Məhkəmə qərarları › İş №2-2(102)-55/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-55/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-55/2021 19.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx”xxxxCavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun iştirakı ilə, iddiaçı “xxxx”xxxxCavabdeh ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı “xxxx” ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli, 2-2(103)-313/202 0 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı “xxxx” ASC ilə (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış marja ticarəti barədə xx.xx.2019-cu il tarixli müqavilənin predmetini müştəriyə marja ticarəti üçün müvafiq hesabının açılması və marja ticarəti xidmətlərinin göstərilməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə onun ayrılmaz hissəsi hesab edilən “Margin Trading şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində konvertasiya arbitraj əməliyyatların aparılması Qaydaları (Marja ticarəti)” əlavə edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqaviləni bağlamaq üçün maraqlı tərəflər bu Müqavilənin ayrılmaz hissəsi sayılan Qaydalarla tanış olmalı və İnvestisiya Şirkətinə müəyyən olunmuş formada, Qaydaları və müqaviləni imzalayaraq Qaydalarla razılaşdırdıqlarını təsdiq etməlidirlər. Qaydalarla tanış olduqdan sonra Müştərinin ərizəsi İnvestisiya Şirkətində qeydiyyata alındığı və bu Müqavilə imzalandığı tarixdən bu Müqavilə bağlanmış hesab ediləcəkdir. Müqavilənin 3.8-ci bəndinə əsasən, bu müqavilə bağlanmazdan İnvestisiya Şirkəti müştəriyə yazılı şəkildə marja ticarəti üçün təqdim olunan vəsait ilə bağlı risklər haqqında məlumat verir və müştəridən bu məlumatı aldığını təsdiqləməyini tələb edir. Hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq imza və möhürlə təsdiq etmişlər. 2. xx xxxxxxx 2019-cu il tarixli, UC-PO-121 saylı məktubla cavabdeh “xxxx” QSC-yə məktubla müraciət edərək, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixin ədək cavabdehin törəmə maliyyə alətləri üzrə “marketmeyker” statusuna məxsus olubolmaması barədə məlumatın verilməsini xahiş etmişdir. 3. xx xxxxxxx 2019-cu il tarixli, 225 saylı məktuba əsasən, “cavabdeh “xxxx” QSCdə ticarətdə heç bir alət üzrə marketmeyker statusuna malik deyildir və ümumiyyətlə onların törəmə maliyyə alətləri ilə ticarət üzrə hər hansı marketmeyker müqaviləsi bağlanmamışdır. Həmçinin, cavabdehlə “xxxx” QSC arasında bağlanmış x xxxxxx 2019cu il tarixli müqaviləyə əsasən cavabdeh xarici kontragent tərəfindən təmin olunan likvidlik ilə marja ticarət xidmətini “xxxx” QSC-nin platforması vasitəsi ilə göstərmək öhdəliyini üzərinə götürmüşdür. 4. xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” ASC (“Birja”) ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə, ist ifadəçi xarici kontragent tərəfindən təmin olunan likvidlik ilə marja ticarəti xidmətini birjanın platformasi vasitəsi ilə göstərməyi öz öhdəsinə götürür.

5. İş materiallarındakı elektron yazışmalarla Likvidlik təminatçısının xxxx Şirkəti olacağı barədə danışıqlar getmiş və razılaşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 195.442 ABŞ dolları məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində “marja ticarəti barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini müştəriyə marja ticarəti üçün müvafiq hesabının açılması və marja xidmətlərinin göstərilməsi təşkil edir. xx.xx.2019-cu il tarixində iddiaçı və cavabdeh arasında xx.xx.2019-cu il tarixli “marja ticarəti barədə müqavilənin ayrılmaz hissəsi hesab edilən “razılaşma”lar bağlanmışdır. Cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə bankın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. xx.xx.2019-cu il tarixində, Bakı vaxtı ilə saat 01:02 radələrində cavabdehin əməliyyat sistemində süni qiymət dəyişikliyi (“spred” genişlənməsi-alış və satış qiyməti arasındakı fərq) yaradılaraq iddiaçıya məxsus ******* nömrəli marja ticarət hesabı Bankın hüquqlarının pozulması ilə əsassız şəkildə “stop out” olunmuşdur (bağlanmışdır). Bunun nəticəsində iddi açıya külli miqdarda (195 000 (bir yüz doxsan beş min) ABŞ dolları) məbləğində ziyan dəymişdir. Bununla bağlı aralarında bağlanmış müqavilədə və risklər haqqında bildirişlər bölməsində hər hansı məlumat əks olunmamışdır. Bundan başqa, qeyri bazar kotirovkası anlayışına aiddir. Həmin an cavabdeh tərəfindən yaradılmış süni qiymət dəyişikliyinin həqiqəti əks etdirmədiyini sübut etmək üçün bir neçə broker investisiya şirkətlərinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət tərəflərindən monitorinq olunmuş və müəyyən edilmişdir ki, belə bir qiymət dəyişikliyi heç bir mənbədə öz əksini tapmır. Cavabdehin əməliyyat sistemində GBPUSD maliyyə aləti üzrə əsassız olaraq süni şəkildə 1.21129/1.21671 qiyməti verilərək spred süni şəkildə şişirdilərək hər hansı xəbərdarlıq edilmədən Banka məxsus ******* nömrəli marja ticarət hesabı zərərlə bağlanmışdır. Cavabdehə tərəflərindən dəfələrlə müraciət olunmuş və həmin müəssisənin baş meneceri Qanuni nümayəndə bildirmişdir ki, məsələnin həlli üçün addımlar atılır. Sonradan məlum olmuşdur ki, məsələnin həlli ilə bağlı hər hansı tədbir görülməmişdir. Cavabdeh Bankdan ödəniş tələb edərək bildirmişdir ki, yalnız ödənişlər olduğu təqdirdə əməliyyatlar bərpa oluna bilər. Tələb olunan ödəniş əsassız olduğundan, iddiaçı həmin ödənişdən imtina etmişdir. xx xxxxxx 2019-cu il tarixində cavabdehə pretenziya məktubu ünvanlanaraq iddiaçıya dəymiş 195.000 ABŞ dolları məbləğində ziyanın 5 (beş) iş günü ərzində Banka ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən həmin məbləğ Banka ödənilməmişdir. 8. 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 2019-cu il 07 noyabr tarixli, e-22(81)-1216/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə X2 iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli, e-2-2(81)1216/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – A.Oruczadə).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən süni qiymət dəyişikliyinə yol verilmiş və bunun nəticəsində iddiaçıya 195.000 ABŞ dollar məbləğində ziyan dəymişdir. İddiaçı bununla bağlı sübut qismində isə həmin t arixə aid olan digər investiya şirkətlərinin forex bazarı üzrə proqnozlarını təqdim etmişdir. İddiaçı cavabdehin süni qiymət dəyişikliyinə yol verilməsini qeyd etsə belə, bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, cavabdeh isə Marja ticarətinə dair Qaydalar əsasında ümumiyyətlə maliyyə alətləri üzrə alış-satış qiymətlərini, yəni kotirovkanı müəyyən etmək iqtidarında deyildir. Hazırki halda baza aktivi qismində valyuta çıxış etmişdir.

11. İnvestisiya fəaliyyəti dedikdə, maddi qiymətlilərin, o cümlədən pul vəsaitinin, əmlakın, qiymətli kağızların və s.-nin mənfəət əldə etmək məqsədi ilə biznes fəaliyyəti obyektinə yönəldilməsi, yatırılması ilə bağlı iqtisadi fəaliyyət başa düşülür. Bilavasitə investisiya fəaliyyətini həyata keçirən şəxs investor adlanır. İnvestisiya fəaliyyəti üz rə əsas rol oynayan subyektlərdən biri, investisiya şirkətidir. İnvestisiya şirkəti özünəməxsus qiymətli kağızları investorların arasında yerləşdirərək fərdi investorların sərbəst pul vəsaitlərini cəlb edir və həmin vəsaitlərlə həm birbaşa investisiya şəklində, həm də müxtəlif müəssisələrin səhmlərinin əldə edilməsi yolu ilə kapital qoyuluşunu həyata keçirir. İnvestisiya şirkəti, həmçinin qiymətli kağızlar bazarının peşəkar iştirakçıları rolunda da çıxış edə bilər. Başqa sözlə, qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərdir. Xüsusi lisenziyaya malik olan investisiya şirkətləri marja ticarəti üzrə xidmət göstərə bilərlər. Bu xidmət göstərilən zaman qanunvericiliklə müəyyən olunmuş xüsuslar investisiya şi rkəti tərəfindən tətbiq olunur. Xidməti təşkil edən investisiya şirkətləri kriteriya üzrə 2 növə bölünür: A və B modelləri. A modelinin əlamətlərini daşıyan investisiya şirkəti müştərisinə özünə məxsus olan və marja ticarətinin təşkil edilməsi məqsədi ilə istifadə edilən elektron ticarət platformasından istifadə etmək hüququ verir. Həmin investisiya şirkəti likvidlik təminatçısı kimi çıxış etmir və müəyyən edilmiş maliyyə alətləri üzrə alış-satış qiymətlərini (kotirovkanı) müəyyən etmək hüquqi yoxdur.

12. Bundan başqa, ümumiyyətlə “Forex”in maliyyə bazarındaki fəaliyyəti özüözlüyündə hər an pul itkisi ilə nəticələnə biləcək kifayət qədər riskli fəaliyyətdir. Müştərinin, yəni iddiaçının müqavilənin şərtləri ilə və ona əlavə olunmuş risklər barədə bəyannamə ilə razılaşması, özü-özlüyündə onu n bu fəaliyyətin nə dərəcədə riskli olması ilə bağlı əsaslı təsəvvürlərinin artıq formalaşdırdığını təsdiq edir.

13. Digər bir tərəfdən, iddiaçının nümayəndəsi likvidlik təminatçısı xxxx Şirkəti olsa da, həmin şirkətin verdiyi qiymətləri Cavabdeh ASC-nin təqdim etdiyini, iddiaçının isə müştəri kimi cavabdehlə müqaviləsinin mövcud olduğunu, dolayısı ilə likvidlik təminatçısının verdiyi qiymətlərə görə müştəri qarşısında investisiya şirkətinin məsuliyyət daşımalı olduğunu qeyd edərək, bir sıra fərqli şirkətlərin qiymət cədvəllərini təqdim etmişdir. Cavabdeh tərəfindən xxxx Şirkətinə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, tariflər 3-cü etibarlı mənbə kimi Blumberqin verdiyi qiymətlərlə uyğunluq təşkil etmişdir. Həmçinin, Marja ticarəti sahəsində, qiymətli kağızlar bazarında gedən ye niliklər üzrə dövlət qiymətli kağızlarının ticarətinin “Bloomberg” platformasına keçirilməsinə çalışması, “Bloomberg”in etibarlı mənbə olması bu spesifik sahə üzrə məşğul olan kəslərə bəllidir.

14. Beləliklə, tərəflər arasında marja ticarəti müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, mübahisəyə məhz müqavilə münasibətləri baxımından, bu sahəni tənzimləyən Qaydalara müvafiq olaraq qiymət verilməlidir. İddiaçının iddia tələbi mahiyyəti baxımından zərərin tutulması ilə bağlıdır. Zərərin əvəzinin tutulması üçün 4 elementin mövcud olması tələb edilir: zərər, zərərin əvəzinin tələb edən şəxsin zərərə məruz qalması, zərərin vurulmasında cavabdehin təqsiri, habelə zərər ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə. Hazırki halda isə cavabdehin təqsirinin olması müəy yən edilmir. Təqsirin müəyyən edilmədiyi halda isə zərərin əvəzinin tutulması istisna edilir. Belə olan halda süni qiymət dəyişikliyi (spred genişlənməsi) ümumiyyətlə sübuta yetirilmədiyindən, ən əsası isə, iddiaçının məruz qaldığı zərərə görə cavabdehin təqsirinin olub-olmaması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir.

15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 403-1.1-ci maddələrinə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Qiymətli kağızlar bazarı haqqında qanun”) 40.1, 40.4-cü maddələrinə, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli, ********** saylı qərarı ilə təsdiq olunmuş “Marja ticarətinə dair Qayda ları”nın 6.1, 6.1.1, 6.1.2, 8.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli, 2-2(103)-313/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 05 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin müqavilə şərtlərini pozan və iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd hərəkətlərinin mövcudluğu iş materiallarından müəyyən edilmir. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə marja ticarəti barədə bağlanmış müqavilənin 4.4.1 və 4.4.2-ci bəndlərinə əsasən müştəri «Unibank» Kommersiya Bankının baş ofisində və ya hər hansı bir filialında xarici valyutada cari hesab açmalıdır. İnvestisiya şirkəti müştərinin sifarişi əsasında qeyd etdiyi bank rekvizitlərinə vəsaitin köçürülməsini təmin edir. Həmin müqaviləyə 3 №-li Əlavədən (“Margin Trading şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində konvertasiya arbitraj əməliyyatların aparılması Qaydaları (Marja ticarəti))görünür ki, (3və 3-cü abzasları) - müştəriyə tövsiyə edilmişdir ki, «yüksək risklə bağlı əməliyyatların planlaşdırılması və aparılması zamanı hər zama n yadda saxlamalısınız ki, təcrübədə real nəticənin planlaşdırılanla (gözlənilənlə) düz gəlib-gəlməməsi imkanları tez-tez eyni vaxtda baş verir və bir sıra konkret hallardan asılı olur ki, belə halların da nə dərəcədə nəzərə alınması əməliyyatlarınızın səmərəliliyini müəyyən edir. Əlavənin 9-cu abzasından görünür ki, müştərinin maliyyə bazarlarında işləyən zaman mənbələrinə görə bir sıra risklər nəzərinə çatdırılmışdır. İddiaçının qeyd olunan risk mənbələri ilə tanış olduğu işin mübahisələndirilməyən halıdır. Həmin qaydalara müvafiq olaraq, iddiaçının (müştərinin) cavabdeh tərəfindən ona açılmış hesabında, müvafiq platformaya girişi təmin edilməklə, öz riskləri hesabına əməliyyatlar həyata keçirmək imkanını nəzərdə tutur.

19. «Blumberq» məlumat sistemindən xx.xx.2019-cu il tarixə olan info rmativ çıxarışa əsasən həmin gün valyuta bazarında - «funt sterlinq GBP» və «dollar USD»nin «alış-satış» qiymətlərində kəskin fərqlər «qeyd alınmışdır (Məs.,Alfa Bank FX və «Commersbank FX» və s.). İddiaçı xx.xx.2019-cu il tarixində 195.000 USD məbləğində zərərə düşdüyünü bildirsə də, bir gün əvvəl xx.xx.2019-cu il tarixində onun marja hesabında cəmi 11.902 USD məbləğində vəsait mövcud olmuş, həmin vəsaitlə də əməliyyata daxil olmuşdur.

20. Beləliklə, iş materialları ilə «A» modelli investisiya şirkəti olan cavabdehin iddiaçının hesabında süni qiymət dəyişiklik yaratmasının mümkünsüz olduğu təsdiq olunur. Başqa sözlə, onun hüquqazidd hərəkətlərinin mövcudluğu istisna edilir, belə olan halda onun iddiaçı qarşısında mülki məsuliyyəti müəyyən oluna bilməz.

21. Məhkəmə bu qənaətini Mülki Məc əllənin 1096.1, 1096.2-ci maddələrinə, «Marja ticarətinə dair Qaydalar»ın 7.5, 8.1, 8.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Tərəflər arasında bağlanmış marja ticarəti müqaviləsinin ayrılmaz hissəsi olan Razılaşmaya əsasən cavabdeh şirkət iddiaçıya müvafiq hesabın açılması və marja ticarəti ilə bağlı müvafiq xidmət göstərməlidir. xx.xx.2019-cu il tarixdə Bakı vaxtı ilə saat 01:02 radələrində cavabdehin əməliyyat sistemində süni qiymət dəyişikliyi (“spred” genişlənməsi-alış və satış qiyməti arasındakı fərq) yarad ılaraq iddiaçıya məxsus ******* nömrəli marja ticarət hesabı Bankın hüquqlarının kobud şəkildə pozulması ilə əsassız şəkildə “stop out” olunmuşdur (bağlanmışdır). Nəticədə iddiaçıya külli miqdarda (195 000 ABŞ dolları) məbləğində ziyan dəymişdir.

25. İş üzrə mübahisə obyekti müəyyən ticarət platformasında aparılan alqı-satqı əməliyyatları, marja ticarəti və bununla bağlı olan münasibətlər olduğundan, həmin məsələlər üzrə rəy verilməsi üçün mütəxəssis cəlb olunsa da, məhkəmə yalnız Maliyyə X1 nümayəndəsini işə cəlb etməklə kifayətlənmiş, yekun məhkəmə qətnaməsi qəbul edərkən məhz həmin rəyi nəzərə almışdır. Palatanın nizamnaməsinin 2.1-ci bəndinə əsasən fəaliyyətinin məqsədi maliyyə bazarının lisenziyalaşdırılması, tənzimlənməsi və bu sahəyə nəzarəti həyata keçirməkdir. Palatanın fəaliyyət istiqamətində rəy vermək səlahiyyəti yoxdur. Ticarət platforması investisiya şirkəti olan və fərq müqavilələri ilə marja ticarətinin təşkil edilməsi məqsədi ilə istifadə edilən elektron ticarət platformasıdır. Bu platformalar peşəkar investisiya şirkətləri tərəfindən yaradılır və fəaliyyət göstərir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən peşəkar mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçının vəsatəti nəzərə alınmamışdır. Halbuki, iddiaçı tərəfindən əldə olunmuş xx.xx.2019-cu il tarixə bir neçə broker investisiya şirkətinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət barədə çıxarış əlavə olunmuşdur.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2, 217.3, 217.4. və 218.1-ci maddələrini n tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzg ün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”.

33. «Marja ticarətinə dair Qaydalar»ın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 7. “Fərq müqavilələri ilə marja ticarəti üzrə hədlər 7.5. Marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla risklərini idarə edə bilər”. 8. “Fərq müqavilələri ilə marja ticarəti zamanı hesabların idarə olunması və ticarət platformasına dair tələblər 8.1. Müştəri üçün hesabların açılması, bağlanması və marja çağırışı xidmətləri investisiya şirkəti tərəfindən həyata keçirilir. 8.5. Ticarətə başlamadan əvvəl inves tisiya şirkəti müştərilərinin bu Qaydaların 1 saylı Əlavəsində nəzərdə tutulan “Risk məlumatlandırma sənədi” ilə tanış olmasını təmin edir. “Risk məlumatlandırma sənədi” müştərilər tərəfindən imzalandıqdan sonra investisiya şirkəti tərəfindən onlara məxsus digər sənədlərlə birgə saxlanılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli, 2-2(103)-313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. İddiaçının kass asiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış marja ticarəti müqaviləsinin ayrılmaz hissəsi olan Razılaşmaya əsasən cavabdeh şirkət iddiaçıya müvafiq hesabın açılması və marja ticarəti ilə bağlı müvafiq xidmət göstərməlidir. xx.xx.2019-cu il tarixdə Bakı vaxtı ilə saat 01:02 radələrində cavabdehin əməliyyat sistemində süni qiymət dəyişikliyi (“spred” genişlənməsi-alış və satış qiyməti arasındakı fərq) yaradılaraq iddiaçıya məxsus ******* nömrəli marja ticarət hesabı Bankın hüquqlarının kobud şəkildə pozulması ilə əsassız şəkildə “stop out” olunmuş, nəticədə iddiaçıya külli miqdarda (195.000 ABŞ dolları) məbləğində ziyan dəymişdir.

36. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı cavabdehin süni qiymət dəyişikliyinə yol verdiyini qe yd etsə də, bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, bundan başqa, cavabdeh Marja ticarətinə dair Qaydalar əsasında ümumiyyətlə maliyyə alətləri üzrə alış-satış qiymətlərini, yəni kotirovkanı müəyyən etmək iqtidarında deyildir. Hazırki halda baza aktivi qismində valyuta çıxış etmişdir. İş materiallarından isə cavabdehin müqavilə şərtlərini pozan və iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Hazırki mübahisə üzrə cavabdeh “Marja ticarətinə dair” Qaydalara əsasən “A” modelinin əlamətlərinə sahib olan investisiya şirkətidir. Həmçinin “xxxx” QSC-nin məktubuna əsasən, cavabdeh ümumiyyətlə marketmeyker statusuna malik deyildir, yəni ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərinə sahib deyildir. müqavilə əsasında yalnız ticarət platforması üzrə iddiaçıya istifadə hüququnun verilməsi, likvid təminatçısı rolunda isə “xxxx” Şirkətinin olması, cavabdehin isə ümumiyyətlə marketmeyker statusuna malik olmaması, həmin investisiya şirkətinin bazarda yaranan qiymət sürüşməsində əlaqəsinin olmadığını, qiymətə hər hansı təsir imkanlarının olmadığını sübut edir.

37. Digər tərəfdən, iş materiallarına əsasən cavabdehin təmsil etdiyi investisiya şirkəti iddiaçı üçün hesab açmış və müvafiq platformaya girişini təmin etmiş, bank öz riskləri hesabına əməliyyatlar aparmış və hesabı getdikcə azalmış, hətta xx.xx.2019-cu il tarixində hesabında 11.902 USD məbləğində vəsait qeydə alınmış, həmin vəsaitlə də xx.xx.2019-cu il tarixdə son əməliyyatını aparmışdır ki, bu hal da onun 195.000 A SD ziyana düşməsini istisna edir, investisiya şirkəti tərəfindən isə süni qiymət dəyişikliyi yaratmaq üçün iddiaçının apardığı əməliyyatlara müdaxilə etməsi ümumiyyətlə texniki cəhətdən mümkün deyildir.

38. Həmçinin, «Bloomberq» məlumat sistemindən xx.xx.2019-cu il tarixə olan informativ çıxarışa əsasən həmin gün valyuta bazarında - «funt sterlinq GBP» və «dollar USD»-nin «alış-satış» qiymətlərində kəskin fərqlər «qeyd alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixində 195.000 USD məbləğində zərərə düşdüyünü mübahisələndirsə də, bir gün əvvəl xx.xx.2019-cu il tarixində onun marja hesabında cəmi 11.902 USD məbləğində vəsait mövcud olmuş, həmin vəsaitlə də əməliyyata daxil olmuşdur.

39. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən süni qiymət dəyişikliyinə yol verilməsi nəticəsində iddiaçıya 195.0 00 ABŞ dollar məbləğində ziyan dəyməsi barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, iş üzrə mübahisə obyekti müəyyən ticarət platformasında aparılan alqı-satqı əməliyyatları, marja ticarəti və bununla bağlı olan münasibətlər olduğundan, həmin məsələlər üzrə rəy verilməsi üçün mütəxəssis cəlb olunsa da, məhkəmə yalnız Maliyyə X1 nümayəndəsini işə cəlb etməklə kifayətlənmiş, yekun məhkəmə qətnaməsi qəbul edərkən məhz həmin rəyi nəzərə almışdır. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən peşəkar mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçının vəsatəti nəzərə alınmamış, halbuki, iddiaçı tərəfindən əld ə olunmuş xx.xx.2019-cu il tarixə bir neçə broker investisiya şirkətinin və aparıcı informasiya agentliklərinin müəyyənləşdirdiyi qiymət barədə çıxarış əlavə olunmuşdur.

41. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh “Marja ticarətinə dair” Qaydalara əsasən “A” modelinin əlamətlərinə sahib olan investisiya şirkətidir. Bu Qaydalar xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş olsa da, cavabdeh ümumiyyətlə marketmeyker statusuna malik deyildir, yəni ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəliklərinə sahib deyildir. Müqavilə əsasında yalnız ticarət platforması üzrə iddiaçıya istifadə hüququnu verilməsi, likvid təminatçısı rolunda “xxxx” Şirkətinin olmasını elektron yazışma ilə bildirilməsi və ən əsası cavabdehin ümumiyyətlə marketmeyker statusuna mal ik olmaması, həmin investisiya şirkətinin bazarda yaranan qiymət sürüşməsində əlaqəsinin olmadığını sübut edir. Bu zaman nəzərə alınmalıdır ki, müəyyən ticarət platformasında aparılan alqı-satqı əməliyyatları, marja ticarəti və bununla bağlı olan münasibətlər olduğundan, həmin məsələlər üzrə hər hansı mütəxəssis rəyinin alınmasına zərurət olmamış, iş materialları ilə «A» modelli investisiya şirkəti olan cavabdehin iddiaçının hesabında süni qiymət dəyişiklik yaratmasının mümkünsüz olduğu təsdiq olunmaqla, onun hüquqazidd hərəkətlərinin mövcudluğu da istisna edilir, süni qiymət dəyişikliyi isə (spred genişlənməsi) ümumiyyətlə sübuta yetirilmir.

42. Kassasiya şikayətində MPM-nin 88, 217.2, 217.3, 217.4. və 218.1-ci maddələrinin tələblərinin pozulması barədə ümumi istinad isə bu pozuntuların konkret olaraq nədən ibarət olduğu göstərilmədiyi üçün əsaslı hesab edilə bilməz.

43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli, 22(103)-313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

45. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 avqust tarixli, 2-2(103)-313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar