Məhkəmə qərarları › İş №2-2(102)-54/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı xxxnın “xxxx” Şirkətinin Cavabdeh MMC-ə qarşı real zərərə görə 37.479,73 manat, pul öhdəliyinin gecikdirilməsinə görə 9.055,2 manat, məhkəmə xərclərinə görə 5.916 ABŞ dolları və 150 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması, xəbərdarlıq məktubunun iddiaçı deyil, XXX Agentliyi tərəfindən təqdim olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərki bdə, məhkəmə iclasının katibi Nəcəfzadə Nigar Zəfər qızının, İddiaçı xxxnın “xxxx” Şirkətinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Cavabdeh “Cavabdeh xxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli 2-2(103)-249/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. xxxnın “xxxx” Şirkəti ilə (bundan sonra-Şirkət) “Cavabdeh xxx” MMC (bundan sonraMMC) arasında XXX Təşkilatının (“XXX”) vasitəçiliyi ilə xxx tarixində bağlanmış sərnişin satış agentliyi müqaviləsinə əsasən, MMC razılaşdırılmış komissiya müqabilində xxx-nın uçuşlarına təyyarə sərnişin biletlərinin satışını həyata keçirtmək, cavabdeh isə aviabiletləri satdıqdan sonra satış nəticəsində əldə olunmuş pulları XXX Təşkila tının vasitəsilə xxxnın bank hesabına köçürülməsini təmin etməyi öz üzərinə götürmüşdür. 2. “Sərnişin satış agentliyinin müqaviləsi” adlanan istinad edilən müqavilədən göründüyü kimi, onun tərəfləri XXX Təşkilatı və cavabdeh (müqavilədə “Agent” adlandırılan) olmuşdurlar.

3. Həmin müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə agentin (cavabdehin) məkanlarının yerləşdiyi ölkələrdə qüvvədə olan Satış Agentliyi haqqında qaydalara uyğun olaraq daşıyıcı (iddiaçı) tərəfindən agentin təyin edildiyi andan qüvvəyə minir. Qüvvəyə mindikdən sonra müqavilənin Agent və Daşıyıcı arasında, onların hər ikisinin adları burada çəkilmiş kimi və hər ikisi öz adlarını bu Müqaviləyə tərəflər kimi yazılmışlar kimi qüvvəsi olacaqdır.

4. Müqavilənin 2-ci bəndinə əsasən, Daşıyıcı və Agent arasında olan m ünasibətləri tənzimləyən müddəlar və şərtlər... müqaviləyə əlavə edilən “Məlumat Kitabçasında” müəyyən olunur və həmin Kitabçaya Satış Agentliyi haqqında Qaydalar daxildir.

5. Müqaviləni “Daşıcıyılar üçün təmsilçi qismində çıxış edən XXX Assosiasiyasının Baş Direktoru” və cavabdehin direktoru imzalamışdırlar.

6. XXX tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, satılmış biletlərə görə xxxna ödəniləcək 97.140,2 manat məbləğindən 37.479,73 manat məbləğində borc ödənilmədiyindən, XXX Təşkilatı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərilərək XXX Təşkilatı tərəfindən gecikdirilmiş pul öhdəliyinin icra olunması üçün əlavə müddət 2016-cı il 31 iyul tarix təyin edilmişdir. Eyni zamanda, təyin olunmuş tarixə qədər gecikdirilmiş pul öhdəliyi nin icra edilmədiyi təqdirdə müqavilənin ləğv olunacağı cavabdehə izah edilmişdir.

7. XXX Təşkilatı tərəfindən XXX tarixində müqavilənin ləğv olunması haqqında cavabdehə bildiriş göndərilmişdir.

8. XXX tarixli, xxx saylı qaiməyə əsasən, iddia ərizəsinin hazırlanması üçün hüquqi xidmətlərin göstərilməsi, habelə məhkəməyə təqdim ediləcək sənədlərin tərcüməsi və məhkəmədə təmsil edilmə xərci olaraq 5.916 ABŞ dolları pul ödənilmişdir. 9. xxx saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsinə görə Vəkil1 150 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Şirkət cavabdeh MMC-ə qarşı cavabdehdən real zərərə görə 37.479,73 manat, pul öhdəliyinin gecikdirilməsinə görə 9.055, 2 manat, hüquqi xidmətə görə 5.916 ABŞ dolları və 150 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxx tarixində tərəflər arasında XXX Təşkilatının vasitəçiliyi ilə Sərnişin Satış Agentliyi Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, MMC razılaşdırılmış komissiya müqabilində xxxnın uçuşlarına təyyarə sərnişin biletlərinin satışını həyata keçirmək hüququnu əldə etmişdir. Müqaviləyə əsasən, cavabdeh aviabiletləri satdıqdan sonra satış nəticəsində əldə edilmiş pulları XXX Təşkilatı vasitəsi ilə xxxnın bank hesabına köçürülməsini təmin etməli idi. Bağlanmış müqavilə cavabdeh tərəfindən 10 ildən çox müddət ərz ində lazımi qaydada icra edilirdi. Daha sonra cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halı baş vermişdir. Belə ki, müqavilə üzrə 2016cı il 1 iyun tarixindən xxx tarixinədək cavabdeh tərəfindən ümumi məbləği 97.140,2 manat olan 144 ədəd təyyarə sərnişin biletlərinin satışı həyata keçirilmişdir. Satılmış biletlərə görə xxxna ödəniləcək 97.140,2 manat məbləğdən yalnız 59.660,47 manat məbləğdə pul vəsaiti hissə-hissə cavabdeh tərəfindən xxxna ödənilmişdir. Pul öhdəliyinin qalan hissəsi, yəni 37.479,73 manat cavabdeh tərəfindən heç bir səbəb göstərilmədən ödənilməmiş qalmışdır. Bu səbəbdən xxx tarixində XXX Təşkilatı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, xəbərdarlıq məktubunda XXX Təşkilatı tərəfindən gecikdirilmiş pul öhdəliyinin icra edilməsi üçün yeni tarix (əlavə müddət) müəyyənləşdirilmişdir. Bildirişin məzmununa əsasən gecikdirilmiş pul öhdəliyinin icra olunması üçün son müddət kimi xxx tarixi göstərilmişdir. Həmin tarixə qədər gecikdirilmiş pul öhdəliyi icra olunmadığı təqdirdə, müqavilənin ləğv ediləcəyi cavabdehə izah olunmuşdur. Qeyd olunan xəbərdarlıq məktubuna baxmayan cavabdeh tərəfindən ona aid pul öhdəliyinin icrasına dair heç bir hərəkət edilməmişdir. Cavabdehin pul öhdəliyi icrasız qaldığına görə müqavilənin əhəmiyyətli pozuntusu baş vermiş və bu səbəbdən 2016-cı il 1 avqust tarixində müqavilənin ləğv olunması haqqında cavabdehə bildiriş göndərilmişdir. Sözügedən bildiriş vasitəsilə eyni zamanda cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzinin dərhal ödənilməsi p retenziya qaydasında tələb edilmişdir. Cavabdeh müqavilə üzrə ona aid pul öhdəliyini əlavə icra müddəti nəzərə alınmaqla 2016-cı il 31 iyul tarixində icra etməli olduğu halda bunu etməmiş, nəticədə müqavilə üzrə 37.479,73 manat məbləğində pul öhdəliyinin icrası 2018-ci il 12 mart tarixinə cavabdeh tərəfindən 588 gün müddətində gecikdirilmişdir. İddiaçı hüquqi yardıma görə 5.196 ABŞ dolları və 180 manat xərc çəkmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyun tarixli, 2(81)-576/2018 saylı qiyabi qətnaməsi ilə iddiaçı Şirkətin iddia tələbi təmin olunmuş, cavabdeh MMC-dən 37.479,73 manat məbləğində əsas borc, əsas borcun 588 gün gecikdirildiyi nəzərə alınmaqla 15% bank uçot dərəcəsi ilə 9.055,2 manat məbləğində vəsait, 5.916 ABŞ dolları və 150 manat məbləğində məhkəmə xərci, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Şirkətə ödənilməsi qət olunmuşdur (hakim-Məhəmməd Əkbərov).

13. Məhkəmə hesab etmişdir ki, XXX Təşkilatının vasitəçiliyi ilə xxx tarixində bağlanmış sərnişin satış agentliyi müqaviləsinə əsasən satılmış biletlərə görə cavabdehin xxxna 37.479,73 manat məbləğində borcu yaranmışdır.

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 448.1, 449.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 119.1, 121.1, 238.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh MMC 2019-cu il 13 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qiyabi qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli, e-2-2(103)-249/2019 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyun tarixli 2-2(81)-576/2018 nömrəli iş üzrə qiyabi qətnaməsi dəyişdirilmiş, qətnamənin nəticə hissəsində “əsas borcun 588 gün gecikdirildiyi nəzərə alınmaqla 15% bank uçot dərəcəsi ilə 9.055,2 manat məbləğində vəsait, 5.916 ABŞ dolları” sözləri “pul məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə 3.016,44 manat sözləri ilə əvəz olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı MMC-in apellyasiya şikayəti qismən təmin edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – S.Seyidova və İ.Əhmədov).

17. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında xxx tarixli müqavilənin bağlanmasını, əqdin şərtlərini və 2006-cı ildən bəri icra olunduğunu mübahisə etmir. Cavabdeh qeyd olunan müqavilə üzrə bu vaxtadək hansı həcmdə öhdəliyinin yarandığını, sözügedən öhdəliyin hansı hissəsini icra etdiyini də göstərməmiş və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin cavabdehdən 9.055,2 manat məbləğdə faiz borcunun tutulması barədə nəticənin düzgün olmamasına dair dəlili qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının ərizədə qeyd etdiyi faktiki və qanuni əsaslarla razılaşaraq, Mülki Məcəllənin 449.1-ci maddəsini mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. Adıçəkilən normaya görə, Özgəsinin pul vəsaitini qanunsuz sa xlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.” Normanın təhlili göstərir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə həmin vəsaitin məbləğindən faizlərin ödənilməsi üçün ondan faydalanma şərtdir, lakin iddiaçı cavabdehin bu vəsaitdən faydalandığını irəli sürməmiş və sübuta yetirməmişdir.

18. Bu məhkəmə daha sonra qeyd et mişdir ki, cavabdeh mübahisəli məbləği 588 gün gecikdirmişdir ki, bu da həmin tələbə Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini şərtləndirir. Həmin maddəyə əsasən, “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.” Beləliklə, iddia tələbi bu hissədə 37.479,73 manat x 5% = 1.873,99: 365 gün = 5,13 manat x 588 gün = 3.016,44 manat həddə əsaslıdır. Apellyasiya şikayəti cavabdehin məhkəmədə təmsilçilik xərci kimi 5.916 ABŞ dollarının ödənilməsini qəbul etməməsi hissədə əsaslıdır. Belə ki, işin 9-cu vərəqində olan 2017-ci il 5 oktyabr tarixli invoysun kserosurəti iddiaçının bu məqsədlə ödəniş etdiyini təsdiq etm ir. İnvoysda nəinki ödəmənin hazırki mübahisəyə dair təyinatı, hətta iddiaçının adı da yoxdur. Odur ki, iddia bu hissədə sübuta yetmir.

19. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin iddia ərizəsinin müddət ötürüldükdən sonra məhkəməyə təqdim olunması barədə dəlili əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə xxx tarixində bağlansa da, iddiaçı 2016-cı il 1 iyun tarixindən xxx tarixinədək cavabdeh tərəfindən satılmış təyyarə sərnişin biletlərinin pulunu tələb edir ki, bu da Mülki Məcəllənin 373-cü maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ötürülməməsi deməkdir. Çünki, iddia ərizəsi 2018-ci il 19 mart tarixində birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373, 385.1, 386.1, 442, 443.1, 445.7, 448.1, 448.2-ci maddələrinə və MPM-in 384.0.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdehin kassasiya şikayəti 2019-cu il 20 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

22. Cavabdeh qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edilməsini və “maddi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddiasının tamamilə rədd olunması barədə iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətinə etiraz vermiş, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 noyabr tarixli, e-2-2(102)-466/2019 saylı qərarı ilə cavabdeh MMC-in direktoru Kətanə Şərifova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-249/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv olunmuş və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən–S.Hüseynova, hakimlər – İ.Dadaşov və K.Bədəlov).

25. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi mübahisəyə qiymət verərkən maddi hüquq normalar kimi yalnız Öhdəliklərin icra edilməməsi” haqqında müddəalara əsaslanmış, halbuki mübahisənin həlli üçün ilk olaraq tərəflə r arasında müqavilə münasibətlərinin hüquqi təbiəti açıqlanmalı idi. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinin tələblərinin təhlilinə görə, pulun ödənilməsi vəzifəsi kimi borclunun öhdəliyi yalnız o halda yarana bilər ki, onun yaranması üçün hüquqi əsas mövcud olsun. Sonuncu maddəyə görə öhdəliyin yaranması iki halda - zərər vurma, əsassız varlanma və ya Məcəllədə müəyyən edilmiş digər əsaslar nəticəsində və bağlanmış müqavilə nəticəsində baş verə bilər. Apellyasiya məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu xxx tarixində bağlanmış müqaviləyə əsasən yarandığını bildirmiş, lakin yuxarıda verilmiş hüquqi qiymətləndirmədən göründüyü kimi, həmin müqavilənin tərəfi kimi bilavasitə iddiaçı şirkət olduğu müəyyən edilməmişdir. Habelə, məhkəmənin qətnaməsindən hansı nö v müqavilənin olması, onun tərəflər arasında razılaşdırılmış şərtləri, həmin şərtlərdən irəli gələn tərəflərin qarşılıqlı öhdəliklərin mahiyyəti, onlara tərəflərin qarşılıqlı riayət olunub-olunmaması və s. bu kimi məsələlər öz əksini tapmamışdır. Belə olan halda isə məhkəmənin məhz cavabdeh tərəfindən öhdəliyinin pozulması nəticəsinə gəlməsi tam aydın deyildir.

26. Bu məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, XXX XXX Assosiasiyasının “Daşıcıyılar üçün təmsilçi qismində çıxış etməklə” cavabdehlə bağlanmış istinad edilən müqaviləyə Mülki Məcəllənin 842-ci maddəsi ilə anlayışı açıqlayan “Sərnişin daşınması müqaviləsi”nə həmin Məcəllənin 777.4-cü maddəsində əks olunmuş qaydaya görə subsidiar şəkildə, yəni əlavə vasitə kimi çıxış edən tapşırıq müqaviləsinə dair qaydalara uyğun olaraq qi ymət verilməlidir. Bu nəticə həmçinin istinad olunan müqavilənin 3-cü bəndində əks olunmuş şərtlərdən, habelə cavabdehin müqavilə üzrə öhdəliklərinə münasibətdə isə həmin müqavilənin 7-ci bəndində müəyyən olunmuş qaydalardan irəli gəlir ki, onlar üzrə apellyasiya məhkəməsi hüquqi qiymətləndirməni aparmamış və müvafiq olaraq işin hallarını müəyyən etməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlil üzrə əlavə qiymətləndirmənin aparılmasını o əsasla mümkün hesab etmir ki, işin halları ilə bilavasitə iddiaçının istinad edilən müqavilə üzrə tərəf olduğu müəyyən olunmamışdır. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tam olaraq düzgün olan maddi-hüquq normalarını tətbiq etmiş, müvafiq maddi hüquq normaların ın tətbiqi üçün isə işin halları tam müəyyən olunmamışdır.

27. Məhkəmə qərarında öz qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 777.4, 842-ci maddələrinə və MPM-in 386, 418.1, 418.2, 419.2.11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli e-2-2(103)-249/2020 saylı qətnaməsi ilə cavabdeh MMC-in apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyun tarixli, 2-2(81)576/2018 saylı qiyabi qətnaməsi qismən-cavabdehdən iddiaçının xeyrinə 3.016,44 manat faiz və 150 manat hüquqi xidmət xərci tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmuş, cavabdeh MMC-dən iddiaçı Şirkətin xeyrinə pu l öhdəliyinin icrasının gecikdirilməsinə 3.016,44 manat faiz tutulmuş, iddia 150 manat hüquqi xidmət xərci tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın təmin olunduğu qalan hissədə (37.479,73 manat əsas borcun, 30 manat dövlət rüsumunun tutulması) dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MPM-in 149.2-ci maddəsinin tələbinə əsasən mübahisənin məhkəməyədək həlli üçün pretenziya qaydası müqavilədə və ya qanunda nəzərdə tutulduğu halda bu qaydaya riayət olunmadan məhkəməyə təqdim edilmiş iddia baxılmamış saxlanılır. xxx tarixində tərəflər arasında XXX Təşkilatı vasitəçiliyi ilə bağlanmış Sərnişin Satış Agentliyi Müqaviləsində mübahisənin məhkəməyədək həlli üçün p retenziya qaydası nəzərdə tutulmadığından məhkəmə cavabdehin iddianın baxılmamış saxlanılmalı olduğuna dair dəlilini əsassız hesab edir. Bundan əlavə cavabdehin hüquqi ünvanı “ünvan 1vanda fəaliyyət göstərmir. Birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdehin faktiki ünvanı kimi qeyd olunmuş ünvana məhkəmə bildirişləri göndərmiş, lakin həmin ünvana da çatmamışdır. Məhkəmədə cavabdehin faktiki ünvanı barədə başqa məlumat olmadığından və cavabdeh öz faktiki ünvanı barədə müqavilə tərəfinə məlumat verməyə borclu olduğu halda bu məlumatı vermədiyindən birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakını təmin etmək mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətində faktiki ünvanının “Bakı şəhəri, ünvan 2dərilmiş məhkəmə bildirişləri də çatmamışdır. Həmçinin xxx (XXX kod u ilə) 1957-ci ildən XXX Assosiasiyasının üzvüdür. Bu məlumat işdəki BHNA-nın üzvlük məsələləri üzrə meneceri Colette Ralphın 2020-ci il 30 iyul tarixli məktubu ilə təsdiq olunur və cavabdeh tərəfindən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olduğu mübahisələndirilmir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən müqavilədə istinad edilən “Məlumat Kitabçası” adlı sənədin həcmi böyük olduğu və hazırki işin obyektiv həlli üçün həmin sənədin tərcümə olunaraq məhkəməyə təqdim edilməsini zəruri hesab etmədikləri üçün həmin sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş XXX-nın İştirakçılıq Departamentinin XXX oktyabr tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, 2011-ci il 22 dekabr tarixindən etibarən xxx Azərbaycanda İATA Ödəniş və Hesabl ama Planının (BSP) iştirakçısıdır. Məhkəməyə tərcüməsi təqdim edilmiş xxx ilə XXX Assosiasiyası arasında bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən BHNA (İATA) iddiaçının bəzi bank hesablarının, o cümlədən “Birləşmə hesabı”nın (agentlərin ödənişlərinin daxil olduğu və daha sonra iştirakçı aviaşirkətlərə pulların köçürülməsini təmin edən bank hesabı) idarə olunması üzrə iddiaçıya xidmət göstərir. Həmin müqavilə ilə iddiaçı razılaşmışdır ki, İATA və İSS Meneceri hesaba natamam pul köçürülməsi olduğu və ya köçürmənin olmadığı halda bütün lazımi tədbirləri, o cümlədən hüquqi tədbirləri öz adından və aviaşirkət adından həyata keçirə bilər. Buna görə də, hazırki iş üzrə cavabdehə borc barədə xxx tarixli və müqavilənin ləğv edilməsi barədə 2016-cı il 1 avqust tarixli bildiriş BHNA tərəfindən göndərilmişdir. BHNAnın “Agentin ödənilməmiş borcları” barədə 2020-ci il 30 iyun tarixli məktubundan görünür ki, cavabdehin iddiaçıya olan borcu 37.479,73 manat təşkil edir. İddiaçı tərəfindən eyni zamanda iddia ərizəsinə MMC tərəfindən İATA-nın sisteminə satışı həyata keçirilmiş biletlərlə bağlı çıxarışlar təqdim olunmuşdur. Bu sübutlar cavabdehin iddiaçı tərəfindən həyata keçirilmiş hava nəqliyyatı ilə daşıma xidmətinə görə satılmış biletlərə görə 37.479,73 manat borcunun olduğu təsdiq olunduğundan, satışlar onlayn həyata keçirildiyi üçün iddiaçının məhkəməyə agent tərəfindən bilet satışının həyata keçirildiyini təsdiq edən digər sübutlar təqdim etməsi mümkün olmadığından, cavabdeh tərəfindən isə iddiaçıdan alınmış biletlərə görə həyata keçirilmiş ödənişlərin məbləği barədə sə nədlər məhkəməyə təqdim edilmədiyindən iddia cavabdehdən əsas borcun tutulması hissəsində əsaslı hesab olunmalı və qətnamə 37.479,73 manat borcun cavabdehdən tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

30. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətinin iddia müddətinin tətbiq olunmasına dair dəlilinə münasibətdə iddiaçı cavabdeh tərəfindən xx xxxx 2016-cı il tarixdən xxx tarixinədək satılmış aviabiletlər üzrə vəsaiti tələb etdiyindən və iddiaçı tərəfindən iddia ərizəsi 2018-ci il 19 mart tarixində təqdim olunduğundan 3 illik iddia müddəti ötürülməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fai z ödəməyə borcludur. Cavabdehin öhdəliyin icrasını xxx tarixli bildiriş məktubunda müəyyən olunmuş 2016-cı il 31 iyul tarixindən iddia qaldırıldığı tarixədək 588 gün gecikdirməsi mübahisə üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini şərtləndirdiyindən iddiaçının faiz tələbi məhkəmə tərəfindən 3.016,44 manat hissəsində əsaslı hesab olunur ( 37.479,73 manat x 5% =1.873,99: 365 gün = 5,13 manat x 588 gün). Hazırki iş üzrə cavabdehin ödənilməli olan borc vəsaitindən fayda və ya gəlir əldə etdiyinə dair işdə sübutlar olmadığından birinci instansiya məhkəməsi faiz tələbinə Mülki Məcəllənin 449.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsaslandırıcı hissə düzgün olmadığı üçün mübahisələndirilən qətnamə faiz tələbinin təmin edildiyi his sədə ləğv olunaraq həmin hissədə yeni qətnamə qəbul olunmalı, cavabdehdən iddiaçının xeyrinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 3.016,44 manat faiz tutulmalıdır.

31. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, 2018-ci il 14 mart tarixli 065938 saylı mədaxil qəbzində Vəkil1 iddiaçı tərəfindən göstərdiyi hüquqi xidmətə görə 150 manat pul ödənildiyi qeyd olunsa da, vəkillə bağlanmış müqavilə iş materiallarına əlavə edilmədiyindən həmin pul vəsaitinin hazırki mübahisə üzrə göstərilmiş xidmətə görə ödənildiyi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş xərcin cavabdehdən tutulması hissəsində də ləğv olunaraq həmin hissədə iddia rədd edilməlidir.

32. Məhkəmə qətnaməsin də öz qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.7, 448.1, 448.2, maddələrinə, MPM-in 121.1 və 149.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 21 avqust tarixində göndərilmiş və cavabdehin kassasiya şikayəti 2020-ci il 6 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv edilməsi və iddiaçının “maddi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddiasının tamamilə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

35. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya həqiqətən 37.479,73 manat borcunun olub-olmadığını araşdırmamış, apellyasiya instansiyası məhkəməsi isə öz növbəsində cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə hüquqi qiymət verməmişdir. Nəticədə, məhkəmə iddiaçının ərizəsində və ərizəsinə əlavə etdiyi pretenziya (xəbərdarlıq) məktubunda göstərdiyi borc məbləğinə rəqəmlərə) əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq əsas borca münasibətdə iddianı təmin etmişdir.

36. Hesab olunur ki, cavabdehin iddiaçıya ödənilməyən borcunun olması işdə olan və məhkəmənin istinad etdiyi heç bir sənədlə sübut olunmur.

37. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən belə nəticəyə gəlmişdir ki, cavabdehdən əsas borcun gecikdirilməsinə görə 3.016,44 manat pul tutulmalıdır.

38. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

39. Hesab edirik ki, məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsində ifadə olunan hüquq normasını səhv tətbiq etmişdir, çünki cavabdehin iddiaçıya borcunun mövcudluğu mötəbər sənədlərlə sübuta yetmir.

40. Bundan əlavə, iddiaçı cavabdehlə aralarında bağlanmış xxx tarixli müqavilə üzrə borcu (əgər, borc varsa) tələb edərkən iddia müddətini ötürmüş, iddia ərizəsini isə müddəti ötürdükdən sonra məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqindən imtina etməklə, bir daha maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

41. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

42. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

43. Həmçinin, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

44. Mübahisə tərəfinin tətbiq olunması barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Məhkəmə birinci instansiya məhkəməsi qətnamasinin qismən ləğv olunması barədə nəticəyə gələrkən, mötəbər sübutlara deyil, iddiaçının öz mülahizəsinə görə tərtib etdiyi sənədlərə (iddia ərizəsinə, pretenziya-xəbərdarlıq məktubuna və s.) istinad etmişdir.

46. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Məhkəmə işə baxarkən cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, iş üzrə müvafiq qətnamə qəbul etməklə, çəkişmə prinsipini pozmuşdur.

49. MPM-in 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tu tulmayıbsa, Məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

50. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, pul tələbi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubunu iddiaçı deyil, XXX Təşkilatı (XXX) cava bdehə göndərmişdir.

51. Belə nəticə hasil olur ki, məhz iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmiş və birbaşa məhkəməyə müraciət etmişdir.

52. Məhkəmə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun mübahisələndirmədiyini öz qətnaməsində qeyd etsə, əslində iddiaçının subyektiv hüquqa malik olub-olmadığını məhkəmə özü müəyyən etməli idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin t ələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

54. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır....”. Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....”. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidi r, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəri n əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”. Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qə rəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....”. Maddə

146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, m əhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə

149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə ə lavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

56. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və o nlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

58. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

59. Məhkəmə kollegiyası kassasiya şikayətində “cavabdehin iddiaçıya 37.479,73 manat borcunun olmaması” dəlilinə dair vurğulayır ki, XXX Agentliyinin “Agentin ödənilməmiş borcları” barədə xxx iyun tarixli məktubundan görünür ki, cavabdehin iddiaçıya olan borcu 37.479,73 manat təşkil edir.

60. Bundan əlavə məhkəmə cavabdehin iddia müddəti nin ötürülməsi” dəlilinə dair qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.

61. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.

62. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qo ruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

63. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır (Mülki Məcəllənin 367.1, 372.2 və 377.1-ci maddələri).

64. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 2016-cı il 1 iyun tarixindən xxx tarixinədək satılmış aviabiletlər üzrə vəsaiti tələb etmişdir.

65. İddiaçı tərəfindən iddia ərizəsi isə 2018-ci il 19 mart tarixində təqdim olunmuşdur, buradan belə nəticəyə gəlmək olar ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üz rə iddia müddəti üç il olduğundan qeyd olunan iddia müddəti ötürülməmişdir.

66. Məhkəmə kollegiyası “cavabdehin məhkəmə iclaslarında iştirakının təmin olunmaması” dəlili ilə bağlı qeyd edir ki, MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin hüquqi ünvanı “ünvan 1vanda fəaliyyət göstərmir. Bundan başqa məhkəmə bildirişləri iddia ərizəsində cavabdehin faktiki ünvanı kimi qeyd olunmuş ünvana da göndərilmiş, lakin həmin ünvana da çatmamışdır. Məhkəmədə cavabdehin fak tiki ünvanı barədə başqa məlumat olmadığından və cavabdeh öz faktiki ünvanı barədə müqavilə tərəfinə məlumat verməyə borclu olduğu halda bu məlumatı vermədiyindən cavabdehin iştirakını təmin etmək mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətində faktiki ünvanının “Bakı şəhəri, ünvan 3öndərilmiş məhkəmə bildirişləri də çatmamışdır.

67. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “xəbərdarlıq məktubunun iddiaçı deyil, XXX Agentliyi tərəfindən təqdim olunması” dəlili ilə bağlı vurğulayır ki, xxx ilə XXX Assosiasiyası arasında bağlanmış müqavilədən görünür ki, həmin müqaviləyə əsasən XXX Agentliyi iddiaçının bəzi bank hesablarının, o cümlədən “Birləşmə hesabı”nın (agentlərin ödənişlərinin daxil olduğu və daha sonra iştirakçı aviaşirkətlərə pulların köçürülməsini təmin edən bank hesabı) idarə edilməsi üzrə iddiaçıya xidmət göstərir. Həmin müqavilə ilə iddiaçı razılaşmışdır ki, İATA və İSS Meneceri hesaba natamam pul köçürülməsi olduğu və ya köçürmənin olmadığı halda bütün lazımi tədbirləri, o cümlədən hüquqi tədbirləri öz adından və aviaşirkət adından həyata keçirə bilər. XXX Agentliyi agentlər tərəfindən daşıyıcı aviaşirkətlərin hesablarına vəsaitlərin yığılmasına nəzarət edir və bu köçürmələr həyata keçirilmədiyi halda ödənişin həyata keçirilməsi üçün öz adından və aviaşirkət adından zəruri tədbirlər görmək, bildirişlər göndərmək hüququna malikdir. Buna görə də, hazırki iş üzrə cavabdehə borc barədə xxx tarixli və müqavilənin ləğv edilməsi barədə 2016-cı il 1 avqust tarixli bildiriş XXX Agentliyi tərəfindən göndərilmişdir.

68. Beləliklə, məhkəmə kolleg iyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-249/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

69. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 avqust tarixli, 2-2(103)-249/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar