Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-55/2020 29.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu, iddiaçı “xxxx” MMC-nin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(107)-4/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-114/2018 saylı, x xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 687.360 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri olan 309.312 manat və əlavə olaraq 62.370 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(1 07)-4/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh 687.360 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri olan 309.312 manat və əlavə olaraq 62.370 manat tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh əsas debitor borc üzrə 4.774.874,4 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 3.819.899 manat 52 qəpik, əldən çıxmış faydaya görə 2.100.994 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 1.680.795 manat 20 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% dərəcəs i ilə 477.487 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 381.989 manat 60 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun 15% ilə 1.432.462 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 1.145.969 manat 60 qəpik, 30 manat dövlət rüsumu və yaxud onun dəyəri ilə 37,5 kq İ reproduksiyalı toxumluq buğda, ümumilikdə 8.785.854,9 kq İ reproduksiyalı toxumluq buğda və yaxud onun dəyəri 7.028.683 manat 92 qəpik tutularaq İddiaçınə ödənilməsinə dair iddiası qismən, yəni xx xxxxxx 2014-cü il tarixli birgə əməkdaşlıq müqaviləsinə əsasən gübrənin dəyəri olan 9000 manat, dizel yanacağının dəyəri olan 18000 manat və həmin məbləğlərin üzərinə 10% məbləğ əlavə olunmaqla, cəmi 29700 (iyirmi doqquz min yeddi yüz 27000+2700=29700) manat məbləğin Cavabdeh tutulara q İddiaçı MMC-nə ödənilməsinə dair hissəsində təmin edilərək, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsinin 2-2(107)-4/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsi xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya çatdırılmışdır (2-ci cild 74-cü səhifə). Həmin qətnamədən iddiaçı “xxxx” MMC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4 və 408.2-ci maddələrinin tələblərinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müdd ət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. İşdə olan sənədlərdən kassasiya şikayətinin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində verilib-verilmədiyini müəyyən etmək mümkün olmadığından iş icraata qəbul edilə bilməz və kassasiya şikayəti ilə birlikdə şikayətin vaxtında verilibverilməməsinin yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405 və 408-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı “xxxx” MMC-nin Şəki Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi kollegiyasının 2-2(107)-4/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin, iş kassasiya şikayətinin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində verilməsinin yoxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-55/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-55/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver