Məhkəmə qərarları › İş №2-2(102)-548/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-548/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-548/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehə qarşı “borcun ödənilməsi və lizinq predmetinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(103)-533/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxı lmışdır. İşin halları 1. "xxxx" BOKT MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 2022-ci il 9 mart tarixində YYYY nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. - 8.2-ci bəndinə əsasən, lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27.841 manatdır, bu məbləğdən 7.591 manat lizinq verənin mükafatını təş kil edir. - 12.1.3-cü bəndinə görə, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdiribsə, lizinq verən lizinq obyektini geri tələb edə bilər. - 13.1-ci bəndinə əsasən, maliyyə lizinqinin müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə lizinq alan lizinq obyektini öz mülkiyyətində əldə edə bilər. 3. "xxxx" MMC-yə məxsus “Hyundai İX-35” minik markalı ** PN *** qeydiyyat nişanlı avtomobil 2022-ci il 9 mart tarixli təhvil-təslim aktı əsasında Cavabdeh verilmişdir. 4. "xxxx" MMC (kreditor) ilə Cavabdeh (borclu) arasında 2024-cü 4 iyun il tarixində 4178/2 nömrəli lizinq (restrukturizasiya) müqaviləsi imzalanmışdır.

5. H əmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixinə 13.957 manat qalıq məbləğini ödəməsi məqsədilə 13.957 manat güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. 6. 2024-cü il 4 oktyabr tarixli maliyyə arayışına görə, 2024-cü il 4 iyun tarixində müqavilə üzrə Cavabdeh 13.957 manat əsas borcu, 1.108,22 manat faiz borcu (mükafat), 50,75 manat cərimə borcu vardır. 7. 2024-cü il 16 dekabr tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh həmin tarixinədək 14.502 manat ödəniş etmişdir, qalıq borc məbləği 13.956,29 manat təşkil edir. 8. "xxxx" MMC hazırda İddiaçı BOKT MMC adlanır. İş üzrə mə hkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) 2024-cü il 15 oktyabr tarixində Cavabdeh (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 4 iyun tarixli 4178/2 nömrəli Lizinq (restrukturizasiya) müqaviləsi üzrə 13.957 manat əsas borc, 1.108,22 manat faiz borcu, 50,75 manat cərimə borcu olmaqla, cəmi 15.115,97 manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, lizinq predmetini təşkil edən “Hyundai İX-35” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2 022-ci il 9 mart tarixində ML/3696 nömrəli maliyyə lizinqi müqaviləsinə əsasən, cavabdehə 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı, KMHJT81EDEU951511 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh uzun müddət lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş və müraciəti əsasında onunla 2024-cü il 4 iyun tarixində 4178/2 nömrəli lizinq (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, kreditor borcalanın vaxtı keçmiş əsas kredit borcunun - müqavilə imzalanan tarixə 13.957 manat qalıq məbləği ödəməsi məqsədilə 13.957 manat güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyin i tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2024-cü il 4 iyun tarixli lizinq (restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərini də gecikdirərək yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borc ödənilmir.

11. Bakı Kommersiya Məhkəməsi 2025-ci il 17 fevral tarixli 2-2(113)-720/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 13.957 manat, mükafat borcu üzrə 1.108,22 manat, cərimə borcu üzrə 50,75 manat olmaqla, ümumilikdə 15.115,97 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim - K.Hüseynov).

12. Məhkəmə iddianı lizinq predmetini təşkil edən “Hyundai İX-3 5” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində təmin etməmiş, bununla əlaqədar qeyd etmişdir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. Lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafı və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.

13. Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, d a verilmiş lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyətinə uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425, 747.1, 748-1.12, 748-1.12.4 və 748-2.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 74 7-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin - iddia tələbinin təmin olunmayan hissəsində ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(103)-533/2025 nömrəli qətnaməsi ilə apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

17. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

18. Birinci instansiya məhkəməsi lizinq müqaviləsinin ikili təbiətinə əsaslanaraq, iddiaçının yalnız lizinq müqaviləsi üzrə lizinq ödənişləri tələb etmək hüququnun olması qənaətinə gəlmişdir.

19. Tərəflər arasında bağlanmış müqavilədən aydın şəkildə görünür ki, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl ol araq iki dəfədən artıq ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdiribsə, lizinq verən lizinq obyektini geri tələb edə bilər. Bu şərt tərəflər arasında razılaşdırılmış müddəa olmaqla yanaşı, birbaşa olaraq mülki qanunvericiliyin tənzimləməsindən irəli gəlir.

20. Bu xüsusatda kollegiya qeyd etmişdir ki, qanunvericinin bu tənzimləmə ilə güdmək istədiyi məqsəd məhz lizinq alanlar tərəfindən müqavilə üzrə sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir. Qüvvədən düşmüş “Lizinq xidməti haqqında” Qanunda lizinq verənin bu cür hüququ müəyyənləşdirilməmiş, lakin mülki sahədə təşəkkül tapan islahatlar nəticəsində yeni MM-də lizinq verənin bu hüququ təsbit olunmuşdur. Başqa sözlə, qanunverici də məhz bu boşluğu doldurmaq məqsədi ilə lizinq alanları intizamlandırmaq üçün sonradan lizinq verən in lizinq obyektini geri tələb etmək hüququnu müəyyən etmişdir.

21. MM-in və Konstitusiya Məhkəməsinin Qərarından çıxış edərək Ali Məhkəmə hesab etmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Bununla belə, bu hüquq mütləq xarakter daşımır və hər bir halda həm mülki hüququn təməl prinsiplərinə, həm də lizinq müqaviləsinin təbiətinə uyğun olaraq həyata keçirilməlidir.

22. Göründüyü kimi lizinq müqaviləsinin fərqləndirici xüsusiyyəti və mülki hüquq münasibətlərində cəlbediciliyi məhz lizinq alanın sonradan lizinq obyektini satınalma hüququnun olmasıdır.

23. Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizi nq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Bu baxımdan, lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan (bir hissə isə artıq ödənildiyindən) lizinq obyektinin geri qaytarılmasına dair tələbin təmin olunmasının maddi hüquqi əsası ola bilməz.

24. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı müqavilənin ləğvi tələbini irəli sürmədən, lizinq obyektinin faktiki istifadə edildiyi vaxtadək deyil, bütövlükdə lizinq obyektinin dəyəri üçün ödənilməli olan borcu tələb etmişdir.

25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsini n iddia tələbinin lizinq obyektinin geri qaytarılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticə tərəflər arasında bağlanmış müqavilənin 12.1.3-cü bəndinə uyğun olmuş, MM-in 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbləri pozulmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 390.5, 425, 747.1, 747.3, 748-1.8, 748-2.1, 748-1.12, 750-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli qərarlarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhk əmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli Qərardadının 44, 45, 48-ci bəndlərinə; MPM-in 14.2, 77.1, 88, 217.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

27. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 748-1.8-ci maddəsi üzrə - Məhkəmə lizinq müqaviləsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edərək lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alaraq lizinq verənə qaytarılmasını təmin etməməklə maddi hüquq normasını pozmuşdur.

29. MM-in 748-1.12.4-cü maddəsi üzrə - “Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavi lə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə” - cavabdeh 2024-cü il 4 iyun tarixindən heç bir ödəniş etməmişdir. Cavabdehə 2024-cü il 18 sentyabr tarixində gecikdirilmiş lizinq ödənişlərinin ödənilməsi və lizinq obyektinin qaytarılmasına dair pretenziya göndərilmişdir. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan və təhvil-təslim aktı ilə ona təhvil verilmiş 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı, KMHJT81EDEU951511 ban nömrəli nəqliyyat vasitəsini geri qaytarmamış və nəqliyyat vasitəsi tapılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 4 iyun tarixli 1/2021 nömrəli “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi nin təmin edilməsinə dair” Qərardadının 47-ci bəndi yəni həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur.

30. MM 747.1-ci maddəsi üzrə - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarında da qeyd olunur ki, lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə h üquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, məhkəmə 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı, KMHJT81EDEU951511 ban nömrəli nəqliyyat vasitəsinin saz və işlək vəziyyətdə geri qaytarılmasını təmin etməli idi.

31. MPM-nin 218.1-ci maddəsi üzrə - Hakim iş üzrə təqdim etmiş sübutları düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan bütün halları ətraflı araşdırmadan qətnamə qəbul etmişdir.

32. MPM-nin 386-cı maddəsi üzrə - Məhkəmə işin sadalanan qanunvericilik normalarını tətbiq etməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul etməli olduğu halda maddi və prosessual hüquq normalarını pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

34. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbayca n Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

390. Müqavilə azadlığı... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə

425. Öh dəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdiri lmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.... 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.8. Lizinq müqaviləsinə xitam verildik dən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir....” “Maddə

750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.”

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir....”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 1 1 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir....”

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla d a, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır....”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...liz inq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir....”

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli Qərardadında aşağıdakılar göstərilmişdir: “... Bənd

44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Bənd

45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq öd ənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.... Bənd

48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz....”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayət inin dəlillərini əsassız hesab edir.

44. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

45. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

46. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən k obud prosessual hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 2-2(103)-533/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 may tarixli 22(103)-533/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar