Məhkəmə qərarları › İş №2-2(102)-533/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-533/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-533/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-48/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 2017-ci il 28 iyul tarixli D 067/17 saylı alqı-satqı müqaviləsinin (bundan sonra – “İ müqavilə”) ümumi dəyərinin ƏDV daxil olmaqla 39.000 manat təşkil etməsi, satıcının alıcıya vergi hesab-faktura, elektron qaimə təqdim etməsi, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəfin digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 10 faiz həcmində müamilə (penya) ödəməli olması nəzərdə tutulmuşdur.

2. İ müqaviləyə 1 nömrəli əlavə ilə göndəriləcək malın ümumi dəyərinin ƏDV daxil olmaqla 110.000 manat, 2 nömrəli əlavə ilə göndəriləcək malın ümumi dəyərinin ƏDV daxil olmaqla 40.000 manat təşkil etməsi müəyyən olunmuşdur.

3. İddiaçı MMC tərəfindən Cavabdeh İ müqavilə üzrə elektron qaimələr əsasında ƏDV daxil olmaqla 139.345,80 manat məbləğində mal göndərilmişdir.

4. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 2017-ci il 2 oktyabr tarixli D 084/17 saylı alqı-satqı müqaviləsi (bundan sonra – “İİ müqavilə”) bağlanmış, müqavilənin dəyəri ƏDV daxil olmaqla 33.000 manat müəyyən edilmiş, satıcı tərəfindən alıcıya vergi hesab-faktura, elektron qaimənin təqdim edilməsi, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi üçün təqsirkar tərəfin digər tərəfə müqavilə üzrə yerinə yetirilməyən öhdəliyin hər günü üçün 10 faiz həcmində müamilə (penya) ödəməli olması nəzərdə tutulmuşdur.

5. İddiaçı MMC tərəfindən Cavabdeh İİ müqavilə üzrə elektron qaimələr əsasında ƏDV daxil olmaqla 33.000 manat məbləğində pambı q jmıxı göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı 2020-ci il 3 fevral tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 38.929,54 manat, hesablanmış cərimə borcuna görə 274.063,96 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 313.023,50 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ müqavilə üzrə cavabdehə ümumilikdə ƏDV daxil olmaqla 139.345,80 manat məbləğində müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə mal göndərilmiş, cavabdehə göndərilmiş malın müqabilində iddiaçıya cəmi ƏDV daxil olmaqla 133.416,30 manat məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya İ müqavilə üzrə ƏDV daxil olmaqla 5.929,54 manat məbləğində borcu yaranmışdır. Həmçinin, İİ müqavilə üzrə cavabdehə ƏDV daxil olmaqla 33.000 manat məbləğində pambıq jmıxı göndərilmişdir. Cavabdehə göndərilmiş malın müqabilində iddiaçının hesabına pul ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 33.000 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçıya iki müqavilə üzrə ümumilikdə 38.929,54 manat məbləğində borcu yaranmışdır. Müqavilələrin 7-ci bəndinə əsasən, tərəf müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 1 % həcmində cərimə ödəməlidir. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 38.929,54 ma nat məbləğində borcunun yarandığı nəzərə alınsa, dəbbə pulunun məbləği (38.929,54* 1%*704 gün) 274.063,96 manat təşkil edir.

8. Cavabdehin nümayəndəsi və vəkili F.Mehdiyev məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında müvafiq müqavilə imzalandığını, iddiaçı tərəfindən göndərilmiş malın üst hissədə yaxşı vəziyyətdə olsa da, alt hissədə xarab olduğunu, qeyd olunan halla bağlı yerində akt tərtib edilmədiyini bildirmiş və müqavilənin olmasını qəbul etsə də, hesablanan cərimənin həddən artıq yüksək olduğunu qeyd etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 iyun tarixli e-2-2(113)-2647/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 38.929,54 manat əsas borc, 1.000 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

10. Məhkəmənin işin hallarına istinadla mövqeyi belə olmuşdur ki, tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmış, satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermiş, alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə satıcıya borcu yaranmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında qeyd olunan müqavilələrin bağlandığını etiraf etmişdir.

11. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq 1.000 manat məbləğində müəyyən ed ilməlidir.

12. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 385.1, 386.1, 443.1, 448.1, 462.1, 467, 567, 600.1 və 600.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 77.1, 217.4 və 218.3 maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (hakim – A.Hüseyn ).

15. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 2024-cü il 16 yanvar tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət hal hazıradək təmin edilməmişdir.

16. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunduğu hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qismən – həmin mübahisələndirilən hissədə yoxlanılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-48/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər Cavabdeh və Z.Şirinov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış, apellyasiya şikayətinin işə cavabdehin iştirakı olmadan baxılmasına dair dəlilinə münasibətdə bildirmişdir ki, ilk dəfə birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılsa da, sonradan cavabdehin nümayəndəsi və vəkili F.Mehdiyevin (2021-ci il 26 aprel tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə və vəkil orderi iş.v 142 və 143) ərizəsi əsasında qiyabi qətnamə ləğv edilərək işə cavabdeh tərəfin iştirakı ilə yenidən baxılmışdır. Bu səbəbdən, apellyasiya şikayətinin göstərilən dəlili əsassız olmuşdur.

19. Məhkəmə koll egiyası şikayətin cavabdehin iddiaçıdan mal almaması, müqaviləni yalnız VÖEN-i olduğu üçün imzalasa da, malı təhvil alan və ödənişləri edən şəxsin birgə fəaliyyət göstərdiyi X2 (bundan sonra – “S.Kərimov”) adlı şəxsin olması, cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2020-ci il 15 yanvar tarixli “Razılaşma aktı” adlanan sənədə əsasən S.Kərimovun cavabdehin iddiaçıya olan 38.629,64 manat borcunu ödəməyi öz öhdəsinə götürməsi, cavabdeh tərəfindən S.Kərimova 2020-ci il 19 avqust tarixdə onun adından nümayəndəsi qismində səlahiyyət verdiyi hərəkətlərin icra edilməsi üçün etibarnamənin verilməsinə dair dəlillərinə münasibətdə bildirmişdir ki, alqısatqı müqavilələri iddiaçı ilə cavabdeh arasında bağlandığından müqavilə üzrə təhvil alınmış malın dəyərinin ödənilməsi öhdəliyi də ona aiddir. Cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirmədiyindən, birgə fəaliyyət göstərdiyi S.Kərimovun satıcıdan malları cavabdehin adından qəbul edərkən onun tapşırığı ilə fəaliyyət göstərən nümayəndəsi qismində hərəkət etdiyindən, o cümlədən müqavilə üzrə ödənişlər cavabdehin hesabından həyata keçirildiyindən (cavabdehin 2023-cü il 21 dekabr tarixli məhkəmə iclasında verilmiş izahata əsasən) məhkəmə tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, alıcı ilə birgə fəaliyyət göstərən və müqavilə tərəfi olmayan üçüncü bir şəxsin alıcı ilə aralarında olan razılaşmanın satıcıya hər hansı aidiyyəti olmadığınd an, onların arasında olan razılaşmaya görə S.Kərimovun cavabdehin iddiaçıya olan borcunu ödəməyi öz üzərinə götürməsi iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda satıcı alıcının öhdəliyinin S.Kərimova ötürülməsinə razılıq vermədiyindən həmin razılaşma etibarsızdır. Məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən S.Kərimov cavabdehin borcunun ödənilməsini üzərinə götürmüşsə, məhkəmə qətnaməsinin icrası mərhələsində ödənişi cavabdehin adından həyata keçirə bilər.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467, 522.1, 522.2, 567, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 324, 337, 339-cu maddələrinin tələbləri üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmədən, sadəcə şifahi mülahizələrə əsaslanaraq, cavabdehin hüquqlarının əsaslı pozulması ilə çıxarılmış, cavabdehin həmin məhkəmə işindən xəbəri olmamış, məhkəmə faktiki olaraq cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən xəbərdar olduqdan sonra məh kəməyə rəsmi qaydada müraciət etmiş, 2023-cü il 22 avqust tarixində qətnaməni əldə etmişdir. Qətnamə ilə tanış olduqda cavabdehin adından məhkəmədə nümayəndə kimi “Feyzulla” adlı şəxsin iştirak etdiyi məlum olmuşdur. Halbuki cavabdeh belə bir adam tanımır və ona məhkəmədə və ya hər hansı başqa qurumda təmsil etmək üçün notarial qaydada etibarnamə verildiyini qətiyyən xatırlamır. Həmin adam məhkəmədə cavabdehin adından izahat verərək göstərmişdir ki, tərəflər arasında müqavilə imzalanıb, göndərilmiş mal üst hissədə yaxşı vəziyyətdə olsa da, alt hissədə xarab olmuşdur və bununla bağlı akt tərtib edilməmişdir. İşə baxan məhkəmə tərəfindən həmin adamın cavabdehin adından izahat verərkən cavabdehin özünün şəxsən harada olub-olmadığı, niyə məhkəmədə şəxsən iştirak etmədiyi, bütün bu baş verənlər dən məlumatlı olub-olmadığı, həmin adamın məhkəmə vaxtı cavabdehlə əlaqəsinin olubolmadığı, həmin adamın məhkəmə barədə cavabdehə məlumat verib-vermədiyi araşdırılmamışdır.

24. Cavabdehin hər hansı malın göndərilməsindən və qəbulundan məlumatı yoxdur. Cavabdeh müqavilələri həmin anda VÖEN-ni olduğuna görə de-yure olaraq imzalamışdır. Lakin de-fakto müqavilələr üzrə alıcı qismində çıxış edən, malı qəbul edən və bunun müqabilində ödənişi icra etməli olan şəxs X1r (AZE 13749131; FİN: 3E8XMMX). Səlim Kərimov cavabdehin VÖEN-nin olması səbəbindən müqavilələrin onun imzalanmasını xahiş etmiş, müqavilədən irəli gələn sonrakı hərəkətlərdə cavabdeh iştirak etməmişdir. Məhkəmənin cavabdehin nümayəndəsi kimi qəbul etdiyi şəxs vicdanlı təmsilçi kimi davransaydı həmin şəxslə bağlı məhkəməyə məlumat v erər iddiaya əslində cavab verməli olan şəxsin Səlim Kərimov olduğunu bildirərdi. İddiaçı bunları bilsə də iddia tələbinə qarşı S.Kərimovu deyil, cavabdeh kimi Cavabdeh qoymuşdur. Qətnamə ilə tanış olduqda məlum olur ki, müqavilələrdən biri üzrə geri ödəniş olunmuşdur. Cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Şikayətə əlavə edilən 2021-ci il 31 iyul tarixli “təsis payının alqı-satqısı müqaviləsi”nə əsasən cavabdeh təsisçisi olduğu "xxxx" MMC-də payını həmin müqavilə üzrə adını qeyd etdiyi şəxsə satmış, həmin andan etibarən isə həmin şəxs MMC-nin direktoru və təsisçisi olmuşdur. Bu isə bütün əlaqədar ticarət işlərinin faktiki icraçısının həmin şəxsin olduğunu sübut edir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə 2020-ci il 15 yanvar tarixli “Razılaşma aktı” adlanan sənəd təqdi m etmiş, həmin sənəddə qeyd edilənlərə əsasən S.Kərimov cavabdehin iddiaçıya olan 38.629,64 manat borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən S.Kərimova 2020-ci il 19 avqust tarixdə onun adından nümayəndəsi qismində səlahiyyət verdiyi hərəkətlərin icra edilməsi üçün etibarnamə verilmişdir.

25. MPM-in 88, 217-ci maddələrinin tələbləri üzrə - Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə sübutlar tam şəkildə araşdırılmadan çıxarılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən və mübahisəsiz hallara məhkəmə kollegiyası tərəfindən qiymət verilməmişdir.

26. MPM-in 97.1-ci maddəsinin tələbləri üzrə - Əhəmiyyət kəsb edən digər bir hal ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hesab edir ki, məsələnin həlli xüsusi bilik tələb edir və ona görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edir, iddiaçı tərəfin cavabdehə nə qədər mal təhvil verdiyi, cavabdeh tərəfindən nə qədər ödəniş həyata keçirildiyi, yekunda cavabdehin iddiaçıya nə qədər borcu olduğu barədə ekspert qarşısında suallar qoyur. Məhkəmə Ekspertiza Mərkəzi Bakı Apellyasiya Məhkəməsinə 2024-cü il 16 yanvar tarixli məktub ünvanlayaraq məhkəməmühasibatlıq ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatət göndərir. Vəsatət təmin edilmədiyindən Məhkəmə Ekspertiza Mərkəzi 2024-cü il 1 mart tarixində Bakı Apellyasiya Məhkəməsinə ekspertizanın aparılmasında imtina barədə məktub ünvanlayır. Bakı Apellyasiya Məhkəməsi qətnamədə bu ekspertiza məsələs inə aydınlıq gətirmədən cavabdehin əleyhinə qərar verir. Ekspertizanın aparılması məqsədilə əlavə sənədlərin təqdim olunması ilə bağlı ekspertin müraciəti təmin edilməmiş, nəticədə məhkəmə tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin rəyi alınmadan, öz qənaətinə əsasən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norma larını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulm adıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öh dəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı o lmalıdır.... 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

33. İddianın məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınmadan təmin edilməsinə dair dəlillərə münasibətdə bildirilir ki, iş üzrə ekspertiza təyin olunması MPM-in 97.1-ci maddəsində (bax § 31) məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Mübahisələndirən qətnamədən və kassasiya şikayətinin özündən də görünür ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2020-ci il 15 yanvar tarixli “Razılaşma aktı” adlanan sənəddə X2 adlı şəxs cavabdehin iddiaçıya olan 38.629,64 manat borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. İddia ərizəsində əsas borc üzrə cavabdehdən tələb olunan həmin məbləği cavabdeh tərəfin tutarlı dəlillərlə mübahisələndirməsi iş materiallarından görünmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

34. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

35. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

36. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassa siya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 2-2(103)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabd ehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 may tarixli 22(103)-48/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar