Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-542/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin «xxxx» X1 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (Açar söz: pul tələbi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «xxxx» X1 Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» MMC cavabdeh «xxxx» X1 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xidmət üzrə 118.721,21 manat, dəbbə pulu üzrə 35.636,3 manat məbləğində, ümumilikdə 154.357,51 manat məbləğində vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında imzalanmış 22 yanvar 2016-cı il tarixində avtomobillərə texniki xidmət və təmiri haqqında C-023-S-PCC-16 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən avtomobillərinə göstərilən texniki xidmətə görə cavabdeh id diaçıya xidmətin dəyərini ödəməyi öz üzərinə götürmüş, lakin həmin öhdəliyini lazımınca yerinə yetirməmiş 08.12.2016-cı il tarixindən bu günədək təqdim edilmiş hesab fakturalar üzrə onun xidmət haqqı üzrə 118.721,21 manat əsas borcu və müqavilənin 5.9cü bəndinin şərtinə müvafiq olaraq ödəmənin gecikdirildiyi hər gün üçün 0,1 faiz hesabı ilə hesablanmış 35.636,30 manat məbləğində dəbbə pulu borcu, ümumilikdə, iddiaçıya 154.357,51 manat məbləğində borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında 22 yanvar 2016-cı il tarixində avtomobillərə texniki xidmət və təmiri haqqında C-023-S-PCC-16 saylı müqavilə bağlanmış, həmin müqavilə 31.12.2016-cı ilədək qüvvədə olmuş, müqavilənin 10.3-cü bəndinə əsasən əgər tərəflərdən biri hazırkı müqavilənin müddətinin qurtarmasına bir ay qalmış onun ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi barədə təklif irəli sürməzsə, onda müqavilə eyni şərtlərlə növbəti il üçün uzadılmış hesab olunmalı və bu barədə müqavilədə “uzadılıb” qeydi aparılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilədə sözügedən qeyd olmadığından C-023-S-PCC-16 saylı müqavilə 31.12.2016-ci il tarixdə qüvvədən düşmüşdür. İddiaçı tərəfindən həmin tarixdən sonra da xidmətlər göstərilmiş, lakin xidmətlərin göstərilməsi 22 yanvar 2016-cı il tarixli müqavilə ilə tənzimlənməmiş, müqavilədən kənar xidmətlər göstərilmiş, ödənişlər isə iddiaçının «xxxx»dakı hesabına köçürülmüşdür. Daha sonra iddiaçının kredit müqaviləsi əsasında yaranmış borc məbləğinə silinmişdir. Ümumilikdə iddiaçıya 16.04.2019-cu il tarixədək 140692.73 manat pul köçürü lmüş, bu barədə iddiaçı məlumatlı olmuş, məbləğlər 2018-ci ilin noyabr ayınadək iddiaçının hesabında olmuş, iddiaçı onu hesabdan çıxarmamış, 2018ci ilin noyabr ayından isə kredit müqaviləsi üzrə borca silinməyə başlamışdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.04.2019-cu il tarixli 2-2(81)501/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» KB ASC-dən iddiaçı «xxxx» MMC-nin xeyrinə 118.721,21 manat məbləğində xidmət haqqı üzrə borc, 9000 manat məbləğində dəbbə pulu, ümumilikdə 127.721,21 manat və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.04.2019-cu il tarixli 2-2(81)501/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, müqavilə şərtləri ilə, həm də mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında müqavilənin ləğv edilməsi üçün müqavilə müddətinin qurtarmasına bir ay qalmış tərəflərdən birinin mütləq qaydada digər tərəfə ünvanlanmış yazılı təklifi olmalıdır. İş materiallarına əsasən isə belə təklifin mövcudluğu müəyyən edilmir. Belə olan halda, cavabdeh tərəfin apellyasiya şikayətinin tərəflər arasında bağlanmış 22.01.2016-cı il tarixli müqavilənin 31.12.2016-cı il tarixdə müddətinin bitdiyinə və artıq qüvvəsini itirdiyinə dair dəlilləri əsassızdır. Beləliklə, həmin müqavilə eyni şərtlərlə uzadılmış hesab edildiyi və onun şərtləri üzrə tərəflərin öhdəliyi davam etdiyi halda, cavabdeh bank iddiaçı tərəfindən ona göstərilən xidmətin dəyərini sonuncunun müqavilədə göstərilən «xxxx» ASC-nin Mərkəzi filialında olan hesablaşma hesabına köçürməməsi müqavilə şərtlərinin pozulması deməkdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə əsassız olaraq tərəflər arasındakı müqavilənin müddətinin uzadılmış olduğu qənaətinə gəlmiş və müqavilə müddəti bitdiksən so nra da yaranmış münasibətlərə də müqavilə şərtlərini tətbiq etmişdir. Halbuki müqavilə 31.12.2016-cı ilədək qüvvədə olmuş, müqavilənin 10.3-cü bəndinə uyğun olaraq müqavilədə “uzadılıb” qeydi aparılmadığından, müqavilə uzadılmış hesab edilməməlidir. Kassator MM-nin 399.3, 404.4-cü maddələrinə, MPM-nin 386, 405, 418.1, 418.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkü n hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instasniya məhkəməsi tərəfindən araşdırılan hallarına görə, tərəflər arasında 22 yanvar 2016-cı il tarixində “Avtomobillərə texniki xidmət və təmiri haqqında” C-023-S-PCC-16 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus avtomobillərə texniki xidmət göstərməyi, cavabdeh isə iddiaçıya göstərilən texniki xidmətin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti 31.12.2016-cı il olmuşdur. Müqavilənin 5.7-ci bəndinə əsasən Sifarişçi (hazırkı iş üzrə cavabdeh) xidmətin dəyərini nağd və ya köçürmə yolu ilə “İcraçının” (hazırkı iş üzrə iddiaçı) hesablaşma hesabına ödəyə bilər. Müqavilədə İcraçının hesablaşma hesabı kimi iddiaçının “xxxx” ASC-nin Mərkəz Filialındakı hesabı göstərilmişdir. Müqavilənin 10.3-cü bəndinə əsasən əgər tərəflərdən biri hazırkı müqavilənin müddətinin qurtarmasına bir ay qalmış onun ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi barədə təklif irəli sürməzsə, onda müqavilə eyni şərtlərlə növbəti il üçün uzadılmış hesab olunmalı və bu barədə m üqavilədə “uzadılıb” qeydi aparılmalıdır. Hazırkı iş üzrə iddiaçı 08.12.2016-cı il tarixindən bu günədək təqdim edilmiş hesab fakturalar üzrə onun xidmət haqqı üzrə 118.721,21 manat əsas borcu və müqavilənin 5.9cü bəndinin şərtinə müvafiq olaraq ödəmənin gecikdirildiyi hər gün üçün 0,1 faiz hesabı ilə hesablanmış 35.636,30 manat məbləğində dəbbə pulu borcu tələb etmiş və ona istinad etmişdir ki, iddiaçı tərəfindən 08.12.2016-cı il tarixindən bu günədək təqdim edilmiş hesab fakturalar üzrə xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək ona istinad edir ki, iddiaçı tərəfindən 31.12.2016-cı il tarixdən sonra da xidmətlər göstərilmiş, lakin xidmətlərin göstərilməsi 22 yanvar 2016-cı il tarixli müqavilə ilə tənzimlənməmiş, müqavilədən kənar xidmətlər gös tərilmiş, ödənişlər isə iddiaçının «xxxx»dakı hesabına köçürülmüşdür. Daha sonra iddiaçının kredit müqaviləsi əsasında yaranmış borc məbləğinə silinmişdir. İşin araşdırılmış hallarında görünür ki, tərəflər arasında bağlanmış müqavilə 10.3-cü bənddə nəzərdə tutulmuş qaydada uzadılmamış, yəni müqavilədə “uzadılıb” qeydi aparılmamış, bununla da tərəflər arasında 22.01.2016-cı il tarixdə bağlanmış müqavilə 31.12.2016-cı il tarixdə başa çatmışdır. Bununla bağlı apellyasiya kollegiyası müqavilənin 10.3-cü bəndini şərh edərkən hesab etmişdir ki, “müqavilə müddətinin uzadılmasını və ya şərtlərinin dəyişdirilməsini arzulayan tərəf bir ay əvvəl bu barədə təklifini vermirsə, müqavilə eyni şərtlərlə birbaşa uzadılmış hesab edilir. Tərəflər arasında müqavilənin ləğv edilməsi üçün müqavilə müddətinin qu rtarmasına bir ay qalmış tərəflərdən birinin mütləq qaydada digər tərəfə ünvanlanmış yazılı təklifi olmalıdır.” Müqavilənin 10.3-cü bəndinin 1-ci hissəsində onun ləğvi və dəyişdirilməsi barədə təklif verilmədiyi halda müqavilə eyni şərtlərlə artıq uzadılmış hesab olunur və müqavilədə “uzadılıb” qeydinin aparılması məsələsi formal xarakter daşıyır və belə qeydin aparılmaması müqavilənin 10.3-cü bəndinin 1-ci hissəsindəki imperativ şərtin etibarsızlığına səbəb ola bilməz. Göstərilənlərlə bağlı Ali Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə o halda razı olardı ki, tərəflər arasında bağlanılan müqavilənin şərtlərində müqavilənin müddətinin uzadılması “uzadılıb” qeydinin aparılması ilə şərtləşdirilmiş olmasın. Müqavilənin göstərilən şərti icra olunm adığı üçün tərəflər arasındakı müqavilə eyni şərtlərlə uzadılmış hesab oluna bilməz. Belə ki, MM-nin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti müqavilənin 10.2ci bəndində əks olunmuşdur. Həmin bəndə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı andan qüvvəyə minir və 31 dekabr 2016-cı ilədək qüvvədədir. Bununla yanaşı qeyd olunmalıdır ki, müqavilə müddəti qurtardıqdan sonra da iddiaçı tərəfindən cavabdehə avtomobillərin təmiri üzrə xidmətlər göstərilmiş və bu hal işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iddiaçı tərəfindən 31.12.2016-cı il tarixdən sonra cavabdehdə məxsus avtomobillərə texniki xidmət göstərilməsi davam etdirilmiş, cavabdeh müvafiq ödəmələri iddiaçının “xxxx”dakı hesabına köçürmüş, iddiaçı isə buna etiraz etməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə (cavabdehdən iddiaçının xeyrinə 118.721,21 manat məbləğində xidmət haqqı üzrə borc, 9000 manat məbləğində dəbbə pulu, ümumilikdə 127.721,21 manatın tutulmasına dair) razılaşarkən ona istinad etmişdir ki, tərəflər arasındakı müqavilə eyni şərtlərlə uzadılmış hesab edilmiş və onun şərtləri üzrə tərəflərin öhdəliyi davam etdiyi halda, cavabdeh bank iddiaçı tərəfindən ona göstərilən xidmətin dəyərini sonuncunun müqaviləd ə göstərilən «xxxx» ASC-nin Mərkəzi filialında olan hesablaşma hesabına köçürməməsi müqavilə şərtlərinin pozulması deməkdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya olunan ödənişlərin «xxxx» ASC-nin Mərkəzi filialında olan hesablaşma hesabına köçürməməsinə əsaslanaraq iddianı təmin etmiş, cavabdeh isə iddia tələbinə etirazında, apellyasiya şikayətində ödənişlərin iddiaçının «xxxx» KB ASC-dəki hesabına köçürüldüyünü qeyd etmiş, apellyasiya instansiya məhkəməsi isə bu dəlillərə və iş materiallarında olan ödəniş tapşırıqlarına qiymət vermədən, formal yanaşma ilə ödənişlərin «xxxx» ASC-nin Mərkəzi filialında olan hesablaşma hesabına köçürməməsi əsası ilə iddianı təmin edərək, iddiaçının ödənişlərin «xxxx» KB ASC-dəki hesabına köçürülməsinə etiraz etməmə sini nəzərə almamışdır. Bununla da, MPM-nin 8.1 və 9.1-ci maddələrinin tələblərini pozaraq hazırkı iddia tələbinə qiymət verərkən əsassız nəticəyə gəlmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən xidmət haqqının iddiaçının “Azər-Türk” Bankdakı hesabına yox, onun “xxxx”dakı hesabına köçürməsi, cavabdeh tərəfindən xidmət haqqının ödənilməsi öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir və həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsası nda həyata keçirilir. Belə ki, tərəflər arasında işlərin görülməsi (xidmətlərin göstərilməsi) ilə əlaqədar münasibətləri olduğundan, MM-nin 385 və 386-cı maddələrinin tələbləri tətbiq olunmalıdır. Belə ki, MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş in xüsusiyyəti ondan ibarətdir ki, iddiaçının tələbi göstərilən xidmətlərə görə ödənişin tələb edilməsidir. İddiaçı tərəfindən xidmətlərin göstərilməsi işin mübahisəsiz hallarına aid olsa da, borcun mövcudluğu tərəflər arasında mübahisələndirilir. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi, ilk növbədə, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini və cavabdehin iddiaçıya olan faktiki ödəmələrini müəyyən etməli olduğu halda, bunu etməmiş, bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin apellyasiya məhkəməsi sadalanan prosessual normaların tələblərini pozmaqla qərar qəbul etmişdir. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə, iddiaçının cavabdehə göstərdiyi xidmətlərin dəyərini və cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərin miqdarını müəyyən etməli, zərurət olduğu halda ekspertiza təyin etməli və bununla da cavabdehin iddiaçıya borcunun olub-olmamasını dəqiq müəyyən etməklə ədalətli qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3., 418420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-507/2019 saylı 01 avqus t 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-2(102)-542/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-542/2019
18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver