Məhkəmə qərarları › İş №2-2(102)-54/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı ilkin iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: borcun və cərimənin tutulması, ödənilmiş vəsaitin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilkin İddiaçı1 MMC-nin ilkin Cavabdeh MMC-yə qarşı “alqı-satğı müqaviləsi üzrə əsas borcun, cərimənin tutulması” barədə ilkin iddia, Cavabdeh MMC-nin ca vabdeh İddiaçı1 MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması, faiz borcunun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 22(103)-105/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı1 2016-cı il 20 may tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 2018-ci il 8 avqust tarixli 025 saylı “Malların alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı1 MMC sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avto mobil ehtiyat hissələrinin Cavabdeh MMC-yə satılmasını, Cavabdeh MMC isə həmin malların qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər.

3. Həmin müqavilənin 3.1-ci bəndinə görə, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqı həyata keçirilənədək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyat hissələrinin haqqı “Satıcı” tərəfindən təqdim ediləcək hesab-faktura və qaimə-fakturalar əsasında 30 təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”ya ödənilir; 4.1.1-ci bəndinə əsasən, mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrini “Alıcı” tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında “Alıcı”ya təhvil vermək “Satıcı”nın vəzifəsidir; 4.2.1-ci bəndə əsasən bu müqavilədə bəhs edilən mühər rik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrini təhvil-qəbul sənədi əsasında “Satıcı”dan qəbul etmək və qəbul etdiyi mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin haqqını bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəmək “Alıcı”nın vəzifəsidir; 5.2-ci bəndinə əsasən “Satıcı” bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin “Alıcı”ya təhvil verilməsini üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən cəmi məbləğin 0,1%-i miqdarında “Alıcı”ya cərimə ödəyir; 5.4-cü bəndə əsasən, bu müqavilənin 5.2-5.3-cü bəndlərində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 faizindən artıq ola bilməz. 4. 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 sayl ı, 2018-ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı, 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli EBAA seriyalı 637125 saylı, 2019-cu il 3 oktyabr tarixli EBAA seriyalı 721074 saylı elektron qaimələrdə İddiaçı1 MMC tərəfindən müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 manat dəyərində malın Cavabdeh MMCyə təqdim edildiyi qeyd olunmuşdur. 5. 2018-ci il 21 avqust tarixli 01 saylı, 2018-ci il 26 oktyabr tarixli 01 saylı, 2019-cu il 30 yanvar tarixli 01 saylı, 2019-cu il 29 iyul tarixli 01 saylı ödəniş tapşırıqlarına, 2018-ci il 17 avqust tarixli **********175865 saylı, 2018-ci il 10 sentyabr tarixli **********225460 saylı, 2019-cu il 28 yanvar tarixli **********618390 say lı «Köçürmənin aparılması haqqında bildirişlər»ə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı1 MMCnin hesabına müvafiq olaraq 65.000 manat, 3.158,06 manat, 73.000 manat, 29.600 manat, 12.000,45 manat, 268 manat və 16.634,17 manat olmaqla, cəmi 204.988,68 manat pul ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı1 MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 144.479,89 (ƏDV daxil) manat əsas borc, 7.223,99 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 151.733,88 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arası nda 2018-ci il 8 avqust tarixində imzalanmış alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən 20182019-cu illər ərzində 349.468,57 manat (ƏDV daxil) dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filterlərinə aid mallar cavabdehə satılmışdır. Sözügedən müqavilənin 3.1-ci bəndinə əsasən alıcı satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyərini 30 təqvim günü ərzində köçürmə əsasında alıcının hesabına ödəməli idi. Cavabdeh bu günə kimi aldığı malların ümumi dəyərindən 204.988,68 manat ödəmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq aldığı malların tam dəyərini lazımı sənədlər təqdim edilməsinə baxmayaraq 11 aydan artıq müddətdə ödəməmişdir. Dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcdan hər hansı bir ödəniş həyata keçirməmişdir. Hazırda cavabdehin iddiaçıya ödənilməli olan borcu 144.479,89 manat (ƏDV daxil) təşkil edir. 2020-ci il 4 iyun tarixində cavabdehə borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilsə də, borc ödənilməmişdir. Sonuncu ödəniş tarixindən (2019-cu il 15 iyul) 11 aydan artıq müddət keçsə də, əsas borc öhdəliyi icra edilmədiyi üçün cavabdehdən müqavilənin 5.4-cü bəndi üzrə həmin borcun 5%-i həcmində7.223,99 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir.

8. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 385.1, 442, 445.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

9. Eyni zamanda cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsa itinin, eyni zamanda 16.971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun ilkin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən cavabdeh üzərinə nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filterlərinin həmin şirkətə verilməsinə dair öhdəlik götürmüşdür. Eyni zamanda, həmin malların alınması ilə bağlı ilkin iddiaçı ilə aralarında 2018-ci il 8 avqust tarixli 025 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satılması nəzərdə tutulan nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filterlərinə görə cavabdeh tərəfindən ilkin olaraq 204.988,68 manat məbləğində pul vəsaiti ilkin iddiaçıya köçürülmə yolu ilə verilmiş və bu işin mübahisəsiz halıdır. Həmin məbləğin köçürülməsi köçürülmə sənədləri ilə təsdiq edildiyindən, iddiaçı həmin məbləğin ödənildiyini iddia ərizəsində də etiraf etmək məcburiyyətində qalmışdır. Malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dolları isə Bank "xxxx" ASC-dən (bundan sonra – "xxxx") çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. BTB-dən çıxarılan 55.550 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda, BTB-nin əməkdaşları 55.550 ABŞ dollarının cavabdeh tərəfindən iddiaçıya nağd şəkildə verilməsinin şahidi olmuşlar. Həmçinin BTB-dən çıxarılmış 55.550 ABŞ dollarının həmin bankda cavabdeh tərəfindən ilkin iddiaçıya nağd şəkildə verilməsini Bankın müşahidə kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. Bu ndan başqa, müqavilənin 4.1.1-ci bəndinə uyğun olaraq qeyd olunan mallar ilkin iddiaçı tərəfindən 15 iş günü ərzində cavabdehə təhvil verilmədiyindən, cavabdeh SOCAR qarşısındakı öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40.000 manat dəyərində yağ filterlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışdır. Beləliklə, yağ filterlərinin alqı-satqısına görə müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilərək cavabdeh tərəfindən ilkin iddiaçıya 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsaiti verilsə də, sonuncu ərəfindən öhdəliklər yerinə yetirilməyərək satılması nəzərdə tutulan mallar bu günədək cavabdehə təhvil verilməmişdir. İddiaçıdan müqavilə ilə nəzərdə tutulan malların cavabdehə təhvil verilməsi və ya cavabdeh tərəfindən ilkin iddiaçıya ödənilmiş 204.988,68 manatın və 55.550 ABŞ dollarının qaytarılması istiqamətində aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdir. İlkin iddia ərizəsində 349.468,57 manat dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filterlərinin cavabdehə təhvil verilməsi iddia edilsə də, müqavilənin 4.1.1-ci bəndinə uyğun olaraq həmin malların təhvil verildiyini təsdiq edən təhvil-qəbul sənədini məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdehin sifarişinə əsasan təhvil-qəbul sənədi əsasında mallar ilkin iddiaçı tərəfindən 2018-ci ilin avqust ayında təhvil verilməli idi, o halda həmin vaxtdan hazıradək keçən 2 il müddətində sonuncunun cavabdehə ödəməli olduğu cərimə borcu müqavilənin 5.4-cü maddəsinə uyğun olaraq 5 faizlə hesablanmaqla 16.971,184 manat təşkil edir.

11. Qarşılıqlı iddia tə ləbində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, MM-in 385.1, 442, 445.1, 445.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 121.1, 155-ci, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8-ci, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddələrinə istinad edilmişdir.

12. İddiaçı qarşılıqlı iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin tələbi tamamilə əsassızdır. Belə ki, 2018-ci il 9 avqust tarixli 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli 111128 saylı, 2019-cu il 20 iyun tarixli 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli 637125 saylı və 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələr əsasında 349.468,57 manat dəyərində mallar təhvil verildikdən sonra cavabdehin el ektron vergi kabinetinə rəsmi olaraq göndərilmişdir. Cavabdeh tərəfindən həmin qaimələr üzrə 5 gün müddətində hər hansı narazılıq olmadığı üçün qəbul edilmiş və onlar tərəfindən də 204.988,68 manat satılmış mallara görə ödənişlər edilmişdir.

13. Cavabdehin guya ki, iddiaçı tərəfindən malların onlara təhvil verilməməsi ilə bağlı tələbi də əsassızdır. Hər dəfə mallar onlara təhvil verilərkən iki nüsxə şəklində təhvil sənədləri çıxarılmış və şirkətin direktoruna imza etdirilib möhürlə təsdiq edilərək qaytarmaq adı ilə cavabdeh tərəfindən götürülsə də, sonradan malların təhvil qaimələri iddiaçıya qaytarılmamışdır. Onlara bu barədə dəfələrlə bildirilməsinə baxmayaraq qarşılıqlı və davamlı ticarətin normal münasibətlər çərşivəsində davam etməsi səbəbindən bu sənədin tələb olunması sonradan ciddi yə alınmamışdır.

14. Bundan əlavə, iddiaçı “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələbləri əsasında elektron qaimələri mal təhvil verildiyi gün cavabdehin Vergi elektron qaimə kabinetinə göndərmişdir. Cavabdeh SOCAR qarşısında tender üzrə öhdəliklərini tamamilə icra etmişdir. Həmin malların əksər hissəsi iddiaçıdan alınmış, bir qismi də başqa marka olaraq digər satış yerlərindən alınaraq onlara təhvil verilmişdir. Cavabdeh iddiaçıdan aldığı malları SOCAR-a deyil, ona xidmət göstərərən bir neçə törəmə şirkətlərə təhvil vermişdir. Belə olan halda, cavabdehin malların təhvil verilməməsi barədə tələbi əsassızdır.

15. Cavabdehin malların dəyərindən 55.550 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya bankda nağd ödənilməsi ilə bağlı qeyd etdikləri də tamamilə ə sassızdır. Belə ki, tərəflər arasında malların alqı-satqısı ilə bağlı bağlanmış müqavilə və bu müqavilədən irəli gələn vəzifələr rəsmi münasibətlər çərçivəsində həyata keçirilmişdir. Belə olan halda, şirkət olaraq hazırkı müqavilə öhdəliklərindən irəli gələn münasibətlərin qeyri-rəsmi müstəvidə davam etdirilməsi mümkün deyil. Eyni zamanda, normativ akta əsasən Azərbaycan Respublikasında tədiyyə vasitəsi yalnız manat hesab olunur. Cavabdeh iddia tələbində bu normanın tələblərini pozduğunu bildirməklə yanaşı, iddiaçının da qanun pozuntusu törətmiş olduğunu iddia etmişdir.

16. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq qeyd olunan mallar iddiaçı tərəfindən 15 gün ərzində cavabdehə təhvil verilmədiyindən, SOCAR qarşısında öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40.000 manat dəyərində yağ filterlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışlar. Cavabdehin bu tələbi də əsassızdır. Belə ki, cavabdeh tərəfindən bu günə kimi tələblə əlaqədar iddiaçıya hər hansı bir pretenziya bildirilməmişdir.

17. Bundan əlavə, cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən malların alınmasına dair onlar tərəfindən ödənilmiş 204.988,68 manatın və 55.550 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə dəfələrlə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Qeyd edilənlər əsassızdır. Belə ki, iddiaçı cavabdehin bu pretenziyasından ilk dəfə məhkəmədə məlumatlı olmuşdur. Bu pretenziya ilə əlaqədar onlar tərəfindən aralar ında müqavilənin bağlanılmasından keçən 2 il müddətində bir dəfə də olsun iddiaçıya xəbərdarlıq edilməmişdir. Əslində isə iddiaçının rəhbərliyi və digər səlahiyyətli şəxsləri cavabdehlə hazırkı borcun ödənilməsi barədə dəfələrlə telefon danışıqları və görüşlər keçirməsinə baxmayaraq, onlar müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən yayınmışlar.

18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 oktyabr tarixli 2-2(113)1772/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 144.479,89 (ƏDV daxil) manat əsas borcun, 3.000 manat cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,16 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 0,84 manat məbləğinin isə iddiaçıya aid edilməsi, ilkin iddi anın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

19. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məs uliyyəti yaranmışdır.

20. Tələb olunan 7.223,99 manat dəbbə pulu yaranmış 144.479,89 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 3.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

21. Qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən malların cavabdehə təhvil verilməməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi, iddiaçı tərəfindən ümumilikdə 349.468,57 manat dəyərində malın cavabdehə satılması barədə elektron qaimə təqdim edilmişdir ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdə göstərilən mallar iddi açı tərəfindən cavabdehə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, malların qaytarılmasını, habelə həmin elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. Cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmiş pul vəsaitlərinə dair ödəniş tapşırıqlarında ödənişin əsası kimi iddiaçı tərəfindən verilmiş elektron qaimələrə istinad edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia ərizəsində 55.550 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya nağd formada ödənilməsi qeyd edilsə də, bu barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uy ğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 448.1, 567, 600.1, 600.4-cü, MPM-in 14.2, 76.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9-cu bəndlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad edərək əsaslandırmışdır.

24. Cavabdeh 2020-ci il 7 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, şikayətin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2- 2(103)-202/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 2018-ci il 8 avqust tarixli 025 saylı malların alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin qüvvəsi 2019-cu il 1 avqust tarixinədək müəyyən edilmiş, lakin müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır.

27. İddiaçı ilkin iddia ərizəsində cavabdehə müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 349.468,57 manat təşkil etdiyini göstərmiş, buna sübut olaraq məhkəməyə elektron vergi sistemi ilə göndərilmiş 5 ədəd elektron qaimə təqdim etmişdir. Həmin qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 manat dəyərində malla bağlı elektron qaimə göndərilmiş, həmin qaimələr təsdiq edilmiş, qaimələrdə nəzərdə tutulmuş malın təhvil verilmədiyinə dair a lıcı tərəfindən satıcıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. İddiaçı tərəfindən cavabdehə satılmış malların dəyərinin ödənilməsi üçün 109.046,24 manat dəyərində HV seriyalı 393292 saylı 2018-ci il 21 oktyabr tarixli, 80.426,51 manat dəyərində HU seriyalı 067344 saylı 2018-ci il 15 avqust tarixli, 90.516,14 manat dəyərində İC seriyalı 551290 saylı 2019-cu il 25 iyun tarixli, 59.106,68 manat dəyərində İG seriyalı 349318 saylı 2018-ci il 8 oktyabr tarixli və 10.373 manat dəyərində İG seriyalı 349319 saylı 2018-ci il 8 oktyabr tarixli hesab fakturalar göndərilmişdir. İşin mübahisəsiz halıdır ki, satılmış malların dəyərindən 204.988,68 manat alıcı tərəfindən ödənilmişdir.

28. Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi ilə bağlı öhdəliyin satıcı tərəfindən icra edilmədiyini və malların təhvil verilmədiyini göstərsə də, işə apellyasiya qaydasında baxılarkən cavabdehin qanuni təmsilçisi E.Hacıbəyli 2021-ci il 7 aprel tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, bütün sifarişlər satıcıya elektron poçt vasitəsi ilə göndərilmiş, iddiaçı tərəfindən müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 200.000 manatdan artıq olmamışdır. Cavabdehin direktorunun izahatlarından göründüyü kimi, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil.

29. Bundan əlavə, işin materiallarından göründüyü kimi 2019-cu il 2 oktyabr tarixli və 2019- cu il 3 oktyabr tarixli elek tron qaimələr istisna olmaqla, cavabdeh satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin və faizin iddiaçıdan tutulması barədə qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Elektron qaimə satıcı tərəfindən malların alıcıya təhvil verilməsini təsdiq edən ilkin uçot sənədi olduğundan, ilkin iddia ərizəsinin dəlilləri ilə bağlı işdə mötəbər sübutlar olmadığına, məhkəmə tərəfindən sübutların toplanması üçün sorğular verilməli olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır.

30. Tərəflərin müqavilədə “təhvil-qəbul sənədi” adı altında malın alıcıya təhvil verilməsi zam anı hansı sənədin tərtib edilməsini nəzərdə tutduqlarını müəyyənləşdirmək üçün müqavilənin digər bəndləri və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika da nəzərə alınmalıdır. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulur ki, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında 30 təqvim günü ərzində alıcı tərəfindən ödənilməlidir. Məhkəmə iclaslarında tərəflərin nümayəndələri göstərmişlər ki, tərəflər arasında malların təhvil-təslimi ilə bağlı heç vaxt ayrıca akt tərtib edilməmiş, malların təhvil verilməsi yalnız elektron qaimə ilə rəsmiləşdirilmiş və dəyəri satıcı tərəfindən təqdim edilmiş elektron hesab fakturalar üzrə ödənilmişdir. Qeyd edilənlərə, tərəflər arasında bağlanmış müqavilədə “təhvil-qəbul sənədi” kimi malın təhvil verilməsi zamanı tərtib edilməli olan qaimə-faktura nəzərdə tutulmuşdur.

31. Cavabdeh ilə SOCAR arasında bağlanmış müqavilənin müddəti bitdikdən sonra iddiaçı tərəfindən göndərilmiş 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələrin formal olduğu və həmin qaimələrdəki malların alıcıya təhvil verilmədiyinə dair cavabdehin nümayəndəsinin mülahizələri məhkəmə tərəfindən əsassız hesab edilərək göstərilmişdir ki, işin hallarından göründüyü kimi, alıcının 5 gün ərzində sistem tərəfindən təsdiq edilənədək mübahisəli elektron qaimələrin ləğv edilməsi ilə bağlı satıcıya müraciəti olmamışdır.

32. Qarşılıqlı iddia ərizəsində 55.550 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya nağd formada ödəni ldiyi qeyd edilsə də, bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim edilmədiyindən, qarşılıqlı iddia həmin hissədə də düzgün olaraq əsassız hesab edilmişdir.

33. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 404.1, 404.2, 567, 600.1-ci, MPM-in 14.2, 77.1, 81-ci, 2021-ci il 2 fevral tarixində yeni Qaydalar təsdiq edilənədək qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.

34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icra at

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 22(103)-202/2021 saylı qətnaməsi qismən – 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələr üzrə yarandığı bildirilən 69.479,68 manat borc hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və B.Qəribov).

36. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin əsaslı hesab edilən dəlilləri üzrə göstərmişdir ki, işin materiallarına əsasən cavabdehin mühasibi Sergey Qaranin 2019-cu il 30 iyul tarixində elektron poçt vasitəsilə tərəflər arasında bağlanmış müqavilənin daha bir il müddətinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 21 aprel tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ona bu barədə verilən suala cavab olaraq “Bizə belə məktub gəlməyib” deməklə kifayətlənmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar araşdırma və qiymətləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, müqavilənin qüvvəsi 2019-cu il 1 avqust tarixinədək müəyyən edilmiş, müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır. Halbuki bu faktın aydınlaşdırılması işin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş və hazırkı mübahisənin predmetini təşkil edən ümumilikdə 5 elektron qaimədən 2-si (EBAA seriyalı 637125 saylı və EBAA seriyalı 721074 saylı elektron qaimələr) məhz 2019-cu il 2 və 3 oktyabr tarixlərində, yəni müqavilənin qüvvəsinin bitdiyi iddia olunan 2019-cu il 1 avqust tarixindən sonra göndərilmişdir. Elə apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən olunmuşdur ki, məhz sözügedən iki elektron qaimə istisna olmaqla cavabdeh satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Bu halın özü də iddiaçının təşəbbüsü ilə müqavilənin müddətinin 2019-cu il 1 avqust tarixində bitdiyinə dəlalət edir. İstənilən halda işin materiallarından bunun əksinin təsdiq olunması görünmür.

38. Bundan başqa, digər üç elektron qaimədən fərqli olaraq, sözügedən iki elektron qaimənin üzərində “Əsas” qeydinin qarşısında “müqaviləyə əsasən” qeydi yazılmış, “Əlavə qeydlər” qeydinin qarşısında isə ümumiyyətlə heç nə yazılmamışdır. Bu isə həmin elektron qaimələrin yuxarıda qeyd olunanlarla yanaşı, habelə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmədiyini də təsdiq edir. Ən azından, həmin Qaydaların 2.6-cı bəndinin tələblərinə görə, elektron qaimə-faktura tərtib olunarkən bu f akturanın verilməsi üçün əsas olmuş müqavilənin və ya digər sənədlərin rekvizitlərinin konkret göstərilməsi zəruridir. Bu faktın özü də, yəni 3 elektron qaimədən fərqli olaraq, müqavilə müddəti bitdiyi bildirilən tarixdən sonra göndərilmiş 2 elektron qaimə üzərində konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmaması onların mötəbərliyinə əsaslı şübhələr yaradır.

39. Lakin apellyasiya instansiyası məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halları digər hallarla qarşılıqlı əlaqədə (kompleks şəkildə) araşdırmamış, təhlil etməmiş, qiymətləndirməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir.

40. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 404, 442, 443, 448, 567, 600-cü maddələri, VM-in 7 1-1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1, 2.6, 3.3, 3.9-cu bəndlərinə, MPMin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli, 2-2(103)-105/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 144.479,89 (ƏDV daxil) manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia qismən təmin edilmiş, cavabdehdən 75.000,21 manat məbləğdə əsas borcun tutulara q iddiaçıya ödənilməsi, ilk iddianın əsas borca dair qalan hissədə təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir (sədrlik edən –məruzəçi hakim V.Məmmədov, hakimlər E.Məmmədov və A.Oruczadə).

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mühasibi S.Qaranin 2019-cu il 30 iyul tarixdə elektron poçt vasitəsilə tərəflər arasında bağlanmış müqavilənin daha bir il müddətinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş və hazırkı mübahisənin predmetini təşkil edən ümumilikdə 5 elektron qaimədən 2-si (EBAA 637125 və EBAA 721074 nömrəli elektron qaimələr) məhz 2019-cu il 2 və 3 oktyabr tarixlərində, yəni müqavilənin qüvvəsinin bitdiyi 2019-cu il 1 avqust tarixindən sonra göndərilmişdir. Məhz s özügedən iki elektron qaimə istisna olmaqla, cavabdeh iddiaçının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Bu halın özü də iddiaçının təşəbbüsü ilə müqavilənin müddətinin 2019-cu il 1 avqust tarixində bitdiyinə dəlalət edir, işin materillarından isə bunun əksi görünmür.

43. Bundan başqa, digər üç elektron qaimədən fərqli olaraq, sözügedən iki elektron qaimənin üzərində “Əsas” qeydinin qarşısında “müqaviləyə əsasən” qeydi yazılmış, “Əlavə qeydlər” qeydinin qarşısında isə ümumiyyətlə heç nə yazılmamışdır. Bu isə həmin elektron qaimələrin yuxarıda qeyd olunanlarla yanaşı, habelə həmin vaxt qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmədiyini t əsdiq edir. Qaydaların tələbinə əsasən, elektron qaimə-faktura tərtib olunarkən bu fakturanın verilməsi üçün əsas olmuş müqavilənin və ya digər sənədlərin rekvizitlərinin konkret göstərilməsi zəruridir. Bu faktın özü, yəni 3 elektron qaimədən fərqli olaraq müqavilə müddəti bitəndən sonra göndərilmiş 2 elektron qaimə üzərində konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmaması onların mötəbərliyinə əsaslı şübhələr yaradır.

44. Bu mənada, məhkəmə cavabdehin apellyasiya şikayəti ilə qismən razılaşaraq hesab etmişdir ki, ilk iddia EBAA 637125 (ƏDV daxil 10.373 manat) və EBAA 721074 (ƏDV daxil 59.106,68 manat) nömrəli elektron qaimələrə dair (cəmi 69.479,68 manat) hissədə mötəbər sübutlarla təsdiq edilmədiyi üçün rədd olunmalı idi.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567, 600.1, 600.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2, 2.6, 3.3, 3.9cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

46. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

47. MM-in 385.1, 404.1, 404.2-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 711.1-ci maddələrinin tələbləri pozulmuşdur-2019-cu il 2 və 3 oktyabr tarixli elektron q aimələr üzrə yarandığı bildirilən 69.479,68 manat borc hissəsi ilə bağlı iddiaçı tərəfindən verilmiş vəsatətlə qeyd edilən tarixlərdən başlayaraq cavabdeh tərəfindən Socar şirkətinə təqdim edilmiş elektron qaimələrin Vergilər İdarəsindən alınması tələb edilsə də, bu məsələ apellyasiya məhkəməsində araşdırılmamışdır. 2018-ci il 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Eyni zamanda, “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İddiaçı bu qaydalarda gös tərilən tələblər əsasında elektron qaimələri mal təhvil verildiyi gün cavabdehin elektron kabinetinə göndərmişdir. Alıcı malın və ya xidmətin təqdim edilməsindən sonra 5 gün müddətində həmin qaiməyə münasibətini elektron sistem vasitəsilə bildirə bilər. Qeyd edilən müddət ərzində alıcı tərəfindən qaimə dəqiqləşdirmə üçün geri göndərilmədiyindən, vergi orqanları tərəfindən həmin qaimə sistem üzərindən alıcının elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh iddiaçıdan aldığı malları SOCAR-a və ya ona xidmət göstərən bir neçə törəmə şirkətlərə elektron qaimə göndərməklə təhvil vermişdir. Lakin bu hal məhkəmələr tərəfindən bu günə kimi araşdırılmamışdır.

48. MPM-in 14.1, 77.1, 78.2, 80, 420 maddələrinin tələbləri pozulmuşdurkassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişl ər apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçı tərəfindən Ali Məhkəmənin qərarında araşdırılması tələb edilmiş elektron qaimələrin sübut olaraq əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorgu verilsə də, hər iki təşkilat tərəfindən bu məlumatların iddiaçıya verilməsindən imtina edilmiş, bu məlumatların məhkəmə sorğusu əsasında veriləcəyi bildirilmişdir (iş materiallarına bu sənədlər əlavə edilmişdir). Ali Məhkəmənin qərarında verilmiş göstəriş üzrə iddiaçının vəsatətləri əvvəlcə birinci, sonra isə hər iki apellyasiya baxışı zamanı heç bir əsas göstərilmədən təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdehin kassasiya şikayətinə dair y azılı etirazında göstərilmişdir ki, cavabdeh tərəfindən 204.988,68 manat məbləğində pul vəsaiti iddiaçıya köçürülmə yolu ilə verilmiş və bu işin mübahisəsiz halıdır. Həmin məbləğin köçürülməsi köçürülmə sənədləri ilə təsdiq edildiyindən, iddiaçı həmin məbləğin ödənildiyini iddia ərizəsində də etiraf etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsaiti verilsə də, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilməyərək satılması nəzərdə tutulan mallar cavabdehə təhvil verilməmişdir.

50. İşə baxmış məhkəmələr tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci yarımbəndinin tələbləri kobud surətdə pozularaq malların təhvil verilməsi barədə sənədlər məhkəməyə təqdim edilmədiyi halda, ilkin iddianın əsas borca aid hiss ədə elektron qaimələr və ödəniş tapşırıqları ilə təsdiq olunduğu qənaətinə gəlinmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən iddiaçı nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filterlərinin cavabdehə təhvil verilməsini üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən məbləğin 0,1 %-i miqdarında – 16.971,184 manat məbləğində cərimə ödəməlidir.

51. İddiaçı kassasiya şikayətində 2 və 3 oktyabr tarixli elektron qaimələr üzrə yarandığı bildirilən 69.479,68 manat borc hissəsində apellyasiya məhkəməsinin yenidən araşdırma aparmadığını bildirmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, mallar təhvil verilmədən elektron qaimə-fakturalar göndərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış 2018-ci il 8 avqust tarixli, 025 saylı müqavilənin müddəti bir illik olduğu üçün 2019-cu il 8 avqust tarixdə bitmişdir. Lakin bu müqavilənin qüvvədə olduğu müddətdə nəinki elektron qaimələrdə göstərilmiş mallar təqdim edilməmiş, qarşı tərəf ümumiyyətlə malların alqı-satqısına dair hesab-faktura və qaimə-faktura təqdim etməmişdir.

52. Xüsusilə qeyd edilməlidir ki, 2018-ci il 9 avqust tarixli, 248788 saylı və 2018-ci il 26 oktyabr tarixli, 111128 saylı elektron qaimələrdə onların verilmə əsası kimi 2018-ci il 8 avqust tarixli 025 saylı müqavilə göstərilmişdir. Lakin 2018-ci il 9 avqust tarixli elektron qaimədə “əlavə qeydlər” hissəsində əsas kimi 2018-ci il 8 avqust tarixli “X1”, daha sonra 2018-ci il 26 oktyabr tarixli elektron qaimə də isə 2018-ci il 22 oktyabr tarixli “X2” adlı sənədlərin adı qeyd edilmişdir. Halbuki, qiymətlərin tərəflər arasında razılaşdırılmasına dair həmin tarixlərdə heç bir protokol imzalanmamış, ümumiyyətlə bu mallara dair cavabdeh tərəfindən sifariş verilməmişdir. Əgər həmin sənədlər həqiqətən mövcuddursa, məhkəmə tərəfindən həmin protokolların iddiaçıdan tələb edilməsi işin ədalətli məhkəmə baxışının keçirilməsi üçün vacibdir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayış ı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icr a edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə ləğv edilmişdir) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Elektron qaimə-fakturanın tərtib edilməsi 2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İntern et Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir:2.2.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi;2.2.2. vergi ödəyicisinin və alıcının tam adı; 2.2.3. vergi ödəyicisinin və alıcının eyniləşdirmə nömrəsi (VÖEN);2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.); 2.2.5. əlavə qeydlər; 2.2.6. sıra nömrəsi; 2.2.7. malın (işin, xidmətin) adı; 2.2.8. malın (işin, xidmətin) ölçü vahidi; 2.2.9. malın (işin, xidmətin) miqdarı, həcmi; 2.2.10. malın (işin, xidmətin) vahidinin buraxılış qiyməti; 2.2.11. malın (işin, xidmətin) cəmi məbləği; 2.2.12. aksizli mallarda aksizin dərəcəsi; 2.2.13. aksizli mallarda aksizin məbləği; 2.2.14. təqdim edilmiş malın (işin, xidmətin) cəmi dəyəri (ƏDV-siz); 2.2.15. ƏDV-yə cəlb edilən əməliyyatların məbləği (manatla); 2.2.16. ƏDV-yə cəlb edilməyən əməliyyatların məbləği; 2.2.17. ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların məbləği; 2.2.18. ƏDV-nin məbləği; 2.2.19. yekun məbləğ (rəqəmlə); 2.2.20. yekun məbləğ (yazı ilə); 2.2.21. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər və baş mühasib) vəzifəsi, soyadı, adı; 2.2.22. elektron qaimə-fakturanı alan şəxsin soyadı, adı, atasının adı; 2.2.23. ştrix-kod.... 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyic isi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”

58. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il ə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması..... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər...” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 6 0. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə da ir» 2012-ci il 28 fevral tarixli Qərarı).

61. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə birinci dəfə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qəbul etdiyi qərarında qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbi üzrə bütünlüklə deyil, yalnız 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələr üzrə yarandığı iddia olunan 69.479,68 manat borc hissəsində yenidən araşdırmanın aparılması zəruri hesab edilmişdir.

62. Həmin hədlər daxilində işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri 2019-cu ilin 1 avqust tarixində bitmişdir. Bunun əksini təsdiq edən sübutlar, işin həmin halını mübahisələndirən iddiaçı tərəfindən təqdim olunmamışdır. 2019-cu il 2 və 3 oktyabr tarixli e lektron qaimələr isə, iddiaçının müqavilə müddəti ərzində təqdim etdiyi və mötəbərliyi şübhə doğurmayan elektron qaimələrdən fərqli olaraq, tərəflər arasında müqavilə münasibətləri bitdikdən sonra təqdim olunmuş, həmçinin həmin qaimələrdə konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmadığından, elektron qaimələrin məzmunu ilə bağlı qanunvericiliyin müəyyən etdiyi imperativ tələblərə də əməl olunmamışdır (bax yuxarıda §57).

63. Nəzərə alınmalıdır ki, ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».

64. Qeyd olunmalıdır ki, baxılan iş üzrə tərəflər arasında müqavilə müddəti ərzində cavabdehə ünvanlanmış elek tron qaimə fakturalar üzrə iddiaçının xeyrinə borcun tutulması barədə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Müqavilə müddəti bitdikdən sonra iddiaçının sözügedən qaimələrdə müvafiq malı cavabdehə təqdim etməsini sübut etmək vəzifəsi MPM-nin 14.2 və 77.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının üzərinə düşür.

65. İddiaçı kassaiya şikayətində həmin halın təsdiqi üçün sübutların əldə olunması üçün vəsatət verməsini, lakin apellyasiya instansiyası məhkəməsinin həmin vəsatətlə bağlı zəruri araşdırmanı aparmadığını, bununla da maddi və prosessual hüquq normalarının pozulduğunu göstərir (bax yuxarıda §47-48).

66. Bununla bağlı işin materiallarından görünür ki, iddiaçı vəsatətində qeyd olunan sübutları müstəqil əldə etmək imkanın olmamasına (o cümlədən aidiyyəti şəxslərə müraci ət etməsinə baxmayaraq əldə edə bilməməsinə) dair sübutları təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatət təmin edilməmişdir (İİİ cild i.v 313, İV cild i.v 16). Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin qiymətləndirməsini MPM-nin 78.2-ci maddəsinin tələbinə uyğun hesab edir (bax yuxarıda §58).

67. Digər tərəfdən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur (MPM-nin 78.1-ci maddəsinin işə birinci instansiya məhkəməsində baxılarkən qüvvədə olan redaksiyası). İddiaçı kassasiya şikayətində sübutların əldə olunmasına dair vəsatəti birinci instansiya məhkəməsinə də təqdim etdiyini göstərsə də (bax yuxarıda §48) işin, o cümlədən elektron işin materiallarına belə vəsatət əlavə edilməmişdir. Bu baxımdan məhk əmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin həmin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas deyil, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin gəlinən nəticə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

68. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə ( bax yuxarıda §48) qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

69. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

70. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 sentyabr tarix li, 2-2(103)-105/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar