Məhkəmə qərarları › İş №2-2(102)-549/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-549/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-549/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "borcun tutulması" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli 22(103)-529/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə: - Satıcı satır, alıcı isə bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir (1.1-ci bənd). - Bu müqavilənin spesifikasiya(lar)ında xüsusi şərtlər də nəzərdə tutula bilər (1.2-ci bənd). - Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir (1.3-cü bənd). - Bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtından əvvəl icrasına yol verilir (1.4-cü bənd). - Satıcı malın bu müqavilə v ə ona əlavələr üzrə razılaşdırılmış keyfiyyət və kəmiyyətə uyğun olması üzrə tam məsuliyyət daşıyır (1.5-ci bənd). - Bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir (2.1-ci bənd). - Qiymətin ödənişinin forması və qaydası bu müqaviləyə Spesifikasiya(lar)da müəyyən edilir (1.2-ci bənd). - Malın təhvil-təslimi və çatdırılması (daşınması) bu müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavə(lər)ində qeyd olunan şərtlər əsasında həyata keçirilir (3.1-ci bənd). - Alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mala baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər (3.1-ci bənd). - Mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayırlar (3.3-cü bənd). - Alıcı keyfiyyətsiz və ya k əmiyyətcə çatışmayan malı qəbul etməkdən imtina edə bilər (3.4-cü bənd). - Malın təhvil alınması və bununla bağlı təhvil sənədin imzalanması alıcını sonradan aşkar edilmiş malın keyfiyyətsiz və kəmiyyətcə çatışmayan olması ilə bağlı pretenziya hüququndan məhrum etmir (3.5-ci bənd).

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə Spesifikasiya və xüsusi şərtlər adlı 01 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd edilən satın alınacaq malın adı, ölçü vahidi və qiymətini razılaşdırmışlar. 3. 2020-ci il tarixli elektron qaimələrdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) aşağıdakı kimi olmuş dur: - 16 yanvar tarixli EBAF seriyalı 101816 nömrəli elektron qaimə üzrə 47.200 manat; - 30 yanvar tarixli EBAF seriyalı 713268 nömrəli elektron qaimə üzrə 43.660 manat; - 7 aprel tarixli EBAİ seriyalı 502558 nömrəli elektron qaimə üzrə 50.150 manat; - 28 aprel tarixli EBAJ seriyalı 264032 nömrəli elektron qaimə üzrə 35.400 manat; - 30 aprel tarixli EBAJ seriyalı 349613 nömrəli elektron qaimə üzrə 59.000 manat; - 15 may tarixli EBAJ seriyalı 943872 nömrəli elektron qaimə üzrə 147.500,01 manat; - 18 iyun tarixli EBAL seriyalı 261353 nömrəli elektron qaimə üzrə 40.120,01 manat; - 30 iyun tarixli EBAL seriyalı 779734 nömrəli elektron qaimə üzrə 2.360 manat; - 30 iyun tarixli EBAL seriyalı 794384 nömrəli elektron qaimə üzrə 94.400,01 manat; - 30 iyul tarixli EBAN seriyalı 036098 nömrəli elekt ron qaimə üzrə 19.942 manat; - 27 avqust tarixli EBAP seriyalı 221441 nömrəli elektron qaimə üzrə 70.800 manat; - 29 sentyabr tarixli EBAQ seriyalı 594169 nömrəli elektron qaimə üzrə 47.200 manat; - 26 oktyabr tarixli EBAR seriyalı 732587 nömrəli elektron qaimə üzrə 153.400 manat; - 27 noyabr tarixli EBAT seriyalı 155584 nömrəli elektron qaimə üzrə 141.600 manat.

4. İddiaçı MMC və Cavabdeh MMC arasında tətib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il 27 noyabr tarixli üzləşmə aktından görünür ki, 2020-ci il 8 yanvar tarixindən 2020-ci il 27 noyabr tarixi arasında dövrə aid Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17.103 manat, ƏDV borcu qismində 3.078,54 manat olmaqla, cəmi 20.181,54 manat borcu vardır.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 28 iyul tarixli pretenziya məktubunda borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 28 noyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə və 2020-ci il 27 noyabr tarixli üzləşmə aktına əsasən satılan mallara görə yaranan 17.103 manat, ƏDV borcu qismində 3.078,54 manat olmaqla, cəmi 20.181,54 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 8 yanvar tarixində bir tərəfdən iddiaçı (satıcı), digər tərəfdən cavabdeh (alıcı) arasında KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi imzalanmış, 2020-ci il 27 noyabr tarixində həmin müqavilə üzrə 2020-ci il 8 yanvar tarixindən 2020-ci il 27 noyabr tarixi arasında dövrə aid üzləşmə aktı tərtib edilmiş, həmin akt iddiaçının mühasibi, cavabdehin baş mühasibi və direktoru tərəfindən imzalanaraq təsdiqlənmiş və cəmiyyətlər tərəfindən möhürlənmişdir. Həmin akta əsasən cavabdehin iddiaçıya 2020-ci il 27 noyabr tarixinə olan ümumi əsas borc məbləği 17.103 manat, o cümlədən ƏDV borc məbləği 3.078,54 manat təşkil edir. ƏDV daxil ümumi borc məbləği 20.181,54 manat olaraq təsdiq olunur. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan m əbləği ödəmir. 2022-ci il 16 avqust tarixində elektron məhkəmə portalı və Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərin icrası üçün 3 gün vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh həmin məbləği ödəməmişdir. 2022-ci il 31 avqust tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsi ilə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. 2022-ci il 20 sentyabr tarixində 9 saylı Bakı Mediasıya Təşkilatına ilkin mediasiya sessiyası keçirilməsi üçün müraciət edilmişdir. 2022-ci il 7 oktyabr tarixində cavabdehin müvafiq nümayəndəsi mediasiya sessiyasında və digər sessiyalarda iştirak etmək istəmədiyini bildirmişdir. Nəticədə 9 saylı Bakı Mediasıya Təşkilatı tərəfindən arayış verilmişdir.

8. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə və 2020-ci il 27 noyabr tarixli üzləşmə aktına əsasən satılan mallara görə yaranan 17.103 manat, ƏDV borcu qismində 3.078,54 manat olmaqla, cəmi 20.181,54 manat, pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2.018 manat faiz borcu və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu maddəsinin üçüncü hissəsinə, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyanın 6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 324, 385.1, 386.1, 389, 430.1, 442, 443.1, 443.3, 445.1, 445.2.1, 445.7, 449.1, 459.1, 567, 598, 882-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad etmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-433/2023 saylı qətnaməsi ilə iddia tələbi qısmən təmin edilmiş, cavabdehdən 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən 17.103 manat əsas borc, 3.078,54 manat ƏDV olmaql a, cəmi 20.181,54 manat, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1.317,40 manat, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 21.698,94 manat məbləğində pul iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

12. Birinci instansiya məhkəməsinin mğvqeyinə görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır.

13. İddia tələbinin bir hissəsini cavabdehdən 2020-ci il 8 yanvar tari xli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsinə əsasən yaranan 17.103 manat və ƏDV borcu qismində 3.078,54 manat olmaqla, cəmi 20.181,54 manat əsas borc məbləğinin tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir.

14. İddia tələbinin digər hissəsini MM-in 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 2.018 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən 1 il 3 ay 20 gün müddətində gecikdirməyə görə (qeyd: 2021-ci il 28 iyul tarixli pretenziya məktubu ilə cavabdehə 20.181,54 manat ƏDV daxil borc məbləğinin ödənişi üzrə 10 gün müddət verilmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə 2022-ci il 28 noyabr tarixində müraciət edilmişdir) 1.317,40 manat (1) 20.181,54 manat əsas borcun 5%-i = 1.009,077 manat: 12 ay = 84,089 manat x 15 ay = 1.261,346 ~ 1.261,35 manat; 2) 20.181,54 manat əsas borcun 5%-i = 1.009,077 manat: 12 ay = 84,089 manat: 30 gün = 2,80 manat x 20 gün = 56,05 manat; cəmi: 1.261,35 manat + 56,05 manat = 1.317,40 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

15. İddiaçı 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesa b etmişdir ki, həmin tələb təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1, 598.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 23 mart tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

18. Cavabdeh 2023-cü il 12 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 7 iyun tarixli 2-2(103)-529/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, işin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında sement məhsulunun alqı-satqısı ilə bağlı 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan aldığı mallara görə 2020-ci il 27 noyabr tarixinə ƏDV daxil 20181,54 manat borcu olduğunu təsdiq etmişdir.

21. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri budur ki, məhkəmə çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etməmişdir. Məhkəmə bu dəlillə bağlı qeyd etmişdir ki, cavabdehin hüquqi ünvanına məhkəmə tərəfindən kağız daşıyıcıda göndərilmiş bildirişlər həmin ünvanda olmadığına görə çatmamışdır. 2022-ci il 30 noyabr tarixində cavabdehin qanuni nümayəndəsi C.Talıbovun elektron kabineti işə əlavə edilərək bütün bildirişlər qanuni nümayəndənin elektron kabinetinə yerləşdiyindən cavabdehin məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada xəbərdar edilmədiyinə dair dəlili əsassızdır.

22. Apellyasiya şikayətində tərəflər arasında bağlanılmış üzləşmə aktından sonra cavabdeh tərəfindən ödənişlərin edilib-edilmədiyinin məhkəmə tərəfindən aydınlaşdırılmalı olduğu qeyd edilsə də, ödənişlərlə bağlı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmişdir. Buna görə də üzləşmə aktında qeyd edilmiş borcun cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.

23. Cavabdehin digər bir dəlili ondan ibarətdir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən tələb olunan faiz borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu dəlili də əsassızdır. İşdən müəyyən olunmuşdur ki, məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizi pretenziya məktubu ilə öhdəliyin icrasının tələb edildiyi tarixdən iddia qaldırılan tarixədək 1 il 3 ay 20 gün üçün hesablamışdır. Adi riyazi hesablama ilə ƏDV daxil 20.181,54 manat borc məbləğinin 5 faizi hesablanmış (1.009,077 manat), bu məbləğ 12 aya bölünərək 1 ay üçün faiz müəyyən edilmiş (84,089 manat), sonra 15 ay üçün (1.261,346 ~ 1.261,35 manat) və 20 gün üçün (84,089 manat: 30 gün = 2,80 manat x 20 gün = 56,05 manat) faiz hesablanaraq cəmi 1.317,40 manat məbləğində faiz tutulmuşdur. Bu hesablamanın həyata keçirilməsi üçün xüsusi riyazi bilik tələb olunmadığından iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğuna dair cavabdehin vəsatəti əsassızdır.

24. İşə baxmış məhkəmə tərəfindən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 567, 597.1, 598.1, 598.2, 600.1, 600.4-cü, MPM-in 10-1.3, 10-1.5, 77.1, 78.1, 78.1-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsi 2023-ci il 19 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

27. Cavabdeh 2023-ci il 18 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 6.1.9-cu maddəsi üzrə - Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə bildirişi cavabdehin ünvanına gəlməmişdir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Deleourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli və “X3rşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarları, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarı üzrə - Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış, işin bütün hallarını araşdırmamışdır. Belə ki, məhkəmə tərəflər arasında bağlanılmış 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı müqavilənin şərtlərinə əhəmiyyət verməmiş, iddiaçı tərəfindən müqavilənin 3.3-cü bəndinin tələblərinə uyğun məhkəməyə satılmış malların təhvil-təslim aktlarının təqdim edilmədiyinə qiymət verməmişdir. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil- təslim aktını imzalayırlar.

30. Məhkəmə gecikdirmələrə görə faiz borcunu müəyyən edərkən mühasibatlıq ekspertizası keçirmədən özü həmin məbləği müəyyən etmişdir. Faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası keçirilməli idi. Məhkəmə işə cavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır.

31. MPM-in 9, 88, 217-ci maddələri üzrə - Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, MPM-in ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuş, qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas e lementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən etməmişdir. Məhkəmə tərəflər arasında bağlanılmış 2020-ci il 8 yanvar tarixli KTTA 01/0120 saylı müqavilənin şərtlərinə əhəmiyyət verməmiş, iddiaçı tərəfindən müqavilənin 3.3-cü bəndinin tələblərinə uyğun məhkəməyə satılmış malların təhvil-təslim aktlarının təqdim edilmədiyinə qiymət verməmişdir. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, kommersiya mübahisələri üzrə icraat MPM-in 10-1-ci maddəsinə əsasən elektron qaydada aparılır və məhkəmə iclası günləri barədə bildirişlər cavabdehin və onun qanuni təmsilçisi Javad Talibovinin elektron məhkəmə sisteminə göndərilmişdir. Bundan əlavə, iddia ərizəsi, mediasiya barədə təklif, pretenziya məktubları cavabdehin Vergilər Xidmətinin rəsmi saytında elektron karqüzarlıq sistemi vasitəsi ilə göndərilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini elektron qaydada vermişdir və sözügedən məhkəmə işi barədə elektron məhkəmə sistemindən istənilən sübut ilə tanış olmaq imkanı mövcud idi. Cavabdeh və onun qanuni təmsilçisi Javad Talibovinin elektron məhkəmə sistemləri mövcud olduğuna baxmayaraq məhkəmə iclaslarına gəlməmələri onların kassasiya şikayətində qeyd edilən prosessual hüquqlarını pozmur.

33. Mövcud borc barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sənədlər - tərəflər arası bağlanan alqı-satqı müq aviləsi, üzləşmə aktı və elektron qəbzlər təqdim edilmiş və həmin sübutların məcmusu borcun mövcudluğunu təsdiq edir. Bundan əlavə, cavabdehə poçt vasitəsi ilə və elektron qaydada göndərilmiş pretenziya məktublarına cavab verməmiş, iddia ərizəsində qeyd edilən tələbi istisna edən heç bir sübut iddiaçıya və məhkəməyə təqdim edilməmişdir.

34. Cavabdehin borcun geçikdirilməsi hesablanma üsulu barədə Bakı Kommersiya Məhkəməsinə qarşı tələbi əsassızdır. Geçikdirilmiş borcun hesablanması üsulu sadədir və məhkəmələrdə formalaşan təcrübəyə əsasən hesablanması üçün mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yoxdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gün dən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edər ək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qi yməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hiss ə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar n əzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzif əsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. İddiaçı alqı-satqı müqaviləsi və üzləşmə aktına əsasən hesablanmış borcun cavabdehdən tutulmasını xahiş etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

41. Kassasiya şikayətinin dəlillərinin bir qismi ondan ibarətdir ki, cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, işə cavabdehin iştirakı olmadan, çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə riayət edilmədən, cavabdehin izahatları alınmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

42. Eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, məhkəmə həmin dəlilləri cavablandırmış, cavabdeh tərəfin birinci instansiya məhkəməsində iştirakının təmin olunması məqsədilə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüldüyünü əsaslandırmışdır.

43. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticəni əlavə tutarlı dəlillərlə t əkzib edə bilməmişdir.

44. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür.

45. Cavabdeh tərəfin apellyasiya icraatında iştirakının təmin olunmamasına gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri də əsassız hesab edir. Belə ki, iş materaillarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclası barədə bildiriş həm tərəflərin nümayəndələrinin “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetlərinə yüklənmiş, həm cavabdehə X1 Sistemi vasitəsilə çatdırılmış, həm də tərəflərin işdə olan mobil telefon nömrələrinə SMS-lə göndərilmişdir (i/v 101-106).

46. Daha sonra kassator hesab edir ki, məhkəmə tərəflər arasında bağlanılmış müqavilə nin şərtlərinə əhəmiyyət verməmiş, iddiaçı tərəfindən müqavilənin tələblərinə uyğun məhkəməyə satılmış malların təhvil-təslim aktlarının təqdim edilmədiyinə qiymət verməmişdir.

47. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə mübahisəli müqavilə üzrə bir sıra elektron qaimələr göndərilmiş, lakin cavabdehin həmin elektron qaimələrlə əlaqədar qarşı tərəfə, qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı rəsmi etiraz bildirməsi iş materiallarından görünmür.

48. Bundan başqa, iş materiallarında mübahisəli dövrə aid cavabdehin iddiaçıya cəmi 20.181,54 manat borcunun olduğunu təsdiq edən, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş, işə baxan məhkəmələrin istinad etdikləri üzləşmə aktı mövcuddur.

49. Odur ki, məhkəmə koll egiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya müvafiq məbləğdə borcunun olduğuna dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

50. Nəhayət, kassatorun digər dəlilləri ondan ibarətdir ki, məhkəmə gecikdirmələrə görə faiz borcunu müəyyən edərkən mühasibatlıq ekspertizası keçirmədən özü həmin məbləği müəyyən etmişdir.

51. Bu dəlil də heç cür əsaslı hesab edilə bilməz.

52. Belə ki, iş üzrə ekspertizanın təyin edilməsi MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 39) uyğun olaraq, məhkəmənin vəzifəsi deyil, hüququdur. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi pul öhdəliyinin icrasının gecikdirilməsinə görə birinci instansiya məhkəməsi tərəfindən sadə riyazi hesablama ilə müəyyən edilmiş faiz borcunu nəticə etibarilə əsaslı hesab etmiş və öz hüququndan istifadə edərək bunun üçün mühasibatlıq ekspertizasının təyin olunmasına lüzum görməmişdir.

53. Cavabdeh isə öz dəlillərində yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, məhkəmələr tərəfindən sözügedən hesablamalar aparılarkən konkret olaraq hansı pozuntulara, səhvlərə yol verildiyini göstərə bilməmişdir.

54. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 39) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 39) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Odu r ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli 2-2(103)-529/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli 22(103)-529/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar