Məhkəmə qərarları › İş №2-2(102)-538/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-538/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-538/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra olunmaması, pul tələbi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X2 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pulun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-601/2019 saylı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (Sifarişçi) ilə “xxxx” MMC (İcraçı“ - Cavabdeh” MMC) arasında 23 dekabr 2016-cı il tarixli, 232 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə Sifarişçi müqavilədə göstərilən malların satın alınması üçün İcraçının 4.200.000 manat məbləğində malla bağlı təklifini (hər kq-nın qiyməti 8,40 manat olmaqla 1.680.000 manat dəyərində 200.000 kq təb ii yağ əlavə olunmuş sardina balıq konservi, 1.680.000 manat dəyərində 200.000 kq sardina (tomatda) balıq konservi, 210.000 manat dəyərində 25.000 kq təbii yağ əlavə olunmuş sardinella balıq konservi, 210.000 mant dəyərində 25.000 kq sardinella (tomatda) balıq konservi, 210.000 manat dəyərində 25.000 kq təbi yağ əlavə olunmuş skumbriya balıq konservi və 210.000 manat dəyərində 25.000 kq skumbriya (tomatda) balıq konservi) qəbul etmişdir. Müqavilənin 2.3-cü bəndinə görə Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə ğörə İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları, daşınma qrafikində göstərilmiş məntəqəyə daşımalı və boşaltmal ıdır. Müqavilənin 5.4-cü bəndnə görə Sifarişçi müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə görə müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, vergi-hesab fakturası, qaimə-faktura, təhvil-təslim aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən güc olmamaq şərti ilə aparılır. Müqavilənin 11.2-ci bəndinə əsasən Sifarişçi satın alınan mallara görə müqavilə qiymətinin müəyyən məbləğini əvvəlcədən avans qismində ödəyə bilər. Avansın alınması üçün İcraçı Sifarişçiyə avans ödənişinin bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans ödənişi qaytarılanadək qüvvədə qalır, onun məbləği isə görülən işlərin m üqabilində azaldılır. İcraçıya ödənilmiş avans məbləğinin qalığı 26 dekabr 2017-ci il tarixədək İcraçı tərəfindən Sifarışçiyə qaytarılmalıdır. Tərəflərin razılığı əsasında avans məbləğinin qalığı mallar ilə qaytarıla bilər. Müqavilənin 17.1-ci bəndinə əsasən İcraçı müqaviləyə əlavə olunmuş daşıma qrafikinə uyğun malların göndərilməsini təmin etməlidir. Müqavilənin 17.2-ci bəndində isə təsbit edilmişdir ki, icraçı müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməzsə, Sifarişçi qrafik üzrə təhvil verilməyən, həmçinin təhvil verilməsi üçün gətirilmiş mal keyfiyyətsiz olarsa həmin miqdarda malın dəyərinin 10 faizi məbləğində İcraçıya cərimə tətbiq edir. Bu hal təkrarlandıqda Sifarişçi müqaviləni birtərəfli ləğv edir və İcraaçıya müqa vilə üzrə təhvil verilməyən malın ümimi miqdarının 10 faizi məbləğində cərimə tətbiq edir. Müqavilə şərtlərini yerinə yetirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 4 200 000 manat məbləğində qabaqcadan ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş icra müddəti ərzində öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında bağlanmış satınalma müqaviləsinin icra müddəti razılaşma – protokolları ilə uzadılmışdır. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının ödədiyi avans ödənişindən 2 015 260.18 manat məbləğində avans qalığı bağlanmadığından, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi cavabdeh “xxxx” MMC (Cavabdeh MMC)-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 23 dekabr 2016-cı il tar ixli müqavilənin ləğv edilməsini, Cavabdeh MMC-dən həmin müqavilə üzrə qabaqcadan ödənilmiş 2.015.260,80 manat avans məbləği və 201.526 manat cərimə məbləği, ümumilikdə 2.216.786,80 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1252/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsi (hakim – R.L.Kərimli) ilə iddia təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə “xxxx” MMC (Cavabdeh MMC) arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli müqavilə ləğv edilmiş, Cavabdeh MMC-dən həmin müqavilə üzrə qabaqcadan ödənilmiş 2.015.260,80 manat avans məbləği və 201.526 manat cərimə məbləği, ümumilikdə 2.216.786,80 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-601/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və M.Ə.Abbasov) ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1252/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, bununla bağlı dəlillər apellyasiya şikayətində öz əksini tapsa da, işə baxan apellyasiya instansiya məhkəməsi onlara qiymət verməmişdir. Bundan əlavə, iddiaçı 201.526 (iki yüz bir min beş yüz iyirmi altı) manat cərimə məbləği tələb edilmiş və aşağı instansiya məhkəmələri tərəfindən cərimə tam məbləğdə təmin edilmiş, cərimə məbləğinin tənasübsüz şəkildə yüksək olmasına münasibətdə heç bir araşdırma aparılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasına səbəb 23 dekabr 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilə bilməməsi olmuşdur. Buna səbəb isə cav abdehin iddiaçıya təhvil verməli olduğu malları təmin etməli olan müəssisənin malları gecikdirməsi olmuşdur. Nəticədə də hazırki mübahisə yaranmışdır. Malların gecikməsi səbəbindən cavabdeh müəssisənin maddi vəziyyəti ağırlaşmışdır. Müəyyən edilmiş 201.526 manat cərimənin ödənilməsi cavabdehin hazırda qənaətbəxş olmayan maliyyə vəziyyətini daha da ağırlaşdıracaqdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz da təqdim etməklə şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdi r. Cavabdehin vəkili məhkəməyə teleqram ünvanlayaraq işə baxılması vaxtı başqa yerdə olacağını bildirməklə prosesin təxirə salınmasını xahiş etsə də, bildirdiyi hala dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasi ya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulm ası və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 462.1-ci maddəsində isə təsbit edilmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə tərəflər arasında 23 dekabr 2016-cı il tarixli, 232 nömrəli müqavilə bağlanmış, Sifarişçi müqavilədə göstərilən malların satın alınması üçün İcraçının 4.200.000 manat məbləğində malla bağlı təklifini qəbul etmişdir. Hazırkı iş üzrə müqavilə şərtlərini yerinə yetirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 4 200 000 manat məbləğində qabaqcadan ödəniş həyata keçirilməsi, cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş icra müddəti ərzində öhdəliklərin yerinə yetirilməməsinə görə tərəflər arasında bağlanmış satınalma müqaviləsinin icra müddətinin razılaşma protokolları ilə uzadılması, buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının ödədiyi avans ödənişindən 2 015 260.18 manat məbləğində avans qalığının bağlanmaması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilə bilməməsinin səbəbi cavabdehin iddiaçıya təhvil verməli olduğu malları təmin etməli olan müəssisənin malları gecikdirməsidir və tətbiq edilən 201.526 (iki yüz bir min beş yüz altı) manat cərimə tənasübsüzdür. Məhkəmə kollegiyası cavabdehin “tərə flər arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilə bilməməsinin səbəbi cavabdehin iddiaçıya təhvil verməli olduğu malları təmin etməli olan müəssisənin malları gecikdirməsi”nə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları, daşınma qrafikində göstərilmiş məntəqəyə daşımalı və boşaltmalıdır. Həmin müqavilənin 17.1-ci bəndinə əsasən İcraçı müqaviləyə əlavə olunmuş daşıma qrafikinə uyğun malların göndərilməsini təmin etməlidir. Lakin işin hallarından görünür ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya təhvil verməli olduğu malları təmin etməli olan müəssisənin malları gecikdirməsi barədə dəlil irəli sürsə də, həmin dəlil iddiaçının ödədiyi avans ödənişinin geri qaytarılmamasına əsas vermir. Belə ki, tərəflər arasındakı müqavilənin 11.2-ci bəndinə əsasən Sifarişçi satın alınan mallara görə müqavilə qiymətinin müəyyən məbləğini əvvəlcədən avans qismində ödəyə bilər. Avansın alınması üçün İcraçı Sifarişçiyə avans ödənişinin bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans ödənişi qaytarılanadək qüvvədə qalır, onun məbləği isə görülən işlərin müqabilində azaldılır. İcraçıya ödənilmiş avans məbləğinin qalığı 26 dekabr 2017-ci il tarixədək İcraçı tərəfindən Sifarışçiyə qaytarılmalıdır. Tərəflərin razılığı əsasında avans məbləğinin qalığı mallar ilə qaytarıla bilər. Daha sonra tərəflər arasında bağlanmış ra zılaşma protokolları ilə müqavilənin icra müddəti 31.12.2018-ci ilədək uzadılsa da, İcraçıya ödənilmiş avans məbləğinin qalığı Sifarışçiyə qaytarılmadığından, iddiaçı cavabdehdən müqavilə üzrə qabaqcadan ödənilmiş 2.015.260,80 manat avans məbləğini tələb etməkdə haqlı olmuşdur. Məhkəmələr iddianı bu hissədə təmin edərkən qanunvericiliyin yuxarıda sadalanmış müddəalarını və müqavilə şərtlərini mübahisəyə düzgün tətbiq etmişlər. Tətbiq edilən cərimə ilə bağlı olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli 232 saylı müqavilənin 17.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməzsə, Sifarişçi qrafik üzrə təhvil verilməyən, həmçinin təhvil verilməsi üç ün gətirilmiş mal keyfiyyətsiz olarsa həmin miqdarda malın dəyərinin 10 faizi məbləğində İcraçıya cərimə tətbiq edir. Bu hal təkrarlandıqda Sifarişçi müqaviləni birtərəfli ləğv edir və İcraaçıya müqavilə üzrə təhvil verilməyən malın ümimi miqdarının 10 faizi məbləğində cərimə tətbiq edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə, cavadehin müracitləri nəzərə alınaraq tərəflər arasında bağlanmış 23.12.2016-cı il tarixli 232 saylı satinalma müqaviləsinin icra müddəti 30.12.17-ci il tarixli 85 saylı və 30.05.2018-ci il tarixli 30 saylı razılaşma-protokoluna əsasən müvafiq olaraq 30.05.2018-ci və 31.12.2018-ci il tarixədək uzadılmış, cavabdeh əsas müqavilənin 17.2-ci bəndi ilə yenidən razılaşdığından, həmin bənddə müəyyən edilmiş cərimə məbləğinin dəyişdirilməsi ilə bağlı mövqe bildirməmiş, həmin razılaşmalarla cavabdehə güzəşt edilərək ona öz öhdəliyinə əməl etməsi ücün kifayət qədər imkan yaradılmasına baxmayaraq sonuncu tərəfindən müqavıləyə əlavə olunmuş daşıma qrafikinə uyğun malların göndərilməsi təmin edilməmiş, həm də böyük məbləğdə pulu istifadəsində saxlamaqla faydalanmışdır. Beləliklə, öhdəliklərin lazımi qaydada icra olunmayacağı halda cavabdehin cərimə ödəməli olacağı tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuşdur və qüvvədə olan qanunvericilik də bunu yol verilən hesab edir. Ona görə də, məhkəmələr iddianı cərimə məbləğinin tutulmasına dair hissədə də təmin etğməkdə haqlı olmuşlar. Cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması ilə bağlı cavabdehin bildirdiyi dəlillər işin halları ilə uyğunluq təşikl etmir. Qeyd edilən lərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-601/2019 saylı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar