində 113.330, 25 noyabr tarixində 200.000, 25 dekabr tarixində isə 180.000 ABŞ dolları ödəmək öhdəliyi götürmüşdür. 4. "G" Komitəsinin 2019-cu il 8 may tarixli 1000170/170-24/010168 saylı məktubuna əlavə edilmiş xarici tərəfdaşın idxal-ixrac əməliyyatları haqqında ümumi məlumata əsasən, Şirkət tərəfindən 201 7-ci il 1 avqust tarixindən 2019-cu il 29 aprel tarixinədək statistik dəyəri 101.120 ABŞ dolları məbləğində olan 2 ədəd “Melkom” mod.elektriklə idarə olunan sərnişin liftləri MMC tərəfindən 2018-ci il tarixli 31 yanvar bəyannamə əsasında Azərbaycan Respublikasına idxal edilmişdir.

5. Azərbaycan Respublikasının "A" Nazirliyi yanında "B" Departamentinin 2019-cu il 7 may tarixli 19190207288921300 saylı məktubuna əsasən, Şirkət 01.08.2017-ci il tarixdən 07.05.2019-cu il tarixədək 98.620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-nin ünvanına göndərmişdir.

6. Şirkət 2019-cu il 28 mart tarixində pretenziya məktubu ilə MMC-yə müraciət edərək borcun ödənilməsini xahiş etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat

7. Şirkət 2019-cu il 12 aprel tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (daha sonra Şirkətin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək) MMC-dən 536.950 ABŞ dolları əsas borcun, habelə borc gecikdirildiyi üçün 53.695 ABŞ dolları məbləğində zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət ilə MMC arasında bağlanmış lift və lift avadanlıqlarının alqı-satqısına dair 2014-cü il 22 aprel tarixli müqavilə üzrə MMC-nin satın aldığı mallara görə Şirkətə 438.330 ABŞ dolları məbləğində borcu yaranmışdır. 9. 2017-ci il 24 avqust tarixində qarşılıqlı razılıq əsasında razılaşm a protokolu imzalanaraq bu müqaviləyə əlavə edilmişdir. Həmin əlavəyə - razılaşma protokoluna əsasən, Şirkət siyahısı razılaşma protokoluna əlavə edilən 205.000 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-yə satmağı öhdəsinə götürür, MMC isə həm bu razılaşma protokolu ilə, həm də bu protokolun əlavə edildiyi müqavilə üzrə satın aldığı lift və lift avadanlıqlarına görə yaranmış borcunu ümumiləşdirərək 2017-ci ilin 25 dekabr tarixinədək ödəməyi öhdəsinə götürmüş, ödənişlə bağlı qrafık tərtib edilmişdir (bax yuxarıda §§ 1-3).

10. Beləliklə, 2017-ci il 24 avqust tarxili razılaşma protokoluna əsasən Şirkət 98.620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-nin ünvanına göndərmiş, MMC isə öz növbəsində həmin malları 2018-ci il 31 yanvar tarixli bəyannamə əsasınd a Azərbaycan Respublikasına idxal etmişdir.

11. MMC malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Bununla da 2014-cü il 22 aprel tarxili alğı-satqı müqaviləsinə və həmin müqaviləyə edilən 2017-ci il 24 avqust tarixli əlavəyə - razılaşma protokoluna əsasən, MMCnin Şirkətə cəmi 536.950 ABŞ dolları borcu yaranmışdır. Bununla yanaşı, MMC Şirkətin pul vəsaitinin ödənilməsini 2018-2019-cu illər üzrə gecikdirdiyinə görə illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərər ödəməlidir.

12. MMC-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, 98.620 ABŞ dolları dəyərində lift avadanlıqları Şirkət tərəfindən ona göndərilmiş, lakin həmin məbləğ onun tərəfindən Şirkətə ödənilməmişdir. MMC iddia tələbini həmin hissədə qəbul edir, lakin digər hissələrdə qə bul etmir. Belə ki, digər hissə məbləğində lift və lift avadanlıqları onun tərəfindən qəbul edilməmiş və onun Şirkətə digər borcu yoxdur. Ona görə də qalan hissədə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 fevral tarixli e-2-2(113)-BKM/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, MMC-dən 536.950 ABŞ dolları məbləğində borc və 53.695 ABŞ dolları məbləğində zərər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq Şirkətin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.A).

14. Məhkəmə MMC-nin iddia tələbini 98.620 ABŞ dolları hissədə etiraf etdiyini, həmçinin həmin borcun mövcudluğunun təsdiq olunduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır.

15. MMC iddia tələbinin 438.330 ABŞ dolları hissəsini qəbul etməsə də, məhkəmə həmin məbləğlə bağlı MMC 2017-ci il 24 avqust tarixli, hər iki tərəfin imzaladığı razılaşma protokolunu həmin hissədə borcun etirafı kimi qəbul etmişdir. MMC həmin məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə iddia tələbinin zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, razılaşma protokolu 2017-ci il 24 avqust tarixində bağlanmış, MMC 536.950 ABŞ dolları borc məbləğini hazıradək ödəmədiyindən Şirkət gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərəri tələb etməkdə haqlıdır.

17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 445.8, 448.1, 567, 598.1, 598.2, 882.1, 882.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən 49.170 ABŞ dollarının tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 fevral tarixli 2-2(113)-BKM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.B, hakimlər – R.Q və C.Y). 2

0. Məhkəmə kollegiyası hesab etmişdir ki, MMC Şirkətdən 2018-ci il 31 yanvar tarixli bəyannamə əsasında idxal edilmiş 98.620 ABŞ dolları dəyərində mal aldığını etiraf etdiyi halda həmin malın dəyərinin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 21. 2017-ci il 24 avqust tarixli razılaşma protokolu ilə təsdiq olunur ki, MMC-nin Şirkətdən müxtəlif tarixlərdə aldığı lift avadanlıqlarına görə 2017-ci il 24 avqust tarixinə qalıq borcunun ümumi məbləği 438.330 ABŞ dolları olmuşdur. MMC məhkəməyə 2017-ci il 24 avqust tarixindən sonra Şirkətə hər hansı məbləğdə ödəniş edildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. MMC-nin ödənişlərlə bağlı təqdim etdiyi e-mail yazışmaları, bank hesabından çıxarış və digər sənədlər qeyd edilən tarixdən əvvəlki dövrə aid olduğundan Şirkətin tələb etdiyi borc üzrə ödəniş edildiyini təsdiq edən sübut kimi nəzərə alına bilməz.

22. MMC 438.330 ABŞ dolları dəyərində malın ona təhvil verildiyini mübahisələndirərək apellyasiya şikayətində bu halla bağlı əlavə araşdırma aparılmalı olduğunu bildirsə də, məhkəmə 2017-ci il 24 avqust tarixli razılaşma protokolunu mövcud borcun etirafı barədə müqavilə kimi qəbul edir və prosessual qənaət prinsipinə müvafiq olaraq etiraf edilmiş borcla bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir.

23. Qanuna əsasən borc öhdəliyinin mülki qanunvericiliyin tələblərinə uyğun yazılı müqavilə bağlanması yolu ilə etiraf edilməsi həmin borcun mövcudluğunu mübahisələndirmək hüququnu istisna etdiyindən, o cümlədən MMC-nin Şirkət tərəfindən göndərilən malları TİR şirkətindən gec qəbul etməsi ilə əlaqəd ar həmin şirkətə 10.000 ABŞ dolları cərimə ödəməsi, malların qiymətinin yüksək olması ilə əlaqədar daha artıq gömrük xərci ödəməsi Şirkətə olan borc məbləğinin azalması üçün əsas olmadığından məhkəmə MMCnin apellyasiya şikayətini əsas borcla bağlı hissədə əsassız hesab edir.

24. Məhkəmə mübahisələndirilən qətnaməni 53.695 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutulması hissəsində də əsaslı hesab edir.

25. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa MM-nin 882.3, 882.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 14-17).

26. Qətnamə 2020-ci il 17 sentyabr tarixində tərəflərə göndərilmişdir.

27. Həmin qətnamədən MMC 2020-ci il 6 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 28. 2017-ci il 24 avqust tarixli razılaşma protokolu, protokolda qeyd edildiyi kimi Şirkət ilə MMC arasında imzalanmış 2014-cü il 14 aprel tarixli müqaviləyə əlavə olaraq tərtib edilmişdir, həmin müqavilənin ayrılmaz tərkib hissəsidir və həmin müqavilənin 4-cü bəndində qeyd edilən razılaşma protokolu olaraq həmin bəndin şərtlərini özündə ehtiva edir. Həmin müqavilənin 4-cü bəndi isə gələcəkdə imzalanacaq razılaşma protokolu üçün hüquqi əsas yaradır. Lakin iddiaçı tərəf 2017-ci il 24 avqust tarixli Razılaşma Protokolu əsasın da iddia qaldırdığı halda həmin Razılaşma Protokolunun məzmunu və imzalanma səbəbini özündə ehtiva edən əsas sənəd olan 2014-cü il 14 aprel tarixli müqaviləni məhkəməyə təqdim etməmişdir. Əvəzində bu razılaşma protokoluna heç bir aidiyyəti olmayan Şirkətlə MMC arasında imzalanmış 2017-ci il 22 avqust tarixli müqaviləni təqdim edərək məhkəmənin ədalətli və qanuni qətnamə qəbul etməsinə bilərəkdən əngəl yaratmışdır. 29. 2014-cü il 14 aprel tarixli Sözləşmənin 4-cü maddəsində göstərilir: “Alıcının yükümlülügü - Alıcı bu Sözləşmənin Maddə 2 də ifadə edilən “ithal edilən ve ya toplanan tüm asansör malzeme ve aksesuarları” Satıcının deposunda (anbarında) razılaşma protokolu ilə tehvil alacaq ve tutarını tüm olarak ödemekle ihracın gerçekleşmesine yol açmış olacaqdır” maddə 2 də ifadə edilən “ith al edilən ve ya toplanan tüm asansör malzeme ve aksesuarları” dedikdə Satıcının, yəni ARD firmasının digər ölkədən idxal etdiyi və MMC-yə göndərmək üçün öz anbarında topladığı lift hissələri nəzərdə tutulur. Sözləşmənin 4-cü bəndindəki ifadədən tam aydın görünür ki, 2017-ci il 24 avqust tarixli razılaşma protokolunun 1-ci bəndində göstərilən MMC-nin 2014-cü il 14 aprel tarixli sözləşməyə əsasən Şirkətdən təhvil aldığı mallara görə” ifadəsi həmin razılaşma protokolu (2014-cü il 14 aprel tarixli müqavilənin 4-cü bəndində qeyd edilən razılaşma protokolu) olduğundan “Satıcının deposunda (anbarında) təhvil aldığı mallarara görə” ifadəsi mənasını özündə ehtiva edir. Lakin Məhkəmə 2017-ci il 24 Avqust tarixli razılaşma protokolunu ayrıca müqavilə olaraq hesab etmiş və bu razılaşma protokolunun 1- ci bəndində göstərilən “təhvil aldığı” ifadəsini “idxal etdiyi” ifadəsi kimi qəbul etmişdir. 2014-cü il 14 aprel tarixli sözləşmənin 4-cü maddəsində ifadə edildiyi kimi “Alıcı” “Satıcı”nın anbarında razılaşma protokolu ilə təvil aldığı mallara görə yaranan borcu tam ödədikdən sonra Satıcı həmin malları “Alıcı”nın ünvanına ixrac edir (göndərir). Həmin bəndi əsas götürərək imzalanmış 2017-ci il 24 avqust tarixli razılaşma protokolunun 1-ci bəndi icra edilmədiyindən, yəni “Alıcı” “Satıcı”nın anbarında təhvil aldığı malların dəyəri olan 438.330 ABŞ dolları ödəmədiyindən həmin mallar 2014-cü il 14 aprel tarixli müqavilənin 4-cü bəndində göstərildiyi kimi Şirkət tərəfindən MMC-nin ünvanına ixrac edilməmişdir (göndərilməmişdir). 30. 2017-ci il 24 avqust tarixli razılaşma protokolunun 4-cü bəndi əsasında girov təminatı (“AMAY” Ticarət Mərkəzində yerləşən ümumi dəyəri hər iki tərəfin razılığı ilə 1.000.000 AZN qiymətləndirilən qeyri-yaşayış sahəsi) Şirkətin təsisçisi C.A-nın adına sənədləşdirildikdən sonra həmin protokolun 5-ci bəndinə uyğun olaraq Şirkət istehsal etdiyi 205.000 ABŞ dollar dəyərində malı MMC-nin ünvanına göndərməli idi. Girov təminatı Cemil Aksakalın adına notarial qaydada ipoteka ilə yüklü edildikdən sonra ümumi dəyəri 98.620 ABŞ dollar olan mal Şirkət tərəfindən MMC-nin ünvanına göndərilmişdi. Lakin qiymətlər eyni mallara ən azı 2-3 dəfə yuxarı göstərildiyindən mən həmin malları gömrükdən çıxarmaq istəmədim və bununla da bizim aramızda mübahisə yarandı. MMC-nin ünvanına Şirkət tərəfindən göndərilən 98.620 ABŞ dollar olan malı 3 aydan sonra gömrükdən çıxarmağa mə cbur oldum. Gömrük bəyannaməsində dəyəri 98.620 ABŞ dollar olaraq göstərilən malın 2017-ci il 24 avqust tarixli razılaşma protokoluna uyğun olaraq Şirkətin sahibi C.A-nın adına sənədləşdirilmiş girov təminatı əsasında idxal edildiyi bəyan edilmiş və Dövlət Gömrük Xidmətində qeydiyyatdan keçmişdir. Bu haqda sənədlər də Məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır.

31. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Xidmətinin sənədləridən tam aydın olur ki, Şirkətdən MMC-yə ümumilikdə dəyəri 438.690 ABŞ dollar olan mal idxal edilmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş sənədlər əsasında MMC Şirkətə ümumilikdə idxal etdiyi mallara görə 389.520 ABŞ dolları ödəmişdir. İdxal edilən malların ümumi dəyəri və ödənilən məbləğin fərqi olaraq MMC-nin Şirkətə ümumilikdə 49.170 ABŞ dolları borcu qalmışdır. Bu borc Şirkət və MMC arasında sonuncu dəfə imzalanmış 2017-ci il 20 noyabr tarixli üzləşmə aktı (hesab durumu) ilə də təsdiqlənmişdir və həmin sənəd də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə ona təqdim edilmiş bütün bu sənəd və sübutların heç birinə əhəmiyyət verməmişdir.

32. Kassasiya şikayəti MM-nin 567-ci maddəsinə, “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında konvensiya”sına qoşulma barədə” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarına, A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 2.2, 2.4-cü bəndlərinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olmadığını, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi, kassasiya şikayətinin təmin edilməsini, qətnamənin tam ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

35. Cavabdeh MMC-nin direktoru vəkilin dediklərini ilə razı olduğunu bildirdi.

36. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisə ləndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərt ləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzi nin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə

881. Barışıq razılaşması haqqında müqavilə.... 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi ya zılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir....”

41. MPM-n in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin...”

42. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarı – “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı).”

43. İHAM-ın “Kraska İsveçrəyə qarşı iş üzr ə” 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).

44. İHAM-ın “Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyəti nəzərə alınaraq göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mü hakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

45. İHAM-ın “Hiro Balani İspaniyaya qarşı iş üzrə” 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə” 2007-ci il 21 yanvar tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.

46. Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında “2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.... 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.....” İV. ALİ MƏHKƏMƏN İN MÖVQEYİ

47. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 2-2(103)BAM/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

48. Məhkəmə kollegiyası 2017-ci il 24 avqust tarixli razılaşma protokolunun 2017-ci il 22 avqust tarixli müqaviləyə heç bir aidiyyəti olmamasına dair dəlillə (bax yuxarıda § 28) bağlı bildirir ki, 2017-ci il 22 avqust tarixli müqavilə ümumiyyətlə işin materiallarında yoxdur və Şirkət iddia ərizəsində ona istinad etməmişdir. 2014-cü il 14 aprel müqavilə isə işin mater iallarında vardır (i.m., İ cild, səh. 31, 157-158). İstənilən halda iddia ərizəsi 2017-ci il 24 avqust tarixli razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərin MMC tərəfindən yerinə yetirilməməsi səbəbindən verilmişdir. Məhz həmin razılaşma protokolu tərəflər arasında öhdəlikləri müəyyən edən son qarşılıqlı iradə ifadəsini əks etdirir.

49. Məhkəmə kollegiyası hesab edir ki, dəyəri 98.620 ABŞ dollar olan malın Şirkətin sahibi C.A-nın adına sənədləşdirilmiş girov təminatı əsasında idxal olunması halının məhkəmə tərəfindən nəzərə alınmaması dəlili (bax yuxarıda § 30) əsassızdır. Belə ki, bu hal mübahisənin düzgün həllinə təsir etmir. Çünki əvvəla, mübahisənin düzgün həll olunması üçün əhəmiyyət kəsb edən mübahisəsiz hal odur ki, razılaşma protokolu imzalandıqdan sonra göndərilmiş malın də yəri olan 98.620 ABŞ dollar məbləğində borc MMC tərəfindən proses zamanı etiraf olunmuşdur və buna görə də mübahisə doğurmur. Bu zaman malın Şirkətin sahibi C.A-nın adına sənədləşdirilmiş girov təminatı əsasında idxal olunması, yaxud malların qiymətinin 2-3 dəfə yuxarı göstərildiyindən MMC-nin həmin malları gömrükdən çıxarmaq istəməməsi və bununla da tərəflər arasında mübahisə yaranması işin həlli baxımından əhəmiyyət kəsb etmir.

50. Bununla belə, Şirkətdən MMC-yə ümumilikdə dəyəri 438.690 ABŞ dollar olan mal idxal edilməsi, bu mallara görə Şirkətin MMC-yə ümumilikdə 389.520 ABŞ dolları ödəməsi, 49.170 ABŞ dolları borcunun qalması, habelə 2014-cü il 14 aprel tarixli sözləşmə kontekstindən mübahisəyə düzgün qiymət verilmədiyinə dair dəlillərə (bax yuxarıda §§ 29 və 31) münasibətdə məhkəmə k ollegiyasının mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsinin həmin məsələlər barədə gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır.

51. Əvvəla, işin materiallarında olan hər iki tərəfin rəhbərinin imzası və müəssisənin möhürü ilə rəsmiləşdirilmiş, deməli, hər iki tərəfin qarşılıqlı iradə ifadəsini əks etdirən üzləşmə aktlarından (“hesap durumu”) görünür ki (i.m., İ cild, səh.166-167, 208), MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci il 20 noyabr tarixinə 49.170 (53.120 – 3.950) dollar, 2017-ci il 21 noyabr tarixinə isə 53.270 (57.220 – 3.950) dollar təşkil etmişdir.

52. Göründüyü kimi, bu üzməşldirmə aktları ilə borcun müəyyən olunduğu tarixlər 2017ci il 24 avqust tarixli razılaşma protokolundan sonrakı tarixlərə təsadüf edir və aktlarda göstərilmiş borcun məbləği həmin protokol da əks etdirilmiş 438.330 dollar borcun məbləğindən 8,2-8,9 dəfə azdır.

53. Məhkəmə isə MMC-nin ödənişlərlə bağlı təqdim etdiyi sənədləri qeyd edilən tarixdən əvvəlki dövrə aid olduğundan borc üzrə ödəniş edildiyini təsdiq edən sübut kimi nəzərə alına bilməməsini qeyd etməklə kifayətlənmişdir. Belə yanaşma həqiqəti əks etdirməməklə yanaşı, məhkəmənin iş üzrə toplanmış bəzi sübutlara qiymət vermədiyini, sübutetmə ilə bağlı prosessual tələbləri pozduğunu göstərir.

54. Bundan başqa, iş materiallarında olan 2014-cü il 14 aprel tarixli sözləşmənin 4 maddəsindən belə anlaşılır ki, alıcı (MMC) malları satıcının (Şirkət) anbarında təhvil aldıqdan və dəyərini tam ödədikdən sonra malların ixracı gerçəkləşdiriləcəkdir.

55. İşin materiallarında malların təhvil alınmasını və dəyərinin ödənilməsini tə sdiq edən sənədlər yoxdur. Belə olan halda təhvil alındığı bildirilən malların dəyəri MMC tərəfindən ödənilmədən ixracın hansı qaydada baş tutduğu məlum olmur. Həmin mallar təhvil alınsaydı və dəyəri ödənilsəydi ən azı hazırkı iddia tələbi əsassız hesab olunmalı idi.

56. Qeyd etmək lazımdır ki, MMC-nin vəkili 2019-cu il 23 dekabr tarixli 712 saylı sorğu məktubu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə müraciət edərək tərəflər arasında 2014-cü il 22 aprel tarixindən 2017-ci il 24 avqust tarixinədək aparılmış əməliyyatlara dair bəyannamələrin, invoys sənədlərinin surətlərinin məhkəməyə təqdim edilməsi üçün verilməsini xahiş etmiş (i.m., İ cild, səh. 168), lakin işin materiallarından görünür ki, müraciət cavabsız qalmışdır.

57. O da qeyd olunmalıdır ki, MMC-nin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin 2020-ci il tarixli iclasında həmin sorğu haqqında məlumat vermiş (i.m., İ cild, səh. 171), lakin sonradan nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri sorğunun nəticələri ilə maraqlanmış, malların idxalını təsdiq edən sənədlər əldə olunmadan iş üzrə kifayət qədər əsaslandırılmamış qərar qəbul etmişlər.

58. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə 2017-ci il 24 avqust tarixli razılaşma protokolunu mövcud borcun etirafı barədə müqavilə kimi qəbul edir və prosessual qənaət prinsipinə müvafiq olaraq etiraf edilmiş borcla bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir.

59. Halbuki yuxarıda qeyd olunan xüsusatlardan görünür ki, məhkəmənin bu mövqeyi prosessual qanunun t ələbləri ilə uzlaşmır. Belə ki, MPM-nin 88-ci maddəsinin tələbinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (bax yuxarıda § 41). Yalnız razılaşma protokolu əsas götürülərək, digər sübutların, halların düzgün və ya ümumiyyətlə qiymətləndirilməməsi mübahisənin tam, hərtərəfli və obyektiv həllinə, qaranlıq qalan bütün məqamlara aydınlıq gətirilməsinə xidmət etmir.

60. MPM-nin 418.3-cü maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq, mübahisənin düzgün həllinə təsir edən və ya edə bilən kobud prosessual pozuntular apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.

61. AMP-nin mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 46).

62. KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştir akçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 42).

63. İHAM-ın mövqeyi də ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət ed ir (bax yuxarıda §§ 43-45).

64. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

65. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digə r hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyripraktiki və illüziya halına gətirər.

66. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1 və 217.3-cü maddələrinin (bax yuxarıda § 41) tələblərinə uyğun deyildir.

67. Belə vəziyyətdə qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Təkrar apellyasiya baxışı zamanı qeyd olunan pozuntular aradan qaldırılmalı, tərəflərin bütün dəlillər inə, işin hallarına konkret qiymət verilməli, qaranlıq məqamlara aydınlıq gətirilməli, iş üzrə düzgün araşdırma aparılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar