Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-53/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-784/2024 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı qismində) arasında 2022-ci il 20 aprel tarixli 2004/22 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən satıcı alıcıya sifariş edilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2022-ci il 20 aprel tarixli malların alqı-satqı müqaviləsi (bundan sonra – “müqavilə”) üzrə 59.820,54 manat əsas borc və 410 manat mediasiya xərcinin "xxxx" MMC-dən (bundan sonra – “cavabdeh”) iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən cavabdeh malların dəyərini malların təhvil verildiyi tarixdən 3 iş günü ərzində nağd şəkildə və ya hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən 2022-ci il 20 aprel tarixindən 2022-ci il 27 may tarixinədək olan dövr ərzində ümumilikdə 76.207,54 manat məbləğində mal cavabdehə təqdim edilmiş və bununla bağlı tərəflərin imzası təsdiq edilən malların təhvil qəbul aktları tərtib edilmişdir. Cavabdeh malların qəbul edilməsinə baxmayaraq müqaviləyə uyğun olaraq ödənişləri tam şəkildə yerinə yetirməmişdir. Ödənişlər yalnız qismən, 2023-cü il 28 aprel tarixində 1.000 manat, 2023-cü il 25 iyun tarix ində 5.207 manat, 2023-cü il 12 sentyabr tarixində 180 manat və 2023-cü il 19 sentyabr tarixində isə 10.000 manat edilmişdir. Ümumilikdə 16.387 manat ödənilmiş, 59.820,54 manat isə hələ də ödənilməmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktları mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, məhkəmənin elektron sisteminə “pdf” formatında əlavə edilmiş təhvil-təslim aktları sənədin əsli deyil, yalnız surətləridir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar adətlərə əsasən mal təhvil verilərkən təhvil-təslim aktı bir nüsxədə tərtib olunur, digər nüsxə isə surət olaraq hazırlanır və alıcıya verilir, əsli isə satıcıda qalır. İddia edilən malların təqdim edildiyini sübut etmək üçün yalnız təhvil-təslim aktlarının əsilləri əsas götürülməlidir. Həmçinin təqdim edilmiş təhvil-təslim aktlarında mürəkkəbli qələmdən istifadə edilməmiş, əksinə, karandaşla doldurulmuşdur. Sahibkarlıq sahəsindəki qaydalara görə belə aktlar yalnız pozulmaz mürəkkəbli qələmlə doldurulmalı, bununla da sonradan dəyişikliklərin edilməsi mümkünsüz olmalıdır. Bu, sənədlərin iddiaçının özü tərəfindən doğru olmayan məlumatlarla doldurulduğunu göstərir. Təhviltəslim aktlarında cavabdehin nümayəndəsi kimi göstərilən şəxslərin heç biri, yəni Cavid və X3 cavabdeh tərəfindən bu vəzifə ilə təyin edilməmiş və onların əmək müqaviləsi də göstərildiyi kimi fərqli vəzifələrə malik olmuşlar. Həmçinin bəzi təhvil-təslim aktlarında cavabdehin adı ilə yanaşı digər şirkətlərin adı (məsələn, "Maqro") qeyd edilmiş, bə zilərində isə imzalayan şəxsin adı göstərilməmişdir. Bir sıra aktlarda karandaşla yazıldıqdan sonra mürəkkəbli qələmlə təhvil alan şəxsin adı əlavə edilmişdir. Təhvil-təslim aktlarında boş sətirlər açıq saxlanılmışdır, halbuki ticarət qaydalarına əsasən həmin sətirlər mürəkkəbli qələmlə cızılaraq boş qalmalı idi. Lakin elektron sistemdəki aktlarda bu cür qeydlərin olmaması, sənədlərin iddiaçının özü tərəfindən doldurulmasının sübutudur.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mallar təhvil-qəbul aktları və elektron qaimə əsasında verilmiş, hər hansı digər sənədləşmə olmamışdır. Təhvil-qəbul aktlarının ikinci nüsxəsi iddiaçıda saxlanılmış, birinci nüsxəsi isə cavabdehə verilmişdir. Müqavilənin qiyməti ödənilmədiyindən malların verilməsi də dayandırılmışdır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2023-cü ilin avqust-sentyabr aylarından cavabdehin maliyyə məsələlərinə nəzarət etməyə başlamış, bu zaman müəyyən pozuntular aşkar etmiş və kənar audit dəvət etmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin bir qrup əməkdaşı kölgə şirkət yaratmış, ayrı-ayrı şirkətlərdən aldığı malları öz şirkətlərinin anbarlarına yönəltmiş, cavabdehin maliyyə vəsaitlərini mənimsəmişlər. Həmin şəxslər isə cavabdehdən uzaqlaşdırılmış, əməllərinə hüquqi qiymət verilməsi üçün materiallar toplanır və bu barədə polisə məlumat veriləcəkdir. İddiaçının iddia etdiyi malları cavabdehə təqdim etməsi isə sübut olunmur. Çünki iş materiallarında yalnız təhvil-qəbul aktlarının surəti vardır. Bu isə onu deməyə əsas verir ki, həmin sənədlər sonradan tərtib edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 may tarixli e-2-2(113)-395/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim – N.Əhmədova).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilən İN yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 28 aprel tarixindən 2022ci il 27 may tarixinədək ümumilikdə ƏDV daxil olmaqla 76.207,54 manat dəyərində malın verilməsi 111 elektron qaimə tərtib edilərək rəsmiləşdirilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, qaimələrin “əsas qeyd” hissəsində tərəflər arasındakı müqavilənin tarix və nömrəsinə, “əlavə qeyd” hissəsində isə malların təhvil-qəbul aktlarının nömrəsinə istinad edilmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.2-ci bəndinə istinadla qeyd etmişdir ki, malların alışına dair elektron qaimə-fakturanın elektron sistem vasitəsilə alıcının kabinetinə göndərilməsi malların təqdim edilməsinin sənədləşdirilməsi üçün kifayət hesab edilir.
11. Digər tərəfdən, ilkin uçot sənədi hesab edilən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2020-ci il 23 iyul tarixli Q-16 №-li qərarı ilə təsdiq edilən “malların təhvil-qəbul aktı”nın 2 nüsxədə tərtib edilməsi şərtləndirilsə də, nüsxələrdən hər hansı birinin digərinə görə üstün hüquqi qüvvəsi yoxdur. Nəzərə al ınmalıdır ki, müqavilə tərəflərinin hər ikisi kommersiya hüquqi şəxsidir və hər iki hüquqi şəxsdə mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, malların təhvil-qəbul aktlarından yalnız birini həqiqi hüquqi qüvvəyə malik hesab etmək və tələb etmək mühasibat uçotu qanunvericiliyinə də uyğun deyildir. Başqa sözlə, cavabdeh tərəfin bu yanaşması hüquqi əsasa malik deyildir.
12. Bununla yanaşı, malların təhvil-qəbul aktlarının mötəbərliyi ilə bağlı qeyd edilməlidir ki, cavabdehə 2022-ci il 28 aprel tarixindən 2022-ci il 27 may tarixinədək elektron qaimə-fakturalar göndərilmiş, həmin elektron qaimə-fakturalarda malların təhvilqəbul aktlarının nömrələrinə istinad edilmişdir. Elektron qaimələr sistem tərə findən təsdiq edildikdən sonra onlara cavabdehin razılığı olmadan dəyişiklik edilməsinin mümkün olmadığını nəzərə alaraq iddiaçıda saxlanılan təhvil-qəbul aktlarının sonradan dəyişdirilməsi mümkün deyildir. Belə ki, təhvil-qəbul aktları ilə elektron qaimələri müqayisəli təhlil etdikdə hər bir elektron qaimənin istinad etdiyi aktla eynilik təşkil etdiyi, akt və elektron qaimədə qeyd edilən məhsullarda fərqliliklərin olmadığı görünür.
13. Təhvil-qəbul aktlarının mötəbərliyini şübhə altına alan cavabdehin ikinci arqumenti isə X2 istisna olmaqla, digər şəxslərin malları qəbul etmək səlahiyyətinin olmamasıdır. Halbuki məhz 2023-cü il 19 sentyabr tarixində cavabdeh tərəfindən edilmiş 8.474,58 manat (ƏDV-siz) ödənişin təyinatı kimi müxtəlif nömrəli elektron qaimələrə istinad edilmişdir və 2022- ci il 28 aprel tarixli EBBV 360870 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00018 nömrəli akt Cavid adlı şəxs tərəfindən, EBBV 361008 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00019 nömrəli akt Elmar adlı şəxs tərəfindən, EBBV 363657 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00034 nömrəli akt Ramil adlı şəxs tərəfindən, EBBV 363918 seriya və nömrəli elektron qaiməfakturanın əsası olan 00035 nömrəli akt Ramil adlı şəxs tərəfindən və s. imzalanmışdır.
14. Belə olan halda, yəni yalnız T.Seyidovun malları qəbul etmə səlahiyyəti olduğu halda, digər şəxslərin qəbul etdiyi malların da dəyərinin ödənilməsinin səbəbləri barədə cavabdeh tutarlı dəlillər irəli sürə bilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məh kəmə icraatında mübahisələndirmişdir.
15. Cavabdehin bir qrup əməkdaşının mənimsəməyə yol verməsi və malları qəbul edərək digər şirkətə yönəltməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin faktları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız cavabdehin nümayəndəsi bu barədə izahat vermişdir.
16. Belə olan halda, yəni yalnız X1 malları qəbul etmə səlahiyyəti olduğu halda, digər şəxslərin qəbul etdiyi malların da dəyərinin ödənilməsinin səbəbləri barədə cavabdehin nümayəndəsi tutarlı dəlillər irəli sürə bilməmişdir. Başqa sözlə, cavabdeh öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirmişdir.
17. Belə ki, cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabd eh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Cavabdeh isə iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilmədiyindən iddiaya etirazı əsassızdır.
18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüq uqunun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
19. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 448.1, 448.2, 448.3, 456, 567, 597.1, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 1 4.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-784/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və Z.Şirinov).
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apel lyasiya şikayətində irəli sürülən dəlillər isə həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilənlərə əsasən əsassızdır və mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MPM-in 217.3 və 392.1.5-ci maddələri üzrə - Apellyasiya məhkəməsi təhviltəslim aktlarının əsli təqdim edilməsə də, elektron-qaimə fakturalarını malların alışını təsdiq edən sənəd hesab etmişdir. Lakin məhkəmə bu qənaətə gəldikdə "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları"na istinad edib, amm a konkret olaraq Qaydaların hansı bəndinə istinad etdiyini göstərməyib. Həmin Qaydaların heç bir müddəası malların təhvil verilməsini təsdiq etmək məqsədini daşımır. Əksinə, Qaydaların 1.1-ci bəndində qeyd edildiyi kimi bu qaydalar yalnız topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün nəzərdə tutulmuşdur və vergi inzibatçılığını tənzimləyir. Bu səbəbdən qaimə faktura yalnız vergi məlumatlarını tənzimləyir və MM-ə əsaslanan alqı-satqı müqaviləsindən doğan münasibətlər üzrə malların təhvil verilməsini təsdiq edən sübut kimi istifadə oluna bilməz.
26. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndindən göründüyü kimi, heç bir halda qüvvə də olan qanunvericilik aktlarına əsasən elektron-qaimə fakturalar malın təqdim edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Çünki qarşı tərəfin təqdim etdiyi qaimə faktura 5 gün ərzində avtomatik sistem tərəfindən təsdiqlənirsə, bu sənəd malların təqdim edilməsini təsdiq edən təhviltəslim aktını əvəz edə bilməz. Əks halda, vergi orqanına məxsus sistem üzərindən vurulan və avtomatik 5 gün ərzində təsdiq olunan elektron-qaimə fakturalar qarşı tərəfdə süni şəkildə borc yaratmaq üçün digər vergi ödəyiciləri tərəfindən sui-istifadə edilə bilər.
27. Belə ki, alqı-satqı müqaviləsində malların təqdim edilməsinə dair münasibətlər MM-in 568-570-ci maddələrinə və müqavilədə tərəflərin öz aralarında nəzərdə tutduğu şərtlərə uyğun şəkildə həyata keçirilir. Nazirlər Kabinetinin 2004-cü il 27 av qust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda ciddi hesabat blanklarına dair tələblər müəyyən olunmuşdur. Belə ki, həmin qaydaların 1.4-cü maddəsində əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.
28. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 4 oktyabr tarixli Q-12 №-li qərarının 57 nömrəli əlavəsinə əsasən ciddi hesabat blankı olan “Malların t əhvil-qəbul aktı”nın forması müəyyənləşdirilmişdir. Bu onu göstərir ki, elektron-qaimə faktura malların təhvil verilməsini təsdiq edən ciddi hesabat blankı kimi birmənalı şəkildə qəbul edilməmişdir, ilk növbədə ona görə ki, ciddi hesabat blankı olan malların təhvil-qəbul aktında hər iki tərəfin imzası yer almalıdır, halbuki elektron-qaimə fakturalar qısa müddət ərzində elektron sistem tərəfindən avtomatik təsdiqlənə bilir. Buna görə də hər hansı səbəbdən; müvafiq işçinin məzuniyyətdə olması, işçi çatışmazlığı və ya sadəcə vergi ödəyicisinin vergi orqanındakı şəxsi kabinetin üzürlü səbəblərdən mütəmadi izlənilməməsi nəticəsində elektron qaimə fakturaların təsdiqlənmiş olması vergi ödəyicisi üçün öhdəlik yarada, onun tərəfindən malların faktiki olaraq qəbul edildiyini təsdiq edən hal kimi çı xış edə bilməz.
29. Kassator həmçinin qeyd etmişdir ki, elektron-qaimə fakturalar məhkəmə tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının nəzərə alınmaması nəticəsində malların təhvil verildiyini təsdiq edən fakt kimi qəbul edilərək məhkəmə qərarının əsasını təşkil etmişdir. Nəticə etibarilə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymətləndirmənin aparılmaması əsaslandırılmamış və ədalətsiz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Digər tərəfdən, məhkəmələrin elektron-qaimə fakturaların malın təhvilini təsdiq edən sənəd kimi qəbul edilməsinə dair bu cür yanaşmalarının yanlış məhkəmə praktikasının yaradılmasına yol açacaq.
30. MPM-in 77.1 və 89.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əksini tapmış motivlərdən biri də cavabdeh tərəfindən həqiqiliyi mübahisələndirilən, tələb olunmasına baxmayaraq əsli məhkəməyə təqdim edilməmiş təhvil-təslim aktlarının sübut qismində qəbul etməsi olmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, elektron qaimələrin vurulduğu tarixdən sonra dəyişdirilməsinin mümkünsüzlüyü (qətnamənin 29-cu bəndi) barədə gəldiyi qənaətdir. Halbuki cavabdehin həm birinci, həm apellyasiya məhkəməsində ifadə etdiyi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının vurulmuş elektron-qaimə fakturalardakı məlumatlara uyğun təhvil-təslim aktlarını sonradan tərtib etməsi şübhə doğurur. Hətta bu şübhənin təsdiq olunması üçün birinci instansiyada cavabdeh tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin vəsatət təmin olunmamış və təmin olunmamasının səbəbləri yazılı qərardad va sitəsilə əsaslandırılmamışdır. Qeyd edilən bu xüsusatların apellyasiya şikayətində də qeyd edilməsinə baxmayaraq məhkəmə tərəfindən həqiqətin üzə çıxarılması məqsədilə ekspertiza təyin olunmamış, əsli olmadan təhvil-təslim aktları yazılı sübut qismində qəbul edilmişdir ki, bu da mülki prosessual qanunvericiliyinin pozuntusuna gətirib çıxarmışdır.
31. Digər tərəfdən məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəlki tarixlərdə müəyyən məbləğ miqdarında ödənişlərin edilməsi ilə hazırkı iddia tələbi faktiki olaraq qəbul edilmiş hesab olunmalıdır, ona görə də, hazırkı məhkəmə iclasında cavabdeh ödənişin edilməsi ilə artıq qəbul etdiyi faktı mübahisələndirə bilməz (qətnamənin 32-ci bəndi). Halbuki qeyd edilən ödənişlər cavabdehin şirkətində külli miqdarda mənimsəməyə yol vermiş əvvəlki idarəedici heyət tərəfindən həyata keçirilmiş, onlar idarəetmədən uzaqlaşdırıldıqdan sonra cavabdehin maliyyə-mühasibatlıq sənədlərinin araşdırılması nəticəsində qeyd edilən ödənişlərə əsas verən sənədlər müəyyən edilməmişdir. Məhz bu səbəblə cavabdeh təhvil-təslim aktlarının əslinin təqdim edilməsini iddiaçıdan tələb etmişdir. Digər tərəfdən isə, cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğdə ödənişin edilməsi iddiaçının tələb edəcəyi bütün məbləğlərin birmənalı və mübahisəsiz şəkildə qəbul edilməli olmasını təsdiq edən fakt kimi çıxış edə bilməz.
32. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində 59.820 AZN dəyərində malların təqdim edildiyi qənaətinə gəlsə də, bu hal məhkəmə araşdırmasının nəticələri ilə sübuta yetirilməmiş, sadəcə ksero-surəti elektron məhkəmə sistemin ə əlavə edilmiş, əsli mövcud olmayan, həqiqiliyi və mötəbərliyi şübhə doğuran təhvil-təslim aktlarına və yuxarıda qeyd edildiyi kimi qanunvericiliyə əsasən, ümumiyyətlə, malların təqdim edilibedilməməsi baxımından sübut hesab edilə bilməyəcək vergi tutma məqsədləri üçün istifadə edilən, sistem tərəfindən təsdiqlənmiş elektron-qaimə fakturalara əsaslanılaraq qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanıl masa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digə r şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....” “Maddə
456. Borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə ver məyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nö mrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılm ış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir....”
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
263. Qərardadın çıxarılması qaydası... 263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər....” “Maddə
267. Qərar dadlardan şikayət verilməsi 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini n dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
40. Elektron-qaimə fakturaların malın təqdim edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, mübahisələndirilən qətnamə yalnız elektron qaimələrlə deyil, həmçinin işdə olan digər sübutlarla əsaslandırmış və məhkəmə kollegiyasının mövqeyinə görə, qətnamənin ləğvinə səbəb olan hüquq pozuntularına yol verməmişdir.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 28 aprel – 27 may tarixlərində ümumilikdə ƏDV daxil olmaqla 76.207,54 manat dəyərində malın verilməsi 111 elektron qaimə tərtib edilərək rəsmiləşdirilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, qaimələrin “əsas qeyd” hissəsində tərəf lər arasındakı müqavilənin tarix və nömrəsinə, “əlavə qeyd” hissəsində isə malların təhvil-qəbul aktlarının nömrəsinə istinad edilmişdir. Cavabdeh isə təqdim olunan mallara görə iddiaçıya 2023-cü il 28 aprel – 21 sentyabr tarixlərində 6 ödənişlə ümumilikdə ƏDV daxil olmaqla 16.387 manat pul ödəmişdir.
42. Bununla belə, elektron qaimələr göndərildikdən və sistem tərəfindən təsdiq edildikdən sonra hazırkı iş üzrə məhkəməyə iddia verilənədək keçən təqribən 1 il 4 ay ərzində cavabdehin müvafiq elektron qaimələrin yanlışlığı (əsassızlığı) üzrə iddiaçıya hər hansı etiraz, pretenziya bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Cavabdehin MPM-in 77.1-ci maddəsinin (bax § 38) tələblərinə görə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirərək bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməsi iş materiallarından görünmür.
43. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin (bax § 37) məzmunundan aydın olur ki, elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-f aktura proqram təminatı tərəfindən təsdiq edilir.
44. Lakin nə e-qaimələr verilən dövrdəki 5 gün müddətində, nə də ki, ondan sonrakı dövrdə (yuxarıda qeyd olunduğu kimi, elektron qaimələr göndərildikdən və sistem tərəfindən təsdiq edildikdən sonra hazırkı iş üzrə məhkəməyə iddia verilənədək keçən təqribən 1 il 4 ay ərzində) cavabdeh tərəfindən bununla əlaqədar iddiaçıya hər hansı etiraz bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
45. Bundan başqa, təhvil-qəbul aktlarının mötəbərliyini şübhə altına alan cavabdeh X2 istisna olmaqla digər şəxslərin malları qəbul etmək səlahiyyətinin olmamasını bildirsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından o da məlum olur ki, məhz 2023-cü il 19 sentyabr tarixində cavabdeh tərəfindən edilmiş 8.474,58 manat (ƏDV-siz) ödənişin təyinatı kimi müxtəlif nömrəli elektron qaimələrə istinad edilmişdir və 2022-ci il 28 aprel tarixli EBBV 360870 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00018 nömrəli akt Cavid adlı şəxs tərəfindən, EBBV 361008 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00019 nömrəli akt Elmar adlı şəxs tərəfindən, EBBV 363657 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00034 nömrəli akt Ramil adlı şəxs tərəfindən, EBBV 363918 seriya və nömrəli elektron qaimə-fakturanın əsası olan 00035 nömrəli akt Ramil adlı şəxs tərəfindən və s. imzalanmışdır.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yalnız X1 malları qəbul etmə səlahiyyəti olduğu halda, digər şəxslərin qəbul etdiyi malların da dəyərinin ödənilməsinin səbəbləri barədə cavabdehin nümayəndəsinin tutarlı dəlillər irəli sürə bilməməsinə, cavabdehin öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirməsinə dair gəldiyi nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
47. Kassator apellyasiya instansiyası məhkəməsinin sözügedən nəticəsini əks etdirən qətnamənin 32-ci bəndi ilə əlaqədar belə bir dəlil irəli sürür ki, qeyd edilən ödənişlər cavabdehin şirkətində külli miqdarda mənimsəməyə yol vermiş əvvəlki idarəredici heyət tərəfindən həyata keçirilmiş, onlar idarəetmədən uzaqlaşdırıldıqdan sonra cavabdehin maliyyə-mühasibatlıq sənədlərinin araşdırılması nəticəsində qeyd edilən ödənişlərə əsas verən sənədlər müəyyən edilməmişdir. Məhz bu səbəblə cavabdeh təhviltəslim aktlarının əslinin təqdim edilməsini iddiaçıdan tələ b etmişdir. Digər tərəfdən isə, cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğdə ödənişin edilməsi iddiaçının tələb edəcəyi bütün məbləğlərin birmənalı və mübahisəsiz şəkildə qəbul edilməli olmasını təsdiq edən fakt kimi çıxış edə bilməz.
48. Əvvəla, məhkəmə kollegiyası MM-in 448.3 və 456-cı maddələrinə (bax § 36) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin öz işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün məsuliyyət daşımasına, istisnanı iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olmasına, cavabdehin isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsinə dair nəticəsini tamamilə qanuni və əsaslı hesab edir.
49. Cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğdə ödənişin edilməsinin iddiaçının tələ b edəcəyi bütün məbləğlərin birmənalı və mübahisəsiz şəkildə qəbul edilməli olmasını təsdiq edən fakt kimi çıxış edə bilməməsinə dair dəlillə gəldikdə isə qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə ümumiyyətlə belə bir nəticəyə gəlməmişdir. Belə ki, qətnamədən görünür ki, kassatorun istinad etdiyi yerdə (mübahisiləndirilən qətnamənin 32-ci bəndində) məhkəmə sadəcə olaraq, X2 ilə yanaşı, həmçinin səlahiyyəti olmadığı bildirilən digər şəxslərin qəbul etdiyi malların dəyərinin də ödənildiyini, bununla cavabdehin öz davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etdiyi halı məhkəmə icraatında mübahisələndirməsini əsaslandırmışdır.
50. İddiaçının vurulmuş elektron-qaimə fakturalardakı məlumatlara uyğun təhviltəslim aktlarını sonradan tərtib etməsinin şübhə doğurmasına dai r dəlillərlə əlaqədar qeyd olunur ki, göndərilmiş elektron qaimə-fakturalarda məhz malların təhvil-qəbul aktlarının nömrələrinə istinad edilməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarını təşkil edir.
51. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, elektron qaimələr sistem tərəfindən təsdiq edildikdən sonra onlara cavabdehin razılığı olmadan dəyişiklik edilməsinin mümkün olmadığını nəzərə alınaraq qeyd edilir ki, iddiaçıda saxlanılan təhvil-qəbul aktlarının sonradan dəyişdirilməsi mümkün deyildir. Belə ki, təhvil-qəbul aktları ilə elektron qaimələri müqayisəli təhlil etdikdə hər bir elektron qaimənin istinad etdiyi aktla eynilik təşkil etdiyi, akt və elektron qaimədə qeyd edilən məhsullarda fərqliliklərin olmaması görünür.
52. Kas sasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini təkzib edən hər hansı konkret tutarlı dəlil gətirilməmişdir.
53. Birinci instansiyada cavabdeh tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin olunmamasının səbəbləri yazılı qərardad vasitəsilə əsaslandırılmamasına gəldikdə isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi 2024-cü il 13 fevral tarixli iclas protokol qərardadı ilə sözügedən vəsatəti konkret səbəblər gətirərək təmin etməmişdir (İ cild, i/v 46).
54. MPM-in 267.1 və 263.4-cü maddələrinin (bax § 38) məzmunundan aydın olur ki, məhkəmə o qərardadları ayrıca akt şəklində qəbul edir ki, onlardan MPM-də şikayət verilə bilməsi nəzərdə tutulsun. Mürəkkəb olmayan məsələləri isə məhkəmə müşavirə otağına getməyib, yeri ndə müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxararaq məhkəmə iclasında da həll edə bilər. Ekspertizanın təyin olunmasına dair vəsatətin təmin edilməməsinə dair qərardaddan isə şikayət verilməsi hüququ MPM-də nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası həmin normalara, habelə MPM-in 97.1-ci maddəsinə (bax § 38) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətin təmin edilməməsi barədə ayrıca akt şəklində qərardad çıxarmamasını qanunsuz hesab etməməklə hər hansı pozuntuya yol verməmişdir.
55. Həmçinin təhvil-təslim aktlarının əslinin olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, məhkəmə iş üzrə gəldiyi nəticəni haqlı olaraq işdəki bütün sübutları əlaqəli şəkildə qiymətləndirməklə vermişdir (MPM-in 88-ci maddəsi – bax § 38). Ən azından, cavabdehin xeyli sayda göndərilmiş e-qaimələrlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə hər hansı etiraz bildirməməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halını təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası məhkəmənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarına istinadən “malların təhvil-qəbul aktı”nın tərtib edildiyi 2 nüsxəsindən hər hansı birinin digərinə görə üstün hüquqi qüvvəsinin olmamasına dair mövqeyi ilə də razılaşır.
56. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticənin mahiyyəti üzrə MPM-in 217.1-ci maddəsinə (bax § 38) uyğun olaraq qanuni və əsa slı olduğu qənaətinə gəlir, bu səbəbdən də kassasiya şikayətinin yekun nəticəyə təsir edə bilməyən digər dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-784/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-784/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar q