Məhkəmə qərarları › İş №2-2(102)-545/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-545/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-545/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (Açar söz: lizinq obyektinin dəyərinin dəyərinin dəyişdirilməsi və borcun silinməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi öhdəliyinin qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 18.01.2012-ci il tarixli 02-LA nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən ümumi dəyəri 635250.0 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlığı lizinqə verilmişdir. Sözügedən müqavilə üzrə “X5 Təsərrüfatı” MMC tərəfindən öhdəliklərin icrası ilə əlaqədar yaranmış borcla bağlı məhkəməyə müraciət olunmuş, qüvvəyə minmiş məhkəmə qərarı ilə 63700 manat əsa s borcun, 8883 manat cərimənin və 30 manat dövlət rüsumunun “X5 Təsərrüfatı” MMC-dən tutularaq Cavabdeh ASC-ə ödənilməsi və lizinq obyekti olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların geri qaytarılması qət edilmiş, qətnamə icraya yönəlmişdir. 2016-cı ilin aprel ayında “X5 Təsərrüfatı” MMC-nin təsərrüfatına düşmən təcavüzü və ağır artileriya atəşi nəticəsində ziyan dəymiş, bununla əlaqədar sıradan çıxmış avadanlıqlar və tələf olmuş, yaralanmış heyvanlar barədə akt tərtib edilmiş, dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə 18.01.2012-ci il tarixli 02-LA nömrəli müqavilə üzrə lizinqə götürülmüş avadanlıqların qalıq dəyəri olan 373600 manat məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına silinmiş, həmin məbləğdə “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliklərinə xitam verilmiş, qalıq dəyəri olan 182950 manat məbləğə yeni ödəniş qrafiki tərtib olunaraq tərəflər arasında 26.12.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilə bağlanmışdır. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 26.12.2016cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və aralarında olan borcun həmin məbləğdə silinməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı iribuynuzlu damazlıq heyvandarlıqla məşğuldur. Cəmiyyət həm süd satışı, həm də iribuynuzlu heyvanların satışı ilə məşğuldur. Tərər flər arasında bağlanmış 08-LA/16 saylı 26.12.2016-cı il tarixli müqaviləyə əsasən heyvandarlıq kompleksinin avadanlıqları, o cümlədən peyinqarışdıran avadanlıq lizinqə verilmişdir. 2016-cı il aprel ayının 28-də erməni hərbi qüvvələri tərəfindən atəş açılması nəticəsində iddiaçıya məxsus olan və Ağdam rayonunun Əfətli kəndində yerləşən heyvandarlıq kompleksinə 6 ədəd qrad mərmisi düşmüşdür. Həmin vaxt mərmi düşməsi nəticəsində lizinqə verilən peyinqarışdıran avadanlıq yararsız vəziyyətə düşmüş və yenidən istismarı mümkün olmamışdır. Qeyd olunan fakt 17.05.2016-cı il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə və 09.08.2016-cı il tarixli cavabdehin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş aktla təsdiq olunmuşdur. Eyni zamanda, qeyd olunan avadanlığın mərmi partlaması nəticəsində sıradan çıxması və istismara tam yararsız olması cavabdehin əməkdaşları tərəfindən 01.11.2016-cı il və 01.11.2017-ci il tarixdə həyata keçirilmiş lizinqə verilmiş texniki avadanlıqların inventarlaşdırması nəticəsində də müəyyən olunmuş və bu barədə verilmiş məlumatda da qeyd olunmuşdur. 23.01.2018-ci il tarixdə qeyd olunan avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə yazılı formada müraciət ünvanlanmış, lakin həmin müraciət cavabdeh tərəfindən cavablandırılmamışdır. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv e dilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-467/2018 nömrəli iş üzrə 23.10.2018- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)151/2019 nömrəli iş üzrə 30.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürülmüş paralel tipli 2 x 12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının qalıq dəyəri – 373.600,0 manat və eyni zamanda lizinqə götürülmüş damazlıq heyvanların qalıq dəyəri Cavabdeh ASC-nin zərərinə silindiyi nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilənlərdən fərqli olaraq, heyvandarlıq kompleksinin avadanlıqdarının ayrı-ayrılıqda hər birinin dəyərini müəyyən etmək mümkündür və eyni zamanda 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilənin ümumi məbləğindən məhv olunmuş avtomatik sağım meydançasının dəyəri çıxılsa da, məhv olmuş digər əməlakın, yəni peyinqarışdıran avadanlığın dəyəri bu məbləğdən çıxılmamışdır. Bununla da, iddiaçı MMC-nin qanunla qorunan hüquqlarının pozulmasına yo l verilmişdir. Belə ki, məhv olmuş avadanlığa görə iddiaçı MMC tərəfindən lizinq ödənişlərinin edilməsi qanuna və məntiqə əsaslanmır. Lizinq ödənişləri ödənilib qurtardıqdan sonra mövcud olmayan avadanlığın iddiaçı MMC-nin mülkiyyətinə verilməsi məsələsinə apellyasiya instansiya məhkəməsi aydınlıq gətirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh” ASC tərəfindən 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürülmüş paralel tipli 2 x 12 yerli tam avtomatik sağım meydançası avadanlıqları nın qalıq dəyəri – 373.600,0 manat və eyni zamanda lizinqə götürülmüş damazlıq heyvanların qalıq dəyəri Cavabdeh ASC-nin zərərinə silindiyi nəzərdə tutulmuşdur. Heyvandarlıq kompleksinin avadanlıqdarının ayrı-ayrılıqda hər birinin dəyərini müəyyən etmək mümkündür və eyni zamanda 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilənin ümumi məbləğindən məhv olunmuş avtomatik sağım meydançasının dəyəri çıxılsa da, məhv olmuş digər əməlakın, yəni peyinqarışdıran avadanlığın dəyəri bu məbləğdən çıxılmamışdır. Bununla da, iddiaçı MMC-nin qanunla qorunan hüquqlarının pozulmasına yol verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassas iya şikayətinin dəlillərinə görə məhkəmənin əsaslandığı hallar 26.12.2016-cı il tarixədək, yəni müqavilə bağlananadək baş vermiş hadisələrdir. Cavabdeh ASC-nin zərəri hesabına avadanlığın dəyərindən dəymiş ziyan üzrə 373600 manat məbləğ silinmiş və qalıq dəyəri olan 182950 manat məbləğə yeni müqavilə bağlanmış, bu zaman iddiaçının hər hansı iradı olmamışdır. İş materiallarında olan inventarlaşdırma aktlarında avadanlıqların saz vəziyyətdə olması göstərilmişdir. İşə baxan məhkəmə mülkiyyət hüququ Cavabdeh ASC-ə məxsus olduğu halda avadanlıqların geri qaytarılması məsələsinə münasibət bildirməmişdir. Bundan əlavə, iddianın təmin olunması halında icra mərhələsində ciddi problemlər yaranacaq. Belə ki, iddia təmin edilərsə avadanlığın dəyərinin nədən ibarət olması qeyri-müəyyəndir. Kassator M PM-nin 77, 386, 387.1, 417.1.4-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçının vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiаçı “X5 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 18.01.2012-ci il tarixli 02-LA nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən ümumi dəyəri 635250.0 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlığı lizinqə verilmişdir. Sözügedən müqavilə üzrə “X5 Təsərrüfatı” MMC tərəfindən öhdəliklərin icrası ilə əlaqədar yaranmış borcla bağlı məhkəməyə müraciət olunmuş, qüvvəyə minmiş məhkəmə qərarı ilə 63700 manat əsas borcun, 8883 manat cərimənin və 30 manat dövlət rüsumunun “X5 Təsərrüfatı” MMC-dən tutularaq Cavabdeh ASC-ə ödənilməsi və lizinq obyekti olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların geri qaytarılması qət edilmiş, qətnamə icraya yönəlmişdir. 2016-cı ilin aprel ayında “X5 Təsərrüfatı” MMC-nin təsərrüfatına düşmən təcavüzü və ağır artileriya atəşi nəticəsində ziyan dəymiş, bununla əlaqədar sıradan çıxmış avadanlıqlar və tələf olmuş, yaralanmış heyvanlar barədə akt tərtib edilmiş, dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə 18.01.2012-ci il tarixli 02-LA nömrəli müqavilə üzrə lizinqə götürülmüş avadanlıqların qalıq dəyəri olan 373600 manat məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına silinmiş, həmin məbləğdə “X5 Tə sərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliklərinə xitam verilmiş, qalıq dəyəri olan 182950 manat məbləğə yeni ödəniş qrafiki tərtib olunaraq tərəflər arasında 26.12.2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilə bağlanmışdır. Göründüyü kimi, cavabdeh (lizinqverən) və iddiaçı (lizianqalan) arasında bir neçə lizinq müqavilələri bağlanmışdır ki, həmin müqavilələrə əsasən lizinqverən lizinqalana mal-qara və heyvandarlıq kompleksini lizinqə vermiş, heyvan və avadanlıqlar iddiaçının erməni təcavüzkarlarının döyüş mövqelərinə yaxın Ağdam rayonu ərazisindəki fermer təsərrüfatında yerləşdirilmişdir. 28.04.2016-cı il tarixdə düşmən bombardmanı nəticəsində heyvanların və quraşdırılmış avdanlığın bir qismi məhv olunmuşdur. Bundan sonra, tərəflər ar asında yeni 08LA/16 saylı 26.12.2016- cı il tarixli lizinq müqaviləsi bağlanmışdır ki, burada lizinqverən öz zərəri hesabına məhv olmuş avadanlığın 373.600 manat məbləğdə olan dəyərini ümumi lizinq məbləğindən silərək, ödənilməli olan lizinq məbləğini azaltmışdır. İddiaçı hesab edir ki, yeni lizinq müqaviləsində əks olunmuş lizinq əmlakının tərkibinə bombardman nəticəsində məhv olunmuş digər əmlak da daxil edilmişdir ki, lizinqverən bu əmlakı məhv olunmuş əmlak kimi müqavilənin tərkibindən silməmiş, bunun da nəticəsində lizinqalan mövcud olmayan və lizinq müqaviləsinin mahiyyətinə görə müqavilə başa çatdıqdan sonra lizinq əmlakının lizinqalanın mülkiyyətinə keçməsinə baxmayaraq, heç vaxt onun mülkiyyəti olmayacaq məhv olunmuş əmlakın dəyərini ödəməli olacaqdır. İddiaçı məsələnin həlli üçün cavabdehə müraciət etsə də, sonuncu məhv olunmuş peyinqarışdıran avadanlığın dəyərinin tərəflər arasında bağlanmış 08-LA/16 saylı 26.12.2016-cı il tarixli lizinq müqaviləsinin ümumi məbləğindən çıxarılması ilə razı olmamışdır. Cavabdeh isə qeyd edir ki, tərəflər arasında bağlanmış 26.12.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş heyvandarlıq kompleksinin avadanlıqlarının ayrı-ayrılıqda hər birinin dəyərinin, kompleks avadanlıqlar olması səbəbindən, müəyyən etmək mümkün deyil. Halbuki, düşmən bombardmanı nəticəsində həm tərəflər arasında bağlanılmış 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə verilmiş 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları, həm də 26.12.2016-cı il tarixli 08-LA/2016-cı il nömrəli müqavilə üzrə lizinqə verilmiş peyi nqarışdıran avadanlıq məhv olmuşdur. Belə ki, iş materiallarında olan 17.05.2016-cı il tarixdə tərtib edilmiş Aktda qeyd olunmuşdur ki, peyinsəpən avadanlıq tamamilə sıradan çıxmışdır. 09.08.2016-cı il tarixdə tərtib edilmiş Aktda qeyd olunmuşdur ki, mərminin partlaması nəticəsində əmələ gələn təzyiq nəticəsində peyinqarışdıranın qurğusu deformasiyaya uğramış və bunun nəticəsində istismarı mümkün deyildir. 01.11.2016-cı il tarixli İnventarlaşdırma barədə Məlumatda peyin qarışdırran avadanlığın mərmi partlaması nəticəsində sıradan çıxması qeyd edilmişdir. 01.11.2017-ci il tarixli İnventarlaşdırma barədə Məlumatda peyin qarışdırran avadanlığın mərmi partlaması nəticəsində nasaz olması və istismar edilməməsi qeyd olunmuşdur. Göründüyü kimi tərəflər arasında 26.12.2016-cı il tarixli 08-LA/16 n ömrəli lizinq müqaviləsi bağlanmamışdan əvvəl və sonra tərtib edilmiş İnventarlaşdırma barədə Məlumatlarda peyin qarışdıran avadanlığın mərmi partlaması nəticəsində nasaz olması və istismar edilməməsi öz təsdiqini tapmışdır. Sözügedən Məlumatlar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İnventarizasiya Komissiyasının üzvü tərəfindən imzalanmışdır. Beləliklə, 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilənin ümumi məbləğindən məhv olunmuş avtomatik sağım meydançasının dəyəri çıxılsa da, məhv olmuş digər əmlakın, yəni peyinqarışdıran avadanlığın dəyəri bu məbləğdən çıxılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol verilmişdir. Peyinqarışdıran avadanlığın dəyərinin qeyri-müəyyən olması ilə bağlı kassatorun dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu q ətnamənin icrası mərhələsində həll edilməli olan məsələdir. Azərbaycan Republikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə əsaslı nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Al i Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-520/19 saylı 22 avqust 2019-cu il tarixli qətnaməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar