Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-545/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, işin qüsurlu icrası, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 22(103)-39/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı MMC (alıcı) və Cavabdeh MMC (satıcı) arasında 2022-ci il 1 mart tarixində bağlanmış “Cubics BMS” Proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsinin: - 1-ci bəndinə əsasən Proqram-Cubics BMS əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatıdır. Proqram təminatı tətbiq vəziyyətində xidmət kimi təqdim edilir. Lisenziya - proqram istifadəçisinə proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə). - 2-ci bəndinə əsasən satıcı proqramdan istifadə hüququ üçün lisenziyanı alıcıya domen vasitəsi ilə şəxsi səhifəsinin, xüsusi ad və şifrənin yaradılmasını öz öhdəsinə götürür, alıcı isə proqramdan istifadəsi üçün lisenziyanın dəyərinin və xidmət haqqının ödənişinin müqavilənin şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürür. - 4.1.1-ci bəndinə əsasən alıcıya proqramdan istifadə üçün lisenziyanı bu müqavilənin şərtlərinə əsasən ödəniş olunduğu təqdirdə təqdim etmək satıcının öhdəliyidir. - 4.4.2-ci bəndinə əsasən müqaviləyə əsasən edilmiş ödənişlər müqabilində satıcıdan müqavilə üzrə xidmətlərin göstərilməsini tələb etmək alıcının və proqram istifadəçisinin hüququdur. - 5-ci bəndinə əsasən hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Tariflər” (Əlavə 2) ilə müəyyən edilir və bu müqavilə müddəti ərzində etibarlı sayılır. “Tariflər” (Əlavə 2) öz əksini tapmış şərt və müddəalara əsasən müəyyən edilmiş Lisenziyanın dəyəri təqdim edilmiş hesab-fakturaya əsasən 5 (beş) iş günü ərzində satıcının bank hesabına ödənilir. - 6.1-ci bəndinə əsasən müqavilə iki tərəfdən imzalandığı və alıcı tərəfindən avans ödənişi həyata keçdiyi andan qüvvəyə minir. - 7-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
2. Müqaviləyə B-3 nömrəli 1 saylı əlavəsinə əsasən Cavabdeh MMC və İddiaçı MMC “Cubics BMS” Proqram təminatı ilə bağlı texniki tapşırıqlar barədə razılığa gəlmişlər. Həmin tapşırığın 22-ci bəndinə əsasən proqramda “məhsul nümunəsi” adlanan bölüm olmalı və həmin bölümdə tarix, müştəri adı, satış meneceri, miqdarı, statusu kimi məlumatların qeydə alınması imkanı olmalıdır.
3. Müqaviləyə B-3 nömrəli 2 saylı əlavəsinə (tariflər) əsa sən Cavabdeh MMC-nin alıcı İddiaçı MMC-yə təhvil veriləcək “Cubics BMS” proqram təminatının dəyəri 15.340 manat (13.000 manat + 2.340 manat ƏDV), “Cubics BMS” proqram təminatının texniki dəstəyinin (illik) dəyəri 1.534 manat (1.300 manat+234 manat ƏDV) təşkil edir. 1-ci ödəniş 7.670 manat, yekun ödəniş 7.670 manat (sistemin satıcı tərəfindən təhvili zamanı) olacaq. Qeyd: “Cubics BMS” proqram təminatı 30-45 iş günü ərzində təhvil veriləcək.
4. İddiaçı MMC tərəfindən Əlavə 2 Cavabdeh MMC-yə 2 dəfəyə ödənilməklə 13.000 manat vəsait, 2.340 manat ƏDV (18%) ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Müqavilə və Əlavə 2-yə əsasən ödənilmiş cəmi 15.340 m anat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə alıcı (iddiaçı) Əlavə 2-də göstərilən məbləği tam ödəməsinə baxmayaraq, cavabdeh Müqavilənin 4.1.1-ci bəndi ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilənin 2, 4 və 7-ci bəndlərində əsasən öhdəlik və məsuliyyət daşıyır. Həmçinin, Əlavə 1 əsasən cavabdehə proqramın təhvil verilməsi ilə yanaşı texniki tapşırıq da verilmişdir ki, həmin texniki tapşırığa əsasən cavabdeh öz üzərinə proqramın təhvil verilməsi ilə yanaşı, həmin texniki tapşırıqda göstərilən bütün məsələlərin həmin proqramda əks olunmasına da təminat vermişlər. Lakin proqram iddiaçıya təhvil verilmədiyindən, cavabdeh tərəfindən həmin Əlavə 2-nin də şərtlərinə əməl edilməmiş, nəticədə iddiaçının müqavilədə göstərilən hüquqları tamamilə pozulmuşdur. Həmçinin, Əlavə 2 əsasən tərəflərindən müqavilə üzrə ödənilməli olan 15.340 manat məbləğində vəsait ödənildikdən sonra, cavabdeh tərəfindən 30-45 gün ərzində “Cubics BMS” proqram təminatı təhvil verilməli idi. Lakin, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan pul vəsaitinin cavabdehə ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən 30-45 gün ərzində təhvil verilməli olan proqram təhvil verilməmiş, müqavilədə və həmin əlavədə göstərilmiş şərtlərin heç biri yerinə yetirilməmiş, nəticədə iddiaçıya həm proqram təminatının təhvil verilməməsi səbəbindən, həm də cavabdehin bank hesabına k öçürülmüş pul məbləğinin geri qaytarılmaması səbəbindən maddi ziyan dəymişdir.
7. Cavabdeh MMC iddiaya etiraz verərək göstərmişdir ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən, cavabdeh tərəfindən təqdim edilmiş texniki tapşırıq əsas götürülərək onun tərəfindən “Cubics BMS” proqram təminatı tam olaraq hazırlanmış və iddiaçıya təqdim edilmişdir. Belə ki, cavabdeh tərəfindən sifariş verilmiş proqram təminatının icrasına 2022-ci il 1 mart tarixində imzalanmış müqavilə tarixinə əsasən deyil, müqavilə şərtlərinə uyğun olaraq avans ödənişinin icrasından sonra, yəni 2022-ci il 17 mart tarixindən etibarən başlanmışdır. “Cubics BMS” proqram təminatının icrasına 4 proqramçı heyəti ayrılmış, qəbul edilmiş öhdəlik üzrə iddiaçı tərəfindən verilmiş tapşırığa əsasən yüksək keyfiyyətdə individual sis tem hazırlanaraq iddiaçıya təhvil verilmişdir. “Cubics BMS” proqram təminatı təhvil verildikdən sonra cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik üzrə iddiaçıya, həmçinin şəxsən MMC-nin rəhbəri Rashad Chavgalova ayrı-ayrılıqda 5 dəfə (2022-ci il 26 iyul, 13 sentyabr, 15 sentyabr, 3 oktyabr, 13 oktyabr tarixlərində) müxtəlif vasitələrlə təlimlər keçirilmişdir. Təlimlər və görüşlər iddiaçı tərəfindən proqram təminatı üçün yeni istəklər-tapşırıqlar verilmiş və bunun müqabilində bütün tapşırıqlar tərəflərindən icra olunmuşdur. 2022-ci ilin dekabr ayından etibarən iddiaçı tərəfindən faktiki istifadə etdikləri proqramın (bütün texniki tapşırıqlar və istəklərin imza edərək verdiklərinə baxmayaraq) onları qane etmədiyi bildirilmiş və ödənişi geri tələb etməyə başlamışlar. Bütün bunlara baxmayara q cavabdeh iddiaçıya göndərilən məktublarda və Mediasiya sessiyası zamanı proqram təminatının hansı sahədə onları qane etmədiyi dəfələrlə soruşulmuş, cavabdeh tərəfindən əlavə təlimlərin keçirilməsi təklif edilmişdir. Bütün təkliflərə iddiaçı imtina ilə qarşılıq vermişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində cavabdehin öz öhdəliyini pozması və proqram təminatını təhvil vermədiyi qeyd edilmişdir. Halbuki tərəflərin təsdiq etdiyi Əlavə 2-də yekun ödənişin (7.670 manat) sistemin təhvili zamanı həyata keçiriləcəyi qeyd olunmuş və bu qeyd rəhbər tutularaq proqram təminatı təhvil verildikdən sonra yekun ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində Əlavə 2-nin şərti təhrif edilmiş, yekun ödəniş edildikdən 30-45 iş günü ərzində proqram təminatının təhvil veril əcəyi yazılmışdır. Halbuki, Əlavə 2-dən də göründüyü kimi 30-45 iş günü müddətinin yekun ödənişlə heç bir əlaqəsi yoxdur və bu müddət proqram təminatının ümumi hazırlanaraq təhvil verilmə müddətini tənzimləyir. Cavabdeh tərəfindən bu müddət də pozulmamış, 2022-ci il 1 iyun tarixədək proqram təminatı təhvil verilmişdir. Proqram təminatı təhvil verildikdən sonra, müqaviləyə edilmiş Əlavə 2-nin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən yekun məbləğ ödənilmişdir. İddiaçı tərəfindən yazılmış iddia ərizəsində cavabdehin proqram təminatını təhvil vermədiyi, dolayısı ilə müqavilə öhdəliyini icra etmədiyi bildirilmişdir. Lakin mediasiya sessiyası zamanı iddiaçının nümayəndəsinə və telefon vasitəsi ilə birbaşa şirkətin rəhbərinə “proqram təminatı təhvil verilməmişdirsə, tərəfinizdən yekun məbləğ niyə ödənilmişdir?” sualı ünvanlansa da, tutarlı cavab verə bilməmişlər. Eyni zamanda, keçirilən təlimlərdə (videoyazı mövcuddur) iddiaçı tərəfindən əlavə tapşırıqlar verildiyi, proqramı istifadə etdikləri açıq şəkildə bildirilmişdir. İlkin mediasiya zamanı tam mediasiyadan və barışıq sazişi ilə bağlı müzakirədən məhz iddiaçı tərəf imtina etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli, e-2-2(113)1752/2023 nömrəli qətnaməsi ilə (hakim L.Əliyeva) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iş üzrə müəyyən edilməli olan mübahisəli hal cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq proqram təminatının hazırlanıbhazırlanmaması və lisenziyanın iddiaçıya təqdim edilib-edilməməsindən ibarətdir.
10. Bununla bağlı məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər ara sında bağlanmış Müqavilədə və Əlavə 2-də ödəniş şərtləri müəyyən edilmiş və həmin şərtlərdə proqram təminatının və lisenziyanın dəyəri olan 15.340 manat məbləğində pul vəsaitinin birinci yarısının ilkin ödəniş kimi proqram təminatı təqdim edilənədək, yekun ödənişin isə proqram təminatı təhvil verilən zaman ödənilməsi və yekun ödənişdən sonra iddiaçıya proqramdan istifadə etmək üçün lisenziya (yəni müqaviləyə əsasən istifadəçi adı və şifrənin) təqdim edilməli olması nəzərdə tutulmuşdur. Hazırkı halda, iddiaçının 2022-ci il 5 mart tarixində ilkin ödənişi etdikdən sonra 2022-ci il 1 iyun tarixində yekun ödənişi də həyata keçirməsi proqram təminatının iddiaçıya təqdim edilməsinə dəlalət edən hallardandır.
11. İkincisi, müqavilə şərtlərində proqram təminatı təhvil verildikdən və ödəniş edildikd ən sonra lisenziyanın (yəni istifadəçi adı və şifrənin) təqdim edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş proqramdan skrinşotlardan görünür ki, 2022-ci il 7 iyun tarixindən başlayaraq proqramda Rəşad Cavqalov (iddiaçının qanuni təmsilçisi) adlı istifadəçi yaradılmış və sonuncu həmin proqramda müəyyən əməliyyatları həyata keçirmişdir. Beləliklə, sözügedən skrinşotlar da 2022-ci il 7 iyun tarixində iddiaçıya istifadəçi adı və şifrənin (lisenziyanın) verilməsini və belə olan halda proqram təminatının həmin tarixdən əvvəl təqdim edilməsini təsdiq edir.
12. Proqram təminatının təqdim edilməsinin ehtimal edildiyi tarixdən - 2022-ci il 1 iyun tarixindən sonra cavabdeh tərəfindən proqramla bağlı dəfələrlə iddiaçının işçilərinə təlimlərin keçirilməsi, göstərilən halı n proqramın təqdim edilməməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, proqramdan istifadə ilə bağlı təlim keçirilməsi proqramın hazır olması və təhvil verilməsi faktını istisna etmir. Əksinə mövcud olmayan proqramın işlədilməsi qaydası barədə təlimlərin aparılması inandırıcı görünmür. 13. 2022-ci il 1 iyun tarixindən sonra proqram təminatında mövcud çatışmazlıqların üzərində işlənilməsi barədə tərəflər arasında yazışmaların mövcudluğu, eləcə də təlim videolarından da proqramda qüsurların mövcud olmasının görünməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, göstərilən sənəd və videolar proqram təminatının təqdim edilməməsini deyil, təqdim edilmiş proqram təminatında qüsurların mövcud olmasını və yaxud d a iddiaçının proqramla bağlı əlavə qeydlərin (tapşırıqların) olmasını təsdiq edən sübutlar qismində qəbul edilə bilər.
14. Cavabdeh tərəfindən təqdim edilmiş proqram təminatının test versiyası (beta versiya) olması, yekun versiyanın isə təqdim edilməməsi barədə iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, müqavilədən və təqdim edilmiş yazışmalardan iddiaçıya əvvəl proqramın test versiyasının, sonra isə yekun versiyasının təqdim edilməli olması, eləcə də iddiaçının istifadə etdiyi proqramın test versiyası olması müəyyən edilmir.
15. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ilkin olaraq mübahisəli proqramın ümumiyyətlə təqdim edilməmə sinə istinad etsə də, sonradan proqramın lazımi keyfiyyətdə olmamasına, texniki tapşırığa cavab verməməsinə, qüsurların mövcud olmasına, qüsurların gec aradan qaldırılmasına da istinad etmişdir. O cümlədən, iddiaçının nümayəndələri məhkəmə iclasında mübahisəli proqramın texniki tapşırığa uyğun olub-olmaması ilə bağlı məhkəmə ekspertizasının keçirilməsinə zərurətin olmadığını bildirmiş, və mövqeyini onunla əsaslandırmışdır ki, proqram hazırda texniki tapşırığa uyğun olsa belə, müqavilədə müəyyən edilmiş müddətdə texniki tapşırığa uyğun şəkildə hazır olmamış və təhvil verilməmişdir.
16. Məhkəmə göstərilən dəlillərlə bağlı ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilənin predmetini hazır malın (proqram təminatının və lisen ziyasının) təqdim edilməsi deyil, texniki tapşırığa uyğun proqram təminatının hazırlanması, həmin proqramın lisenziyasının təhvil verilməsi (istifadəçi adı və şifrənin yaradılması) və sonradan proqram təminatının texniki dəstəyinin göstərilməsi təşkil etdiyindən həmin müqavilə xidmət (proqramın texniki şərtlərə uyğun hazırlanması və texniki xidmət göstərilməsi) və alqı-satqı (lisenziyanın təqdim edilməsi) müqavilələrinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqavilənin texniki tapşırığa uyğun proqram təminatının (şəxsi səhifənin) hazırlanması və eləcə də hazırlanmış proqram təminatında mövcud qüsurların aradan qaldırılması hissəsinə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir.
17. Hazırkı halda, birincisi, mübahisəli pro qram təminatı təqdim edildikdən sonra üzərində işlənilən tapşırıqların proqramda qüsurla, yəni proqramın texniki tapşırığa və ya müqavilədə göstərilən keyfiyyətə cavab verməməsi bağlı olması müəyyən edilmir. Əksinə iş materiallarına əlavə edilmiş proqramla bağlı cavabdeh tərəfindən müxtəlif tarixlərdə verilmiş qeydlərın siyahılarına nəzər saldıqda aydın olmuşdur ki, həmin qeydlər texniki tapşırıqda əks olunmamış əlavə tapşırıqlardır.
18. İkincisi, tərəflər arasında yazışmalarda da proqram təminatında məhz qüsurların olması və həmin qüsurlarla bağlı cavabdehə irad bildirilməsi və qüsurların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə əsasən əlavə vaxt verilməsi və s. müəyyən edilmir.
19. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, əlavə tapşırıqların məhz proqram təminatında qüsurla rın mövcud olması ilə bağlı olmasını ehtimal etsək belə, iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina etdiyini bildirməsi iş materialları ilə öz təsdiqini tapmır.
20. Əksinə iş materiallarında olan tərəflər arasında sonuncu yazışma 2022-ci il 22 noyabr tarixində təlim keçirilməsi ilə bağlı olmuş və həmin yazışmada iddiaçı tərəfindən cavabdeh tərəfə proqramda qüsurların mövcud olması, həmin qüsurların aradan qaldırılmalı olması və yaxud qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən müqavilədən imtina edilməsi və ümumiyyətlə müqavilə üzrə g örülmüş işin iddiaçını qane etməməsini bildirilməmişdir. İddiaçı yalnız 2022-ci il 30 dekabr tarixdə cavabdehə pretenziya məktubu göndərərək müqavilə üzrə öhdəliklərini ümumiyyətlə icra edilməməsi əsası ilə ödənişin geri qaytarılmasını tələb etmişdir.
21. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, görülmüş işdə qüsurlarla bağlı podrat müqavilələrindən imtina etməkdən əvvəl həmin qüsurların aradan qaldırılması üçün podratçıya imkan yaradılmasının zəruriliyi həmin müqavilənin xarakterik xüsusiyyətləri ilə bağlıdır. Belə ki, alqı-satqı müqaviləsindən fərqli olaraq podrat (xidmət) müqaviləsində işlər (xidmətlər) sifarişçinin sifarişinə əsasən xüsusi olaraq sifarişçi üçün görülür (göstərilir) və göstərilən hal əksər hallarda həmin işdən (xidmətdən) sifarişçinin imtina etdiyi halda işin (xidmətin) sonradan başqa şəxsə təqdim edilməsi imkanını istisna edir. Bu baxımdan sifarişçinin işdə qüsurların nədən ibarət olmasını aydın şəkildə bildirməməsi (sifarişçinin sadəcə məmulatın onu qane etməməsi bildirməsi yetərli deyil), qüsurların aradan qaldırılması üçün əlavə müddəti qabaqcadan müəyyən etməməsi və sonradan qüsurlarla bağlı müqavilədən imtina etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. 22. 2022-ci ilin iyul ayında, yəni proqram təminatının cavabdehə təqdim edilməsi ehtimal edildiyi tarixdə texniki şərtdə 22-ci bölmədə qeyd olunan “Məhsul nümunəsi” bölməsinin işləməməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilmişdir ki, proqrama baxış keçirilərkən müəyyən edildiyi kimi məhsul nümunəsi Excel faylı 2022-ci il 5 sentyabr tarixdə cavabdehin nümayəndəsinə gö ndərilmiş, yəni həmin tarixdən əvvəl sözügedən şablonun sistemə daxil edilməməsi cavabdehin təqsirindən baş verməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında proqrama baxış zamanı “Məhsul nümunəsi” bölməsinin mövcud olması və işləməsi müşahidə olunmuşdur. 23. 2022-ci il 17 sentyabr tarixində cavabdehə təqdim edilmiş işçilər, məhsul bazası barədə məlumatlarla bağlı isə məhkəmə cavabdehin dəlilləri ilə razılaşmış və göstərmişdir ki, göstərilən baza məlumatların iddiaçının əməkdaşları tərəfindən deyil, məhz cavabdeh tərəfindən sistemə daxil edilməli olması nə müqavilədə, nə də texniki tapşırıqda nəzərdə tutulmamışdır.
24. Beləliklə, məhkəmə hesab etmişdir ki, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan proqram təminatı və lisenziyanı n cavabdehə təqdim edilməsi müəyyən edildiyindən, eləcə də təqdim edilmiş proqramda qüsurların mövcud olması ehtimal edilsə belə, həmin qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən əlavə müddət verilməsi və cavabdeh tərəfindən iddiaçı tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində aradan qaldırılmaması iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçı müqavilədən imtina edərək müqavilə üzrə ödənilmiş pul vəsaitini geri tələb etməkdə haqlı olmamışdır.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.4, 445.8, 763.1, 764.1, 765.1, 766-cı; Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-39/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və Z.A.Şirinovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli, e-2-2(113)-1752/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməklə, Cavabdeh MMC-dən 15.340 manat məbləğində pul vəsaitinin, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın və apellyasiya şikayətinə görə ödənilmiş 68,1 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC -yə ödənilməsi qət edilmişdir.
28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqısı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Həmin müqavilə “alqı-satqı müqaviləsi” kimi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki, cavabdeh tərəfindən “Proqram-Cubics BMS” əsas və yardımçı modullardan ibarət link formasında çalışan proqram təminatı hazırlanmalı idi və iddiaçıya lisenziya, yəni onun tərəfindən proqramı aktiv etməyə və istifadə etmək hüququ verən simvol dəsti (istifadəçi adı və şifrə) təqdim edilməli idi.
29. Hazırkı iddianın əsası ondan ibarətdir ki, iddiaçı (sifarişçi) müqavilədə nəzərdə tutulmuş pulun ödənilməsi ilə bağlı öhdəli yini tam yerinə yetirmiş, cavabdeh (podratçı) isə öz öhdəliklərini pozaraq həmin müqavilə üzrə yerinə yetirilməli olan işləri tam olaraq həyata keçirməmişdir. Çünki iddiaçının hazırladığı proqram təminatı müqavilədə nəzərdə tutulmuş keyfiyyətə uyğun deyil. Ona görə də, iddiaçı müqavilədən imtina edərək müqavilə ilə bağlı xərclərin əvəzinin ödənilməsini tələb edir.
30. Bu baxımdan apellyasiya kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir. Hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
31. Belə ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflərin mübahisələndirdiyi hallar isə cavabdeh tərəfindən hazırlanmış proqram təminatının keyfiy yəti ilə bağlıdır.
32. Mülki Məcəllənin 762.1 və 762.2-ci maddələrinə istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, podratın (hazırkı halda cavabdehin hazırladığı proqram təminatının) qüsurlu olub-olmaması halı araşdırılmalıdır.
33. Həmin məsələnin araşdırılması xüsusi bilik tələb edildiyinə görə iş üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, 1). Tədqiqatın ilkin mərhələsində İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqramının müqaviləyə aid Əlavə 1-də göstərilən texniki tapşırığın tələblərinə uyğunluğu bəndlər üzrə yoxlanılmışdır. Aparılmış təhlil nəticə sində aşkar olunmuş uyğunsuzluqlar aşağıdakılardır: - Proqram təminatının əsas səhifəsində “Gəlir” kimi qeyd olunmalı bölmənin “Mədaxil” kimi əks olunması (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. a.Gəlir); - Əsas səhifədə “Müştəri borcları (siyahı, vidjet)” bölməsi əsas səhifədə “Müştərilər üzrə borc” kimi əks olunması müəyyən edildi (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); - Müştəri borcları üzrə cəmi borcu hesablanmasında fərq aşkar olundu (Texniki tapşırığın tələbi - 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); i.cəmi borc); - Müştəri borclarına hər qaimə üzrə baxmaq və Ödəmək imkanı. Ödənişlərin qaimələrə manual şəkildə vurulması. Müştərinin ödənişi hər hansı bir qaimənin məbləğini tam bağlamadığı halda həmin qaimə yarımçıq borclu kimi görünə bilməsi və qaiməyə ödəniş edərkən maksimum həmin qaimə məbləği olmaqla, istənilən məbləği yazmasının mümkün olması tələblərinin tam ödənməməsi aşkar olundu (Texniki tapşırığın tələbi 1.Əsas səhifə. k.Müştəri borcları (siyahı, vidjet); vi.bəndinin tələbi); - Müştəridən gələn müraciətlərin tipi yəni bu lead də ola bilər, satışda ola bilər və ya yeni satış imkanı. Məsələn tanımadığımız müştəri bizə müraciət edir ki, siz əgər belə təmizlik məhsulu gətirsəniz mənə xəbər edin, bu halda müştərini sistemə daxil edirik və onun müraciəti lead olaraq görünür. Ona satış olanda lead “bitdi” və ya “satış oldu” statusu ilə əvəz edilir; - Texniki tapşırıqda ayrıca bir bölmə kimi nəzərdə tutulmuş “Şirkət bazası”nın proqram təminatında “Müştəri bazası” daxilində qurulmuşdur (Texniki tapşırığın tələbi 3.Şirkət bazası.) - Şirkət bazası daxilində qurulması nəzərdə tutulan Müştərinin tipi (təkrar, yeni): kateqoriya bölməsi “Cubics BMS” proqram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; aa.bəndi); - Kateqoriyalarla müştəriyə loyallıq statusu manual olaraq təyin edilməli qurulmalı olduğu halda indikatorlar üzrə qurulmuşdur (Texniki tapşırığın tələbi - 3.Şirkət bazası; bb. Bəndi); - Texniki tələbin 4-cü bəndində “Maliyyə hesabatları” bölməsi daxilində qeyd olunan “Hesabat”, “Gəlir” və “Xərc” bölmələri konkret olaraq bir menyu daxilində deyil proqram təminatında “Tarixçə” və “Əməliyyatlar” bölmələrində qurulmuşdur. “Hesabat” bölməsi daxilində “Avans” adlı bölmə müvafiq proqram təminatında “Tarixçə” bölməsində “Açılış məbləği” kimi öz əksini tapmışdır. “Xərc” me nyusu daxilində olması nəzərdə tutulan “Hesabat” bölməsi baxış zamanı müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi - 4 Maliyyə hesabatları; Xərc m. Hesabat) - “Cubics BMS” proqram təminatına baxış zamanı texniki tapşırığın 9-cu bəndində qeyd olunan “Sözləşmələr bölməsi daxilində olması nəzərdə tutulan “Təklif yaratmaq” alt menyusu proqram təminatında müəyyən olunmadı (Texniki tapşırığın tələbi 9.Sözləşmələr; e.Təklif yaratmaq); - Texniki tapşırığın 10-cu bəndində “POS” bölməsi daxilində olması nəzərdə tutulan “a.İlkin proses satış nümayəndələri tərəfindən ərazidə başlayır. Satış nümayəndələri qaiməni formalaşdırır lakin bu sifariş operator tərəfindən təsdiqlənəcək” alt menyusunun funksionallığı tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir; - Texniki tapşırığın 10-cu bəndin də “POS” bölməsi daxilində “e.Satış fifo ilə olsun” tələbi FiFo (FİFO - ilk girən ilk çıxar (FİFO) ilk alınan malların ilk satılan mallar olduğunu nəzərdə tutan inventar metodudur) deyil manual formada qurulması müəyyən edilmişdir (Texniki tapşırığın tələbi - 10.POS; e.Satış fifo ilə olsun); - Texniki tapşırığın 17-ci bəndində nəzərdə tutulan APİ inteqrasiyalar daxilində olan 1C 2 tərəfli inteqrasiya tədqiqat zamanı proqram təminatında müəyyən edilməmişdir (Texniki tapşırığın tələbi -
17. APİ inteqrasiyalar (1C proqram təminatı); a.1C inteqrasiya 2 tərəfli); - Texniki tapşırığın 19-cu bəndində problemli müştərilər üçün nəzərdə tutulan satış limitinin tətbiq edilməsi müəyyən edilmədi (Texniki tapşırığın tələbi - 19.Müştəriyə satış limiti (problemli müştəri olduqda)); - Texniki tapşırığın 22 -ci bəndində b.Müştəri adı, c.Satış meneceri və Məhsul adı siyahıdan seçim kimi qurulması nəzərdə tutulsa da, proqram təminatında bütün bunların manual (əl ilə daxil edilməsi) olması aşkar olunmuşdur; - Texniki tapşırığın 22-ci bölmənin f.Statusu (qayıdıb-qayıtmamağı cədvəldə sadəcə dropdown kimi ola bilər ki, qayıdanda dəyişib qayıt olaraq təyin edək) bəndində nəzərdə tutulan dəyişiklik funksionallığı proqram təminatında müəyyən olunmadı; - Beləliklə, aparılmış tədqiqat nəticəsində 01 mart 2022-ci il tarixli B-3 nömrəli müqavilənin predmeti olan “Cubics BMS” proqram təminatında müqaviləyə aid Əlavə 1-də göstərilən bütün texniki tələblərin tam ödənməməsi müəyyən olundu. 2). Tədqiq olunan “Cubics BMS” proqram təminatına dair mənbə kodlarında aparılmış funksional dəyişikliyə dair Cavabdeh MM C-nin əməkdaşları tərəfindən təqdim edilmiş loglar əsasında sonuncu funksional dəyişikliyin 2022-ci il 21 noyabr tarixində aparılması müəyyən edildi. 3). İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 12 aprel 2022-ci il tarixli qeydlər yerində baxış zamanı tədqiqata təqdim edilməməsi səbəbindən qeyd olunan texniki tapşırığın tələblərinin “Cubics BMS” proqram təminatına yoxlanması mümkün olmamışdır. 4). Aparılmış tədqiqat nəticəsində 2022-ci il 20 iyun tarixli 24 bəndən İbarət qeydlərdən yalnız aşağıda qeyd olunan 03 (üç) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Borc deadline-na görə sort vermək (15, 30, 45 və s.); - Borc cədvəlinə cavabdeh şəxs yazılsın; - Müştəriyə satış limit əlavə edilməlidir (məhsul kateqoriyasına görə). 2022-ci il 21 iyul tarixli 14 bə nddən ibarət qeydlərdən yalnız aşağıdakı qeyd olunan 02 (iki) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır. - Müştəri daxilində cavabdeh şəxs olmalıdır və həmin bölmənin adı Cavabdeh şəxs deyil, Satış Təmsilçisi olmalıdır. - Maya dəyərinin avtomatik formalaşdırılması. 2022-ci il 12 sentyabr tarixli 13 bənddən ibarət qeydlərdən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Hər anbara görə 1 kassa limiti qeyd olunsun (4 anbar, 4 kassa). 2022-ci il 04 oktyabr tarixli 29 bənddən ibarət qeydlərdən yalnız aşağıda qeyd olunan 01 (bir) ədəd qeydlər proqram təminatının qurulmasında nəzərə alınmamışdır: - Müştəri statusu yaradılmalıdır (problem müştəri üçün və satış limiti qoyulmalıdır, limiti keçdikdə alert görsənsin). 5). İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2022-ci il 20 iyun, 21 iyul, 12 sentyabr və 04 oktyabr tarixli qeydlərdə Əlavə 1-də göstərilən tələblərə dair düzəlişlər və əlavə olaraq “Cubics BMS” proqram təminatına dair yeni tələblər öz əksini tapmışdır. 6). Yerində baxış zamanı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən təqdim edilmiş rəqəmsal qeydlərdə “Cubics BMS” proqram təminatı üzərində 04 dəfə yenilənmənin (update)-in aparılması qeyd olunmuşdur. 2024-cü il 29 yanvar tarixdə yerində baxış zamanı tədqiq olunan proqram təminatı üzərində aparılan yenilənmə tarixləri texniki qeydlərdə 4 ay əvvəl, 16 ay əvvəl və 21 ay əvvəl kimi əks olunması müəyyən edildi. “Cubics BMS” proqram təminatına dair mənbə kodlarının virtual server olan “digital oceann”-da 165.22.21.207 İP ünvan üzərində n 2022-ci il 11 aprel tarixində yaradılması müəyyən olundu.
34. Apellyasiya kollegiyası qeyd etmişdir ki, ekspert rəyindən göründüyü kimi cavabdehin təqdim etdiyi proqram təminatı ilə müqavilədə nəzərdə tutulmuş texniki şərtlər arasında bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Həmin uyğunsuzluqlar həm bəzi texniki şərtlərin düzgün icra olunmaması, həm də bəzi texniki şərtlərin ümumiyyətlə yerinə yetirilməməsindən ibarətdir. Qeyd olunan hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına görə qüsurludur.
35. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilədən imtina edərək müqavilə ilə bağlı xərclərin əvəzini, yəni cavabdehə ödədiyi cəmi 15.340 manat məbləğində pul vəsaitinin ödənilm əsini tələb etməkdə haqlıdır.
36. Eyni zamanda, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hazırladığı proqram təminatı hazırda da müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun olmadığına, yəni qüsurlu olduğuna görə iddiaçı tərəfindən müqavilə üzrə pulun tam ödəməsi, əlavə tapşırqların verilməsi və cavabdeh tərəfindən treninqlərin keçirilməsi mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Əksinə sonuncu iki fakt təsdiq edir ki, iddiaçı Mülki Məcəllənin 763.1-ci maddəsinə uyğun olaraq qüsurların aradan qaldırılması üçün əlavə icra tələb etmişdir.
37. Habelə, Məcəllənin 765-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsurlar tamamilə aradan qaldırılmadığına görə, iddiaçı müqavilədən imtina edə edərək müqavi lə ilə bağlı xərclərin əvəzinin ödəməsini tələb etmişdir. Göründüyü kimi həmin hallar iddianın əsassız deyil, əsaslı olmasına dəlalət edir.
38. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 752.1, 762.1, 762.2, 763.1, 764.1, 765-ci, Mülki Prosessual Məcəllənin 77.1, 97.1, 385.1.1, 385.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
39. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-39/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normal arı pozulmuşdur: 40.1. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi üzrə - apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sübutlara tam qiymət verməmiş, qanunun tələblərini doğru təfsir etməmişdir. Proqram təminatının qüsurlu olması qənaətinə gəlmiş, bununla bağlı tərəflərin təqdim etdikləri sübutlara qiymət verməmiş, ekspert rəyini natamam qiymətləndirmişdir. Ekspert rəyində də öz təsdiqini tapmış yüzlərlə əlavə tapşırığa qiymət verməmişdir. Qanunun tələbinə uyğun olaraq əlavə icra zamanını səhv təfsir etmiş, əlavə icra ilə bağlı, qüsurların aradan qaldırılması ilə bağlı, hansısa qüsurun olması ilə bağlı heç bir sübut olmadığı halda, təlimləri əlavə icra kimi qələmə vermişdir. Xidmət göstərilməsi ilə bağlı tərəflər arasında imzalanmış müqaviləyə əlavəy ə qiymət verməmişdir. Proqram təminatının təhvili zamanı ödənişin ikinci hissəsinin icra edilməsinə məhkəmə əhəmiyyət verməmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən yekun məbləğ proqram təminatının təhvili zamanı edilməli idi. Bu ödənişin icra edilməsi özlüyündə proqram təminatının tam və qüsursuz təhvil verildiyini sübut edir. 40.2. Mülki Məcəllənin 760.2-ci maddəsi üzrə - sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə tapşırıqlar vermişdir. Sifarişçi proqram təminatının qüsurlu olması ilə bağlı heç bir irad bildirməmişdir. Sifarişçi tərəfindən imzalanmasına baxmayaraq texniki dəstəklə bağlı “Əlavə-2” qeyd olunmuş bəndlərə məhkəmə əhəmiyyət verməmiş, göstərilmiş texniki dəstəyi əlavə icra zamanı kimi qiymətləndirmişdir. Sifarişçi tərəfindən verilmiş yüzlərlə əlavə qeyd və tapşırıqlar, proqram təminatından düzgün istifadə edə bilməmə nəticəsində cavabdeh tərəfindən ayrılmış işçi qrupu aylarla məşğul olmuş, əmək sərf etmiş, proqram hazırlamış, təlimlər keçmişdir. 40.3. Mülki Məcəllənin 762.2-ci maddəsi üzrə - cavabdeh tərəfindən hazırlanaraq təqdim edilmiş proqram təminatının istifadə üçün tam yararlı olması ekspert və digər izləyicilərin müşahidəsi ilə öz təsdiqini tapmışdır. Proqram təminatında hətta texniki tapşırıqdan əlavə sifarişçinin istəyi üzrə qeydlərin də olması, funksional olaraq tam həcmdə çalışması dəfələrlə müşahidə edilərək təsdiq edilmişdir. Proqram təminatında hansısa kəlimənin əvəzinə başqa kəlimənin yazılması və ya hansısa funksiyanın başqa formada çalışmasını qüsur adlandırmaq absurddur. Belə olan halda məhkəmə tərəfindən proqram təminatının qüsurlu ol ması qənaətinə gəlinməsi başa düşülən deyildir. 40.4. Mülki Məcəllənin 763.1-ci maddəsi üzrə - ekspert rəyindən görünür ki, 4 fərqli zamanda verilmiş yüzlərlə əlavə tapşırıqlar texniki tapşırığın düzəldilməsi, hər hansı səhvin düzəldilməsi ilə bağlı deyil, tamamilə yeni qeydlər olmuşdur. Eyni zamanda treninqlərin keçirilməsi təhvil verilmiş proqramın işləməsi ilə əlaqədar olmuşdur. Bu treninqlərin video yazısı məhkəməyə təqdim edilmişdir. Bu faktların qüsur və ya əlavə icra tələb edilmə kimi qəbul edilməsi mümkün deyildir. Eyni zamanda, hətta iddiaçının özünün də məhkəməyə təqdim etdiyi heç bir səs yazısında və ya hər hansı yazışmalarda proqram təminatının qüsurlu olması ilə bağlı heç bir qeyd yoxdur. Belə ki, iddiaçının iddia ərizəsi belə proqramın qüsuru deyil, təhvil verilməməsi qeyd ed ilmişdir. Proqramın qüsurlu olması ehtimal edilərsə belə, iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina edəcəyini bildirməsi baş verməmişdir. Tam əksinə olaraq, iddiaçı tərəfdən müqavilədən imtina ilə bağlı məktub gəldikdən sonra cavabdeh tərəfindən ona, əgər proqram təminatı ilə bağlı hər hansı iradı varsa həmin iradı həll etmək, əlavə treninqlər keçirtmək, müstəqil ekspertin iştirakı ilə görüşmək kimi təkliflər olunmuşdur. Məhkəmə bu kimi halları da səhv dəyərləndirmişdir. 40.5. Mülki Məcəllənin 765-ci maddəsi üzrə - məhkəmə ekspert rəyini düzg ün analiz etməmiş, ekspertin məhkəməyə dəvət edilərək dindirilməsi zərurətinə baxmayaraq bu addımı atmamış, proqram təminatının iş prinsiplərinə baxmayaraq özündən tamamilə əlaqəsiz nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə və onlara əlavə edilmiş əlavələrə nəzər yetirdikdə müəyyən olunur ki, proqram təminatı qurulmalı, lisenziya satılmalı və növbəti illərdə də həmin proqrama texniki dəstək göstərilməli idi. Texniki dəstəklə bağlı razılaşmaya məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə tərəfindən ekspert qarşısına qoyulmuş suala cavab olaraq rəyin 5-ci bölməsində də təsdiq olunur ki, 20 iyun, 21 iyul, 12 sentyabr və 4 oktyabr tarixli qeydlərdə Əlavə 1-də göstərilən tələblərdən əlavə yüzlərlə əlavə tapşırıqlar olmuşdur. Yəni, iddiaçı mütəmadi olaraq yeni tapşırıqlar vermi ş, texniki tapşırıqdakı bütün qeydlər iddiaçı ilə razılaşdırılaraq icra olunmuşdur. Bununla yanaşı əlavə tapşırıqların məhz proqram təminatında qüsurların mövcud olması ilə bağlı olmasını ehtimal etsək belə, iddiaçının həmin əsasla müqavilədən imtina edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət edilməsi, yəni qüsurlar barədə cavabdehə xəbər verməklə onların aradan qaldırılması üçün konkret vaxt verməsi, sonradan həmin vaxt ərzində qüsurlar aradan qaldırılmadığı təqdirdə müqavilədən imtina etdiyini bildirməsi ilə əlaqədar heç bir sübut yoxdur. Tərəflər arasında heç bir əlavə icra üçün müəyyənləşdirilmiş müddət olmamış, tam əksinə müqaviləyə texniki dəstəklə bağlı əlavə imzalanmışdır. Eyni zamanda, qüsurların olması qənaətinə necə gəldiyi də aydın deyildir. Texniki şərtlərdə hansıs a bəndlərin tərəflərin razılığı ilə fərqli icra edilməsi qüsur mənasını verə bilməz. Ekspertin də iştirakı ilə dəfələrlə proqram təminatının test edilməsi, bir-bir bütün nüansların incələnməsi zamanı da proqram təminatının tam olaraq və bütün parametrlərə cavab verərək çalışdığı müşahidə edilmişdir. Bu müşahidə məhkəmə iclaslarında da aparılmışdır. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdeh tərəfindən öhdəliyin tam icra edilməməsi üçün cavabdehin məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Belə ki, işdə olan bütün sübutlardan da aydın görünür ki, cavabdeh proqram təminatının tam və qüsursuz işləməsi üçün bütün addımları atmış, əlavə tapşırıqları icra etmiş, təlimlər keçirtmiş, hətta iddiaçının tam qane olması üçün əlavə təlimlərin də keçirilə biləcəyini dəfələrlə bildirmişdir. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan müqaviləyə tərəflər əlavə razılaşmalar imzalamış, xidmət müqaviləsi olmuş, əlavə öhdəliklər meydana gəlmişdir. 40.6. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən dəlillərə, səs yazılarına, Whatsapp yazışmalarına, elektron məktublara, təlim videolarına baxmamış, tədqiq etməmiş öz mülahizələrinə əsasən proqram təminatını qüsurlu hesab etmiş və yenə öz mülahizələrinə əsasən (işdə tam tərsi sübut olmasına baxmayaraq) əlavə icra müddəti təyin etmiş, hüquq normasını yanlış tətbiq etmişdir. Eyni zamanda, tərəflər ara sında “Əlavə-1” də olan texniki tapşırıq və “Əlavə-1” də öz əksini tapmayan sonradan verilmiş yüzlərlə qeydlərlə bağlı tərəflərin öz aralarında olan yazışmalar, təlimlər araşdırılmamışdır. Eyni zamanda, ekspert rəyini birtərəfli qiymətləndirmiş, hər hansı sözlərin fərqli yazılmasını qüsur kimi qiymətləndirmiş, proqram təminatının çalışmasına əhəmiyyət verməmiş, yüzlərlə verilmiş və icra edilmiş əlavə tapşırıqlara qiymət verməmişdir. 40.7. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyini ətraflı öyrənməmiş, düzgün qiymətləndirməmiş, əlavə tapşırıqlarla bağlı qeydlərə ümumiyyətlə əhəmiyyət verməmiş, proqram təminatının qüsurlu olması, əlavə icra üçün müddətin təyini və s. kimi məsələlər tədqiq edilməmişdir. Whatsapp yazışmaları, s əs yazıları və təlim videoları araşdırılmamışdır. Məhkəmə tam əlaqəsiz olaraq təlimləri əlavə icra kimi qiymətləndirmişdir. Müqaviləyə əlavə kimi imzalanmış 1 illik xidmət müqaviləsinə əhəmiyyət verməmiş və heç bir hüquqi qiymət verməmişdir.
41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
42. İddiaçı MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ilk növbədə iddiaçının biznes fəaliyyətinin təşkili üçün proqram təminatı yaradılmalı, sonra isə həmin proqram təminatının istifadəsi ü çün lisenziya alınmalı və yalnız bundan sonra həmin proqram təminatının istifadəsi prosesinə texniki dəstək göstərilməli idi. Lakin cavabdehin üzərinə götürdüyü proqram təminatı yaradılmadığına görə lisenziya verilməmişdir. Beləliklə proqram təminatı olmadığı halda satıla bilməzdi, və mövcud olmayan proqram təminatına isə sonrakı dəstək göstərilməsindən söhbət gedə bilməz. 20 iyun, 21 iyul,12 sentyabr və 04 oktyabr tarixlərində iddiaçı tərəfindən Əlavə-1də göstərilən tələblərdən əlavə tapşırıqlar verilməsi məsələsinə da ekspert tərəfindən aydınlıq gətirilmişdir. Kassasiya şikayətində iddiaçı tərəfindən əlavə yüzlərlə tapşırıqların verilməsi barədə cavabdehin fikrinin heç bir əsası yoxdur və bu onun məsələni süni şəkildə öz xeyrinə şişirtmək istəyindən başqa bir şey deyildir. İddiaçı qeyd o lunan əlavə tapşırıqları yaradılmaqda olan proqram təminatında ortaya çıxan qüsurlarının aradan qaldırılması üçün irəli sürülmüşdür. Bu qüsurların aradan qaldırılması üçün cavabdehə yeni müddət təyin olunsa da, qüsurların aradan qaldırılaraq proqram təminatının hazırlanması öhdəliyi cavabdeh tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən öz müstəsna hüququndan istifadə edərək, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, öz daxili inamı əsasında qiymətləndirərək, son qərarını işə baxılmasının yekununda, yəni qəbul etdiyi qətnaməsində bildirmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü proqram təminatını vaxtında və tam işlək vəziyyətdə iddiaçıya təqdim etmədiyi üçün, iddiaçı öz biznes fəaliyyətinin qurulmasını təmin etmək məqsədilə başqa icraç ı taparaq, onun tərəfindən bir aya hazırlanmış proqram təminatından yararlanmışdır. Məhz bundan sonra hazırkı cavabdehlə mübahisə açılmışdır. Cavabdeh isə 30-45 günə təhvil verməli olduğu proqram təminatını 8 aya başa çatdıra bilməmişdir. Proqram təminatı vahid sistem olduğuna görə onu hissələrə bölməklə, iddiaçının biznes fəaliyyətini təşkil etmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmış, iş üzrə alınmış ekspert rəyinin digər sübutlar ilə birlikdə qiymətləndirərək, işin faktiki hallarını tədqiq və təhlil edərək, maddi və prosessual qanunun tələblərinə tam əməl edərək qanuni və ədalətli qətnamə qəbul etmişdir. Kassasiya baxışının hədləri:
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübah isələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 42 5-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 752.1-ci maddəsinə əsasən podra t müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1- ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hall arın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 49. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və o byektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi mübahisələndirilən hissədə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
51. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, tərəflər arasında bağlanmış “Cubics BMS” proqram təminatı üçün lisenziyanın alqı-satqı müqaviləsi mahiyyət etibarı ilə podrat müqaviləsidir və mübahisəyə Mülki Məcəllənin bununla bağlı müvafiq müddəaları tətbiq edilməlidir.
52. Həmçinin kassasiya kollegiyası razılaşır ki, hazırkı mübahisə podratçı tərəfindən icra olunmuş işin qüsurlu olub-olmaması ilə bağlıdır.
53. Belə ki, iddia ərizəsində iddiaçı sifarişin ümumiyyətlə icra edilməm əsini göstərsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, müqavilə üzrə nəzərdə tutulan proqram təminatı faktiki icra olunmuş, mübahisə bu proqramın lazımi keyfiyyətdə olmaması, müqaviləyə 1 saylı Əlavədə göstərilən texniki tapşırığa cavab verməməsi, qüsurlu olması ilə bağlı olmuşdur.
54. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını müəyyən edərkən əsaslı olaraq Mülki Məcəllənin 762 və 765-ci maddələrinə istinad etmişdir.
55. Lakin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbində irəli sürülən halların bu normaların dispozisiya şərtlərinə uyğun olubolmamasını tam araşdırmamış, bununla bağlı tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət verməmişdir.
56. Belə ki, Mülki Məcəllənin 765-ci maddəs inin dispozisiya şərtlərinə əsasən sifarişçinin müqavilədən imtina etməsi və çəkdiyi xərcləri podratçıdan tələb olunması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1. məmulat qüsurlu olmalı; 2. bu qüsur barəsində podratçıya məlumat verilməklə, onun aradan qaldırılması üçün əlavə vaxt verilməli; 3. müəyyən olunan müddət ərzində qüsur tamamilə aradan qaldırılmamalıdır.
57. Hazırda kassator qeyd olunan halların hər birinin mövcudluğunu mübahisələndirir.
58. Qanunun bu normasının 1-ci halının mövcudluğu Mülki Məcəllənin 762-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad say ılır.
59. Hazırkı iş üzrə tərəflər arasında bağlanılan podratın nəticəsinin keyfiyyəti – proqram təminatının texniki göstəriciləri müqavilənin 1 saylı Əlavəsi ilə şərtləndirilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi podratın qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə kompüter-texniki ekspertizası keçirmiş və iddianı təmin edərkən mövqeyini həmin rəy ilə əsaslandırmışdır. (bax bənd 33)
61. Lakin bu zaman, məhkəmə ekspert rəyində gəlinən nəticələri yalnız sadalamaqla kifayətlənmiş, həmin rəyi işdə olan digər sübutlarla əlaqəli qiymətləndirməmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal d a ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
63. Hazırkı iş üzrə ekspert rəyində cavabdeh tərəfindən tərtib olunmuş proqramda müqaviləyə aid texniki tapşırığın tələblərinə uyğun olmayan bir sıra bəndlərə istinad olunsa da, həmin uyğunsuzluqların müqavilənin qüsurlu olub-olmamasına dəlalət etməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.
64. Belə ki, görülən işlə müqavilədəki formal tələblər arasında uyğunsuzluqlar olması hələ işin qüsurlu icra olunması kimi qiymətləndirilə bilməz. Həmin uyğunsuzluqlar görülən işin mahiyyətindən irəli gəlməklə, proqram təminatının funksionallığının azalmasına və ya əksinə artmasına, p roqramla işləməsinin mürəkkəbləşməsinə və ya sadələşdirilməsinə səbəb ola bilər, bəzi hallarda isə formal (misal üçün proqram təminatının səhifə və bölmələrinin adlarının başqa cür ifadə edilməsi, bölmələrin ardıcıllığının texniki şərtə uyğun sıralanmaması və s.) və asanlıqla aradan qaldırılan ola bilər.
65. Kassasiya kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi ekspert rəyində qeyd olunan hər bir uyğunsuzluq üzrə tərəflərlə, zərurət bilindiyi halda isə ekspertlə müzakirə aparmalı, həmin uyğunsuzluqların proqram təminatının normal və müqavilədə göstərilən tələblərə uyğun işləməsinə maneə olub-olmaması müəyyən etməli və bunun nəticəsində işin qüsurlu görülüb-görülməməsinə hüquqi qiymət verilməli idi ki, iş materiallarından belə araşdırma aparılması müəyyən olunmur.
66. Digər tərəfdə n, cavabdeh müqavilə ilə müəyyən olunan vaxtda və keyfiyyətdə icra olunmasını onunla əsaslandırmışdır ki, proqram təminatı iddiaçıya təhvil verilmiş, həmin proqramdan istifadə ilə bağlı iddiaçının əməkdaşlarına təlimlər keçirilmiş, sonuncu işi qəbul etdikdən sonra isə müqavilə şərtlərinə uyğun müvafiq muzdu tam ödəmişdir.
67. Birinci instansiya məhkəməsində proqram təminatına baxış keçirilmiş və bu zaman, proqram təminatı vasitəsilə endirimli satış qaiməsinin hazırlanması prosesi göstərilmiş, “məhsul nümunəsi” bölməsi nümayiş olunmuş, eləcə də məhsul nümunəsi şablonunun iddiaçının nümayəndəsi tərəfindən 2022-ci il 05 sentyabr tarixdə cavabdehin nümayəndəsinə göndərilməsini təsdiq edən məktub və əlavəsi göstərilmişdir.
68. Həmçinin, birinci instansiya məhkəməsi iş materiallarında olan "xxxx " yazışmaları və "xxxx" səsli danışıqların qeyd edildiyi flash-diskə və “DVD RW” diskə baxış keçirmiş və müəyyən etmişdir ki, 2022-ci il 02 iyun tarixdə Cavabdeh MMC ilə (Jalil Aliyev) İddiaçı MMC arasında (Elektron ünvan ) aparılmış “e-mail” yazışmaları əsasında Elektron ünvan email ünvanına təlim videoları və səs yazıları göndərilmiş, “Rashad Novator” adlı "xxxx" istifadəçisi (iddiaçı MMC-nin direktoru Çavqalov Rəşad) ilə “Jalil B.Cubics” adlı "xxxx" istifadəçisi (cavabdehin nümayəndəsi Nümayəndə4), “Mircelal Cubics” adlı "xxxx" istifadəçisi (cavabdeh MMC-nin əməkdaşı Mircəlal Mövsümov) arasında aparılan "xxxx" yazışmalarında 2022-ci il 20 iyun tarixdə X1 Çavqalova tapşırıq siyahısı üzrə əlavə qeydlər (X3 adlı fayl) göndərmiş, 2022-ci il 17 sentyabr tarixdə X1 Çavqalova sistem üçün laz ım olan məlumatların (işçilərin siyahısı, müştəri bazası və məhsul bazasını) Excel faylda göndərilməsini xahiş etmiş və Rəşad Çavqalov “əməkdaşlar.xlsx” və “nomenklatura.xlsx” adlı faylları Mircəlal Mövsümova göndərmiş, 2022-ci il 21 sentyabr tarixdə X2 Mövsümova müraciət edərək, nə vaxt başlayacaqlarını soruşmuşdur. "xxxx" vasitəsilə ilə aparılan danışıqlarında isə 2022-ci il 12 sentyabr tarixində X1 Çavqalova taskların bitirildiyini, 1-2 məsələ qaldığını, sabah səhər əlaqə saxlayıb danışacaqlarını bildirmiş, 2022-ci il 21 sentyabr tarixində isə X1 Çavqalova sistemin hazır olduğunu, sistemin onlar tərəfindən hazırlandığını, Rəşad Çavqalov tərəfindən göndərilən excel faylları üzrə işçilərin, partnyorların və məhsulların siyahısının sistemə idxal olunduğunu, yalnız son tarixə əsasən partnyo r borcları və məhsulun son tarixə stock sayı sistemə əlavə olunmalı olmasını, həmin məsələlərin (son tarixə əsasən partnyor borcları və məhsulun son tarixə stock sayı) sistemə əlavə olunması ilə bağlı həftənin axırına Fazil bəylə danışmasını və bir daha sistemin tam hazır olduğunu bildirmişdir.
69. Birinci instansiya məhkəməsinin iclasında “DVD-R” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə Rəşad Çavqalova və İddiaçı MMC-nin digər əməkdaşına “Cubics BMS” Proqram təminatı sistemi barədə meet.google.com portalı üzərindən online-video təlim keçirilmişdir.
70. Lakin, apellyasiya məhkəməsi cavabdehin etirazının dəlillərinin əsasını təşkil edən bu sübutlara ümumiyyətlə hüquqi qiymət verilməmiş, yalnız ekspert rəyinə istinad edilməklə, proqram təminatını n qüsurlu olması qənaətinə gəlmiş, cavabdehin dəlillərinin mübahisənin həlli üçün əhəmiyyət kəsb etmədiyini göstərmişdir.
71. Halbuki, podrat müqaviləsi üzrə işin qüsurlu görünməsi müəyyən olunsa belə, proqram təminatı iddiaçıya təhvil verildikdən və onun istifadəsində olduqdan, o cümlədən istifadə ilə bağlı təlimlər keçirildikdən sonra iddiaçının proqramda ekspert rəyində sadalanan və ya başqa qüsurların olması barədə cavabdehə pretenziya yollaması, həmin qüsurların aradan qaldırılmasını tələb etməsini və buna vaxt verilməsi, bu vaxt ərzində cavabdehin nöqsanları aradan qaldırmaması, yəni Mülki Məcəllənin 765-ci maddəsinin dispozisiya şərtinin ikinci və üçüncü hallarının hazırkı iş üzrə müəyyən olunması apellyasiya məhkəməsi əsaslandırmamışdır.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir k i, iddiaçının 2022-ci il 21 iyul, 2022-ci il 12 sentyabr və 2022-ci il 04 oktyabr tarixlərdə verdiyi əlavə tapşırıqların qüsur barədə məlumat olub-olmasına əlavə qiymət verilməlidir.
73. Belə ki, ilk olaraq həmin tapşırıqların müqavilənin tərkib hissəsi olan Əlavə-1 ilə əhatə olunub-olunmaması, yəni həmin Əlavədə nəzərdə tutulan texniki şərtlərin düzgün icra olunmamasından irəli gəlib-gəliməməsi və ya əlavə tələb olması araşdırılmalıdır.
74. Digər tərəfdən, əlavə tapşırıqlar işin qüsuru ilə bağlı olsa belə, onların ekspert rəyinə görə icra edilməyən hissələrinin bu qərarın 63-cü bəndindəki meyarlara uyğunluğuna hüquqi qiymət verilməlidir.
75. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına hüquqi qiymət verilərkən, tərəflər arasında bağlanan podrat müqaviləsi ilə yaradılan proqra m təminatının və ondan istifadənin xüsusatları nəzərə alınmalıdır. Belə ki, proqram təminatının istifadəsi zamanı mütəmadi olaraq əlavə tələblərin ortaya çıxması istisna olunmur. Məhz bu hallar nəzərə alınmaqla, müqavilədə proqramın fasiləsiz işlənməsi üçün yeniliklərin yüklənməsi (update), proqramın mütəmadi texniki dəstəyin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
76. Belə, yeniliklərin ortaya çıxması və proqramın fəaliyyəti üçün əlavə texniki dəstəyin tələb edilməsi Mülki Məcəllənin 765-ci maddəsi ilə nəzərdə tutulan qüsur kimi dəyərləndirilməsi, müqavilənin mahiyyətinə zidd və iddiaçı tərəfindən hüquqdan suiistifadə kimi qiymətləndirilə bilər.
77. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5- ci maddələrinin tələblərini pozmaqla, ekspert rəyində göstərilən nəticələrin işdə olan digər sübutlara uyğunluğunu araşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, maddi hüquq normanı iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq etməmişdir.
78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə işt irakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
80. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sada lanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
81. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin podrat müqaviləsi üzrə işlərin qüsurlu görüb-görməməsinin müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
82. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbl əri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-39/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.