Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-535/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2-2(102)-535/2024 Bakı şəhəri Açar sözlər: birgə fəaliyyət haqqında müqavilə, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 may tarixli, 22(106)-51/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayət lərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 2022-ci il 4 yanvar tarixli qəbz əsasında 91.607,26 manat dəyərində mallar verilmişdir. Qəbz “İddiaçı” qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, “Təhvil aldılar” yazısının altından Cavabdeh1 və Cavabdeh2 tərəfindən imza edilmiş, üzərində “Cavabdeh2” qeyd edilən möhür vurulmuşdur.
2. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 2022-ci il 1 fevral tarixli qəbz əsasında 92.523,96 manat dəyərində mallar verilmişdir. Qəbz üzərində “İddiaçı” qeyd edilən möhür vurulmaqla təhvil verilmiş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbzə “Təhvil aldı” sözlərinin qarşısında imza olunmaqla, eyni zamanda üzərində “Cavabdeh2” qeyd edilən möhür vurulmaqla təhvil alınmışdır. Həmin qəbzin üzərində əlavə olaraq “Unyty borc - 39543,69” qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc qismində 132.067,65 manat, dövlət rüsumu və mediasiya xərcləri qismində 422 manat, 1.000 manat hüquqi yardım ödənişi, ümumilikdə 133.489,65 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında iş fəaliyyəti olmuş, bunun nəticəsində cavabdehlərin iddiaçıya 132.067,65 manat borcu yaranmışdır. Belə ki, 2022-ci il 4 yanvar tarixli və 2022-ci il 1 fevral tarixli hesabatlara əsasən, id diaçı tərəfindən cavabdehlərə məxsus anbara 132.067,65 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı və cavabdehlər fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hər birinin adına VÖEN mövcuddur. Lakin cavabdehlər tərəfindən göstərilən məbləğ iddiaçıya ödənilməmişdir.
5. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, o, iddiaçı ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərində olmuşdur. İddiaçının, onunla aralarında hər hansı bir mübahisə varsa, əmək münasibətləri daxilində həll olunmalı və bu münasibətlər kommersiya məhkəmələrinin yox, mülki işlərin dairəsinə daxildir. İddiaçının iddia etdiyi müddətdə o, vergi ödəyicisi olmamış, iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən sonra vergi orqanında sahibkar kimi qeydiyyatdan keçmiş dir. O, iddiaçı və Cavabdeh2 öz aralarında akt tərtib etmişlər ki, göstərilən mallar və hesabda olan pul vəsaiti həqiqətən mövcuddur. İddiaçı hesabında olan pulu ona köçürməmiş və köçürməyi ona həvalə etməmişdir. Onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən məbləğ həqiqətən iddiaçının hesabındadır. Belə ki, qeyd edilən aktı imza etməklə onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiq etmişlər. O, iddiaçıdan mal almamış və ona hesabda olan pul vəsaiti köçürülməmişdir. Mövcud olan malları siyahıya alaraq, həmin malların orada olmasını öz imzaları ilə təsdiqləmişlər.
6. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçı və Cavabdeh1 öz aralarında 2022-ci il 4 yanvar və 2022-ci il 1 fevral tarixlərində aktlar tərtib etmişlər. Lakin, həmin aktlar anbar qa lığının müəyyənləşdirilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, iddiaçıya məxsus anbarı icarəyə götürmüşdür. Həmin anbarda həm iddiaçıya məxsus, həm də ona məxsus mallar mövcuddur. 2022-ci il 4 yanvar tarixli aktın sol tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “31803,97” manat məbləğ iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “60720” manat məbləğ isə ona məxsus anbar qalığını və digər xərcləri müəyyən edir. Yəni onun iddiaçı ilə heç bir sahibkarlıq əlaqəsi yoxdur. Çünki, o, "xxxx" MMC ilə aralarında bağlanmış distributor müqaviləsinə əsasən müxtəlif yem məhsullarının və digər malların topdan satışını və paylaşdırılmasını təşkil etmişdir. Hazırda da, onunla "xxxx" MMC arasında məhkəmə mübahisəsi vardır. Bu barədə Şirvan Komm ersiya Məhkəməsinin 2023-cü il 5 dekabr tarixli qətnaməsi də mövcuddur. İşə əlavə olunan 2022-ci il 4 yanvar tarixli və 2022-ci il 1 fevral tarixli aktlarda olan imzalar onun və Cavabdeh1 tərəfindən icra edilmiş olsalar da, 2022-ci il 4 yanvar tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və 2022-ci il 1 fevral tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydi onlar tərəfindən yazılmamışdır. 39543,69 manat məbləğində olan “Unyty borc” "xxxx" MMC-yə olan borc məbləğidir. Belə ki, "xxxx" MMC-nin ona qarşı iddiasında da təxminən həmin məbləğdir.
7. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli, e-2-2(121)83/2024 nömrəli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia qismən təmin edilmiş, 132.067,65 manat məbləğində əsas borcun, 400 manat məbləğində mediasiya xə rcinin və 22 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı X1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müxtəlif yem məhsullarının və digər malların nisyə alqı-satqısı sahəsində münasibətlər yaranmış, cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, iddiaçı qeyd edilən pul vəsaitini cavabdehlərdən tələb etməkdə haqlıdır.
9. Məhkəmə, cavabdehlərin iddiaya etirazlarının dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, iş məhkəməyə 2023-cü il 25 sentyabr tarixdə daxil olmaqla, iş üzrə 3 dəfə, yəni 2023-cü il 25 oktyabr, 2023-cü il 13 noyabr və 2023-cü il 23 noyabr tarixlərində məhkəmə hazırlıq iclasları təyin edilmişdir. 2023-cü il 25 oktyabr və 2023-cü il 13 noyabr tarixlərə təyin edilmiş məhkəmə hazırlıq iclasları Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 ərizələri (halbuki, ərizələrdə hər hansı bir üzürlü səbəb göstərilməmişdir) əsasında təxirə salınmışdır. 2023-cü il 23 noyabr tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil2 və Cavabdeh2 iştirak etməsələr də, Vəkil2 2023-cü il 22 noyabr tarixdə ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, mübahisənin məhkəmə baxışına təyin olunmasından imtina edilərək, işin aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə aid olduğundan, ərizə (vəsatət) işin baxılması nı yubatmaq məqsədilə verildiyindən, məhkəmənin 2023-cü il 23 noyabr tarixli qərardadı ilə qeyd edilən ərizə (vəsatət) rədd edilmişdir. 2023-cü il 23 noyabr tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil3 iştirak edərək, hər hansı bir vəsatətləri olmamış, həmçinin 2022-ci il 4 yanvar tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və 2022-ci il 1 fevral tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydin onlar tərəfindən yazılmaması ilə bağlı hər hansı bir fikir bildirməmiş və işin məhkəmə baxışına təyin edilməsinə etiraz etməmişlər.
11. Göründüyü kimi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasına dair vəsatətlə məhkəmə hazırlıq iclaslarında müraciət etmələri üçün cavabdehlərin və onların vəkillərinin kifayət qədər vaxtları və imkanları olmuşdur.
12. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət məhkəmə hazırlıq iclasında verilmədiyindən, habelə o, işin baxılmasını yubatmaq məqsədilə verildiyindən məhkəmənin 2024-cü il 17 yanvar tarixli qərardadı ilə rədd olunmuşdur.
13. Digər tərəfdən, cavabdehlər qeyd olunan qəbzlərin başqa məqsədlə imzalamalarına dair də hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Belə ki, həmin qəbz(lər)i imzaladıqları zamanı qəbz(lər)də öz xətləri ilə imzalamalarının səbəbini göstərə bilərdilər. Yəni, 2022-ci il 4 yanvar tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və 2022-ci il 1 fevral tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydin onlar tərəfində n yazılmaması müəyyən olunsa belə, bu hal cavabdehlərin iddiaçıya qeyd olunan qəbzdə borcunun olmamasını göstərmir.
14. Bundan əlavə, məhkəmə “39543,69 manat məbləğində olan “Unyty borcu”nun "xxxx" MMC-yə olan borc məbləği olması, "xxxx" MMC-nin ona qarşı iddiasında da təxminən həmin məbləğ olması”na dair Cavabdeh2 iddiaya etirazının dəlillərini araşdıraraq, hesab etmişdir ki, qeyd olunan dəlillər də əsassızdır.
15. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 dekabr tarixli qətnaməsindən də aydın olur ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 qarşı iddia qaldırılmasına əsas olmuş elektron qaimələr 2023-cü il tarixdə göndərilmişdir. Yəni hazırkı iş üzrə iddianın qaldırılmasına əsas olmuş 2022-ci il 1 fevral tarixli qəbzdən sonra olmuşdur. Belə olan halda cavabdehin göstərilən dəlillərini məhkəmə ağlabatan mühakimə hesab etməmişdir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 115.0.5, 115.0.6, 119.1, 167.1.9, 184.4, 184.5-ci, “Mediasiya haqqında” Qanunun 36.5-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 9.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
18. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 may tarixli, 2-2(106)-51/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruz əsi ilə, hakimlər T.S.Kərimovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2024cü il 17 yanvar tarixli, e-2-2(121)-83/2024 nömrəli qətnaməsi cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən və mülki hüquqi deliktdən irəli gələn hüquq münasibəti yaranmış, Cavabdeh1 tapşırıq üzrə malları sataraq iddiaçıya verməli olduğu halda bunu etməmiş və nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh2 isə iddiaçıya məxsus malları suiistifadə etməklə satmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Bu hal işə əlavə edilmiş 2022ci il 4 yanvar tarixli v ə 2022-ci il 1 fevral tarixli Akt qəbzlərlə öz təsdiqini tapmışdır. Apellyasiya kollegiyasının iclasında iştirak edən həm Cavabdeh1, həm də Cavabdeh2 aktqəbzdəki imza və soyadın onlara məxsus olduğunu bildirmişdir. Lakin, Cavabdeh2 aktdakı möhürün onun tərəfindən deyil, iddiaçı tərəfindən vurulmasını bildirmişdir. Akt-qəbzin Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanması işin mübahisəsiz haldır. Cavabdeh2 məxsus möhürün isə iddiaçıda olması Cavabdeh2 aid olan məsələdir. Cavabdeh2 möhürün həqiqətən də iddiaçıda olması və həmin möhürün akta sonuncu tərəfindən vurulması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
20. Cavabdeh2 və Cavabdeh1 kollegiyanın iclasında bildirmişlər ki, onlar arasında 2022-ci il 4 yanvar və 2022-ci il 1 fevral tarixli aktlar tərtib etmişlər. Lakin, həmin aktla r anbar qalığının müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Bildirmişlər ki, Aktların sol tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “31803,97” manat iddiaçıya məxsus anbar qalığını və digər xərcləri, sağ tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “60720” manat isə Cavabdeh2 məxsus anbar qalığını və digər xərcləri əks etdirmişdir.
21. Lakin cavabdehlər 2022-ci il 1 fevral tarixli aktın sol tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “31803,97” manat məbləğin və sağ tərəf hissəsində “Yekun” məbləğ kimi göstərilən “60720” manat məbləğin cəmlənərək yekun “92523,96” manat kimi göstərilməsinin səbəblərini izah edə bilməmişlər. Cavabdehlər kollegiyanın iclasında bildirmişlər ki, onlar akta ona görə imza etmişlər ki, həmin aktda göstərilən mallar anbarda həqiqətən iddiaçının hesabında dır. Belə ki, qeyd olunan aktı imzalamaqla onlar göstərilən məbləğin iddiaçının hesabında olmasını təsdiqləmişlər.
22. Onda sual olunur: əgər iddiaçı ilə Cavabdeh2 anbar qalıqları ayrı idisə nəyə görə həmin qalıq məbləğləri aktın aşağısında yekun olaraq cəmlənmiş “92523,96” manat qalıq və “Unyty borc – kimi 39543,69” qeydi yazılmışdır.
23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 ayrıca sahibkarlıq statusu var və əgər onun malları özünün də dediyi kimi anbarda iddiaçının mallarından ayrıdırsa onda nəyə görə qalıq borcları cəmlənərək yekunda AKT üzrə cavabdehlər tərəfindən imzalanmışdır. Bundan başqa, nəyə görə Cavabdeh2 özünün anbar qalığını ayrıca vərəqədə Akt şəklində tərtib etməmişdir? Burdan belə nəticə çıxarmaq olar ki, iddiaçı ilə cavabdehlər birgə sahibkarlıq fəaliyyəti ndə və iş birliyində olmuşlar.
24. Cavabdeh1 həm birinci instansiya, həm də kollegiyanın iclasında bildirmişdir ki, mövcud olan malları siyahıya alaraq, Akt əsasında həmin malların orada olmasını öz imzaları ilə təsdiq etmişlər. Eyni zamanda Cavabdeh2 öz imzası və möhürü ilə aktı imzalamaqla bunu təsdiq etmişdir. Hazırda iddiaçı ona 132.067,65 manat ziyan dəydiyini bildirməklə həmin məbləği cavabdehlərdən tələb edir. Cavabdehlər də qeyd edilən məbləğdə malların anbarda olduğunu öz imzaları ilə təsdiqləmişlər. Lakin cavabdehlər həmin məbləğdə əmlakın anbarda qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı aktla müəyyən olunan mallara görə qalıq məbləği olan 132.067,65 manat pulun cavabdehlərdən tələb etməkdə haql ıdır.
25. Cavabdeh1 kollegiyanın iclasında bildirmişdir ki, 2023-cü il 19 yanvar tarixdə iddiaçının yanından işdən çıxmışdır. Bundan sonra iddiaçı ondan Beyləqan PŞ-yə şikayət yazaraq onun 20.000 manat nağd pulunun və 28.200 manatlıq mallarını satmaqla ona ziyan vurulması ilə bağlı şikayət etmişdir. Həmin borcun 45.000 manat hissəsi Polisdə araşdırma aparıldığı ərəfədə atası tərəfindən iddiaçıya ödənilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Buna görə də atası iddiaçıya qarşı sonradan 45.000 manat pul tələbi iddia ərizəsi ilə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə atasının iddiaçıya qarşı olan iddia tələbini təmin etməmişdir.
26. Bu hal Beyləqan Rayon Məhkəməsinin 2024-cü il 18 mart tarixli qanuni qüvvəsini almamış qətnaməsi və həmin işin materialları ilə təsdiq ed ilir. Həmin işdən kserosurətlər çıxarılaraq hazırkı işə əlavə edilmişdir. Polisdə izahat verən iddiaçı göstərmişdir ki, keçmiş işçisi olmuş Cavabdeh1 işdə olmadıqları ərəfədə ofisə gələrək 20.000 manat nağd pulu və fakturasız malları daimi müştəriləri Rizvan Əliyevə göndərməklə 28.000 manat məbləğində pulu mənimsəmişdir. Daha sonra qeyd etmişdir ki, Cavabdeh1 atası həmin puldan ona 45.000 manat qaytarmış və ödənilməmiş 3.200 manat pul vəsaiti qalmışdır.
27. Məhkəmə kollegiyasının mövqeyinə görə bütün qeyd olunanlar cavabdehin iddiaçıya maddi ziyan vurmasını təsdiq edir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 404.1, 404.2, 425.1, 442, 600.1, 777.1, 777.2, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 385.2, 387.1, 392.2-ci mad dələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 2023-cü il 3 mart tarixli və “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
29. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - Mülki Məcəllənin 385.1 və 700.1-ci maddələri üzrə - iddiaçı və Cavabdeh2 aralarında 2019-cü il 3 yanvar tarixli icarə m üqaviləsi bağlanmış, bunun əsasında iddiaçı mülkiyyətində olan Beyləqan rayonu Əlinəzərli kəndə gedən yolun üzərində yerləşən anbar tikilisinin 200 kv.m hissəsini, ayda 400 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh2 icarəyə vermiş, axırıncı da 2022-ci ilin dekabr ayınadək iddiaçıya hər ay 400 manat icarə haqqı ödəmişdir. Bu hallarla tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəliklərin olması təsdiq olunduğu halda (bu barədə icarə müqaviləsi və vergi bəyannamələri məhkəməyə təqdim olunmuş və kassasiya şikayətinə əlavə edilmişdir) məhkəmə kollegiyası heç bir əsas göstərmədən tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair səhv nəticəyə gəlmiş, iş üzrə Mülki Məcəllənin 700.1-ci maddənin tələbləri tətbiq edilməli olduğu halda iş üzrə maddi hüqu q normasını düzgün tətbiq olunmamışdır. İddiaçı onunla Cavabdeh2 arasında hər hansı alqı-satqı münasibətlərin yaranmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının sübut növü kimi istinad etdiyi 2022-ci il 4 yanvar və 2022-ci il 1 fevral tarixli aktlarda anbar qalığı, müştəri borcu, bank hesablarındakı məbləğ, şirkətə borc ƏDV və s. kimi ifadələr vardır. Məhkəmə kollegiyası belə qeydlər əks edilməklə tərtib olunmuş aktları iş üzrə cavabdehlərin iddiaçıya borcu olmasını təsdiqləyən mötəbər sənəd kimi qəbul etməklə səhv nəticəyə gəlmişdir. - Mülki Prosessual Məcəllənin 14.1, 14.2-ci maddələri üzrə - məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, Cavabdeh2 2023-cü il 3 avqust tarixdə Beyləqan RPİ-nin rəisi R üstəm Cəfərova ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən ona məxsus anbarın icarəyə götürdüyü hissəsindən özünə məxsus əşyaları, sənədləri, mal qalığını götürmək üçün məhdudiyyətlər yaratması, həmin malların sənədlərin və möhürün iddiaçıdan icarəyə götürdüyü anbarda qalması, bundan istifadə edən iddiaçının həmin sənədlərdən 2022-ci il 4 yanvar tarixli və 2022-ci il 1 fevral tarixli aktlarda iddiaçının adı və soyadı qarşısında sonradan T.VERDİ, cavabdehlərin adı və soyadlarının qarşısına T.ALDİ yazıları əlavə etməklə, özünə aid və anbarda olan Cavabdeh2 aid möhürü vurmaqla həmin aktları saxtalaşdırmasının mümkün olmasını müəyyənləşdirmək üçün ən azından Beyləqan rayon PŞ-dən Cavabdeh2 2023cü il 3 avqust tarixdə etdiyi müraciətlə bağlı sənədləri tələb edib baxış keçirməmiş, Cavabdeh2 aid olan sənədlərin, möhürün və qalıq malın iddiaçının mülkiyyətində olan anbarda qalması ilə bağlı halların həqiqiliyinə aydınlıq gətirməmişdir. - Mülki Prosessual Məcəllənin 77.1, 79.1, 88, 89.1, 97.1-ci maddələri üzrə - iş materiallarından görünür ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları (tərəflər arasında mübahisə ilə bağlı müqavilələrin, razılaşmaların) olmasını təsdiqləyən sənədləri, həmin sənədlər əsasında malların ona təhvil verilməsi barədə (qaimə, faktura və s.) sənədləri məhkəməyə təqdim etməmiş, cavabdehə icarəyə verdiyi mülkiyyətində olan anbarın bir hissəsinə onun giriş-çıxışını 2023-cü il 20 iyul tarixdən məhdudlaşdırmaqla cavabdehə anbarda qalmış malları, sənədləri və möhürü əldə edib müvafiq sübutları məhkəməyə təqdim etmək üçün maneələr yaratmasına diqqət yetirməmi şdir. İstər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlər, əşyalar və 23.000 manat dəyərində olan qalıq mal iddiaçıdan götürdüyü anbarda qaldığını, iddiaçı 2023-cü il 20 iyul tarixdən həmin malları və sənədləri götürməyə icazə vermədiyi, onun anbarın giriş-çıxış qapısını bağlayaraq içəri buraxmadığını bildirdiyi halda məhkəmə iş üzrə qeyd edilmiş hallara aydınlıq gətirmək məqsədi ilə həmin malların və sənədlərin saxlanıldığı iddiaçının mülkiyyətində olan anbar tikilisinə yerində baxış keçirməklə məsələyə aydınlıq gətirə bilərdi. Apellyasiya instansiya məhkəməsi mübahisə predmeti olan 2022-ci il 4 yanvar tarixli və 2022-ci il 1 fevral tarixli aktlarda iddiaçının adı və soyadı qarşısında sonradan T.VERDİ, cavabdehlərin adı və soya dlarının qarşısına T.ALDİ yazıları onlar tərəfindən yazılmadığını, həmin yazıların sonradan iddiaçı tərəfindən əlavə etməklə, özünə aid və anbarda olan Cavabdeh2 aid möhürü vurmaqla həmin aktlarda tərəflər arasında alqı-satqı müqaviləsinin olması görünüşü yaratmağa çalışmış, məhkəmə isə işin bu hallarına aydınlıq gətirmək məqsədi ilə cavabdehlərin iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlərini onların məhkəmənin hazırlıq iclasında verilməməsini bəhanə edərək təmin etməmişdir.
31. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - Mülki Məcəllənin 385.1, 442 və 600.1-ci maddələri üzrə - cavabdehin iddiaçının qarşısında heç bir öhdəliyi olmamışdır. İddiaçının Cavabdeh1 qarşı pulun mənimsənilməsi barədə Beyləqan rayon Polis şöbəsinə etdiyi şikayət ərizəsi üzrə toplanmış materialların surətinin təqdim edilməsinə dair iş üzrə kassatorun nümayəndəsi, vəkili Vəkil3 Beyləqan rayon Polis şöbəsinin rəisinə ünvanlanmış 2024-cü il 9 yanvar tarixli 1 saylı sorğusuna əsasən təqdim olunmuş sənədlərin surəti apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Araşdırmanın nəticəsi barədə Beyləqan rayon Polis şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçıya cavab verilərək bildirilmişdir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı məsə lənin mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilməmişdir. - Mülki Məcəllənin 404.1, 404.2 və 425.1-ci maddələri üzrə - tərəflər arasında sahibkarlıq fəaliyyəti haqqında hər hansı müqavilə yoxdur. Həmçinin, tərəflər arasında sahibkarlıq fəaliyyətini tənzimləyən müqavilə üzrə malların, işlərin, xidmətlərin dövriyyəsini təsdiqləyən heç bir maliyyə-mühasibat sənədləri (elektron qaimə faktura, həmin malların iddiaçı tərəfindən digər sahibkarlıq subyektlərindən alması, müvafiq ödənişlərin edilməsi, anbara mədaxil olunması, mədaxil-məxaric sənədləri və s.) yoxdur. Məhkəmə “işə əlavə olunan sənədlər”i “Akt qəbzlər”, “Akt qəbz”, “aktlar”, yaxud sadəcə “qəbz” və s. adlandırır. Halbuki, iddia ərizəsi və pretenziyadan göründüyü kimi, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş 2022-ci il 4 yanvar və 2022-ci il 1 fevral tarixli həmin kağız parçaları “hesabatlar” adlandırılır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhz “işə əlavə olunan sənədlər”, “Akt qəbzlər”, “Akt qəbz”, “aktlar”, yaxud sadəcə “qəbz” və s. adlandırdığı kağız parçasını qətnamənin əsaslandırıcı hissəsində hüquqi sənəd kimi təqdim etməyə, bununla da qətnamənin qanuni və əsaslı olması görüntüsünü yaratmağa cəhd etməklə yanaşı, hətta bu zaman cavabdehlərin izahatlarını qismən təhrif etməkdən belə çəkinməmiş, ritorik suallar qoymaqla həmin izahatları iddiaçının mənafeyi baxımından təfsir etməyə çalışmış, bu zaman həm də apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmiş, nəticədə qanunsuz, əsassız qətnamə çıxarmı şdır. - Mülki Prosessual Məcəllənin 97, 220.4, 386-cı maddələri üzrə - birinci instansiyası məhkəməsi tərəfindən işin nəticəsinə birbaşa təsir edən halın müəyyən edilməsi, yəni 2022-ci il 4 yanvar tarixli qəbzdə olan “Təhvil aldılar” yazısı və 2022-ci il 1 fevral tarixli qəbzdə olan “Təhvil aldı” sözləri və “Unyty borc – 39543,69” qeydinin onlar tərəfindən icra olunmuş imzalardan əvvəl, yoxsa sonra yazılmasını, həmçinin həmin qeydlərin və imzaların eyni, yəni cavabdehlər və ya digər şəxslər tərəfindən icra olunubolunmamasını müəyyənləşdirmək üçün mütləq məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmalı idi. Lakin məhkəmə həqiqətə nail olmaq üçün bütün mümkün prosessual imkanlardan istifadə etmək və müvafiq araşdırma aparmaq əvəzinə, heç bir araşdırma aparmadan, yalnız formal yanaşma ilə i ddianı təmin etmiş, faktiki cavabdehlərin heç bir vəsatətini, o cümlədən məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatətini təmin etməmiş, bu barədə apellyasiya şikayətinin dəlillərinə tamamilə qərəzli və məqsədyönlü olaraq heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir. Halbuki, həmin vəsatətlərin təmin olunması birbaşa işin nəticəsinə təsir edir.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətləri formal olaraq verilmiş, şikayətlərin maddi və prosessua l hüquqi əsasları yoxdur. Kassasiya baxışının hədləri
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Kassatorlar apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedik də onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri https://e-qanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehlərin iddiaçı qarşısında icra olunmamış öhdəliyinin qalması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
42. Hər iki kassasiya şikayətinin dəlilləri sübutetmə ilə bağlıdır. Belə ki, kassatorlar məhkəmələrin istinad etdiyi, iddiaçının borcun sübutu kimi təqdim etdiyi Aktların mübahisəyə aidiyyətini qəbul etmir, bir tərəfdən həmin aktlarda olan məlumatların tərəflər arasındakı sahibkarlıq münasibətlərini deyil, birgə istifadə etdikləri anbarda olan, hər birinə aid malların qalıqlarını əks etdiyini, digər tərəfdən həmin aktlarda olan yazıların saxtalaşdırılmasını, möhürün isə xəbərləri olmadan vurulmasını göstərmişlər.
43. Kassasiya şikayətinin bu dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, bu dəlillər sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlıdır.
44. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi ape llyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin fa ktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 may tarixli, 2-2(106)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul