Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-548/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)455/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLAR İ
1. Satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 13 sentyabr tarixli AFF-83-21 nömrəli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən: - Bu müqavilənin mövzusu icraçı tərəfindən vərəqə şüşənin sifarişçinin mülkiyyətinə verilməsini təmin etməkdir (1.1-ci bənd). - Bu müqavilənin qiyməti icraçı tərəfindən faktiki təhvil verilən malların dəyəri ilə müəyyən edilir və qiymət razılaşma protokolu bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. Malın qiymətində dəyişiklik baş verdikdə qiymət razılaşdırma protokolu ilə tənzimlənir (2.1-ci bəndi). - Malların dəyəri təhvil verilən zaman mövcud qiymətlər alınmaqla təyin edilir (2.2-ci bənd). - Sifarişçi malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürür (2.3-cü bənd). - İcraçı bu müqavilə ilə müəyyən olunmuş m alı sifarişçinin mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı sifarişçi ilə qarşılıqlı təsdiq edir (3.1-ci bənd). - Sifarişçi malları icraçıdan qaimə-faktura əsasında təhvil alır (4.1-ci bənd).
2. Aşağıdakı təhvil-təslim aktı adlı sənədlərdən görünür ki, 2021-ci ildə aşağıdakı həcmdə və miqdarda məhsullar İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır: - 21 sentyabr tarixində 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, clear, 8 mm, LES, 3210x6000 M1); - 22 sentyabr tarixində 1.348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1); - 27 sentyabr tarixində 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, c lear, 8 mm, LES, 3210x6000 M1); - 1 oktyabr tarixində 1.348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1) 3. 2021-ci il 5 oktyabr tarixli, EBBK seriyalı elektron qaimələrdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) aşağıdakı kimi olmuşdur: - 239597 nömrəli elektron qaimə üzrə 11.759,76 manat; - 242494 nömrəli elektron qaimə üzrə 11.454,31 manat; - 243097 nömrəli elektron qaimə üzrə 11.759,76 manat; - 243372 nömrəli elektron qaimə üzrə 11.454,31 manat. 4. 2022-ci il 15 iyul tarixli MŞB/10-00071 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə sənəddən görünür ki, Cavabdeh MMC-yə sessiyanın tarixi, saatı və yeri barədə 8 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı QSC tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödəmişdir.
5. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 22 avqust tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış 2021-ci il 13 sentyabr tarixli AFF-83-21 nömrəli alğı-satqı müqavilə əsasında yaranmış 57.882,45 manat məbləğində borcun 5 gün müddətində İddiaçı QSC-yə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 10 oktyabr t arixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 57.882,45 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 4.485,88 manat olmaqla, cəmi 62.368,33 manat məbləğində pul vəsaitinin, 200 manat məcburi ilkin mediasiya xərci və 77,1 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 13 sentyabr tarixli AFF-83-21 saylı müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən müqavilə üzrə tam icra olunsa da, cavabdeh tərəfindən hələ də icra edilməmiş, cavabdehə verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, 57.882,45 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Tərəflər arasında təsdiq e dilmiş təhvil-təslim aktlarından görünür ki, müxtəlif həcmdə olan şüşə məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin məhsullar təhvil-təslim aktlarında göstərilən həcmlərdə cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 57.882,45 manat pul vəsaitini qanunsuz saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunan uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 7,75 faiz miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Belə olduğu halda həmin məbləğ 4.485,88 manat təşkil etmişdir (57.882,45 x 7,7 5 faiz=4.485,88).
8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 443.1, 449, 567, 598.1, 598.2, 598.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 26.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
10. Cavabdeh 2023-cü il 12 yanvar tarixdə Bakı Kommersiya Məhkəməsinə vəsatət təqdim edərək, məhkəmə - mühasibatlıq və məhkəmə - xətşünaslıq ekspertizalarının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 yanvar tarixli e-2-2(113)-199/2023 saylı qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir (hakim – Z.Axundova).
12. Bakı Kommersiya Məhkəməsini n 2023-cü il 18 yanvar tarixli e-2-2(113)-199/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 46.428,14 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 3.598,18 manat, 200 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,84 manat olmaqla, cəmi 50.288,16 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Axundova).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində 57.882,45 manat məbləğində pulun cavabdeh tərəfindən sonuncuya ödənilməməsini iddia etmiş olsa da, bununla bağlı iş materiallarına həmin faktı təsdiqləyəcək 4 ədəd elektron qaimə və 4 ədəd təhvil təslim aktı (Qeyd: inşa materiallarına iddiaçı tərəfindən təqdim edilmiş təhvil təslim aktları 5 ədəd olmuş olsa da, onlardan 2 ədədi eynilik təşkil etmişdir) təqdim etmişdir. Həmin sənədlərlə də cavabdehin iddiaçıya 46.428,14 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. İddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün faizin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehdən gecikdirilmiş vaxt üçün 3.598,18 manat (46.428,14 manat əsas borcun 7,75 faizi=3.598,18 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 449.1, 449.2, 567, 598.1, 598.2, 598.3-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh 2023-cü il 9 mart tarixdə apellyasiya şikayəti verərək, həmin qə tnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 22(103)-455/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələr və təhvil-təslim aktları ilə təsdiq olunmuşdur. Tərəflər arasında MM -in tələbinə uyğun olaraq bağlanılmış alğı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. İddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 3.598,18 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur (46.428,14 x 7,75 faiz=3.598,18).
18. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməsini, o cümlədən iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin cavabdehə göndərilməsini təsdiq edən sənədlər iddia ərizəsinə qoşma olaraq “Elektron Məhkəmə” İnformasiya Sisteminə yüklənmişdir. Həmçinin Bakı 10 saylı Mediasiya Təşkilatının MŞB/10-00071 nömrəli 2022-ci il 15 iyul tarixli arayışında da qeyd olunmuşdur ki, "xxxx" ММС ilkin mediasiya sessiyasının tarixi, saatı və уеri barədə 8 gün əvvəlcədən poçt vasitasilə məktub göndərilməklə məlumatlandırılmışdır.
19. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki borc məbləğini iddiaçı tərəfindən təqdim edilən 4 ədəd elektron qaimə və 4 ədəd təhvil-təslim aktına əsasən sadə riyazi hesablama ilə hesablamaq mümkün olmuşdur. Həmin sənədlərlə də cavabdehin iddiaçıya 46.428,14 manat məbləğində borcunun olması müəyyən edilmişdir.
20. Təhvil-təslim aktlarının cavabdeh tərəfindən təsdiq olunmaması ilə bağlı dəlillərə dair məhkəmə qeyd etmişdir ki, həmin təhvil-təslim aktlarında cavabdehin adından təhvil alan şəxs qismində sürücü Kazım Cabbarovun adı qeyd olunmuş və imza edilmişdir. Birinci instansiya məhkəmə sində və apellyasiya şikayətində həmin şəxslə bağlı dəqiq məlumatlar, yəni həmin şəxsin cavabdeh təşkilatda işləyib-işləməməsi və bundan asılı olaraq aktlardakı imzalarla bağlı aydın mövqe göstərilməmişdir. Apellyasiya baxışı zamanı Kazım Cabbarovun təhvil-təslim aktlarının tərtib olunduğu tarixlərdə cavabdehin yanında işləyib-işləməməsi barədə məlumatların, işləmədiyi halda həmin tarixdə fəaliyyət göstərən cavabdehin bütün işçilərin ad, soyad və ata adlarının əks olunduğu ştat cədvəllərinin məhkəməyə təqdim edilməsi üçün sonuncudan tələb edilmiş, lakin cavabdeh bu məsələyə heç bir münasibət bildirməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. MPM-in maddəsində təsbit olunmuşdur ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəm ə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmin aktlardakı imzaların cavabdehin əməkdaşına məxsus olması müəyyən olunmuş hesab edilmişdir.
21. Malların təhvil verilməməsinə dair məhkəmə qeyd etmişdir ki, cavabdeh malları təhvil almasaydı, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı, bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, o cümlədən təhvil-təslim aktlarını təsdiq etməzdi. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, içraçının vəzifələrindən biri müqavilə ilə müəyyən olunmuş “malı” “Sifarişçinin” mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı “Sifarişçi” ilə qarşılıqlı təsdiq etməsi olmuşdur ki, müqavilədə də m alların təhvil-təslim aktı əsasında deyil, qaimə-faktura əsasında təhvil verilməsi müəyyən edilmişdir. İddiaçı da elektron qaimələr əsasında malları təhvil vermiş, cavabdeh isə həmin qaimələrə etiraz etmədiyi üçün dolayısı ilə təsdiq etmişdir. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh bir tərəfdən malların təhvil verilmədiyinə istinad edir, digər tərəfdən isə ilkin mühasibatlıq sənədləri əsasında cavabdehin iddiaçıya hansı məbləğdə borcunun olması məsələsinin dəqiqləşdirilməsi məqsədi ilə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verir. Göründüyü kimi, cavabdehin iddiaya qarşı etirazı özü-özlüyündə ziddiyətlidir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 449.1, 449.2, 567, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabine tinin “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2021ci il 2 fevral tarixli Qərarının 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 16 iyun tarixdə tərəflərə göndərilmiş və tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
24. Cavabdeh 2023-cü il 8 avqust tarixdə kassasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsinin ləğv edilməsini və iddia tələbinin tamamilə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 405.1-ci maddəsi üzrə - Tərəflər arasında bağlanmış 2021-ci il 13 sentyabr tarixli AFF-83-21 say lı müqavilənin bəndlərinə əməl olunmamışdır. Belə ki: 1) İcraçı tərəfindən indiyədək müqavilə üzrə heç bir öhdəlik yerinə gətirilməmiş, cavabdehə həmin məhsullar təqdim edilməmişdir. 2) Müqavilənin 2.1-ci bəndinə əsasən “Bu müqavilənin qiyməti “İcraçı” tərəfindən faktiki təhvil verilən “mallar”ın dəyəri ilə müəyyən edilir, və qiymət razılaşma protokolu bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. “Mal”ın qiymətində dəyişiklik baş verdikdə qiymət razılaşdırma protokolu ilə tənzimlənir”. Lakin iddiaçı ilə aramızda protokol imzalanmamışdır və göründüyü kimi, iddiaçı iş materiallarına heç bir qiymət razılaşdırma protokolu əlavə etməmişdir. Belə olan halda sual yaranır ki, tərəflər arasında həmin malların təhvil verilməsi şərtləri, yəni onların miqdarı, qiyməti və digər məlumatlar hansı sənədl ə müəyyən olunmuşdur. 3) Müqavilənin 3.1-ci maddəsinə əsasən, İcraçının vəzifələrindən biri müqavilə ilə müəyyən olunmuş “malı” “Sifarişçinin” mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı “Sifarişçi” ilə qarşılıqlı təsdiq etməsidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən isə, Sifarişçi “Mallar”ı “İcraçı”dan qaimə-faktura əsasında alır. Lakin göründüyü kimi, iddiaçı tərəfindən qaimə-fakturalar tərtib olunsa belə, həmin sənədlər tərəfimizdən təsdiq olunmamışdır. Yəni həmin sənədlərin tərtib olunması İcraçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi hesab olunmur. 4) Müqavilənin 3.4-cü maddəsinə əsasən, “İcraçı” satdığı “malı” aidiyyəti sənədlərlə birlikdə “Sifarişçi”yə təqdim edir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən bizə nə mal təqdim edilmiş, nə də ki, aidiyyəti sənədlər. İddia çı tərəfindən iş materiallarına əlavə olunan təhvil-təslim aktları isə göründüyü kimi, şirkət tərəfindən möhürlənməmiş, cavabdehin nümayəndələri tərəfindən imzalanmamışdır. Buna görə də məhkəmə həmin aktları sübut qismində nəzərə ala bilməzdi. Bundan əlavə, tərəfimizdən iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi və ekspert qarşısında təhvil-təslim aktlarında olan imza və xətt nümunələrinin kimə məxsus olması barəsində vəsatətin təqdim olunmasına baxmayaraq, məhkəmə həmin vəsatəti əsassız olaraq təmin etməmişdir. 5) Müqavilənin 3.7-ci bəndinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan “mal”ın haqqının ödənişinin vaxtında edilməsini “Sifarişçi”dən tələb etmək hüququna malikdir. Qeyd olunanlara baxmayaraq iddiaçı tərəfindən bizə borc tələbi ilə bağlı heç bir məlumat verilməmi şdir. Ümumiyyətlə, həmin hüquqi şəxsin bizə qarşı tələbinin olduğu tərəfimizdən məhkəmə mübahisəsi ilə bağlı məlumat əldə olunduqdan sonra aşkar olunmuşdur. 26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6 və 21.8-ci maddələri üzrə - Mediasiya təşkilatından iştirak edilməməsi barədə 2022-ci il 15 iyul tarixli arayış təqdim olunmasına baxmayaraq, cavabdehin həmin mediasiya sessiyasının keçirilməsi barədə məlumatı olmamış və həmçinin mediasiya təşkilatı tərəfindən cavabdehə hər hansı rəsmi məlumat verilməmişdir.
27. MPM-in 76.1, 76.2, 97.1-ci maddələri üzrə - Cavabdeh tərəfindən 2023-cü il 12 yanvar tarixində məhkəməyə müraciət olunaraq xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş edilmiş, lakin birinci instansiya məhkəməsinin qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş təhvil-təslim aktlarında cavabdehin möhürü olmadığı və imzaların müvafiq şəxslər tərəfindən imzalanması sual altında olduğu üçün ekspertizanın təyin olunması zəruriliyi yaranmış və cavabdeh tərəfindən vəsatətlə ətraflı əsaslandırma qəbul olunmasa idi belə, həmin aktlar sübut qismində qəbul edilməzdi. Apellyasiya məhkəməsi də qəbul olunmuş qətnaməsində əsasız olaraq ekspertizanın təyin edilməsi üçün heç bir zərurətin olmadığını qeyd etmişdir.
28. MPM-in 150.2-ci maddəsi üzrə - İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər göndərilməmiş və ya bu barədə cavabdehə məlumat verilməmişdir. İddiaçı məlumatın göndərilməsi barədə “Elektron Məhkəmə” Sisteminə heç bir sənəd yükləməmiş və məhkəmə tərəfindən araşdırma ap arılarkən qeyd olunan hala nəzər yetirməmişdir.
29. MPM-in 4.6-cı maddəsi üzrə - İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi barədə sənədin təqdim olunmasına baxmayaraq, həmin sənəd “Mediasiya haqqında” Qanunun normalarına əməl olunmadan təqdim edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə təklif göndərilməmiş, mediasiya təşkilatından sonuncuya rəsmi bildiriş göndərilməmişdir.
30. MPM-in 14.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, təhvil-təslim aktlarını alan şəxs Cabbarov Kazım cavabdehin əməkdaşı kimi hesab olunmuşdur. Lakin iddiaçı tərəfindən həmin şəxsin həqiqətən də cavabdehin əməkdaşı olması barədə heç bir əsaslı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən işçilərin ştat cədvəlinin təqdim edilməməsi isə hər bir halda iddianın qəbul edi lməsi və ya iddiaçının təqdim etdiyi sənədlərin doğruluğunun təsdiq edilməsi kimi qiymətləndirilə bilməz.
31. MPM-in 14.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan təhvil-təslim aktlarına tərəfimizdən möhür vurulmamışdır. Həmin aktlarda olan imzalar isə imza səlahiyyəti olan şəxslər tərəfindən atılmamışdır. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən müqavilənin maddələrinə əməl olunub-olunmamasını və buna əsasən iddianın əsaslı olub-olmaması məsələsini araşdırmamışdır. Belə ki, iddiaçı ilə aramızda müqavilədən başqa tərəfimizdən təsdiqlənən heç bir sənəd olmamış, ümumiyyətlə tərəf c avabdehə həmin sənədlərin mövcudluğu barədə məlumat verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halla rı yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşd irilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Ban kı müəyyənləşdirir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşa ğıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları... 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyət li olan halları müəyyən olunmuş hesab edə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.” III. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. İddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə cəmi 62.368,33 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
40. Kassatoun dəlillərinə görə, iddiaçı tərəfindən, təhvil-təslim aktlarını imzalamış Cabbarov Kazımın həqiqətən də cavabdehin əməkdaşı olması barədə heç bir əsaslı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən işçilərin ştat cədvəlinin təqdim edilməməsi isə hər bir halda iddianın qəbul edilməsi və ya iddiaçının təqdim etdiyi sənədlərin doğruluğunun təsdiq edilməsi kimi qiymətləndirilə bilməz.
41. Məhkəmə kollegiyası həmin dəlilləri aşağıdakı səbəblərdən əsassız hesab edir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlun olur ki, iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarında cavabdehin adından təhvil alan şəxs qismində sürücü Kazım Cabbarovun adı qeyd olunmuş və imza edilmişdir.
43. Əgər cavabdeh təşkilat həmin şəxsin onun işçisi olmadığını iddia edirdisə, bunu təsdiq edən sübutu iddiaçı deyil, MPM-in 77.1-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə uyğun olaraq, məhz cavabdeh məhkəməyə təqdim etməli idi.
44. Lakin mübahisələndirilən qətnamədən məlum olur ki, birinci instansiya məhkəməsində və apellyasiya şikayətində həmin şəxslə bağlı dəqiq məlumatlar, yəni həmin şəxsin cavabdeh təşkilatda işləyib-işləməməsi və bundan asılı olaraq aktlardakı imzalarla bağlı aydın mövqe göstərilməmişdir. Bu baxımdan, apellyasiya baxışı zamanı Kaz ım Cabbarovun təhvil-təslim aktlarının tərtib olunduğu tarixlərdə cavabdeh təşkilatda işləyib-işləməməsi barədə məlumatların, işləmədiyi halda həmin tarixdə cavabdeh təşkilatda fəaliyyət göstərən bütün işçilərin ad, soyad və ata adlarının əks olunduğu ştat cədvəllərinin məhkəməyə təqdim edilməsi sonuncudan tələb edilmiş, lakin cavabdeh bu məsələyə heç bir münasibət bildirməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
45. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən aktlardakı imzaların cavabdehin əməkdaşına məxsus olmasını müəyyən olunmuş hesab edərkən MPM-in 106.2-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə uyğun şəkildə hərəkət etmiş, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
46. Kassasiya şikayətində göstərilən digər eyniməzmunlu dəlillər isə apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
47. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
48. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin digər dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-455/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-455/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.