Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-537/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı iş üzrə QƏRAR Açar sözlər: daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, əsas b orc, faiz borcu və dəbbə pulunun ödənilməsi, lizinq obyektinin qaytarılması tələbinə dair kommersiya işi üzrə İddiaçı QSC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)516/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 09 iyul 2013-cü il tarixli, 543/27/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1ədəd JCB 160W markalı təkərli eskavator X5 lizinqə təhvil verilmiş və S.Bayramov həmin müqavilə üzrə lizinq borcunun ödənilməsini öz öhdəsinə götürmüşdür. 2. 11 iyul 2013-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəlinə görə, avadanlığın alqı-satqı müqaviləsi üzrə dəyəri 87.902 manat, gömrük rüsumu və rəsmiləşdirilməsi 16.454 manat, lizinqalanın av ans ödənişi 11.356 manat, sığorta haqqı 3.496 manat və maliyyə lizinqi üzrə kreditin məbləği 91.000 manatdır.
3. Təhvil təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd JCB 160W markalı (DQN: AZ 10-0-828, buraxılış ili 2012) təkərli ekskavator lizinqverən tərəfindən təslim edilmiş və lizinq alan tərəfindən təhvil alınmışdır. 4. 15 iyul 2019-cü il tarixli maliyyə arayışına görə, X4 yekun borcu 105.116,26 manat, əsas borcu 37.358,14 manat, faiz borcu 28.807,36 manat və dəbbə borcu 38.950,76 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı ilə X8 (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 543/27/2013 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, sonuncudan lizinq ödənişləri üzrə əsas borc 37.358,14 manat, faiz borcu 28.807,36 manat, dəbbə pulu 38.950,76 manat olmaqla ümumilikdə 105.116,26 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı QSC-yə məxsus olan 1 ədəd JCB 160W markalı təkərli eskavatorun (qeydiyyat nişanı AZ10o828) geri alınaraq qaytarılması və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 543/27/2013 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1ədəd JCB 160W markalı təkərli eskavator cavabdehə lizinqə təhvil verilmiş və cavabdeh müqavilə üzrə lizinq borcunun ödənilməsin i öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilməmişdir. Hazırda borc ümumilikdə 105.116,26 manat təşkil edir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 09 iyun tarixli, e-2-2(113)-154/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 09 iyun 2013-cü il tarixli, 543/27/13 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış əsas borc 31.219 manat, lizinq mükafatı üzrə 2.927 manat, cərimə 1.000 manat olmaqla ümumilikdə 35.146 manat məbləğində pul vəsaitinin tutulması, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 4.010 manat məbləğində pul vəsaitindən 2.927 manat lizinq mükafatının, 1.000 manat cərimənin və əsas borcun 83 manat məbləğində hissəsi çıxılmaqla 31.136 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənil məsi, “JCB 160W” markalı, 10-O828 dövlət qeydiyyat nişanlı təkərli ekskavatorun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 9 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 43 manatının cavabdehdən, 102 manatının iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).
8. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edilməyən və məhkəmə xərcləri hissəsində ləğv edilməsi, həmin hissələrdə iddianın tam təmin edilməsini, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.
9. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2(103)-516/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 09 iyun tarixli, e-2-2(113)-154/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Həmin qətnamədən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-516/2020 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2(103)-516/2020 saylı q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2 (103)-516/2020 saylı qətnaməsi 30.10.2020-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
13. İddiaçının 30.10.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün 2 ay vaxtı olsa da, iddiaçı kassasiya şikayətini 25.03.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, müddətin bərpası barədə vəsatət verilməmişdir.
14. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 10-1.1, 10-1. 2, 10-1.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 aprel tarixli, 2-2(103)-516/2020 saylı qərardadının ləğv edilməsi və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2 (103)-516/2020 saylı qətnaməsi iddiaçının hüquqi ünvanına deyil, elektron məhkəmə sistemi vasitəsilə QSC-ni təmsil edən nümayəndənin elektron qutusuna göndərilmişdir.
17. Məhkəmə qətnaməsi nümayəndə ilə iddiaçı QSC arasındakı hüquq münasibətləri həmin dövrdə pozulm aq ərəfəsində olduğundan, qətnamənin təqdim edilməsi barədə QSC-nin məlumatı olmamışdır.
18. Həmçinin, Azərbaycan Respublikası adından qəbul edilən qətnamə fərdə deyil, fərdin təmsil etdiyi səhmdarı Azərbaycan Respublikası olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi İddiaçı QSC-nin hüquqi ünvanına göndərilməli idi. Bu səbəbdən də iddiaçı qətnamənin alınması üçün Bakı Apelyasiya Məhkəməsinə 11 yanvar 2021-ci il tarixdə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə qətnaməsi 02.02.2021-ci il tarixdə iddiaçının hüquqi ünvanına təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
20. İddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz işti rak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi.
21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
22. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
23. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİ N HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallar ının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, s ənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir”. Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 22(103)-516/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 oktyabr tarixli, 2-2 (103)-51 6/2020 saylı qətnaməsi elektron imza ilə təsdiq edilərək iddiaçının nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetə 30.10.2020-ci il tarixdə yerləşdirilsə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 25.03.2021-ci tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir (bax yuxarıda §§ 12-13).
30. Beləliklə, kassasiya şikayətinin verilməsi müddəti 30.12.2020-ci il tarixdə bitdiyi halda, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. 31. “X2 şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 32. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsin i nəzərə almalıdırlar.
33. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsindən iddiaçının tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verildiyini, müddətin bərpası üçün ərizənin vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
34. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassas iya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-516/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
36. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-516/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.