Məhkəmə qərarları › İş №2-2(102)-54/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin icra edilməməsi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 22(103)-792/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax ılmışdır. İşin halları 1. 2020-ci il 23 sentyabr tarixli SD-412/20 nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsinə əsasən, satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrində göstərilən malları alıcı Cavabdeh QSC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini tam ödəməyi öhdəsinə götürür. Malların adı, miqdarı, çeşidi, ölçüsü və razılaşdırılmış dəyəri müqavilənin Əlavələrində göstərilir. Əlavələr müvafiq qaydada imzalanıb və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir.

2. Həmin müqavilənin 2-ci hissəsinə əsasən, satıcı İddiaçı MMC müqavilənin Əlavələrində göstərilən malları təhvil-təslim aktı (qaimə) üzrə təhvil verməyi, malların istehsalat qüsurlarını tərəflərin nümayəndələri tərəfindən qüsur a ktı təsdiq edildiyi tarixdən 20 təqvim günü ərzində qaldırmağı, alıcı Cavabdeh QSC müqavilənin Əlavələrində göstərilən malları təhvil-təslim aktı üzrə satıcıdan qəbul etməyi, müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasına müvafiq şəkildə həyata keçirilir. Mal Gəncə şəhəri Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilir (müqavilənin 4.4-cü bəndi). Alqı-satqı müqaviləsini hər iki tərəf imzalayaraq möhürləmişdir.

3. Müqaviləyə 2 ədəd 1 nömrəli Əlavə tərtib olunmuşdur. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, ƏDV daxil 128.112,60 manat dəyərində 11 adda malın Gəncə şəhəri, Atatürk prospe ktində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır. Müqaviləyə 1 nömrəli digər Əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, ƏDV daxil 172.416,88 manat dəyərində 25 adda malın Gəncə şəhəri, Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır. Həmçinin görünür ki, 25 adda məhsulun tərkibinə əvvəlki Əlavədə qeyd olunan 11 adda məhsul daxildir. Hər iki Əlavəni tərəflər imzalayaraq möhürlə təsdiq etmişlər.

4. İddiaçı MMC tərəfindən müqaviləyə 1 nömrəli Əlavələrdə göstərilən sayda və adda, cəmi dəyəri 172.416,88 manat olan malların Cavabdeh QSC-yə təhvil verilməsinin rəsmiləşdirilməsi üçün 118.025,96 manat dəyərində 2020-ci il 16 oktyabr tarixli EBAR seriyalı 395707 nömrəli, 54.390,92 manat dəyərində 2021-ci il 2 3 aprel tarixli EBBA seriyalı 657204 nömrəli elektron qaimələr təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, EBAR seriyalı 395707 nömrəli elektron qaimə “təsdiqlənmiş”, EBBA seriyalı 657204 nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin görünür ki, hər iki qaimənin vəziyyəti normaldır. 5. "xxxx" ASC-də açılmış İddiaçı MMC-yə məxsus bank hesabından və ƏDV subuçot hesabından çıxarışlardan görünür ki, 2020-ci il 16 oktyabr - 2020-ci il 22 oktyabr tarixlərində ƏDV daxil olmaqla Cavabdeh QSC tərəfindən 118.025,96 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “i ddiaçı”) 2023-cü il 13 mart tarixində Cavabdeh QSC (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 54.390,92 manat borc və mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 1.1-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən ƏDV daxil 172.416,88 manat dəyərində olan mebel və mebel məhsulları cavabdehə təhvil verilmişdir. Bununla bağlı 2020-ci il 16 oktyabr və 2021-ci il 23 aprel tarixli elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən malların dəyərinin ƏDV daxil 118.025,96 manat hissəsi ödənilmiş, lakin ƏDV daxil 54.390,92 manat hissəsi isə ödənilməmişdir.

8. Cavabdeh iddiaya etiraz etmiş və bi ldirmişdir ki, o, təmir-tikinti işləri ilə məşğul olmuş və Dövlət Təhlükəsizlik Xidmətinin (bundan sonra – “DTX”) podratçı kimi işlərini görmüşdür. İddiaçı malları onlara yox, DTX-ya hissə-hissə təhvil vermişdir. İddiaçı nəqliyyat vasitəsinə yükləndikdən sonra malların hara təhvil verməli olduğu barədə məlumatlandırılırdı. Buna görə də iddiaçı malları təhvil verdikdən sonra onunla cavabdeh arasında geri tarixə rəsmiləşdirmə aparılırdı. Belə ki, əvvəlcə elektron qaimə təqdim olunur, daha sonra mal təhvil verilir, bundan sonra qiymət razılaşma protokolu elektron qaimələrə uyğun tərtib olunurdu. Cavabdeh müqavilə üzrə ödəniş etmək niyyətindədir, lakin tələb olunan məbləğdə ödəniş mümkün deyil. Belə ki, təqdim olunan malların müəyyən hissəsi geri qaytarılmış, bir hissəsi xarab olmuş və iddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv qiymətləndirilmişdir. Hesablanan borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir, təqdim olunan qaimələrdə adları sadalanan mebel məhsulları iddiaçı tərəfindən cavabdehə göndərilən zaman qüsurlu olduğuna görə cavabdeh tərəfindən həmin məhsullar iddiaçıya geri qaytarılmışdır. Cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcları mövcud olmamışdır.

9. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-1961/2023 nömrəli qərardadı ilə vəsatət rədd edilmişdir (hakim – N.Əhmədova).

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh vəsatətdə ekspertizanın təyin olunmasının zəruriliyini araşdırm a materiallarında olan auditor rəyinə istinadən əsaslandırsa da, işin materiallarında belə bir rəy mövcud olmamışdır. Həmçinin, cavabdehin ekspert qarşısında qoyulacaq suallar kimi qeyd etdiyi məsələlərin bir qismi məhkəmə tərəfindən tərəflərin təqdim etdiyi sübutlar əsasında işin müəyyən edilməli halları olmaqla xüsusi bilik tələb etməmişdir. Digər qismi isə müəyyən olunması üçün iş materiallarında olan sənədlər əsasında xüsusi bilik tələb edən tədqiqatın aparılması tələb olunan sual olsa da, iş materiallarında belə sənədlər mövcud olmamışdır. Eyni zamanda, vəsatətdə qeyd olunan sual ilə iş üçün əhəmiyyət kəsb edən hansı halın müəyyən ediləcəyi də aydın olmamışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-1961/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, i ddiaçı ilə cavabdeh arasında bağlanmış 2020ci il 23 sentyabr tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 54.390,92 manat pul və mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 23 sentyabr tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı nəzərdə tutulmuş malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilə üzrə cavabdehə ƏDV daxil olmaqla elektron qaimələr əsasında 172.416,88 manat dəyərində mal vermiş, cavabdeh tərəfindən isə 118.025,96 manat ödəniş edilmişdir. Həmçinin təqdim olunan sənədlərdən və izahatlardan görünür ki, müqa vilədə malların dəyərinin qabaqcadan ödənilməsi razılaşdırılsa da, ödənişlərin bir qismi əvvəlcədən, bir qismi sonradan edilmişdir.

13. Cavabdeh malların bir hissəsinin qaytarıldığını bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübut təqdim etməmişdir. İddiaçı isə malların geri qaytarıldığını qəbul etməmişdir. Məhkəmə cavabdehin izahatı və ekspertiza təyin olunması barədə verdiyi vəsatətin məzmununda qeyd olunanlara əsasən cavabdehə təklif etmişdir ki, mallarda qüsurların olmasını, iddiaçıya geri qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, lakin cavabdeh məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, malların qüsurlu olması, geri qaytarılması ilə bağlı cavabdehin mövqeyi əsassız olmuşdur.

14. Cavabdeh malların bir hiss əsinin qaytarıldığını bildirsə də, iddiaçının təqdim etdiyi elektron qaimələrə etiraz etməsi ilə bağlı hər hansı sübut da təqdim etməmişdir. Cavabdeh malları qaytarmışdırsa, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasını və ya elektron qaimənin ləğv olunmasını tələb etməli idi. Belə etirazın edilməməsi hüquqi baxımdan cavabdehin həmin elektron qaimələrlə razılaşması anlamına gəlmişdir.

15. Tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olmuş, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 600.4-cü maddəsi təşkil etmişdir. İddiaçı qeyd edilən hüquq normasından irəli gələn ver ilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə etmiş və tələbi əsaslı olmuşdur. Alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 425, 442, 448.1, 448.2, 567, 597.1 və 600.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiaya qarşı” işi üzrə Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən ape llyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 172.416,88 manat dəyərində mebel və mebel məhsullarının təhvil verilməsi, həmçinin cavabdeh tərəfindən malların dəyərinin ƏDV daxil 118.025,96 manat hissəsinin ödənilməsi işin mübahisəsiz halını təşkil etmişdir. Cavabdeh də həmin faktları mübahisələndirməmiş və bildirmişdir ki, həmin malların bir hissəsi iddiaçıya geri qaytarılmış, digər hissəsi isə xarab olmuşdur. Lakin, cavabdeh həmin halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh bir tərəfdən malların bir hissəsinin xarab olduğunu qeyd etsə də, digər tərəfdən bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər mallar təhvil verdikdən sonra geri tarixə rəsmiləşdirmə aparılması formasında olmuşdur. Əgər həqiqətən də işgüzar münasibətlər bu qaydada baş tutmuşdursa, cavabdeh əvvəlcədən təhvil aldığı malların xarab olduğunu müəyyən etmiş olduğu təqdirdə, sonradan ona göndərilən elektron qaimələrə etiraz edər və ya ən azı bununla bağlı iddiaçıya qarşı pretenziya irəli sürərdi. Laki n qeyd edilənlərlə bağlı hər hansı hərəkətlər edilməmiş və qaimələr təsdiqlənmişdir. Bu baxımdan, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 54.390,92 manat pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

20. Cavabdehin digər dəlilləri də əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli Əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, 172.416,88 manat dəyərində 25 adda malın Gəncə şəhəri, Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır. İş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi üçün zərurət mövcud olmamışdır. Çünki, borcun məbləğini sadə riyazi hesablama ilə müəyyən etmək mümkün olmuşdur (172.416,88–118.025,96=54.390,92). Digər dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassız olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 567 və 598.3cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MPM-in 380.1 və 386-cı maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdı rmamış, sübutlara nəzər yetirməmişdir. Belə olan halda cavabdehin hüquqları pozulmuş, apellyasiya məhkəməsi isə qətnaməsində bunlara diqqət yetirməmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

24. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinin və "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konversiyasının 6-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə dair" 2002-ci i l 27 dekabr tarixli qərarında və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konversiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 2006-cı il 30 mart tarixli qərarında göstərilənlərə riayət olunmamışdır. İşə mahiyyəti üzrə baxılarkən maddi və prosessual hüquq normaları pozularaq, MPM-in 385-ci maddəsinin tələblərinə əməl edilməmişdir.

25. MPM-in 97.1-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh iddiaya etirazındakı mövqeyini (bax bu qərarın 8-ci bəndi) vurğulayaraq qeyd edir ki, hesablanan borc məbləğinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. Cavabdeh ekspertizanın təyi n edilməsinə dair vəsatət verməsinə baxmayaraq, məhkəmə vəsatətə baxmamış, apellyasiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcu mövcud deyil və iddianın tələb edilən cəmi borc məbləği düzgün hesablanmamışdır. Apellyasiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Şifahi razılaşmaya əsasən, malların dəyəri 3 ay müddətində ödənilməli idi. Cavabdeh müqavilə üzrə ödəniş etmək niyyətindədir, lakin ödəniş doğru hesablanmadığından tələb olunan məbləğin ödənilməsi mümkün deyildir. Çünki, təqdim olunan qaimələrdə adları sadalanan mebel məhsulları iddiaçı tərəfindən cavabdehə göndərilən zaman qüsurlu olduğuna görə cavabdeh həmin məhsulları iddiaçıya geri qaytarmışdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 11 oktyabr tarixli qərarında və “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında göstərilənlərə riayət olunmamışdır. Məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə qərarında bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mü lahizələr əsasında birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq, eyni məzmunlu qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. K assasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəm in yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hər əkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabı na yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Elektron qaimə-fakt uranın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. (2022-ci il 25 avqust tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin birinci cümləsinə “qaiməfakturanın” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilmişdir.)....”

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiaya qarşı” işi üzrə Qərarında qeyd olunur ki, sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali məhkəmənin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan pr osessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, kassasiya şikayətinin ödənişin doğru hesablanmaması və qüsurlu məhsulların geri qaytarılması ilə bağlı dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 172.416,88 manat dəyərində mebel və mebel məhsullarının təhvil verilməsi, həmçinin cavabdeh tərəfindən malların dəyərinin ƏDV daxil 118.025,96 manat hissəsinin ödənilməsi işin mübahisəsiz halarıdır. Cavabde h də həmin faktları aşağı instansiya məhkəməsində mübahisələndirməmiş və bildirmişdir ki, həmin malların bir hissəsi iddiaçıya geri qaytarılmış, digər hissəsi isə xarab olmuşdur. Lakin, cavabdeh həmin halları təsdiq edən sübutu aşağı instansiya məhkəməsinə təqdim etməmiş və sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

36. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında da qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məh kəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

37. Apellyasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, cavabdeh bir tərəfdən malların bir hissəsinin xarab olduğunu qeyd etsə də, digər tərəfdən tərəflər arasında işgüzar münasibətlərin mallar təhvil verdikdən sonra geri tarixə rəsmiləşdirmə aparılması formasında olduğunu bildirmişdir. Əgər həqiqətən də işgüzar münasibətlər bu qaydada baş tutmuşdursa, cavabdeh əvvəlcədən təhvil aldığı malların xarab olduğunu müəyyən etmiş olduğu təqdirdə, sonradan ona göndərilən elektron qaimələrə etiraz edər və ya ən azı bununla bağlı iddiaçıya qarşı pretenziya irəli sürərdi. Lakin qeyd edilənlərlə bağlı hər hansı hərəkətlər edilməmiş və qaimələr təsdiqlənmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya ödəmək vəzifəsini tam yerinə yetirməmişdir. Tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi həm işin halları, həm də cavabdehin etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuşdur.

39. Məhkəmənin ekspertiza təyin etməməsinə dair kasssasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmə həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir. Digər tərəfdən, kassator həmin məsələni apellyasiya məhkəməsində də mübahisələndirmiş, məhkəmə də haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli Əlavədən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, 172.416,88 manat dəyərində malın təhvil verilməsi razılaşdırılmışdır. Borc məbləğini sadə riyazi hesablama ilə müəyyən etmək mümkün olduğundan (172.416,88– 118.025,96=54.390,92), iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün zərurət mövcud olmamışdır.

40. Kassasiya şikayətinin digər dəlilləri əsasən apelly asiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

41. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun t ələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

42. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 sentyabr tarixli 2-2(103)-792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar