Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-541/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-252/2024 nömrəli qətnaməsindən cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2021-ci il 7 yanvar tarixli alqısatqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin: - 1.1-ci bəndində icraçının bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Mirqasımov, Azadlıq prospekti, M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsindəki ünvanda yerləşən tikinti sahəsini müqavilənin ayrılmaz hissəsi sayılan razılaşma protokolunda göstərilən betonla təchiz etməyi, 1.2-ci bəndində isə sifarişçinin isə bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında betonun icraçıdan qəbul edilməsini və qəbul edilmiş betonun dəyərini ödəməyi öhdəsinə götürdükləri nəzərdə tutulmuşdur. - 2.1-ci bəndinə əsasən, müqavil ənin 1.2-ci bəndinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. - 3.1-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu sifarişçiyə müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verməlidir. - 4.1-ci bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu icraçıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən, sifarişçi müqavilə ilə aldığı betonun ödəmələrinin vaxtında aparılmasını öhdəsinə götürmüşdür.
3. Müqaviləyə əlavə olan qiymətlərin razılaşma protokolu ilə Cavabdeh MMC-yə satılacaq “Beton B 25, B 22.5, B 20, B 15 və B 12.5” adlı məhsulların qiymə tləri müəyyən edilmiş, protokol hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021 ci il 12 mart - 2021-ci il 25 oktyabr tarixləri aralığında ümumi dəyəri 412.000 manat təşkil edən elektron qaimələr göndərilmişdir.
5. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə beş elektron qaimə üzrə cəmi 166.160 manat ödəniş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 245.840 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına istinadla əsaslandırılmış və elektron qaimələrlə cavabdehə cəmi 412.000 manat dəyərində betonun təhvil verildiyini, cavabdeh tərəfindən isə iddiaçıya cəmi 166.160 manat ödəniş olunduğunu bildirmişdir. Sifarişçinin betonla təmin edildiyi müddətdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmişdir. İddiaçının direktoru bu barədə cavabdehə müraciət edərək pulun ödənilməsini tələb etdikdə cavabdehin direktoru müxtəlif bəhanələrlə hər dəfə ödənişin ediləcəyini bildirmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında imzalanmış 2021-ci il 7 yanvar tarixli müqavilənin 3.1-3.3., 3.5 və 4.1-ci bəndlərinə əsasən iddiaçı olan hüquqi şəxs beton məhsulunu cavabdehə təhvil verməmişdir. Bununla əlaqədar iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 noyabr tarixl i e-2-2(113)-3532/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Namazova).
10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdehin bildirdiyi kimi malların təhvil verilmədiyi halda o iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ya ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmadığından bu cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul olunması mənasına gəlmişdir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamış, əksinə, həmin mallar üzrə qismən ödənişlər də edilmişdir.
11. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndi, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlə r baxımından borcun ödənilməsi elektron-qaimə fakturanın təqdim edilməsi vasitəsi ilə formalaşdığından, cavabdeh tərəfindən isə bu formada qismən ödənişlər edildiyindən, məhkəmə cavabdehin iddia ərizəsinə etirazında irəli sürmüş olduğu “təhvil-təslim aktının olmaması”na dair dəlilini əsaslı saymamışdır.
12. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.1, 567, 568.1, 579.1, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 1.2, 3.1-3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci 20 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2. 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-252/2024 nömrəli qətnaməsi ilə apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrin cəmi məbləği 412.000 manat, ödənişlərin cəmi məbləği isə 166.160 manat təşkil edir.
16. Eyni zamanda, tərəflər arasında müqavilədə malların təhvil-qəbulu ilə bağlı konkret sənədlərin (təhvil-təslim aktı, üzləşmə aktı və s.) tərtib edilməsi razılaşdırılmamış, faktiki də belə sənədlər tərtib edilməmiş, cavabdeh ona təqdim edilən elektron qaimələrə etiraz etməmiş və qismən ödənişlər etmişdir.
17. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində də müəyyən edilmişdir ki, müqavilənin 1.2 -ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir.
18. Əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil, əksinə cavabdeh qismən ödənişlər etmişdir.
19. Bu baxımdan kollegiya hesab etmişdir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
20. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifə ni yerinə yetirərək cəmi dəyəri 412.000 manat təşkil edən betonun cavabdehə təhvil verildiyini sübuta yetirə bilmişdir. Cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş və 166.160 manat məbləğində ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.
21. Cavabdehin bununla bağlı istinad etdiyi, yəni yerdə qalan məbləğin iddiaçı MMCnin faktiki rəhbəri olan X1 ödənilməsi barədə dəlillər isə əsaslı hesab edilə və həmin şəxsin adından olan 2022-ci il 22 iyul tarixli ərizə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, apellyasiya icraatında X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş və məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi həmin halları etiraf etməmiş, hazırkı mübahisənin üçüncü şəxsə aidiyyəti olmadığını və onun üçüncü şəxs qismində cəlb edilməsinə etirazını bildirmişdir.
22. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 404.1, 404.2, 567, 598.3-cü maddələrinə, Qaydaların 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının tələbləri düzgün tətbiq edilməmişdir. Qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarım bəndlərində qeyd olunan elektron qaiməfaktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi Qaydaların 3.4-cü bəndinin tətbiq edilmədiyi, istisna halların (həmin Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarım bəndlərinin) nədən ibarət olduğunu, habelə hazırkı mübahisəyə Qaydaların 3.4-cü bəndinin tətbiq olunmasının mümkünlüyünü yoxlamadan, səhv nəticəyə gəlmişdir.
25. MM-in 567-ci maddəsinin tələbləri üzrə - Müqavilə şərtləri, cavabdeh tərəfindən qəbul edilmiş, yəni müəyyənləşdirilmiş qaydada və keyfiyyətdə təhvil verilmiş betonun dəyərinin ödənilməsini nəzərdə tutur. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş betonun tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə belə qənaətə gəlmişdir ki, elektron-qaimələrin təqdim edilməsi pul tələbinin tə min edilməsi üçün yetərlidir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən də alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci 20 aprel tarixli Qərarındakı (bax § 28) mövqeyinə əhəmiyyət vermədən, vergihesab fakturaları ilə kifayətlənmişdir. Bununla da, yuxarıda qeyd edilənlərə əsasən, hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
26. MPM-in 14.1, 174.2-ci maddələrinin tələbləri üzrə - Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ümumiyy ətlə nəzərə almamış, onları sadalamaqla kifayətlənmiş, hazırkı mübahisəyə işgüzar adətlərin, qanunun və yaxud da müqavilə şərtlərinin tətbiqini diferensiasiya edə bilməmişdir. Halbuki mülki hüququn qeyd edilən mənbələrin birinin mövcudluğu digərlərinin tətbiqini istisna edir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş betonun tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə həmin sübutların mövcud olmamasını diqqətdən kənarda qoymuşdur. Məhkəmə işə birtərəfli yanaşmış, yalnız iddiaçının mənafeyindən çıxış etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bü tövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqa vilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulma dıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi dir...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olm aqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutl arın qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kass asiya şikayətinin dəlillərinin əsassız hesab edir.
35. Cavabdeh eyniməzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildirmişdir. Həmin dəlillər mahiyyət etibarilə mübahisəli malın cavabdehə təhvil verilməsinin iddiaçı tərəfindən sübut olunmaması, təhvil-təslim aktının təqdim edilməməsi, məhkəmənin müqavilə şərtlərini nəzərə almaması ilə bağlıdır.
36. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilədə malların təhvil-qəbulu ilə bağlı konkret sənədlərin (təhvil-təslim aktı, üzləşmə aktı və s.) tərtib edilməsi razılaşdırılmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində müəyyən edilmişdir ki, müqavilənin 1.2-ci maddəsinin icrası ilə əlaqədar alınmış betonun dəyəri icraçı tərəfindən təqdim e dilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilir.
37. Göründüyü kimi, müqavilə ilə iddiaçının üzərinə cavabdehə malı məhz təhviltəslim aktı əsasında təqdim etməli olmasına dair öhdəlik qoyulmamışdır. Bununla belə, müqavilədə alınmış betonun dəyərinin icraçı tərəfindən təqdim edilmiş elektron-qaimə əsasında sifarişçi tərəfindən onun hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi birbaşa nəzərdə tutulmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassatorun öz dəlillərini müqavilə şərtləri ilə əsaslandırılması haqlı hesab edilə bilməz.
39. Eyni zamanda, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, tərəflər faktiki olaraq da malların təhvil verilməsinə dair təhvil-təslim aktları, üzləşmə aktları tə rtib edilməmişdir.
40. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı müvafiq hüquqi mövqelərə (bax § 32) istinadən, tərəflər arasında formalaşmış təcrübənin xarakterinə dair apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə də razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
41. Nəhayət işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh ona təqdim edilən elektron qaimələrə etiraz etməmiş və qismən ödənişlər etmişdir.
42. Halbuki əgər cavabdehin qeyd etdiyi kimi, həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, onda cavabdeh Qaydaların 3.3 və 3.4-cü bəndlərinin (bax § 31) tələblərinə görə, iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 g ün müddətində imtina etməli və ya ən azından, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.
43. Lakin hazırkı işdə bu halın mövcud olmadığı, əksinə, cavabdehin qismən ödənişlər etməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qaydaların da tələblərinə zidd olmamışdır.
45. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
46. O da qeyd olunmalıdır ki, kassator hazırkı kassasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək ödənişləri nağd şəkildə qəbul edən İman Quliyev adlı şəxsin iddiaçı ilə əlaqəsini təsdiq edən müqavilə təqdim etmişdir.
47. Əvvəla, bununla əlaqədar, mübahisələndirilən qətnamədən görünür ki, həmin şəxs apell yasiya icraatında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş və məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi həmin halları etiraf etməmiş, hazırkı mübahisənin üçüncü şəxsə aidiyyəti olmadığını və onun üçüncü şəxs qismində cəlb edilməsinə etirazını bildirmişdir.
48. Ümumiyyətlə, borcun yerdə qalan məbləğinin iddiaçı MMC-nin faktiki rəhbəri olan X1 ödənilməsi faktının cavabdehin MPM-in 77.1-ci maddəsinin (bax § 33) tələblərinə (sübutetmə vəzifəsinə) uyğun olaraq, təqdim etdiyi mötəbər sübutlar əsasında işə baxan məhkəmələr tərəfindən müəyyən edilməsi isə iş materiallarından görünmür.
49. Cavabdehin kassasiya şikayətinə əlavə etdiyi müqaviləyə gəldikdə isə qeyd olunmalıdır ki, həmin sənəd aşağı məhkəmə icraatlarında təqdim edilmədiyind ən və məhkəmələrdə müzakirə predmeti olunmadığından hazırkı kassasiya icraatında ona istinad edilməsi və bununla bağlı hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax § 33) tələbləri baxımından yolverilməzdir.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2024-cü il 18 aprel tarixli 2-2(103)-252/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 aprel tarixli 2-2(103)-252/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.