Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-540/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(103)-365/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Azə rbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci il 24 iyun tarixli 13-LA nömrəli müqavilə üzrə 27.263 manat gecikdirilmiş borc və hesablanmış 68.241,69 manat cərimə və hüquqi yardımla bağlı 350 (üç yüz əlli) manat olmaqla, cəmi 95.854,69 manat (doxsan beş min səkkiz yüz əlli dörd manat altmış qəpik) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, 2-2(113)-415/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 27.263 (iyirmi yeddi min iki yüz altmış üç) manat əsas borc, 1500 (min beş yüz) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 29.513 (iyirmi doqquz min beş yüz on üç) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimZ.Axundova). Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin əsas borca görə təmin edilən 27.263 manat hissəsində, eləcə də iddianın cərimə məbləğinin 1500 manat məbləğində təmin edilən hissəsində ləğv edilməsinə, əsas borca görə iddiaçının xeyrinə 5203 manat məbləğində tutulmasına, qalan hissədə də iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(103)-365/2022 saylı qətnaməsi il ə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, 2-2(113)-415/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən 2022-ci il 1 iyul tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2022-ci il 1 iyul tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən «3 saylı Əlavə» «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi h aqqında» Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-yə daxil edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin sözügedən 3 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408.1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respu blikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(103)-365/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.M.Məmmədli
Məhkəmə qərarları › İş №2-2(102)-540/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-540/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver