Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-531/2022 02.11.2022 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 may tarixli, 2-2(103)-354/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çı xarışda İddiaçı MMC-nin VÖEN-ni **********, qanuni təmsilçisi Vəkil1 qeyd edilmişdir.
2. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron sistemdən çıxarışda "xxxx" MMC-nin VÖEN-ni **********, qanuni təmsilçisi Qanuni nümayəndə qeyd edilmişdir.
3. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 2020-ci il 1 mart tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC Alo Mart 5.364,08 manat, X3 16.250,88 manat, Alo Mart 2 Xocasən 6.821,91 manat və X2 1.449,91 manat olmaqla, cəmi 29.886,78 manat məbləğdə borcu qalmışdır.
4. Aşağıda göstərilən elektron qaimələrdə olan məlumatlara əsasən:2019-cu il 20 iyun tarixli, EAAW seriyalı № 063429 - 1.315,62 manat, 2019-cu il 25 iyun tarixli, İC seriyalı № 530229 - 1.315,62 manat, 2019-cu il 20 iyun tarixli, EAAVW seriyalı № 063903 nömrəli 628,49 manat, 2019-cu il 25 iyun tarixli İC seriyalı № 529207 - 628,49 manat, 2019-cu il 20 iyun tarixli, EAAW seriyalı № 063709 - 2.365,65 manat, 2019-cu il 25 iyun tarixli, İC seriyalı № 529235 - 2.365,65 manat, 2019-cu il 20 iyun tarixli, EAAW seriyalı № 063899 418,99 manat, 2019-cu il 25 iyun tarixli, İC seriyalı № 529206 - 418,99 manat, 2019-cu il 20 iyun tarixli, EAAW seriyalı № 063422 -129,47 manat, 2019-cu il 25 iyun tarixli, İC seriyalı № 530213 - 129,47 manat,2019-cu il 5 iyul tarixli, EAAW seriyalı № 737646 98,90 manat, 2019-cu il 10 iyul tarixli, İD seriyalı № 133239 - 98,90 manat, 2019-cu il 25 iyul tarixli, EAAX seriyalı № 616646 - 222,38 manat, 2019-cu il 31 iyul tarixli, İD seriyalı № 896434 - 222,38 manat, 2019-cu il 14 oktyabr tarixli, EBAB seri yalı № 135668 - 755,82 manat, 2019-cu il 21 oktyabr tarixli, İG seriyalı № 837231 - 755,82 manat, 2019-cu il 14 oktyabr tarixli, EBAB seriyalı № 135671 - 1816,70 manat, 2019-cu il 21 oktyabr tarixli, İG seriyalı № 837232 - 1816,70 manat, 2019-cu il 14 oktyabr tarixli, EBAB seriyalı № 135195 - 669,46 manat, 2019-cu il 21 oktyabr tarixli, İG seriyalı № 837494 - 669,46 manat, 2019-cu il 27 noyabr tarixli, EBAD seriyalı № 071489 - 352,72 manat, 2019-cu il 2 dekabr tarixli, İİ seriyalı № 242371 - 352,72 manat, 2019-cu il 27 noyabr tarixli, EBAD seriyalı № 071500 - 708,89 manat, 2019-cu il 2 dekabr tarixli, İİ seriyalı № 242704 - 708,89 manat, 2019-cu il 27 noyabr tarixli, EBAD seriyalı № 071503 - 1.823,11 manat, 2019-cu il 2 dekabr tarixli, İİ seriyalı № 242372 - 1.823,11 manat, 2019-cu il 28 n oyabr tarixli, EBAD seriyalı № 124753 - 10.749,42 manat, 2019-cu il 3 dekabr tarixli, İİ seriyalı № 294858 - 10.479,42 manat, 2019-cu il 28 noyabr tarixli, EBAD seriyalı № 124765 - 2.101,98 manat, 2019-cu il 3 dekabr tarixli, İİ seriyalı № 294853 - 2.101,98 manat, 2019-cu il 18 dekabr tarixli, EBAE seriyalı № 071791 - 1.075,19 manat, 2019-cu il 23 dekabr tarixli, İİ seriyalı № 966678 1.075,19 manat məbləğdə mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.
5. Üzləşmə aktında "xxxx" MMC («Alo mart» marketlər) tərəfindən 29.886,78 manat borcun olması etiraf edilsə də, İddiaçı MMC-yə sonradan ödənişlər edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 2021-ci il 31 may tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin ona satılmış mallara görə cəmi borcu 24.382,11 manat təşkil etmişdir.
6. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 2021-ci il 31 mart tarixində göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 2021-ci il 8 aprel tarixədək ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müracət ediləcəyi barədə xəbərdar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 7. 2021-ci il 30 aprel tarixində İddiaçı MMC (bundan sonra «iddiaçı») cavabdeh "xxxx" MMC-yə (bundan sonra –«cavabdeh») qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ƏDV daxil olmaqla 24.382,11 manat məbləğində borc, 2.008,07 manat məbləğində faiz, 100 manat məbləğində hüquqi yardım xərci, 40 manat məbləğində poçt xidməti pulu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra iddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməkdən imtina etmişdir.
9. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 385.1, 425.1, 442, 445.7, 448.2-ci maddələrinə istinad edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 iyun tarixli, e-2-2(113)-2356/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.382,11 manat məbləğində pulun, həmçinin hüquqi yardım göstərilməsinə görə 100 manatın, poçt xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 18 manatın, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manatın cavabdehdən tutularaq iddiaç ının xeyrinə ödənilməsi qət edilmişdir (hakim K.Hüseynov).
11. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən olunmuş hülları ondan ibarət olmuşdur ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı (iddiaçı) öz üzərinə düşən öhdəlikləri tam icra etmiş, alıcı (cavabdeh) isə öz öhdəliyini tam icra etməmişdir. Bundan sonra tərəflər arasında 2020-ci il 1 mart tarixli qarşılıqlı üzləşmə aktı imzalanmış və cavabdeh 29.886,78 manat borcunun olduğunu etiraf etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, MM-də alqı-satqı müqaviləsinin yazılı formada bağlanmalı olduğuna dair şərt nəzərdə tutulmadığından, müqavilənin şifahi formada bağlanması mümkündür. Həmçinin, qeyd olunmuşdur ki, cavabdeh “Alo Mart” ticari adı ilə fəaliyyət göstərir. Üzləşmə aktında cavabdeh tərəfindən 29.886,78 manat borcun olması etiraf edilsə də, iddiaçıya sonradan ödənişlər edilmiş və nəticədə qalıq borc 24.382,11 manat təşkil etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia 24.382,11 manat borcun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.
13. Həmçinin, məhkəmə iddianın 2.008,07 manat faiz borcunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, işin materiallarından borclunun pul məbləğinin ödənilməsini gecikdirməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi şifahi olaraq bağlanmış, qarşılıqlı üzləşmə aktında isə pul məbləğinin ödənilməli olan vaxt göstərilməmişdir. Ona görə də faiz borcunun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 427.2, 427.4, 445.7, 567, 598.2, 600.4-cü maddələ rinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 may tarixli, 2-2(103)-354/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq (bax yuxarıda §§ 12-14) qeyd etmişdir ki, şifahi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, mübahisəli borcun əsası və məbləği tərəflər arasında formalaşmış işgüzar təcrübə, o cümlədən qüvvəyə minmiş elektron qaimələr, cavabdehin aldığı mallara görə etdiyi qismən ödənişlər və üzləşmə aktı ilə təsdiqini tapır.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 425.1, 427.2, 427.4, 442, 448.1, 448.2, 567-ci; MPMin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 567-ci maddəsinin tələbi pozulmuşdur-iddiaçı 2019-cu il 28 noyabr tarixli EBAD seriyalı № 124753 10.479,42 AZN, EBAD seriyalı №124765 2.101,98 AZN məbləğində qaimə fakturalar üzrə cəmi 12.581,4 AZN dəyərində mal təhvil verdiyini iddia etmişdir. Cavabdehin iradəsinə zidd olan belə bir şifahi razılaşmanın olmasına iddiaçı tərəfindən mötəbər və şübhə doğurmayan sübut təqdim olunmalıdır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçı qaimələrdə göstərdiyi malların cavabdehin mülkiyyətinə verilməsini sübut edə bilmədiyi üçün, cavabdeh həmin malların məbləğini (qiymətini) iddiaçıya ödəmək öhdəliyi daşımır.
21. MPM-in 220.5, 238.1, 385.1, 387.2.2-ci maddələrinin tələbləri pozulmuşdurcavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılma mış və iş üzrə qiyabi qətnamə çıxarılmamışdır. Cavabdehin müdafiə hüquqları məhdudlaşdırılmış, onun öz hüquqlarının müdafiəsində süni maneələr yaradılmışdır.
22. MPM-in 87.1 və 87.2-ci maddələrinin tələbləri pozulmuşdur-e-2-2(113)-2356/2021 saylı qətnamə ilə 2020-ci il 1 mart tarixli qarşılıqlı üzləşmə aktı cavabdehin borcunu etiraf etdirən sübut kimi qiymətləndirilmiş və cavabdehə qarşı yekun məhkəmə aktının çıxarılmasına əsas götürülmüşdür. Lakin üzləşmə aktının bütün tələblərə cavab verilməsinə, həqiqiliyinin yoxlanılmasına xüsusi bilik tələb edən heç bir ekspertiza aparılmamışdır. Halbuki, məhkəmə-əmtəəşunaslıq və mühasibatlıq ekspertizası təyin edilməli və yalnız müvafiq rəy alındıqdan sonra müvafiq qiymət verilməli idi. Üzləşmə aktı ilk öncə mühasibatlıq tərəfindən tərtib olunan və m ühasibat uçotunun qarşılıqlı aparılması üçün nəzərdə tutulub, üzləşmə aktı malların təhvil-qəbul edilməsini və öhdəliklər üzrə tələb hüququnu əks etdirmir və bunun üçün müqavilənin bağlanması tələb olunur (MM 882-ci maddəsi). Həmçinin, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na əsasən göstərilmişdir ki, baş mühasibin və ya baş mühasib olmadıqda xüsusi sərəncamla imza etmək səlahiyyəti verilmiş mühasibatlıq işçisinin imzası olmayan sənədlər etibarsız hesab edilir və icra üçün qəbul edilmir.
23. MPM-in 387.2.2-ci maddəsinin tələbi pozulmuşdur-cavabdehə məhkəmə bildirişinin rəsmi verilməsi barədə heç bir sübut yoxdur və hər hansı üçüncü şəxsin imtina qeydi cavabdehin imtina etməsini və bildirişdən xəbərdar olmasını sübut etmir. Qeyd olunmalıdır ki, cavabdehin poçt vasitəsilə lazımi qaydada xəbardar edilməsinə poçt məktublarının qəbul edilməsinə iş üzrə hər hansı sübut yoxdur və MPM-in 135.6 və 135.8-ci maddələrinə uyğun olaraq elektron qaydada məlumat alması mümkün deyildir. Çünki, cavabdeh “e- məhkəmə” sistemində elektron kabineti yalnız 2021-ci il 22 oktyabr tarixdə hazırki apellyasiya şikayətini təqdim etmək üçün yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.... 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icr a tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Bor clu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra e tmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
29. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin § 20-də göstərilən dəlilini əsassız hesab edərək qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən, cavabdehin heç bir dəqiqləşdirilmə aparmadan təsdiq etdiyi elektron qaimələr, alınmış mallara görə sonuncu tərəfindən aparılan qismən ödənişlər və üzləşmə aktına əsasən iddia olunan borcun mövcudluğu müəyyən edilmişdir.
33. Cavabdeh kassasiya şikayəti nin § 21-də göstərilən dəlilinə münasibədə qeyd olunmalıdır ki, MPM-in 238-ci maddəsində işə qiyabi icraat qaydasında baxılmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin məhkəmə iclasına gəlməməsi zamanı işə qiyabi icraat qaydasında baxılması məhkəmənin hüququdur. Bu baxımdan məhkəmənin qaldırılan tələbə qiyabi icraat qaydasında baxmaması MPM-nin 238-ci maddəsinin pozuntusu kimi müəyyən edilə bilməz.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin §22-də göstərilən dəlillərini də apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, cavabdehin həqiqiliyini mübahisə etdiyi üzləşmə aktını «Kommersiya qurumlarının dövlət reyestrində olan məlumat»a əs asən onun qanuni təmsilçisi olan Qanuni nümayəndə tərəfindən imzalanmışdır. Həmin üzləşmə aktının mötəbərliyini şübhə altına alan sübutlar isə işə mahiyyəti üzrə baxılarkən məhkəmələrə təqdim olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
35. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmamasına dair kassasiya şikayətinin § 23-də göstərilən dəlilinə gəldikdə, nəzərə alınmalıdır ki, baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə həm poçt vasitəsilə, həm də «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qayd ada məlumat verilmişdir. Bundan əlavə işin materiallarından göründüyü kimi, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iş üzrə qətnamə qəbul edilməmişdən əvvəl-2022-ci il 19 may tarixində işin materialları ilə tanış olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
37. Məhkəm ə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 may tarixli, 22(103)-354/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.F.Qəribov İ.A.Dadaşov